Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1385/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi və s. tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkülüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh mərhum həyat yoldaşı X1 fərdi yaşayış evindən miras payının vərəsələr arasında bölünməsinə, paylı mülkiyyətdə olan 1/5 hissədə bölünmüş torpaq sahəsinin isə vərəsələr arasında bölünməsinə, cavabdeh Cavabdeh payının naturada ayrılıb tanıdılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ¼ hissədə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0308 ha torpaq sahəsinin 1/5 hissəsinə ¼ hissədə iddiaçı İddiaçı payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş üzrə qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs ## ###### 2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti verməklə eyni zamanda prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı cavabdeh Cavabdeh qаrşı “miras əmlakdan payların müəyyən edilməsi, paylı mülkiyyətdə olan torpağın naturada ayrılması və tanıdılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs münasibətdə müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş üzrə qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs yenidən apellyasiya şikayəti verməklə eyni zamanda prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs münasibətdə şikayət vermə müddəti bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı İddiaçı şikayət verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsi, əks təqdirdə şikayətini mülki işlə birlikdə apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılması, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi və s. tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilməsi qərara alınmışdır. İşlərin elektron bölgüsü zamanı qeyd olunan iş yeni nömrə ilə hakim Əkrəm Qəhrəmanovun icraatına verilmişdir. Məhkəmə kollegiyası mülki iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmədiyindən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir və qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir. Şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar və şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar qeyd olunmamış, şikayət verən şəxsin tələbinin nədən ibarət olması göstərilməmişdir. Birinci instansiya məhkəməsində şikayətin mülki prosessual qanunvericiliyə uyğun olubolmaması yoxlanılarkən, şikayətin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla verilməsinə diqqət yetirilməmişdir. Hazırda şikayətin Məcəllənin * saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: ...361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya şikayətinin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə * saylı əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi aydın və konkret şəkildə ifadə olunmalı, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, eyni nöqsanlara görə Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılsa da, Maraqlı şəxs həmin nöqsanları aradan qaldırmadan müddət bərpası barədə ərizəsinə qanunvericiliyə uyğun olmayan apellyasiya şikayətini əlavə etmişdir. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 361, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-1385/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1385/2026
07.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver