Məhkəmə qərarları › İş №2(3-7)-193/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-193/2026

20.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-193/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbi barədə mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 505013065149-***** reyestr nömrəli çıxarışa əsasən, Gədəbəy şəhəri, İsgəndərov Aznaurov küçəsi, ev 14 ünvanında yerləşən 0,18 ha torpaq sahəsi və sahəsi 46,80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə X5 adına 3122001186 qeydiyyat nömrəsi ilə, ##.##.2022-ci il tarixdə, 1/6 hissədə isə Cavabdeh adına 3122002635 qeydiyyat nömrəsi ilə, ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Külki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, İddiaçılar Cavabdeh, X6 və X3 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili İsayeva Xalidə İsa qızı cavabdeh İddiaçı (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı və mülkiyyətçi – Cavabdeh, Kifayət Ələsgərova və Tünzalə Məmmədovanın cavabdehin onunla paylı mülkiyyətində olan, eyni zamanda cavabdehin faktiki istifadəsində olan, Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrinə, 1.000 manat vəkil xidmət haqqının, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona – iddiaçı Cavabdeh verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apelyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Şamil Rzaquliyev) apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə yeni qətnamə qəbul edilmiş, iddiaçıların Gədəbəy şəhəri, İ.Aznaurov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri, cavabdehdən vəkil xidmət haqqının əvəzi qismində 100 (yüz) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Ali Məhkəməninin Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, iddiaçılar Cavabdeh, X6 və X3 cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiaları təmin edilməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətlərində olan Gədəbəy şəhəri, İsgəndər Aznaurov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən 1000 manat kompensasiya ödənilməklə cavabdehin mülkiyyət hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy şəhəri, İsgəndərov Aznaurov küçəsi, ev 14 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi onun və cavabdehin paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin sahəsi 46.80 kvm., torpaq sahəsi isə 0.18 hektardır. Həmin ünvanda yerləşən yaşayış evindən 5/6 hissə ona, 1/6 hissə cavabdehə, torpaq sahəsindən də 5/6 hissə ona, 1/6 hissə isə cavabdehə məxsusdur. Cavabdeh fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü, həmçinin fərdi yaşayış evinə köçürülmə ilə bağlı iddia qaldırmış, torpaq sahəsinin naturada bölünməsi ilə əlaqədar iddiası təmin olunmuş, digər iddiaları təmin edilməmişdir.Ali Məhkəmənin sonuncu ##.##.2025ci il tarixli *(***)-****/**** saylı Qərarında yaşayış evinə köçürülmənin mümkün olmamasının səbəbləri izah olunmuşdur. Qərarda göstərilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən iddiaçı Cavabdeh və cavabdehin ümumi paylı mülkiyyətində olan Gədəbəy şəhəri, İsgəndərov Aznaurov küçəsi, ev 14 ünvanında yerləşən 0,18 ha torpaq sahəsindən iddiaçı Cavabdeh payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2022-ci il tarixli, **/**** nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmışdır. Qətnamədə göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2022-ci il tarixli **/**** nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4,0 kv.m. sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrıayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən iddiaçı Cavabdeh məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, ölçüsü 0,18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın ayrılması mümkün olduğu müəyyən edilir. Yəni, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2022-ci il tarixli, **/**** nömrəli rəyində, iddiaçı Cavabdeh 1/6 hissədə payı naturada bölünərək, torpaq sahəsinə sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığı, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən iddiaçı Cavabdeh məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, yalnız ölçüsü 0,18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın sxem üzrə naturada bölünərək ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsi ilə yalnız mübahisəli ünvanda yerləşən 0,18 ha torpaq sahəsindən iddiaçı Cavabdeh payı 1/6 hissədə Ekspertiza Mərkəzinin ## #### 2022-ci il tarixli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmış, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən isə iddiaçı Cavabdeh məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı nəzərə alınmışdır. Vavabdehin payı çox cüzi miqdar təşkil etdiyindən qanunvericilik kompensassiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi üçün əsaslar yaradır. Cavabdehə mübahisəli 0,18 ha torpaq sahəsindən 1/6 hissədə pay ayrılmışdır. Beləliklə, Cavabdeh 0,03 ha payı vardır. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən həmin torpaq sahəsi ilə əlaqədar 500 manat, fərdi yaşayış evindəki 0.4 kv.m. payına görə 500 manat olmaqla ümumilikdə 1000 manat kompensasiya ödənilməklə həm torpaq sahəsi həm də fərdi yaşayış evi illə əlaqədar mülkiyyət hüququna xitam verilməlidir.

5. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İddiaçı) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin ümumi paylı mülkiyyətində 5/6 hissədə iddiaçının, 1/6 hissədə cavabdehin payı vardır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin digər iştirakçısının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.Lakin iddiaçı cavabdehin payının cüzi olması və ümumi əmlakın idarə edilməsində mənafeyinin olmaması halını təsdiq edən sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 213.1, 213.2, 215.2, 220.4, 221-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə əlavə edilən çıxarışdan göründüyü kimi, Gədəbəy şəhəri, İsgəndər Aznaurov küçəsi, ev 14 ünvanında yerləşən əmlaka 5/6 hissədə onun, 1/6 hissədə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Qanuni qüvvəyə minmiş Gədəbəy Rayon məhkəməsini *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə, yalnız mübahisəli ünvanda yerləşən 0,18 ha torpaq sahəsindən iddiaçı Cavabdeh payı 1/6 hissədə Ekspertiza Mərkəzinin ## #### 2022-ci il tarixli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmış, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən isə iddiaçı Cavabdeh məxsus olan fərdi yaşayış evindən pay düşmədiyinə görə iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları olmamışdır. AR Ali Məhkəməsinin Qərarından da göründüyü kimi, cavabdehin qeyd olunan fərdi yaşayış evinə köçürülməsi mümkün olmamışdır. Həmçinin Ali Məhkəmənin Qərarında kompensasiya ödənilməklə cavabdehin payına düşən hissədə mülkiyyət hüququna xitam verilməsinin mümkünlüyü tövsiyə edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12.Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 1 3 . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi . Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı: Bənd 17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Bənd 18. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Bənd 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 64. Araşdırma nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair # ##### 2014-cü il tarixli Qərarı Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin materiallarından müəyyən olunur ki, Gədəbəy şəhəri, İsgəndərov Aznaurov küçəsi, ev 14 ünvanında yerləşən 0,18 ha torpaq sahəsi və sahəsi 46,80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə İddiaçı adına, 1/6 hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı işdə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə dair mübahisə mövcuddur.

21. Həmçinin iş materiallarının təhlilinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, iddiaçı Cavabdeh və cavabdehin ümumi paylı mülkiyyətində olan Gədəbəy şəhəri, İsgəndərov Aznaurov küçəsi, ev 14 ünvanında yerləşən 0,18 ha torpaq sahəsindən iddiaçı Cavabdeh payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2022-ci il tarixli, **/**** nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmışdır. Qətnamədə göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2022-ci il tarixli **/**** nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4,0 kv.m. sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrı-ayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən iddiaçı Cavabdeh məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, ölçüsü 0,18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın ayrılması mümkün olduğu müəyyən edilmişdir.

22. İddiaçı tərəfindən apellyasiya şikayətində cavabdehin mülkiyyətində olan Gədəbəy şəhəri, İsgəndərov Aznaurov küçəsi, ev 14 ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin və sahəsi 46,80 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsinə münasibətdə qeyd etmişdir ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin digər iştirakçısının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

23. Məhkəmə kollegiyası mülki qanunvericiliyə istinad edərək qeyd edir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin payı 1/6 hissə olsa da, həmin payın “cüzi pay” hesab olunması üçün təkcə faiz nisbəti kifayət etmir. Mülki Məcəllənin 220.4cü maddəsinə

24. əsasən, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

25. Belə ki, əmlakın istifadəyə yararlılığı, həmçinin mülkiyyətçinin həmin əmlakda marağının olub-olmaması birlikdə qiymətləndirilməlidir. Cavabdehin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh öz payından könüllü imtina etməmiş, mülkiyyət hüququnun saxlanılmasını istəmişdir. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan, şəxsin razılığı olmadan həmin hüquqa yalnız müstəsna hallarda xitam verilə bilər. Hazırkı işdə isə belə müstəsna hallar müəyyən edilmir.

26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar