Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-210/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı İkram oğlunun və cavabdeh cavabdeh3 nümayəndəsi (vəkil) İbrahimova Türkan Qulu qızının iştirakı ilə, İddiaçı İddiaçı İkram oğlunun cavabdehlər cavabdeh3 və qeyrilərinə qarşı mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilməsi, mirasın qəbul edilməsi və s. tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İkram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ## #### 2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, İddiaçı İkram oğlu ## #### 1964-cü ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuşdur, anası kimi X3 göstərilmiş, atalığı müəyyən edilmədiyindən atası qrafası boş saxlanılmışdır.
2. ##.##.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, Hüseynov Akif İkram oğlu ##.##.1966-cı il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuş, ana qrafasında X5 qeyd edilmişdir. ##.##.2015-ci il tarixdə vəfat etmiş A. İ. Hüseynovun ölümü ##.##.2015ci il tarixdə ** nömrəli akt qeydi ilə Şəmkir Rayon Çinarlı qəsəbə icra nümayədəliyində dövlət qeydiyyatına alınmışdır.
3. cavabdeh1 İkram qızı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, cavabdeh1 İkram qızı mərhum anası Cahan Hüseynovanın ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir.
4. JN-318A (KOD ********) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** saylı qərarı ilə Şəmkir rayonu Çinarlı qəsəbəsində X3 (Təmrəz) qızının mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir.
5. AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (Təmrəz) qızı ## ###### 2017-ci il tarixdə vəfat etmişdir.
6. Şəmkir Rayon Qeydiyyat Şöbəsininin 3-16/7- ******/**** nömrəli arayışından görünür ki, Şəmkir rayon Qeydiyyat Şöbəsinin rəyinə əsasən 03.02.20217-ci il tarixdə vəfat etmiş X6 ata adı “Təmrəz” adından “Tahir” adına düzəliş edilmişdir.
7. Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, X3 adına Milli Qeydiyyat Sistemində fərdi yaşayış evi aşkar edilməmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** saylı qərarına əsasən Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə X3 (Təhməz) qızının adına JN-***A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir.
8. Şəmkir rayon Çinarlı qəsəbə İƏD tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X3 (Təmrəz) qızı ##.##.2017-ci ildə vəfat etmişdir və öləndən sonra təsərrüfatbaşına kitabda ailə üzvləri X10, cavabdeh3, cavabdeh2 və X7 qalmışdır.
9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X8 tərəfindən verilmiş arxiv arayışından görünür ki, X6 (Tahir) qızı ##.##.1941-ci il tarixdə doğulmuş, ailə tərkibi ##.##.1966-cı il təvəllüdlü oğlu Hüseynov Akif İkram oğlu, ##.##.1972-ci il təvəllüdlü gəlini X11, nəvələri ##.##.1991-ci il təvəllüdlü Orxan, ##.##.1992-ci il təvəllüdlü Sərxan və ##.##.1992-ci il təvəllüdlü Cahan adlı şəxslərdən ibarətdir.
Birinci instansiya məhkəməsində birinci icraat
10. İddiaçı İddiaçı İkram oğlu cavabdehlər cavabdeh3, cavabdeh2 və Abbasova (Hüseynova) Mətanət İkram qızına qarşı “mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 Şəmkir rayonu Çinarlı qəsəbəsində miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilib mirasın tərəfindən qəbul edilməsi və torpaq sahəsinə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum anası X3 ##.##.2017-ci ildə vəfat etmişdir. Anasından Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin yarısını o və qardaşının uşaqları, cavabdehlər istifadə etdiyi üçün vaxtında Notariat Orqanına müraciət edib mirası qanunla müəyyən edilmiş vaxtda qəbul etməmişlər. Hazırda bacısı cavabdeh cavabdeh1 razılıq versə də, digər cavabdehlər razılıqla torpaqlarının bölünməsinə razı deyillər. Ona görə da hazırki iddia ilə məhkəməyə müraciət edib mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilib mirasın qəbul edilməsi faktının müəyyən edilib vərəsəliyin müəyyən edilməsini istəyir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı İkram oğlu hazırki iddia tələbində mərhum anası X3 (Təmrəz) qızından miras qalmış əmlakın mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilməsini tələb etmiş olsa da, iddiaçı tərəfindən mərhum anası X3 (Təmrəz) qızından qalmış miras qəbul edilmədiyindən və bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapdığından iddiaçının mərhum anasından qalmış mirasın qəbulu ilə bağlı müddəti mübahisələndirməsi üçün qanuni əsaslar aradan qalxmışdır. İddiaçının mərhum anasından qalmış mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilməsini tələb etsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının ümumiyyətlə mərhum anasından qalmış mirası qəbul etməməsi müəyyən edildiyindən və həmçinin iddiaçı mirasın qəbul edilməsi müddətinin ondan aslı olmayan üzrlü səbəblərdən ötürməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyindən və bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapdığından, müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən mötəbər sübutu təqdim edə bilmədiyindən onun mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilib mirasın tərəfindən qəbul edilməsi və torpaq sahəsinə uyğun olaraq payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Mülki Məcəlləsi 1133, 1146, 1151, 1159, 1243, 1247 və 1248-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
15. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İkram oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın mahiyyəti üzrə bildirir ki, mərhum anası X3 ##.##.2017-ci ildə vəfat etmişdir. Anasından Şəmkir rayonu, Çinarlı qəsəbəsində 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin yarısını o, və qardaşının uşaqları faktiki olaraq qəbul edib, idarə etmişdir. Eyni zamanda o, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Bununla da mirası faktiki olaraq, qəbul edib, idarə edir. Lakin o, miras əmlakın qəbulu ilə bağlı vaxtında Notariat orqanına müraciət edə bilməmişdir. Çünki əlil və xəstədir. Eyni zamanda hesab edir ki, mirası faktiki qəbul etdiyi üçün rəsmi qaydada notariat kontora ərizə verməyə ehtiyac yoxdur. Cavabdeh cavabdeh1 miras əmlakın bölünməsinə razılıq versə də, digər cavabdehlər miras torpağın bölünməsinə razı deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etməli oldu. Lakin məhkəmə onun haqlı iddiasını əsassız hesab edərək rədd etmişdir. Məhkəmənin bu qərarı ilə narazıdır. Bu səbəbdən də mərhum anasından qalan miras əmlaka o da vərəsə tanınmalı idi. Lakin buna baxmayaraq, məhkəmə onu miras əmlakdan məhrum etməyə çalışır. Bu isə onun hüquq və qanuni mənafelərinin pozulması deməkdir. Məhkəmə isə onun hüquqlarını qorumaq əvəzinə cavabdehlərin mövqeyindən çıxış etmişdir. Qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını istəyir. Çünki o, miras əmlakda faktiki yaşamaqla mirası faktiki olaraq, qəbul etmişdir. Bunu təsdiq edən kifayət qədər mötəbər sübutları vardır. Mərhum anasının vəfatından sonra miras mülkdə yaşamaqla, miras mülkü idarə etməklə mərhum anasından qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, miras əmlakdan onun payı müəyyən olunmalıdır. Miras əmlaka onun qanun üzrə vərəsə tanınmalıdır. Çünki onun yaşadığı ev mərhum anasından qalan miras əmlak üzərində yerləşir. Bu isə onun mirası faktiki qəbul etməyi və miras əmlaka vərəsə tanınmağına əsasdır. Çünki mirasın qəbulu ya əmlakı idarə etmək, ya da notariat kontora müraciət deməkdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar vardır. Mübahisə predmeti olan miras əmlaka yerində baxış keçiriləsə idi, aydın olardı ki, onun yaşadığı ev miras torpaq sahəsinin üzərində yerləşir.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İkram oğlu apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, hazırda bibisioğlugildə yaşayır. Bir torpaq sahəsində iki ev var idi. Birində o, yaşayırdı, digərində qardaşı yaşayırdı. Şəraiti yox idi. Yay aylarında orada yaşayırdı. Akif Hüseynov birinci vəfat etmişdir. Sonra isə anası vəfat etmişdir. Evlərin birində o, digərində qardaşının həyat yoldaşı qalırdı. Hasar hal-hazırda yoxdur. Qardaşının həyat yoldaşı hasar sökmüşdür. 1-2 il olar hasarı sökmüşdür. Hasarı anası çəkdirmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi (vəkil) İbrahimova Türkan Qulu qızı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ərazi heç kəsə məxsus deyildir. İddiaçı Şəmkir Rayon Məhkəməsində bildirmişdir ki, bibisioğlunda yaşayır. Bacısı qəbul etməmişdir. İkinci ev yoxdur. Bir otaq olmuşdur ki, o da anbar kimi istifadə edilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı mübahisəli evdə yaşamamışdır. Ev dövlətindir. İddiaçı mirası qəbul etməmişdir. Tərəflər arasında mübahisə vardır. İddiaçı dünənə evə zornan müdaxilə etmişdir. Ev onun deyildir. Məhkəmə iclasının təxirə salınmasına etiraz etmir. İddiaçı ilə Akif Hüseynov qardaş olmuşdurlar. Akif Hüseynov vəfat etmişdir.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı İkram oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının anası ## ###### 2017-ci ildə vəfat etmişdir. Üç uşaq olmuşlar. Uşaqlar – cavabdeh1, İddiaçı və Akif Hüseynovdur. 2003cü ildə atası vəfat etmiş, o vaxt iddiaçı əsgərlikdə olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Akif Hüseynov vəfat etmişdir. cavabdeh1 isə sağdır. Torpaq sahəsi iki hissəyə bölünmüşdür. Giriş-çıxışları ayrı olmuşdur. 0.03 ha olaraq bölünmüşdür. İddiaçı 2017-ci ildə mirası qəbul etmişdir. Mübahisəli əraziyə yerli baxış keçirilməsini xahiş edirik. İddiaçı mübahisəli ərazidə tikinti işləri aparmışdır. İddiaçı evə gedibgəlirdi.
21. İş üzrə iddiaçının nümayəndəsinə (vəkil) və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
26. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
27. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
29. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı apellyasiya şikayətində iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anasından qalmış mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilməsini tələb etsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının ümumiyyətlə mərhum anasından qalmış mirası qəbul etməməsi müəyyən edildiyindən və həmçinin iddiaçı mirasın qəbul edilməsi müddətinin ondan aslı olmayan üzrlü səbəblərdən ötürməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
44. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, X3 (Təmrəz) qızının Hüseynov Akif İkram oğlu, İddiaçı İkram oğlu və cavabdeh1 İkram qızı adlı üç övladı olmuşdur. Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** saylı qərarı ilə JN-318A (KOD ********) saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayonu Çinarlı qəsəbəsində X3 (Təmrəz) qızının mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cahan Hüseynovanın övladlarından Hüseynov Akif İkram oğlu ##.##.2015-ci ildə vəfat etmişdir. X3 (Təmrəz) qızı ## ###### 2017-ci il tarixdə vəfat etmişdir. Miras qoyanın ölümü ilə müvafiq olaraq miras əmlak açılmışdır. Cahan Hüseynova vəfat etdikdən sonra ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsində oğlu Akif Hüseynovun ailəsi yaşayaraq, mərhum X3 (Təmrəz) qızından qalmış mirası faktiki olaraq qəbul etmişlər. Miras açılan vaxt iddiaçı mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı İddiaçı İkram oğlu mərhum anası X3 (Təmrəz) qızı vəfat edərkən Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşadığını, anasının yaşadığı evdə şərait olmadığından başqa evdə yaşadığını, anası vəfat etdikdən sonra da, mərhum anası Cahan Hüseynovaya məxsus torpaq sahəsindən istifadə etmədiyini, orada yaşamadığını, qardaşı Akifin ailəsinin orada yaşadığını, hazırda isə mərhum anasından qalmış miras əmlakı qəbul etmək istədiyini bildirmişdir. Orada iki ev olduğunu, aradan hasar olduğunu, qardaşının həyat yoldaşının 1-2 il olar ki hasarı sökməsini bildirmişdir. Həmçinin, iddiaçının nümayəndəsi (vəkil) məhkəmə iclasında torpaq sahəsinin iki hissəyə bölünməsini, giriş-çıxışlarının ayrı olmasını və faktiki 0.03 ha olaraq bölünməsini göstərmişdir. Lakin mübahisə predmeti olan torpaq sahəsində iki evin olması və ya iki hissəyə ayrılması iş materialları ilə sübuta yetirilməmişdir.
45. İddiaçı İddiaçı İkram oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, “ötən dəfəki məhkəmə prosesində cavabdehin nümayəndəsi göstərirdi ki, İddiaçı evli olduğundan anası Cahan rəhmətə gedəndə Sumqayıt şəhərində yaşayırdı. İddiaçı isə ifadəsində göstərdi ki, arvadı ilə arasında olan nikah 2011-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən də o anası ilə bir təsərrüfatda hazırda mübahisə predmeti olan torpaq sahəsinin üzərində yerləşən evdə yaşayır və anasından miras qalmış həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən istifadə edirdi. İddiaçı nikahın pozulması haqqında şəhadətnaməsinin surətini sizə təqdim edirik. Nəzərə almanızı və iş materiallarına əlavə etməyinizi xahiş edirik.” Həmçinin, mübahisəli ərazinin fotoşəkillərini iş materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Kollegiya tərəfindən qeyd olunan sənədlər tədqiq edilsə də, hazırki iddia tələbinin dəlilləri kimi qiymətləndirilməmişdir.
46. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı qanunvericiliyin müəyyən etdiyi müddətdə formal üsulla yəni notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etməmişdir. Bu baxımdan iddiaçı sübut etməlidir ki, anasından qalan mirası əmlakı faktiki qəbul etmişdir. Mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən miras qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi, məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Lakin, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmiş, kollegiyanın araşdırması zamanı tədqiq edilən sübutlar onun mirası faktiki qəbul etməməsini göstərmişdir. Mirası faktiki qəbul etmiş şəxs həmin əmlakı idarə etməklə, əmlakda müəyyən yaxşılaşdırma işləri aparmaqla, həmin evin komunal xərclərində iştirak etməklə və.s üsullarla miras əmlakı qəbul etdiyini nümayiş etdirməlidir. Lakin, iddiaçı tərəfindən miras əmlaka sahiblik etməsi, onu idarə etməsi və ya həmin əmlakda hər hansı bir yaxşılaşdırma işləri aparılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
47. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
48. Məhkəmə kollegiyası əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İddiaçı mirasın qəbul edilməsi müddətinin ondan aslı olmayan üzrlü səbəblərdən ötürməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
49. İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyindən və bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapdığından, həmçinin müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən mötəbər sübutu təqdim edə bilmədiyindən onun mirasın qəbulu üçün ötürdüyü müddətin üzrlü hesab edilib mirasın onun tərəfindən qəbul edilməsi və torpaq sahəsinə uyğun olaraq payların müəyyən edilməsi tələbinə dair iddiasını rədd etməkdə işə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmişdir.
50. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İkram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.