Məhkəmə qərarları › İş №2(3-7)-224/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-224/2026

17.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-224/2026 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-1076/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh mərhum həyat yoldaşı X1 fərdi yaşayış evindən miras payının vərəsələr arasında bölünməsinə, paylı mülkiyyətdə olan 1/5 hissədə bölünmüş torpaq sahəsinin isə vərəsələr arasında bölünməsinə, Cavabdeh payının naturada ayrılıb tanıdılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1076/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ¼ hissədə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0308 ha torpaq sahəsinin 1/5 hissəsinə ¼ hissədə İddiaçı payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş üzrə qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs 04 noyabr 2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti verməklə eyni zamanda prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1076/2020 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh qаrşı “miras əmlakdan payların müəyyən edilməsi, paylı mülkiyyətdə olan torpağın naturada ayrılması və tanıdılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2(021)-1076/2020 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs münasibətdə müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1076/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materiallarından görünür ki, maraqlarına toxunan şəxs tərəfindən müddət bərpa edilməsi barədə ərizə verilmiş və ərizəyə apellyasiya şikayəti əlavə edilmişdir. Apellyasiya şikayətində maddi və prosessual hüquqların pozulmasının nədən ibarət olması, həmçinin apellyatorun xahişinin nədən ibarət olması qeyd olunmamışdır. Qeyd olunananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1076/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-1076/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar