Məhkəmə qərarları › İş №2(3-7)-254/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-254/2026

22.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-254/2026 22.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı1 Abzər qızının və iddiaçı2 Abzər qızının cavabdehlər cavabdeh1 və Gəncə şəhər * saylı Notariat kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və miras mülkə payın müəyyən edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X7 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçılar iddiaçı1, iddiaçı2, cavabdeh cavabdeh1 Abuzər qızının, üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iştirakı ilə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 Abuzər qızı və Gəncə şəhər * saylı Notariat konturuna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Abuzər qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Abuzər qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) şəhadətnamənin ləğv olunması və sair tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Auzər qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 və X20 ## #### 1960-cı il tarixdə ** nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olunmuşdur.

2. X2 ##.##.2005-ci ildə, X17 ##.##.2005-ci ildə ölmüşdür.

3. ##.##.1936-cı ildə doğulmuş ##.##.2005-ci ildə ölmüş X2 ailə tərkibi arvadı X20, qızı ##.##.1960-cı il təvəllüdlü iddiaçı1 Abzər qızı, oğlu ##.##.1963-cü il təvəllüdlü Məmmədov İkram Abzər oğlu, oğlu ##.##.1964-cü il təvəllüdlü X8, qızı ##.##.1967-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, qızı ##.##.1969-cu il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, qızı ##.##.1970-ci il təvəllüdlü cavabdeh1, qızı ##.##.1973-cü il təvəllüdlü iddiaçı2 Abzər qızından ibarətdir, ##.##.1963-cü il təvəllüdlü Məmmədov İkram Abzər oğlunun ölümü ilə bağlı heç bir məlumat aşkar olunmamışdır.

4. ##.##.2015-ci ildə vəfat etmiş Arzuman Abzər oğlunun ailə tərkibi habelə, ##.##.1972ci ildə doğulmuş və ##.##.1996-cı ildə vəfat etmiş arvadı Məmmədova (Rüstəmova) Gülşən Şəmistan qızı, övladları ##.##.1992-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və ##.##.1993-cü il təvəllüdlü X5 ibarət olmuşdur.

5. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin ## ###### 1964-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X1 adına qeyd edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi 173.0 kv.m (0.0173 ha) olmuşdur. Kommunal Təsərrüfatı Nazirliyinin ## ### 1982ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu sənədlər olmadan X4 adına qeyd edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi 229.0 kv.m (0.0229 ha) olmuşdur. ## ######## 2000-cı il tarixli inventarizasiya işləri zamanı fərdi yaşayış evi X4 istifadəsində göstərilmiş, yaşayış evi tikili “A”da ümumi sahəsi 97.7 kv.m, yaşayış sahəsi 48.0 kv.m olan iki yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 229.0 kv.m-dən (0.0229 ha) ibarət olmuşdur. Qeyd edilən sənədlərə əsasən X2 adına ünvan 3 ünvanında 0.0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan fərdi yaşayış evinə dair ## ###### 2024-cü il tarixli, 200013005202-***** reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında reyestrindən arayış verilmişdir.

6. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, ##.##.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı – cavabdeh1dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97.7 kv.m. olan fərdi yaşayış evindən və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0229 ha olan torpaq sahəsindən ibarətdir.

7. Gəncə şəhər * saylı notariat ofisinin ## ###### 2024-cü il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdeh1 ## ###### 2024cü il tarixli, 200013005202-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

8. Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qərardan görünür ki, iddiaçı1 Abzər qızı və iddiaçı2 Abzər qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar iddiaçı1 Abzər qızı və iddiaçı2 Abzər qızı cavabdehlər cavabdeh1 və Gəncə şəhər * saylı Notariat kontoruna qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli *V-** nömrəli reyestr qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkə dair çıxarışın ləğv edilməsi, ünvan 4 ünvanda yerləşən miras mülkün vərəsələr arasında bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, ataları Abzər ##.##.2005-ci ildə, anaları Ruqiyyə ##.##.2005-ci ildə rəhmətə getmişdir. Ata və anaları rəhmətə getdikdən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2024-cü il tarixdə cavabdeh öz adına qanun üzrə vərəsilik şəhadətnaməsi almış, onlar isə qanun üzrə vərəsə kimi miras əmlakdan kənarda qalıblar. Bundan sonra cavabdeh miras əmlaka çıxarış almışdır. Göründüyü kimi cavabdehin adına vərəsəlik şəhadətnaməsi verilməsi ilə onlar vərəsə kimi mirasdan məhrum ediliblər.

11. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 11**, 1151.1, 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı iddiaçı1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Abuzər qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Abuzər qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ünvan 4 ünvanında yerləşən tikili “A”-da ümumi sahəsi 97.7 kv.m, yaşayış sahəsi 48.0 kv.m olan iki yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 229.0 kv.m-dən (0.0229 ha) ibarət olan fərdi yaşayış evi ataları X2 adına olmuşdur. Ataları X2 ##.##.2005-ci ildə, ondan dörd gün sonra ##.##.2005-ci ildə isə anaları X17 ölmüşdür. Mərhumların vərəsə kimi qızı iddiaçı1-##.##.1960cı il təvəllüdlü, oğlu Məmmədov İkram Abuzər oğlu-##.##.1963-cü il təvəllüdlü, oğlu X10- ##.##.1964-cü il təvəllüdlü, qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4-##.##.1967-ci il təvəllüdlü, qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3-##.##.1969-cu il təvəllüdlü, qızı cavabdeh1 Abuzər qızı-##.##.1970-ci il təvəllüdlü, qızı iddiaçı2-##.##.1973-cü il təvəllüdlü uşaqları qalmışdır. Vərəsələrin razılığı və xəbəri olmadan bacıları cavabdeh1 Abuzər qızı Gəncə şəhər * saylı notariat ofisinə müracət edərək ## ###### 2024-cüil tarixli, 2V** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında adına ## ###### 2024-cü il tarixli, 200013005202-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Gəncə şəhər * saylı notariat ofisi isə vərəsələrin heç birinə bildiriş göndərməmişdir. Belə hesab edirlər ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına ziddir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, atası Abzər Məmmədov ##.##.2005-ci ildə, anası Ruqiyyə Ələkbərova ##.##.2005-ci ildə rəhmətə getmişdir. Atam və anam rəhmətə getdikdən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2024-cü il tarixdə bacısı, yəni cavabdeh cavabdeh1 öz adına qanun üzrə vərəsilik şəhadətnaməsi almış, onlar, yəni digər övladları isə qanun üzrə vərəsə kimi miras əmlakdan kənarda qalmışlar. Bundan sonra cavabdeh miras əmlaka dair çıxarış almışdır. Göründüyü kimi cavabdehin adına vərəsəlik şəhadətnaməsi verilməsi ilə onlar vərəsələr kimi mirasdan məhrum edilmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, bacısı, yəni cavabdeh cavabdeh1 ata və anasının vəfatından əvvəl və onların vəfatından sonra miras evdə yaşamışdır. Miras ev 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Hazırda həmin ünvanda cavabdeh cavabdeh1 tərəfindən yeni ev tikilmişdir və Brilyant orada yaşayır. Valideynlərimin vəfatından sonra həmin evdə cavabdeh1 başqa bacı və qardaşı yaşamamışdır. Qardaşları İkram Məmmədov uşaq ikən vəfat etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, atası və anası öləndən sonra o həmin evdə yaşamamış, lakin oraya gedib-gəlmişdir. Valideynlərinin vəfatından sonra miras evdə qardaşı Arzuman yaşamışdır. Həmin vaxt cavabdeh cavabdeh1 Türkiyə Respublikasına getmiş və orada olmuşdur. Miras ev Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülsə də, cavabdeh cavabdeh1 qalmış mirasdan o da öz payını istəyir. cavabdeh1 Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sözügedən evin sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Onlar miras qoyanın vərəsələri olsalar da, cavabdeh həmin kompensasiyanı tək övlad olaraq qəbul etmək istəyir. Qardaşları İkram Məmmədov uşaq ikən vəfat etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 digər apellyatorlarla eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştarak edən cavabdeh cavabdeh1 Abuzər qızı apellyasiya şikayətinə etirazını bildirərək, izahatında göstərmişdir ki, atası və anası sağ ikən miras evə köçmüş, valideyinləri öləndən sonra orada yaşamışdır. 2018-ci ildə həmin evi İcra Hakimiyyəti sökənə kimi orada qalmışdır. Valideynlərinin vəfatından miras evdə digər bacı və ya qardaşı yaşamamışdır. Belə ki, qardaşı Arzuman ata-anası ölməmişdən əvvəl başqa qadınla ailə quraraq, başqa ünvana köçmüşdür. Miras ev söküldükdən sonra kirayə evdə qalmış, daha sonra həmin ünvanda yeni ev tikərək oraya köçmüş və hazırda orada yaşayır. Atasına məxsus olmuş evin sökülməsinə görə kompensasiya ödənilməsi tələbi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmiş, həmin iddia rədd edilmişdir, hazırda həmin qərardan apellyasiya şikayəti vermişdir. Digər qardaşı İkram Məmmədov uşaq ikən vəfat etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri * saylı Notariat ofisinin notariusu Nümayəndə ifadə verərək, göstərmişdir ki, o, Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2024-cü il tarixli şəhadətnaməni təsdiq etmişdir. İşdən görünür ki, ##.##.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı – cavabdeh1 olmuş və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə ilə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 97.7 kv.m. olan fərdi yaşayış evindən və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0229 ha olan torpaq sahəsindən ibarət olmuşdur. Gəncə şəhər * saylı notariat ofisinin ## ###### 2024-cü il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdeh1 ## ###### 2024cü il tarixli, 200013005202-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra isə, Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qərarla iddiaçı1 Abzər qızı və iddiaçı2 Abzər qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən qahuha müvafiq olaraq imtina edilmişdir. İddiaçılar mirası nə faktiki nə də rəsmi qəbul etməmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 11**. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

27. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

30. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

31. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı

34. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

37. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

38. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. **. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansı sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir.

56. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).

57. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

62. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

63. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə tam əsaslı olmuşdur.

64. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

68. Mülki işin yuxarıda sadalanan və tədqiq olunan hallarından göründüyü kimi, miras qoyanlar Abzər Məmmədov ##.##.2005-ci ildə, Ruqiyyə Ələkbərova ##.##.2005-ci ildə rəhmətə getmişdir. Onların vəfatından sonra cavabdeh cavabdeh1 Abuzər qızı həmin evdə yaşamışdır. 2018-ci ildə İcra Hakimiyyəti tərəfindən mübahisəli ev sökülmüşdür. Cavabdeh evin yerində yeni ev tikdirmiş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2024-cü il tarixdə öz adına qanun üzrə vərəsilik şəhadətnaməsi, sonra isə çıxarış almışdır. Digər vərəsələr həmin evdə yaşamamışlar. Mülki Qanunvericiliyin tələbinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Baxılan işdə miras iddiaçılar və üçüncü şəxslər tərəfindən hər iki halda qəbul edilməmişdir.

69. Göründüyü kimi, baxılan iş üzrə nə birinci instansiyası məhkəməsinə nədə ki məhkəmə kollegiyasına mirasın iddiaçılar və üçüncü şəxslər tərəfindən qəbul edilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla da, Məhkəmə Kollegiyası belə bir nəticəyə gəlir ki, baxılan işdə iddiaçı tərəfindən miras qəbul edilməmişdir.

70. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

71. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı iddiaçı1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Auzər qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar