Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-303/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Cavabdeh cavabdeh1 iştirakı ilə, Işin halları
1. ##.##.2014-cü il tarixindən ##.##.2015-ci ilədək İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”dən görünür ki, ##.##.2015-ci il tarixdə saat 20 radələrində “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh2 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur.
2. Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ##.##.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh1, etibar edilən şəxs isə, cavabdeh2dur.
3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ##.##.2015-ci il tarixli arayışdan görünür ki, cavabdeh1 mülkiyyətində olan və cavabdeh2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yolnəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir.
4. Lənkəran şəhər-rayon polis şöbəsinin ## ######## 2015-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan görünür ki, cavabdeh2 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, cavabdeh2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsinin tərkibinin olması nəzərə alaraq inzibati məsuliyyyətə cəlb olunaraq barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Lənkəran RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır.
5. Lənkəran Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2015-ci il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş şəxs cavabdeh2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir.
6. Icbari Sığorta Bürosunun (ISB) çıxarışından, həmçinin “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC № ****** saylı müqavilə ilə İddiaçı ASCdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır.
7. Iş materiallarından görünür ki, 3180 manat sığorta ödənişi məbləği İddiaçı ASC tərəfindən zərərçəkən şəxsin hesabına köçürülmüşdür.
8. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 51,80 manat dövlət rüsumu ödənilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 3180 (üç min yüz səksən) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 51,80 (əlli bir manat səksən qəpik) manat ümumilikdə, 3231,80 (üç min iki yüz otuz bir manat səksən qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, ##.##.2014-cü il tarixindən ##.##.2015-ci ilədək İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh2 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Iş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayişda görünür ki, cavabdeh1 mülkiyyətində olan və cavabdeh2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Istintaq bölməsində araşdırılaraq “cinayət şinin başlanmasının rədd olunması” barədə ##.##.2015-ci il tarixli Qərar qəbul edilmiş və cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək AR IXM-nın 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. Iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin № *(049)-789/2015 saylı iş üzrə ##.##.2015-ci ildə qəbul etdiyi qərarla Eyvazov Fərid Rəcəbəli oğlu yol-nəqliyyat hadisəsini törətmiş, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsinə görə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ****/FL/CML-****/****-** saylı sığorta aktına əsasən “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərin miqdarı müvafiq olaraq 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində və 330 (üç yüz otuz) manat məbləğində müəyyən edilmiş və İddiaçı ASC tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
11. Cavabdeh cavabdeh1 iddia ərizəsinə qarşı verdiyi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC ona və qeyrisinə qarşı "subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ilə Ağstafa Rayon məhkəməsinə müraciət edərək ondan və digər cavabdeh Eyvazov Fərid Rəcəbəli oğlundan 3180 (üç min yüz səksən) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 51.80 manat, ümumilikdə, 3231,8 (üç min iki yüz otuz bir manat səksən qəpik) manat məbləğində pul vəsaitin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia edir ki, ##.##.2014-cü il tarixindən ##.##.2015-ci ilədək “xxxx" ASC-de "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi" üzrə sığorta təminatı almış "VAZ 21011" markalı minik maşını, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Eyvazov Fərid Rəcəbəli oğlu yol-nəqliyyat hadisəsi törədərək "Mersedes-Benz E240” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21063" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Iddiaçı qeyd edir ki, cavabdeh Eyvazov Fərid Rəcəbəli oğlu sürücülük hüququ olmadan **-BD-*** dövlət qeydiyyat nişanlı “VAZ21011" markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, bu barədə Lənkəran şəhər-rayon Polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırmadan sonra "cinayət işinin başlanmasının rədd olunması" barədə ##.##.2015-ci il tarixli Qərar qəbul edilmiş və Eyvazov Fərid Rəcəbəli oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, AR IXM-nin 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Lənkəran şəhər-rayon Polis şöbəsinin DYPB-nə göndərilmişdir. Cavabdeh Eyvazov Fərid Rəcəbəli oğlu barəsində Lənkəran rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2015-ci il tarixli Qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Iddiaçı iddia edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində "Mersedes Benz E240" markalı 99- qeydiyyat nişanlı avtomobilə 2850 manat və “VAZ 21063" markalı, 15-BG- 879 miqdarı dövlət "xxxx" qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 330 manat məbləğində dəymiş zərərin ASC tərəfindən ödənişi həyata keçirilmişdir. Istintaq orqanı və məhkəmə tərəfindən hadisəni törədilməsində günahkar olan şəxsin əməlləri öz təsdiqini tapmışdır. Yəni, hadisəni törədən şəxsin kimliyi bəlli olmuş, bu hadisədə vurduğu ziyana görə cavab verməli olan şəxs bəlli olmuşdur. Belə olduğu halda, nə səbəbə iddiaçı ondan subroqasiya qaydasında dəymiş ziyanlığı tələb edir? Bu qanunaziddir. Bu hadisənin üstündən 10 ildən çox vaxt keçdikdən sonra iddiaçı məhkəməyə müraciət edib dəymiş ziyanlığı tələb edir. Özü də, yol-nəqliyyat hadisəsini törətməkdə təqsiri sübuta yetirilmiş və bu iş üzrə cavab verməli olan şəxsdən deyil, bu hadisə ilə heç bir əlaqəsi olmayan bir şəxsdən tələb edir. Əgər, bu işdə onun da, məsuliyyəti varıydısa, niyə 10 il bundan qabaq polis şöbəsində aparılan cinayət işinin istintaqı zamanı, o cümlədən inzibati xəta naqqında iş üzrə məhkəmə zamanı, sığorta aktı yazılarkən və araşdırma aparılarkən onu işə cəlb etməmişlər? Hadisənin üstündən 10 il keçdikdən sonra iddiaçının indi dəymiş ziyanlığı qeyri-qanuni olaraq ondan tələb etməsi düzgün deyil. Həmin avtomobil 20 ildən çoxdur ki, onda deyil. Başqa bir şəxsin qanuni istifadəsinə vermişdir. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır və ona aid olan hissədə təmin edilməməlidir.
12. Ağstafa Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Heyran Mürsəlova) iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 3180 (üç min yüz səksən) manat sığorta ödənişi və 51,80 (əlli bir manat, səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə “##.##.2014-cü il tarixdən ##.##.2015-ci ilədək sığorta təminatı almış “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh2 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Lənkəran şəhər-rayon polis şöbəsinin ## ######## 2015- ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan görünür ki, cavabdeh2 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2015-ci il tarixli qərardan görünür ki, Inzibati xəta törətmiş şəxs cavabdeh2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC № ****** saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. 3180 manat sığorta ödənişi məbləği “İddiaçı ASC tərəfindən zərərçəkən şəxsin hesabına köçürülmüşdür. İddiaçı ASC tərəfindən iş üzrə ****/FL/CML-****/****-** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə təqdim etdiyi bank hesablarına ödənilmişdir. Iş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ##.##.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh1, etibar edilən şəxs isə, cavabdeh2dur. Iş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ##.##.2015-ci il tarixli arayışdan görünür ki, cavabdeh1 mülkiyyətində olan və cavabdeh2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2 936.6, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
15. Ağstafa Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin ona aid olan hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-ti ondan və cavabdeh2 3180 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 51,80 manat, ümumilikdə 3231,80 manat pulun cavabdehlərdən alınması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ağstafa Rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Iddiaçının iddia ərizəsində əsaslandırmış olduğu hal ondan ibarətdir ki, ##.##.2014-cü il tarixindən ##.##.2015-ci ilə dək “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi“ üzrə sığorta təminatı almış “Vaz 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən cavabdeh2 yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “ VAZ 21063” markalı, 15BG 879 dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışda qeyd edilən haldan görülüb ki, cavabdeh1 mülkiyyətində olan və cavabdeh2 sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmiş, baş vermiş yol-nəqliyyat hadisəsi Lənkəran Şəhər-rayon polisi tərəfindən araşdırılmış və cavabdeh2 həmin hadisəni törətməkdə təqsirli bilinərək IXM-nin 152.4-cü maddəsi ilə Lənkəran rayon məhkəməsinin *(***)-***/**** saylı qərarı ilə, ##.##.2025-ci il tarixdə 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmənin araşdırmadığı bəzi hallar var ki, həmin hissələrə hüquqi qiymət verilməmiş, düzgün şəkildə araşdırılmamışdır. Belə ki, onun həmin mülkiyyətində olmuş olan “Vaz 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ##.##.2007-ci il tarixdə X4 baş etibarnamə verməklə avtomobil üzərində istənilən sərəncamı vermək hüququ vermişdir. Sonradan həmin avtomobili satdığı şəxs olan X4 da baş etibarnamə ilə X1, daha sonra isə onun ümumi vermiş olduğu baş etibarnamənin müddəti ##.##.2010-ci il tarixdə bitməsinə baxmayaraq, yenidən Bakı şəhəri ** saylı Notariat ofisində verilmiş olan baş etibarnamənin müddəti ##.##.2010-cu il tarixdə bitməsinə baxmayaraq hansısa şəkildə, digər şəxsə uzun müddətli baş etibarnamə verilməklə avtomobil idarə edilmiş, iş üzrə digər cavabdeh cavabdeh2 adına sənədləşdirilmişdir. Həmin hallara diqqət yetirilsə o, zaman onun ümumiyyətlə nə avtomobilin varlığı ilə bağlı, nə də ki, baş vermiş olan olaylardan ümumiyyətlə xəbərdar olmamışdır. Hətta iddiaçının iddia etmiş olduğu iddia tələbi üzrə onu cavabdeh olaraq göstərməsi isə absurtdur. Çünki hadisə baş verən anda və sonradan iddiaçı təşkilatın aparmış olduğu ödəmə prosesslərindən belə xəbərsiz olmuşdur. Ona ümumiyyətlə hadisələr barədə heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Həmçinin hadisənin baş vermə vaxtına baxılsa o zaman məlum olar ki, hadisənin üzərindən 12 il müddət keçmiş, iddiaçı təşkilat hər hansısa bir şəkildə, əmlak sahibi saydığı şəxsi yəni cavabdehi nə baş vermiş hadiəsələrlə, nə də ki, avtomobil istifadəsində və sahibliyində olan şəxsin adına rəsmi qaydada sənədləşdirilmədiyi zaman da iddia verməklə tələbini irəli sürərdi. Hadisənin baş verməsindən müddətin ötməsi barədə öz etirazını da bildirməyinə baxmayaraq, həmin hissəyə də hüquqi qiymət verilməmişdir. Iddiaçı təşkilatın əsaslandırması ilə guya ki, iş üzrə hadisə etmiş olan digər cavabdeh IXM-nin 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğunu bildirmiş, həmin maddə isə Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir kimi qeyd edilmişdir. Yəni hazırki iş ümumiyyətlə araşdırılmamış, onun mülkiyyətində olmayan əmlak barədə üzərinə öhtəliyin qoyulması halına diqqət yetirilməmişdir. Qanunun düzünə göstərişinə əsasən də, məhz ödənişi hadisəni törətmiş olan şəxs tərəfindən ödəniləcəyini bildirməsinə baxmayaraq, yenə də onun heç bir məsuliyyətinin olmaması halı olmasına baxmayaraq, yenə də cavbadehdən tələb edilmişdir. Həmin Qanunun 53.1-ci maddəsində deyilmişdir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin maddəyə istinad edilmiş, amma ki, nəzərə alınmamışdır ki, həmin avtomaşın onun mülkiyyətində qalması halı onun özündən asılı olmayan səbəblərdən baş vermiş, baş etibarnamə vermiş olduğu şəxsin digər üçüncü şəxsə satması və digər şəkildə başqa şəxslərin adına keçməsi halı mövcud olması, yəni onun xəbəri olmadan notariat orqanı tərəfindən saxta etibarnamə əsasında hadisə törətmiş şəxsin əməli üzrə hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. Bu iş üzrə isə dəfələrlə məhkəmənin nəzərinə çatdırmaq istədiyi hal üzrə araşdırma aparılmamış, yəni mülkiyyətində olmayan avtonəqliyyat vasitəsi üçün onun cavabdeh olaraq göstərilməyi və həmin hala da hüquqi qiymətin düzgün verilməməsi halı araşdırılmamış qalmışdır. Məhkəmə ilkin olaraq iddia müddətinin tətbiq edilməsi, yəni iddiaçı təşkilat tərəfindən iddia tələbi 3 il müddətində mübahisələndirilə biləcəyi halda və həmin mübahisəinin üzərindən 12 il keçməsinə baxmayaraq, cavabdehin həmin hal barədə rəsmi etirazının olmasına, həmçinin həmin avtonəqliyyat vasitəsi mülkiyyətindən çıxarılma, hadisənin baş verməsi və həmin ödənişləri ödəyən iddiaçı təşkilatın onu məlumatlandırmadığı, ümumiyyətlə hadisələr hansı xətt üzrə cərəyan etməsindən xəbərdar olmamağı halları barədə ümumiyyətlə araşdırılma aparılmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2016-cı il ######ın #-də həmin avtomobil saxta baş etibarnamə əsasında öz adına keçirilmişdir. Vətən müharibəsi iştirakçısı kimi ona aid olan hissənin ləğv olunmasını xahiş etmişdir.
18. Iddiaçı tərəfə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
21. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
22. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.
23. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
24. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
25. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
26. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
27. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
28. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“Icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;
33. “Icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
34. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. Icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
35. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən yalnız ona aid iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Işin faktiki halları kimi müəyyən olunmuşdur ki, İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə “##.##.2014-cü il tarixindən ##.##.2015-ci ilədək sığorta təminatı almış “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh2 ##.##.2015-ci il tarixdə saat 20 radələrində yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Lənkəran Şəhər Məhkəməsinin 3(049)- ***/**** nömrəli, ## ###### 2015-ci il tarixli qərardan görünür ki, inzibati xəta törətmiş şəxs cavabdeh2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC № ****** saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Iş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ##.##.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh1, etibar edilən şəxs isə, cavabdeh2dur. Iş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ##.##.2015-ci il tarixli arayışdan görünür ki, cavabdeh1 mülkiyyətində olan və cavabdeh2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, həmin avtomaşın onun mülkiyyətində qalması halı onun özündən asılı olmayan səbəblərdən baş verməsi, baş etibarnamə vermiş olduğu şəxsin digər üçüncü şəxsə satması və digər şəkildə başqa şəxslərin adına keçməsi halının mövcud olması, yəni onun xəbəri olmadan notariat orqanı tərəfindən saxta etibarnamə əsasında hadisə törətmiş şəxsin əməli üzrə hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 həmin avtomaşın onun mülkiyyətində qalması halının onun özündən asılı olmayan səbəblərdən baş verməsinin, baş etibarnamə vermiş olduğu şəxsin digər üçüncü şəxsə satması və digər şəkildə başqa şəxslərin adına keçməsi halının mövcud olması, yəni onun xəbəri olmadan notariat orqanı tərəfindən saxta etibarnamə əsasında hadisə törətməsini bildirsə də, MPM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin məcələnin 152.10-cu maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Həmçinin 152.11-ci maddədə qeyd edilir ki, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Göründüyü kimi, mülkiyyətçi onun iradəsi əleyhinə mülkiyyətində olan əmlakın mülkiyyətindən çıxması halı istisna olmaqla, digər hallarda ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Cavabdeh cavabdeh1 mülkiyyətində olan əmlakın onun iradəsi əleyhinə mülkiyyətindən çıxması ilə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, sığorta ödənişi ilə tərəflər arasında yaranan münasibətlər müqavilə münasibətləri olsa da, sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı yaranan subroqasiya hüququ qanundan irəli gələn tələbdir. MPM-nin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Odur ki, hazırki iş üzrə iddiaçının tələbi qanundan irəli gələn tələb olduğundan həmin münasibətlərə 10 illik iddia müddəti tətbiq edilməlidir. Iş materiallarından görünür ki, ##.##.2015-ci il tarixdə saat 20 radələrində “VAZ 21011” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh2 yolnəqliyyat hadisəsi törədərək “Mercedes Benz E240” markalı ** GE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə hər iki avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Iddiaçı isə Ağstafa Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili də, əsassızdır.
53. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Ağstafa Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.