Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-309/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli AZL-**** saylı daxili lizinq müqaviləsindən görünür ki, 1 ədəd “Chevrolet Cobalt” markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Cavabdeh lizinqə verilmiş, cavabdeh isə pulu illik 16 faiz hesablanmaqla, 53 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında razılaşdırılmış ödəmə qrafikindən görünür ki, Cavabdeh ##.##.2025–##.##.2029–cu illər ərzində müqavilədə göstərilən lizinq obyektinin dəyərini hissə–hissə ödəməyi öhdəsinə götürmüşdür.
3. ##.##.2025–ci il tarixli X3 görünür ki, 1 ədəd “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Cavabdeh təhvil verilmişdir.
4. ##.##.2025–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət cavabdehdən öhdəliklərini yerinə yetirərək müqavilə üzrə ödəniş aparılmasını tələb etmiş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir.
5. Maliyyə arayışından görünür ki, ##.##.2025–ci il tarixədək cavabdehin 264.63 manat əsas kredit borcu, 242.40 manat mükafat borcu, 349.11 manat cərimə borcu olmaqla, cəmi 856.14 manat məbləğində borcu yaranmışdır.
6. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş İddiaçı MMC-nin ##.##.2026cı il tarixli, **** saylı məktubundan görünür ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli AZL-**** saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Tərəflər arasında qeyd edilən müqavilə imzalandıqdan sonra lizinq alan lizinq obyektinə hər hansı servis xidmətinin göstərilməsi ilə bağlı rəsmi Servis Mərkəzinə heç bir müraciət etməmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə Şəmkir Rayon Məhkəməsində dair iddia qaldıraraq, cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixli AZL-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## #### 2025-ci il tarixə ödənilməmiş 264.63 manat gecikdirilmiş əsas, 242.40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 349.11 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 6377.60 manat, ümumilikdə 7233.74 manat borc və ödənilmiş 92.34 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli AZL-**** saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №*) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 53 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 533.96 manat, ümumilikdə isə 28300 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 28300 manatın 20200 manatı əsas məbləğ təşkil edir. Cavabdehnın müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt” markalı,**-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil ## #### 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6377.60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-**** saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ## #### 2025-ci il tarixə ümumilikdə 856.14 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №*) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 1 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.
9. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında ## ###### 2025-ci il tarixli AZL-**** nömrəli daxili lizinq müqaviləsi üzrə cavabdeh Cavabdeh 264.63 manat gecikdirilmiş əsas, 242.40 manat gecikdirilmiş mükafat, 13 manat dəbbə, cəmi 520.03 (beş yüz iyirmi manat üç qəpik) manat məbləğində pul alınıb iddiaçı “xxxx” MMC–nə verilməsi, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh Cavabdeh alınıb “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı MMC iddia ərizəsinə yalnız avtomobilin təmir aktı əlavə edərək, modeli “chevrolet cobal”t, dövlət qeydiyyat nişanı ** AR *** olan avtomobilə 6377 manat məbləğində cavabdeh tərəfindən vurulması, həmin təmir xərcinin cavabdeh tərəfindən ödənilməli olmasını qeyd etmiş olsa da, həqiqətən həmin avtomobilin təmir aktında göstərilən hissələrinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınmaqla təmirə ehtiyacı olması və təmir edilməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.
11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 421, 423, 462, 463, 467 və 748-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
12. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə deməyə əsas verir ki, sanki iş proses dövründə hərtərəfli araşdırılmış və müəyyən edilmişdir ki, lizinq obyekti olan avtomobil lizinq alanın deyil, üçüncü şəxslərin sahibliyində olmuş və iddiaçı üçüncü şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində lizinq obyektinə vurulmuş zərəri onlardan tələb etməyərək əsassız olaraq cavabdehdən vurulmuş zərərin əvəzini tələb edir. Halbuki, təqdim edilmiş sənədlərindən sübut olunur ki, lizinq obyekti lizinq alanın sahiblik və istifadəsində olmuş və bu işin tam mübahisəsiz halıdır. Məhkəmə bir cümlə ilə absurd fikir qeyd etməklə sübutlara və işin hallarına obyektiv qiymət verdiyi qənaətinə gəlmişdir. Qeyd olunanlardan başqa iddiaçı İddiaçı MMC olduğu halda tərtib edilmiş qətnamənin məzmununa diqqət etdikdə iddiaçı bəzi yerlərdə “xxxx” MMC, bəzi yerlərdə isə “xxxx” Açıq Səhmdar Cəmiyyəti olaraq qeyd edilmişdir. Qətnamənin qət etdi hissəsində isə “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilə üzrə borcun “xxxx” MMC-ə ödənilməsi, dövlət rüsumunun əvəzinin isə cavabdehdən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Halbuki, qeyd edilən Cəmiyyət ayrı-ayrı şirkətlərdir və heç bir ilə İddiaçı MMC-nin bağlılığı yoxdur. Göründüyü kimi, Şəmkir Rayon Məhkəməsi öz qətnaməsini konkret sübutları əsas götürməklə və müvafiq hüquq normalarına istinad etməklə deyil, bu mülki işə baxılması üçün hüquqi əhəmiyyəti olmayan hallar, ehtimal və fərziyyələrlə əsaslandıraraq tələsik qətnamə tərtib etməklə işlə bağlı nəticə vermişdir.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. İddiaçı məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
19. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
20. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4).
21. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli AZL-**** nömrəli daxili lizinq müqaviləsinə əsasən dəyəri 20200 manat olan 1 ədəd “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Cavabdeh lizinqə verilmiş, cavabdeh isə pulu illik 16 faiz hesablanmaqla, 53 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, həmçinin ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasında boyun qaçırmışdır. Ona görə də lizinq verən qismində çıxış edən iddiaçı cəmiyyətin lizinq alan qismində çıxış edən cavabdehdən bütün ödəniş məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. İşə baxan cavabdeh Cavabdeh 264.63 manat gecikdirilmiş əsas, 242.40 manat gecikdirilmiş mükafat, 13 manat dəbbə, cəmi 520.03 (beş yüz iyirmi manat üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin “xxxx” MMC-yə verilməsini qət etmişdir. İddiaçının lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 6377.60 manat zərər vurulması ilə bağlı dəlillərini isə iddiaçı tərəfindən sübut edilə bilməməsi səbəbindən təmin etməmişdir. Hazırda iddiaçı qətnamənin ancaq həmin təmin olunmamış hissəsindən narazıdır və apellyasiya şikayəti vermişdir.
33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı İddiaçı MMC iddia ərizəsinə yalnız avtomobilin təmir aktı əlavə edərək, modeli “chevrolet cobalt” dövlət qeydiyyat nişanı ** AR *** olan avtomobilə 6377 manat məbləğində cavabdeh tərəfindən vurulması, həmin təmir xərcinin cavabdeh tərəfindən ödənilməli olmasını qeyd etmiş olsa da, həqiqətən həmin avtomobilin təmir aktında göstərilən hissələrinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınmaqla təmirə ehtiyacı olması və təmir edilməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş İddiaçı MMC-nin ##.##.2026-cı il tarixli, **** saylı məktub ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli AZL-**** saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Chevrolet Cobalt” markalı, **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Tərəflər arasında qeyd edilən müqavilə imzalandıqdan sonra lizinq alan lizinq obyektinə hər hansı servis xidmətinin göstərilməsi ilə bağlı rəsmi Servis Mərkəzinə heç bir müraciət etməmişdir. Göründüyü kimi, iddiaçının ona vurulduğunu iddia etdiyi maddi ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehin həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsdiq olunmur.
35. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
36. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarında qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı İddiaçı MMC-nin adının qətnamənin bəzi yerlərində “xxxx” MMC, bəzi yerlərində isə “xxxx” Açıq Səhmdar Cəmiyyəti olaraq qeyd edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin səhvlər birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının pozulması kimi deyil, texniki xəta kimi qiymətləndirilir. İşin mahiyyəti üzrə baxılmasına və mahiyyətinə təsir etmir. Belə ki, iş materiallarında olan iddiaçı İddiaçı MMC-nin rekvizitləri (VÖEN **********, qeydiyyat ünvanı; ünvan 1 tel; *** ***-**-**) onun eyniləşdirilməsinə imkan verir və gələcəkdə qəbul edilmiş yekun məhkəmə aktının da icrasına şərait yaradır. Həmçinin kollegiya qeyd edir ki, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.
39. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.