Məhkəmə qərarları › İş №2(3-7)-320/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-320/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-320/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Işin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixində AZ/MIL/**/**** nömrəli sığorta şəhadətnaməsi ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır.

2. ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X2 6195 manat ödəniş edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasinda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1766.84 manat məbləğində pul vəsaitinin və 37.66 manat dövlət rüsumu, ümumilikdə 1804,50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində, 13:30-da “xxxx” ASCdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törədərək İddiaçı ASC tərəfindən “Avtоmоbil nəqliyyatı vasitələrinin kоmplеks sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DIN Binəqədi RPInin HK-*/*** nömrəli, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, cavabdeh Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. AZ/MIL/**/**** saylı sığorta şəhadətnaməsinə və CM****/****-AKT***/** saylı sığorta aktına əsasən “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı ”xxxx” ASC tərəfindən 6195 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4428.16 manat hissəsi “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış “xxxx” ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Ədil Məmmədov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi “Icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 23.1.6, 25.1 və 23.1.3-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216- 220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı AR DIN Binəqədi RPI-nin HK-*/*** nömrəli, ##.##.2024- cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Sözügedən qərar hazırkı gündə də qüvvədədir. Həmin qərara əsasən Cavabdeh AR IXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsasını deliktlərdən yaranan öhdəlik təşkil etdiyi halda iddiaçının məhz hansı inzibati xətanı törətməsini iddia ərizəsində göstərib-göstərməməsinin iddianın təmin edilməməsinə əsas verməməsi barədə məhkəmənin gəldiyi nəticə ziddiyyətlidir. Bununla yanaşı Azərbaycan Respublikası DIN Binəqədi RPI-nin ******* nömrəli, ##.##.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə də cavabdeh Cavabdeh baş vermiş hadisəyə görə Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməsi və məsuliyyətə cəlb edilməsi öz təsdiqini tapır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada təkrar xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciətləri daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

14. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

15. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

17. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə 19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

22. Maddə 25.1.3. Icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

23. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

24. Maddə 31.1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.

25. Maddə 34.1.3 və 34.1.4. Sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir.

26. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

39. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

45. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Işin halları ondan ibarətdir ki, ##.##.2024-cü il tarixində, “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törədərək “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DIN Binəqədi RPInin HK-*/*** nömrəli, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, cavabdeh Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. AZ/MIL/**/**** saylı sığorta şəhadətnaməsinə və CM****/****-AKT***/** saylı sığorta aktına əsasən “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı İddiaçı ASC tərəfindən 6195 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4428.16 manat hissəsi “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış “xxxx” ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir. Lakin, sığorta ödənişinə sərf edilmiş vəsaitin digər hissəsi, yəni 1766.84 manat cavabdeh tərəfindən İddiaçı ASC-yə qaytarılmamışdır. Buna görə də iddaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə iddia tələbini təmin etməmişdir.

47. Iddianı rədd edən birinci instansiya məkəməsini öz qərarını belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC iddia ərizəsində cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyini qeyd etsə də, onun məhz hansı inzibati xətanı törətdiyini göstərməmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdeh Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar iş materiallarına əlavə edilməmişdir.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab etmir.

49. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən kollegiya tərəfindən Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi bölməsinə sorğu verilmiş və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Binəqədi Rayon Polis Idarəsinin kollegiyaya daxil olmuş ##.##.2026-cı il tarixli *-**-**/*-*****/**** nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh ##.##.2024-cü il tarixdə idarə etdiyi “Mercedes” markalı AZ ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Binəqədi RPI-nin Təhqiqat Şöbəsində hadisə üzrə təhqiqat aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Binəqədi RPI DYP Şöbəsinə göndərilmişdir. Binəqədi RPI DYP Şöbəsində vətəndaş Cavabdeh barəsində ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

50. Işin hallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə subroqasiya qaydasında pulun ödənilməsi ilə bağlı yaranmış mübahisədir və qanunvericliyin yuxarıda qeyd edilmiş normaları əsasında həll edilməlidir.

51. Kollegiya göstərir ki, iddiaçının subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur. Hazırki halda isə subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi yol nəqliyyat hadisəsi zamanı cavabdeh Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

52. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

54. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi mövqe əsaslı və qanuni olmamışdır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

56. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

57. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamənin mübahisələndirilən hissələrində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

58. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

59. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

60. «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

64. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

65. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, ##.##.2024-cü il tarixində, 13:30da “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törədərək İddiaçı ASC tərəfindən “Avtоmоbil nəqliyyatı vasitələrinin kоmplеks sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DIN Binəqədi RPInin HK-*/*** nömrəli, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, cavabdeh Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. AZ/MIL/**/**** saylı sığorta şəhadətnaməsinə və CM****/****-AKT***/** saylı sığorta aktına əsasən “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı ”xxxx” ASC tərəfindən 6195 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4428.16 manat hissəsi “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış “xxxx” ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir. Işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə, - iddiaçı İddiaçı ASC iddia ərizəsində cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyini qeyd etsə də, onun məhz hansı inzibati xətanı törətdiyini göstərməmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdeh Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar iş materiallarına əlavə edilməmişdir. */*** nömrəli, ##.##.2024-cü il tarixli qərarı isə ##.##.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədədir. Həmin qərarla cavabdeh Cavabdeh barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Binəqədi RPI-nin DYP-nə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası DIN Binəqədi RPI-nin HK-*/*** nömrəli, ##.##.2024-cü il tarixli qərarı Cavabdeh inzibati xətaya görə inzibati tənbeh verilməsi barədə deyildir. Həmçinin birinci instansiya məhkəməsi - iddiaçı İddiaçı ASC iddia ərizəsində cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyini qeyd etsə də, onun məhz hansı inzibati xətanı törətdiyini göstərməmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdeh Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar iş materiallarına əlavə edilməmişdir. Bu əsasla iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən kollegiya tərəfindən Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi bölməsinə sorğu verilmiş və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Binəqədi Rayon Polis Idarəsinin kollegiyaya daxil olmuş ##.##.2026-cı il tarixli *-**-**/*-*****/**** nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh ##.##.2024-cü il tarixdə idarə etdiyi “Mercedes” markalı AZ ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Binəqədi RPI-nin Təhqiqat Şöbəsində hadisə üzrə təhqiqat aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Binəqədi RPI DYP Şöbəsinə göndərilmişdir. Binəqədi RPI DYP Şöbəsində vətəndaş Cavabdeh barəsində ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi üzrə IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur. Hazırki halda isə subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcuddur. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi yol nəqliyyat hadisəsi zamanı cavabdeh Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməlidir.

67. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

68. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Ona görə də iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə çıxarılsın. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh 1766.84 (min yeddi yüz altmış altı manat, səksən dörd qəpik) manat məbləğində pul və 37.66 (otuz yeddi manat altmış altı qəpik) manat dövlət rüsumu, ümumilikdə 1804,50 (min səkkiz yüz dörd manat, əlli qəpik) manat məbləğində pul tutularaq, iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar