Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-323/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ## ######## 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2. və 332.4-cü maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Samux RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır.
2. ##.##.2022-ci il tarixli X7 mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə olan arayışın surətindən görünür ki, sözügedən yol-nəqliyyat hadisəsi baş verən vaxt VAZ-21074 markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu cavabdeh1 olmuş, cavabdeh1 avtomobili sürücülük vəsiqəsi və sözügedən nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadan idarə etmiş, hadisə nəticəsində “xxxx” MMC-yə məxsus etibarnamə ilə X2 idarə etdiyi “Niva Legend 21214-013- 51” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sözügedən avtomobilin mülkiyyətçisi cavabdeh2dur.
3. X7 Mülki Məsuliyyətinin İcbari Sığorta № PXA********** şəhadətnaməsinin surətindən görünür ki, cavabdeh2 mülkiyyətində olan **-FA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobil İddiaçı ASC tərəfindən sığortalanmışdır. Sığortalı şəxs cavabdeh2dur.
4. ##.##.2024-cü il tarixli Xalq bankın *** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, dəymiş zərərlə bağlı İddiaçı ASC tərəfindən xxxx ASC-nin hesabına 3576.57 manat məbləğində pul köçürülmüşdür.
5. ##.##.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Ideal Motors MMCyə “xxxx” ASC tərəfindən 3576.57 manat məbləğində pul ödənilmişdir.
6. ##.##.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən cavabdeh cavabdeh1 “X1 minik” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə sığorta şirkəti tərəfindən ödənilmiş 3576.57 manat sığorta ödənişinin əvəzi subroqasiya qaydasında tələb olunmuşdur.
7. ##.##.2025-ci il tarixli Samux Rayon Polis şöbəsinin məktubundan görünür ki, Samux RPŞnin İQ-da ##.##.2022-ci il tarixdə cavabdeh1 barəsində qəbul edilmiş qərarla bağlı RPŞnin DYPB-nə material daxil olmaması səbəbindən inzibati protokol tərtib olunmamışdır. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 3576.57 manat pulun və 56 manat dövlət rüsumunun əvəzinin iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixində Samux rayonu, Qaraağaclı kəndində cavabdeh2 məxsus, onlar tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə X7 mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21074 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC tərəfindən “Avtonəqliyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “X1 minik” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, hadisə zamanı cavabdeh1 avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmiş və inzibati xətalar məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “X1 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlıavtomobilə vurulmuş maddi zərər 3576,57 (üç min beş yüz yetmiş altı manat, əlli yeddi qəpik) manat təşkil edir. “X1 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” ASC-də sığortalandığından İddiaçı ASC tərəfindən iş üzrə PXA******/** saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə “xxxx” ASCnin bank hesabına 3576,57 (üç min beş yüz yetmiş altı manat, əlli yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tələbin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
10. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 subroqasiya qaydasında 3576.57 (üç min beş yüz yetmiş altı manat əlli yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat pul tutularaq “xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin cavabdeh cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yüksək təhlükə mənbəyinin sahibi, yəni cavabdeh2 digər şəxsin, yəni cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını, cavabdeh1 onun mülkiyyətində olan avtomobili onun xəbəri olmadan istismar etməsini sübuta yetirməmişdir. Belə olan halda yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, eyni zamanda sığorta müqaviləsi üzrə sığortalının, yəni cavabdeh2 zərərin əvəzini ödəmək məsuliyyəti yaranmışdır.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25, 883, 936 və 1108-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
13. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh1 əməlində hər hansı hüquqa zidd əməl olmadığına görə onun tərəfindən törədilməsi ehtimal edilən əmələ görə mülki məsuliyyət daşımır. Məhkəmə müdafiə hüququna nəinki təminat vermiş, əksinə olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda hər hansı təqsirim olmadığı halda baş vermiş hadisə ilə onu mülki məsuliyyətə cəlb etmişdir. Nəqliyyat vasitəsindən yüksək təhlükə mənbəyi kimi istifadə etməsi öz təsdiqin tapmalıdır. Qeyd olunan hal üzrə mülki məsuliyyətin yaranması üçün şəxsin əməlinin yüksək təhlükə mənbəyi olması sübut edilməlidir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh1 baş vermiş hadisə ilə bağlı hər hansı təqsirinin olması öz təsqini tapmamışdır. Bu görə də, cavabdeh1 törətməsi ehtimal edilən əməlinə görə mülki məsuliyyətinin yaranması qeyri-mümkündür. Nəqliyyat vasitəsinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrini idarə edən hər iki şəxsin təqsiri müəyyən edilməmişdir. Bu əsas üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd olunmalı olduğu halda, birinci instansiya məhkəməsi bunu etməmişdir. Mülki iş materiallarında iddiaçı tərəfindən təqdim edilən yeganə sənəd cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2022-ci il tarixdə qəbul edilmiş HK-*/*** saylı qərardır. Həmin qərarın müddəaları birinci instansiya məhkəməsi tərəfindən bir tərəfli qaydada yalnız iddiaçının tərəfin maraqlarına uyğun araşdırılmış, nəticədə yuxarıda qeyd olunan prosessual hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Həmin qərara istinad etməyinin səbəbi vardır. Çünki, iddiaçı tərəf iddia tələbini həmin qərara istinad edərək əsaslandırmışdır. Məhkəmə qərəzli şəkildə həmin qərardan kənara çıxaraq, iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh1 əməlini hüquqa zidd olması qənaətinə gəlsə də, mülki iş materiallarında cavabdeh1 mülki, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə dair hər hansı sənəd yoxdur. Məhkəmənin gəldiyi nəticədə bu xüsusat araşdırılmamışdır.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar, eləcədə nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. İddiaçı kollegiyaya elektron ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
19. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
20. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
21. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
22. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
23. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
26. Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.
28. Maddə 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
29. Maddə 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
30. Maddə 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;
31. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
32. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində “Vaz 21074 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X1 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəymişdir. PXA********** saylı sığorta şəhadətnaməsi ilə X7 mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21074 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmişdir. “VAZ 21074” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə əsasən sığortalı şəxs cavabdeh2dur. ##.##.2022-ci il tarixdə cavabdeh1 atası cavabdeh2 məxsus “VAZ 21074” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan, həmçinin səlahiyyəti olmadan idarə edərkən o, “xxxx” MMC-yə məxsus “Niva Legend 21214-013-51” markalı **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, yol nəqliyyat hadisəsi nəticəsində “Niva Legend 21214-013-51” markalı, 77– PD–533 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sözügedən avtomobilə dəymiş ziyana görə 3576.57 manat məbləğində sığota ödənişi ödənilmişdir.
45. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin nəqliyyat vasitəsindən yüksək təhlükə mənbəyi kimi istifadə etməsi öz təsdiqini tapmalıdır dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Hazırki işin faktiki hallarından aydındır ki, yüksək təhlükə mənbəyinin sahibi, yəni cavabdeh2 digər şəxsin, yəni cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını, cavabdeh1 onun mülkiyyətində olan avtomobili onun xəbəri olmadan istismar etməsini sübuta yetirməmişdir. Belə olan halda yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, eyni zamanda sığorta müqaviləsi üzrə sığortalının, yəni cavabdeh2 zərərin əvəzini ödəmək məsuliyyəti yaranmışdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh1 əməlində hər hansı hüquqa zidd əməl olmadığına görə onun tərəfindən törədilməsi ehtimal edilən əmələ görə mülki məsuliyyət daşımaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi faktı üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan aydın olur ki, cavabdeh1 əməlində İXM-nin 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Samux RPŞ-nın DYPB-nə göndərilməsi qərara alınmışdır. Mülki prosessual qanunvericiliyə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. cavabdeh1 əməlində İXM-nin müvafiq maddələrinin tərkib əlamətlərinin olduğu qeyd olunmuşdur. Kollegiya izah edir ki, həmin qərarda Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bu tərəflərin təqsirli olmaması və ya məsuliyyətdən kənar qalması anlamına gəlmir. Habelə, hazırki halda obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyətin yaranması məsələsi istisna deyil. Belə ki, mülki qanunvericiliyin tələbinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
47. Apellyasiya şikayətinin hər iki şəxsin təqsiri olması ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2022-ci il tarixdə qəbul edilmiş HK-*/*** saylı qərar üzrə işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh1 qanunun tələbini pozaraq, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən digər avtomobilə dəymiş ziyana görə 3576.57 manat məbləğində sığota ödənişi ödənilmiş, bununla da subroqasiya hüququ əmələ gəlmişdir. İşə baxan məhkəmə subroqasiya qaydasında cavabdeh cavabdeh2 pulun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
48. Məhkəmə kollegiyası cavabdeh1 mülki, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə dair hər hansı sənəd olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və mülki hüquq məsuliyyətindən yayınma cəhdləri kimi qiymətləndirir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
51. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.