Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-349/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X3, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra- Birlik) qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ####### 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Birlik tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı abonentin təbii qazdan qeyriqanuni, rezin boru vasitəsi ilə istifadə etməsi aşkar edilmişdir. Birliyin ## ###### 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istifadə edilmiş qazın dəyəri 180 gün müddətində və günlük iş rejimi 24 saat nəzərə alınmaqla qazın bərpası üçün hesabat aparılması və 20736 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas ##.##.2023-cü il tarixli, ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, akt üzrə tələb olunan qaz sərfiyyatına görə iddiaçının borcu 2488,32 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birlik tərəfindən qanunsuz olaraq hesablanmış 2488,32 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu, Alaçadırlı kəndində yaşıyır. Yaşadığı ev və istifadə etdikləri qaz sayğacı onun adınadır. Qaz sayğacında rediktor işləmədiyi üçün o, qaz idarəsinin əməkdaşlarına məlumat vermiş, tanımadığı əməkdaş onun yaşadığı ünvana gələrək qaz sayğacını müvəqqəti olaraq düzəltdiyini və növbəti gün yenisi ilə əvəz edəcəyini bildirmişdir. Növbəti gün tanımadığı əməkdaşlar onun yaşadığı ünvana gələrək ona bildirmişlər ki, sayğaca müdaxilə edilib. O isə əvəzində qoca insan olduğunu, elə işlərdən başı çıxmadığını, müdaxilə etmişdirsə nə üçün Birliyin əməkdaşlarına mürəciət etdiyini bildirmişdir. Əməkdaşlar ona bildirmişdirlər ki, qaza müdaxilə olunduğuna görə cərimə yazılmalıdır, sayğacda axıntılar var, borcu akt vasitəsilə silmək lazımdır. O, buna etiraz edərək aktın tərtib edilməsini qanunsuz və ədalətsiz hesab etmişdir. Əməkdaşlar qaz sayğacını düzəldərək protokol tərtib etmədən getmişlər. ## ##### 2023-cü il tarixdə ona qaz borcu ilə bağlı bildiriş verillərkən ona məlum olmuşdur ki, ona qanunsuz olaraq 2488,32 manat borc hesablanmışdır. Onun barəsində yazılmış borc məbləği əsassızdır, ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Birlik qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciətə edərək, İddiaçı akt əsasında hesablanmıs 2488,32 manat məbləğində borcun və ödənilmiş 45,40 manat dövlət rüsumunun tutularaq Birliyin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birlik tələbini onunla əsaslandırmışdır ki, Birliyin mütəxəssisləri tərəfindən Bərdə rayonu, Alaçadırlı kəndində İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacına ##.##.2023-cü il tarixdə baxış keçirilən zaman iddiaçının təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsi ilə qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii qazdan istifadə qaydaların pozulması haqqında" akt tərtib edilmişdir. Tərəflər arasında bağlanılmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə" müqavilənin 2.3.5-ci bəndinə əsasən, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(***)-**/**** nömrəli iş üzrə qəbul etdiyi ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdullayev) ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5, 6.5, 6.5-1-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6, 13.10-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 567-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 136.4, 139.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşə baxan məhkəmə hər iki iddianı rədd etməklə bir-birinə əks olan iddaları rədd etmiş olur ki, bu da qanunsuzdur. Məhkəmə qarşı tərəfin iddasını rədd etdiyi halda iddiaçının iddiasını təmin etməli idi. Çünki hər iki iddia bir-birinə əksdir. Bundan başqa məhkəmə yalnız cavabdehin təqdim etdiyi akt və fotoşəkillərə istinad etmiş, lakin həmin aktın qanuni qaydada tərtib olunub-olunmadığını araşdırmamışdır. Akt iddiaçının iştirakı ilə tərtib edilməmiş, iddiaçının imzası təzyiq altında alınmışdır. İddiaçının yaşı (1939-cu il təvəllüdlü, 86 yaşlı şəxs) və fiziki vəziyyəti nəzərə alınmadan “sayğaca müdaxilə” kimi ittiham irəli sürülmüşdür. İddiaçının qazdan aylıq faktiki istifadəsi 25-30 manat civarında olmuşdur. Bu, cavabdehin iddia etdiyi 20736 m³ qaz sərfi ilə tam ziddiyyət təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində qaz cihazlarının gündəlik iş rejimi barədə məlumat olmadığı üçün dəqiq hesablamanın aparılmasının mümkün olmadığı göstərilmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin təqdim etdiyi şişirdilmiş hesablamanı əsas götürmüşdür. “Qazdan istifadə qaydaları”nın müvafiq bəndinə görə, qanunsuz qoşulma aşkar edildikdə qaz verilişi dərhal dayandırılmalı və akt müvafiq orqanlara təqdim edilməlidir. Cavabdeh bu proseduru pozmuşdur. “Qaz təchizatı haqqında”Qanunun müvafiq maddəsinə görə, istehlakçıya təqdim edilən hesab yalnız sayğac göstəricisinə əsasən müəyyən edilməlidir. İddiaçının evinə quraşdırılmış qaz sayğacı işlək vəziyyətdə olmuş, lakin cavabdeh əsassız olaraq əlavə borc hesablamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi halda, məhkəmə onun sübutlarını tam qəbul etmişdir. Bu isə çəkişmə prinsipini pozur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Birlik apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilməsə də, Birlik qətnamədən apellyasiya şikayəti verməmiş, iddiasının təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermiş və o, qətnaməni ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək, qətnaməni ilkin iddia tələbinin həll edilməsi hissəsində yoxlamışdır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı vaxt, yəni ## ###### 2023-cü il tarixdə qüvvədə olan) Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2022-ci il ###ın #-dən qüvvəyə minib). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, cavabdeh Birlik iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadə etməsi barədə ##.##.2023-cü il tarixli akt tərtib etmiş və akt əsasında istifadə edilmiş qazın dəyəri 180 gün müddətində və günlük iş rejimi 24 saat nəzərə alınmaqla 20736 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 2488,32 manatdır. Məhkəmə qeyd edir ki, Birlik, iddiaçının qanunsuz olaraq qazdan istifadə etdiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəmələrə təqdim etməmişdir. Belə ki, hazırki mübahisə üzrə hüquq münasibətlərinin yarandığı vaxt, yəni Birlik tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edildiyi ## ###### 2023-cü il tarixdə qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsində qeyd olunur ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi Birlik tərəfindən qanunsuz qoşulma halı ilə bağlı müvafiq quruma müraciət olunduğu və iddiaçının qazın talanmasında təqsirli olması iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı adına abonent kodu 273005100000130 olan, Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış 2488,32 manat borc silinsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-349/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-349/2026
06.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver