Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-38/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi; mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən hallar; preyudisiya mexanizmi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (əri) nümayəndə2 iştirakı ilə, Işin halları
1. İ-IE *539** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X5 arasında *8 yanvar 1959-cu il tarixdə Samux rayonu, Qovlarsarı kənd sovetliyində 1 nömrə ilə nikah qeydə alınmışdır. Ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.
2. Gəncə şəhər qeydiyyat şöbəsindən verilmiş ## ###### 2*23-cü il tarixli, 3-16-5/8- **- H-****/**** nömrəli arayışdan görünür ki, X2 ## ###### 1968- ci il tarixdə ölmüşdür.
3. Gəncə şəhər qeydiyyat şöbəsindən verilmiş ## ###### 2*23-cü il tarixli, 3-16-5/8- **- H-****/**** nömrəli arayışdan görünür ki, X2* *9 oktyabr 199*-cı il tarixdə ölmüşdür.
4. AZ *24413 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 ## ######## 2***-ci il tarixdə ölmüşdür.
5. V-JQ ****** nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ## ###### 1999-cu il tarixdə ölmüşdür.
6. AZ-IV ****** nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı *3 iyul 1957-ci il tarixdə Samux rayonu, Yenikənd kəndində anadan olmuşdur. X3, anası X6r.
7. * saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *1.1*.2*24-cü il tarixli arayışdan görünür ki, X1 ailə üzvləri aşağıdakılardır. - arvadı X6 (vəfat edib ##.##.1999) - qızı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs - oğlu: İddiaçı - oğlu: X7 (##.##.1958) (Vəfat edib: *5.*6.1991) - qızı: X11 (*1.1*.1962) (Vəfat edib: ##.##.2*23)
8. Gəncə Inzibati Məhkəməsinin ## ###### 2*24-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məxsus ##.##.1956-cı il tarixli doğum akt qeydinin ata adı qrafasında “X1” adının qeyd edilməsi öhdəliyi Samux rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur.
9. Şəmkir Rayon Məhkəməsinin ## ######## 2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, ##.##.2***-ci il tarixdə vəfat etmiş X1 ##.##.1956-cı il tarixdə anadan olmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs atası olmasının etiraf etməsi faktı müəyyən edilməsi qət edilmişdir. 1*. Gəncə şəhər qeydiyyat şöbəsindən verilmiş *5 iyul 2*23-cü il tarixli, *5/*91S/128179- 23 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X11 aid *5.*7.2*23-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. M.Həsənova öldüyü ##.##.2*23-cü il tarixədək subay olmuşdur.
11. Şəmkir rayon * saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən *7 fevral 2*23cü il tarixdə təsdiq edilmiş *V-*** nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X11 ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 1 ünvanında yaşayan *5.*4.1987-ci il təvəllüdlü cavabdeh1 vəsiyyət etmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş *1 iyul 2*23-cü il tarixli, *32 nömrəli məktubdan görünür ki, İddiaçı miras qoyan – X1 miras qalmış əmlaka miras payın müəyyən edilməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğuna görə notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
13. * saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.*9.2*23-cü il tarixli, *5/*91S/148141-23 nömrəli arayışından görünür ki, X7 ailə üzvləri aşağıdakılardır: - Atası: X1 (*3.*7.1957) (##.##.2***-ci ildə vəfat edib) - Anası: X6 (*1.*1.1928) (##.##.1999-cu ildə vəfat edib) - Arvadı: X12 (*4.*2.1961) (*1.*6.2*23-cü ildə vəfat edib) -Qızı: cavabdeh1 (*5.*4.1987)
14. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinin *6.1*.2*23-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, * saylı ünvan 2 ünvanına dair Kommunal Təsərrüfatı Nazirliyinin ##.##.1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X1 adına qeyd edilmişdir. 1974-cü ildə aparılmış inventarizasiya işləri zamanı Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 124.1* kvadratmetr, yaşayış sahəsi 84 kvadratmetr, köməkçi sahəsi 4*.1* kvadratmetr olan, 4 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Qeyd edilən fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
15. Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanında yerləşən 124.1* kvadratmetrdən ibarət fərdi yaşayış evi və onun altında olan *.*482 ha torpaq sahəsi *2.11.2*23-cü il tarixdə 1523*34522 qeydiyyat nömrəsi, 2***13**46*3-1*3*1 reyestr nömrəsi ilə mərhum X1 adına qeyd edilmişdir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *7.*8.2*25-ci il tarixli müəyyən qərarından müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin e-2(*76)- ****/**** nömrəli ## ####### 2*24-cü il tarixli qətnaməsinə əsasən İddiaçı mərhum X11 *7.*2.2*23-cü ildə verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2*25-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
17. Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdehlər * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Eminbəyli küçəsi, ** saylı evin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə tam mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Daha sonra ilk iddia üzrə iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri, Eminbəyli küçəsi, ** saylı fərdi yaşayış evinə onun tam hissədə miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası ## ######## 2***-ci il tarixdə vəfat etmiş X1 miras əmlaka dair * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisində *V-**(****) nömrəli iş açılmışdır. Atasının birinci növbəli qanun üzrə vərəsəsi olaraq o və X15dır. X21 etibarnamə üzrə nümayəndəsi cavabdeh1 ##.##.2*23-cü il tarixdə ərizə ilə notariusa müraciət etmişdir. Bu əsasla da, vərəsəlik işi açılmışdır. Notariusa bildirmişdir ki, X15 ##.##.2*23-cü il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən öncə - *7.*2.2*23-cü il tarixdə cavabdeh1 adına vəsiyyətnamə qoymuşdur. Qeyd olunan vəsiyyətnamə əsasında cavabdeh1 * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisində mərhum X11 miras qalmış əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsinə dair vərəsəlik işi açmışdır. Bacısı miras əmlakı qəbul etməmişdir. Hansı əsasla onun etibarnamə üzrə nümayəndəsindən mirası qəbul etməsi barədə ərizə almışlar. Adətən sənədləşmə, işlərini apararkən notariat haqqında təlimatı rəhbər tuturlar. Notariat haqqında təlimatın 99-cu maddəsinə əsasən o, qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüyünə görə onun miras əmlakda pasport qeydiyyatı və ya digər sənədlər olmalı idi. Çünki, pasport qeydiyyatında olmasından başqa digər sənədləri qəbul etmirlər. X15 ölən günədək Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 8-ci döngə, 1-ci dalan, ev 4-də pasport qeydiyyatında olmuşdur. Əgər icra nümayəndəliyinin verdiyi arayış və ya digər sənədlər əsasında Məhbubə Həsənovanın miras əmlaka sahiblik etməsini və ya əmlakı idarə etməsini qəbul etmişlərsə, onda “Afərin onlara”. Deməli, bu xüsusda da, işçilər fərdi yanaşma və ayrı-seçkilik sərgiləyirlər. Birinə olar, digərinə olmaz. Belə istəyirlər. Bacısının qanun üzrə yeganə vərəsəsi odur. cavabdeh1 vəsiyyətnamə verdiyinə görə atasından miras qalmış əmlakla bağlı onu nə qanun üzrə vərəsə, nə də ki vəsiyyət üzrə vərəsə kimi tanıya bilməzlər. Işin gedişi odur ki, həmin vəsiyyətnaməni əsas götürərək atasından miras qalmış əmlakdan X11 vərəsəsi olaraq cavabdeh1 miras qalmış əmlakdan pay vermək istəyirlər. Ancaq, bu nə qanun üzrə vərəsəlik, nə də ki, vəsiyyət üzrə vərəsəlik zamanı mümkün deyildir. Qanun üzrə vərəsəlik zamanı cavabdeh1 mərhum X11 vərəsəsi ola bilmir. Səbəb odur ki, onun atası X13 mərhum X11 qardaşı olsa da, X8 əvvəl - *5.*6.1991-ci ildə vəfat emişdir. Vəsiyyətnamə üzrə vərəsə ona görə ola bilməz ki, X11 vəsiyyətnamə verərkən və ya ölən məqamadək onun adına hər hansı daşınmaz əmlak olmamışdır. X15 adından etibarnamə üzrə nümayəndəsi cavabdeh1 notariusa müraciət etmişdir. Belə çıxır ki, o, bu məsələləri qaldırmasaydı, mərhum X11 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verəcəkdilər. Əslində bu mümkün deyildir. Məhbubə Həsənova vəfat etdiyindən Məhbubənin cavabdeh1 miras əmlakın qəbulu və digər səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı verdiyi etibarnaməyə xitam verilmişdir. Dediklərindən sonra ondan vərəsələr arasında mübahisə olunması barədə ərizə alaraq imtina məktubu vermişlər. Hal-hazırki iddia tələbi üzrə notariusu cavabdeh qoymasa, miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verəcəkdir ki, bu da onun gələcəkdə hüquqlarının həyata keçirilməsinə maneçilik törədəcəkdir. 2*. Cavabdeh cavabdeh1 da iddiaçı İddiaçı qarşılıqlı iddia verərək, ## ###### 1956-cı il tarixdə anadan olmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs övladı olması, X1 ##.##.2***-ci ildə ölümündən sonra vərəsəliyin X11, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və 1991-ci ildə ölmüş övladı Müsabirin övladı kimi onun qəbul etməsi faktının müəyyən edilməsi, Gəncə şəhəri, Eminbəyli küçəsi, ** saylı mülklə bağlı vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2*23-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər * saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və cavabdeh1 qarşı “mirasın faktiki qəbul edilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh cavabdeh1 iddiaçı İddiaçı qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsi və hər iki iddiaya bir icraatda baxılması; Qarşılıqlı iddia ərizəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs aid hissədə geri qaytarılması qərara alınmışdır.
22. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, mərhum X1 ölümündən sonra miras qalmış Gəncə şəhəri, Eminbəyli küçəsi, ** saylı mülkə bibisi X11 və atası X7 hər birinin ¼ payının və həmin payların cəmi olaraq ümumilikdə miras əmlakın 2/4 hissəsinə onun miras payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Eminbəyli küçəsi ** saylı ünvanda yerləşən mülk mərhum X4a məxsus olmuşdur. X1 4 övladı - Rəxşəndə, Müsabir, Üzeyir, Məhbubə olmuşdur. X7 1991-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o - cavabdeh1 onun varisi kimi vərəsəliyi qəbul etmişdir. Qeyd edilən ünvanda cavabdeh tərəfindən babası ilə, bibiləri ilə, o cümlədən mübahisə olduğundan mərhum X4nun övladlarının arasında olan problemin daha da kəskinləşməməsi üçün evin ikiyə bölünməsinə etiraz etməmiş və beləliklə də, cavabdeh İddiaçı mülkdən istifadə üçün ayrıca giriş-çıxış yolundan istifadə etməyə başlamışdır. X4 ## ######## 2***-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o və bibiləri vərəsəliyi faktiki qəbul etmişlər. Belə ki, babasının bütün əşyaları onların istifadəsində olan hissədə yerləşirdi. Evdə gözəl qablar, şəkillər və xalçalar var idi. Babasının vəfatından sonra o, babasından miras qalmış şəkilləri götürərək, Bakı şəhərinə öz evinə aparmışdır. Hazırda da onun evindədir. Babasından qalan qabların bir hissəsini Rəxşəndə evinə götürüb aparmışdır. Mərhum bibisi Məhbubə isə həm evdə qalan əşyalara sahib çıxmaqla, həm də evi idarə etməklə vərəsəliyi qəbul etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs doğum şəhadətnaməsinin ata qrafasında X1 göstərilmişdir. Ana qrafasında X6 göstərilmişdir. X9 Tağıyeva Şövkət *8 yanvar 1959-cu ildə evlənmişlər və nikahdan sonra qadına Həsənova soyadı verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verilən doğum şəhadətnaməsinin verilmə tarixi ## ###### 1956-cı il göstərilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilən ailə tərkibi haqqında arayışda Rəxşəndənin adı ailə üzvü kimi qeyd edilməmişdir. Buna görə də qeydiyyat şöbəsinə müraciət etdikdə onun arxivdə doğum haqqında akt qeydində ata qrafasının boş olduğunun şahidi olmuşlar. Lakin qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamənin surətini götürərək, bu məsələnin həll edilməsi üçün Baş idarəyə müraciət edəcəklərini bildirmişlər.
24. Birinci instansiya məhkəməsində icraat zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir.
25. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2*25-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Zaman Imanov) ilk və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması; ## ######## 2***-ci il tarixdə ölmüş X1 miras qalmış olan Gəncə şəhəri, Eminbəyli küçəsi ** saylı ünvanda yerləşən miras əmlaka İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və cavabdeh1 hər birinin 1/3 (üçdə bir) hissədə olmaqla miras paylarının müəyyən edilməsi; Ilk və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi; ilk və qarşılıqlı iddialar üzrə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumlarının hər bir iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir.
26. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1243.2, 1255, 1269cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 213, 217.3, 217.4, 216-22*, 227 və 357-36*-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
27. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, hər bir vərəsənin, o cümlədən X11 ¼ hissə üzrə payının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Həsənov Zaman ## ######## 2***-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə miras açılmışdır. Həsənova Məhbubə vərəsəliyi qəbul etməklə, hazırkı vəziyyətdə isə varis olmaqla mülkiyyətçi hesab edilməlidir. Bundan başqa, Həsənova Məhbubə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat kontoruna müraciət etmişdir. Lakin əvvəl daşınmaz əmlakın sənədləri qaydasında olmadığından, daha sonra isə məhkəmə tərəfindən notariat hərəkətlərinin edilməsinə qadağa qoyulduğundan notariat kontoru tərəfindən ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. X11 öldükdən sonra, vəsiyyətnaməyə əsasən onun vərəsəsi kimi o tərtib olunmuş akt əsasında Məhbubənin əsərlərini muzeyə hədiyyə edib, ölüm şəhadətnaməsini təqdim edərək, Məhbubəyə aid olan əmək kitabçasını almışdır. Bütün zəruri sənədləri təqdim edərək, yolun uzaqlığı ilə əlaqədar olaraq Məhbubənin dəfn pulunun və maaşının X16 tərəfindən alınmasına etibar etdiyini bildirmişdir. Ona görə Məhbubənin dəfn pulu və maaşı onun icazəsi və razılığı əsasında X16 verilib. O, dəfn pulundan imtina etməmişdir. Həsənova Məhbubə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət edir. Artıq, bu hərəkətin mövcudluğu təsdiq edir ki, bu şəxsin vərəsəlik hüququ var, vərəsəlik şəhadətnaməsi üçün müraciət edən hər bir şəxsə əgər həmin şəxs ölən şəxsin vərəsəsidirsə, vərəsəlik şəıhadətnaməsi verilməlidir. Vərəsəlik şəhadətnaməsi isə öz növbəsində vərəsənin miras payını müəyyən edir. İddiaçı bilərəkdən, qəsdən vərəsəlik şəhadətnaməsinin alınmasına mane yaratmışdır. Hazırda isə o, bu hərəkətinə görə ləyaqətsiz vərəsə hesab edilməli olduğu halda, miras payı daha artmış şəxs olur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları 3*. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, bibisi Məhbubə subay olub. Onlar Məhbubənin sağlığında arxiv idarəsinə müraciət etmişlər və məlum olmuşdur ki, sonuncunun mərhum atası Zaman Həsənovdan miras qalmışdır. Babası Zaman vaxtı ilə 2 uşaq övladlığa götürüb. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalmağının səbəbi – miras əmlakdan qanun üzrə birinci növbəli vərəsə Məhbubə Həsənovaya pay düşməməsidir. Həmin payda vəsiyyət üzrə ona verilməliydi. cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
31. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (əri) nümayəndə2 da apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, arvadı cavabdeh1 3 yaşı olanda sonuncunun atası vəfat etmişdir. Həmin vaxtdan arvadının ata qohumları ilə əlaqəsi olmamışdır. 3 il bundan qabaq Məhbubə Həsənovanın xəstə olduğunu öyrənmişlər. Mərhumun xəstəlik xərci, eləcədə ölümündən sonra dəfn xərcləri onlar tərəfindən qarşılanmışdır. Qarşı tərəf məhkəməyə müraciət etdiyi üçün vərəsəlik haqqında şəhadətnamə ala bilməmişlər. Miras əmlak üzərində Məhbubə Həsənovanında payı var. Belə olanda vərəsələrin hər birinə ¼ hissədə pay müəyyən olunmalıydı. edilməklə mərhum da pay verilməlidir. Məhbubə Həsənovanın da payı cavabdeh1 verilməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
32. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qarşı tərəfin istinad etdiyi vəsiyyətnamədə mübahisələndirilən miras pay vəsiyyət edilməmişdir. Ona görədə məhkəmə miras əmlakda düzgün olaraq payları 1/3 hissədə müəyyən etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 4*. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
41. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
42. Maddə 1159.2. Ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
43. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 5*. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Apellyasiya şikayəti üzrə baxılan mübahisənin predmeti bölünməz olduğundan hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Kollegiya MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X1 ilə X6 *8 yanvar 1959-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, İddiaçı, X7 və X11 adlı uşaqları dünyaya gəlmişdir. Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanındakı *.*482 ha torpaq sahəsi və üzərində yerləşən 124.1* kv.m ibarət fərdi yaşayış evi X1 mülkiyyətində olmuşdur. X1 ilə X6 övladlarından Müsabir Həsənov *5.*6.1991-ci il tarixdə, yəni valideynlərindən qabaq vəfat etmişdir. Bununla belə müəyyən olunur ki, X7 X12 ilə nikaha daxil olaraq ailə qurmuş və onların da birgə nikahlarından cavabdeh1 adlı uşaqları dünyaya gəlmişdir. Zaman Həsənovun arvadı Şövkət Həsənova ##.##.1999-cu il tarixdə vəfat etmişdir. Daha sonra isə Zaman Həsənov ##.##.2***-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, İddiaçı, X11 və miras qoyanın ondan qabaq vəfat etmiş övladı (vərəsəsi) mərhum X35 Hüseynova olmuşdur. X17 miras qalan əmlak isə Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanındakı *.*482 ha torpaq sahəsi və üzərində yerləşən 124.1* kv.m fərdi yaşayış evindən ibarət olmuşdur. Bundan əlavə müəyyən edilmişdir ki, mərhum Zaman Həsənovun qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum Məhbubə Həsənova sağlığında nikaha daxil olmamış, yəni ailə həyatı qurmamış və ##.##.2*23-cü il tarixdə vəfat etmişdir. Bir sözlə, miras qoyanın vəfat etmiş övladı (vərəsəsi) Məhbubə Həsənovanın qanun üzrə birinci növbəli vərəsəsi olmamış, onun varisləri qanun üzrə ikinci növbəli vərəsələri olan bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, qardaşı İddiaçı və vəfat etmiş qardaşı X35 Hüseynova olmuşlar. Miras qoyan Zaman Həsənovun vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Onun qanun üzrə birinci növbəli vərəsələrindən İddiaçı miras əmlakda payın müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, miras qoyanın ondan qabaq vəfat etmiş övladı (vərəsəsi) mərhum X35 Hüseynova da mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qarşılıqlı iddia vermişdir. Işə baxan birinci instansiya məhkəməsi də hər iki iddianı qismən təmin etmişdir.
56. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
57. Belə ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Miras qoyan Zaman Həsənov ##.##.2***-ci il tarixdə vəfat etdiyindən baxılan iddia tələbi *1 sentyabr 2***-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2*23-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
59. X22 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. 6*. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
61. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 13*1-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
62. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
63. Hazırkı iş üzrə iddia ərizəsi ## #### 2*23-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də kollegiya hesab edir ki, miras qoyan Zaman Həsənovdan miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
64. Işin mübahisəsiz hallarıdır ki, miras qoyan Zaman Həsənov ##.##.2***-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, İddiaçı, X11 və miras qoyanın ondan qabaq vəfat etmiş övladı (vərəsəsi) mərhum X35 Hüseynova olmuşdur. X17 miras qalan əmlak isə Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanındakı *.*482 ha torpaq sahəsi və üzərində yerləşən 124.1* kv.m fərdi yaşayış evindən ibarət olmuşdur. Miras qoyan Zaman Həsənovun vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər.
65. Bu halda, miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri miras əmlak üzərində bərabər paya malik olmuşlar.
66. Yuxarıda da qeyd olunduğu kimi birinci növbəli vərəsəslər sırasından olan mərhum Məhbubə Həsənova sağlığında nikaha daxil olmamış, yəni ailə həyatı qurmamışdır. O, ##.##.2*23-cü il tarixdə vəfat etmişdir. Bir sözlə, miras qoyanın vəfat etmiş övladı (vərəsəsi) Məhbubə Həsənovanın qanun üzrə birinci növbəli vərəsəsi olmamışdır, onun varisləri qanun üzrə ikinci növbəli vərəsələrdir, yəni bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, qardaşı İddiaçı və vəfat etmiş qardaşı X35 Hüseynovadır.
67. Bu mənada, miras əmlakdan qanun üzrə birinci növbəli vərəsə Məhbubə Həsənovaya çatası ¼ hissə vərəsəlik payı onun qanun üzrə ikinci növbəli vərəsələri (miras qoyan Zaman Həsənovun birinci növbəli vərəsələri) olan bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, qardaşı İddiaçı və vəfat etmiş qardaşı X35 Hüseynova arasında bərabər bölünməlidir.
68. Məhkəmə kollegiyası miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan Gəncə şəhəri, Eminbəyli küçəsi, 1* ünvanındakı *.*482 ha torpaq sahəsi və üzərində yerləşən 124.1* kv.m fərdi yaşayış evinə miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, İddiaçı və miras qoyanın ondan qabaq vəfat etmiş övladı (vərəsəsi) mərhum X35 Hüseynovanın hər birinin 1/3 hissədə vərəsəlik payları müəyyən edilməlidir.
69. Məhbubə Həsənovanın vəsiyyətnamə üzrə vərəsəsi olması və onun miras əmlakından vəsiyyətnamə üzrə vərəsəlik əsasında pay verilməsi barədə qarşılıqlı iddiaçı cavabdeh1 tələbi də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, iddiaçı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh cavabdeh1 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin ## ####### 2*24-cü il tаrixli 2(*76)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir və hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. 7*. Həmin iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *7 avqust 2*25-ci il tarixli qərarının 48-ci bəndində, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2*25-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, *7.*2.2*23-cü il tarixli vəsiyyətnamədə mərhum Məhbubə Həsənova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamədə konkret ünvanlı əmlak, o cümlədən Gəncə şəhəri, Eminbəyli küçəsi ** saylı ev qeyd olunmamışdır.
71. Işin bu halı, yəni *7.*2.2*23-cü il tarixli vəsiyyətnamə üzrə mərhum Məhbubə Həsənova tərəfindən Gəncə şəhəri, Eminbəyli küçəsi ** saylı evin cavabdeh1 vəsiyyət edilməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hal hazırkı iş üzrə faktiki hal kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM maddə 82.3).
72. MPM-nin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2**3-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
73. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2*14-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2*15-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
74. Odur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə *7.*2.2*23-cü il tarixli vəsiyyətnamə üzrə mərhum Məhbubə Həsənova tərəfindən Gəncə şəhəri, Eminbəyli küçəsi ** saylı evin cavabdeh1 vəsiyyət edilməməsinin müəyyən edilməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur.
75. Gəldiyi bu qənaətə uyğun olaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi miras kütləsinin həcminə və vərəsələrin dairəsinə uyğun olaraq mərhum Zaman Həsənovun miras əmlakı üzərində onun qanun üzrə birinci növbəli vərəsələri olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, İddiaçı və miras qoyanın ondan qabaq vəfat etmiş övladı (vərəsəsi) mərhum X35 Hüseynovanın hər birinin 1/3 hissədə vərəsəlik payını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1*-1, 372-376, 384, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2*25-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.