Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-39/2026 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X42 Gəncə Şəhər Sukanal İdarəsi”nə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: artıq hesablanmış borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X9 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X42 Gəncə Şəhər Sukanal İdarəsi”nin nümayəndəsi X24 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X42 Gəncə Şəhər Sukanal İdarəsi”nə qarşı artıq hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *6 noyabr 2*25-ci il tarixli, 2(125)-4839/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2*26-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 459-3 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, Gəncə şəhəri, Proletar küçəsi, ev 1* (Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16) ünvanı X17 məxsusdur.
2. AZ-İ seriyalı, 474*78 nömrəli, *1 iyul 2*11-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 29 iyun 2*11-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *1 iyul 2*11-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ödemi, ürək çatmamazlığıdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, 2*1*11***229-*51*1-*93**6 reyestr nömrəli Gəncə şəhəri, Məhrəsə bağı, bina 11, mənzil 7 X13 məxsusdur.
4. RX seriyalı, 15*36*7 nömrəli, 2*1*11***229-*51*1-*93**6 reyestr nömrəli, 1519**4552 qeydiyyat nömrəli, 11 mart 2*19-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ümumi sahəsi 36 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən mənzil X11 xüsusi mülkiyyətindədir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən fərdi yaşayış evi X17 məxsusdur.
6. RX seriyalı, *289533 nömrəli, 5*9*12***591-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən fərdi yaşayış evi X15 mülkiyyətindədir.
7. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X42 tərəfindən Rüstəm Tağıyevə ünvanlanmış 15 fevral 2*25-ci il tarixli, 573154 nömrəli məktubda 1258,32 manat borcun 3 iş günü müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
8. AZ seriyalı, *19*21 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Atası – X27, anası – X25r.
9. Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2*25-ci il tarixli, 184 nömrəli arayışdan görünür ki, X8 şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında qeydiyyatda olmasına baxmayaraq qeydiyyatsız olaraq Boluslu ərazisində olan Goran qəsəbəsində yaşayır.
10. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 39* nömrəli arayışdan görünür ki, X16 həqiqətən Gəncə şəhəri, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşayır və ailə tərkibi 15.*2.1992-ci il təvəllüdlü oğlu X1* ibarətdir.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 25 iyul 2*25-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X18, X16 və X8 şəhəri, Ə.Quliyev küçəsi, ev 16 ünvanında qeydiyyatdadır.
12. Azərbaycan Dövlət Su Ehtiyatları və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X45 Gəncə Şəhər Sukanal İdarəsinin 22 avqust 2*25-ci il tarixli, 3-53-3-16/2- 728/2*25 nömrəli məktubunda İddiaçı Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanının su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə mərhum mülkiyyətçi Rüstəm Tağıyev ilə STKM arasında 2**5-ci ildə müqavilə bağlandığını, 1*.*2.2*25-ci il tarixdə ünvanın su xətt üzərinə 23192694 saylı su sayğacının quraşdırıldığı, sayğac quraşdırılan dövrə kimi ünvanın hesabatının evlər üçlüyündən təqdim olunmuş nəfər say tərkibinə uyğun olaraq 3 nəfər olmaqla aparıldığı, *8.*4.2*11-ci il tarixdə ölkə başçısının fərmanı ilə ünvanın 88 manat 48 qəpik borcunun silindiyi, bundan əlavə isə ümumilikdə ünvana kod açılan tarixdən indiki dövrə kimi 43* manat 52 qəpik ödəniş olunduğu, hal-hazırda abonent bazasında ünvanın 99* manat 32 qəpik borcunun mövcud olduğu və bu borcun 28 manatının sayğacın göstəricisinin 31 m3 olmaqla hesablandığı və qalan qisminin isə ailə tərkibinə uyğun olaraq hesablandığı qeyd edilmişdir.
13. Abonent saldosundan görünür ki, (abonent kodu: 8*425*16*****) Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanına yazılan yekun borc 99*,32 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X42 Gəncə Şəhər Sukanal İdarəsi”nə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 4 ünvana yazılmış 1258,32 (bir min iki yüz əlli səkkiz manat otuz iki qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bundan sonra iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə göndərərək, cavabdeh idarə tərəfindən Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanında yerləşən evə yazılmış 1258,32 (bir min iki yüz əlli səkkiz manat otuz iki qəpik) manat borcun ödənilməyən hissəsinin silinməsinə və ödənilən hissənin gələcəkdə yaranacaq borcla əvəzləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ev mərhum atası X15 mülkiyyətindədir. Atası 2*11-ci ildə vəfat etmişdir. Atası anasının ölümündən sonra mülkdə tək yaşamışdır. Mülkdə X1, onun övladı X18 və X5 qeydiyyatda olsa da, orada yaşamamışlar. X1 öz ailəsi ilə o cümlədən oğlu X18 ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Onlar 2***9356 saylı sayğac üzrə su pulu ödəyirlər. Qardaşı X2 rayonunun Goran qəsəbəsində yaşayır. Həmin evdə 2*11-ci ildən heç kəs yaşamasa da, onlara 1258,32 manat həcmində borc yazılmışdır. O, 2*25-ci ilin fevral ayında həmin evdə təmir işləri aparmağa başlamışdır. Həmin vaxtdan suyun verilməsinin dayandırılmaması üçün məcburi qaydada su pulu ödəmişdir. Cavabdehlə onun arasında olan münasibətlər istehlak hüququndan irəli gəlir. O, istehlak etmədiyi pulu ödəməli deyildir. Həmin ünvanda su istehlak edilmədiyi halda ünvana su borcunun yazılması doğru deyildir. Həmin ünvanda 7 ay ərzində su sayğacı 31 kubmetr su sərfini qeyd etmişdir. Bu illər ərzində bu qədər çox borcun yazılması doğru deyildir. Üstəlik, atası 2*11-ci ildə öldüyü halda borc onun adına yazılmışdır. Bu isə təsdiq edir ki, heç zaman həmin ünvandan su pulu tələb edilməmiş, evdə heç kəsin yaşamaması cavabdeh orqana məlum olmuşdur. 459-3 inventar nömrəli Texniki pasportdan və eyni nömrəli cizgi plandan görünür ki, Gəncə şəhəri, Proletar küçəsi, ev 1* (indiki Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16) ünvanında yerləşən ev atası X17 məxsusdur. *1.*7.2*11-ci il tarixli, AZ-İ, 474*78 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, atası X27 29.*6.2*11-ci il tarixində rəhmətə getmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *1.*7.2*11-ci il tarixində 12 nömrə ilə qeyd edilmişdir. Atasının ölümündən sonra evdə yaşayış olmamışdır. Atasının ölümündən sonra evdə yaşayış olmamasına baxmayaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X42nin tarixi qeyd olunmayan 573154 saylı xəbərdarlıq məktubundan görünür ki, 15.*2.2*25-ci il tarixinə sudan istifadə edilməsinə və kanalizasiya xidmətlərinə (çirkab suyun axıdılmasına) görə 1258.32 manat ödənilməmiş borc hesablanmışdır. Sağlamlıq imkanlarının məhdudluğuna dair 12.*7.2*21-ci il tarixli, *278**3AAJ52 forma 88 arayışından görünür ki, xəstəliyi ilə əlaqədar o, ikinci dərəcəli əlildir və sağlamlıq imkanları məhduddur. Baxmayaraq xəbərdarlıq məktubu ona təqdim olunandan sonra ayda 3*-5* manat civarında ödənişlə borcu hissə-hissə ödəməyə başlamışdır. Dekabr 2*24-cü il tarixindən sayğac quraşdırılmışdır. Bu ilin fevral-mart aylarından da evdə təmir işlərinə başlamışlar ki, təmir elətdirib köçüb yaşasınlar. Nəzarətçi təmir işlərini görən kimi suyun verilişini dayandırıb səlahiyyətlərindən sui-istifadə edib onu müqavilə bağlamağa və yazılan borcun məbləğini min manatdan aşağı salmağa məcbur etmişlər. Cavabdeh idarənin onların təmir işlərinə başladıqları həmən anda görə bildiyi halda uzun illər evdə yaşayışın olmadığını görə bilməməsi tamamilə absurddur. İddia qaldırmaqlarına səbəb də cavabdehin belə xoşagəlməz hərəkətləri olmuşdur. Bütün hərəkətləri və xəbərdarlıq məktublarının sonuncu abzası da bu halı sübut edir. Qaydaların 7.4-cü bəndinə əsasən evdə qeydiyyatda olanların sayına görə, habelə onların şifahi sorğularına verdikləri cavabda evdə qeydiyyatda olanlara görə borcun yazıldığını desələr də onların *6.*8.2*25ci il tarixli sorğusuna yazdıqları 22.*8.2*25-ci il tarixli, 3-53-3-16/2-728/2*25 saylı cavablarında evlər üçlüyünün təqdim etdiyi nəfər say tərkibinə uyğun 3 nəfər olmaqla aparıldığı yazılmışdır. Cavabdehin kimlərin adına borcun yazıldığını gizlətməsi və onun iddia tələbinə guya subyektiv hüququnun olmadığını ortaya atmasını da borcun əsassız və əsassız olduğunu bildikləri halda yazdıqlarını sübut edir. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 25.*7.2*25-ci il tarixli, ******* saylı arayışından görünür ki, evdə qeydiyyatda olanlar X3, X7 Müseyib Tapdıq oğlu və X5dur. *2.*2.1991-ci il tarixli, V-ЖО № 294894 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, bacısı Sədaqət Tağıyeva *2.*2.1991-ci il tarixində X21 adlı şəxslə ailə qurub evdən köçmüşdür. 21.*2.1992-ci il tarixli, XVİ-JQ № 386851 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, evdə qeydiyyatda olan 2-ci şəxs X18 15.*2.1992-ci il tarixində doğulmuşdur. X6, anası X14r. Gəncə şəhəri İHB-nin Cavadxan OİƏD üzrə Nümayəndəliyinin 21.*7.2*25-ci il tarixli 39* saylı arayışından görünür ki, evdə qeydiyyatda olan X3 və onun oğlu X4 şəhəri, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşayırlar. Şəkil-1-də görünən ev onların yaşadığı Cavadxan qəsəbəsində yerləşən evdir. Darvazadan görünür ki, yeni tikilən ev deyildir. Darvazadakı işiğa aid sayğac da 2**6-2**7-ci illərdən quraşdırılan sayğacdır. Cavabdeh idarənin su sərfi və su borcu ilə əlaqədar təqdim etdiyi Cəfərov Tapdığın adına olan Gəncə şəhəri, Avtozavod yeni məhəllə 1, ev 52* A ünvanında yerləşən evə dair qəbz bacısı Sədaqət Tağıyevanın və oğlu Müseyib Cəfərovun yaşadıqları Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə dair qəbzdir. Qəbzdən görünür ki, evdə quraşdırılan sayğacın nömrəsi 2***9356, plomb nömrəsi E*14712-dir. X3 və onun oğlu X18 atalarına məxsus Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evdə qeydiyyatda olmalarına baxmayaraq Gəncə şəhəri, Cavadxan qəsəbəsində (Gəncə şəhəri, Avtozavod, yeni məhəllə 1, ev 52* A) yerləşən evdə 1992-ci ildən yaşayır və həmin evdə sərf etdikləri suyun haqqını da ödəyirlər. Həmin ünvan (ev) üzrə abonent X21 atalarına məxsus Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evdə qeydiyyatda olan X3nın həyat yoldaşıdır (əridir), X11 da atasıdır. O evin qeydiyyatı olmadığına görə həmin evə qeydiyyata düşə bilmirlər. Cavabdeh idarə eyni adamların adına hər iki evdən (ünvandan) su sərfi hesablamışdır. Bu səbəbə görə də onların sorğularına yazdıqları yuxarıda qeyd olunan cavablarında Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evə hesablanan su sərfini kimlərin adına hesabladığını yazmamış, gizlədib əsassız olaraq evlər üçlüyünün təqdim etdikləri 3 nəfərə dair arayış əsasında hesablandığını yazmışlar. Eyni hal evdə qeydiyyatda olan X5na da aiddir. Belə ki, o, Goranboy Rayon İHB-nin Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22.*7.2*25-ci il tarixli, 184 saylı arayışından görünür ki, atası X17 məxsus Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda yerləşən evdə qeydiyyatda olmasına baxmayaraq qeydiyyatsız olaraq Goranboy rayonu, Boluslu ərazisində yerləşən Goran qəsəbəsində yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı *289533 nömrəli çıxarışdan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən fərdi yaşayış evi də atası X17 məxsusdur. Atasının ölümündən sonra İslam Tağıyev həmin evə köçüb atasının öldüyü 2*11-ci il tarixindən hal-hazıradək də həmin evdə yaşayır və atasının iş yerində də işləyir. Məhkəmə bu barədə də sorğu verib, məlumat əldə edib araşdıra bilər. Hazırlıq iclasında cavabdehin nümayəndəsi evə sayğacın 2*25-ci ilin fevral ayında quraşdırıldığını desə də sayğac 2*24cü ilin dekabr ayında quraşdırılıb. 7 ay ərzində sayğac su sərfini 31 m3 qeyd edib. Bu da 3 nəfərin 2 ay ərzində sərf etdiyi sudur. Bu da evdə aparılan təmir işlərinin nəticəsində baş verən sərfiyyat olduğunu nəzərə alınsa evdə yaşayış olmadığı sübut olunur. Odur ki, evdə qeyd olunan borcun hesablanması həqiqəti əks etdirmir.
17. Gəncə Şəhər Məhkəməsinin *6 noyabr 2*25-ci il tarixli, 2(125)-4839/2*25 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X42 ünvan 9 ünvanına (abonent kodu: 8*425*16*****) su borcuna görə hesablanmış borcun 321,1* (üç yüz iyirmi bir manat on qəpik) manat hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə həmin nəticəyə gələrkən “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cü il tarixli 162 nömrəli Qərarının 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6, 4.1.7 bəndlərinə, Həmin Qərarın 5.1.1, 5.1.2, 5.1.3, 5.1.4, 5.1.5, 5.1.6, 5.1.7, 5.1.8 bəndlərinə, Həmin Qərarın 7.1, 7.2, 7.3, 7.4, 7.5 və 7.6-cı bəndlərinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 3*, 59, 61, 62 və 72-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213-214, 216-22*, 227, 233 və 36*-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı oğli apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *6 noyabr 2*25-ci il tarixli, 2(125)-4839/2*25 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 2*. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onlar istifadə etmədikləri suya görə su pulu ödəməli deyillər. Əgər bu müddət ərzində qeyd edilən ünvanda borc yığılmışdırsa, cavabdeh orqan qeyd edilən borcun tələb edilməsinin izahını verməli idi. Məhkəmə tərəfindən bu halın araşdırlmasını görmək mümkün deyil. Qanuna görə istehlakçı yalnız özü tərəfindən istehlak edilən əmlaka görə haqq ödəməlidir. Bundan başqa, bacsı X16 öz ailəsi ilə, o cümlədən oğlu X18 ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Onlar 2***9356 saylı sayğac üzrə su pulu ödəyirlər. Bu barədə məhkəmədə bildirsə də, lakin məhkəmə cavabdeh orqandan bu barədə hər hansısa bir sənəd tələb etməmişdir. O bu barədə məlumatları əldə edə bilən şəxs deyil. Çünki həmin sayğac üzrə abonent o deyil. Ona görə də bu barədə ona heç bir məlumat verilmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, qeyd edilən evdə üç nəfər qeydiyyatda olmuşdur. Özü başqa yerdə yaşayır. Ev mərhum atası Rüstəm Tağıyevin adınadır. Borc atasının adına yazılmışdır. Qeyd edilən evdə bacısı, onun oğlu və qardaşı qeydiyyatda olsalar da, onlar başqa yerlərdə yaşayırlar. Buna baxmayaraq, ümulikdə 1258 manat məbləğində borc yazılmış və həmin borcdan təxminən 5** manatı onun tərəfindən ödənilmişdir. Həmin evdə yaşayış olmaması və suyun dayandırılması ilə bağlı idarəyə rəsmi ərizə ilə də müraciət etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X42 Gəncə Şəhər Sukanal İdarəsi”nin nümayəndəsi X32 apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, qeyd edilən evdə yaşayış olmuşdur. Belə ki, həmişə evin kommunal ödənişləri edilmişdir. Yaşayış olmadığı halda ödənişlər edilməsi absurddur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin *6 noyabr 2*25-ci il tarixli, 2(125)-4839/2*25 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2*14-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
26. 7.1, 7.2, 7.3-cü bəndlərinə əsasən, suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smartkart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
“Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasinin Qanunu”
27. Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.
28. Maddə 3*. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. Maddə 61. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 3*. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
31. Maddə 72. Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 4*. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 5*. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *6 noyabr 2*25-ci il tarixli, 2(125)-4839/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 4 ev iddiaçının mərhum atası X15 mülkiyyətindədir. Atası 2*11-ci ildə vəfat etmişdir. Atası anasının ölümündən sonra mülkdə tək yaşamışdır. Mülkdə X1, onun övladı X18 və X5 qeydiyyatda olsalar da, orada yaşamamışlar. X1 öz ailəsi ilə o cümlədən oğlu X18 ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Onlar 2***9356 saylı sayğac üzrə su pulu ödəyirlər. Qardaşı X2 rayonunun Goran qəsəbəsində yaşayır. Həmin evdə 2*11-ci ildən heç kəs yaşamasa da, onlara 1258,32 manat həcmində borc yazılmışdır. Hesab edir ki, cərimə əsassız olaraq yazılmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmə iddia tələbini qismən təmin etmişdir.
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.
53. Belə ki, iş materialları ilə Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda 8*425*16***** nömrəli abonent kodu üzrə 99*.32 manat yekun borcun olması sübuta yetirilir.
54. Lakin, iddiaçı qeyd edilən evdə yaşayış olmadığını və həmin borcun əsassız hesablandığını iddia edir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
56. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
57. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
58. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən qismən. Çünki, iddiaçı iddia tələbində göstərilən halları tam təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
59. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Əli Quliyev küçəsi, ev 16 ünvanda üç nəfər, iddiaçının X1, onun övladı X18 və X5 qeydiyyadadırlar. İddiaçı adıkeçən şəxslərin həmin ünvanda yaşamadıqlarını iddia etsə də, yalnız X5na münasibətdə göstərilən halı sübut edə bilmişdir. Ona görə də məhkəmə haqlı olaraq X22 münasibətdə hesablanmış borcu əsassız sayaraq, həmin borcun silinməsi qənaətinə gəlmişdir. 6*. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
62. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
65. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2**6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
66. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5*** (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 4*2.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 7*. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1*-1,372.1, 382, 384.*.1, 385.2, 392, 393, 4*2.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin *6 noyabr 2*25-ci il tarixli, 2(125)-4839/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.