Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-393/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Coşqun Mehman oğlunun cavabdeh Azərbaycan Dövlət X7 Tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı mülki iş üzrə Açar sözlər: sudan istifadəyə görə yaranmış borcun tutulması Hakimlər X8 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı İsmayılov Coşqun Mehman oğlunun etibarnamə üzrə nümayəndəsi İsmayılov Orxan Mehman oğlunun, Cavabdeh Azərbaycan Dövlət X7 Tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 etibarnamə üzrə nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İsmayılov Coşqun Mehman oğlunun cavabdeh Azərbaycan Dövlət X7 Tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əsassız borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İsmayılov Coşqun Mehman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin ## ####### 2021ci il tarixli, **-**/**-*** nömrəli məktubunda Orxan İsmayılova baxış zamanı su xəttində yaranmış qəza nəticəsində ünvanın su təchizatında fasilələr yarandığı, qəza-bərpa işləri aparıldığı, ünvanın su təchizatında yaranmış fasilələrin aradan qaldırıldığı, qəzanın aradan qaldırılması ilə əlaqədar yerində akt tərtib edildiyi bildirilmişdir.
2. ##.##.2021-ci il tarixli aktdan görünür ki, akt tərtib edilmişdir ondan ötrü ki, Gəncə şəhəri Ozan küçəsindən keçən paylayıcı su xəttində baş vermiş qəza nəticəsində Ozan 42 ünvanının su təchizatında fasilələr yarandığı və əməkdaşlar tərəfindən su xəttində yaranmış qəzanın təmir edildiyi, ünvanın su təchizatında yaranmış fasilələrin aradan qaldırıldığı və hal-hazırda ünvan təyin edilmiş cədvələ əsasən su ilə təmin edildiyi qeyd edilmişdir.
3. Abonent saldosundan görünür ki, abonent kodu 8026104200000 olan ünvan 1 ünvanına 1208,40 manat su borcu yazılmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İsmayılov Coşqun Mehman oğlu cavabdeh Azərbaycan Dövlət X7 Tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əsassız borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət X7 tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 tərəfindən yaşadığı ünvan 2 ünvanına yazılmış 1208.4 AZN məbləğində sudan istifadə borcu qanunsuz və əsassız olduğu üçün silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Dövlət X7 Tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən yaşadığı ünvan 1 ünvanına 1208.4 AZN sudan istifadəyə görə borc hesablanaraq həmin ünvanın su təchizatı dayandırılmışdır. Onun ünvanına yazılmış 1208.4 AZN borcun əsassız və qanunsuz olduğunu iddia edir. İddiasını aşağıdakı dəlillərlə əsaslandırır: yaşadığı ünvanın su təchizatı daim böyük fasilələr verilməklə dəfələrlə tərəfindən şikayətlər edilməsinə baxmayaraq, su təchizatı stabilləşmədən keyfiyyətsiz şəkildə müntəzəm olmayan qaydada verilmişdir. Nəticədə dəfələrlə suyu su satan maşınlardan alıb suya olan tələbatlarını ödəməyə çalışmışlar. Gəncə şəhərində o cümlədən yaşadığı Ozan küçəsində mövcud su xətləri SSRİ dövründən qaldığından və müstəqillik illərindən bu günə qədər həmin su şəbəkəsinin təbii inhisarçı kimi sahibi olan əvvəllər müxtəlif adlar altında (“xxxx” ASC və sair) indi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 tərəfindən dəyişdirilməmiş bərbad halda olduğu kimi qalmışdır. Bugünə qədər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 həmin su şəbəkəsini yeniləmirdi. Nəticədə onun kimi abonentə çatmalı olan su küçələrə axırdı. İllərdir bu barədə “xxxx” ASC-yə şikayət ərizələri yazaraq küçələrində baş verən mütəmadi su sızmalarının aradan qaldırılması, su təchizatının bərpa edilməsini tələb etsə də, “xxxx” ASC tərəfindən ünvanına əsassız su pulu borcu barədə qəbzlər göndərilmişdir. Halbuki ünvanda istifadə etdiyi suyun həcmini dəqiq hesablamaq üçün su sayğacı təchizatçı tərəfindən illər öncə quraşdırılmalı idi. Sayğac quraşdırılan əvvəlcədən ödənişli elektrik enerjisi və təbii qaz təchizatçıları ilə o, abonent arasında heç bir mübahisə yaranmır. Ağıllı sayğaclar əvvəlcədən ödənişli sistemlə təchiz edilib və o, abonent kimi istifadə edəcəyi elektrik enerjisi və təbii qazın pulunu əvvəlcədən ödəyir. Lakin bazarda hökmran mövqe tutan və təbii inhisarçı olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 Azərbaycan Respublikası müstəqillik əldə etdiyi dövrdən bu günə qədər yaşadığı ünvana su sayğacı quraşdırmamış, sudan istifadə borcunu dəqiq ölçmə cihazları ilə deyil, hansısa mücərrəd “orta sərfiyyat” ilə hesablayır. Halbuki suyun sərfiyyatı dəqiq ölçmə cihazları vasitəsi ilə hesablanaraq müasir dövrün tələblərinə cavab verən ağıllı su sayğaclarının göstəricilərinə əsasən hesablanan borc qəbzinin abonentə təqdim edilməsi ilə müəyyən olunmalıdır. Dövlət büdcəsindən ayrılan külli miqdarda maliyyə vəsaitlərini abonentlərə açıqlama vermədən sərf edən və hər maliyyə ilin sonunda çox milyonluq maliyyə zərəri ilə başa vuran “xxxx” ASC və onun hüquqi varisi olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 keyfiyyətsiz idarəçiliyi, bərbad su şəbəkəsinin törətdiyi fəsadların nəticəsini abonent kimi ona əsassız və qanunsuz su pulu borcu hesablamaqla ört-basdır etməyə çalışır. 2008-ci ildən bu günə qədər Avropa maliyyə institutlarının maliyyələşdirdiyi Açıq Kommunal İnfrastruktur Proqramı çərçivəsində Gəncə şəhərinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin sifarişçi olan “xxxx” ASC və həmin ASC-nin hüquqi varisi olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 tərəfindən keyfiyyətsiz, ciddi su qıtlığı və qəzalarla müşahidə edilərək həyata keçirilməsinin maliyyə zərərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 abonentlərin ünvanına sayğac quraşdırmadan mücərrəd “orta sərfiyyat”la hesablayaraq gizlətməyə çalışır. “xxxx” QSC və onun varisi olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 tərəfindən ciddi pozuntularla, uzunmüddətli fasilələrlə verilən suyun keyfiyyətinin və həcminin qənaətbəxş olmamasının səbəbi həmin təşkilatın bazarda təbii inhisarçı olaraq hökmran mövqeyindən sui-istifadə etməsi və abonentlərə qarşı əvvəlcədən onların mənafelərini zərbə altına alan şərtləri tətbiq etməklə sayğac quraşdırmaqdan müxtəlif bəhanələrlə qəsdən imtina edərək əsassız borc hesablaması Rəqabət Məcəlləsinin ərizəsində sadaladığı müddəaları ilə uzlaşır. Məhkəmənin nəzərinə çatdırır ki, onun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 ilə heç bir abonent müqaviləsi yoxdur, təşkilat tərəfindən ona müqavilə təklif edilməmişdir. Yalnız hər ay mücərrəd “orta sərfiyyat” göstərilən borc qəbzləri yazılmışdır.
6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Ş. İmanov) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ünvan 2 ünvanına yazılan 1208,4 manat borcun silinməsi xahiş edilsə də, iddiaçıya məxsus yaşayış sahəsi üzrə su təchizatı faktiki olaraq mövcud olmaqla, qismən ödənişlər edilmiş, su istehlakı aparılmış və mövcud hesablamalar su sayğacı olmasa da “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarının 7.4-cü bəndinə uyğun olaraq hesablanmış və rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən qeyd edilən borcun qanunsuz hesablanmasına və ya borcun silinməsinə əsas verən hallar məhkəmə iclasında sübut edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin sübutetmə yükünə dair müddəalarına əsasən, iddia tələbinin əsaslığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Eyni zamanda, su borcunun silinməsi yalnız qanunla əsaslı və ya hüquqi halların mövcudluğu zamanı mümkündür. Lakin iddiaçı tərəfindən belə hallar - borcun səhv hesablanması, xidmətin göstərilməməsi, suyun iddiaçının yaşadığı ünvana verilməməsi və s. sübut olunmamışdır.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinə, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarının 7.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddəlrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı İsmayılov Coşqun Mehman oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən qanunsuz yazılmış su borcunun silinməsinə dair bütün dəlil və sübutlar məhkəməyə təqdim edilib. Ünvanında uzun illər su xətti olmasına baxmayaraq, suyun təbii inhisarçı olan cavabdeh tərəfindən verilməməsinə sübut olan əsas dəlillərdən biri cavabdeh barədə çoxsaylı yazılı və şifahi şikayətlərindən sonra yaşadığı ünvana yeni su xəttinin çəkilməsidir. Məhkəməyə həmin sübutu təqdim etsə də, məhkəmə qətnamə qəbul edərkən həmin sübut barədə heç bir fikir bildirməyib. İddiaçı və vətəndaş olaraq, bazarda 100% paya sahib təbii inhisarçı olan, əlində hədsiz inzibati və maddi imkanlar olan cavabdeh “ADSEA”-nın onun ünvanına uzun illər su verməməsi barədə illər boyu topladığı dəlil və sübutları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə formal mülahizələrə və şablon ifadələrə istinad edən bir neçə cümlə ilə qətnamə qəbul edib. Halbuki ədalət prinsiplərinə sadiqliyə riayət edilməli, qətnamə qəbul edilərkən bütün sübutlar ətraflı və dəqiq tədqiq edilməlidir. Məhkəmə iclasları boyu etdiyi çıxışlar və gətirdiyi sübutlara cavabdeh tərəfindən heç bir tutarlı əks arqument gətirilməyib. Məhkəmə öz təbii inhisarçı mövqeyindən sui-istifadə edən cavabdehin xeyirinə əsassız və qanunsuz qətnamə qəbul etməklə vətəndaş hüquqlarını pozub. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən cavabdehin ünvanına su verməməsi barədə illər öncə dəfələrlə cavabdehə sosial şəbəkələr vasitəsi ilə yazdığı şikayətlər, ünvanına verilməli olan suyun cavabdeh tərəfindən küçələrə axıdılması, təqdim etdiyi fotolar, rəsmi yazışmalar araşdırılmayıb. Cavabdehin heç bir xidmət müqaviləsi imzalamadığı barədə sübutları məhkəmə tədqiq etməyib, qətnamədə göstərməyib. Cavabdehin təbii inhisarçı olduğu üçün onun tərəfindən ünvanına su verilməməsi iddiasını heç bir əsas göstərmədən inkar etməsini məhkəmə nəzərə almayıb. İllər boyu ünvana sayğac quraşdırmadan qanunsuz və əsassız su borcu yazan cavabdehin sayğac quraşdırmamaqda hansı marağının olması barədə sualları məhkəmə araşdırmayıb. Halbuki ünvana sayğac quraşdırılmaması istehlakçı olan iddiaçıya əslində istehlak etmədiyi suya görə qanunsuz və əsassız borc yazmaq üçün münbit şərait yaradıb. Bu məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə tərəfindən araşdırılmayan haldır. Təqdim etdiyi dəlilləri araşdırmayan məhkəməyə qanunsuz və əsassız sudan istifadə borcu yazan cavabdehin əslində verilməyən suya görə borc yazmasına haqq qazandırıb. Halbuki zərərçəkmiş istehlakçı kimi sübutları mötəbərdir. Pozulmuş istehlakçı hüquqlarını müdafiə etməli olan məhkəməyə təbii inhisarçı olan cavabdehin əsassız və sübutsuz mövqeyini qərəzli şəkildə müdafiə edib. Qeyd etdiyi xüsusatlar birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İsmayılov Orxan Mehman oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Qardaşı ilə birlikdə yaşadığı ünvana uzun illər ərzində su verilməmişdir. Bu səbəbdən hesablanmış borc əsassızdır. Sovet hökümətinin vaxtından qalma köhnə, paslanmış, çürük su boruları vasitəsilə yay aylarında ümumiyyətlə su verilməmiş, qış aylarında isə qrafik əsasında arabir 2 saat su verilmişdir. Daha sonra sosial şəbəkələr vasitəsilə və elektron müraciətləri əsasında cavabdeh tərəfindən təxminən 2 il əvvəl evə yeni su xətti çəkilmiş və bundan sonra evdə daimi su mövcud olmuşdur. Sonralar layihə üzrə su xəttinə yeni sayğac qoşulduqdan sonra 1200 manat borc olduğunu bildirərək suyu kəsdilər. Cavabdeh təbii inhisarçı olduğu üçün istənilən tariflərlə əhalinin üzərinə yüksək məbləğdə su borcu yazmaqla əlavə qanunsuz gəlir əldə etməyə çalışır. Evdə suyun mövcud olmaması ilə bağlı kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Bəzi vaxtlarda müvəqqəti su verildiyi müddət üçün vicdanlı istehlakçı olaraq istifadə etdiyi suyun pulunu ödəmişdir. Lakin cavabdeh qanunsuz olaraq ona verilməmiş suyun pulunu tələb edir. Uzun illər suyun olmamasına baxmayaraq, 3 nəfər ailə tərkibi nəzərə alınmaqla adambaşına borc məbləği hesablanmışdır. Suya olan tələbatı su maşınları və qonşu evlərin kranına qoşduğu su borusu vasitəsilə ödəmişdirlər. Küçədəki qonşu evlərin bəziləri artezian şəbəkəsindən istifadə etdiyi halda qalan digər evlərdə isə ümumiyyətlə su mövcud olmamışdır. 2025-ci ilin avqust ayından evə su sayğacı çəkilmişdir, lakin o vaxtadək 2 il ərzində evə daimi su gəlmişdir. Ona sudan istifadəyə görə 2016-cı ildən etibarən borc hesablanmışıdır. Sayğac qoşulmadığına görə 2 il ərzində evə su verilməsilə bağlı qismən ödəniş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Cənab prezidentin fərmanına uyğun olaraq, 2011-ci il tarixdə əhalinin bütün borcu bağlanmış və həmin ünvan üzrə hesablanmış olan 71.28 AZN məbləğində borcla bağlı silinmə həyata keçirilmişdir. Lakin iddiaçı həmin vaxtdan etibarən sudan istifadəyə görə heç bir ödəniş icra etməmişdir. 2012-ci ildə hesablanmış 64.80 AZN borc məbləği ödənilməmişdir. 2013-cü ildə cəmi 25 AZN pul ödənildiyi üçün 39.80 AZN borc qalıq qalmışdır. 2014-cü ildə 64.80 AZN ödənilməli olduğu halda 35 AZN pul ödənilmişdir. 2015 - ci ildə 64.80 AZN ödənilməli olduğu halda 20 AZN pul ödənilmişdir. Həmin vaxtlarda əhaliyə qrafik əsasında fasilələrlə su verilmişdir. Tarif şurası tərəfindən müəyyən edilən adambaşına düşən su norması əsasında müvafiq borc məbləği hesablanmışdır. Ay ərzində 5 ton suyun verilməsi təmin edilmişdir. 2016 - cı ildə tarif şurası tərəfindən qiymətlər qaldırıldığı üçün borc məbləğində artım olmuşdur.
Tətbiq edilən hüquq
14. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62.1. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”-nın 7.1, 7.2, 7.3-cü bəndlərinə əsasən, suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında olan mübahisə su təchizatı xidmətinin ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı Azərbaycan Dövlət X7 tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 tərəfindən yaşadığı ünvan 2 ünvanına yazılmış 1208.4 AZN məbləğində sudan istifadə borcunun qanunsuz və əsassız olduğu üçün məhkəməyə müraciət edərək, silinməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
23. Belə ki, işin müəyyən edilmiş və faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya aid yaşayış sahəsində su təchizatı faktiki olaraq mövcud olmaqla, ödənişlərin bir qismi həyata keçirilib, su istehlakı baş verib və mövcud hesablamalar su sayğacı olmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarının 7.4-cü bəndinə uyğun olaraq hesablanmış və rəsmiləşdirilmişdir.
24. Məhkəmə kollegiyası həmçinin iddiaya hüquqi qiymət verərək qeyd edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Belə ki, yuxarıda da göstərildiyi kimi, Azərbaycan Dövlət X7 tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 tərəfindən iddiaçı İsmayılov Coşqun Mehman oğluna hesablanmış borc məbləği sudan istifadəyə görə hesablanaraq onun abonent hesabına yazılmışdır. İddiaçı həmin borc məbləğinin qanunsuz və əsassız olduğunu iddia etsə də, bu fakt öz təsdiqini tapmamışdır.
25. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı İsmayılov Coşqun Mehman oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.