Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-467/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 201013006930-***** reyestr nömrəli, ##.##.2016-cı il tarixli çıxarışdan görünür ki, ünvan 7 8 ünvanında yerləşən 75.4 kvadratmetrdən ibarət ev və onun altında yerləşən 0.0371 kvadratmetrdən ibarət torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən “Xronika” kinoteatrı (yay zalı ilə birlikdə) (faydalı sahəsi 143.0 kvadratmetr və torpaq sahəsi 348.7) ## #### 2019-cu il tarixli, **** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh adına ##.##.2019-cu il tarixli, 201013008935-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin ## #### 2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi və ##.##.2019-cu il tarixli, ** nömrəli tikintiyə “İcazə” sənədi əsasında fiziki şəxs Cavabdeh tərəfindən tikinti işlərinə başlanılmışdır. Lakin Cavabdeh tərəfindən ona məxsus mülkidə keçmiş “Xronika” kinoteatrının yerində tikinti-quraşdırma işləri aparılan zaman tamamlama mərhələsində binanın baş fasadında layihədən kənarlaşma aşkarlanaraq, tikinti işləri ##.##.2019-cu ildən dayandırılmış və həmin vaxtdan obyektdə heç bir iş aparılmamışdır. Obyektdə Agentlik tərəfindən “İstismara hazırlıq aktı” verilməmişdir.
4. Azərbaycan Respublikası “xxxx” MMC-nin Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi 27C ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinə dair ## ### 2023- cü il tarixli, ** nömrəli hesabatından görünür ki, ünvan 8 ünvanda inşa edilmiş qeyriyaşayış sahəsi Gəncə Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin ## ####### 2019-cu il tarixli ** saylı obyektin icarəsinə verilmiş sərəncamına və tikinti obyektinin layihəsi «xxxx» MMC-nin layihəsinə uyğun inşa edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə əsasən cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa olunmuş qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 1.95 metr nəzərdə tutulmalıdır. Həmin ünvanda cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi iddiaçının yaşayış evinə bitişik inşa olunduğunu nəzərə alaraq cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin 33,0 kvadratmetr hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan inşa olunduğu müəyyən edilir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının ## ### 2025-ci il tarixli, **/***** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin iddiaçının evindən 5 sm ara məsafəsində yerləşdiyini və iddiaçının yaşayış evinin hündürlü 6.50 metr olduğunu nəzərə almaqla aparılmış tikililərin arasında məsafə 1.95 metr (6.50x0.3), olmalıdır. Tədqiq olunan halda yuxarıda göstərildiyi kimi iddiaçıya məxsus evlə cavabdehə məxsus tikilinin zəruri olan 1.95 məsafə saxlanılmadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin (arxa hissəsi) ilə iddiaçı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, * nömrəli evin arasında olan məsafə 5-10 sm təşkil etdiyi müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən Gəncə şəhəri, Cavadxan küçəsi, 27C (Cavadxan küçəsi **) saylı ünvanda ara məsafəsi saxlanılmasına əməl edilmədən inşa edilmiş qanunsuz tikilinin sökülməsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsi və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, * saylı mülk mərhum atası Arif Verdiyevin adına olmuş, atası Arif Verdiyev vəfat etdikdən sonra həmin mülk ##.##.2016-cı il tarixdə onun mülkiyyətinə keçmiş və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Onunla qonşuluqda ünvan 6) ünvanında yerləşən “Xronika” kinoteatrı (yay zalı ilə birlikdə) faydalı sahəsi 143,0 kv,m və 348,7 kv,m torpaq sahəsi ##.##.2019-cu il tarixli, **** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdeh Cavabdeh satılmışdır. Qeyri-yaşayış binasına dair ünvan 5 ünvanı ilə Cavabdeh adına ##.##.2019-cu il tarixli, 201013008935-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı verilmişdir. “Xronika” kinoteatrının binası ilə onun evinin və hasarının arasında olan məsafə təxminən 4-7 metr təşkil edirdi. Yəni, həmin ərazidə onun evinə və hasarına bitişik heç bir tikili olmamışdır. Sonradan cavabdeh Cavabdeh 2019-cu ildə onun hasarına və evinə bitişik tikinti işlərinə başlamışdır. Bununla əlaqədar ##.##.2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Müraciəti əsasında şöbənin mütəxəssisləri tərəfindən həmin yerə baxış keçirilmiş və baxış zamanı Gəncə şəhəri, Cavadxan küçəsi, 27C ünvanında yerləşən mülkün sahibi Cavabdeh tərəfindən qeyd edilən ünvanda obyekt tikintisinə başladığı müəyyən edilmiş və ara məsafəsi saxlanılmasına əməl edilmədiyi üçün tikinti işləri dayandırılmışdır. Ona mövcud qanunvericiliyin və normativ sənədlərin tələblərinə əməl etməklə tikinti işlərini davam etdirə biləcəyi tapşırılmışdır. Lakin, buna baxmayaraq cavabdeh onun hasarına və evinə bitişik tikinti işlərini apararaq qeyri-yaşayış binası tikdirmişdir. Bununla da cavabdeh tərəfindən inşa etdirilmiş qeyri-yaşayış binası onun mülkiyyətində olan fərdi yaşayış evinə və məhləsinə gün işığının düşməsinin qarşısını almışdır. Cavabdehin qanunsuz olaraq inşa etdiyi tikililər onun mülkiyyətçi kimi hüquqlarını pozur. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 200 (bir yüz) manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 157.2, 162, 163.1, 164.1, 180.1 və 180.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Nizami rayonu, Cavadxan küçəsi 1-ci dalan, * saylı mülk iddiaçının məhrum atsı Arif Verdiyevin adına olmuş, atası Arif Verdiyev vəfat etdikdən sonra həmin mülk vərəsəlik qaydasına ##.##.2016-cı il tarixdə iddiaçının mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən fərdi yaşayış evinin yataq otağının pəncərəsi həmin ev tikildiyi vaxtan qonşuluqda olan (ünvan 3) ünvanında) yerləşən “Xronika” kinoteatırının həyatına baxır. Qeyd etdiklərinin əsası kimi iddia ərizəsinə əlavə edilmiş texniki pasportla sübuta yetirilir. ##.##.2019-cu il tarixli, **** nömrəli müqaviləyə əsasında (ünvan 3) ünvanında) yerləşən “Xronika” kinoteatırı (yay zalı ilə birlikdə) faydalı sahəsi 143.0 kv.m və 348.7 kv.m torpaq sahəsi ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdeh Cavabdeh satılmışdır. Cavabdeh tərəfindən qeyd olunan daşınmaz əmlakı alqı-satqı yolu ilə alan zaman artıq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yataq otağının pəncərəsi “Xronika” kinoteatırının həyətinə açıldığını görmüş və bununla razılaşmışdır. “Xronika” kinoteatırının binası ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin binası arasında olan məsafə təxmiynən 4-7 metr təşkil edir. Yəni iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə və hasarına bitişik heç bir tikili olmamışdır. Sonradan cavabdeh Cavabdeh tərəfindən 2019-cu ildə Şəhərsalma və Tikinti Məəcəlləsinin tələblərinə əməl etmədən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə bitişik qeyri-yaşayış binasını tikdirməyə başlamışdır. Bunula əlaqədar iddiaçı tərəfindən ##.##.2019-cu il tarixdə Fövqaladə Hallar Nazirliyinə müraciəti əsasında şöbənin mütəxəssisləri tərəfindən həmin yerə baxış keçirilmiş və baxış zamanı Gəncə şəhəri, Cavadxan küçəsi, 27C ünvanında yerləşən mülkün sahibi Cavabdeh tərəfindən ara məsafəsi saxlanılmasına əməl edilmədiyi üçün tikinti işləri dayandırılmışdır. Lakin buna baxmayaraq cavabdeh iddiaçının hasarına və fərdi yaşayış evinə bitişik tikinti işlərini apararaq qeyri yaşayış binasını tikdirmişdir. Bununla da cavabdeh tərəfinindən inşa etdirilmiş qeyri yaşayış binası iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yataq otağının pəncərəsini bağlaması nəticəsində evin yataq otağına və məhləyə gün işığının düşməsinin qarşısını almış, bunun nəticəsində yaşayış evi yararsız hala düşmüşdür. Hesab edir ki, cavabdehin qanunsuz olaraq inşa etdiyi tikililər nəticəsində iddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə edə bilmir və onun mülkiyyətçi kimi hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
18. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
19. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
25. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 1 8 ünvanında yerləşən 75.4 kvadratmetrdən ibarət ev və onun altında yerləşən 0.0371 kvadratmetrdən ibarət torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin ünvan 9 ünvanında yerləşən “Xronika” kinoteatrı (yay zalı ilə birlikdə) (faydalı sahəsi 143.0 kvadratmetr və torpaq sahəsi 348.7) ## #### 2019-cu il tarixli, **** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh satılmışdır. Daha sonra cavabdeh həmin ünvan dair çıxarış almışdır. Bundan sonra cavabdeh Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi və ##.##.2019-cu il tarixli, ** nömrəli tikintiyə “İcazə” sənədi əsasında həmin kinoteatrı sökərək onun yerində qeyri yaşayış binası tikmişdir. Lakin tikinti-quraşdırma işləri aparılan zaman tamamlama mərhələsində binanın baş fasadında layihədən kənarlaşma aşkarlandığından tikinti işləri ##.##.2019-cu ildən dayandırılmışdır. Azərbaycan Respublikası “xxxx” MMC-nin Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi 27C ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinə dair ## ### 2023- cü il tarixli, ** nömrəli hesabatına əsasən həmin qeyri-yaşayış sahəsi Gəncə Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin ## ####### 2019-cu il tarixli ** saylı obyektin icarəsinə verilmiş sərəncamına və tikinti obyektinin layihəsi «xxxx» MMC-nin layihəsinə uyğun inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının ## ### 2025-ci il tarixli, **/***** nömrəli rəyinə əsasən cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin iddiaçının evindən 5 sm ara məsafəsində yerləşdiyini və iddiaçının yaşayış evinin hündürlü 6.50 metr olduğunu nəzərə almaqla aparılmış tikililərin arasında məsafə 1.95 metr (6.50x0.3), olmalıdır. Tədqiq olunan halda yuxarıda göstərildiyi kimi iddiaçıya məxsus evlə cavabdehə məxsus tikilinin zəruri olan 1.95 məsafə saxlanılmadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin (arxa hissəsi) ilə iddiaçı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, * nömrəli evin arasında olan məsafə 5-10 sm təşkil etdiyi müəyyən edilir. İddiaçı özünə məxsus olan evin pəncərəsini qarşısında qeyri-yaşayış sahəsi tikilməsini əsas gətirərək onun sökülməsini xahiş edir.
44. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
45. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
46. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
47. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehdən su arxının açılmasını tələb etmək ixtiyarı vardır. Lakin, bununla belə mübahisəli su arxının iddiaçıya məxsus olan torpaq sahəsində yerləşməsi işdə müəyyən edilmir.
48. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ## ### 2025-ci il tarixli, **/***** nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin iddiaçının evindən 5 sm ara məsafəsində yerləşdiyini və iddiaçının yaşayış evinin hündürlü 6.50 metr olduğunu nəzərə almaqla aparılmış tikililərin arasında məsafə 1.95 metr (6.50x0.3), olmalıdır. Tədqiq olunan halda yuxarıda göstərildiyi kimi iddiaçıya məxsus evlə cavabdehə məxsus tikilinin zəruri olan 1.95 məsafə saxlanılmadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin (arxa hissəsi) ilə iddiaçı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, * nömrəli evin arasında olan məsafə 5-10 sm təşkil etdiyi müəyyən edilir.
49. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
50. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
51. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına həmçinin TEKUİS məlumat bazasına istinad edilmişdir.
52. Həmçinin, işə apellyasiya instansiyasında baxılarkən məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi ünvan 4) ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş qeyri yaşayış binası ilə iddiaçıya məxsus Gəncə şəhəri 1-ci dalan, * saylı ünvanda yerləşən fərdi yaşayış evidir. Həmin tikililərə iddiaçının nümayəndəsi (vəkili) və məhkəmə kollegiyasının iştrakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin arxa otağının pəncərəsinə yaxın məsafədə cavabdehə məxsus tikili inşa edilmişdir. İddiaçının qeyd etdiyi otaqla digər otaq arasında pəncərə mövcüddür və evin arxa otağına digər otaqdan günəş şüalarının düşməsi müəyyən olunur. Bundan başqa iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirlən zaman müəyyən edildiki həmin evdə uzun müddətdir ki, yaşayış yoxdur.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
54. Kollegiya iş materiallarını yuxarıda göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı olmuşdur.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə ünvan 1 8 ünvanında yerləşən 75.4 kvadratmetrdən ibarət ev və onun altında yerləşən 0.0371 kvadratmetrdən ibarət torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin ünvan 9 ünvanında yerləşən “Xronika” kinoteatrı (yay zalı ilə birlikdə) (faydalı sahəsi 143.0 kvadratmetr və torpaq sahəsi 348.7) ## #### 2019-cu il tarixli, **** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh satılmışdır. Daha sonra cavabdeh həmin ünvan dair çıxarış almışdır. Bundan sonra cavabdeh Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi və ##.##.2019-cu il tarixli, ** nömrəli tikintiyə “İcazə” sənədi əsasında həmin kinoteatrı sökərək onun yerində qeyri yaşayış binası tikmişdir. Lakin tikinti-quraşdırma işləri aparılan zaman tamamlama mərhələsində binanın baş fasadında layihədən kənarlaşma aşkarlandığından tikinti işləri ##.##.2019-cu ildən dayandırılmışdır. Azərbaycan Respublikası “xxxx” MMC-nin Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi 27C ünvanda inşa edilmiş qeyriyaşayış sahəsinə dair ## ### 2023- cü il tarixli, ** nömrəli hesabatına əsasən həmin qeyriyaşayış sahəsi Gəncə Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin ## ####### 2019-cu il tarixli ** saylı obyektin icarəsinə verilmiş sərəncamına və tikinti obyektinin layihəsi «xxxx» MMC-nin layihəsinə uyğun inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının ## ### 2025-ci il tarixli, **/***** nömrəli rəyinə əsasən cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin iddiaçının evindən 5 sm ara məsafəsində yerləşdiyini və iddiaçının yaşayış evinin hündürlü 6.50 metr olduğunu nəzərə almaqla aparılmış tikililərin arasında məsafə 1.95 metr (6.50x0.3), olmalıdır. Tədqiq olunan halda yuxarıda göstərildiyi kimi iddiaçıya məxsus evlə cavabdehə məxsus tikilinin zəruri olan 1.95 məsafə saxlanılmadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Cavabdeh Cavabdeh tərəfindən ünvan 2) ünvanında inşa edilmiş tikilinin (arxa hissəsi) ilə iddiaçı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 1-ci dalan, * nömrəli evin arasında olan məsafə 5-10 sm təşkil etdiyi müəyyən edilir. İddiaçı özünə məxsus olan evin pəncərəsini qarşısında qeyri-yaşayış sahəsi tikilməsini əsas gətirərək onun sökülməsini xahiş etmiş, məhkəmə iddia tələbini təmin etməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, işə apellyasiya instansiyasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisəli ünvana yerində müayinə aparılan zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evdə uzun illər yaşayış olmamaqla yanaşı ora yaşayış üçün yararlı vəziyyətdə deyildir. İddiaçının evi və həyəti baxımsız vəziyyətdə olmaqla bərabər orada heç kim yaşamır. Yəni bu hal iddiaçının faktiki olaraq özünə məxsus olan ünvan 1 8 ünvanında yerləşən 75.4 kvadratmetrdən ibarət evdə illər öncə yaşamaq marağının aradan qalxdığını göstərir. Həmçinin yerində müayinə zamanı müəyyən olunur ki, iddiaçıya məxsus evin otağının pəncərəsinin qarşısında cavabdeh tərəfindən tikili inşa olunsa da həmin otağa ön hissədən normal günəş işığının düşməsi üçün kifayət qədər imkan da vardır. Bundan başqa Gəncə şəhəri, Cavadxan küçəsi 27C ünvanı cavabdehin mülkiyyətində olmaqla yanaşı cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsində Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış tikinti layihəsi və ##.##.2019-cu il tarixli, ** nömrəli tikintiyə “İcazə” sənədi əsasında həmin kinoteatrı sökərək onun yerində qeyri-yaşayış binası tikmişdir. Belə olan halda cavabdehin sökülməsi xahiş olunan Gəncə şəhəri, Cavadxan küçəsi 27C ünvanında yerləşən qeyriyaşayış obyekti üzərində mülkiyyət hüququ əldə etməsi (reallaşdırması) gözləniləndir. Bununla əlaqədar kollegiya qeyd edir ki, “Akimova Azərbaycana qarşı” iş üzrə ##.##.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarda Avropa İnsan Haqları məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada Avropa İnsan Haqları məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar ##.##.2010cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar ##.##.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar ##.##.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə iddiada qeyd edilənlər cavabdehə məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsi üçün əsas deyildir. Məhkəmə həmçinin onu da qeyd edir ki, qeyri-yaşayış sahəsinin tikilməsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya hər hansı formada ziyan vurulmamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Bir sözlə, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
59. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.