Məhkəmə qərarları › İş №2(3-7)-474/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-474/2026

14.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-474/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X11 (sədrlik edən məruzəçi), X12 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh cavabdeh2 iştiraki ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2,* saylı Gəncə Regional “Asan Xidmət Mərkəzi” Notariat Ofisi, * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026--cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Mingəçevir şəhər vəkil bürosunun vəkili Vəkil ünvanlanmış Daşınmaz əmlaka dair arayışın verilməsi barədə məktubda bildirilir ki, 1. Göygöl rayonu, Zurnabad kəndində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan qeyri-yaşayış binası ## ###### 2009-cu il tarixli, 50S012000084-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 adına olmuşdur. Göygöl rayon dövlət notariat kontorunun ## ###### 2012-ci il tarixli, 4Ə-1-** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 satılmış, ona ## #### 2012-ci il tarixli, 508012000084-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2. Göygöl rayonu, Zurnabad kəndində yerləşən ümumi sahəsi 76.3 kv.m fərdi olan yaşayış evi ## ####### 1992-ci il tarixli, *** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X13 adına olmuşdur. Göygöl Rayon Məhkəməsinin ## ### 2012-ci il tarixli, *(***)-***/**** nömrəli İcra vərəqəsi və qətnaməsinə əsasən cavabdeh2 (tik "B" və tik "C" bütövlükdə) və X4 (tik "A” bötüvlükdə) adlarına ## ####### 2012-ci il tarixli, 508012000209-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi Gəncə “ASAN xidmət" mərkəzində notariat kontorunun ## ###### 2017-ci ıl tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 bağışlanmış, sonuncunun adına ## #### 2019-cu il tarixli, 508012000209-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 3. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən ünvan 1ndə yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-229, KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı X4 adına işlənilmişdir. * saylı Gəncə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin ## ###### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən torpaq sahəsinə dair cavabdeh2 ## ######## 2022-ci il tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 4.ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 27.1 kv.m olan qeyri-yaşayış binası ## ##### 2007-ci il tarixli, 508012000026-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 adına olmuşdur. Gəncə “ASAN xidmət" mərkəzində notariat ofisinin ## ### 2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən X9, ona ## #### 2016-cı il tarixli, 508012000026-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 5.ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m fərdi olan yaşayış evi ## #### 2024-cü il tarixli, 508011000004-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 adınadır. Fərdi yaşayış evi Gəncə “ASAN xidmət" mərkəzində notariat ofisinin ## #### 2024-cü il tarixli, 2V-** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdeh2 keçmiş, ona ## #### 2024-cü il tarixli, 508011000004-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 6. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ## ####### 2022-ci il tarixli, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 adına olmuşdur. Göygöl rayon notariat ofisinin ## ####### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdeh2 keçmiş, ona ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

2. cavabdeh2 qız tərəfindən Notariat Ofisinə ünvanlanmış ##.##.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, ## ###### 2021-ci ildə atası Xanlar şəhəri, Təbriz küçəsi, ev 12 ünvanında yaşayan atası-X4 ölmüşdür. Mirasın tərkibi: “xxxx” firmasından, ünvan 1 ünvanında yerləşon 0.67 ha torpaq sahəsindən və ünvan 8 ünvanında istifadədə olan 0,03365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət ondan irs qalmış miras əmlakı qəbul edir və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.

3. Göygöl Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin rəisi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X4, ölən bir günə kimi Göygöl şəhəri Hummel küçəsi ** saylı evdə qeydiyyatda olmaqla yaşamış və ## ###### 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra İddiaçı və cavabdeh2 qalmışdır. cavabdeh2 atasının sağlığında və ölümündən sonra hal-hazırda atasına məxsus olan Göygöl şəhəri, Hummel küçəsi ** saylı evdə qeydiyyatda olmaqla yaşayır.

4. ##.##.2022-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2021-ci il tarixdə vəfat etmiş X4 məxsus olan Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,67 ha olan torpaq sahəsi vərəsəlik qaydasında vərəsə ünvan 2 ünvanında qeydiyyatda olan cavabdeh2 verilmişdir.

5. cavabdeh2 qız tərəfindən Notariat Ofisinə ünvanlanmış ##.##.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, ## ###### 2021-ci ildə atası Xanlar şəhəri, Təbriz küçəsi, ev 12 ünvanında yaşayan atası-X4 ölmüşdür. Mirasın tərkibi: “xxxx” firmasından, ünvan 1 ünvanında yerləşon 0.67 ha torpaq sahəsindən və ünvan 8 ünvanında istifadədə olan 0,03365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət ondan irs qalmış miras əmlakı qəbul edir və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.

6. ##.##.2022-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X14 məxsus olan Göygöl rayonu, Zurnabad kəndində yerləşən ümumi sahəsi 0,6729 ha olan torpaq sahəsi vərəsəlik qaydasında ünvan 2 ünvanında qeydiyyatda olan vərəsə cavabdeh2 tam hissədə verilmişdir.

7. cavabdeh2 qız tərəfindən Notariat Ofisinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, ## ###### 2021-ci ildə atası Xanlar şəhəri, Təbriz küçəsi, ev 12 ünvanında yaşayan atası-X4 ölmüşdür. Mirasın tərkibi: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirası qəbul edir və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.

8. ##.##.2024-cü il tarixli, *V-** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 mias qalan ünvan 8 ünvanında istifadədə olan 0.0337 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137 kv/m olan fərdi yaşayış evi vərəsəlik qaydasında ünvan 2 ünvanında qeydiyyatda olan cavabdeh2 tam hissədə verilmişdir.

9. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda göstərilmişdir ki, cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər- X5, X8, X1, X6 və X20r.

10. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən Göygöl şəhəri, Hummel küçəsi ** nömrəli evdə cavabdeh2, X5, X21 və X20 qeydiyyatdadır.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin, # ### 2026-cı il tarixli, *-**-*-**/*-Y-**-**/***** nömrəli Mingəçevir Şəhər Vəkil Bürosuna göndərilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı tərəfindən kağız daşıyıcıda təqdim edilmiş ##.##.2019-cu il tarixli “Fiziki şəxsin vergi uçotu haqqında” ərizəyə əsasən həmin tarixdən ********** nömrəli VÖEN ilə uçota alınmışdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin # #### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, ##.##.2019-cu il tarixdə AZ2529, ünvan 3 ünvanı üzrə (Fəaliyyət növü; Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (fəaliyyət kodu; 96090) uçota alınmış 2304420712-76001 kodu təsərrüfat subyekti (obyekti) ##.##.2022-ci il tarixdə vergi uçotundan çıxarılmışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, Elektron ucot məlumat bazasına əsasən fərdi sahibkar kimi “xxxx” (fəaliyyət kodu; 11071) əsas və Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (fəaliyyət kodu; 96090) əlavə fəaliyyət növləri ilə məşğul olması bəyan edilmiş İddiaçı (VÖEN; 2304420712) Göygöl rayonu, Zurnabad kəndi üvanında yerləşən təsərüfat subyekti (obyekti) vergi oqranında 2304420712-76001 kod ilə ##.##.2019-cu il tarixdə vergi uçotuna alınmışdır. Hal-hazırda təsərufat subyektinin (obyektinin) fəaliyyəti bağlı vəziyyətdədir. X15 tərəfindən ##.##.2019-cu il tarixdə təqdim edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında ərizə və ərizəyə əlavə edilmiş X8 ilə ##.##.2019-cu il tarixli icra müqaviləsi, Gəncə şəhər Asan Xidmət mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli 4Ə-**** reyestr nömrəli (Hədiyyə verən; cavabdeh2 və X4, Hədiyyə alan; X8) daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında vergi uçota alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

14. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2,cavabdeh3, * saylı X2 Xidmət mərkəzinə (maraqlı şəxs Göygöl rayon notariat ofisi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon notariat ofisinin notariusu tərəfindən ## ####### 2022-ci il tarixdə, 2V-*** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən ## #### 2024-cü il tarixdə, 2V-** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və * saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən ## ###### 2022-ci il tarixdə, 2V-*** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bununla bağlı cavabdeh2 adına olan, ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ## #### 2024-cü il tarixli, 508011000004-***** reyestr nömrəli və ## ######## 2022-ci il tarixli, *********** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ## ####### 2022-ci il tarixli, ************ reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X14 adına olmuşdur. Xəzangül Hacıyeva onun anasıdır. Anası ## #### 2010-cu ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra Göygöl rayon notariat ofisinin ## ####### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdeh2 keçmiş, ona ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 137 kv.metr olan fərdi yaşayış evi ## #### 2024-cü il tarixli, 508011000004-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 adına olmuşdur. Firdus Hacıyev onun atasıdır. Atası ## ###### 2021-ci ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin ## #### 2024-cü il tarixli, 2V-** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdeh2 keçmiş, ona ## #### 2024-cü il tarixli, 508011000004-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən ünvan 1ndə yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-229, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı X4 adına işlənmişdir. Firdus Hacıyev onun atasıdır. Atası ## ###### 2021-ci ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra * saylı Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin ## ###### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən torpaq sahəsi cavabdeh2 keçmiş, ona ## ######## 2022-ci il tarixli, 508012000026-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh cavabdeh2 onun bacısıdır. O, Rusiya Federasiyasına gedib gəldiyinə görə bacısına mülki etibarnamə vermişdir ki, onun Azərbaycan Respublikasında işləri olanda onu təmsil etsin. Lakin, o, bacısına etibarnaməni ata və analarından qalmış miras əmlakları öz adına keçirtməsinə görə verməmişdir. Cavabdeh olan bacısı Təhmnə Hacıyeva onun etibarından sui-istifadə edərək ona verdiyi etibarnamə əsasənda notariat kontorlarında onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etmişdir. Bu isə Qanunvericiliyin tələbinə tam ziddir. Lakin, buna baxmayaraq cavabdeh olan bacısı cavabdeh2 onun etibarından sui-istifadə edərək ona verdiyi etibarnamə əsasənda notariat kontorlarında onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etmişdir. Halbuki, notariat kontorunun notariusları cavabdehə etibarnaməni hansı məqsədlə verdiyini müəyyən etmək üçün onunla əlaqə saxlamalı, miras qalmış əmlaklardan imtina edib-etmədiyini müəyyən etməliydilər. Lakin, notariat ofisinin notariusları onunla əlaqə saxlamamış, cavabdehə etibarnaməni hansı məqsədlə verdiyini müəyyən etməmişlər. Bir daha bildirir ki, o, atası və anasından qalmış miras əmlaklardan imtina etməmişdir. Cavabdeh olan bacısı miras qalmış əmlaklardan onun razılığı olmadan onun əvəzindən öz xeyrinə imtina etmişdir. Bu isə tam qanunsuzdur. Hesab edir ki, O, atası X4 və anası X14 vərəsəsi olduğuna görə, Göygöl rayon notariat ofisinin notariusu tərəfindən ## ####### 2022-ci il tarixdə, 2V-*** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən ## #### 2024-cü il tarixdə, 2V-** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və * saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən ## ###### 2022-ci il tarixdə, 2V-*** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun bütün hüquqi nəticələri ləğv edilməlidir.

16. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, * saylı X2 Xidmət mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qardaşıdır. Ataları X4 ## ###### 2021-ci il tarixdə Göygöl rayonunda, anaları X14 ## #### 2010-cu il tarixdə Göygöl rayonunda ölmüşdür. Ata analarından miras əmlak kütləsi qalmış, vərəsələrin dairəsi isə yalnız İddiaçı və cavabdeh2dır. Hazırki, halda iddiaçı İddiaçı Rusiya Federasiyasına gedib gəldiyinə görə bacısına mülki etibarnamə verdiyini, cavabdeh olan bacısı cavabdeh2 onun etibarından sui-istifadə edərək ona verdiyi etibarnamə əsasında notariat kontorlarında onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etdiyini iddia etmiş, vərəsəlik haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışlarının etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə mirasın açılma vaxtı barədə ilkin olaraq qeyd etmişdir ki, AZ-İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən X14 ## #### 2010cu il tarixdə Göygöl rayonunda, AZ-II ****** saylı ölüm haqqında şəhadətnamənin X4 ## ###### 2021-ci il tarixdə Göygöl rayonunda ölməsi müəyyən edilmişdir. Məhz mirasın açıldığı vaxt miras qoyanın ölüm vaxtı olması əsası ilə həmin vaxt qüvvədə olan maddi normalar tətbiq edilməlidir. Miras kütləyə qiymət verərkən nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 məxsus olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa əsasən Xanlar şəhəri, Hummel küçəsində istifadəsində olan 0,03365 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 105,4 kv.m yaşayış, 31.6 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpağa mülkiyyət hüququna dair” JN- 229 Kod ******** saylı dövlət aktında ünvan 1ndə yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 adına olduğu qeyd edilmişdir. Habelə, məhkəmə təşəbbüsü ilə təqdim edilən Göygöl rayon İHB-nın Zurnabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubda Çiçəkli kəndinin eynilə Zurnabad kəndi olduğu bildirimişdir. ##.##.2026-cı il tarixli Göygöl şəhəri Hummel küçəsi ** nömrəli evdə yaşayan X17, Hummel * nömrəli evdə yaşayan Quliyeva İradə Fərman qızı, Hummel ** nömrəli evdə yaşayan X30, Hummel küçəsi ** saylı evdə yaşayan X7, Hummel küçəsi * saylı evdə yaşayan X3 öz imzaları ilə təsdqi etmişdilər ki, cavabdeh2 ##.##.1974-cü ildə Xanlar rayonu (indiki Göygöl şəhəri) Komsomol küçəsi, indiki Hummel ** nömrəli evdə anadan olmuş və hal-hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ata-anasının dəfn xərcini o çəkmişdir və kommunal xərci o ödəyir. Məhkəmə qeyd etmişdir ki, hazırki halda etibarsızlığı irəli sürülən hər üç ##.##.2022-ci il tarixli, *V-*** nömrəli, ##.##.2022-ci il tarixli, *V-*** nömrəli və ##.##.2024-cü il tarixli, *V-** nömrəli nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas miras kütləni faktiki qəbul edən vərəsənin müraciəti olmuşdur. Vərəsəlik işlərinə nəzər yetirildikdə İddiaçı notariat ofisinə mirasın qəbuluna dair hər hansı müraciətinin olmadığı müəyyən edilir. Bu hal eyni zamanda iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur. İddia tələbinin əsası kimi qeyd edilən iddiaçının adına cavabdehə etibarnamə verilməsi və bu əsasla mirasdan imtinaya dair notariat ofisində İddiaçı adından imtina yazılması halı iş üzrə sübut edilməmişdir. Yalnız ##.##.2022-ci il tarixli, *V-*** nömrəli Göygöl rayon notariat ofisində açılmış vərəsəlik işi materialında İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi cavabdeh2 ##.##.2022-ci il tarixdə notarial təsdiqli ərizəsi olmuşdur. Məhkəmə vərəsəlik işinin və mirasın qəbuluna dair şəhadətnamənin məhz bu ərizəyə əsaslanmadığı, İddiaçı susmuş vərəsə kimi qiymətləndirildiyi, miras kütləni faktiki qəbul edən cavabdeh2 mirası qəbul etməsini nəzərə alaraq ərizəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, ərizə hazırki halda vərəsəlik işinin açılması, mirasın vərəsəyə ötürülməsi və s. hallar üzrə həlledici əhəmiyyət daşımır. İddiaçı İddiaçı anası Xəzangül Hacıyeva və atası Firdus Hacıyev öldükləri vaxt və həmin vaxtdan sonra d,a onlardan qalan miras kütlənin faktiki idarəçisi olmamış, iddiada etiraf edildiyi kimi Rusiya Federasiyasında yaşayır və Azərbaycan Respublikasına ara-sıra gəlir. Bununla birgə miras əmlakın qəbuluna dair mirasın açıldığı vaxtdan keçən müddət ərzində notariat ofisinə mirasın qəbuluna dair müraciət etməmişdir. Belə olan halda, miras qoyanlar Xəzangül Hacıyeva və Firdus Hacıyevin mirasını faktiki qəbul etmiş vərəsə qızları cavabdeh2 sayıldığı üçün qanuna əsasən onun əmlakı olmuş, bu əsasla da mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlar verilmişdir.

18. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 12**, 1273.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

19. Göygöl Rayon Məhkəməsinin 2(066)-1389/2025 tarixli, ##.##.2026-ci il saylı qətnaməsindən narazı qalan iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini tamamilə ləğv edilməsini, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İlk öncə Məhkəmə Kollegiyasının nəzərinə onu çatdırmaq istəyirəm ki, Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ## ####### 2022-ci il tarixli, ************ reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X14 adına olmuşdur. Xəzangül Hacıyeva mənim anamdır. Anası ## #### 2010-cu ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra Göygöl rayon notariat ofisinin ## ####### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh2 keçmiş, ona ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarış verilmişdir. Bundan başqa ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 137 kv.metr olan fərdi yaşayış evi ## #### 2024cü il tarixli, 508011000004-***** reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X4 adına olmuşdur. Firdus Hacıyev onun atasıdır. Atası ## ###### 2021-ci ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin ## #### 2024-cü il tarixli, 2V-** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 5 ünvanda yerləşən, ümumisahəsi 137 kv.metr olan fərdi yaşayış evi cavabdeh2 keçmiş, ona ## #### 2024-cü il tarixli, 508011000004-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən ünvan 1ndə yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-229, KOD 50805018 sayıl “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı X4 adına işlənmişdir. Firdus Hacıyev onun atasıdır. Atası ## ###### 2021-ci ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra * saylı Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin ## ###### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 1ndə yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh2 keçmiş, ona ## ######## 2022-ci il tarixli, 508012000026-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarış verilmişdir. Cavabdeh cavabdeh2 onun bacısıdır. O, bacısına mülki etibarnamə vermişdir ki, onun Azərbaycan Respublikasında işləri olanda onu təmsil etsin. Lakin, o, bacısına etibarnaməni ata və analarından qalmış miras əmlakları öz adına keçirtməsinə görə verməmişdir. Cavabdeh olan bacısı cavabdeh2 onun etibarından sui-istifadə edərək ona verdiyi etibarnamə əsasında notariat kontorlarında onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etmişdir. Bu isə Qanunvericiliyin tələbinə tam ziddir. Belə ki, işə baxan Göygöl Rayon Məhkəməsi Göygöl rayon notariat ofisi tərəfindən cavabdeh olan bacısı cavabdeh2 ## ####### 2022-ci il tarixli, 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən, cavabdeh tərəfindən onun əvəzindən yazdığı ərizəni nəzərə almamışdır. Həmin ərizədə qeyd olunmuşdur ki, mərhum anası X14 ## #### 2010-cu il tarixində vəfat etmişdir. Onun ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. O, İddiaçı bu ərizəni öz hərəkətlərinin əhəmiyyətini dərk edərək, hərəkətlərini idarə etmək imkanına malik olaraq, onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq, digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmadan ərizəni imza edirəm və buna heç bir etirazı yoxdur. Ərizə özsözlərimlə tərtib edildi, ona görə imza edirəm. O, cavabdehə miras əmlakdan imtina etməsi üçün etibarnamə verməmişdir. Cavabdeh ona verdiyi etibarnamədən etibarından sui istifadə edərək onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etmişdir. Bu isə Qanunvericiliyin tələbinə tam ziddir. Lakin, işə baxan Göygöl Rayon Məhkəməsi bu halları nəzərə almamış, qəbul etdiyi qətnamədə formal mülahizələrə əsaslanmışdır. Ümumiyyətlə işə baxan Göygöl Rayon Məhkəməsi işi tam və hər tərəfli araşdırmamış, bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir. Göygöl Rayon Məhkəməsi miras qalmış əmlakların faktiki olaraq onun tərəfindən qəbul edilib-edilməməsinə ümumiyyətlə qiymət verməmişdir. Halbu ki, miras qalmış əmlakları faktiki olaraq o, qəbul etmişdir. Onun daimi yaşayış yeri ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evidir. Bundan başqa cavabdeh miras qalmış digər 2 əmlaklar - ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 137 kv.metr olan fərdi yaşayış evi və ünvan 1ndə yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair notariat kontorlarına müraciət edərək onun payına düşən hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdir. Lakin, notariat ofisləri miras əmlaklardan cavabdehin payını tam müəyyən etmiş və bütöv miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişlər. Hesab edir ki, bu tam qanunsuz və əsassızdır. İşə baxan Göygöl Rayon Məhkəməsi isə işin bu hallarına öz hüquqi qiymətini verməmişdir. Halbu ki, cavabdeh miras qalmış əmlaklardan öz payına düşən hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin, işə baxan Göygöl Rayon Məhkəməsi bu halları nəzərə almamışdır. Bundan başqa Göygöl Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli qətnaməsində onu susmuş vərəsə kimi qəbul etmişdir. O, mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməmişdir. Onun tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvidir. Ancaq nədənsə işə baxan Göygöl Rayon Məhkəməsi verilmiş iddia tələbinə düzgün qiymət verməmiş, mübahisəni düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarının tələbərini pozmuşdur. Onu da qeyd edir ki, vərəsəlik işləri açılan zaman o, ümumiyyətlə notariat kontoruna dəvət olunmamışdır. Halbu ki, notariat kontorunun notariusu cavabdehə etibarnaməni hansı məqsədlə verdiyini müəyyən etmək üçün onunla əlaqə saxlamalı, miras qalmış əmlaklardan imtina edib-etmədiyini müəyyən etməliydilər. Lakin, notariat ofisinin notariusları onunla əlaqə saxlamamış, cavabdehə etibarnaməni hansı məqsədlə verdiyini müəyyən etməmişlər. O, miras qalmış əmlakları faktiki qəbul etmişdir. Lakin, işə baxan Göygöl Rayon Məhkəməsi bu halları araşdırmamışdır. Bununla da mən anam və atamdan qalmış miras paylardan məhrum olmuşdur. Həmin maddələrdə göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bacı-qardaş arasında münasibətləri yaxşı olduğu üçün mirasın qəbulu ilə bağlı müraciət etmədiyini, bildirmişdir. Lakin iddiaçı atasının ölümündən sonra atasına məxsus “xxxx” müəssisəsini işlətmiş bununla da,atasından qalan mirası faktiki qəbul etmişdir. Həmçinin iddiaçı atasından miras qalmış evdə təmir işləri aparmışdır.

23. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatına şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının verdiyi etibarnamədən istifadə etmədiyini, qardaşı İddiaçı ərizə verərək, anasının mirasından imtina etdiyini bildirmişdir. İddiaçının 30 ilədək Rusiya Federasiyasında yaşadığını, torpağın cavabdeh özü tərəfindən əkib-becərdiyini və sahikar olduğunu bildirmişdir. Atasından qalmış miras əmlakda iddiaçı heç bir təmir işi aparmamışdır. Həmçinin iddiaçı atasına məxsus “xxxx” müəssisəsini deyil, onun qızının mülkiyyətində olan torpaq sahəsində fərdi sahibkar kimi suların istehsalı ilə məşğul olmuş və həmin istehsalda istifadə olunan iş avadanlıqları onun tərəfindən alınmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

27. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

28. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

29. Maddə 11**. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

30. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

31. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

32. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə ***.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. İşin faktiki halları kimi müəyyən olunur ki, X18 ilə X19 birgə nikahından iki övladı - İddiaçı və cavabdeh cavabdeh2 doğulmuşdur. AZ-İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən X14 ## #### 2010-cu il tarixdə vəfat etmiş və Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakı əri X4 notariat orqanına ərizə verməklə qəbul etmiş və bu barədə ona ##.##.2012-ci il tarixli *v-*-**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Bundan sonra X4 ## ###### 2021-ci il tarixdə vəfat etmiş və ondan Xanlar şəhəri, Hummel küçəsində 0,03365 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 105,4 kv.m yaşayış, 31.6 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi, ünvan 1ndə yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. cavabdeh2 notariat ofisinə müraciət edərək, atası Firdus Hacıyevdən miras qalmış Xanlar şəhəri, Hummel küçəsində 0,03365 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evini və Göygöl rayonu, Çiçəkli (Zurnabad) kəndində yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etmiş və ona bu barədə ## #### 2024-cü il tarixdə, *V-** nömrəli, ##.##.2022-ci il tarıxli, *V-*** nömrəli və ##.##.20222-ci il tarixli *v-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla razılaşmayan iddiaçı Göygöl rayon notariat ofisinin notariusu tərəfindən ## ####### 2022-ci il tarixdə, 2V- *** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən ## #### 2024-cü il tarixdə, 2V-** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və * saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən ## ###### 2022-ci il tarixdə, 2V-*** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bununla bağlı cavabdeh2 adına olan, ## ###### 2022-ci il tarixli, ************ reyestr nömrəli, ## #### 2024-cü il tarixli, 508011000004-***** reyestr nömrəli və ## ######## 2022-ci il tarixli, *********** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbindən görünür ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X14 ## #### 2010-cu il tarixdə, X4 ## ###### 2021-ci il tarixdə vəfat etmişdir. Buna görə də, hazırki mübahisə ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

47. Apellyasiya şikayətində iddiaçı ata və anasından qalmış miras əmlaklardan imtina etmədiyini, miras qalmış əmlakları faktiki qəbul etdiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il ## #### tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il ## #### tarixli Qərarları).

48. Göründüyü kimi, mirasın qəbul edilməsi vərəsənin iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.

49. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X14 ## #### 2010-cu il tarixdə vəfat etmiş və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri əri X4 və övladları İddiaçı və cavabdeh2 qalmışdır. X14 qalmış mirası faktiki olaraq əri X4 və övladı cavabdeh2 qəbul etmiş, lakin ilə miras əmlakın X4 mirası tam qəbul etməsi barədə ## ###### 2022-ci il tarixdə, 2V-*** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə cavabdeh2 tərəfindən mübahislələndirilməmişdir. X4 ## ###### 2021-ci il tarixdə vəfat etmiş, qanun üzrə birinci növbəli vərəsələri İddiaçı və cavabdeh2 olmuş, mərhumun ölümündən sonra cavabdeh2 mirasa həm faktiki sahiblənməklə, həm də, notariat ofisinə müraciət etməklə mirası qəbul etmişdir.

50. Hazırki iş üzrə iddiaçı İddiaçı valideynlərindən qalmış mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etməmişdir. Bu halı iddiaçı tərəf öz izahatları ilə təsdiq etmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəflər arasında bacı-qardaş münasibətləri yaxşı olduğu üçün iddiaçının mirasın qəbulu ilə bağlı müraciət etmədiyini bildirmişdir.

51. Həmçinin iddiaçı İddiaçı valideynlərindən miras qalmış əmlakları faktiki olaraq da qəbul etməsi iş materialları ilə müəyyən edilmir. İddiaçının nümayəndəsi iddiaçının atasının ölümündən sonra atasına məxsus “xxxx” müəssisəsini işlətmiş bununla da, atasından qalan mirası faktiki qəbul etməsini və atasından miras qalmış evdə təmir işləri apardığını bildirsə də, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, elektron uçot məlumat bazasına əsasən fərdi sahibkar kimi “xxxx” (fəaliyyət kodu; 11071) əsas və Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (fəaliyyət kodu; 96090) əlavə fəaliyyət növləri ilə məşğul olması bəyan edilmiş İddiaçı (VÖEN; 2304420712) Göygöl rayonu, Zurnabad kəndi üvanında yerləşən təsərrüfat subyekti (obyekti) vergi oqranında 2304420712-76001 kod ilə ##.##.2019-cu il tarixdə vergi uçotuna alınmışdır. Hal-hazırda təssərrüfat subyektinin (obyektinin) fəaliyyəti bağlı vəziyyətdədir. X15 tərəfindən ##.##.2019-cu il tarixdə təqdim edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında ərizə və ərizəyə əlavə edilmiş X8 ilə ##.##.2019-cu il tarixli icra müqaviləsi, Gəncə şəhər Asan Xidmət mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli 4Ə-**** reyestr nömrəli (Hədiyyə verən; cavabdeh2 və X4, Hədiyyə alan; X8) daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında vergi uçota alınmışdır. Göründüyü kimi, iddiaçı “xxxx” (fəaliyyət kodu; 11071) əsas və Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (fəaliyyət kodu; 96090) əlavə fəaliyyət növləri ilə məşğul olmaq üçün ##.##.2019-cu il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınmış və həmin fəaliyyətini Göygöl rayonu, Zurnabad kəndi üvanında mülkiyyətçi X8 ilə bağlanmış müqavilə əsasında həyata keçirmişdir. İddiaçı həmin istehsal üçün avadanlıqların atasına məxsus olmasını bildirmiş, lakin bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı X4 fərdi sahibkar kimi 2019-cu il tarixdə fəaliyyətə başlamasını nəzərə alsaq, hətta istehsal üçün avadanlıqlar X4 məxsus olsa belə, həmin əşyaların 2019-cu ildə iddiaçıya verilməsi mirasın qəbulu kimi deyil, əmlakın bağışlanması kimi qəbul edilə bilər. Həmçinin iddiaçı mərhuma məxsus evdə təmir işlərinin aparılmasını bildirsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edilməmişdir.

52. Beləliklə, iddiaçı tərəf Minus Hacıyevin vaildeynlərindən miras qalmış mirası faktiki olaraq qəbul etməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişlər.

53. Məhkəmə kollegiyası iddiaçının Rusiya Federasiyasında yaşamasını nəzərə alaraq qeyd edir ki, əgər iddiaçının mirası qəbul etmək kimi niyyəti var idisə, notariat ofisinə mirasın qəbulu barədə ərizə vermək imkanına da sahib olmuşdur. Lakin, işdən göründüyü kimi iddiaçı bu hərəkəti də yerinə yetirməmişlər. İddiaçının vərəsə qismində əmlaka sahiblik etməklə və (ya) əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi, yaxud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməsi və ya həmin müddət ərzində vərəsəlik hüququnun realizəsi üçün notariat ofisinə üzrlü səbəblərdən müraciət edə bilməməsi müəyyən edilmir.

54. Məhkəmə qeyd edir ki, hazırki halda etibarsızlığı irəli sürülən ##.##.2022-ci il tarixli, *V-*** nömrəli, ##.##.2022-ci il tarixli, *V-*** nömrəli və ##.##.2024-cü il tarixli, *V-** nömrəli nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə əsas miras kütləni faktiki qəbul edən vərəsənin müraciəti olmuş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanuni əsaslarla verilmişdir.

55. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh valideynlərinin vəfatından sonra onların qanun üzrə vərəsəsi miras əmlaka sahiblənməklə və notariat orqanına müarciət etməklə həmin qanuni, həm də faktiki yolla qəbul etmişdir. İddiaçının isə miras əmlakı nə qanuni əsaslarla, nə də faktiki sahiblik etməklə qəbul etməsi müəyyən olunmamışdır.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar