Məhkəmə qərarları › İş №2(3-7)-480/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-480/2026

18.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-480/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Işin halları

1. ## ######## 2025-ci il tarixli R № ****** nömrəli aktda qeyd edilmişdir ki, istehlakçı İddiaçı sayğacın giriş xəttini zədələyərək birbaşa xətdən istifadə etmişdir.

2. ## ####### 2025-ci il tarixli icra vərəqindən görünür ki, abonentə 1138,20 manat sərfiyyat hesablanmışdır.

3. Abonentin saldosundan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə 60 manat, 100,80 manat və 977,40 manat olmaqla, cəmi 1138,20 manat məbləğində borc yazılmışdır.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 1200 manat işıq pulunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Zurnabad kəndində yerləşən evində olan sayğaca baxış keçirilmiş sayğaca müdaxilə edilməsi adı ilə ona 1200 manat cərimə yazılmışdır. Halbuki o, sayğaca heç bir müdaxilə etməmişdir. Evinə başqa yerdən sökülən sayğac quraşdırılmışdır və sayağac özü yararsız vəziyətdə olmuşdur. Eləcədə sayğac quraşdırılarkən kabel çatmamazlığı səbəbindən əlavə calaq verilmişdir. Ailəlikcə yalnız yay aylarında evdə yaşayırlar

6. Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Hüseynzadə) iddia qismən təmin edilərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1138,20 (min yüz otuz səkkiz manat iyirmi qəpik) manat borc abonent İddiaçı (252150804300287) abonent hesabından silinməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2, 560.1, 560.2, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 1.1, 1.2, 7.6, 7.11, 8.32-ci bəndləri, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13, 17-ci maddələri, gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 77.2, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh “xxxx” ASC qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 08 senyabr 2025-ci il tarixdə “xxxx” ASC-nin X1 Təchizatı və Satışı Idarəsinin struktur tərkibində fəaliyyət göstərən X3 əməkdaşları tərəfindən Zurnabad kəndində yaşayan abonentlərin elektrik enerjisindən istifadə qaydalarının tələblərinə riayət edibetməmələrini araşdırmaq məqsədi ilə istehlakçıların sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı sayğacın qiriş xəttini zədələyərək bir başa xətdən istifadə etmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşlar tərəfindən abonent haqqında “EEIQ”-nın tələbinə uyğun olaraq ## ######## 2025 ci il tarixli, AKT R № ****** saylı akt tərtib olunmuş və video cəkiliş aparılmışdır. Bundan sonra əməkdaşlar tərəfindən aşkar olunmuş enerji pozuntuları ilə bağlı tərtib edilmiş akta əsasən Qərb RETSI-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya 180 gün üçün dəyəri 8316 kvt.s təşkil edən miqdarında elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, sayğacda kənar xət yerin altı ilə aparılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, aşkar olunan kabeli 2010-cü ildə Göygöl rayon Işıq idarəsinin əməkdaşları torpağın altı ilə çəkib və həmin kabellə evə işıq verilirdi. Sayğacıda hamin vaxt dəyişiblər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

«Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu

15. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

16. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»

17. Bənd 1.1 Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

18. Bənd 7.11 Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən ## ######## 2025-ci il tarixdə abonent İddiaçı Göygöl rayonu Zurnabad kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar xətt aşkar olunmuşdur. Bu barədə R № ****** saylı akt tərtib edilmiş, həmin akt əsasında da iddiaçının abonent hesabına 1138,20 manat borc hesablanmışdır. Tərtib olunmuş akt üzrə abonentə 1138,20 manat borc hesablanmasına baxmayaraq iddiaçı 1200 manat silinməsini məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddia tələbini qismən təmin edərək 1138,20 manat borcun abonent İddiaçı 252150804300287 abonent hesabından silinməsi qət edilmişdir.

30. Məhkəmə kollegiyasıda hesab edir ki, birinci instansiya məhkəməsi 1138,20 manat borcun abonent İddiaçı 252150804300287 abonent hesabından silməkdə nəticətyə gəlmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas saymır.

31. Birinci instansiya məhkəməsi qətnamədə Elektrik Enerjisindən istifadə Qaydalarının 8.32-ci bəndinə istinad etsədə, lakin Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli qərarı ilə Qaydaların 8.32 və 833-cü bəndləri qüvvədən düşmüşdür. Buna baxmayaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarıyla düzgün olmuşdur.

32. Belə ki, «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının ## ##### 2023cü il tarixli ***-VIQ nömrəli Qanununun 19.16-cı maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://eqanun.az/framework/54210" \o "Azərbaycan Respublikasının Energetika Nazirliyi" \t "_blank" orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

33. Hazırkı işdə sayğaca müdaxilə aşkar edilməsi barədə ## ######## 2025-ci il tarixli R № ****** saylı akt tərtib olunsada, lakin aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://e-qanun.az/framework/54210" \o "Azərbaycan Respublikasının Energetika Nazirliyi" \t "_blank" orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına göndərilməmişdir. Göründüyü kimi istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması barədə yuxarıda qeyd olnan həmin orqanın və ya məhkəmə qərarının olması müəyyən edilmir. Bu halda, cavabdeh təşkilatın elektrik enerjisi itkisinə məruz qaldığını əsas göstərməklə dəymiş ziyanın əvəzi qismində iddiaçının abonent hesabına borc yazması hər hansı hüquqi əsasa söykənmir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil, mübahisə üzrə birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Işdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar