Azәrbaycan Respublikası adından Qərardad Gәncә şәhәri İş № 2(3-7)-625/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh2 vә Şәmkir rayon * saylı notariat ofisinә qarşı mülki iş QƏRARDADİ Açar sözlәr: alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi Gәncә Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası, Hakimlәr - Mehtiyev Fikrәt Ədilşah oğlu (sәdrlik edәn vә mәruzәçi), Cavadova Günay Ismayıl qızı vә Mәmmәdov Tural Nurulla oğlundan ibarәt tәrkibdә, Mәsimzadә Mәdәd Elçin oğlunun katibliyi, Cavabdeh cavabdeh2 nümayәndәsi (vәkil) Nümayәndә iştirakı ilә, Iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh2 vә Şәmkir rayon * saylı notariat ofisinә qarşı alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi tәlәbinә dair mülki iş üzrә Şәmkir Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә ## ###### 2026-cı il tarixdә Gәncә Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası Müəyyən e t d i: Iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh2 vә Şәmkir rayon * saylı Notariat Ofisinә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2007-ci il tarixli 4Ə-04-*** reyestr nömrәli alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişlәr. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, onların Şәmkir rayonu Tәzәkәnd kәndindә yerlәşәn vә ümumi birgә mülkiyyәtlәrindә olan 0.325 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsini guya ona satmaqlarına dair cavabdeh cavabdeh2 ##.##.2007-ci il tarixli 4Ə-04-*** reyestr nömrәli alqı-satqı müqavilәsi tәqdim edir. Lakin heç bir vaxt hәmin torpaq sahәsini cavabdeh2 satmamışlar. Onlar, torpaq sahәsini müvәqqәti olaraq cavabdeh2 icarәyә vermişlәr. Cavabdeh cavabdeh2 özü dә bunu yaxşı bilir. Bu sәbәbdәn dә cavabdeh, onlara mәxsus olan torpaq sahәsini 2015-ci ilәdәk istifadә etmişdir. Hәmin vaxtdan sonra torpaq sahәsi cavabdeh tәrәfindәn istifadә edilmәmişdir. Cavabdehin qanunsuz hәrәkәtlәri nәticәsindә onların dövlәt tәrәfindәn qorunan vә tәminat altına alınmış mülkiyyәt hüquqları cavabdeh tәrәfindәn pozulmuşdur. Şәmkir Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrәli qәtnamәsi ilә (hakim Şәfәq Mәmmәdova) iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlәr cavabdeh2 vә Şәmkir rayon * saylı Notariat Ofisinә qarşı alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi tәlәbinә dair iddiasının tәmin edilmәmәsi qәt edilmişdir. Iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1 qәtnamәdәn apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin qәtnаmәsinin lәğv еdilmәsini vә iddianın tәmin еdilmәsi barәdә yеni qәtnаmә çıхаrılmasını xahiş etmişlәr. Iddiaçılar apellyasiya şikayәtini onunla әsaslandırmışlar ki, birinci instansiya mәhkәmәsinin qәtnamәsi maddi vә prosessual hüquq normalarının pozulması ilә çıxarılmışdır. Iş üzrә hәrtәrәfli, tam vә obyektiv araşdırma aparılmamış vә işin faktiki hallarına düzgün hüquqi qiymәt verilmәmişdir. Belә ki, birinci instansiya mәhkәmәsindә cavabdeh tәrәfindәn sәrgilәnәn mövqeyә әsasәn müqavilәnin bağlandığı güman olunan tarixdәn 20 il müddәt keçmişdir. Bu da onu göstәrir ki, cavadehin özü dә hәmin müqavilәsinin saxta olduğunu, әqdin onların iradә ifadәsini әks etdirmәdiyini bilir vә bunu bildiyi üçün özünü müddәtin keçmәsi ilә sığortalamağa çalışır. Birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun «Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 337, 339.6, 346.1 vә 354–cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair» # ##### 2021-ci il tarixli qәrarında formalaşdırdığı hüquqi mövqeyi ümumiyyәtlә nәzәrә almamışdır. Hәmçinin mülkiyyәt hüququnun müdafiәsi ilә bağlı iddialara iddia müddәtinin tәtbiq edilmәsi tamamilә qanunsuz vә әsassızdır. Belә ki, mülkiyyәt hüququnun müdafiәsinә yönәlmiş tәlәblәrә iddia müddәtinin tәtbiq edilmәsi heç bir halda düzgün yanaşma deyildir. Çünki mülkiyyәt hüququnun müdafiәsi ilә bağlı bütün tәlәblәrә avtomatik olaraq kәsici müddәt tәtbiq edilә bilmәz. Hәr şey iddianın hüquqi mahiyyәtindәn asılıdır. Nәzәrә alınmalıdır ki, mülkiyyәt hüququ mütlәq hüquqdur, hәr kәsә qarşı müdafiә olunur vә daimi xarakter daşıyır vә bu baxımdan klassik yanaşmaya әsasәn vindikasiyaya (әmlakın geri tәlәb edilmәsi) dair iddialarda әgәr mülkiyyәtçi öz әmlakını qanunsuz sahibdәn tәlәb edirsә, bu mülkiyyәt hüququnun birbaşa müdafiәsidir vә burada kәsici müddәtin tәtbiqi mәhduddur. Işin faktiki hallarından da açıq-aydın şәkildә görünür ki, mübahisәli vә iddianın әsas predmetini tәşkil edәn torpaq sahәsi mülkiyyәtdә olan daşınmaz әmlakdır vә hәr nә qәdәr iddia tәlәbinin adı istәr mәcburi, istәrsә dә formal olaraq әqdin etibarsızlığı kimi adlandırılmış olsa da, mahiyyәt vә tәbiәt etibarı ilә tәlәbin әsl mәqsәdi әqdin etibarsızlığına deyil, mülkiyyәt hüququnun müdafiәsinә yönәlmişdir. Torpaq sahәsinә dair cavabdehin adına qanunsuz müqavilәnin mövcudluğu davam edәn hüquq pozuntusudur. Bu sәbәdәn dә iddia tәlәbinә kәsici müddәtin tәtbiqi әsaslı vә qanuni hesab edilә bilmәz. Yәni, mülkiyyәt hüququnun birbaşa müdafiәsinә kәsici müddәt tәtbiq edilmir. Bir daha qeyd edirlәt ki, birinci instansiyası mәhkәmәsi iddianı formal olaraq “әqdin etibarsızlığı” kimi qiymәtlәndirmişdir. Iddia mahiyyәt etibarı ilә birbaşa әqddәn irәli gәlәn hüquq tәlәb etmir. Iddianın ümumi mahiyyәti mülkiyyәt hüququnun bәrpasından ibarәtdir. Bu isә artıq öhdәlik münasibәti deyil, mütlәq hüququn müdafiәsidir. Müqavilәnin imzalanması hәlә onun etibarlı olması demәk deyildir. Əslindә, müqavilәnin etibarlı olub-olmamasını hәqiqәtәn araşdırmalı olan mәhkәmә, notariat işini tәlәb edәrәk әtraflı araşdırmamış, müqavilәdә qeyd olunan satış dәyәrinin doğurdan da ödәnilib-odәnilmәmәsi üzrә heç bir araşdırıma aparmamışdır. Çünki müqavilәnin bağlanmış hesab edilmәsinin әsas şәrtlәrindәn biri dә müqavilә üzrә mәblәğin ödәnilmәsidir. Hazırki iş üzrә aşağıda sadalanan aspektlәr birinci instansiya mәhkәmәsi tәrәfindәn araşdırılmamışdır. Birincisi, müqavilәdә pul vәsaitinin ödәnilmәsini tәsdiq edәn hәr hansı mötәbәr sübut olması yoxlanılmalı olsa da, mәhkәmә bunu etmәmişdir. Çünki alqı-satqı müqavilәsinin başa çatmasına, onun qanuniliyinin yoxlanılmasında pulun verilmәsi yoxdursa vә burada qarşı tәrәf hәr hansı formada bunu mübahisәlәndirirsә bu halın yoxlanılması zәruridir. Ümumiyyәtlә müqavilәnin tam bağlanması üçün әn әsas şәrtlәr müqavilә predmeti, qiymәti, tәrәflәrin hüquqi qabiliyyәti vә iradә ifadәsi, hәmçinin müqavilәnin forma tәlәbinә (yazılı, notarial) uyğunluğudur, burada tәrәflәr hüquqi nәticәyә nail olmaq üçün qarşılıqlı razılığa gәlmәli vә bütün әsas şәrtlәri razılaşdırmalıdırlar. Mәhkәmә iclasında cavabdeh cavabdeh2 nümayәndәsi (vәkil) Nümayәndә apellyasiya şikayәtinә etiraz edәrәk bildirmişdir ki, birinci instansiya mәhkәmәsi işi tam, hәrtәrәfli araşdırmış, qanuni vә әsaslı qәrar qәbul etmişdir. Ona görә dә apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Iş üzrә iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1, hәmçinin cavabdehlәr cavabdeh2 vә Şәmkir rayon * saylı notariat ofisinin nümayәndәsi, mәhkәmә iclasının vaxtı vә yeri haqqında lazımı qaydada xәbәrdar edilmәlәrinә, onlara mәhkәmә bildirişinin vә SMS xәbәrdarlığın AZEMIS vasitәsilә göndәrilmәsinә, hәmin sәnәdin elektron kabinetinә yerlәşdirilmәsinә vә hәmin sәnәdlәri almalarına baxmayaraq, onlar heç bir üzürlü sәbәb göstәrmәdәn mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәyin mümkünsüzlüyü vә işә onların iştirakı olmadan baxılması barәdә Mәhkәmә Kollegiyasına müraciәti daxil olmamışdır. Mәhkәmә Kollegiyası Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin (bundan sonra-Azәrbaycan Respublikasının MPM-in) 376.2-ci maddәsinә әsasәn onların iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Iş materiallarında olan: Gәncә Apellyasiya Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn görünür ki, Şәmkir Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli *(***)- **/**** nömrәli qәtnamәsindәn iddiaçı cavabdeh2 tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmiş, Şәmkir Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qәtnamәsi tamamilә lәğv edilmiş vә iş üzrә yeni qәtnamә qәbul edilmiş, iddia tәlәbi qismәn tәmin edilmiş, Daşınmaz Əmlakın Dövlәt Reyestri xidmәtinin MH seriaylı ******* nömrәli Dövlәt reyestrindәn çıxarış әsasında iddiaçı2, iddiaçı3 Rafiq oğlunun vә iddiaçı1 paylı mülkiyyәtindә olan, Şәmkir rayonu, Tәzәkәnd kәndindә yerlәşәn 0.325 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinin X2 dair iddiaçı2, iddiaçı3, iddiaçı1 ilә X2 arasında bağlanmış vә reyestrdә 4Ə-1154 nömrәsi ilә qeydә alınmış ##.##.2023-cü il tarixli daşınmaz әmlakın alqısatqı müqavilәsi etibarsız hesab edilmiş, Şәmkir rayonu, Tәzәkәnd kәndindә yerlәşәn 0.325 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsinә dair X2 adına ##.##.2023-cü il tarixdә ********** qeydiyyat nömrәsi ilә daşınmaz әmlakın dövlәt reyestrindә 504013000859 nömrә ilә aparılmış qeyd lәğv edilmişdir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrәli qәrarından görünür ki, kassasiya şikayәtinin tәmin edilmәmәsi; Gәncә Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrәli qәtnamәsinin dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. Azәrbaycan Respublikasının MPM-in 372.6-cı maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır. Azәrbaycan Respublikasının MPM-in 372.7-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası işin hallarına dair mәruzәçi hakimin mәruzәsini vә proses iştirakçısının izahatını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini mülki iş materialları ilә birlikdә araşdırıb, işin hallarına tәtbiq edilmәli qanunvericiliyә әsasәn hüquqi qiymәt verәrәk, aşağıdakılara әsasәn bu nәticәyә gәlir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, baxılan iş üzrә birinci instansiya mәhkәmәsinin qәtnamәsi tamamilә lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Iş materiallarında olan Gәncә Apellyasiya Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qanuni qüvvәyә minmiş qәtnamәsinә әsasәn müәyyәn edilir ki, iddiaçı cavabdeh2 cavabdehlәr iddiaçı2, iddiaçı3, iddiaçı1, X2, Şәmkir rayonu * saylı Notariat Kontoruna vә Azәrbaycan Iqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin ** saylı Şәmkir Ərazi Idarәsinә qarşı iddia әrizәsi ilә müraciәt edәrәk, cavabdeh1 ## ###### 2023-cü ildә iddiaçı2, iddiaçı3 vә iddiaçı1 arasında bağlanmış, reyestrdә 4Ə-1154 nömrәsi ilә qeyd edilmiş alqı-satqı müqavilәsinin lәğv edilmәsi vә hәmin müqavilә әsasında ##.##.2023-cü il tarixdә X2 adına verilmiş ********** qeydiyyat nömrәli çıxarışın etibarsız hesab edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Hәmin iş üzrә iddiaçı cavabdeh2 tәlәbini onunla әsaslandırmışdır ki, o cavabdehlәr Sarabәyim Ibrahimova, iddiaçı3 vә iddiaçı1 mәxsus Şәmkir rayonu Tәzәkәnd kәndi әrazisindә yerlәşәn 0.32 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsini qanuni әsaslarla 2500 manata ## ###### 2007-ci il tarixdә Şәmkir rayon Notariat Ofisindә 4Ə-4-*** reyestr nömrәli alqı-satqı müqavilәsinә әsasәn almışdır. DƏDRX-nin ** saylı Şәmkir Ərazi Idarәsinә müraciәt edib öz adına çıxarış almaq istәyәrkәn ona mәlum oldu ki, cavabdehlәr 2-ci dәfә saxta alqı-satqı yolu ilә hәmin torpaq sahәsini digәr cavabdeh X2. Hәmin iş üzrә cavabdehlәr Sarabәyim Ibrahimova, iddiaçı3 vә iddiaçı1 da iddiaya etiraz edәrәk, mübahisәli torpaq sahәsini iddiaçı cavabdeh2 satmadıqlarını bildirmişlәr. Mәhkәmәnin hәmin iş üzrә gәldiyi yekun qәnaәtә görә, mübahisәli torpaq sahәsinin iddiaçıya satılmaması barәdә cavabdehlәrin (satıcıların) arqumenti iş materialları ilә tәkzib edilmişdir. ## ###### 2007-ci il tarixli *Ə-**-*** nömrәli notariat işinin tәsdiqli surәtindә olan alqı-satqı müqavilәsindәn vә әrizә ilә müәyyәn edilmişdir ki, Şәmkir rayonu Tәzәkәnd kәndindә yerlәşәn 0.325 ha (MH seriaylı ******* nömrәli Dövlәt reyestrindәn çıxarış) torpaq sahәsi iddiaçı2 vә X1 tәrәfindәn cavabdeh2 satılmış, X3 etiraz etmәmişdir. Hәmin alqı-satqı müqavilәsindә imzaların da, qeyd edilәn şәxslәrә mәxsus olması ekspert rәyi ilә tәsdiqin tapmışdır. Bir sözlә, hazırkı işә mәhkәmәdә baxılmamışdan әvvәl cavabdeh cavabdeh2 ## ###### 2007-ci il tarixli 4Ə-04-*** reyestr nömrәli alqı-satqı müqavilәsinә әsaslanaraq iddia irәli sürmüş, hәmin işin çәrçivәsindә bu әqdin etibarlılığı yoxlanılmış vә әqd mәhkәmә tәrәfindәn etibarlı әqd hesab edilmişdir. Hazırkı işdәn isә müәyyәn olunur ki, iddia tәlәbindә mәhz hәmin әqdin etibarsızlığı tәlәbi irәli sürülmüşdür. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki vә Kommersiya kollegiyalarının «Əqdә әsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda hәmin әqdin etibarlılığının mübahisәlәndirilmәsinin mümkünlüyünә dair qanunvericiliyin tәtbiqi mәsәlәlәri üzrә» ## #### 2022-ci il tarixli № **/**** qәrardadında qeyd edilmişdir ki, әqdә әsaslanan iddialar üzrә qanuni qüvvәsini almış mәhkәmә aktı vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam verilmәsi haqqında mәhkәmәnin qәrardadı olduğu halda, işdә iştirak etmiş şәxslәr tәrәfindәn ayrıca icraatda hәmin әqdin etibarsız hesab edilmәsinә dair verilmiş iddia әrizәsinin qәbulundan Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153.2.2-ci maddәsinә әsasәn imtina olunmalı, belә iddialar sәhvәn mәhkәmәnin icraatına qәbul edildiyi halda isә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәlidir. Qәrardadda ifadә olunan hüquqi mövqeyә görә, hәr hansı әqdә istinad edilәrәk iddia verildiyi tәqdirdә, hәmin iddianın necә әsaslandırılmasından asılı olmayaraq mәhkәmәnin ilk vәzifәsi hәmin әqdin etibarlılığını müәyyәn etmәkdir. Odur ki, ayrıca iddia tәlәbinin irәli sürülmәsindәn asılı olmayaraq, mәhkәmә işin halları vә tәrәflәrin dәlillәri әsasında әqdin etibarlı olduğunu vә ya etibarsızlığını müәyyәn etdikdә hәmin halı nәzәrә almalıdır. mәhkәmә әqdә әsaslanan mübahisәyә baxarkәn tәrәf iradәsinin zәdәlәnmәsini vә buna görә әqdi mübahisәlәndirmәsini sübut etdikdә, yaxud mәhkәmә işin halları әsasında bunu müәyyәn etdikdә, etibarsızlıq nәticәsini xüsusi bir iddia tәlәbinin irәli sürülmәsindәn asılı olmayaraq nәzәrә almalı vә ona görә qәrar vermәlidir. Bu baxımdan, әqdә әsaslanan iddia tәlәbinә mahiyyәti üzrә qiymәt verildikdәn sonra, eyni tәrәflәr arasında müvafiq iddianın әsasını tәşkil etmiş hәmin әqdin etibarsız hesab edilmәsi barәdә ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tәlәblәri baxımından yolverilmәzdir. Qeyd edilәnlәrin yekunu olaraq kollegiya belә qәnaәtә gәlir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi olduğundan hazırkı tәlәbә mәhkәmәdә baxılması yolverilmәzdir. Azәrbaycan Respublikasının MPM-in icraata xitam verilmәsinin prosessual hüquqi әsaslarını müәyyәn edәn 261.0.2-ci maddәsinә görә, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa, hakim iş üzrә icraata xitam verir. Azәrbaycan Respublikasının MPM-in 262.1-ci maddәsinә görә, iş üzrә icraata xitam verilmәsi barәdә mәhkәmә qәrardad çıxarır. Azәrbaycan Respublikasının MPM-in 384.0.5-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1- 259.0.5-ci vә 259.0.8-259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 261-ci maddәlәrinә müvafiq olaraq iş üzrә icraata xitam verә bilәr. Bu Mәcәllәnin 259.0.11-ci maddәsindә göstәrilәn әsaslar işә yalnız birinci instansiya mәhkәmәsindә baxılarkәn yarandığı halda tәtbiq edilir. Azәrbaycan Respublikasının MPM-in 402.2.4-cü maddәsinә görә, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının iş üzrә icraata xitam verilmәsi barәdә qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikasının MPM-in 261.0.2, 263, 264, 384.0.5, 402.2.4, 405.0.2, 406 vә 407-ci maddәlәrini rәhbәr tutaraq, Qəra ra a l d ı: Iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1 tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilsin. Iddiaçılar iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh2 vә Şәmkir rayon * saylı notariat ofisinә qarşı alqı-satqı müqavilәsinin etibarsız hesab edilmәsi tәlәbinә dair mülki iş üzrә icraata xitam verilsin. Qәrardaddan, qәrardad tәrәfә rәsmi qaydada verildikdәn sonra 10 gün müddәtindә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılan elektron kabinet üzәrindәn Gәncә Apellyasiya Mәhkәmәsi vasitәsilә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Qәrardaddan şikayәt verilmәzsә 10 (on) gün müddәt keçdikdәn sonra qanuni qüvvәyә minir.
Məhkəmə qərarları › İş №2(3-7)-625/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-625/2026
26.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver