Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-63/2026 30.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi və s. qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və s. tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-92/2025 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras qalan, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinə Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ikidə bir hissədə olmaqla vərəsəlik payı müəyyən edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyənedilərək bölünməsi tələbi barədə iddiasına dair ilk iddiası təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı miras əmlaka vərəsəliyin müəyyən olunması tələbi barədə qarşılıqlı iddiası təmin edilmiş, xx.xx.2000-ci ildə vəfat etmiş X2 miras qalmış, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 1 nömrəli evin 8 nömrəli mənzilinin 1/2 hissəsinə Cavabdeh1, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh2 payı müəyyən edilməsi, məhkəmədə ilk iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)1039/2025 nömrəli qərardadı ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)- 92/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün iş materialları ilə birlikdə Qazax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, istər ilkin iddia tələbi, istərsə də qarşılıqlı iddia tələbi qiymətləndirilənməyən iddia tələbləridir. İş üzrə ilkin “vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma, miras pay bölgüsü” tələbi dair iddia üzrə 100 manat, qarşılıqlı iddia tələbi “miras əmlaka vərəsəliyin müəyyən olunması” üzrə 100 manat dövlət rüsumu ödənilməli idi. İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)1039/2025 nömrəli qərardadı ilə kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmaması əsası ilə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2(102)-2121/2025 saylı qərardadı ilə (hakimlər Əhməd Nurməmmədov məruzəçi, Rəşad Həsənov və Aqil Abbasov) kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş kassasiya şikayəti İddiaçı tərəfindən imzalansa da, vəkil İsmayıl Quliyev tərəfindən imzalanmamışdır. Bundan sonra 27 iyun 2025-ci il tarixdə İddiaçı və onun vəkili X4 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(104)-1039/2025 nömrəli qərardadından kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2025-ci il tarixli, 2(104)- 1039/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin 30 aprel 2025-ci il tarixli, 2(104)- 1039/2025 nömrəli qərardadından kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı nümayəndəsi, vəkili X4 tərəfindən verilmiş vəsatət təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2025-ci il tarixli, 2(104)-1039/2025 nömrəli qərardadının tam ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2708/2025 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı, prosessual müddətin bərpası barədə ərizəsində prosessual müddəti üzrlü səbəblərdən ötürdüyünü bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmiş və prosessual müddətin bərpası barədə ərizəsini lazımi qaydada əsaslandırmamışdır. Bundan başqa, prosessual müddətin ötürülməsi məhz iddiaçının özünün təqsiri üzündən baş vermişdir. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2025-ci il tarixli, 2(104)-1039/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, Qazax rayon Məhkəməsinin 2(023)-92/2025 nömrəli xx.xx.2025-ci il Qətnaməsindən apellyasiya şikayəti vermək üçün əlavə dövlət rüsumunu (50 manat) qəbul edilməsi və apellyasiya şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunaraq işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)-92/2025 saylı qərardadı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-92/2025 nömrəli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi haqqında İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-92/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini real olaraq göstərilməmiş və hər hansı bir sübut təqdim etməmişdir xx.xx.2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)- 92/2025 nömrəli qərardadından ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Ərizə və şikayət onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçı olaraq onun tərəfindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka paların bərabər hissədə müəyyən edilərək bölünməsi, əmlaka mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair” iddia ilə Qazax rayon Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlaka vərəsələr arasında payın ½ hissədə müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ilə çıxış etmişdir. İş üzrə birinci instansiya məhkəməsinin 2(023)-92/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qətnaməsi ilə ilkin iddia tələbi tam rədd edilmiş, qarşılıqlı iddia isə tam təmin edilmişdir. Həmin qətnamədən tərəfimdən qanunla nəzərdə tutulmuş müddətdə və qaydada apellyasiya şikayəti vermişdir. Həmin iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsi apellyasiya şikayətinimümkünlüyünə baxaraq hesab etmişdir ki, apellyasiya şikayəti üçün tərəfimdən ödənilmiş dövlət rüsümü məbləği yetərli olmadığına görə şikayətə baxılması qeyri-mümkün hesab edilməli və şikayət birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ödədiyim rüsümdan (50 manat) başqa, həmçinin əlavə olaraq qarşılıqlı iddiaçılar tərəfindən ödənilən rüsumuna (100 manat) münasibətdə həmin məbləğin 50% həcmində əlavə rüsüm ödəməliyəm. Bu barədə apellyasiya instansiya məhkəməsi 2(104)- 1039/2025-saylı, xx.xx.2025-ci il tarixli Qərardad qəbul etmişdir Həmin qərardaddan qanunla nəzərdə tutulmuş 10 gün müddətində (xx.xx.2025-ci il tarixdə) tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə kassasiya şikayəti göndərilmişdir. Lakin, həmin kassasiya şikayəti vəkilin imzası ilə təsdiq edilərək göndərilmədiyindən, kassasiya şikayəti mümkün sayılmamış və geri qaytarılmasına dair 2(104)-1039/2025-saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Bu səbəbdən, mən apellyasiya instansiya məhkəməsinə müraciət edərək onkoloji xəstəliyi ilə əlaqədar ağır maddi durumunu məhkəmənin diqqətinə çatdıraraq, dövlət rüsumunun yetərli olmaması ilə əlaqədar apellyasiya şikayətinin mümkün sayılmaması barədə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1039/2025-saylı, xx.xx.2025-ci il tarixli Qərardadından kassasiya qaydasında şikayət vermək üçün ona dövlət hesabına vəkil verilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli oldmuşdur. Nəticədə onun dövlət hesabına vəkillə təmin olunmağı üçün həmin ərizə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1039/2025-saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin olundu. Beləliklə, yuxarıda qeyd olunan hallar ilə əlaqədar, yəni tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1039/2025-saylı, xx.xx.2025-ci il tarixli Qərardadından (dövlət rüsumunun yetərli olmaması ilə əlaqədar apellyasiya şikayətinin mümkün sayılmayaraq geri qaytarılması barədə) kassasiya qaydasında şikayət verilməsi üçün ona vəkil təyin edilməsi ilə əlaqədar prosessual müddət üzürlü səbəblərdən bir neçə gün ötürülmüşdür. Çünki, bu hal təbii halda onun iradəsindən asılı olmayaraq baş vermişdir. Odur ki, bununla əlaqədar prosessual müddətin bərpasına dair ərizə verərək müddətin vəkil təminatı ilə əlaqədar ödütürlməsi bildirilmişdir. Lakin, nədənsə Gəncə Apellyasiya Məhkəməsi bununla bağlı müddətin ötürülməsinə dair səbəbin yetərli olmadığı qənaətinə gələrək sonda (104)-1039/2025-saylı, xx.xx.2025-ci il tarixli Qərardadından şikayət vermə müddətinin ötürülməsini üzülü hesab etməmiş və bu barədə xx.xx.2025-ci il tarixli qəraradad qəbul etmişdir. Həmin qərardaddan kassasiya qaydasında vəkilim tərəfindən şikayət verilsə də, şikayət təmin olunmamış və son nəticədə Ali Məhkəmənin qərardadı ilə (2(102)-2708/2025 sədrlik edən Əhməd Əhmədov) iş materialları Gəncə Apellyasiya məhkəməsinə geri qaytarılmışdır. Beləliklə, o Qazax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli iş üzrə qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılmanın mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(104)- 1039/2025-saylı, xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verərək həmin qərardadın müxtəlif səbəblərdən dolayı baxılmasına nail olma bilməmişdir. Yəni, qeyd olunan hallardan göründüyü kimi, işə mahiyyəti üzrə apellyasiya məhkəməsində yenidən baxılması üçün dövlət rüsumunun yetərli olmaması ilə bağlı Gəncə Apellyasiya məhkəməsinin əsassız 2(104)-1039/2025saylı, xx.xx.2025-ci il tarixli Qərardadı tərəfindən mübahisələndirilsə də, sonda heç bir nəticə verməmiş və bununla əlaqədar bir neçə ay Gəncə Apellyasiya və Ali Məhkəmədə aparılan icraat ilə əlaqədar müddət sərf etmiş. Bu səbəbdən, Qazax rayon Məhkəməsinin 2(023)-92/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünsüzlüyünə dair (rüsümün yetərli olmaması ilə bağlı) X1 (104)- 1039/2025-saylı, xx.xx.2025-ci il tarixli Qərardadı qüvvədə qalaraq iş materialları Qazax rayon məhkəməsinə geri qaytarılmışdır. İş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)- 92/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunması və iş üzrə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunaraq işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-92/2025 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-92/2025 nömrəli qətnaməsinin ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı rəsmi qaydada verildiyi vaxtından uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət edilmişdir. Qətnamə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi olan Vəkil1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Ərizəsində və şikayətində İddiaçı müddətin ötürülməsini prosessual qaydaların gecikməsi (vəkil təyin edilməsi ilə əlaqədar onun iradəsindən asılı olmayan səbəblərə görə bir neçə gün müddətin keçməsi və s.) və müxtəlif instansiyalara (apellyasiya və kassasiya) müxtəlif şikayətlər (rüsumu mübahisələndirməsi və s.) verməsi ilə əlaqələndirsə də, birinci instansiya məhkəməsi haqlı olaraq, onun apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini real olaraq göstərməməsi və hər hansı bir sübut təqdim etməməsi qənaətinə gəlmişdir. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, şikayət vermə müddətinin ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut əlavə olunmamışdır. Bununlada, tərəf qanunvericilik ilə müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Qanunvericiliyə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kollegiya hesab edir ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra şikayət verilmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 360, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-92/2025 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-92/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-63/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-63/2026
30.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver