Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-634/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) qarşı iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı,miras əmlakın bölgüsü) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçılar iddiaçı2 və iddiaçı1, cavabdeh və eyni zamanda üçüncü şəxs X14 etibarnamə üzrə nümayəndəsi cavabdeh1, üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 iştirakları ilə İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, miras mülkdən pay” tələblərinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2025-ci il tarixli AZ-T ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 ##.##.1957-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulmuşdur. Valideyinləri X9 ilə X2r.
2. ##.##.2025-ci il tarixli AZ-T ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı2 ##.##.1968-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulmuşdur. Valideyinləri X9 ilə X2r.
3. Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli nikah haqqında şəhadətnamənin arayışından görünür ki, iddiaçı2 ilə X1 arasında ##.##.1956-cı ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Mehtiyeva soyadı verilmişdir.
4. Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin ##.##.2025-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, ##.##.2025-ci il tarixdə cavabdeh2 notariat ofisinə ##.##.2019-cu il tarixdə vəfat etmiş ananız X3 miras qalmış əmlaka dair Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinizə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhum ananız Şahid miras qalmış əmlaka dair mərhumun digər vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və mərhumun vərəsəsi qismində tanınmışdır. Bu səbəbindən də Sizin müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. Odur ki, yuxarıda qeyd edilən səbəbin araşdırılması üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.
5. Tovuz rayonu İHB-nın Aşağı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışından görünür ki, verilir ##.##.1968ci il təvəllüdlü iddiaçı2 ona görə ki, o həqiqətən Tovuz rayon Aşağı Öysüzlü kəndində yaşayır və qeydiyyatdadır. Qeyd: Vətəndaş iddiaçı2 həqiqətən mərhumə Şahid oğludur. (№ *** Verildiyi tarix ##.##.2024)
6. Tovuz rayonu İHB-nın Aşağı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışından görünür ki, verilir xx.xx.1957ci il təvəllüdlü iddiaçı1 ona görə ki, o həqiqətən Tovuz rayon Aşağı Öysüzlü kəndində yaşayır və qeydiyyatdadır. Qeyd: Vətəndaş iddiaçı1 həqiqətən mərhumə Şahid qızıdır. (№*** Verildiyi tarix ##.##.2024)
7. Tovuz rayon Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, Şahid ##.##.2019-cu ildə ölmüşdür.
8. ##.##.2024-cü il tarıxli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2019-cu ildə vəfat etmiş X2 vərəsəsi oğlu cavabdeh1dur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: DTXK-Tovuz rayon şöbəsi tərəfindən ##.##.2001-ci il tarixdə X2 verilmiş seriya nömrəsi JN 567, KOD: 50306018 olan dövlət aktına əsasən ünvan 2ndə ümumi sahəsi 0.2491 ha olan torpaq sahəsinin məhruma məxsus olan hissəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi 2624014358 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Tovuz rayonu Aşağı Öysüzlü ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
9. ##.##.2024-cü il tarıxli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2019-cu ildə vəfat etmiş X2 vərəsəsi oğlu cavabdeh1dur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə X2 verilmiş 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında mülkiyyətdə olan 0.2404 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 59.6 kv/m olan fərdi yaşayış evindən və həmin torpaq sahəsinin məhruma məxsus hissəsindən ibarətdir.
10. cavabdeh1 Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat şöbəsinə verdiyi ##.##.2024-cü il tarixli, ************* nömrəli ərizənin surətindən görünür ki, ##.##.2019-cu il tarixdə onun ünvan 1 ünvanında yaşayan anası Şahid ölmüşdür. Ondan başqa varisi yoxdur. Mirasın tərkibinə daxilinə olan əmlakın ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş edir.
11. Tovuz rayon Qeydiyyat şöbəsinin ##.##.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, cavabdeh1 ##.##.1970-ci ildə doğulmuşdur. Valideyinləri X8 ilə Şahiddır.
12. cavabdeh1 Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat şöbəsinə verdiyi ##.##.2022-ci il tarixli, ************* nömrəli vərəsəliyin qəbulu barədə ərizənin surətindən görünür ki, ##.##.2019-cu il tarixdə onun ünvan 1 ünvanında yaşayan anası Şahid ölmüşdür. Ondan başqa varisi yoxdur. Mirasın tərkibinə daxilinə olan əmlakın ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
13. Tovuz rayon Qeydiyyat şöbəsinin ##.##.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X8 ##.##.1986-cı ildə ölmüşdür.
14. Tovuz rayon Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.2019-cu ildə vəfat etmiş Şahid "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən ##.##.1956-cı ildə X9 ilə nikaha girmişdir. Şahid övladları ##.##.1961-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Qələndər oğlu, ##.##.1965-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, ##.##.1968-ci ildə Mehdiyev Zakir Qələndər oğlu, ##.##.1970-ci ildə cavabdeh1, ##.##.1957-ci ildə X15, doğulmuşdur.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Tovuz Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X3 adına reyestr nömrəsi 503013155468-*****, qeydiyyat nömrəsi ********** olan çıxarışdan və JN-*** nömrəli dövlət aktından başqa digər əmlakların olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi Idarəsində baxılmışdır. Bildirilmişdir ki, X3 adına reyestr nömrəsi 503013155468-*****, qeydiyyat nömrəsi ********** olan çıxarışdan və JN-*** nömrəli dövlət aktından başqa, ** saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
16. ##.##.2024-cü il tarixli, 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli arayışın surətindən görünür ki, çıxarışa əsasən, mərhumə Şahid məxsus olan ünvan 2 ev-ünvanında yerləşən fərdi yaşayış evində oğlu cavabdeh1 oğıu və gəlini X4 qeydiyyatdadırlar. Tovuz Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna ünvanlanan ##.##.2026cı il tarixli,
17. *-**/*-***/**** nömrəli cavab məktubundan görünür ki, X16 adlı şəxs ünvan 1 ərazisində qeydiyyatda yoxdur və yaşamır. Yaxın qohumlarının verdiyi məlumata görə həmin şəxs uzun illərdir Rusiya Federasiyasının vətəndaşıdır və hazırda da orada yaşayır.
18. ##.##.2024-cü il tarixli, 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətidir.
19. JN-567, kod 50306018 olan, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Tovuz rayonu, Aqrar İslahat Komissiyasının 2000-ci il ## #### tarixli qərarı ilə X2 və cavabdeh1 0.25 ha torpaq sahəsi verilmişdir.
20. ##.##.2024-cü il tarixli, 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.2404 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 59.60 kv.m fərdi yaşayış evi Şahid tam mülkiyyətində, torpaq sahəsi isə cavabdeh1 ilə Şahid ümumi birgə mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
21. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1 (maraqlı şəxs: Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayonu Aşağı Öysülü kəndində yerləşən anası Şahid miras qalmış mülkə dair verilmiş ##.##.2024-cü il tarixli (reyestr nömrəsi 2V-772 olan vərəsəlik hüququna dair şəhadətnamə) və ## ### 2024-cü il tarixli (reyestr nömrəsi *V-*** saylı vərəsəlik hüququna dair şəhadətnamə) qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsinə və analarından miras qalmış Tovuz Rayonu, Aşağı Öysülü kəndində yerləşən fərdi yaşayış evindən, həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia onunla əsaslandırılmışdır ki, X5 ilə anaları Şahid birgə nikahlarından o, Zahid, Məmməd, Gözəl, Fatma, Göyçək və Cəmilə anadan olmuşdur. Ataları X5 1986-ci il tarixdə, anası isə ## #### 2019-cu il tarixdə vəfat etmişdir. ünvan 1ndə daşınmaz əmlakın dövlət reyestrində anası Şahid adına 0,2404 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və 0.2491 ha pay torpaq sahəsi qeydə alınmışdır. Analarının ölümündən sonra onlar və digər vərəsələr mirası qəbul etmişdirlər. Anasının sağlığında heç kimin adına vəsiyyətnamə verməmişdir. Vəsiyyətnamə olmadığından anasından qalan miras mülk vərəsələr arasında qanuna uyğun bərabər bölünməlidir. O, miras mülkə dair vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədi ilə cavabdeh2 notariat ofisinə 2025-ci ilin noyabr ayında müraciət etdikdə ona məlum olmuşdur ki, onun xəbəri olmadan miras mülkə dair cavabdeh cavabdeh1 adına vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin surətini vəkil sorğusu əsasında ## ###### 2025-ci il tarixdə rəsmi qaydada ala bilmişdir. ## ###### 2024-cü il tarixli və ## ### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə anasından miras qalmış mülk cavabdeh cavabdeh1 adına sənədləşmişdir. Mirasın kütləsinə daxil olan fərdi yaşayış evindən, həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən hər bir vərəsənin payları müəyyən olunmalı idi. Mirasa vərəsəlik hüququna dair şəhadətnamə verərkən mərhumun vərəsələrinin dairəsi notarius tərəfindən müəyyən olunmalıdr. Onlar mirasdan imtina etməmişlər və onları mirasdan mərhum edən heç bir əsas yoxdur. Onlar birinci növbəli vərəsədir. Notarius qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verərkən onun qanun üzrə payını da verməli idi. Mübahisə predmeti olan şəhadətnaməni notarius cavabdehlərin adına verməklə qanunla qorunan hüquqlarımı pozmuşdur. Qeyd etdiyi kimi o 2025-ci ilin noyabr ayında bilmişdir ki, atasından qalan mirası cavabdehlər adına sənədləşdirmişdir. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
23. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia təmin edilməmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar hər hansı üsulla mirası qəbul etmədiklərindən vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik deyillər.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1246, 1248.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2022-ci il Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı iddiaçı2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, X5 ilə Şahid birgə nikahlarından o, Zahid, Məmməd, Gözəl, Fatma, Göyçək və Fatma adlı uşaqları anadan olmuşdur. Atası 1986cı il tarixdə, anası isə ## #### 2019-cu il tarixdə vəfat etmişdir. Şahid adına ünvan 1ndə fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi olmuşdur. O və digər vərəsələr anadan qalan miras mülkü faktiki olaraq qəbul etmişlər. Hətta anadan miras qalmış torpaq sahəsində əkin-biçin işlərini hər il o həyata keçirir. 2025-ci ildə Tovuz Rayon ASAN xidmət Mərkəzinin notariat ofisinə mirasa dair vərəsəlik hüququna şəhadətnamə almaq istədikdə məlum olmuşdur ki, qardaşı mirası xəbəri olmadan öz adına sənədləşdirmişdir. Belə ki, notarius ona ##.##.2024-cü il tarixdə vərəsəlik hüququna dair şəhadətnamə vermiş və həmin sənəd əsasında cavabdeh adına çıxarış almışdır.Qanunvericiliyin tələblərinə əsasən notarius miras qoyanın vərəsələrinin dairəsini müəyyən etməli və mirasdan hər bir vərəsənin payını müəyyən etməli idi. Notarius qeyd etdiyi halları müəyyən etmədən mirasa dair şəhadətnaməni bir başa cavabdeh1 adına vermişdir. Hesab edir ki, anadan miras qalmış mülkə dair verilmiş ##.##.2024- cü il tarixli və ##.##.2024 cü il tarixli qanun üzrə vərəsəlik hüquqna dair şəhadətnamə qanunsuz verildiyindən etibarsız hesab edilməli mirasdan vərəsələrin payı müəyyən edilməlidir. O, birinci növbəli vərəsədir və yuxarıda qeyd etdiyi kimi mirası faktiki olaraq vərəsə kimi də qəbul etmişdir. Tovuz Rayon məhkəməsinin ##.##.2026-cı tarixli qətnaməsinin 5-ci vərəqəsində aşağıdakı kimi qeyd edilmişdir: “ Məhkəmə qeyd edir ki, hər hansı üsulla mirası qəbul etmədiklərindən vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik deyillər.” Ancaq anadan miras qalmış torpaq sahəsi onun istifadəsindədir və hər il əkib becərir. Onun vərəsəlik hüququnu mübahisələndirməkdə subyektiv hüququ var. Belə ki, Şahid onun anasıdır, mirasdan məhrum olmamış və belə halda vərəsəlik hüququnu mübahisələndirməkdə səlahiyyəti var. Bundan başqa, mirasın onun və ya digər vərəsə tərəfindən qəbul edilməməsi məsələsini məhkəmə öz mülahizəsinə əsaslanıb qətnamə çıxarmışdır. Mirasın faktiki olaraq hansısa vərəsə tərəfindən qəbul edilməməsi onu mirasdan məhrum etmir və bu barədə də Konstitusiya Məhkəməsinin Plenum qərarı var.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, anası dünyasını dəyişdikdən sonra da ona məxsus torpaq sahəsində taxıl əkibbecərmiş, yaşayış evinə mütəmadi baş çəkmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, onun da miras əmlaka vərəsəlik hüququnun olduğunu bildirdi və iddialarının təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mərhum anasına o və oğlu qulluq etmiş, digər bacı-qardaşları yardım etməmişdir. Bununla yanaşı, o, evlidir və ailəsi ilə bərabər başqa evdə yaşayır. Mübahisələndirilən torpaq sahəsində təsərrüfatla məşğul olmamış, ailəli olduğu üçün yaşayış evindən və torpaq sahəsindən istifadə etməmişdir. Ancaq miras əmlakından pay istəyir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 bildirdi ki, mərhum anası özünə məxsus torpaq sahəsindən Zakirə 2 sot torpaq sahəsi bağışlamışdır. Həmin torpaq sahəsi miras əmlakı deyildir. O, müəyyən dövr Rusiyada yaşadığı üçün Zakir miras əmlakından istifadə etmiş, torpaq sahəsində taxıl əkib-becərmiş, yaşayış evinə mütəmadi baş çəkmişdir. Həmçinin üçüncü şəxs X14 etibarnamə üzrə nümayəndəsi olaraq, Cəmilənin miras əmlakında yaşamayaraq, təsərrüfatı olmadığını bildirdi.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izahatında bildirdi ki, miras əmlakından istifadə etməmiş və mirasdan pay istəmir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 izahatında bildirdi ki, o, Ağdamda yaşayır və miras əmlakından istifadə etməmiş, mirasdan pay istəmir.
34. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
35. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə X16 Rusiya Federasiyasında yaşadığına görə rəsmi qaydada məlumat verilə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir; Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
36.Notariat haqqında Azərbaycan Respublikasının Qanunu M a d d ə 5 5 . Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə bildiriş göndərir. Notarius qaib vərəsələrin axtarılması üçün mediada, habelə Palatanın rəsmi internet saytında elan yerləşdirir.
37. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı. Qərarda qeyd edilmişdir ki, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il ## ####### tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməz. Eyni zamanda o da qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Beləliklə qeyd olunan Qərarda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərarın tətbiq dairəsi ilə bağlı isə qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. İş materiallarının tədqiqindən müəyyən olunur ki, tərəflər səkkiz nəfər bacıqardaşdırlar,
31. onların anaları 2019-cu ildə, ataları 1986-cı ildə vəfat edib. Mərhum ata X9 və mərhumə ana X2 vəfat edənə qədər Tovuz rayon Öysüzlü kəndində birgə yaşamışlar. Onların birgə nikahlarından Zakir, Zahid, Şakir, Məmməd, Gözəl, Göyçək, Fatma və Cəmilə adlı övladları olmuşdur. Mərhum ananın vəfatından sonra ondan JN-567, kod 50306018 olan, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Tovuz rayonu, Aqrar İslahat Komissiyasının 2000-ci il ## #### tarixli qərarı ilə ona və cavabdeh1 verilmiş 0.25 ha torpaq sahəsinin ona aid hissəsi və qeydiyyat tarixi ##.##.2024-cü il, 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.2404 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 59.6 kv/m olan fərdi yaşayış evi tam hissədə və ümumi birgə mülkiyyətdə olan həmin torpaq sahəsinin ona aid hissəsi miras qalmışdır.
32. Mübahisəli miras əmlaklarla bağlı cavabdeh X10 vərəsəlik şəhadətnamələri və sahəsi 59.60 kv.m olan fərdi yaşayış evi və 0.2404 ha olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən anası Şahid miras qalmış mülkə dair verilmiş ##.##.2024-cü il tarixli (reyestr nömrəsi 2V-772 olan vərəsəlik hüququna dair şəhadətnamə) və ## ### 2024-cü il tarixli (reyestr nömrəsi *V-*** saylı vərəsəlik hüququna dair şəhadətnamə) qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsinə və analarından miras qalmış ünvan 2ndə yerləşən fərdi yaşayış evindən, həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Vərəsəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən qanun üzrə vərəsəlik hüququ iki formada əldə edilə bilər: vərəsənin notariat orqanına müraciət etməklə hüquqlarını qeydə aldırması və ya miras əmlakı faktiki idarə etməklə, mirası faktiki qəbul etməsi.
34. İddiaçı tərəf ona əsaslanır ki, cavabdeh notariat ofisinə müraciət edəndə onlar barədə məlumat verməyib, onların isə cavabdeh tərəfindən vərəsəliyin rəsmiləşdirilməsindən xəbərləri olmayıb. Həmçinin ona istinad edilmişdir ki, notariat ofisi vərəsələrin tam dairəsini müəyyən etmədən vərəsəlik şəhadətnaməsi vermişdir.
35. Mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının müəyyən edilməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçı tərəfin mübahisə obyekti olan əmlaklara hüquqlarının olubolmaması 36. məsələsinə aydınlıq gətirilməsi üçün hazırkı işə Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarı baxımından yanaşmanı zəruri hesab edir. Həmin Qərarda hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilməlidirlər, aktın təsir dairəsinə görə isə Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalı, eyni zamanda yekunlaşmayan mülki işlərə və sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə dayandırılan işlərə də tətbiq olunmalıdır.
37. Hazırkı iş məhkəmənin icraatına ##.##.2025-ci il tarixində qəbul edilmişdir. Qərar isə ## ###### 2023-cü ildə qəbul edilmişdir. Vərəsəlik münasibətləri isə 2019-cu ildə yaranmışdır. Deməli, hazırkı mübahisə həmin Qərarın təsir dairəsinə düşmür və Qərar hazırkı mübahisəyə tətbiq edilməməlidir.
38. Beləliklə, müəyyən edilir ki, hazırkı mübahisəyə münasibətlərin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Vərəsəliyin qəbul edilməsi müddətləri Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
39. Məhkəmə kollegiyasının iclasında iddiaçı X11 izahat verərkən qeyd etmişdir ki, o, anasından miras qalan, fərdi yaşayış evini və torpaq sahəsini miras əmlak kimi faktiki qəbul edib və orada anasının vəfatından sonra taxıl bitkisinin əkin-biçini ilə məşğul olaraq miras əmlakını faktiki idarə etmişdir. Eyni zamanda, cavabdeh tərəf kollegiyanın iclasında iddiaçının miras torpaq sahəsində analarının vəfatından sonra təsərrüfatla məşğul olduğunu, fərdi yaşayış evinə mütəmadi olaraq baş çəkməsini inkar etməmişdir. Kollegiya, iddiaçı X11 tərəfindən miras kütləsinə daxil olan torpaq sahəsində təsərrüfat aparılması və fərdi yaşayış evinin saxlanılması hallarını cavabdeh tərəfin bu izahatı ilə sübut edilmiş hesab edir, həmçinin bildirir ki, bu hallar onun mirası faktiki qəbul etməsini təsdiq edən hüquqi əhəmiyyətli hallar kimi qiymətləndirilməlidir.
40. Belə ki, müvafiq qanunvericiliyə əsasən, mirasın faktiki qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutlara vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd,mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər ola bilər.
41. Kollegiya, digər iddiaçı iddiaçı1 münasibətdə isə qeyd edir ki, o, miras açıldığı vaxtdan etibarən mübahisəli miras əmlaklarını idarə etməsini, onlardan istifadə etməsini, həmin torpaqda əkin-biçin işləri aparmasını, icarəyə verməsini, müvafiq vergilərini ödəməsini və ya miras əmlaka sahib kimi davrandığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin bu hal iddiaçı iddiaçı1 məhkəmə kollegiyasının iclasındakı izahatı ilə də doğrulanır. Belə ki o , izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsində təsərrüfatla məşğul olmamış, ailəli olduğu üçün yaşayış evindən və torpaq sahəsindən istifadə etməmiş, mərhum anasına o və oğlu qulluq etmiş, digər bacı-qardaşları yardım etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, tərəfin valideynlərinə baş çəkməsi, miras qoyanların yas mərasimlərində iştirak etməsi halları miras əmlakın faktiki qəbul edilməsi kimi qəbul edilə bilməz. Mirasın faktiki qəbul edilməsi davamlı və məqsədyönlü hərəkət olmaqla, əmlakın funksionallığını saxlamağa yönəlmiş hərəkətlər olmalıdır. Belə olan halda, iddiaçı iddiaçı1 miras əmlakından pay müəyyən olunması yolverilməzdir.
42. Kollegiya qeyd edir ki, notariat orqanı 2V-491 və *V-*** nömrəli şəhadətnamələri tərtib edərkən vərəsələrin dairəsini düzgün müəyyən etməmişdir. Ona görə də, tərtib edilən vərəsəlik şəhadətnamələri qüsurludur və etibarlı sayıla bilməz.
43. Kollegiya onu da qeyd edir ki, qeyd edilən vərəsəlik şəhadətnamələri etibarsız hesab edildiyinə görə, *V*** saylı şəhadətnamə əsasında verilmiş 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli çıxarış da ləğv edilməlidir.
44. Həmçinin məhkəmə iclasında iştirak edən X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X14 etibarnamə üzrə nümayəndəsi X10 izahatlarında miras əmlakından istifadə etmədiklərini və onlara payın ayrılmasını istəmədiklərini bildirmişdirlər. Bununla da, miras əmlakından onlara münasibətdə payın ayrılması halı nəzərdə tutulmur.
45. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ##.##.2024-cü il tarıxli, 2V- 491 və ##.##.2024-cü il tarıxli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməli, ##.##.2024-cü il tarixli, 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X2 miras qalmış əmlaklara dair ½ hissədə X11, ½ hissədə X10 münasibətdə miras payları müəyyən edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır.
47. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin olunmalı, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin olunsun. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. ##.##.2024-cü il tarıxli, 2V-491 və ##.##.2024-cü il tarıxli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. cavabdeh1 adına verilmiş, ünvan 2ndə yerləşən 59.60 kv.m fərdi yaşayış evi və 0.24.04 ha torpaq sahəsinə dair ##.##.2024-cü il tarixli, 503013155468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. X2 miras qalmış ünvan 1 ünvanında 0.2404 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 59.6 kv/m olan fərdi yaşayış evi və həmin torpaq sahəsinin mərhuma aid hissəsindən ½ hissəsinə X11, 1/2 hissəsinə X10 payları müəyyən edilsin. X2 miras qalmış ünvan 2ndə ümumi sahəsi 0.2491 ha olan torpaq sahəsinin mərhuma aid hissəsindən ½ hissəsinə X11, 1/2 hissəsinə X10 payları müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehdən alınaraq iddiaçı iddiaçı2 ödənilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehdən alınaraq iddiaçı iddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.