Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-652/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: beton körpünün cavabdehin vəsaiti hesabına bərpası və su arxı üzərində qanunsuz inşa edilmiş hasarın sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı onlara məxsus beton körpünün cavabdehin vəsaiti hesabına bərpası və su arxı üzərində qanunsuz inşa edilmiş hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-310A KOD-******** saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi Bərdə rayonu, Yeni Əyricə kənd sakinləri X3, X4 və iddiaçı1 birgə mülkiyyətlərinə verilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ## ### 2023-cü il qeydiyyat tarixli 610013100364-***** reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu, Yeni Əyricə kəndində 0.21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquq üzrə iddiaçı2 tam mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş A№ ****** saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən 0.09 ha torpaq sahəsinin hüququ sahibi X1r.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş A№ ****** Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən 0.16 ha torpaq sahəsinin hüququ sahibi X1r.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onlara məxsus həyətin üzərində öz vəsaitləri hesabına qoymuş olduqları beton körpünün cavabdehin vəsaiti hesabına bərpa edilməsinə və onlara gələn su arxı üzərində cavabdeh Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Yeni Əyricə kəndində mülkiyyətlərində həyətyanı torpaq sahəsi və fərdi yaşayış evləri var. Evlərə gediş-gəliş yolunun üzərində 1981-ci illərə aid su arxının üzərindən onlar tərəfindən keçid üçün beton körpü qoyulmuşdur. Su arxından onlar həyətlərini suvarmaq üçün körpünün ağzına dəmir qoyaraq suyu şişirdirlər. Lakin tək piyada yolları olan beton körpü cavabdehin təkidi ilə dağıdılmışdır. Hazırda onlar həyətyanı sahələrini suvara bilmirlər, eləcədə yolları kəsildiyindən dolama yollarla kənd arası yola çıxırlar. Halbu ki, həyətlərində olan körpü 1981-ci illərdə onlar tərəfindən inşa edilmiş və onlara məxsusdur. Körpüdən iki qonşu piyada keçid, həmçinin həyətyanı torpaq sahələrinin suvarılması üçün istifadə etmişlər. Cavabdeh isə heç bir əsas olmadan su arxının üzərəndə olan körpünü sökmüşdür. Bundan başqa cavabdeh Cavabdeh kənd arası su arxının üzərində hündür hasar inşa etmişdir ki, bu da onların həyətyanı sahələrini sulamaq üçün çətinliklər yaradır.
7. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli (hakim F.Abdullayev) qətnaməsi ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı onlara məxsus beton körpünün cavabdehin vəsaiti hesabına bərpası və su arxı üzərində qanunsuz inşa edilmiş hasarın sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1, 213-214, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Digər iddiaçı iddiaçı1 qətnamədən apellyasiya şikayəti vermməmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinin rəyini əsas götürərək iddiamı rədd etmişdir. Qeyd edilən rəydə su arxının bələdiyyə torpağından keçdiyi qeyd olunsada, lakin bu cavabdehə əsas vermir ki, kənd sakinlərinin suyunu kəssin və ya həmin su arxının üzərində olan onlara məxsus körpünü dağıtsın.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, su arxı onun həyətinin ortasından keçir və suyun təbi axımına onun tərəfindən hər hansı maneə yaradılmamışdır. Dağıdılması iddia olunan körpü isə onun tərəfindən deyil, su idarəsinin texnikası tərəfindən arx təmizlənərkən dağıdılmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar iddiaçı2 və iddiaçı1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
19. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
20. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Iddiaçılardan iddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişdir. Digər iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan təqdirdə hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddiaçı2 münasibətdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 həyətyanı sahədən keçən su arxının üzərində piyada keçidin, yəni beton körpünün cavabdeh tərəfindən dağıdıldığını, eləcədə cavabdeh tərəfindən su arxının üstündə mişar daşından tikilən hasarın sudan istifadələrinnə maneə yaratdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Qətnamədən iddiaçı iddiaçı2 apellyasiya şikayəti vermişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Çünki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı iddiaçı2 münasibətdə ləğv olunması üçün əsas yoxdur.
34. Belə ki, işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinə həvalə edilmişdir. ## ######## 2025-ci il tarixli mütəxəsis rəyində qeyd olunmuşdur ki, mübahisəli su arxı və iddiaçının iddia etdiyi körpü, Bərdə rayonu, Yeni Əyricə kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Su arxı üzərində iddiaçının iddia etdiyi ərazidən keçən su arxinin üzərinə beton kanstruksiyadan ibarət su keçidi inşa edilərək, üzərində mişar daşından hasar tikilmişdir və həmin hasar cavabdeh Cavabdeh tərəfindən inşa edilmişdir. Mövcud hasarın suyun sərbəst axımına təsir edərək aşağı hissələrində suvarmada sudan istifadəyə mane olub-olmamasını təyin etmək idarənin səlahiyyətləri xaricindədir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
36. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
37. Həmin məcəllənin 202.1. maddəsinə əsasən məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir.
38. Apellyasiya icraatı zamanıda ## #### 2026-cı il tarixdə mübahisəli əraziyə baxış keçirilmişdir. Iddiaçılardan iddiaçı2 va cavabdeh Cavabdeh mübahisəli əraziyə yerli baxışda iştirak etmiş, digər iddiaçı iştirak etməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçılarla cavabdehin evi arasında 100 metrdən artıq məsafə var. Mübahisəli ərazi iki hissədən ibarətdir. Birinci hissədə baxış cavabdehin iştirakı ilə keçirildi və müəyyən olundu ki, cavabdeh Cavabdeh həyətindən su arxı keçir. Su arxı həyətyanı torpaq sahəsini iki hissəyə bölür. Su arxının həm sol, həmdə sağ tərəfində cavabdehə məxsus tikililər mövcuddur (fərdi yaşayış evləri və.s.). Su arxının cavabdehin həyətinə giriş hissəsində su arxının sağ və sol sahilinin bərkidilməsi məqsədilə (torpaq səthinin yuyulmaması üçün) beton tökülmüş, eləcədə həyətin görünməməsi məqsədilə beton konstruksiyadan keçid qoyularaq üzərində mişar daşından həsar tikilmişdir. Görülmüş bu işlərin suyun təbii axımına hər hansı bir fotrmada maneə yaratması müəyyən olunmadı. Eləcədə cavabdeh Cavabdeh bildirdi ki, daş barını çəkməkdə də məqsədi yaşadıqları evin və həyətin kənar müşahidələrdən qorunması üçün olmuşdur. Ikinci mübahisəli əraziyə iddiaçı iddiaçı2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir, su arxı da hər iki torpaq sahəsinin sərhəddi boyunca keçir. Su arxının sağ və sol sahillərində iki ədəd betondan tökülmə konstruksiya mövcuddur. Iddiaçı iddiaçı2 bildirdi ki, beton konstruksiyalar su arxı təmizlənərkən cavabdehin oğlunun göstərişi ilə melorasiya idarəsinin əməkdaşları tərəfindən götürülsədə, lakin sonradan əvvəlki yeri bərpa olunmuşdur. Ona görədə cavabdehə qarşı hazırda heç bir şikayət və tələbi yoxdur.
39. Göründüyü kimi dağıdılması iddia olunan beton körpü cavabdeh Cavabdeh tərəfindən deyil, su arxında təmizləmə işləri aparılarkən melorasiya idarəsinin texnikaları tərəfindən dağıdılmışdır. Su arxının üzərində daş hasarın tikilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin hasarın inşaası suyun təbii axımına heç bir maneə yaratmır. Əslində həmin hasarın çəkilməsinə zərurət cavabdehin yaşadığı fərdi yaşayış evinin kənar şəxslərin müşahidələrindən, eləcədə digər kənar təsirlərdən qorunması məqsədilə olmuşdur.
40. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı iddiaçı2 iddia tələbinin təmin edilməməsi hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, həmin hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “iddiaçı iddiaçı2 iddia tələbinin təmin edilməməsi hissədə” dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mükki Prosessual Məcəlləsinin 10-1., 372.1, 384, 392-393, 402 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mümahisələndirilən, yəni “iddiaçı iddiaçı2 iddia tələbinin təmin edilməməsi hissədə” dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.