Məhkəmə qərarları › İş №2(3-7)-729/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-729/2026

20.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-729/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Xalq Məhkəməsinə müraciət edərək, aralarında olan nikahın ləğv edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Tərtər Rayon Xalq Məhkəməsi tərəfindən *-***/**** saylı, ##.##.1995-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra cavabdeh Cavabdeh həmin qətnamədən müddətin bərpasına dair ərizə əlavə etməklə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ##.##.2026-cı il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh İddiaçı ilə aralarında olan nikahın ləğv olunmasına dair qətnamədən məlumatı olmamışdır. Sözügedən qətnamədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanladığı ##.##.2026-cı il tarixli məktubdan sonra məlumatı olmuşdur. Ona görə də, sözügedən qətnamənin surətinin ona təqdim edilməsi üçün ##.##.2026-cı il tarixli ərizə ilə Tərrtər Rayon Məhkəməsinə müraciət edilmiş və ##.##.2026- cı il tarixdə qətnamənin surəti cavabdehə təqdim edilmişdir. Tərtər Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək cavabdeh Cavabdeh Tərtər Rayon Xalq Məhkəməsinin 2- ***/**** saylı, ## ###### 1995-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilsin və apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti şikayət qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti şikayətin geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Xalq Məhkəməsinə müraciət edərək, aralarında olan nikahın ləğv edilməsi barədə qərar verilməsini xahiş etmiş, Tərtər Rayon Xalq Məhkəməsi tərəfindən *- ***/**** saylı, ##.##.1995-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iş üzrə Tərtər Rayon Xalq Məhkəməsi tərəfindən *-***/**** saylı, ##.##.1995-ci il tarixli qətnamə qəbul edilsə də, qətnamə tərəflərə göndərilməmişdir. Nə də ki, iş materiallarında qətnamənin icraya göndərilməsinə dair heç bir məlumat yoxdur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanladığı ##.##.2026-cı il tarixli məktubdan sonra sözügedən qətnamədən məlumatlı olmuşdur. O, ##.##.2026-cı il tarixdə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək sözügedən qətnamənin surətinin ona verilməsini xahiş etmiş, ərizəyə əsasən Tərtər Rayon Xalq Məhkəməsinin *-***/**** saylı, ## ###### 1995-ci il tarixli qətnaməsinin surəti poçt vasitəsi ilə onun ünanına göndərilmiş və rabitə orqanı tərəfindən ##.##.2026-cı il tarixdə ona çatdırılmışdır. Apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarında olan ## ###### 1995-ci il tarixli məhkəmə iclas protokolundan, eləcə də Tərtər Rayon Xalq Məhkəməsi tərəfindən *-***/**** saylı, ##.##.1995-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmiş, hətta izahat verərək İddiaçı ilə aralarında olan nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarında Tərtər Rayon Xalq Məhkəməsi tərəfindən *-***/**** saylı, ##.##.1995-ci il tarixli qətnaməsinin tərəflərə göndərilməsi barədə iş materiallarında sübut olmasa belə işin hallarından görünür ki, Tərtər Rayon Xalq Məhkəməsi tərəfindən *-***/**** saylı, ##.##.1995-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 30 ildən artıq müddət keçmiş, cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmiş və məhkəmə qətnaməsindən məlumatlı olmuşdur. Apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosesssual müddətin bərpası barədə ərizəni təmin edən birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamışdır. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X1 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Eyni zamanda diqqətə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 360-ci madəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh hazırda mübahisələndirdiyi nikahın ləğv edilməsi barədə mülki işin baxılması zamanı məhkəmə iclasında iştirak etdiyindən və qətnamənin qəbul edilməsindən 30 ildən artıq müddət ötdüyündən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti şikayətin geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Tərtər Rayon Xalq Məhkəməsinin *-***/**** saylı, ## ###### 1995-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar