AzərbaycanǝRespublikasıǝadından Qətnamə Gəncəǝşəhəri İşǝ№ǝ2(3-7)-734/2026 30.07.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundanǝibarətǝtərkibdə,ǝX1ǝqızının katibliyi, İddiaçılar X4, İsmayılova Nəzakət Nəriman qızının və cavabdeh Cavabdeh nümayəndəsiǝ(vəkil)ǝnümayəndə1ǝiştirakıǝilə,ǝ İddiaçı X4 cavabdeh Cavabdeh (üçüncü şəxs Şəmkir rayon * saylı Notariat ofisi) “cavabdehlə atası X3 arasında ## ###### 2006-cı il tarixdə LN:686, kod ******** saylı dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair bir icraata birləşdirilmiş iddiaçılar iddiaçı2 və İsmayılova Nəzakət Nəriman qızının cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin ** saylı Şəmkir Ərazi İdarəsinə “ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payının natura halında bölünməsi və faktiki sahibliyinə verilməsi” tələbinə dair mülki iş üzrə, müvafiq olaraq Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X4 və Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçılar İsmayılova Nəzakət Nəriman qızı və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasındaǝbaxaraqǝaşağıdakıǝqətnaməniǝqəbulǝetdi. İşin halları
1. “Torpağa mülkiyyət hüququna dair” JN-686 KOD ******** saylı Dövlət Aktına əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə X3, X8, X6, X7ǝvəǝX4ǝümumiǝmülkiyyətinəǝverilmişdir.ǝ
2. Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-******/** saylı məktubu əsasında təqdim edilmiş # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işinin surətində olan alğı-satqı müqaviləsinə əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi X3 tərəfindən Cavabdeh 5.000 manata satılmış, X8, X6, X7 və iddiaçı3 Nəriman oğlu isə notariusda ərizə təqdim edərək Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha torpaqǝsahəsininǝ1,14ǝhaǝhissəsiǝvəǝ5.001,08ǝkv.m.ǝsahəsininǝsatılmasınaǝrazılıqǝvermişlər.ǝ
3. Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-******/** saylı məktubu əsasında təqdim edilmiş # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işinin surətində olan alğı-satqı müqaviləsinə əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsi X3 tərəfindən Cavabdeh 7.000 manataǝsatılmışdır.
4. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir ərazi idarəsinin ##.##.2025-ci il tarixli 3-1-3- 40/2- ****/** saylı məktubu əsasında təqdim edilmiş və Şəmkir rayonu, Qapanlı kəndinin 1323 inventar qovluğunda saxlanılan # ###### 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsininǝ3,69ǝhaǝhissəsiǝX3ǝtərəfindənǝCavabdehǝsatılmışdır.ǝ
5. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,5001 ha ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2010-cu il tarixdə *********1 qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh adınaǝqeydəǝalınmışdır.ǝ
6. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,1406 ha ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2010-cu il tarixdə ************ reyestr nömrəsi və *********2 qeydiyyat nömrəsi ilə tam mülkiyyətǝhüququǝiləǝCavabdehǝadınaǝqeydəǝalınmışdır.ǝ
7. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,05 ha ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2010-cu il tarixdə ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyətǝhüququǝiləǝCavabdehǝadınaǝqeydəǝalınmışdır.
Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə)
8. İddiaçı X4 (bundan sonra birinci iş üzrə iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Şəmkir rayon * saylı Notariat ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə atası X3 arasında # ###### 2006-cı il tarixli LN:686, kod ******** saylı dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsızǝhesabǝedilməsiǝbarədəǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.ǝ
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Qapanlı kəndində ona və ailə üzvlərinə ölkədə torpaq islahatı gedən zaman 3,69 hektar torpaq sahəsi verilmişdir. O, hərbi xidmətdə olan zaman onun razılığı olmadan ona və ailə üzvlərinə məxsus pay torpağı cavabdehə satılmışdır. O, torpağının satılması üçün heç kimə rəsmi razılıq ərizəsi verməmişdir. Paylı mülkiyyət satılan zaman ona payın satılması ilə bağlı rəsmi ərizə verilməmişdir. Ona görə də, atası ilə cavabdeh arasında bağlanılan # ###### 2006-cı il tarixdə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,698 ha torpaq sahəsinin alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmək məcburiyyətindədir. O, bu yaxın günlərdə bilmişdir ki, onun torpağı alğı-satqı yolu ilə satılmışdır.ǝ
10. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(076)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia tələbiǝtəminǝedilməmişdir.ǝ
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hal-hazırda iddiaçı həmin müqaviləni bir əsasla mübahisələndirir. Bu əsas ondan ibarətdir ki, iddiaçı3 tərəfindən həmin torpaq sahəsinin satılmasına razılıq verilməyib. Qeyd edilən hala münasibətdə yəni müqavilə bağlanarkən iddiaçının qanunvericiliklə müəyyən edilmiş formada razılığının alınmaması əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Mübahisəli torpaq sahəsi iddia qaldırılanadək ötən 18 il ərzində cavabdehin fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçının əqd barədə məlumatsız olduğu barədə dəlilləri işin hallarına görə ağlabatan sayılmır. Belə ki, iddiaçı və cavabdeh eyni kənddə yaşayırlar və təsərrüfatla məşğul olurlar. 18 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edir ki, iddiaçı torpağın cavabdehəǝsatılmasındanǝməlumatlıǝolmuşdur.ǝ
12. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki ProsessualǝMəcəlləsininǝ14.2,ǝ76.1,ǝ76.2,ǝ77.1,ǝ217.4-cüǝmaddələrinəǝistinadǝetmişdir.
Birinci instansiya məhkəməsində icraat (ikinci iş üzrə)
13. İddiaçılar iddiaçı2 və İsmayılova Nəzakət Nəriman qızı (bundan sonra ikinci iş üzrə iddiaçılar) cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin ** saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh, cavabdeh Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı və JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatında yerləşən, 31.406,0 kv.m. torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmamış qalan 20.006 kv.m. hissəsinin və ***C saylı koordinatda yerləşən 50.000 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliklərinə qaytarılmasıǝbarədəǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişlər.ǝ
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçıların və ataları Nəriman Məmmədovun, anaları Nazirə Məmmədova, qardaşları- Sadiq Məmmədovdan ibarət ailənin ümumi paylı mülkiyyətinə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ***A saylı koordinatda 31.406,0 kv.m., ***B saylı koordinatda 5.001,08 kv.m., ***C saylı koordinatda 500,0 kv.m. sahələrdə olmaqla Şəmkir rayonu Qapanı kəndinin ərazisində yerləşir. 2006-ci ilin dekabr ayının 6-da həmkəndlilər, Cavabdeh ilə atası Nəriman Məmmədov arasında bağlanmış, *ǝ- *** saylı reyestrlə Şəmkir rayon * saylı Notariat Kontorunda qeydə alınmış alğı-satqı müqaviləsi əsasında JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ümumi sahəsi 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m., hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsi satılmışdır. Həmin alğı-satqı müqaviləsinə iddiaçılar da ərizələri ilə razılıqlarını bildirmişlər. Ancaq, qardaşı iddiaçı3 həmin alğı-satqı müqaviləsi bağlanan zaman hərbi xidmətdə olmasına görə onun həmin torpaq alğısatqısından xəbəri olmamışdır. Həmçinin iddiaçılar ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m., hissəsinin cavabdeh Cavabdehǝ satılan hissəsindən qalan 20.006 kv.m. torpaq sahəsinin iddiaçıların və qardaşları iddiaçı3 payına düşən hissəsini hələlik tərəfindən istifadə olunmamasına görə Cavabdeh tərəfindən müvəqqəti olaraq istifadə edilməsinə və əvəzində ildə müəyyən qədər pul vəsaiti və ya taxıl məhsulunun verilməsinə şifahi qaydada razılıq bildirmişlər. Ancaq, son vaxtlar iddiaçılar pula ehtiyacı olmasına görə ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin satılan 11.400 kv.m. torpaq sahəsi çıxılmaqla qalan 20.006 kv.m. hissəsindən payına düşən hissəsini satmaq istəmişlər. Bu məqsədlə cavabdehə müraciət edərək uzun müddət həmin sahənin onun istifadəsinə verməyinə görə ona satmaq istəməyini bildirdilər. Ancaq, cavabdeh JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailənin mülkiyyətinə verilmiş 3,69 ha. torpaq sahəsini 2006-cı ildən onlardan satın almış olmasını və həmin torpaq sahəsinin cəmi üzərində özünün mülkiyyət hüququna dair Çıxarışların olmasını bildirmişdir. Bundan sonra qardaşı iddiaçı3 cavabdeh Cavabdeh qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldırmaq üçün Dövlət Notariat Arxivindən ##.##.2006-cı il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 **-*** saylı reyestrlə qeydə alınmış alğısatqı müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətini əldə etmişdir. Həmin notariat işindəki ##.##.2006-cı il tarixli 49-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə və həmin notariat işinə əlavə edilmiş sənədlərə baxış keçirərkən həmin müqavilənin bağlanmasına yəni, JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ümumi sahəsi 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m. hissəsinin və 5.001,08 kv.m. torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmış olmasını və iddiaçıların da, həmin alğı-satqıya razı olmağına dair ərizə imzalamışlar. Ancaq, cavabdeh Cavabdeh 3,69 ha torpaq sahəsinin hamısına, yəni 0,5001 ha hissəsinə *********1, 3,1406 ha hissəsinə *********2, 0,05 ha hissəsinə ********* qeydiyyat nömrəli, ##.##.2010-cu il tarixli reyestrdən Çıxarışlar tərtib etdirməsinin müəyyən edilməsi DƏDRX-nin ** saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinə ünvanladığı ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur. Ona görə cavabdehlərə qarşı cavabdeh Cavabdeh tərəfindən ** saylı Şəmkir Ərazi İdarəsinə ##.##.2006-cı il tarixli 40-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin saxtalaşdırılmış şəkildə təqdim edilməsi nəticəsində həmin ##.##.2010-cu il tarixli, 3,1406 ha hissəsinə *********2, 0,05 ha hissəsinə ********** qeydiyyat nömrəli Çıxarışları qismən ləğv edilməsi tələbinə dair məlumǝiddianıǝqaldırmalıǝolmuşlar.
15. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsiǝiləǝ(hakimǝHəvayətǝMəhəmmədi)ǝiddiaǝtələbiǝtəminǝedilməmişdir.ǝ
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, # ###### 2006cı il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 3,69 ha torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmış, Nazira Məmmədova, Nəzakət Məmmədova, Gülzadə Məmmədova və iddiaçı3 torpaq sahəsini satılmasına razılıq vermişlər. Bundan sonra həmin tarixli müqavilə ilə torpaq sahəsi bütövlüklə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmışdır. ##.##.2006-cı il tarixdən torpaq sahəsi bütövlüklə cavabdehin istifadəsi və sahibliyindədir. İddiaçılar ##.##.2006-cı il tarixli müqavilə əsasında verilmiş çıxarışın ləğvini tələb edirlər. Cavabdeh isə əvvəlcə torpaq sahəsinin bir hissəsinin satılması ilə bağlı razılığa gəldiklərini, daha sonra elə həmin tarixdə müqavilə bağlandıqdan sonra torpaq sahəsinin bütövlüklə satılmasıǝbarədəǝrazılığaǝgələrəkǝNotariatǝOfisindəǝmüqaviləǝbağladıqlarınıǝbildirmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 360.2, 404.1, 404.2-ci maddələrinə, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadǝetmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
18. Birinci iş üzrə iddiaçı Sadiq Məmmədov apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsiǝbarədəǝyeniǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.ǝ
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən məhkəməyə təqdim edilən hərbi biletin təsdiq edilmiş surətində hansı tarixlərdə və hansı hərbi hissədə həqiqi hərbi xidmət aparmağının qeyd olunmasına baxmayaraq, məhkəmə həmin sübutun ümumiyyətlə məhkəməyə təqdim edilməsini işdə olan sənədləri sadalayaraq tədqiq edərkən qeyd etməmişdir. Hərbi bileti məhkəməyə təqdim edilən sənədlər siyahısına əlavə etmiş, ancaq həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməməsini məhkəmə əsassız olaraq göstərmişdir. Tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş ##.##.2006cı il tarixli, 4Ə-*** reyestr nömrəli notariat işindəki alğı-satqı müqaviləsində JN 686, kod ******** saylı Dövlət aktı ilə ailəsinə və ona məxsus olan və 3 koordinatlarda yerləşən cəmi 3,69 ha torpaq sahəsinin *** saylı koordinatda yerləşən 3,14 ha hissəsinin 1,14 ha hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsinin cavabdehə satılması və bacıları iddiaçı2 və Nəzakət İsmayılovanın həmin alğı-satqıya razı olmalarına dair imzaları təsdiq edilmiş ərizələri vardır. Həmin notariat işində onun da, imzasının notariat qaydasında təsdiq edildiyi ərizəsi əlavə edilmişdir. Həmin müqavilə bağlanarkən o, xarici ölkədə həqiqi hərbi xidmətdə olmağına görə həmin müqaviləyə imza edə bilməsi mümkünsüz idi. Məhkəmənin hüquqi mövqeyinə əsasən səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilməsi qeyd edilmişdir. Həmin hüquqi mövqeyə əsaslanan məhkəmə də, onun hərbi xidmətdən qayıtmasından sonra həmin müqavilədən narazı olmağına görə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamasına istinad edərək müqaviləyə imza etməsə də, həmin müqaviləni səlahiyyətli şəxs olaraq bəyəndiyini, bu səbəbdən həmin müqaviləni bağlanan andan bağlanmış kimi qiymətləndirmişdir. Halbuki həmin müqavilənin bağlanmasından hərbi xidmətdə olduğundan məlumatı olmamışdır. Xidmətdən qayıtdıqdan sonra isə atası Nəriman Məmmədov tərəfindən ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsinin bir hissəsini, onun payı çıxılmaqla, həmkəndliləri Cavabdeh satmasını, həmin müqaviləyə anasının və bacılarının ərizələri ilə razılıqlarını bildirmələrini, satılmamış qalan torpaq sahəsini şifahi razılaşma əsasında ailəsinə lazım olanadək Cavabdeh istifadəsinə verilməsini ona bildirmişdir. Bu səbəbdən, 2023-cü ilin əvvəlinədək həmin alğı-satqı müqaviləsindən narazı olmamış və Cavabdeh tərəfindən tam halda alınmış olmasına deyil, bir hissəsinin alınmasına, qalan hissəsinin isə istifadə edilməsinə etiraz etməmişdir. Təbii ki, hər bir halda həmin 3,69 ha sahədə onun payının satılmış olmasına dair məlumatı olmamışdır. Nəticədə, 2023-cü ilin əvvəlində bacıları ilə razılaşmışlar ki, ümumi paylı mülkiyyətdə olan və cavabdehə satılmamış qalan torpağı da Cavabdeh satsınlar. Bu səbəbdən ilkin olaraq Cavabdeh qalan torpaq sahəsini almasını ona təklif etmiş, ancaq, Cavabdeh həmin 3,69 ha torpaq sahəsini tam halda 2006-cı ildən atalarından satın almış olmasını və hətta həmin sahəyə dair artıq özünün mülkiyyət hüququna dair müvafiq Çıxarışları almasını bildirdiyinə görə cavabdehə qarşı məlum iddianı qaldırmaq üçün notariat arxivindən həmin alğı-satqıya dair notariat işini nümayəndənin sorğusu əsasında əldə etmişdir. Notariat işi ilə tanış olarkən məlum olmuşdur ki, 3 koordinatlarda yerləşən cəmi 3,69 ha torpaq sahəsinin *** saylı koordinatda yerləşən 3,14 ha hissəsinin 1,14 ha hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. sahə cavabdehə satılmış, bacıları iddiaçı2 və Nəzakət İsmayılova həmin alğı-satqı müqaviləsinə imzaları təsdiq edilmiş ərizələri ilə razı olmalarını bildirmişlər. Üstəlik, onun adından həmin müqaviləyə razı olmağına dair təsdiqli ərizənin də olması onun həmin iddianı qaldırmağına səbəb olmuşdur. Bacıları iddiaçı2 və Nəzakət İsmayılova da, cavabdehə qarşı ümumi paylı mülkiyyətdə olan 3,69 ha torpaq sahəsinin satılmamış hissəsinə münasibətdə cavabdeh tərəfindən Daşınmaz Əmlak İdarəsinə təqdim edilmiş saxta müqavilə əsasında, satılmamış sahəyə dair Çıxarışın qismən ləğv edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışlar. Həmin iddia üzrə mülki iş də təsadüfən, yoxsa məqsədli surətdə iddia tələbini əsassız olaraq rədd edilməsinə dair qətnamə çıxarmış hakimin icraatındadır. İddiası üzrə mülki işin araşdırılması zamanı məhkəməyə təqdim etdiyi məlum notariat işini tədqiq edən hakim nədənsə, həmin ##.##.2006cı il tarixli, *Ə-*** saylı reyestr nömrəli notariat işindəki alğı-satqı müqaviləsində JN 686, kod ******** saylı Dövlət aktı ilə ailəsinə və ona məxsus olan və 3 koordinatlarda yerləşən cəmi 3,69 ha torpaq sahəsinin *** saylı koordinatda yerləşən 3,14 ha hissəsinin 1,14 ha hissəsinin, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. sahənin isə hamısının cavabdehə satılmasını görməmiş və ya görməzdən gələrək guya həmin müqavilə əsasında ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsinin tam halda cavabdehə satılmış olmasını məlum qətnaməsinin 3-cü səhifəsinin 4-cü abzasında qeyd etmişdir. Cavabdeh məhkəmədə verdiyi ifadəsində isə göstərir ki, əvvəl “atam-Nəriman Məmmədovla 3,69 ha sahənin 1,14 ha hissəsinin satılmasına dair müqavilə bağlamış, Sadiq Məmmədovun ailə üzvləri, yəni arvadı və uşaqları o, cümlədən iddiaçı Sadiq Məmmədov həmin müqaviləyə torpağın satılmasına razılıq ərizələri vermişlər, həmin müqavilə bağlanandan sonra həmin gün, guya onun əsgərlikdə hərbi xidmət yerinin yaxşı yerə düşməsi üçün qalan torpaq sahəsini də 7.000 manat pul müqabilində cavabdehə satması barədə müqavilə bağlamasını, ona görə həmin məzmunluǝyəni,ǝ3,69ǝhaǝsahəninǝsatılmasınaǝdairǝmüqaviləǝəsasındaǝhəminǝsahəninǝhamısı üzərində mülkiyyət hüququna dair 2010-cu ildə Çıxarış almasını və istifadəsində olmasını bildirmişdir. Ancaq, cavabdeh atası ilə yalnız bir dəfə alğı-satqı müqavilə bağlaması barədə bacılarının iddiası üzrə mülki işin məhkəmə araşdırması zamanı ifadə vermişdir. Deməli, cavabdeh * saylı Notarius vəzifəsini icra etmiş, mərhum Rövşən Sadıqovla cinayət əlaqəsinə girərək eyni tarixli, eyni reyestr nömrəli müqaviləni tərtib edərək satıcı atasının əvəzinə saxta imza etməklə 2-ci müqaviləni 2010-cu ildə DƏDRX-ə təqdim edərək həmin 3,69 ha sahə üzərində mülkiyyət hüququna dair məlum əsassız Çıxarışı əldə etmişdir. Ancaq, qeyd etdiyi kimi həmin alğı-satqıya dair notariat işindəki ##.##.2006-cı il tarixli, *Ə-*** saylı reyestr nömrəli müqavilədə 3,69 ha sahənin hamısının deyil, *** saylı koordinatda yerləşən 3,14 ha sahənin 1,14 ha hissəsinin, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsini cavabdehə satılması qeyd edilmişdir. Sadaladığı xüsusatlara əsasən məhkəmə onun qüvvədə olan qanunvericiliklə qorunan ümumi paylı mülkiyyətinə verilmiş pay torpağı üzərindəki mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulmasına göz yumaraq iddianın təmin edilməməsinə dair qətnaməniǝçıxarmışdır.
20. İkinci iş üzrə iddiaçılar Nəzakət İsmayılova və iddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbininǝtəminǝolunmasınıǝxahişǝetmişlər.ǝ
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməməsinin yeganə əsası cavabdeh Cavabdeh iddia tələbinə qarşı etirazı təşkil etmişdir. Belə ki, cavabdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək torpaq sahəsinin 2006-cı ildə onun istifadəsində olmasını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh təqdim etdiyi etiraz ərizəsində göstərilənləri birə bir qətnaməyə köçürməklə həmin “dəlillərə” əsaslanmışdır. Bununla da, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət hüququnu pozmuşdur. İşin həqiqi və faktiki halları ondan ibarətdir ki, Şəmkir rayon AİK-nın ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə ailə üzvlərinin adına JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ***A saylı Koordinatda 31.406,0 kv.m., 686B Koordinatda 500,08 kv.m., 686C Koordinatda 500,0 kv.m. olmaqla Şəmkir rayonu, Qapanlı kəndidə yerləşir. # ###### 2006-cı il tarixdə cavabdeh Cavabdeh ilə atası Nəriman Məmmədov arasında 4ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə ilə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailəsinə məxsus olan 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı Koordinatda 31.406,0 kv.m. torpaq sahəsinin 1,14 ha hissəsi, 686B Koordinatda 500,08 kv.m. torpaq sahəsi satılmışdır. Həmin vaxt qardaşı Sadiq Məmmədov hərbi xidmətdə olmuş və onun bu alğısatqıdan ümumiyyətlə məlumatı olmamışdır. Hazırda pula ehtiyacları olduğu üçün torpaq sahəsinin qalan 20.006 kv.m. hissəsini satmaq qərarına gəlmişlər. Bu məqsədlə cavabdeh Cavabdeh müraciət edərək torpaq sahələrinin həmin hissəsinin də almasını təklif etmişlər. Lakin cavabdeh onlara JN*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinə bütövlükdə Çıxarış aldığını, hazırda torpaq sahəsi bütövlükdə onun mülkiyyətində olduğunu bildirmişdir. # ###### 2006-cı il tarixdə cavabdeh Cavabdeh ilə atası X5 arasında 4ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə ilə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailələrinə məxsus olan 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatda 31.406,0 kv.m. torpaq sahəsinin 1,14 ha hissəsi, 686B koordinatda 500,08 kv.m. torpaq sahəsi satılmışdır. Həmin vaxt qardaşı Sadiq Məmmədov hərbi xidmətdə olmuş və onun bu alğı-satqıdan ümumiyyətlə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları ətraflı araşdırılmamış, onların qanunla qorunan və təminat altına alınmış mülkiyyət hüquqları pozulmaqla qanunsuz vəǝəsassızǝqətnaməǝçıxarılmışdır.ǝ
22. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə hər iki mülki iş eyni icraatdaǝbirləşdirilmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı Sadiq Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçılar Nəzakət İsmayılova və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli qətnamələri ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, Sadiq Məmmədov tərəfindən verilmiş iddia qismən təmin, Nəzakət İsmayılova və iddiaçı2 tərəfindən verilmiş iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir ərazi idarəsində reyestrdə Şəmkir rayonu, Qapanlı kəndinin 1323 inventar qovluğunda saxlanılan və qeydin əsası kimi istinad edilən Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmasına dair # ###### 2006-cı il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair cavabdeh Cavabdeh adına verilmiş ##.##.2010-cu il tarixli, ************ reyestr nömrəli, ********** nömrəli qeyd 1,14 ha hissədən artıq hissədə və 0,05 ha hissəsinə dair ##.##.2010-cu il tarixli, ************ reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 31.406,0 kv.m., torpaq sahəsinin satılmamış qalan 20.006 kv.m. hissəsi və 500,0 kv.m. torpaq sahəsinin iddiaçılar Nəzakət İsmayılova və iddiaçı2 faktiki sahibliyinə qaytarılması, Sadiq Məmmədov tərəfindən verilmiş iddianın qalan hissədə təmin edilməməsiǝqətǝolunmuşdur.ǝ
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən tərəflər arasında yaranmış münasibətlərlə bağlı eyni tarixli və eyni reyestr nömrəli alğı-satqı müqaviləsinin olmasına hüquqi qiymət verməmiş, yalnız iddiaçıların alğı-satqı müqaviləsini bəyənməsinə istinad edərək iddianı rədd etmişdir. Belə ki, iş materiallarında olan JN-686 KOD ******** saylı Dövlət Aktın təsdiqli surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha torpaq sahəsi Şəmkir Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə Nəriman Məmmədovun, Nazira Məmmədovanın, Nəzakət Məmmədovanın, Gülzadə Məmmədovanın və iddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli **-*-**/*-****/** saylı məktubu əsasında təqdim edilmiş və Şəmkir rayonu, Qapanlı kəndinin 1323 inventar qovluğunda saxlanılan # ###### 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 3,69 ha hissəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmışdır. İkinci müqavilə isə Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-**-****/** saylı məktubu əsasında təqdim edilmiş # ###### 2006cı il tarixli *Ə-*** nömrəli notariat işində saxlanılan müqavilədir ki, həmin müqavilədən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmış, Nazira Məmmədova, Nəzakət Məmmədova, Gülzadə Məmmədova və iddiaçı3 isə notariusda ərizə təqdim edərək Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsininǝsatılmasınaǝrazılıqǝvermişlər.ǝVəǝs.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 140, 149.2, 152.1,152.5, 157.4-ci və Mülki-Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 384, 402.1-ciǝmaddələrinəǝistinadlaǝəsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat:
26. Qətnamədən birinci iş və ikinci iş üzrə cavabdeh Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədəǝqərarǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.ǝ
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar, eləcə də təsərrüfat rəhbəri olan mərhum Nəriman Məmmədov sağlığında 18 il müddətində etibarsız hesab etdikləri əqdi mübahisələndirilməmiş, torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən aşkar şəkildə tam olaraq istifadə edilməsi heç bir halda iddiaçılar tərəfindən etirazla qarşılanmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar işin faktiki hallarına əsasən torpaq sahəsinin Cavabdeh satılmasını bəyənmişlər. Təsərrüfat rəhbəri olaraq iddiaçıların atası Nəriman Məmmədovun vəfatından sonra hazırkı məsələ həmkəndliləri Cavabdehlə qərəzli münasibətlərdə olan və davamlı olaraq bu kimi başqa məsələlərdə də aktivlik nümayiş etdirən Şahəddin Hüseynovun təşəbbüsü ilə qaldırılmışdır. Məhkəmə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı maddi hüquq normalarına istinad etsə də tərəflərin 18 il ərzində davamlı və etibarlı, mübahisəsiz münasibətləri bağlanmış əqdi bəyənmələri, qətnamədə istinad edilən maddi hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirməsi qeyri-obyektiv və qanunsuzdur. Və s.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə yenidən baxılarkən apellyasiya məhkəməsi nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli torpaq sahəsinin alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi # ###### 2006-cı il tarixdən sonra bütünlüklə Cavabdeh faktiki istifadəsində və sahibliyində olmasına baxmayaraq iddiaçıların keçən 18 il ərzində buna nə səbəbdən etiraz etməmələri, iddiaçıların həmin torpaq sahəsinin bütünlüklə Cavabdeh satılmasından məlumatlı olmadıqları halda bunun nə kimi sübutlarla təsdiqini tapması, torpağın Cavabdeh icarəsinə verilməsini qəbul etdikləri halda iddiaçıların icarə haqqı kimi pul, yaxud məhsul almalarına dair dəlillərinin hansı sübutlarla təsdiqini tapması ilə bağlı işin halları, eyni zamanda iş üçün əhəmiyyətli olan digər hallar araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbulǝetməlidir.
30. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsininǝ337,ǝ357-358, 360,389-390,ǝ404ǝvəǝ567-ciǝmaddələrinəǝistinadǝetmişdir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, torpağını istəyir. Belə ki, 2006-cı ildə əsgərliyə getmiş və 2008-ci ildə qayıtmışdır. Mübahisəli torpaq sahəsi isə 2007-ci ildə satılmışdır. Mübahisəli torpaq sahəsi Şəmkir rayonun, Qapanlı kəndində yerləşir. 2009-cu ildə Rusiyaya getmişdir. 2024-cü ilə kimi Rusiya Federasiyasının, Krasnoyarsk şəhərində olmuşdur. Bacısı torpağı satmaq üçün ona zəng etmişdir. Təxmini 2 il qabaq zəng etmişdir ki, torpağını satmaq istəyir. Onlar cavabdehə mübahisəli torpaq sahəsinin cavabdehə icarəyə verildiyini bilirdi və zəng edib dedi ki, torpaq sahəsini satmaq istəyir, amma o bildirdi ki, mübahisəli torpaq sahəsi onundur və o, həmin torpaq sahəsini satın almışdır. Ailə böyüyü həmin torpaq sahəsini icarəyə vermişdir və icarəyə neçə vaxt ərzində verilməsi haqqında məlumatı yoxdur. Onun anası və atası öz pay torpaqlarını satmışlar. Onlar ona etiraz etmirlər. Geridə qalan torpaq sahəsi satılmamışlar. Geridə qalan torpaq sahəsi bacılarının və onundur. O, fəhlə kimi mübahisəli torpaq sahəsində işləməmişdir. 2009-cu ildən ölkədən getmişdir. Cavabdeh əvəzində taxıl verirdi. Ata-anasının payının satılmasını bilirdi. Torpaq sahəsini geri istəyir.
32. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İsmayılova Nəzakət Nəriman qızı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun maddi vəziyyəti ağır olduğu üçün o öz pay torpağını kimdə icarədə olması ilə maraqlanmışdır. Cavabdeh nömrəsini tapıb, ona zəng etmişdir. Torpağının onda icarədə olduğunu və hələ də istifadə edirsə satmaq istədiyini bildirdi. Cavabdeh ona torpağın onun olduğunu və aldığını demişdir. O, isə bunun necə olduğunu soruşanda onun da imza etdiyini demişdir. O, da bir hektar yarım torpaq sahəsi üçün sənəd imzaladığını, hətta atasınında yanında bunu vurğuladığını bildirmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o öz pay torpağını istəyir, 2006-cı ildə 28 yaşı var idi və ailəli olmuşdur. Anası deyir ki, taxıl əvəzinə mübahisəli torpaq sahəsini icarəyə vermişdir. Atası demişdir ki, anası ilə öz torpağını satır. 1.14 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. Atası ilə anasının pay torpaqları idi. Cavabdeh torpağı satmaq üçün zəng etmişdi. Ona dedi ki, torpaq onundur, atası ona satmışdır. Cavabdeh ona dedi ki, alğı-satqı ilə bağlı iki müqavilə vardır. İkinci müqavilə ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişlər. O, alğı-satqı müqaviləsini oxudu və orda yazılmışdır ki, 3 ha torpaqdan 1.14 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. İkinci müqavilə saxtadır. O, icarə haqqında heç nə bilmir. Ümumi 3.69 ha torpaq sahəsi idi. Təxmini 2022-2023-cü illərdə atası rəhmətə getmişdir. O, ailə həyatı qurmuşdur. Gəncədən Şəmkirə gedib-gəlmişdir. Torpaq sahəsi çox uzaqda idi. Nə əkib-becərdikləri haqqında heç nə bilmirdi. Onlar ilkin işdə birinci qardaşı Rusiyadan gələn zaman məhkəməyə verdi. Sonra o şikayət verdi. 0.50 ha torpaq sahəsi ailə başçısı olduğu üçün atasına verilmişdir. 1997-ci ildə ailə qurmuş və Gəncə şəhərində yaşamışdır. Əvəzində taxıl verirdi. Ata və anası öz hissəsini satmışdır. O, 1.14 ha torpaq sahəsinin satılmasına razılıq vermiş və imza çəkmişdir. Hazırda yerdə qalan torpaq sahəsiniǝgeriǝistəyir.
33. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi(vəkili) nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayəti əsəssız və qanunsuzdur. Ali məhkəmənin konkret göstərişi vardır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh iddiaçılara taxıl verməmişdir. Nəriman kişi ilə bir hissəsi ilə razılığa gəlmişlər və alğı-satqı etmişdilər. Konkret olaraq torpağın bölgüsü olmamışdır. Sadiq Məmmədov o vaxt əsgərlikdə olduğu üçün torpaq sahəsinin bir hissəsi satılmışdır. Bir həftə sonra yerini müəyyənləşdirdikdə Nəriman deyib ki, bütün torpağı satır. Notarius birinci müqaviləni götürüb ikinci müqaviləni yazmışdır. Notariusun səhvi olmuşdur. Sadiq Məmmədov həmin torpaqda günəmuzd işləyirdi. Əvvəl yeni hissəsini satıb sonra bütöv hissəsiniǝsatmışlar.ǝOnlarǝnotariusaǝgedəndəǝrazılaşmışlar.ǝ
34. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəməǝiclasınaǝgəlməyənǝşəxslərinǝiştirakıǝolmadanǝbaxılmasınıǝmümkünǝhesabǝetmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
35. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlaǝhəyataǝkeçirməyəǝborcludurlar.ǝ
36. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərǝmülkiǝhüquqlarınǝvəǝvəzifələrinǝəmələǝgəlməsiǝəsaslarındandır.ǝ
37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digərǝhüquqlarǝbuǝMəcəllədəǝvəǝqanunvericilikdəǝnəzərdəǝtutulanǝhallardaǝqeydəǝalınmalıdır.
38. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisəǝedilənǝəqdlərǝvəǝyaǝəhəmiyyətsizǝəqdlərǝolaǝbilər.ǝ
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasındanǝasılıǝolmayaraqǝözlüyündəǝetibarsızǝolanǝəqddir.ǝ
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqiǝnəticələrəǝsəbəbǝolmur.ǝBuǝcürǝəqdǝbağlandığıǝandanǝetibarsızdır.ǝ
41. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığıǝandanǝgeriyəǝtəsirǝqüvvəsinəǝmalikdir.ǝ
42. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
43. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunuǝbəyənirsə,ǝetibarlıǝolur.
44. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, buǝşərtləǝki,ǝbaşqaǝşəxsǝ(təmsilǝedilən)ǝəqdiǝsonradanǝbəyənməsin.ǝ
45. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığıǝandanǝəqdǝüzrəǝmülkiǝhüquqǝvəǝvəzifələrǝyaradır,ǝdəyişdirirǝvəǝonlaraǝxitamǝverir.
46. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamıǝhaqqındaǝikiǝvəǝyaǝbirǝneçəǝşəxsinǝrazılaşmasıǝmüqaviləǝsayılır.ǝ
47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrinǝməzmununuǝmüəyyənləşdirəǝbilərlər.ǝ
48. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtinǝməzmunununǝbuǝMəcəllədəǝgöstərildiyiǝhallarǝistisnaǝtəşkilǝedir.ǝ
49. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.ǝ
50. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 567 və 650-ci maddələri ümumən alğı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alğı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pulǝməbləğiniǝödəməyiǝöhdəsinəǝgötürür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
51. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmişǝqaydadaǝməhkəməǝmüdafiəsindənǝistifadəǝetməkǝhüququnaǝmalikdirlər.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıǝsübutǝetməlidir.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlıǝmünasibətlərinəǝuyğunǝəsaslandırılmalıdır.
54. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiyaǝşikayətiniǝisəǝtəminǝetmədənǝsaxlayaǝbilər.
55. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrəǝgörəǝləğvǝediləǝbilməz.ǝ
Apellyasiya baxışının hədləri
56. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdəǝolanǝvəǝəlavəǝtəqdimǝolunmuşǝsübutlarǝəsasındaǝmahiyyətiǝüzrəǝbaxır.
57. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməzǝolduqdaǝisəǝtamǝyoxlayır.
58. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsiniǝyoxlayır.
59. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
60. Hazırkı apellyasiya şikayətində qətnamə birinci iş üzrə iddiaçı Sadiq Məmmədov tərəfindən bütövlükdə, ikinci iş üzrə də iddiaçılar Nəzakət İsmayılova və iddiaçı2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktları tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi və Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədənǝsaxlanılmalıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeləri əsas qəbul edən məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, birinci iş üzrə iddiaçı Sadiq Məmmədov iddia ərizəsində, ona və ailə üzvlərinə torpaq islahatı zamanı verilmiş 3,69 hektar torpaq sahəsinin onun razılığı olmadan cavabdeh Cavabdeh satılmasını, torpağının satılması üçün heç kimə rəsmi razılıq ərizəsi vermədiyini, həmin vaxt hərbi xidmətdə olduğunu qeyd edərək, dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair cavabdeh Cavabdehlə atası Nəriman Məmmədov arasında bağlanmış # ###### 2006-cı ilǝtarixliǝalğı-satqıǝmüqaviləsininǝetibarsızǝhesabǝolunmasınıǝxahişǝetmişdir.
62. İddia tələbini rədd edən birinci instansiya məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Mübahisəli torpaq sahəsi iddia qaldırılanadək ötən 18 il ərzində cavabdehin fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçının əqd barədə məlumatsız olduğu barədə dəlilləri işin hallarına görə ağlabatan sayılmır. Belə ki, iddiaçı və cavabdeh eyni kənddə yaşayırlar və təsərrüfatla məşğul olurlar. 18 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edir ki, iddiaçıǝtorpağınǝcavabdehəǝsatılmasındanǝməlumatlıǝolmuşdur.ǝ
63. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması, işdə iştirak edən şəxslərin izahatları, təqdim olunmuş sənədlər və iş materialları ilə mübahisə predmeti olan alqı-satqı müqaviləsinin və onun nəticələrininǝetibarsızǝhesabǝedilməsiǝüçünǝistinadǝolunanǝdəlillərǝözǝtəsdiqiniǝtapmamışdır.ǝ
64. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə əqdin etibarsızlığına dair tələbi tədqiq edərkən, məhkəmə əqdin etibarsızlığını şərtləndirən hallarla yanaşı əqdin etibarsız hesab edilməsindən sui-istifadə hallarının olub-olmamasını araşdırmalı, yalnız bundan sonra iddianın uğurluluğuna qiymət verməlidir. İddiaçının hüquqdan sui-istifadə davranışı və əqdin etibarsızlıq şərtləri eyni anda mövcud olduğu halda iddianın təmini istisna olunmalıdır («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradan qərarlarında isə dürüstlük qaydasına zidd davranış hüquqdan sui-istifadə kimi xarakterizə edilmişdirǝ(##.##.2024-cüǝilǝtarixliǝ*(***)-****/****ǝnömrəliǝqərar,ǝ53-cüǝbənd)ǝ.
65. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyənǝhüquqiǝnəticələrǝəmələǝgətirənǝhərəkətdir.ǝ
66. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə;ǝ4)ǝiradəǝvəǝiradəǝifadəsinəǝgörə.
67. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının ## #### 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 vəǝ324.5-ciǝmaddələri).
68. Hər hansı əqdin, o cümlədən alğı-satqı və bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsiniǝnəzərəǝalırǝ(MülkiǝMəcəlləninǝ324.5ǝvəǝ404.1-ciǝmaddələri).
69. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə ##.##.2019 və N.Əsədovanın şikayəti üzrə ##.##.2021-ci il tarixli qərarlar).
70. Hazırkı işdən göründüyü kimi, iddiaçı Sadiq Məmmədov ona və ailə üzvlərinə torpaq islahatı zamanı verilmiş 3,69 hektar torpaq sahəsinin onun razılığı olmadan cavabdeh Cavabdeh satılmasını, yəni əqdin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanmasını qeyd edərək iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 329.1-ci maddəsinə istinad etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Mübahisəli torpaq sahəsi iddia qaldırılanadək ötən 18 il ərzində cavabdeh Cavabdeh fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçının əqd barədə məlumatsız olması barədə dəlilləri işin hallarına görə ağlabatan sayılmır. Belə ki, iddiaçı və cavabdeh eyni kənddə yaşayırlar və təsərrüfatla məşğul olurlar. 18 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edirǝki,ǝiddiaçıǝtorpağınǝcavabdehəǝsatılmasındanǝməlumatlıǝolmuşdur.ǝ
71. İddiaçı Sadiq Məmmədov həmin torpaq sahəsinin alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi 2006-cı ildən sonra bütünlüklə Cavabdeh faktiki istifadəsində və sahibliyində olmasına baxmayaraq, keçən 18 il ərzində buna etiraz etməməsinin səbəbini əsaslandıra bilməmiş, torpağın sonuncunun icarəsinə verilməsini qəbul etdiyi halda onun icarə haqqı kimi pul, yaxud məhsul almasına dair heç bir mötəbər dəlillərini kollegiyaya təqdim edə bilməmişdir.
72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının şəxsi mülahizələri kimi qəbul edir və hesab edir ki, işin faktiki halları və iş materialları ilə sübut olunmur. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlarǝişinǝhəqiqiǝhalınaǝuyğunǝolur.ǝ
73. Kollegiya qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələǝbilər.
74. İkinci iş üzrə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar iddiaçı2 və Nəzakət İsmayılova isə iddia ərizələrində, # ###### 2006-cı il tarixdə həmkəndliləri Cavabdehlə atası Nəriman Məmmədov arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında, ümumi sahəsi 3,69 ha olan torpaq sahəsinin ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m., hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsinin Cavabdeh satılmasını, həmin alğı-satqı müqaviləsinə onların da ərizələri ilə razılıqlarını bildirmələrini, lakin qardaşları iddiaçı3 həmin vaxt hərbi xidmətdə olmasına görə torpaq alğısatqısından xəbərinin olmadığını, ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha hissəsinin cavabdeh Cavabdehǝ satılan hissəsindən qalan 20.006 kv.m. torpaq sahəsinin onların və qardaşları iddiaçı3 payına düşən hissəsini hələlik tərəflərindən istifadə olunmadığına görə Cavabdeh tərəfindən müvəqqəti olaraq istifadə edilməsinə və əvəzində ildə müəyyən qədər pul vəsaiti və ya taxıl məhsulunun verilməsinə şifahi qaydada razılıq bildirmələrini, son vaxtlar isə ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin satılan 11.400 kv.m. torpaq sahəsi çıxılmaqla qalan 20.006 kv.m. hissəsindən paylarına düşən hissəsini satmaq istədikdə ümumi sahəsi 3,69 ha olan torpaq sahəsinin cavabdeh Cavabdeh satılmasını bildiklərini, həmin alğı-satqıya razı olmalarına dair ərizə imzalamadıqlarını qeyd edərək, Dövlət Aktı əsasında ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair ##.##.2010- cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatında yerləşən, 31.406,0 kv.m. torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmamış qalan 20.006 kv.m. hissəsinin və ***C saylı koordinatda yerləşən 50.000 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktikiǝsahibliklərinəǝqaytarılmasınıǝxahişǝetmişlər.
75. İddiaçılar iddiaçı2 və Nəzakət İsmayılova əqdin etibarsızlığı ilə bağlı hər hansı tələb irəli sürmədən torpaq sahələrinə dair cavabdeh Cavabdeh adına verilmiş çıxarışların ləğv edilməsini, 3,69 ha torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmamış qalan 20.006 kv.m. hissəsinin və ***C saylı koordinatda yerləşən 50.000 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliklərinə qaytarılmalarını xahiş etməklə, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə və Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinadǝetmişlər.
76. Qeyd olunan tələb üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması, işdə iştirak edən şəxslərin izahatları, təqdim olunmuş sənədlər və iş materialları ilə mübahisə predmeti olan çıxarışın ləğv edilməsi və torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliklərinə qaytarılmasınıǝüçünǝistinadǝolunanǝdəlillərǝözǝtəsdiqiniǝtapmamışdır.ǝ
77. Müqavilənin bağlanmasından keçən 18 ildən artıq müddət ərzində torpaq sahəsinin cavabdeh Cavabdeh sahibliyində və istifadəsində olmasına iddiaçılar tərəfindən hər hansı etirazın olmaması, yəni həmin əqdin bağlanmasının iddiaçılar tərəfindən bəyənilməsi ilə bağlı hallar mövcuddur. Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2006-cı ildən Cavabdeh faktiki istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmaqla illik əkinlər əkmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən heç bir etiraz olmadan cavabdehin istifadəsindədir. İddiaçıların ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 tərəfindən ##.##.2006-cı il tarixdə cavabdeh Cavabdeh satılsa da, torpaq sahəsinin digər mülkiyyətçilərinin həmin alğı-satqıdan məlumatlı olmaları, ötən illər ərzində alğı-satqı ilə bağlı hər hansı etiraz bildirməmələri, torpaq sahəsinin 2006-cı ildən cavabdeh Cavabdeh sahibliyinə keçməsi və hazırkı vaxta kimi maneəsiz istifadəsində olması sonuncununǝmübahisəliǝtorpaqǝsahəsiǝüzrəǝqanuniǝgözləntiyəǝmalikǝolmasınaǝdəlalətǝedir.ǝ
78. İddiaçı Nəzakət İsmayılova məhkəmə kollegiyasının iclasında verdiyi izahatında maddi vəziyyəti ağır olduğu üçün o öz pay torpağını kimdə icarədə olması ilə maraqlanmamasını 1.14 ha torpaq sahəsinin satılmasına razılıq verməsini bildirmişdir. O, 1.14 ha torpaq sahəsinin satılmasına razılıq vermiş və imza çəkmişdir. İcarə əvəzində cavabdehin onlara taxıl verirdiyini iddia etmişdir. Lakin icarəyə verilməsi və ya əvəzində taxıl alınmasıǝiləǝbağlıǝheçǝbirǝmötəbərǝsübutuǝkollegiyayaǝtəqdimǝedəǝbilməmişdir.
79. Göründüyü kimi, əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əmələ gəlmişdir. Tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilmişdir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə ##.##.2019 və N.Əsədovanın şikayəti üzrəǝ##.##.2021-ciǝilǝtarixliǝqərarlar).
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli vəǝbirinciǝinstansiyaǝməhkəməsininǝqətnaməsiǝdəyişdirilmədənǝsaxlanılmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsininǝ372,ǝ384,ǝ392ǝvəǝ402ǝmaddələriniǝrəhbərǝtutaraq,ǝǝ
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçıǝX4ǝtərəfindənǝverilmişǝapellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədənǝsaxlanılsın. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçılar İsmayılova Nəzakət Nəriman qızı və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təminǝedilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədənǝsaxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan RespublikasıǝAliǝMəhkəməsininǝmülkiǝkollegiyasınaǝkassasiyaǝşikayətiǝveriləǝbilər.ǝ Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündənǝ2ǝayǝkeçdikdənǝsonraǝqanuniǝqüvvəyəǝminir.