Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-837/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 İspəndiyar qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 İspəndiyar qızı oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 İspəndiyar qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadını ləğv edib, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 “Elektron Məkəmə” İnformasiya Sisteminə əlavə olunmadığından iclasa gecikməyimlə bağlı məluma verə bilməmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı tam, onunla bağlı Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 İspəndiyar qızı oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, işin məhkəmədə baxılmağa hazırlanması iclası ##.##.2026-cı il tarixə, saat 12:20-ə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ##.##.2026-cı ildə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. ##.##.2026-cı ildə məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul etmiş və işin məhkəmə hazırlıq iclası ##.##.2026-cı il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi (vəkil) vəkil1 və üçüncü şəxsin nümayəndəsi (vəkil) vəkil2 iştirakı ilə ##.##.2026-cı ildə iclas keçirilmiş, tərəflərə hüquq və vəzifələri izah edilmiş, etirazları, əlavə və vəsatətlərinin olubolmaması soruşulmuşdur. Həmin məhkəmə iclası cavabdehlərin iştirakının təmin edilməsi üçün ##.##.2026-cı il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad etməklə, iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Göründüyü kimi, iddiaçının və üçüncü şəxsin nümayəndəsi (vəkilləri) ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak etmiş, məhkəmə isə cavabdehlərin iştirakının təmin edilməsi üçün lazımi məlumatlandırma etməmiş, iş materiallarının 24-cü vərəqində olan məhkəmə bildirişi ilə kifayətlənmişdir. Həmin bildirişin cavabdehlərə çatdırılıb-çatdırılmamasının isə müəyyən edilməsi iş materialları ilə mümkün olmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2026-cı il tarixə təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının və nümayəndəsinin (vəkilinin) məlumatlandırılmasına dair iş materiallarında heç bir bildiriş, sms xəbərdarlıq və ya elektron kabinet vasitəsi ilə çatdırılma aşkar edilməmişdir. Odur ki, iddiaçı tərəfin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə ,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Odur ki, onun yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsini baxılmamış saxlaması əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadda prosessual qanunvericiliyin tələblərinin pozulması baş vermiş, nəticə etibarı ilə düzgün olmayan və işin hallarına uyğun hesab edilməyən qərardad qəbul edilmişdir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 372.7, 385.1.1, 387.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı tam, onunla bağlı Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 İspəndiyar qızı oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-837/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-837/2026
18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver