Məhkəmə qərarları › İş №2(3-7)-870/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-870/2026

04.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-870/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, X1, "V" yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, Giriş 449B) ünvanında inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində yerləşən 546.9 kv.mdən ibarət qeyri-yaşayış sahəsi vardır.

2. AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, hazırkı iddiaçı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X1, "V" yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, Giriş 449B ) ünvanında inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində yerləşən, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsindən ##.##.2024 cü il tarixdə verilmiş 006011004505- 05301- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 546.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 242 kv.m hissəsini cavabdeh cavabdeh2 145.000 manata satmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X1, "V" yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, Giriş 449B ) ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsindən ##.##.2024 cü il tarixdə verilmiş 006011004505- 05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 546.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 242 kv.m hissəsinin cavabdeh cavabdeh cavabdeh2 adına rəsmiləşdirilməsinə dair Bakı Şəhəri * saylı Notariat Ofisində ## ######## 2025 ci il tarixdə bağlanmış, **-**** saylı reyestrlə qeydə alınmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1, digər cavabdeh cavabdeh2 qardaşıdır. Cavabdeh cavabdeh1 Nəsimi rayonu, 3 cü MKR-n Bazarınn yaxnlığında Avtosalon sahibidir, eyni zamanda cavabdeh cavabdeh1 qohumluq münasibətləri var. Cavabdeh cavabdeh1 2 aydan artıq müddət ərzində çoxsaylı təkidləri və təklifləri nəticəsində, Bakı şəhəri, Suraxanı rayonu, X1, "V " yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla ünvan 1 ) ünvanında inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində yerləsən, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsindən ##.##.2024 cü il tarixdə verilmiş 006011004505-05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan 546.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 242 kv.m hissəsinin cavabdehlərə 196.813 manata satılmasına dair cavabdehlərlə razılığa gəlmişlər. Cavabdehlərlə qarşılqlı razılaşmalarına əsasən həmin məbləğin 145.000 manat hissəsini pul vəsaiti olaraq, 51.813 hissəsini isə cavabdeh cavabdeh1 yuxarıda qeyd olunan Avtosalonunda olan 2 ədəd 2025-ci il buraxılışlı Şevrolet Monza markalı avtomobillərin onun mülkiyyətinə verməklə əvəzləşdirilməsi barədə razılaşmışlar ki, Allahverdinin təklifinə əsasən əvvəlcə yuxarıda qeyd olunan 242 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini digər cavabdeh cavabdeh2 adına rəsmiləşdirilir, sonra isə yuxarıda qeyd olunan 2 ədəd avtomobil onun adına rəsmiləşdirilməli idi. Notariat orqanı alqı-satqı müqaviləsində 242 kv.metr qeyri-yaşayış sahasinin dəyərinin 145.000 manat kimi qeyd olunmasına etiraz etməsinə baxmayaraq cavabdeh cavabdeh1 özü kimlərləsə danışaraq, həmin qeyri-yaşayış sahəsinin dəyərinin real bazar dəyərindən aşağı qeyd olunmasını razılaşdırdı. Bundan sonra aralarında olan razılaşmaya əsasən ## ######## 2025-ci il tarixdə mülkiyyətində olan 546.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 242 kv.m hissəsini cavabdeh cavabdeh1 təklifi ilə Bakı şəhəri * saylı Notariat Ofisində bağlanmış *Ə-**** saylı reyestrlə qeydə alımmış alqısatqı müqaviləsinə əsasən onun bacısı, iş üzrə digər cavabdeh cavabdeh2 adına rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsi bağlandıqdan və o, bankdan 145.000 manat pulu götürdükdən sonra cavabdeh cavabdeh1 ona alqı-satqı zamanı verdiyi 145.000 manat pul vəsaitinin 25.000 ABŞ Dolları hissəsini 1 günlük borc götürdüyünü bildirərək, həmin məbləğdə pulu ona qaytarmağı və yuxarıda qeyd olunan 2 ədəd Şevrolet Monza markalı avtomobilləri onun adına rəsmiləşdirdikdən sonra 25.000 ABŞ Dolları pulu da qısa müddətdən sonra ona qaytaracağını bildirmişdir. Bununla razılaşmayaraq ona pul verməyəcəyini bildirdikdə cavabdeh cavabdeh1 notariusun yanında, qəfildən onun əlindəki çantaya əlini ataraq həmin çantadan pulu götürmüş və götürülmüş pul vəsaitinin məbləği 3800 manat olmuşdur. Notariusun cavabdehə "bu nə hərəkətdi edirsən, pulu qaytar" deməsinə cavab olaraq cavabdeh1 pulu qaytarmayacağını bildirərək çıxıb getmişdir. Bundan sonra bir neçə dəfə cavabdehlə əlaqə saxlayaraq 3800 manat pulu qaytarmağını və 2 ədəd avtomobili onun adına rəsmiləşdirməyi tələb etsə də, cavabdeh hər dəfə ona ödədiyi məbləğin 25.000 ABŞ Dollar pulu borc aldığını və həmin pulın qaytarılmasnı tələb edərək avtomobilləri onun adına rəsmiləşdirməkdən imtina etmişdir. Artıq başa düşmüşdür ki, cavabdehlər əvvəlcədən əmlakının dəyərindən çox aşağı qiymətə ondan alınmasını planlayaraq onu aldadıblar. Bu səbəbdən də hesab edir ki, mülkiyyətində olan 546.9 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin 242 kv.m hissəsinin cavabdeh cavabdeh2 adına rəsmiləşdirilməsinə dair Bakı şəhəri * saylı Notariat Ofisində ## ######## 2025 ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olduğuna görə barələrində Xüsusi Qərardad çıxarılaraq Prokurorluğa göndərilməlidir. Ona görə də iddianın təmin edilməsini xahiş edir.

5. Ağdam Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddianın rədd edilməsi, iddiaçı İddiaçı - cavabdehlər cavabdeh2 və cavabdeh1n qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı qeyd olunan, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, X1, "V" yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, Giriş 449B) ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsindən ##.##.2024 cü il tarixdə verilmiş 006011004505- 05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən 546.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 242 kv.m hissəsini könüllü olaraq və daşınmaz əmlakın alqı-satqı qaydalarını nəzərdə tutan tələblərə uyğun olaraq cavabdehlərdən cavabdeh2 satmışdır. İddiaçı iddia tələbi ilə bağlı ərizəsinə heç bir sübut əlavə etməmişdir. İddiaçı iddia ərizəsində göstərdikləri isə işin materiallarında olan rəsmi sənədlərlə, notariat orqanı tərəfindən aparılmış alqı-satqı əməliyyatı ilə təkzib olunur.

7. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 567, 598.1, 598.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Ağdam Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin e- *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində, əvvəlcədən tanıdığı cavabdeh X4, Nəsimi rayonu 3-cü MKR-n bazarının yaxınlığında avtosalon sahibi olmasını, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin bağlanmasından əvvəlki, 2 (iki) aydan artıq müddət ərzində onun çoxsaylı təkidləri və təklifləri nəticəsində o, Bakı şəhəri, Suraxanı rayonu, X1, “V” yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla ünvan 2) ünvanında inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində yerləşən ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi Idarəsindən ##.##.2024-cü il tarixdə verilmiş 006011004505-05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan 546.9 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin 242 kv.m hissəsinin cavabdehlərə 196.813 manat satılmasına dair cavabdehlərlə razılığa gəldiklərinə, cavabdehlərlə qarşılıqlı razılaşmamalarına əsasən, həmin məbləğin 145000 manat hissəsini pul vəsaiti olaraq, 51.813(əlli bir min səkkiz yüz on üç manat ) hissəsinin isə cavabdeh cavabdeh1 yuxarıda qeyd olunan Avtosalonunda olan, iki ədəd 2025-ci il buraxılışlı Şevrolet Monza markalı avtomobillərin onun mülkiyyətinə verməklə əvəzləşdirilməsi barədə razılşdıqlarını, Allahverdinin təklifinə əsasən, əvvəlcə yuxarıda qeyd olunan 242 kv.m-dən ibarət qeyri–yaşayış sahəsini cavabdeh cavabdeh2 adına rəsmiləşdirilmişdir. Sonra isə yuxarıda qeyd olunan iki ədəd avtomobil onun adına rəsmiləşdirilməli olduğunu, Notariat orqanı, alqı satqı müqaviləsində 242 kv.m qeyri yaşayış sahəsinin dəyərinin 145000 manat kimi qeyd olunmasına etiraz etməsinə baxmayaraq, cavabdeh X5 özünün kimlərləsə danışaraq, həmin qeyri yaşayış sahəsinin dəyərinin real bazar dəyərindən aşağı qeyd olunmasını razılaşdırdığı, bundan sonra aralarında olan razılaşmaya əsasən o, ## ######## 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, X1, ”V” yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla ünvan 3) ünvanında inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində yerləşən, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsindən ##.##.2024-cü il tarixdə verilmiş 006011004505-05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan 546.9 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin 242kv.m hissəsini cavabdeh cavabdeh1 təklifi ilə, Bakı şəhəri * saylı Notariat Ofisində bağlanmış 4Ə-1180saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən onun bacısı iş üzrə digər cavabdeh cavabdeh2 adına rəsmiləşdirdiyini, alqı-satqı müqaviləsi bağlandıqdan və o, bankdan 145.000 manat pul vəsaitinin 25.000 dollar hissəsini bir günlük borc götürdüyünü bildirərək, həmin məbləğdə pulu ona qaytarmağı və yuxarıda qeyd olunan iki ədəd Şevrolet Monza markalı avtomobilləri onun adına rəsmiləşdirdikdən sonra 25.000 dolları pulu da qısa müddətdən sonra ona qaytaracağını bildirməsini, o, bununla razılaşmayaraq, ona pul verməyəcəyini bildirdikdə isə cavabdeh cavabdeh1 notariusun yanında, qəfildən onun əlindəki çantaya əlini ataraq həmin çantadan pul götürdüyünü və götürülmüş pul vəsaitinin məbləği 3800 manat olduğunu, hətta onun və Notariusun cavabdehə bu nə hərəkətdi edirsən, pulu qaytar deməsinə cavab olaraq cavabdeh1 pulu qaytarmayacağını bildirərək, çıxıb getdiyini, eyni zamanda sonradan bir neçə dəfə cavabdehlə əlaqə saxlayaraq 3800 manat pulu qaytarmağını və iki ədəd avtomobilə onun adına rəsmiləşdirməyi tələb etsə də cavabdeh, hər dəfəsində ona ödədiyi məbləğin 25.000 dollar hissəsini pulu borc aldığını və həmin pulun qaytarılmasını tələb edərək, avtomobilləri onun adına rəsmiləşdirməkdən imtina etdiyini iddia ərizəsində təfsilatı ilə göstərmişdir. Lakin işə baxmış birimci imstansiya məhkəməsi, iş üzrə heç bir araşdırma aparmamış, iddia ərzəsində göstərdiyi faktların araşdırılması istiqamətində heç bir addım atmayaraq, yalnız alqısatqı müqaviləsinin notarial bağlandığına istinad edərək, iddia tələbini rədd etmiş, bununla da onun hüquqlarını kobud şəkildə pozmuşdur. Iş materiallarındakı sənədlərin tarix ardıcılığından da görünür ki, o, sözü gedən alqı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra aldadıldığını başa düşüb məhkəməyə müracət etmişdir. Bildirmişdir ki, cavabdehləri əvvəldən tanıdığından və onlara uzaq qohumluq əlaqələri olduğudan, eyni zamanda cavabdeh cavabdeh1 onu avtosalona apararaq avtomobilləri ona göstərərək, ətraflı məlumatlandırıldığından, o, onlara inanaraq aralarında olan razılaşmaya əməl edəcəklərinə ümid etmişdir. Bütün bunları cabdehlərin əvvəlcədən planladığı bir oyun olduğunu bilsəydi, heç zaman belə alqı-satqı müqaviləsinin bağlanmasına yol verməzdi. Qeyd olunan faktların məhkəmə tərəfindən araşdırıması mümkün olduğu halda, işə baxan birinci instansiya məhkəməsi, heç bir araşdırma aparmamış, iddia ərizəsində qeyd etdiklərinin həqiqiliyinin yoxlanması üçün Notariat orqanına sorğu göndərməmiş, kamera görüntülərini tələb etməmiş, bir sözlə iddia tələbinin araşdırılmasına maraqlı olmamışdır. Bununla da iddia tələbini rədd edərək, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bildirişdir ki, onun iddia ərizəsində qeyd etdiklərini, notariat orqanından sorğu edərək, imkanı olmadığı məlumatların əldə edilməsini zəruri hesab etməmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə Informasiya Sistemi“ vasitəsi ilə ərizə ünvanlayaraq, səhətində yaranmış problemlə əlaqəli olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

15. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

18. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

19. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

20. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

21. Maddə 567-ci. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

24. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

25. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

36. Iddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı qeyd olunan, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, X1, "V" yaşayış sahəsi Bina 13 M (Yeni qaydalarla Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, Giriş 449B ) ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsindən ##.##.2024-cü il tarixdə verilmiş 006011004505-05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən 546.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 242 kv.m hissəsini könüllü olaraq və daşınmaz əmlakın alqı-satqı qaydalarını nəzərdə tutan tələblərə uyğun olaraq cavabdehlərdən cavabdeh2 satmışdır. İddiaçı iddia tələbi ilə bağlı ərizəsinə heç bir sübut əlavə etməmişdir. İddiaçı iddia ərizəsində göstərdikləri isə işin materiallarında olan rəsmi sənədlərlə, notariat orqanı tərəfindən aparılmış alqı-satqı əməliyyatı ilə təkzib olunur.

37. Birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, ##.##.2025-ci il tarixli AN-İ № ******* saylı nömrəli alqı-satqı müqaviləsinni etibarsızlığına əsas olacaq heç bir hal aşkar edilməmişdir. Belə ki, həmin alqı-satqı müqaviləsinin bağlanması zamanı lazımi səlahiyyətli şəxslər iştirak etmiş, həmin torpaq sahəsinin alqı-satqı müqaviləsni bağlanan zaman notarius tərəfindən onlara müqavilənin predmeti, onların hüquq və vəzifələri izah edilmiş, tərəflər də razılşaraq müqaviləni imzalanmışlar.

38. Apellyasiya şikayətinin dəlillərinə münansibətdə kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərdiklərini təkrarlayaraq mübahisəli qeyriyaşayış sahəsinin cavabdehlərə 196.813 manata satılmasına dair cavabdehlərlə razılığa gəldiklərini, qarşılqlı razılaşmalarına əsasən həmin məbləğin 145.000 manat hissəsini pul vəsaiti olaraq, 51.813 hissəsini isə cavabdeh cavabdeh1 yuxarıda qeyd olunan avtosalonunda olan 2 ədəd 2025-ci il buraxılışlı Şevrolet Monza markalı avtomobillərin onun mülkiyyətinə verməklə əvəzləşdirilməsi barədə razılaşdıqlarını və apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Notariat orqanına sorğu göndərməsini, kamera görüntülərini tələb etməməsini, bir sözlə iddia tələbinin araşdırılmasında maraqlı olmamasını qeyd etmişdir. Iddiaçı cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlərə 196.813 manata satılmasına dair razılığa gəldiklərini, həmin məbləğin 145.000 manat hissəsini pul vəsaiti olaraq, 51.813 hissəsini isə cavabdeh 2 ədəd 2025-ci il buraxılışlı Şevrolet Monza markalı avtomobillərin onun mülkiyyətinə verməklə əvəzləşdirilməsi barədə razılaşdıqlarını qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.

39. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

40. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

41. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi : Ağdam Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar