Məhkəmə qərarları › İş №2(3-7)-879/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-879/2026

24.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-879/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər X1 və qeyrilərinə qarşı iş üzrə Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X2 qızının katibliyi, İddiaçı İddiaçı (X3 Qızı), Maraqlı şəxsin nümayəndəsi (vəkili) Əliyev İlham Yəhya oğlunun iştirakları ilə İddiaçı İddiaçı (X3 Qızı) cavabdehlər X1 və qeyrilərinə qarşı etibarnamənin, həmin etibarnamədən istifadə etməklə bağlanmış alğı-satqı müqavilələrinin, həmin müqavilə əsasında alınmış çıxarışın, müvafiq mənzil ilə bağlı sonrakı əqdlərin etibarsız hesab edilməsi, həmin mənzildə onun iradəsi ziddinə yaşayan şəxslərin oradan çıxarılması, özünün həmin mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) Əliyev İlham Yəhya oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər X1 və qeyrilərinə qarşı Rusiya Federasiyası Belqorod Notariat Kontoru tərəfindən təsdiqlənən və onun adından Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi **B nömrəli binanın ** saylı mənzilinə dair verilməsi göstərilən ##.##.2006-cı il tarixli ***** saylı etibarnamənin, həmin etibarnamədən istifadə etməklə bağlanmış ##.##.2006-cı il tarixli 4Ə-3- *** reyestr nömrəli və ##.##.2009-cu il tarixli 4Ə-03-*** reyestr nömrəli alqı-satqı müqavilələrinin, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi **B nömrəli binanın ** nömrəli mənzili ilə bağlı sonrakı əqdlərin etibarsız hesab edilməsi, həmin mənzildə onun iradəsi ziddinə yaşayan şəxslərin oradan çıxarılması, özünün həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

3. Qətnamədən Maraqlı şəxs nümayəndəsi (vəkili) Əliyev İlham Yəhya oğlu tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Maraqlı şəxsin nümayəndəsi (vəkili) Əliyev İlham Yəhya tərəfindən hər hansı etiraz və ya mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. İddiaçı İddiaçı (X3 Qızı) tərəfindən tərtib edilmiş iddiadan imtinaya dair ərizədən görünür ki, iddiaçı mülki iş üzrə iddiadan imtinasının qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı tərəfin iddiadan imtinası onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı (X3 Qızı) iddiadan imtinası qəbul edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı (X3 Qızı) cavabdehlər X1 və qeyrilərinə qarşı etibarnamənin, həmin etibarnamədən istifadə etməklə bağlanmış alğı-satqı müqavilələrinin, həmin müqavilə əsasında alınmış çıxarışın, müvafiq mənzil ilə bağlı sonrakı əqdlərin etibarsız hesab edilməsi, həmin mənzildə onun iradəsi ziddinə yaşayan şəxslərin oradan çıxarılması, özünün həmin mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar