Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-1002/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi və sayğacın dəyişdirilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi və sayğacın dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2025-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan mənzildə Itron tipli G-4 markalı sayğac mexaniki tipli, G-4 markalı sayğac ilə əvəz edilmişdir.
2. Iş materiallarında olan Cavabdeh IB-nin İddiaçı ünvanladığı ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “Ölçmə vasitələrinin dövlət reyestrinə” daxil edilmiş, quraşdırılan və istismara verilən məişət təyinatlı qaz sayğaclarının texniki nasazlığı, qüsuru olmadığı halda dövrü yoxlama müddəti 5 il müəyyən edilmişdir. Dövrü yoxlama müddəti çatdığı zaman sayğaclar yenisi ilə əvəz edilir və Cavabdeh istehsalat Birliyinin vəsaiti hesabına növbəti dövlət yoxlamasından keçirilir. ünvan 4 ünvanında sizə məxsus ünvanında istismarda olan mexaniki tipli, G-4 markalı, GCZ******* nömrəli qaz sayğacının istismar müddəti bitdiyi zaman Cavabdeh IB-nin vəsaiti hesabına əvəz olunaraq növbəti dövlət yoxlamasından keçirilməsi təmin olunacaqdır. Cavabdeh IB-nin maddi-texniki vəsaitlərə olan tələbatlarında artıq smart kart tipli qaz sayğaclarının satınalınması nəzərdə tutulmur. Hal-hazırda yeni qazlaşdırılan bütün fərdi evlərdə (mənzillərdə) və dövrü yoxlama müddəti tamam olan sayğacların əvəzlənməsində yalnız mexaniki tipli qaz sayğaclarından istifadə olunur.
3. Cavabdeh IB-nin İddiaçı ünvanladığı ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “Ölçmə vasitələrinin dövlət reyestrinə” daxil edilmiş, quraşdırılan və istismara verilən məişət təyinatlı qaz sayğaclarının texniki nasazlığı, qüsuru olmadığı halda dövrü yoxlam a müddəti 5 (beş) il müəyyən edilmişdir. Dövrü yoxlama müddəti çatdığı zaman sayğaclar yenisi ilə əvəz edilir və Birliyin vəsaiti hesabına növbəti dövlət yoxlamasından keçirilir. Iddiaçıya məxsus mənzildə istismarda olan mexaniki tipli, G4 markalı, GCZ******* nömrəli qaz sayğacı ##.##.2026-ci il tarixdə quraşdırılmış və quraşdırılmadan əvvəl sınaq qurğusunda yoxlamadan keçirilmişdir. Həmin qaz sayğacının istismar müddəti bitdiyi zaman birliyinin vəsaiti hesabına əvəz olunaraq növbəti dövlət yoxlamasından keçirilməsi təmin olunacaqdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il ## ###### tarixli ** nömrəli qərarına əsasən qaz sərfinin dəyəri illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 0,125 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün 0,22 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 0,30 manat olaraq hesablanır. Araşdırma zamanı məlum olmuşdur ki, smart tipli qaz sayğacının kartına 2025-ci ilin yanvar ayında 200 manat (1447 m3), fevral ayında 100 manat (455 m3), mart ayında 170 manat (726 m3) ödənişlər daxil olmuşdur. (Ümumilikdə 3 (üç) ay ərzində 470 manat (2628 m3)) 2026-ci ilin fevral ayında abonent kodunda işlənmiş 1980 m3 qaz sərfi (321,6 manat) ##.##.2026-cı il tarixindən ##.##.2026- cı il tarixinə qədər istifadə edilən qaz sərfidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərində, quraşdırılacaq sayğacın tipinin və növünün istehlakçının istəyinə uyğun müəyyən edilməsi qeyd olunmamışdır. Eyni zamanda bildirilir ki, birliyin maddi-texniki vəsaitlərə olan tələbatlarında artıq smart kart tipli qaz sayğaclarının satınalınması nəzərdə tutulmur. Hal-hazırda yeni qazlaşdırılan bütün fərdi evlərdə (mənzillərdə) və dövrü yoxlama müddəti tamam olan sayğacların əvəzlənməsində yalnız mexaniki tipli qaz sayğaclarından istifadə olunur.
4. Abonent saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə *************** nömrəli abonent İddiaçı ##.##.2026-cı il tarixdə 656.44 manat debitor borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 464,67 manat borcun silinməsi və mexaniki tipli qaz sayğacının cavabdeh Cavabdeh IB-nin vəsaiti hesabına yeni qaz sağacı ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 məhəllə ünvanında yerləşən, ev 177A faktiki olaraq onun istifadəsindədir və həmin fərdi evdə ailə üzvləri ilə birgə yaşayır. Cavabdeh IB-nin əməkdaşları tərəfindən ## ######## 2025-ci ildə fərdi evinə quraşdırılmış smartkart tipli qaz sayğacı guya istısmar müddəti bitdiyi üçün çıxarılaraq əvəzində yeni mexaniki (Gəncə istehsalı) tipli qaz sayğacı ilə əvəz edilmişdir. Bunu Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt təsdiq edir. Yeni quraşdırılmış mexaniki tipli qaz sayğacı qaz sərfiyyatını düzgün qeyd etməyərək, hər ay istifadə etdiyi sərfiyyatdan əlavə qaz sərfiyyatından 20-30 m3-dən artıq qeyd edir (təxminən hər ay 100 (bir yüz) manatdan artıq). Bu səbəbdən də artıq 4 aydır ki, istifadə etdikləri qaz sərfiyyatından əlavə olaraq hər ay 100 manat qaz pulu ödəyir. 2025-ci ilin noyabr ayından fərdi evdə istilik sistemi qoşulmuşdur. Qaz sayğacının sərfiyyatı artıq hesablaması səbəbindən gündüzlər istilik sistemini söndürüb, yalnız gecələr qoşmağa məcbur olmuşlar. Bu barədə cavabdehin nümayəndələrinin də məlumatı vardır. Cavabdehin nümayəndələri də təsdiq edir ki, yeni quraşdırılmış Gəncə istehsalı olan mexaniki tipli qaz sayğac sərfiyyatı artıq hesablayır. Bu barədə rəsmi olaraq müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, “halhazırda yeni qazlaşdırılan bütün fərdi evlərdə (mənzillərdə) və dövri yoxlama müddəti tamam olan sayğacların əvəzlənməsində yalnız mexaniki tipli qaz sayğacından istifadə olunur”. Cavabdehin bu fikirləri razı deyil. Bir daha bildirilir ki, yeni quraşdırılmış mexaniki tipli qaz sayğacı qaz sərfiyyatını düzgün qeyd etməyərək hər ay əlavə olaraq 100 manatdan artıq pul ödəmələrinə səbəb olur. Bu da konstitusion hüquqlarının pozulmasına və əlavə xərclər çəkmələrinə səbəb olur. Qeyd edir ki, qaz sayğacı fərdi evin bayır divarında yerləşir
7. Cavabdeh ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanı üzrə quraşdırılmış Cavabdeh IB-nin Sumqayıt RQII-də İddiaçı adına qeydiyyata alınmış GCZ G-4 DIAFRAQMA markalı, GCZ******* nömrəli mexaniki qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edib borcunu ödəmədiyi üçün qeyd olunan borc məbləği yaranmışdır. ## ###### 2026-cı il tarixli, SDA ******-*** saylı “Qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında elektron akt”a əsasən (iddiaçı tərəfindən öz imzası ilə təsdiq edilmiş) məlum olur ki, iddiaçının ünvanı üzrə ##.##.2026-cı il tarixdə GCZ G-4 DIAFRAQMA markalı, GCZ******* nömrəli mexaniki qaz sayğacı quraşdırılmışdır. Qeyd olunan qaz sayğacı quraşdırılmazdan öncə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən müvafiq qaydada sınaq qurğusunda yoxlamadan keçmişdir. Bu səbəbdən də iddiaçı İddiaçı öz iddia ərizəsində qaz sayğacının normal işləməməsi və əlavə qaz sərfiyyatının yaranması barədə qeyd etdikləri əsassızdır. Həmçinin, qeyd etmək istərdilər ki, iddiaçı 2026-cı ilin yanvar ayından 2026-cı ilin may ayının 1-dək olan dövrdə 656,44 manat dəyərində təbii qazdan istifadə etmiş və cəmi 390,00 manat ödəniş etmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarının 4-cü bəndinin tələblərinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (4.2) Qaz sayğacları Agentlik tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. (4.3) Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir (4.4) Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. (4.5) Məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, iddiaçının əsasız hesab edərək silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi borc məbləği itirilmiş qaz sərfinə yaxud dəymiş ziyana görə hesablanmış məbləğ yox, abonentin istehlak etdiyi təbii qaz sərfinə görə müəyyən edilmiş məbləğdir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tam həcmdə ödənilməlidir. Iddiaçının borc məbləğinin silinməsi ilə bağlı qaldırdığı iddia əsassızdır və təqdim olunan arqumentlər hüquqi və faktiki dəlillərlə təkzib olunur. Iddiaçı iddiasını guya sayğacın düzgün işləməməsi, bunun nəticəsində istehlak həcmlərinin real vəziyyəti əks etdirməməsi arqumentinə əsaslandırmağa çalışsa da, bu iddianı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Sayğacın texniki vəziyyəti üzrə aparılmış daxili yoxlama nəticələrinə əsasən avadanlıq tam işlək vəziyyətdədir və istehlak olunan qaz həcmini düzgün qeydə alır. Bu baxımdan, sayğacın guya düzgün işləməməsi barədə iddia hüquqi dəyəri olmayan, sübutla təsdiqlənməyən bir iddiadır. Mövcud borcməbləği debitor borcudur və sırf abonentin faktiki istehlak etdiyi qazın dəyərindən ibarətdir. Iddiaçının faktiki debitor borcu 660,87 manat təşkil edir. Bir daha məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, İddiaçı əsasız hesab edərək silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi borc məbləği itirilmiş qaz sərfinə yaxud dəymiş ziyana görə hesablanmış məbləğ yox, abonentin istehlak etdiyi təbii qaz sərfinə görə müəyyən edilmiş məbləğdir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasənistehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarının 5-ci maddəsinə əsasən (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. (5.3) Istifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən-fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd etdiklərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh kimi etirazlarını nəzərə alaraq qeyd olunan əsaslarla *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən ## ######## 2025-ci ildə fərdi evinə quraşdırılmış smartkart tipli qaz sayğacı guya istismar müddəti bitdiyi üçün çıxarılaraq əvəzində yeni mexaniki tipli qaz sayğacı ilə əvəz edilmişdir. Yeni quraşdırılmış mexaniki tipli qaz sayğacı qaz sərfiyyatını düzgün qeyd etməyərək, hər ay istifadə etdiyi sərfiyyatdan əlavə qaz sərfiyyatını qeyd etdiyi üçün sayğacın dəyişdirilməsi ilə bağlı müraciət etmiş, ##.##.2026-cı ildə yeni sayğac quraşdırmışlar. Həmin sayğac da sərfiyyatı artıq qeyd edir. Bu səbəbdən gündüzlər istilik sistemini söndürüb, yalnız gecələr qoşmağa məcbur olmuşlar. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, sayğac xarab deyil, sadəcə çox “yazır”. Bütün hamı bunu deyir. Smart sayğaclar yaxşı işləyir və az “yazırdı”. Gəncə istehsalı olan sayğaclar həddindən artıq çox “yazır”. Mümkün olsa smart tipli, o da mümkün olmasa ən azı digər sayğacdan quraşdırılsın. Hazırkı sayğacın pulunu ödəyib çatdıra bilmir. Iddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Istehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacda heç bir problem yoxdur. Yaranmış borc debitor borcdur və iddiaçı tərəfindən ödənilməlidir. Sayğaclar istismar müddəti bitdikdə çıxarılır və ödənişsiz şəkildə yenisi ilə əvəz edilir. Iddiaçının ünvanına quraşdırılmış smart tipli sayğac istismar müddəti bildikdən sonra ##.##.2025-ci ildə mexaniki tipli sayğacla əvəz edilmişdir. Iddiaçı bundan sonra çoxsaylı müraciətlər etmiş, müraciətləri nəzərə alınaraq sayğac istismar müddəti bitmədən ##.##.2026-cı il tarixdə yenisi ilə əvəz edilmişdir. Qanunvericilikdə sayğacın tipi və növü ilə bağlı hər hansı normativ tələb yoxdur. Abonent əgər hesab edirsə ki, sayğac sərfiyyatdan çox yazır, bu zaman “xxxx” MMC-yə müraciət etsin. Bu zaman öz hesabına ekspertiza təyin edilir və sayğacda hər hansı qüsur aşkar olunarsa, bundan sonra dəyişdirilə bilər. Lakin abonentin saldosuna nəzər saldıqda hər hansı nəzərə çarpan artım müşahidə edilmir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Pərvin Imamverdiyeva) iddia təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının silinməsini istədiyi borc məbləği istifadə etdiyi qaza görə yaranmış debitor borcudur və iddiaçı tərəfindən ödənilməmişdir. Iddia tələbinin sayğacın cavabdehin hesabına dəyişdirilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsaslı deyildir. Belə ki, əvvəla, iddiaçı özü də məhkəmə iclasında sayğacın xarab olmadığını, sadəcə əvvəlki smart tipli sayğacla müqayisədə sərfiyyatı çox hesabladığını bildirmişdir. Bundan başqa, iddiaçının ünvanında istismar müddəti bitmiş smart tipli sayğac ##.##.2025-ci ildə çıxarılmış və ödənişsiz şəkildə Itron tipli sayğacla əvəz edilmişdir. Iddiaçı həmin sayğacdan da narazı qalmış, çoxsaylı müraciətləri nəzərə alınaraq sayğac istismar müddəti bitmədən ##.##.2026-cı il tarixdə yeni G- 4 tipli mexaniki sayğacla əvəz edilmişdir. “Qazdan istifadə” qaydalarına əsasən qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə vəsaiti istehlakçı ödəməlidir. Göründüyü kimi sayğacda heç bir qüsur mövcud deyil, sayğac yoxlanılaraq iddiaçıya təhvil verilmişdir. Sayğacda hər hansı qüsur mövcud olmadığı halda cavabdehin hesabına yenidən dəyişdirilməsi qanunsuzdur. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni iddiaçı sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun silinməsi və sayğacın dəyişdirilməsi barədə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına, MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, onun müraciəti əsasında ##.##.2025-ci il tarixində quraşdırılmış mexaniki tipli qaz sayğacı ##.##.2026-cı ildə yenisi ilə əvəz edilmişdir. Lakin həmin qaz sayğacı texniki cəhətdən nasaz olmuş, sərfiyyatı düzgün qeyd etməmişdir. Cavabdeh yeni qaz sayğacı quraşdırarkən “Qazdan istifadə qaydaları”nın tələbini pozmuşdur. Beləki qaz sayğacı dövlət standartlarının tələblərinə uyğun olmamışdır. Bu zaman qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Qaz sayğacının yoxlamasının keçirilməsi onun arzusu yox, tələbidir. Çünki qaz sayğacı sərfiyyatı düzgün qeyd etmir və istehsalçı nöqsanı aradan qaldırmalıdır. Çünki bu onun vəzifəsidir. Qeyd edilənlər bir daha təsdiq edir ki, iddia tələbini təsdiq edən sübutlar məhkəməyə və cavabdehə təqdim edilib. Məhkəmə obyektiv araşdırma aparmamış, əsassız qətnamə qəbul etmişdir. Nəticədə onun qanuni tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Nasazlığın mənbəyi ##.##.2026-cı ildə qoyulmuş qaz sayğacıdır, həmin əmlak quraşdırıldığı yerdədir və sərfiyyatı düzgün qeyd etmir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
##.##.2025-ci il tarixədək qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “HYPERLINK "https://eqanun.az/framework/48129" \o "Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanunu"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın
18. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
19. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının istifadəsində olan ünvanda əvvəllər smart-kart tipli qaz sayğacı quraşdırılmış, həmin sayğacın istismar müddətinin başa çatması ilə əlaqədar ##.##.2025-ci il tarixdə çıxarılaraq mexaniki tipli qaz sayğacı ilə əvəz edilmişdir. Sonuncu sayğac da iddiaçının müraciətləri nəzərə alınaraq ##.##.2026-cı il tarixdə GCZ******* nömrəli, G-4 markalı mexaniki qaz sayğacı ilə əvəz edilmişdir.
30. Cavabdehin ##.##.2026-cı il tarixli məktubundan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, hazırda iddiaçının ünvanında istismarda olan mexaniki tipli, G-4 markalı, GCZ******* nömrəli qaz sayğacı quraşdırılmasından əvvəl sınaq qurğusunda yoxlamadan keçirilmişdir. Həmin sayğacın texniki nasazlığı və ya qüsuru olması barədə hər hansı sənəd iş materiallarında mövcud deyildir.
31. Iddiaçı apellyasiya şikayətində sayğacın texniki cəhətdən nasaz olduğunu, qaz sərfiyyatını düzgün qeydə almadığını və artıq sərfiyyat hesabladığını bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər və obyektiv sübut təqdim etməmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qaz sayğacının quraşdırılmasından əvvəl sınaq qurğusunda yoxlanılması və onun istismara qəbul edilməsi barədə iddiaçının iştirakı ilə tərtib olunmuş ##.##.2025-ci il tarixli, ******* nömrəli akt mövcuddur. Iddiaçı həmin sənədlərin həqiqiliyini və ya sayğacın quraşdırıldığı zaman yoxlamadan keçməsini təkzib edən hər hansı sübut təqdim etməmişdir.
33. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən (qaz sayğacının yenisi ilə əvəz edilməsi hissədə) onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.