Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-110/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İsa qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X9 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı İsa qızı, onun vəkili və nümayəndəsi vəkil1 İmamverdi oğlu, cavabdeh Cavabdeh, üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakları ilə, İddiaçı İddiaçı İsa qızının cavabdeh Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-**** saylı, 30219018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarına əsasən ünvan 1 ərazisində 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 və İddiaçı İsa qızının mülkiyyətinə verilmişdir.
2. Torpağa mülkiyyət hüququna dair JN-***A saylı, 30219018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən ünvan 1 ərazisində 0.05 ha həyətyanı torpaq sahəsi X7 və İddiaçı İsa qızının mülkiyyətinə verilmişdir.
3. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ##.##.1970-ci ildə doğulmuşdur. Ata qrafasında X7 və ana qrafasında İddiaçı İsa qızı qeyd olunmuşdur.
4. ##.##.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 ##.##.2019-cu ildə vəfat etmişdir.
5. ##.##.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Xaçmaz rayonu Müşkür kəndində yaşayan İddiaçı İsa qızı ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Xaçmaz rayonu Müşkür kəndində yaşayan oğlu Cavabdeh vəsiyyət etmiş, başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir.
6. Xaçmaz rayonu * saylı notariat ofisində təsdiq olunmuş ##.##.2019-cu il tarixli AR-İ ****** nömrəli etibarnamədən müəyyən olunur ki, İddiaçı İsa qızı özünə məxsus bütün əmlakı idarə etməyi, sərəncam verməyi və sair səlahiyyətləri, o cümlədən həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilməsi də daxil olmaqla həyata keçirməyi ##.##.2118-ci il tarixədək oğlu Cavabdeh etibar etmişdir.
7. Xaçmaz rayonu * saylı notariat ofisində təsdiq olunmuş ##.##.2020-ci il tarixli AR-İ ****** nömrəli etibarnamədən müəyyən olunur ki, İddiaçı İsa qızı özünə məxsus bütün əmlakı idarə etməyi, sərəncam verməyi və sair səlahiyyətləri həyata keçirməyi ##.##.2118-ci il tarixədək X3 etibar etmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə İddiaçı İsa qızının adına verilmiş ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestri çıxarışından müəyyən olunur ki, Xaçmaz rayon Müşkür kəndində yerləşən 0.4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı İsa qızının xüsusi mülkiyyətində olmuşdur.
9. Xaçmaz rayon * saylı notariat ofisində təsdiqlənmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, İddiaçı İsa qızı Xaçmaz rayonu Müşkür kəndində yerləşən ƏMDK-nin yanında DƏDRX tərəfindən ##.##.2020-ci il tarixdə İddiaçı İsa qızının adına verilmiş ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus 0.4999 ha torpaq sahəsini oğlu Cavabdeh hədiyyə vermişdir. Bağışlanma müqaviləsində başqa hər hansı şərt nəzərdə tutulmamışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə İddiaçı İsa qızının adına verilmiş ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestri çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Müşkür kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi İddiaçı İsa qızının xüsusi mülkiyyətində olmuşdur.
11. Xaçmaz rayon * saylı notariat ofisində təsdiqlənmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, İddiaçı İsa qızı Xaçmaz rayonu Müşkür kəndində yerləşən ƏMDK-nin yanında DƏDRX tərəfindən ##.##.2020-ci il tarixdə İddiaçı İsa qızının adına verilmiş ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus 0.05 ha torpaq sahəsini oğlu Cavabdeh hədiyyə vermişdir. Bağışlanma müqaviləsində başqa hər hansı şərt nəzərdə tutulmamışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə Cavabdeh adına verilmiş ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestri çıxarışından müəyyən olunur ki, ünvan 1ndə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixdə Cavabdeh adına verilmiş ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestri çıxarışından müəyyən olunur ki, ünvan 1ndə yerləşən 0.4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
14. İddiaçı tərəfin sübut kimi elektron daşıyıcıda təqdim etdiyi səs yazıları məhkəmə iclasında dinlənilərkən müəyyən olunmuşdur ki, özlərini Xaçmaz rayonu, Müşkür kənd sakinləri kimi təqdim edən bir neçə şəxs İddiaçı özünə aid daşınmaz əmlakları oğlu Etibara bağışladığı, sonradan ana və oğul arasında yaranmış ailədaxili mübahisə nəticəsində münasibətləri pozulduğuna görə ananın oğlu ilə birlikdə yaşadığı evi tərk edib Bakı şəhərinə getməsi haqda məlumatlı olduqlarını bildirmişlər.
15. İddiaçı İsa qızının ##.##.2025-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, ##.##.2019 tarixində Xaçmaz rayonu * saylı notariat ofisində reyestrdə 2V-1534 nömrə ilə qeyd olunmuş vəsiyyətnamə vermişdir. Xahiş edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0.2ci maddəsinə əsasən yuxarıda göstərilən vəsiyyətnaməni ləğv edərək, bu barədə “Elektron notariat” informasiya sistemində qeydin yazılması və vəsiyyətnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə vəsiyyətnaməni təsdiq etmiş notariusa göndərilməsi təmin edilsin.
16. ##.##.2021-ci il tarixli, AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Müşkür kəndi ünvanında yerləşən, ümumi sahəsi 95.8 kv.metr olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.36 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı Cavabdeh satmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı İddiaçı İsa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla oğlu Cavabdeh arasında ## ###### 2020-ci il tarixdə Xaçmaz rayonu * saylı notariat ofisində qanunsuz bağlanan daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunaraq, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla öz oğlu Cavabdeh arasında ## ###### 2020-ci il tarixdə Xaçmaz rayonu * saylı notariat ofisində bir sıra qanunsuz sənədlərlə guya aralarında daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalanıb. Lakin öz oğlu Cavabdeh həmin daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmazdan əvvəl, ona yalan yerə vədlər verib onu aldatmışdır. Rəsmi bildiriş göndərərək könüllülük əsasında evini ona qaytarmasını tələb eməsi də nəticəsiz qalmışdır. Belə ki, oğlu Cavabdeh və həyat yoldaşı X3 öz aralarında razılığa gələrək şirin dillə danışaraq, ananın öz övladına hiss etdiyi saf və məsum hisslərdən, yaşlı olduğuna görə rəsmiləşdirmə işlərindən başının çıxmamasından sui-stifadə edərək ona yalan vədlər verib notariusa aparmış, notariat ofisində onun xəbəri və razılığı olmadan, həmçinin həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 razılıq ərizəsi almadan qeyri-qanuni şəkildə evi özünə bağışlanma kimi sənədləşdirmişdir. Sonradan isə oğlu həyat yoldaşı ilə ona qarşı pis, kobud, insanın şərəf və ləyaqətini alçaldan rəftar göstərməklə qonşuların və qohumların arasında rüsvay edib onu öz evindən qovmuşlar. Baki şəhərində bir otaqlı kirayə evdə imkansızlıq şəraitdə yaşamağa məcbur olmuşdur.
19. İddiaçı İddiaçı İsa qızı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Müşkür kəndi ərazisində yerləşən ümumi sahəsi 0,05 ha və 0,4999 ha torpaq sahəsinə dair onunla oğlu Cavabdeh arasında Xaçmaz rayonu * saylı notariat ofisində ## ###### 2020-ci il tarixində bağlanmış daşınmaz əmlakın bağışlanması müqavilələrinin ləğv olunması, həmin bağışlanma müqavilələri əsasında Xaçmaz rayonu Müşkür kəndi ərazisində yerləşən ümumi sahəsi 0,05 ha və 0,4999 ha torpaq sahəsinə dair Cavabdeh adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak etmiş İddiaçı İsa qızı izahatında bildirmişdir ki, onun 80 yaşı var, qayınının adına olan evdə illərdir yaşayırdı. Həmin evi də öz pensiyası ilə təmir etmişdir. Oğluna ona baxması üçün torpağı hədiyyə etmiş və müəyyən xərclər çəkmişdir. Buna baxmayaraq, oğlu onu tüfəng gücü ilə və nalayiq ifadələrlə evdən qovub. Oğluna bağışladığı torpağı ona baxmadığı üçün geri istəyir. Ona baxsaydı, yanında saxlasaydı geri istəməzdi. Özü hazırda Bakı şəhərində xeyriyyəçi bir insanın evində qalır. İllərdir yaşadığı evdən didərgin düşmüşdür.
21. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi vəkil1 İmamverdi oğlu izahatında qeyd etmişdir ki, iki müqavilə olub, biri 5 sot torpağa dair, digəri isə ev olan hissəyə aid. Müşkür kənd İƏD-nin nümayəndəsinin ##.##.2025-ci il tarixli *** saylı arayışından görünür ki, İddiaçı İsa qızı Xaçmaz rayonu Müşkür kəndində pasport qeydiyyatında olmasına baxmayaraq, ##.##.2024-cü ildən ##.##.2025-ci il tarixədək həmin ərazidə yaşamayıb, halhazırda da yaşamır. Bundan başqa, notariusdan əldə olunmuş cavabdehlə həyat yoldaşına məxsus sənədlərdən görünür ki, iddiaçının cavabdehə pay verdiyi torpağı, cavabdeh həmin günün səhəri yoldaşının adına, sonra yenidən öz adına keçirmişdir. İddiaçı izahatında həmçinin ona məxsus olmuş torpaq sahələrini yeganə oğlu Cavabdeh ona qocalığına baxacağına ümid etdiyi üçün bağışladığını göstərmişdir. O, bu məqsədlə oğluna hətda vəsiyyətnamə verdiyini də göstərmişdir. Lakin sonradan, yəni 2024-cü ilin sentyabr ayında aralarına mübahisə və münaqişə yarandığına görə verdiyi vəsiyyənaməni ləğv etdirmişdir.
22. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 izahatında qeyd etmişdir ki, iddia tələbi ilə razıdır. Qardaşı Etibarın anasını evdən tüfənglə qovduğu barədə xəbəri telefonla qohumundan eşitmişdir.
23. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izahatında qeyd etmişdir ki, iddia tələbi ilə razıdır. Cavabdehin verdiyi ifadələr yalandır. O, nənəsini gedib evindən əşyaları ilə birlikdə qorxmuş halda çıxarıb qalacağı evə gətirmişdir.
24. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında qeyd etmişdir ki, iddia tələbi ilə razıdır. Onlar hamı bir evdə yaşamışlar. Dayısı ilə nənəsinin mübahisəsini onlara qohumları söyləyib. Mübahisədən sonra nənəsi o evdə yaşamır. Bakıda bir tanışının evində kirayə yaşayır.
25. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Anası özünə məxsus olmuş torpaq sahələrini yeganə oğul övladı kimi notarial qaydada ona vəsiyyət etmişdir. Daha sonra anası həmin torpaqları ona bağışlamışdır. Sənədləşmə işlərini aparmaq üçün anası ona notarial qaydada baş edibarnamə vermişdir. Anası həmin torpaqları notarial qaydada təsdiqlənmiş müqavilələr əsasında ona bağışlamışdır. Sənədləşmələrdə həyat yoldaşı anasının adından çıxış etmişdir. Həmçinin qeyd etmişdir ki, anası öz xasiyyətinə görə demək olar ki, heç kimlə yola getmir. Onlar onun evindən bir sıra əşyaları da aparıblar. Evə dönən zaman orada heç nə qalmadığını görmüşdür. Evi əmisindən alqı-satqı ilə almışdır. Anası istəyirsə gəlib onlarla yenidən yaşaya bilər
26. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili vəkil2 izahatında bildirmişdir ki, cavabdeh iddianı qəbul etmir. Cavabdehə torpaq sahələri etibarnamə ilə notariusda təsdiqlənmış bağışlama müqavilələri əsasında hədiyyə verilib.
27. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
28. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin anasıdır. Cavabdeh iddiaçının yeganə kişi övladıdır. Cavabdehin atası vəfat etmişdir və anası ilə birgə yaşamışdır. Cavabdeh öz doğma anası olan iddiaçını 2024-cü ilin sentyabr ayında birgə yaşadıqları evdən qovmuş, ona hörmətsilik etmiş, nalayiq sözlər deyərək zorakılıqla, hədə qorxu və təhditlə yaşadığı evi tərk etməyə onu məcbur etmişdir. Həmin vaxtdan iddiaçı məcbur olub başqa şəxslərə məxsus evdə sığınacaq tapmış və orada tənha yaşamışdır. 80 yaşlı anasını evdən qovan cavabdeh onunla sonra da maraqlanmamış, ona qayğı göstərməmiş, anasına maddi və mənəvi heç bir dəstək göstərməmişdir. Bu hal-hazırda da davam etməkdədir. Ahıl yaşında bir ana, oğlu olmasına rəğmən çarəsiz və köməksiz qalmışdır. Acınacaqlı və köməksiz vəziyyətdə qalan yaşlı ana ona baxmayan, ona qayğı göstərməyən, onun bu yaşda tənha yaşamasını, evsiz qalmasını, başqalarına möhtac olmasını rəva görən oğluna bir müddət əvvəl bağışladığı daşınmaz əmlakları ondan geri almaq qərarına gəlmiş və bunda tamamilə haqlı olmuşdur. Odur ki, o, oğluna verdiyi hədiyyəni, torpaq sahələrini geri alıb, bağışlamanı ləğv edərək bununla əmlakını geri almaq və özünə yaşayış sahəsi təmin etmək istəmişdir. Cavabdeh anasının istəyini könüllü olaraq icra etmədiyindən ana məcbur qalıb məhkəmədə oğluna qarşı iddia qaldırmışdır. Bağışlamaqdan imtinaya əsas verən hallar baş verdikdən sonra iddiaçı qanunla müəyyən olunan müddətdə məhkəməyə müraciət edərək bağışlamanın ləğvini tələb edib. Bağışlamaqdan imtinaya əsas verən hallar məhkəmə iclasında tədqiq olunan sübutlarala öz təsdiqini tapmışdır. Hazırki işdə cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn daşıdığı vəzifə 80 yaşlı anasına hörmət etmək, onun qayğısına qalmaq olmuşdur. Lakin cavabdeh üzərinə düşən vəzifələrini köbud şəkildə pozaraq anasına hörmət etməmiş, birlikdə yaşadıqları evdən anasını qovmuş, onun qayğısına qalmamış, ona maddi və mənəvi dəstək olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İsa qızı, onun vəkili və nümayəndəsi vəkil1 İmamverdi oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
34. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
35. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
36. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
38. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
39. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
44. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
45. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
47. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
48. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
51. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
52. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Baxılan işdə iddiaçının tələbi bağışlama müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğvi ilə bağlıdır.
55. İşin mübahisəsiz halına görə ünvan 1ndə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və 0.4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı İddiaçı İsa qızının mülkiyyətində olması və Xaçmaz rayon * saylı notariat ofisində təsdiqlənmiş ##.##.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən cavabdeh Cavabdeh bağışlaması və hazırda sonuncunun mülkiyyətində olmasıdır.
56. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, hədiyyə verən tərəfindən hədiyyə edilmiş daşınmaz əmlak hədiyyə alan tərəfindən qəbul edilmiş, bağışlama müqavilələri notarial qaydada təsdiqlənmiş, bağışlama müqavilələri bağlandığı zaman hədiyyə verənlə hədiyyə alan arasında hər hansı öhdəlik və şərt olmamışdır. Daşınmaz əmlakların cavabdehə bağışlanması iddiaçının iradə ifadəsinə uyğun olaraq aparılmışdır. Belə ki, iddiaçının özünün bildirdiyi kimi, o torpaq sahələrini yeganə oğlu Cavabdeh ona qocalığına baxacağına ümid etdiyi üçün bağışlamışdır.
57. Hazırda iddiaçının dəlillərindən belə görünür ki, o, bağışlamaqdan imtina edir.
58. Kollegiya qeyd edir ki, belə olan halda hədiyyə vermiş şəxsin bağışlamaqdan imtinasının əsaslı olub-olmaması, yəni bu barədə iradə bəyanının hüquqi nəticə yaradıbyaratmaması işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən olunmalıdır.
59. Bağışlamaqdan imtinanın əsasları Mülki Məcəllənin 673-cü maddəsində sadalanmışdır.
60. Kollegiya qeyd edir ki, bağışlamaqdan imtina edən tərəf öz iddiasının əsasında dayanan faktiki halların nədən ibarət olduğunu göstərməli və mübahisə halında onları sübut etməlidir.
61. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
62. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar.
63. Kolllegiya qeyd edir ki, bağışlamadan sonra hədiyyə alanla hədiyyə edən arasındakı şəxsi münasibətlərin hər zaman bir tərəfin arzu etdiyi yaxınlıqda olacağına dair məcburi bir hüquq qaydası yoxdur. İnsanlar arasındakı şəxsi münasibətlər zəminində yaxınlaşmalar olduğu kimi uzaqlaşmaların da olması istisna deyil. Hətta bəzi nəzakət və əxlaq qaydalarına uyğun olmayan davranışlar belə, hüquqi müstəvidə xüsusi olaraq qadağan edilmir, təqib olunmur və ya cəzalandırılmır. Başqa sözlə, hər bir nəzakət və ya əxlaq qaydasının pozulması hüquq qaydasının pozulması sayılmır. Hüquq yalnız qanunvericiliklə müəyyən edilən məcburi davranış qaydalarının pozulmasına görə sanksiya tətbiq edir.
64. Bu baxımdan bir şəxsin ona hədiyyə vermiş şəxslə ünsiyyət saxlamaması, mülkiyyətində olan evə buraxmaması müxtəlif obyektiv və subyektiv səbəblərdən irəli gələ bilər. Bu səbəblər araşdırılmadan, törədilmiş əməlin konkret hüquq qaydası ilə müəyyən edilmiş vəzifə pozuntusu olduğu, habelə bu cür pozuntunun ailə hüquq münasibətlərini kökündən zədələdiyi təsbit edilmədən istinad olunan faktlar Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu sayıla bilməz.
65. Kollegiya həmçinin qeyd edir ki, bu normanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.
66. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qovulduğunu göstərdiyi ev əvvəlcə onun qaynına məxsus olmuş, daha sonra cavabdeh həmin evi və yerləşdiyi torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında alıb mülkiyyətinə qəbul etmişdir. İddiaçı həmin evdən qovulmasına və hədələnməsinə dair hər hansı sübut növü təqdim etməmişdir. Əksinə, cavabdeh iddiaçı tərəfindən göstərilənləri etiraf etməmiş, anasının istədiyi vaxt gəlib onunla yaşamasına etiraz etmədiyini, anasının başqa şəxslər tərəfindən öyrədildiyini və aralarındakı münasibəti gərginləşdirdiklərini bildirmişdir.
67. İddiaçı tərəf cavabdehin ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək iddiaçı barəsində daşıdığı vəzifələri pozmasını və bu pozuntunun kobud olduğunu, o cümlədən cavabdehin iddiaçıya fiziki və psixoloji zərər vurmasını sübuta yetirə bilməmişdir.
68. Qeyd olunmalıdır ki, bağışlama müqaviləsinin ləğvini xahiş edən şəxs, müqavilənin ləğvinin əsası kimi istinad edilən halların mövcudluğunu sübut etmə öhdəliyi daşıyır. Lakin sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
69. Kollegiya bağışlama müqaviləsi əsasında verilmiş çıxarışların ləğvi hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mübahisələndirdiyi çıxarışlar mövcud bağışlama müqavilələri əsasında əldə edildiyindən və həmin əqdlər məhkəmə tərəfindən ləğv edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
70. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
72. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.