Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1145/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Azəriqaz İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). ## #### 2026-cı il tarixdə iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(060)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azəriqaz İstehsalat Birliyi vəsatətlə məhkəməyə müraciət edərək, 2(060)- ****/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı Dilavər qızı tərəfindən apellyasiya şikayəti üçün qanunvericiliklə nəzərdə tutulmuş şikayət müddətinin ötürülməsinin tətbiqi ilə əlaqədar apellyasiya şikayətinin qəbulundan imtina edilməsi və ya şikayətin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Aynur Behbudova). İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi nümayəndə2 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azəriqaz İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış 493 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən 017712220610100 abonent kodunda yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə 2021-ci ildən ailəsi ilə birlikdə yaşayır, ona aid mənzildə *************** nömrəli *********** saylı SMART G-4 ITRON GALLUS PAY tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadığı ünvanda qaz borcunun yığılması səbəbi onlardan əvvəl yaşamış istehlakçı X1 qaz borcunun ödənilməməsi göstərilmişdir. Lakin buna baxmayaraq onlar hər ay qaz pulunu kart vasitəsilə ödəmişlər. Qaza baxan nəzarətçi də hər dəfə gəlib baxıb nəzarət etmişdir ki, kimin borcu var, ya yox. Təbii ki onların qaza heç vaxt borcları olmamışdır. Ona görə ki, hər il gəlib bununla bağlı sayğacın düzgün işləyib-işləməməsini yoxlamışlar və nəticədə onlara müayinə aktı vermişlər ki, sayğacda hər hansı problem yoxdur. Bəs onda necə olur ki, Azəriqazın əməkdaşları gəlib sayğacı dəyişdirirlər və onlara da bir söz demirlər ki, “sizin bu qədər borcunuz var, eyni zamanda da, qaza baxan nəzarətçi də həmişə sayğacın işləyib-işləmədiyini yoxlayıb, yoxlayıbsa birdən-birə 1818 manat 44 qəpik borc hardan yarandı?” və yaxud əgər bu borc ondan əvvəlki ev sahibinin borcu idisə niyə 2021-ci ildə borcu Zeynəb Nəzirovaya ödətdirməmişlər və borcu bu gün ona yazmışlar. Onların qazı heç bir xəbərdarlıq edilmədən kəsilib. Onları qazsız qoyandan sonra məcburiyyət şəklində qalıb və onları borcla hədələyərək Pəsənd xanımı asan xidmət mərkəzinə çağırıb onun hüquqi savadsızlığından istifadə edib ona imza atdırıblar, halbuki bu qanunsuz və əsassız qaz borcunun onunla heç bir əlaqəsi yoxdur. Bir də ona deyirlər ki, bu debitor borcdur, axı bu borc necə və haradan yaranmasını soruşur, ona heç-bir məlumat vermirlər, sadəcə deyirlər ki, abonent kodunda göstərilən borcdur, nə bir akt verirlər, nə də izah edirlər, deyirlər ki, məhkəməyə versən və bütün sənədləri məhkəməyə təqdim edəcəklər. Onun sayğacında bu günə qədər hər hansı problem olmamışdır. Bunu onların müayinə aktıda təsdiq edir, əgər olmayıbsa birdən-birə bu borc hardan yaranıb soruşanda ona cavab vermirlər. Hazırda o və həyat yoldaşı mütəmadi olaraq səhhəti ilə əlaqədar müalicələr alırlar, rəsmi iş yerləri yoxdur. Yaranmış mövcud vəziyyətlə bağlı yığılmış qaz borcunun silinməsinə dair qaz idarəsinə müraciət etmişlər. Lakin idarədən əməkdaşlar yaranmış qaz borcunu yalnız məhkəmə yolu ilə silinməsini bildirmişlər. 1818,44 manat borc məbləği öncə orada yaşamış mənzil sahibinə aiddir. O, yazıb hörmətli məhkəməyə bildirmək istəyir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən hüquq bürolarından birinə müraciət edib. Həmin büroda çalışan Zara adlı xanım ona bildirmişdir ki, iş üzrə apellyasiya şikayəti hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaydada məhkəməyə təqdim ediləcəkdir. Bu məqsədlə ondan tələb olunan bütün ödənişlər edilmiş, lazımi sənədlər təqdim olunmuş və o da hüquqi xidmət göstərən şəxsə etibar edərək işinin qanuni qaydada icra olunacağına inanmışdır. Yaşlı insan olduğundan və elektron məhkəmə sistemi barədə hər hansı bilik və təcrübəyə malik olmadığından, prosesin gedişatını müstəqil şəkildə izləmək imkanı olmamışdır. Müəyyən müddət keçməsinə baxmayaraq, məhkəmə tərəfindən ona heç bir bildiriş, məlumat və ya çağırış göndərilməmişdir. Bu hal onda ciddi narahatlıq yaratdığından məsələni araşdırmaq məqsədilə başqa bir hüquq bürosuna müraciət etmişdir. Həmin hüquq bürosunun əməkdaşları elektron məhkəmə sistemində məlumatlarını yoxladıqdan sonra ona bildirmişlər ki, iş üzrə heç bir apellyasiya şikayəti təqdim edilməmiş, elektron sistemdə bununla bağlı hər hansı müraciət qeydə alınmamışdır. Bildirir ki, iş üzrə prosessual müddətin buraxılması onun iradəsindən və nəzarətindən kənar səbəblərdən baş vermişdir. O, hüquqi biliklərə malik olmadığı üçün hüquqlarının müdafiəsini hüquqşünasa etibar etmiş və onun qanunvericiliyin tələblərinə uyğun hərəkət edəcəyinə əsaslı şəkildə inanmışdır. Lakin hüquqi yardım göstərən şəxsin peşəkar vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, prosessual hərəkətləri vaxtında həyata keçirməməsi və işin aparılmasında yol verdiyi nöqsanlar nəticəsində qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Bu hal onun hüquqlarının həyata keçirilməsinə ciddi maneə yaratmış və məhkəmə müdafiəsi hüququndan tam şəkildə istifadə etməyinə imkan verməmişdir. Qeyd etmək istəyir ki, prosessual müddətin buraxılması qəsdən və ya səhlənkarlıq nəticəsində onun tərəfindən baş verməmişdir. O, bütün hərəkətlərini hüquqi yardım göstərən şəxsin tövsiyələrinə və göstərişlərinə uyğun həyata keçirmiş, işin qanunvericiliyə uyğun aparıldığına inanmışdır. Buna görə də buraxılmış müddətin nəticələrinə görə məsuliyyətin tam şəkildə onun üzərinə qoyulması ədalətli olmazdı. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi nümayəndə2 verdiyi ##.##.2026-cı il tarixli şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Araşdırılan işin faktiki hallarından və məhkəmə qəbzindən müəyyən edilir ki, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 qətnaməni ##.##.2026-cı il tarixdə şəxsən imza etməklə əldə etmiş, qətnamədən şikayəti ##.##.2026-cı il tarixdə vermişdir. İddiaçı İddiaçı tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı nümayəndəsi (həyat yoldaşı) nümayəndə2 tərəfindən şəxsən əldə edilmişdir. Göründüyü kimi iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi ##.##.2026-ci il tarixdə, yəni 4 ay 22 gün müddət keçdikdən sonra elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Nəticədə qətnamədən 1 aylıq apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. İddiaçı apellyasiya şikayətini verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürülməsini hüquqi savadsızlığı və “hüquqşünas”a etibar etməsi ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının ərizəsində istinad etdiyi hallar üzrlü hal və Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(060)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı İddiaçı nümayəndəsi (həyat yoldaşı) nümayəndə2 ##.##.2026-cı il tarixdən şəxsi elektron kabineti var. İddiaçı tərəf elektron kabineti olsa da, ondan istifadə etməməsi ilə bağlı riskləri özü daşıyır. Məhkəmə bundan başqa qeyd etmişdir ki, qətnamədən istənilən vaxt apelyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olur ki, bu da qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Məhkəmə şikayətə münasibətdə qeyd etmişdir ki, şikayətdə göstərilən hallar buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə eynilik təşkil etdiyindən qərardadın 15-17-ci bəndlərindəki eyni hüquqi mövqeyinə əsasən prosessual qənaət prinsipini nəzərə almaqla yenidən sadalanmamışdır. İş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qətnaməsi iddiaçının nümayəndəsi nümayəndə2 ##.##.2026-cı il tarixdə şəxsən təqdim edilmişdir. Buna baxmayaraq, apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə yalnız ##.##.2026-cı il tarixdə, qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verilmişdir. İddiaçı müddətin ötürülməsini hüquqi savadsızlığı, hüquqşünasa etibar etməsi və sonuncunun şikayəti vaxtında təqdim etməməsi ilə əsaslandırsa da, bu halların onun iradəsindən asılı olmayan və prosessual hərəkətin vaxtında həyata keçirilməsinə obyektiv maneə yaradan üzrlü səbəb olduğu mötəbər sübutlarla təsdiq edilməmişdir. Həmçinin nümayəndənin elektron kabinetinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə iddiaçı qətnamədən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən və bununla bağlı dəlilləri qanunvericiliyin tələblərinə əsasən əsaslı olmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının şikayət verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardadı əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-1145/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1145/2026
10.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver