Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-146/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması, vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi və vəkili X9, Maraqlı şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (maraqlı şəxs8, maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs3, maraqlı şəxs2 və maraqlı şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb edilməklə) “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması, vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatının ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış əmlakların qəbul edilməsi üçün müddətin uzadılması, ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış əmlakların qanun üzrə vərəsələr arasında paylarının müəyyən edilməsi, Şabran rayon Notariat ofisi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsində aparılmış əmlak üzərində hüquqların dövlət qeydiyyatının (reyestr nömrəsi 304013008605-10301, qeydiyyat nömrəsi 2816022418) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra, iddiaçı İddiaçı nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil vəkil1 ##.##.2025-ci il tarixdə məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin aşağıdakı məzmunda qəbul edilməsini xahiş etmişdir:
1. Şabran rayon Notariat ofisi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *V*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; 2. ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış əmlakın qəbul edilməsi üçün müddətin uzadılması; 3. ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış, ünvan 3 ünvanında yerləşən yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid torpaq sahəsi üzrə qanun üzrə vərəsələr arasında payların müəyyən edilməsi barədə müvafiq qətnamə qəbul edilsin.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Şabran (keçmiş Dəvəçi) şəhəri Əzizbəyov küçəsi ev 19 (hazirda ad dəyişdirildiyinə görə, R. Behbudov küçəsi, 25) ünvanında daimi pasport qeydiyyatında olmaqla orada yaşayır. Yaşadığı ev kifayət qədər köhnə tikili olduğuna görə həyətyanı torpaq sahəsində özü üçün mənzil inşa etdirmək istədikdə zəruri sənədləri toplamaq lazım gəlmişdir. Şəxsiyyət vəsiqəsi ilə yaşadığı küçənin adı “Əzizbəyov” kimi qeyd olunduğundan ilk əvvəl qeydiyyat ünvanında düzəliş edilməsi üçün polis şöbəsinin "QVŞV” qrupuna müraciət etdikdə ona qeydiyyata düşmək istədiyi evin sənədlərini təqdim etmək tövsiyə olunmuşdur. Yaşadığı ev mərhum anası X18 məxsus olmuşdur. Lakin anası rəhmətə getdikdən sonra ondan miras qalan əmlakları qanun üzrə vərəsələr kimi qəbul edilməmişdir. Qanunvericilik mirasın qəbuluna dair hərəkətlərin iki formasını tanıyır: 1) mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Bu məqsədlə Şabran rayon Notariat ofisinə müraciət edilmiş və iddiaçı İddiaçı məktubla bildirmişdir ki, ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış əmlaklara dair ##.##.2017ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Qardaşı Cavabdeh həmçinin Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Qanun üzrə vərəsə hesab olunan iddiaçı İddiaçı digər qardaş və bacıları isə miras əmlak üzrə məcburi paylarından onun xeyrimə imtina edirlər. Vərəsəlik işi açıldığı zaman qanun üzrə vərəsələr çağırılmadıqlarına görə, məlumatsız olmuşlar. Bu səbəbdən miras qalmış əmlak üzərində açılmış vərəsəlik işini qanunsuz hesab edilməlidir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsə sayılırlar. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr isə nəzərə alınmır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Cavabdeh Cavabdeh Şabran rayon Notariat ofisinə müraciət edərkən, mübahisəli miras payına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı aparılmış Çıxarış (reyestr nömrəsi 304013008605-10301, qeydiyyat nömrəsi 2816022418) verilmiş, notarius tərəfindən qanunun tələbinə əsasən vərəsələrin əhatəsi müəyyənləşdirilmədən vərəsəlik işi açmışdır. Halbuki, notarius tərəfindən mirasın faktiki qəbulu məsələsi sənədləşdirilərkən, sosial ədalətlilik və mütənasiblilik prinsipi rəhbər tutularaq, qanuni vərəsələrin hüquqlarının ədalətli balansı qurulmalı və onlardan hər hansı birinin mirası qəbul etmək hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir (“A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli Qərarnda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti Dövlət rüsumunun ödənilməsi haqqında məlumat notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007- ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” - nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 39.1, 149 və 150-ci maddələrini rəhbər tutaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatının ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh Şabran rayon Notariat kontoruna ünvanlandığı ##.##.2017-ci il tarixli ərizədən görünür ki, o, ##.##.2017-ci il tarixdə vəfat etmiş anası X18 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsindən ibarət miras əmlakı qəbul etdiyini bildirmişdir.
6. Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən 88,7 kvadrat metr sahəli fərdi yaşayış evi və 0,09 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi: 304013008605-10301) ibarət daşınmaz mülkiyyətlə bağlı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evi Cavabdeh (qeydiyyat nömrəsi: 2816022418: qeydiyyat tarixi ##.##.2016-cı il) torpaq sahəsi isə X18 tam mülkiyyətindədir.
7. ##.##.2017-ci il tarixli arayışdan görünür ki, X18 ##.##.2017-ci il tarixdə ürək catışmamazlığından ölmüş və bu barədə ##.##.2017-ci il tarixli kitabın ölüm səhifəsində ** nömrəli qeydiyyat aparılmışdır.
8. ##.##.2017-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, nikahı müəyyən etmək məqsədi ilə 1941-ci ildən 1947-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış və həmin dövrdə X18 nikahı haqqında akt qeydi aşkar edilməmişdir.
9. ##.##.2017-ci il tarixli arayışdan görünür ki, ##.##.1969-cu il tarixdə anadan olmuş Rzayeva maraqlı şəxs2 Zərqələm Qədirbala qızı və X1 qızıdır.
10. Rzayeva (Məmmədova) Vəfa Binyami qızının Şabran rayon Notariat Kontoruna ünvanlandığı ##.##.2017-ci il tarixli ərizədən görünür ki, o, ##.##.2017-ci il tarixdə vəfat etmiş anası X18 miras qalmış əmlakdan ona düşən payı faktiki qəbul etmədiyini, qəbul etmək fikrində olmadığını və mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir.
11. ##.##.2017-ci il tarixli arayışdan görünür ki, ##.##.1958-ci il təvəllüdlü Cavabdeh, X1 və X18 oğludur.
12. Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş **** saylı, ##.##.2017-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşamış və ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 vəfat etdikdən sonra ünvan 3 ünvanında sonuncunun oğlu Cavabdeh və qızı maraqlı şəxs2 yaşayır.
13. ##.##.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,09 hektar olan torpaq sahəsindən 1/1 hissədə pay almalıdır.
14. Maraqlı şəxs maraqlı şəxs5 Binyami qızının Şabran Rayon Məhkəməsinə ünvanlandığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, ##.##.2017-ci il tarixdə vəfat etmiş anası X18 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir.
15. Maraqlı şəxs maraqlı şəxs6 Binyami qızının Şabran Rayon Məhkəməsinə ünvanlandığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, ##.##.2017-ci il tarixdə vəfat etmiş anası X18 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir.
16. Maraqlı şəxs maraqlı şəxs3 Şabran Rayon Məhkəməsinə ünvanlandığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, ##.##.2017-ci il tarixdə vəfat etmiş anası X18 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir.
17. Maraqlı şəxs maraqlı şəxs2 Şabran Rayon Məhkəməsinə ünvanlandığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, ##.##.2017-ci il tarixdə vəfat etmiş anası X18 miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan bacısı İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə də məcburi miras payının ona aid hissəsi üçün məhkəmədə mübahisə yaratmayacağını bildirmişdir.
18. Maraqlı şəxs maraqlı şəxs8 ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, ##.##.2017-ci il tarixdə vəfat etmiş anası X18 miras qalmış əmlaklardan İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir.
19. Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** saylı arayışdan görünür ki, mərhum X2 ##.## 1997-ci ildə özü, mərhuma həyat yoldaşı X18 ##.## 2017-ci il tarixdə vəfat edən günə qədər ünvan 1 ünvanında yaşamışdır. Ölümündən sonra aşağıda adları qeyd edilən vərəsələri qalmışdır: 1) Oğlu - maraqlı şəxs3: ##.##.1951; 2) qızı-maraqlı şəxs7: XX.XX.1953; 3) Qızı - maraqlı şəxs5 Binyami qızı: ##.##.1954; 4) qızı - X11: ##.##.1960; 5) oğlu - Cavabdeh; 6) qızı - maraqlı şəxs6 Binyami qızı: ##.##.1962; 7) qızı - İddiaçı: 18.#.# 1966; 8) qızı-maraqlı şəxs2: ## ## 1969.
20. AZ – II seriyalı, ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 ##.##.2017-ci il tarixdə ürək catışmamazlığından ölmüşdür.
21. AZ – II seriyalı, ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.1997-ci il tarixdə dərin qocalıqdan ölmüşdür.
22. VII – JQ seriyalı, ****** saylı doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1962-ci il təvəllüdlü Hüseynova (Məmmədova) Tükəzban Binyami qızı X18 və X2 qızıdır.
23. III – JQ seriyalı, ****** saylı doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1954-cü il təvəllüdlü Muradova (Ağayeva) Dilbər Binyami qızı X18 və X2 qızıdır.
24. III – JQ seriyalı, ****** saylı doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1951-ci il təvəllüdlü maraqlı şəxs3 X2 və X18 oğludur.
25. VII – JQ seriyalı, ****** saylı doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1962-ci il təvəllüdlü İddiaçı X18 və X2 qızıdır.
26. AZ – T seriyalı, ****** saylı doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1960-cı il təvəllüdlü Şeydayeva (Məmmədova) Tamela Benyami qızı X18 və X2 qızıdır.
27. Şabran rayon Notariat Ofisinin İddiaçı ünvanlandığı ##.##.2025-ci il tarixli, *** nömrəli məktubdan görünür ki, ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış əmlaklara dair ##.##.2017- ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir və İddiaçı aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyə olunub.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
28. Şabran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddianın təmin edilməsi, Şabran rayon Notariat ofisi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış əmlakın qəbul edilməsi üçün müddətin iddiaçı İddiaçı üçün uzadılması, ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış, ünvan 3 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsi üzərində iddiaçı İddiaçı payının 7/8, cavabdeh Cavabdeh payının isə 1/8 hissədə müəyyən edilməsi qət edilmişdir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin VII bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1.1, 1274 və 1291-ci maddələri, Azərbaycan Respublikasının "Notariat haqqında” ##.##.1999-cu il tarixli, 762-İQ nömrəli Qanununun 59 və 60-cı maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" ##.##.2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ##.##.2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2024-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 17-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 78.1, 88, 119.1, 191.3, 216-220, 227 və 357-360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
30. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 Mübariz oğlu apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddət daxilində ərizə verməmiş, həmin müddətin ötürülməsinin hansı üzrlü səbəblərdən olduğuna dair hər hansı dəlillər gətirməmişdir. Bundan əlavə miras əmlakın faktiki qəbulu və idarə edilməsi ilə bağlı hər hansı sübutlar iş materiallarında aşkar edilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Göründüyü kimi vərəsələrin susması mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarır. Mirasın açıldığı vaxtdan keçən 8 il ərzində iddiaçılar miras əmlakla bağlı hər hansı iddia və etirazlarını, ərizələrini təqdim etməmiş, mirası nə formal, nə də qeyriformal üsulla qəbul etməmiş, susmaqla miras əmlakdan imtina etdiklərini bariz şəkildə göstərmişlər. Həm də göstərilən qanunvericilik normaları hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları olmuşdur. Heç də təsadüfü deyildir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “ Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.” Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli Qərarı). İddiaçı miras əmlakı nə formal, nə də qeyri-formal üsullarla qəbul etmişdir. Mirasın açıldığı ##.##.2017-ci il tarixdən mirası əmlakın qəbul edilməsi üçün notariat kontoruna hər hansı ərizə verməmiş, miras əmlakın faktiki sahiblənməsini və idarə edilməsini həyata keçirməmişdir. Bununla əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericilikdə göstərilən tələblərin heç biri yerinə yetirilməmişdir. Hansı sübutlara əsasən müddətin üzrlü hesab edilərək bərpa edilməsinə qiymət verilməmiş, hansı halların müəyyən edildiyini, hansı halların isə müəyyən edilmədiyini təyin etməmiş, hüquq münasibətləri yarandıqdan sonra qüvvəyə minən normların geriyə tətbiq edilməsini heç bir şəkildə məhkəmə əsaslandırmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, cavabdehin işdə iştirakını təmin etməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına istinad edilməmişdir. İşə baxan məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq işin halları ilə müəyyən edilmiş münasibətlərə qiymət verməmişdir. İddiaçının iddia tələbinə uyğun maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnən qətnamə qəbul etmişdir. Keçən 8 il ərzində miras əmlakın qəbul edilməməsi ilə bağlı hallar araşdırılmamış, mirasın qəbulu müddətinin ötürülməsinin hansı üzrlü səbəblərə söykəndiyi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi mirasın qəbulu müddətinin üzrlü olduğunu müəyyən etsə də, həmin halları sübuta yetirə bilməmişdir. Vərəsələrin miras əmlakın qəbul edilməsi ilə bağlı niyyətlərinin olmasına dair nəticələr iş materialları ilə təsdiq edilmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
33. Cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
34. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, qardaşı Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Qanun üzrə vərəsə hesab olunan onun digər qardaş və bacıları miras əmlak üzrə paylarından onun xeyrinə imtina ediblər. O, Bakı şəhərində yaşasa da anasından ölümündən sonra orada yaşayan bacısı Vəfanın yanına gedib-gəlmişdir. Lakin anasının ölümündən sonra mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişdir, nə də həmin əmlakda heç bir iş görməmişdir. O, qardaşı Eldar tərəfindən vərəsəlik şəhadətnaməsi alınması barədə 2025-ci ildə bilmiş və dərhal da məhkəməyə müraciət etmişdir.
35. İddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
36. Maraqlı şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
37. İş üzrə maraqlı şəxslər maraqlı şəxs8, maraqlı şəxs3, maraqlı şəxs2 və maraqlı tərəf maraqlı şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
43. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər bacı-qardaş olmaqla, iddiaçı İddiaçı anasından miras qalmış əmlakdakı vərəsəlik hüququnu mübahisələndirərək araşdırılan tələblə məhkəmə müraciət etmişdir.
44. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 28/.
45. Məhkəmə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən sadəcə ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 vəfat etdikdən sonra onun yaşadığı ünvan 3 ünvanında sonuncunun oğlu Cavabdeh və qızı maraqlı şəxs2 yaşamasına dair Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş **** saylı, ##.##.2017-ci il tarixli arayışa əsaslanalaraq notarius tərəfindən Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** saylı arayışda adları qeyd edilmiş vərəsələrin çağırılmadığını və onların paylarının nəzərə alınmadığını, habelə həmin şəhadətnaməyə əsasən Cavabdeh ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,09 hektar olan torpaq sahəsindən 1/1 hissədə pay aldığını, o cümlədən ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 08 (səkkiz) vərəsəsindən Cavabdeh istisna olmaqla, digər vərəsələrin öz paylarından iddiaçı İddiaçı xeyrinə imtina etdiklərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməli, Şabran rayon Notariat ofisi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış əmlakın qəbul edilməsi üçün müddət iddiaçı İddiaçı üçün uzadılmalı və ##.##.2017-ci il tarixdə vəfat etmiş X18 miras qalmış, ünvan 3 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsi üzərində iddiaçı İddiaçı payı 7/8, cavabdeh Cavabdeh payı isə 1/8 hissədə müəyyən edilməlidir.
46. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
47. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam, hərtərəfli araşdırılmamış, maddi hüquq normalarının tətbiqi və təfsirində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə qanuni və əsaslı qətnamə çıxarılmamışdır.
48. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb bir neçə hissədən ibarət olmaqla -1) miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması, 2) vərəsələr arasında payların müəyyən edilməsi, 3) vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədədir.
49. Göründüyü kimi, tələb bir neçə ayrı-ayrı hissədən ibarət olsa da, dolayısı ilə biri digərindən asılıdır.
50. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prossesual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə, mirasın qəbul müddətinin uzadılması üçün üzrlü səbəblərin olub-olmamasına xüsusi diqqət yetirilməlidir.
52. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, miras qoyan X18 ##.##.2017-ci il tarixdə vəfat etmişdir.
53. Mirasın açıldığı vaxt 2017-ci il olmaqla kollegiya hesab edir ki, mübahisənin həllində hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir.
54. 2017-ci il tarixdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
55. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər.
56. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir.
57. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
58. İşin hallarından göründüyü kimi, iddiaçı miras əmlakı qəbul etmək qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir.
59. Eyni zamanda işin faktiki hallarından görünür ki, miras qoyanın ölümündən sonra miras əmlak vərəsələr Vəfa və Cavabdehlar tərəfindən istifadə edilmiş, iddiaçı Bakı şəhərində yaşamış, iddiaçı və digər vərəsələr (Vəfa və Eldar istisna olmaqla) qeyd edilən miras əmlaka nə faktiki sahiblik etmiş, nə də əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmişlər.
60. Məhkəmə iclasında izahat verən iddiaçı bildirdi ki, anasından ölümündən sonra miras əmlakda heç bir iş görməmişdir.
61. Göründüyü kimi iddiaçı tərəfindən miras əmlaka sahiblik həyata keçirilməmiş, nə də əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün heç bir hərəkət edilməmişdir.
62. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, araşdırılan mübahisə üzrə miras qoyan şəxs 2017-ci il tarixdə vəfat etdiyindən, həmçinin sözügedən vərəsəlik işi üzrə mübahisə ##.##.2025-ci il tarixdən sonra məhkəmənin icraatında olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müəddəaları hazırkı işə tətbiq olunmamalıdır. Birinci instansiya məhkəməsi həmin Plenum Qərarının müddəalarının hazırki mübahisəyə tətbiq edilməsinə səhvə yol vermişdir.
63. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirası qəbul etmək hüququnu itirmişdir, miras əmlakın qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü hesab olunması üçün əsas yoxdur. Odur ki, iddiaçının miras qalmış əmlakın qəbul edilməsi üçün müddətin uzadılmasına dair tələbi əsassız olmaqla təmin edilməməlidir.
64. Məhkəmə kollegiyası vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissədə də iddia tələbini əsassız hesab edir.
65. Göründüyü kimi iddiaçı etibarsızlığın əsası olaraq notarius tərəfindən vərəsəliyə çağrılmamasını, Eldar tərəfindən vərəsəlik şəhadətnaməsi alınması barədə məlumatı 2025-ci ildə bildiyini və dərhal da məhkəməyə müraciət etdiyini mübahisələndirmişdir.
66. Birinci instansiyası məhkəməsi tərəfindən də iddianın bu hissədə təmin edilməsinin əsası - notarial hərəkətlərin aparılması zamanı notarius tərəfindən nöqsanlara yol verilməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası bu mövqeylə razılaşmır.
67. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi bu hal vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz.
68. Belə ki, məhkəmə kollegiyasının qənatincə notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulmasına yol verilməsi əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas kimi çıxış edə bilməz.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir.
70. Məhkəmə kollegiyası iki tələbi üzrə iddianın təmin edilməməsinə dair nəticəyə gəldiyindən üçüncü tələbə - mirasda payarın müəyyən edilməsi- qiymət verilməsinə zərurət görmür.
71. Beləlikə, məhkəmə kollegiyası sadalananlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır.
72. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (maraqlı şəxs8, maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs3, maraqlı şəxs2 və maraqlı şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb edilməklə) “miras qalmış əmlakın qəbul edilməsi üçün müddətinin uzadılması, vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.