Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-151/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X9 və X10 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı Əlihəsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ tərəfindən qanunsuz olaraq hesablanmış 1329,22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə olan ** saylı evi bələdiyyə çıxarışına əsasən 2000-ci il tarixdə öz hesabına tikmişdir və hazırda oğlu Nümayəndə ailəsi ilə həmin ünvanda yaşayır. Həyat yoldaşı dünyasını dəyişməmişdən əvvəl evin su sayğacı onun adına rəsmiləşmiş və sayğac kodu verilmişdir. Həmin evin su sayğacı ************** nömrəli abunə kodu onun istifadəsindədir. Bildirir ki, istifadə etdiyi içməli suya görə hər ay Cavabdeh PHŞ-yə ödəniş etmişdir. Su sayğacı Cavabdeh PHŞ tərəfindən təmirə və istismara yararsız olması səbəbindən ##.##.2013-cü il, ##.##.2021-ci il, ##.##.2021-ci il və ##.##.2024-cü il tarixlərdə dəyişdirilmişdir. Cavabdeh PHŞ tərəfindən ona bildirilmişdirlər ki, onun içməli sudan istifadəsinə görə Cavabdeh PHŞ-yə 1329,22 manat borcu yaranmışdır. Cavabdeh PHŞ-dən ona verilən abonent kartına baxdıqda yaranmış borcun qanunsuz və əsassız olduğunu aşkar etmişdir. Belə ki, tərəfindən Cavabdeh PHŞ-yə hər ay ödəniş olarkən yaranmış yüksək məbləğdə olan borcun olması mümkün deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, oğlunun, həyat yoldaşı və onun yaşadığı ailə tərkibi üçün sudan istifadə etməsinə görə yazılmış 1329,22 manat borc əsassızdır və mümkün deyildir. Eyni zamanda bildirmək istəyir ki, Cavabdeh PHŞ-nin əməkdaşı Rza adlı şəxs ona bildirmişdir ki, borc ilə bağlı araşdırma aparmış və məlum olmuşdur ki, onun Cavabdeh PHŞ-yə 536 manat borcu vardır. Əlavə olaraq ona bildirmişdir ki, cəmi 400 manat ödəniş edərsə, yaranmış borc tamamilə silinəcəkdir. O da həmin 400 manat pulu Cavabdeh PHŞ-nin hüquqşünası Rza adlı şəxsin kart hesabına ödəmişdir. Bundan sonra borca görə dayandırılmış içməli suyun qadağası götürülərək içməli suyun istifadəsinə icazə verilmiş və 2024-cü ilin aprel ayında yeni sayğac quraşdırılmışdır. 2024-cü ilin noyabr ayında Cavabdeh PHŞ-nin nəzarətçisi evə gələrək bildirmişdir ki, onun içməli suya görə 1329,22 manat borcu vardır. Eyni zamanda yazılmış borc ilə bağlı ona hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Göründüyü kimi onun heç bir təqsiri olmadan üzərinə su borcu yüklənmişdir. Dəfələrlə bu barədə lazımi qurumlara müraciət etsə də bunun bir nəticəsini görməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. ##.##.2025-ci il tarixli abonent kartından görünür ki, İddiaçı Əlihəsən qızının həyat yoldaşı Əhəd Hümbətovun adına olan su sayğacına su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı il üzrə 114,85 manat, 2017-ci il üzrə 119 manat, 2018-ci il üzrə 38 manat, 2019-cu il üzrə 113,5 manat, 2020-ci il üzrə 91 manat, 2021ci il üzrə 200,87 manat, 2022-ci il üzrə 219 manat, 2023-cü il üzrə 271 manat, 2024-cü il üzrə 205 manat və 2025-ci il üzrə -22 manat olmaqla, ##.##.2025-ci il tarixinədək cəmi 1350,22 manat ödənilməmiş borc hesablanmışdır. X6 adına olan su sayğacı üzrə Cavabdeh X1 tərəfindən hesablanmış borc məbləği 1350,22 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsindəki icraat
5. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçı İddiaçı Əlihəsən qızının cavabdeh Cavabdeh X1rşı Cavabdeh PHŞ tərəfindən qanunsuz olaraq hesablanmış 1329,22 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin ## ###### 2018-ci il tarixli Plenum qərarı, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndi, 62-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4 və 4.1.3-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 14.2, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
7. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, X5 Xidməti PHŞ tərəfindən hesablanmış 1329,22 manat borcun qanunsuz hesab edilərək tam silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən ** saylı mənzil üzrə 2022-ci ildə mövcud borca görə su təchizatı tam dayandırılmışdır. Xüsusilə qeyd edir ki, 2022–2024-cü illər ərzində su sərfiyyatı faktiki olaraq həyata keçirilməmişdir, çünki həmin dövrdə mənzilə su verilməmiş, sayğac hərəkətsiz olmuşdur. Buna baxmayaraq, cavabdeh X5 Xidməti PHŞ tərəfindən qeyd olunan 2022–2024cü illəri əhatə edən dövr üzrə ona 1329,22 (min üç yüz iyirmi doqquz manat 22 qəpik) məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən qeyd olunan borcun formalaşmasına dair- 2022–2024-cü illər üzrə su sərfiyyatını təsdiq edən akt, həmin dövrlər üzrə sayğac göstəriciləri, suyun faktiki verildiyini təsdiq edən hər hansı rəsmi sənəd, borcun hesablanma mexanizmini əsaslandıran maliyyə cədvəli məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi sübutetmə yükünün cavabdehin üzərində olmasını nəzərə almadan, iddia tələbinin əsassız olaraq rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
11. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. "Su təchizatı və tullantı suları haqqında" Qanun: Maddə 5.2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Maddə 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan İstifadə Qaydaları”: 4.1.3-cü bənd. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. 2.1.5-ci bənd. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. 7.4-cü bənd. Əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
18. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı Əlihəsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ tərəfindən qanunsuz olaraq hesablanmış 1329,22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia rədd edilmişdir /bax bənd 5/.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı Əlihəsən qızı mərhum həyat yoldaşı Əhəd Hümbətovun ************** nömrəli abunə koduna əsassız olaraq 1329,22 manat borc hesablandığını və sudan istifadəyə hər ay Cavabdeh PHŞ-yə ödəniş etdiyini iddia etsə də, ##.##.2025-ci il tarixli abonent kartından göründüyü kimi İddiaçı Əlihəsən qızının həyat yoldaşı Əhəd Hümbətovun adına olan su sayğacına su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı il üzrə 114,85 manat, 2017-ci il üzrə 119 manat, 2018ci il üzrə 38 manat, 2019-cu il üzrə 113,5 manat, 2020-ci il üzrə 91 manat, 2021-ci il üzrə 200,87 manat, 2022-ci il üzrə 219 manat, 2023-cü il üzrə 271 manat, 2024-cü il üzrə 205 manat və 2025-ci il üzrə -22 manat olmaqla, ##.##.2025-ci il tarixinədək cəmi 1350,22 manat ödənilməmiş borc hesablanmışdır. X6 adına olan su sayğacı üzrə Cavabdeh X1 tərəfindən hesablanmış borc məbləği 1350,22 manat təşkil edir. Həmçinin iddiaçı İddiaçı Əlihəsən qızı tərəfindən sözügedən ünvanda istehlak olunan su təchizatı və kanalizasiya xidmətlərinə görə 2023-2024-cü illərdə hesablanmış borc məbləğinə görə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslı olmasına dair sübutetmə vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı tərəfindən sübutlar və cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları təkzib edəcək hallar məhkəməyə təqdim edilməmişdir.
22. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı Əlihəsən qızının cavabdeh Cavabdeh X1rşı Cavabdeh PHŞ tərəfindən qanunsuz olaraq hesablanmış 1329,22 manat borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir.
23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddiaçı apellyasiya şikayəti vermişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli dəyişdirilmədən saxlanmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.