Məhkəmə qərarları › İş №2(3-8)-208/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-208/2026

30.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-208/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X9 və X10 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Tosova (Məmmədova) Zümrüd Yusif qızına qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Tosova (Məmmədova) Zümrüd Yusif qızının onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və evin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı oğlu X2 iş üzrə cavabdeh olan Cavabdeh ilə ## ######## 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Nikah Zaqatala rayonu, Mazıx ərazi nümayəndiliyi tərəfindən qeydə alınmışdır. Həmin nikahdan ##.##.2006-cı il təvəllüdlü X4 və ##.##.2007-ci il təvəllüdlü X3 doğulmuşdur. Lakin Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e*(***)-****/**** saylı qətnaməsinə əsasən, X2 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh Cavabdeh halhazırda Zaqatala rayonu, Qəbizdərə kəndində qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2015- ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən hazırki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında, 0.03 ha torpaq sahəsində yerləşən, sahəsi 86.7 kv.m olan fərdi yaşayış evi, qeyd edilən torpaq sahəsi ilə birlikdə iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi iddiaçı İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır. İddiaçı İddiaçı tərəfindən sozügedən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edildikdən sonra oğlu X2 2017-ci ildə işlə bağlı ailəsi ilə birlikdə Xırdalan şəhərinə köçmüş və anası İddiaçı məxsus sözügedən fərdi yaşayış evinə köçmüşdür. X1, nə də ki cavabdeh Cavabdeh sözügedən fərdi yaşayış evində qeydiyyatda deyillər. X2 hal-hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh Cavabdeh nikaha xitam verilməsinə və iddiaçı İddiaçı ailə üzvü olmadığına baxmayaraq, keçmiş qaynanasına məxsus sözügedən fərdi yaşayış evində qeydiyyatda olmasa da belə, yaşamağa davam edir. İddiaçı İddiaçı keçmiş gəlini cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan fərdi aşayış evində yaşadığına görə əmlakından tam isitifadə edə bilmir, bir sözlə cavabdehin ona məxsus fərdi yaşayış evində qeydiyyatsız yaşaması iddiaçı tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir. İddiaçı İddiaçı tərəfindən evdən çıxması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh sərt münasibət nümayiş etdirmiş və müraciətlərin nəticəsi olmamışdır. Odur ki, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2015-ci il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsi, ** nömrəli ev və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına ##.##.2015ci il tarixli 920 inventar nömrəli texniki pasport tərtib olunmuşdur.

5. Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, X2 ilə Tosova (Məmmədova) Zümrüd Yusif qızı arasında Zaqatala rayonu Mazıx ərazi nümayəndəliyində bağlanmış ##.##.2005-ci il tarixli, ** saylı nikah pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilməsi, Tosova (Məmmədova) Zümrüd Yusif qızının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsi, İnsan Hüquqlarının və X11 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Mənzil Məcəlləsinin 29.1 və 30.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2 və 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 218.3, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçının iddiasının tam şəkildə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun keçmiş qaynanasıdır. Belə ki, o, X2 ilə ##.##.2005-ci il tarixdə rəsmi nikah münasbətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan ##.##.2006-cı il təvəllüdlü X4 və ##.##.2007-ci il təvəllüdlü X3 adlı iki övladları olmuşdur. Zaqatala Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Ailə həyatı qurdurqdan dərhal sonra Zaqatala rayonundan Xırdalan şəhərinə gəlin köçmüşdür. O, iddiaçının hal-hazırkı mübahisəli evdən bir qədər aralıda yerləşən evinə gəlin köçmüşdür. Həmin evin də ərazisində keçmiş həyat yoldaşı ilə birlikdə iki otaqlı kirayə vermək üçün ev inşa etmişlər. Təqribən 2009-cu ilin axırlarında keçmiş qaynanası hal-hazırkı mübahisə predmeti olan evin boş ərazisini onlara göstərərək bildirmişdir ki, o ərazidə ev tikə bilərlər. O, keçmiş həyat yoldaşı ilə birlikdə hal-hazırkı mübahisə predmeti olan evi inşa etməyə başlamışlar. Bunun üçün Zaqatala rayonunda olan torpaq sahəsi və üzərində inşa edilmiş evi satmışlar. Təqribən 10.000 (on min) manat dəyərində bütün qızıl-zinət əşyalarını satıb evin tikintisinə xərcləmişdir. Evin bütün divar işi, üstünün örtülməsi tamamlandıqdan sonra keçmiş qaynanası yaşadıqları evi özünün borclarına görə satmalı olmuş və onun həyətindəki inşa etdikləri 2 otağa görə də onlara 20.000 (iyirmi min) manat da pul vermişdir. Onlar da həmin məbləğə evin bütün işlərini tamamlamış və 2012-ci ildən həmin evə köçmüşlər. Həmin dövrdə nə torpağın, nə də evin sənədi olmamışdır. Keçmiş qaynanası onlarla yaşamamışdır. Bundan sonra onlar yenə də öz vəsaitləri hesabına evin həyətindəki boş ərazidə 2 ədəd 2 otaqlı ev inşa etmişlər. Həmin 2 ədəd 2 otaqlı evlərin çıxarışı yoxdur. Keçmiş qaynanası pandemiya dövrü 2020-ci ildə onlarla yaşamağa başlamışdır ki, tək qalmağa qorxur. Bu zamana qədər o, Bakı şəhəri Binəqədi rayon ərazisində yaşamışdır. Onlara köçərkən özü ilə qardaşı qızını da gətirmiş və onların mübahisəli günləri başlamışdır. Məhz qaynanasının səyləri nəticəsində ailəsi dağılmış, keçmiş həyat yoldaşı Rusiya Federasiyasına çıxıb getmiş, o isə iki uşaqla baş-başa qalmışdır. Hal-hazırda oğlu əskərlik xidmətindədir, qızı isə Universititet tələbəsidir. Evin keçmiş qaynanasının mülkiyyətinə keçməsi barədə heç bir məlumatı olmayıb. Bu evin keçmiş qaynanasına heç bir aidyyatı yoxdur. Yuxarıda evin tikintisi ilə bağlı ifadə etdikləri nə varsa hamsını məhkəmədə sübut edə bilər. Keçmiş qaynanasının mülkiyyətində olan evə və həyətdə tikdikləri evlərə keçmiş həyat yoldaşı ilə birlikdə ümumilikdə 100.000 (yüz min) manat məbləğində vəsait xərcləmişlər. Bu vəsait təkcə maddi deyil, həm də onun bütün həyatının mənəvi əzabıdır. Belə ki, o, normal qidalanmağı belə özünə rəva görməmişdir. Bütün gənc dövründə yalnız ev tikməklə məşğul olmuşdur. Bu yolda yuxarıda qeyd etdiyi kimi Zaqatala rayonundakı torpaq sahəsini, qızıl-zinət əşyalarını, keçmiş qaynanasının əvvəlki həyətində inşa etdikləri evin dəyərini evə xərcləmiş və öz əksini tapan qaimələri, usta xərclərini məhkəməyə təqdim edəcəkdir. Hal-hazırda həmin evlərin birgə dəyəri 150.000 (yüz əlli min) manatdan çoxdur. Bir sözlə keçmiş qaynanasının iddia ərizəsində guya evi aldığını göstərməsi açıq-aşkar yalandır. Keçmiş qaynanasının həmin evə 1 manat belə olsun əziyyəti yoxdur. Keçmiş qaynanası ilk öncə ailəsini dağıtdı, uşaqlarını başsız qoydu, indi də bütün həyatını maddi və mənəvi cəhətdən xərclədiyi evdən onu məhrum etmək istəyir. Buna nə Allah razı olar, nə də qanunlar. Sadəcə olaraq keçmiş qaynanası saxta mülkiyyət sənədləri əldə etdiyi üçün hüquqlardan suiistifadə edir. O isə evə çəkdiyi bütün xərcin 50%-ni ondan tələb edir. Abşeron rayon Məhkəməsi işə baxarkən qarşılıqlı iddia versə də məhkəmə qarşılıqlı iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, mübahisəli ev və torpaq sahəsi ##.##.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh Cavabdeh iddiaçının oğlu Əli Tosovla ##.##.2005-ci il tarixdə nikaha girmiş, 2023-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən nikah pozulmuşdur. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Tosova (Məmmədova) Zümrüd Yusif qızının onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və evin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir /bax bənd 6/.

23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh uzun müddət mübahisəli evdə yaşasa da, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onunla evin mülkiyyətçisi İddiaçı arasında notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Cavabdehin iddiaçının oğlu Əli Tosovla əvvəllər nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Mübahisəli ev və torpaq sahəsi hazırda iddiaçı İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır.

24. Qətnamə ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cavabdehin həmin əmlakdan istifadə edə bilməsinə dair hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranır ki, hazırki halda göründüyü kimi belə bir əsas yoxdur, cavabdehin iddiaçının oğlu ilə nikah münasibətlərinə xitam verilməklə bu əsas aradan qalxmışdır.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, qətnamənin ləğvi üçün əsas yoxdur, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar