Məhkəmə qərarları › İş №2(102)-2947/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2947/2025

06.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2947/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X18 və Sumqayıt Şəhər Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilidən çıxarma, hüquqdan sui-istifadə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üz rə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında 6 noyabr 2025-ci il tarixdə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsinin sədri Tamara Məmmədova tərəfindən tarix göstərilmədən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 8 sot torpaq sahəsi ayrılmış, hazırda həmin torpaq sahəsi Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşir. Komitə sədri həmin torpaq sahəsinə baxış keçirmiş və məl um olmuşdur ki, 2014-cü ilin mart ayından "xxxx" QSC tərəfindən İddiaçı əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsində qanunsuz tikilmiş 571 nömrəli fərdi yaşayış evində qeyd olunmuş şəxslər qeydiyyatsız yaşayır: Cavabdeh1 (ailə başçısı), Cavabdeh2 (həyat yoldaşı), X5 (qızı), X1 (qızı), X2 (qızı), X3 (oğlu), X10 (qızı), X7 (qızı). 2. "xxxx" QSC-nin infrastruktur departamentinin rəisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 198896 nömrəli məktubunda, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi ilə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun Pirşağı-Sumqayıt sərn işin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmiryolunun sözügedən ərazisində təhkim zolağının eni 26 metr müəyyən olunmuşdur. Təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə ona ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik v ə bağçılıq üçün istifadə edə bilər. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı 21 iyun 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur.

4. İddiaçı ilə Sumqayıt QİS arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 497 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq pa ylayıcı tərəfindən təqdim edilən hesab əsasən ödəyir.

5. Azərbaycan Dövlət Dəmir Yollarının “Yol xidmətinin rəisi” tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2001-ci il tarixli, P-87/1 nömrəli məlumatda qeyd olunmuşdiur ki, mövcud dövlət qanunları əsasında və yol rəisinin xx.xx.1979-cu il tarixli əmrin çərçivəsində 29 saylı dəmir yolunun altında dəmir yoluna məxsus torpaq sahəsini olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY Pirşağı-Sumqayıt mənzilinin mənzilinin 45 km pk 3+60 m-dən pk 3+85 m kimi artımı istiqamətində yolun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağ bostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir.

6. İddiaçı, X11, X21, X25, X19 tərəfindən tərtib edilmiş 16 dekabr 2005-ci il tarixli aktdan görünür ki, X20, İddiaçı, 7 (yeddi) sot ona m əxsus olan bağ sahəsindən satdı. 5.700 (beş min yeddi yüz) ABŞ dollara satmışdır. Akt həmin şəxslər tərəfindən imzalanmışdır.

7. Razılaşma adlandırılan xx.xx.2020-ci il tarixli sənədə əsasən, X18 (AZE********) özünə məxsus torpağı 8.000 (səkkiz min manat) məbləğində Cavabdeh1 (AZE********) satmışdır. X23, Cavabdeh1 və İlqar Şıxəliyev tərəfindən imzalanmışdır. 8. "xxxx" QSC-nin sədr müavini tərəfindən Sumqayıt regional Vəkil Bürosunun vəkili Nigar Hüseynovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-1/2- 2017/2023 nömrəli sorğuya cavabda qeyd olunmuşdur ki, qeyd edilən məsələ ilə əlaqədar araşdırma aparılmış və İddiaçı ADY-də işləməsi, habelə ona torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənəd aşkar olunmamışdır. Qeyd edilmişdir ki, dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahə ləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən bostan və tərəvəz becərilməsi, eləcə də örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərin qısamüddətli istifadəsinə verilə bilər. Sözügedən qərar qüvvəyə minənədək isə dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahələri dəmiryolçuların müddətsiz istifadəsinə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli qərarına uyğun olaraq Azərbaycan Dəmir Yolunun xx.xx.1979-cu il tarixli 29 nömrəli əmri əsasında bostan və tərəvəz becərilməsi, örüş və ot çalını məqsədləri üçün verilirdi və bu barədə onlara mək tublar göndərilməklə müvafiq rəsmiləşdirmə aparılırdı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və övladları X5, X1, X2, X3, X8, X4 "xxxx" QSC tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı daha sonra iddia ərizəsinə dəyişiklik edərək "xxxx" QSC tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ADDY tərəfindən xx.xx.1979-cu ildən ona torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində özünə məxsus fərdi yaşayış evi tikdirmişdir. Həmin evdə bir müddət ailəsi ilə birgə yaşasa da, daha sonra evi cavabdehlərə kirayə vermişdir. Lakin cavabdehlər uzun müddətdir ki, evin kirayə haqqını ona ödəməyiblər. Dəfələrlə kirayə haqqını ödəmədikləri üçün evdən çıxarılmalarını tələb etsə də, onlar bu tələbini yerinə yetirməyiblər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə təqdim etdiyi Sumqayıt Şəhər Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsinin aktında "xxxx" QSC tərəfindən iddiaçıya 8 sot torpaq sahəsi ayrıldığı, hazırda həmin torpaq sahəsi Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşir. Həmin torpaq s ahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, 2014-cü ilin mart ayından "xxxx" QSC tərəfindən ona əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsində qanunsuz tikilmiş 571 nömrəli fərdi yaşayış evində aşağıda qeyd olunmuş şəxslər qeydiyyatsız yaşayır. Cavabdeh1 (ailə başçısı), Cavabdeh2 (həyat yoldaşı), X5 (qızı), X1 (qızı), X2 (qızı), X3 (oğlu), X10 (qızı), X7 (qızı) "xxxx" QSC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə aldığı imtina məktubunda Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən onlara ayrılmış torpaq sahəsinə aidiyyatı qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun k ilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”-nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqqayırma normaları”-nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən dəmir yolunun sözügedən ərazisində təhkim zolağının eni 26 metr müəyyən olunmuşdur. Qeyd edilmişdir ki, təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə sizə ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik və bağçılıq üçün istifadə edilə bilər. Sözügedən qərara əsasən müəyy ən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir. ADDY-nin xx.xx.2001-ci il tarixli, P8711 nömrəli sənədində mövcud dövlət qurumları əsasında və yol rəisinin xx.xx.1979-cu il əmrin çərçivəsində 29 saylı dəmir yolun altında dəmir yoluna məxsus torpaq sahəsi olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY Pirşağı-Sumqayıt mənzilinin 45 km pk 3+60 m-dən pk 3+85m kimi artımı istiqamətində yolun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağbostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirmişdir ki, iddiaçının hüquq müəyyənedici sənədi var. İş materiallarına da əlavə edilmişdir. Belə ki, "xxxx" tərəfindən verilmiş sənədlərl ə sübut olunur ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində ev tikmiş, bir müddət həmin evdə yaşamadığına görə ev boş qalmasın deyə kirayə vermişdir. Lakin həmin evdə kirayə yaşayan cavabdehlər hazırda evdən çıxmırlar. Onlar evə dair çıxarış almaq üçün müraciət etmək istəyirlər. Qanuna görə iddiaçıya "xxxx"-dən verilmiş həmin sənədə əsasən çıxarış verilməsi mümkündür. Bununla əlaqədar onlar İnzibati Məhkəməyə müraciət etmək istəyirlər.

13. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, 2009-cu il tarixdə evi tikməyə başlamış və 2011-ci il tarixdə tikintini bitirmişdir. Lakin evdə yaşaya bilməmişdir. Onun böyük qızı vəfat etmiş, mərhum qızının uşaqlarına baxmağa başlamış, bu səbəbdən də evə gedib-gələ bilməmişdir. Ev boş qaldığı na görə kirayəyə vermək istəmişdir. Əvvəl evi bir rus qadına kirayəyə vermiş, sonra o, evdən çıxmış, ev yiyəsiz qalmışdır. Daha sonra xəstə olmuş, evlə bağlı problemlər yaranmışdır. Ona görə maklerlərə müraciət etmiş, makler isə hal-hazırkı cavabdehləri gətirmişdir. O, evi öncə cavabdehlərə 120 manata kirayə vermiş, Əlqismət bir müddət kirayə haqqını ödəmişdir. Daha sonra isə sərf etmədiyi üçün 300 manat kirayə haqqını artırmışdır. Cavabdehlər 120 manat kirayə haqqını bir il müddətinə ödəmişlər. Daha sonra görmüşdür ki, cavabdehlər kirayə haqqını verə bilmirlər. O, da evi satmaq istəmişdir. Cavabdehlər evi almaq istəmişlər. Onlara görə 25.000 manata razılaşmışdır. Ona 10.000 manat vermişlər. Daha sonra isə nə pulun qalan hissəsini, nə də kirayə haqqını ödəməmişlər. Pulu istəyəndə də ona de mişdir ki, “benzin ilə səni yandıracam.” Ondan sonra isə ünvana getməmiş, 10.000 manat onda qalmışdır. Həmin məsələdən sonra yeddi, səkkiz il keçmiş, heç bir ödəniş etməmişlər. Həmin torpağın ona aid olduğunu təsdiq edən sənədlər vardır. Ona 7 sot torpaq sahəsi verilmiş, lakin o, 4 sot yarım sahədə torpaq sahəsi tikdirmişdir. Torpaq sahəsi altı sotdur.

14. İddiaçı məhkəmə iclaslarında izahat verərkən həmçinin göstərmişdir ki, o, torpağın mühafizə zolağında yerləşməsini və orada ev tikilə bilməyəcəyini bilməmişdir. (Cild 1, i.v. 3637). Həmçinin iddiaçı digər izahatında göstərmişdir ki, 2005-ci ildə o, Paşayevdən 7 sot torpaq almışdır. 7 sotdan 1 sotu yola gedib. 6 sot onda olmalıdır. Amma əslində onun evi 4,5 sotun içindədir. Torpağı 5.700 dollar pul verib alıb. Əslində torpaq ona Dəmir Yol ları İdarəsindən verilib. Qızı rəhmətə getmiş, başı qarışmış, dalınca düşməmişdir. Lakin belə olsa qalan torpağını, yəni 6 sotu da tələb edəcək. (Cild 1, i.v. 47).

15. Məhkəmə iclasında Cavabdeh1 vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, "xxxx" QSC-nin nümayəndəsi iştirak etməli və tərəflərindən verilmiş iki ziddiyyətli sənədə aydınlıq gətirməli idi. Məhkəməyə səs yazıları olan disk təqdim etmişlər. Orada iddiaçı bildirir ki, hissə-hissə on min manat pul və bütövlükdə on min pul alınmışdır. 25.000 manata razılaşılmış, 20.000 manat pul vəsaiti ödənilmiş, 5.000 manat pul vəsaiti isə qalmışdır. Əgər o evi almasa idilər, evin üzərinə o qədər xərc qoyub evi təmir etməzdilər. 5.000 manat borcları qalmışdır. 5.000 manat məbləğə dair də razılaşma olmuşdur ki, hissə-hissə ödəniləcəkdir. Ödənilən vaxtda isə iddiaçı demişdir ki, evdən çıxsınlar. Evin iddiaçının olduğunu təsdiq edirlər. Belə ki, bu işin mübahisəsiz halıdır. Əgər on min məbləğində vəsait ona hissə-hissə verilməsəydi iddiaçı onları beş il həmin mənzildə yaşamağa icazə verməzdi. Pul məbləği ilə bağlı ayrıca icraat qaydasında müraciət edəcəkdirlər. Evin təmirinə on min manat xərc çəkmişlər. Torpaq bütünlüklə Camalın olmuş, daha sonra 7 sot torpaq sahəsini iddiaçıya satmış, evi də elə tikmişdir ki, onun bir hissəsi Camalın torpaq sahəsinə düşmüşdür. Mübahisəli torpaq sahəsini isə Əliqismət ona görə almışdır ki, evi Dilrubə xanımdan aldığı və həmin evin bir hissəsinin digər torpaq sahəsinə düşdüyü üçün həmin torpaq sahəsini də 2020ci il tarixdə almışdır.

16. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmiş dir ki, sonuncu 10.000 manatı, yəni bütövlükdə 20.000 manatı 2021-ci ilin mart ayının 18-i vermişlər. Üç və yaxud dörd ay sonra iddiaçı gəlmişdir ki, yerdə qalan 5.000 manat məbləği də versinlər. Onlar isə demişlər ki, hal-hazırda imkanları yoxdur. Bir müddət özlərini toparlamaq üçün vaxt istəmişlər. İddiaçı isə sonra demişdir ki, ona ümumiyyətlə heç bir vəsait verilməmişdir. Evin qiymətini 25.000 manata razılaşmışlar. 2014-2015-ci il tarixlərində il ərzində 120 manat ödəməklə kirayə yaşamışlar. 2015-ci ildən 2020-ci ilədək hissə-hissə 10.000 manatı, daha sonra isə bütöv olaraq 10.000 manatı ödəmişlər.

17. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X18 və Sumqayıt Şəhər Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismin də işə cəlb edilmişlər.

18. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camal Paşayev izahat verərək bildirmişdir ki, 2005-ci il tarixdə maklerlərin köməyi ilə evi Dilrubə xanıma satmışdır. Həmin torpaq sahəsi onun atasında qalmış və ümumillikdə 24 sot torpağı olmuş, lakin sənədləri olmamışdır. 7 sot torpağı iddiaçıya satmışdır. Alınan məbləğin 500 dollarını maklerlərə vermişdir. Dəfələrlər gəlmişlər ki, torpaq sahəsi düz ölçülməmişdir. O, isə qalan torpaq sahəsini yəni, 4 sotu Əliqismət müəllimə satmışdır. Onun torpağının 40 kv.metri iddiaçının evinə düşür.

19. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, tərəflərin təqdim etdiyi “Azərb aycan Dəmir Yolları QSC” tərəfindən verilmiş hər iki məktubla tanışdır. Lakin işə gec qoşulduğuna görə münasibət bildirə bilməmişdir.

20. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, qərardadda qoyulan sualları cavablandıra bilən rəyin alınması mümkün olmamışdır.

21. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli, 10/3810 nömrəli tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd olunmuşdur ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları və mütəxəssis rəyi təqdim edilməli idi. Lakin, müvafiq rəy 1 aydan ç ox müddət keçməsinə baxmayaraq təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır.

22. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6827 nömrəli ekspert rəydə qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsinə göstərilənləri, o cümlədən iddiaçıya ayrılmış torpaq sahəsinə dair sxem, çizgi, ayrı aktı və s. həmin sənədə əlavə edilmədiyini, həmçinin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmadığını nəzərə alaraq, qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır.

23. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-275/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlərin övladları ilə bir likdə dəmir yolunun PirşağıSumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 mdən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları qət edilmişdir (hakim Aynur Behbudova).

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququ ndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. İnşa olunmuş tikili iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, müəyyən olunmuş məsafə daxilində təhkim zolağında yerləşir. Məhkəmə hesab etmişdir ki, ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə bu qənaətinin əsaslı olması ilə bağlı həm də qeyd etmişdir ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir. Cavabdehin iddiaçı tərəfindən inşa edilmiş mənzildə tərəflərin b ildirdiklərinə əsasən işin mübahisə edilməyən halı olaraq ödədiyi məbləğ və mənzildə yaşayarkən təmir və bərpa xərclərinin tələb etmək hüququ məhkəmə müdafiəsindən istifadə imkanından məhrum etməyərək, iddia tələbi ilə vurulmuş zərərin ödənilməsi ilə müraciət etmək imkanından məhrum etmir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Konstitusiyanın 13.1-ci, Mülki Məcəllənin 152.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qə rarına, eləcə də Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

26. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1035/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, cavabdehlərin övladları ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmi ş 45 km pk 3+60 m-dən pk 3+85 mdək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, iddiaçının istifadəsində olmuş 8 sot torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması, iddiaçıdan 20.000 manat pul məbləğinin alınaraq Cavabdeh1 verilməsi, qətnamənin cavabdehlərin övladlarının çıxarılması və iddiaçıdan 20.000 manat pul məbləğinin Cavabdeh1 verilməsi hissəsində eyni vaxta icra edilməsi qət olunmuşdur (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə). c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. Qətnamədən iddiaçı (Vəkil3) və Cavabdeh1 (vəkili Vəkil5) kassasiya şikayətləri vermişlər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-4053/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1035/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Zəki Babayev (məruzəçi), Zaur Əliyev və Vüsalə Baxışova).

30. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, torpaq sahəsinin və onun üzərində olan evin iddiaçıya məxsus olması və cavabdehin övladları ilə birlikdə iddiaçının istifadəsində olmuş 8 sot torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması ilə bağlı b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, həmin hissədə birinci instansiya məhkəməsi ilə eyni nəticəyə gəlməklə yanaşı, iddiaçıdan 20.000 manat pul məbləğinin alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi həmin nəticəni əsaslandırarkən qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar ilə bağlı müqavilə notariat qaydada təsdiq edildikdən sonra həmin əmlak üzərində hüquqlar yaranır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikili (fərdi yaşayış evi) iddiaçının mülkiyyətində olmadığından, həmin əmlak barəsində iddiaçının cavabdehlə alğı-satqı müq aviləsi bağlamaq hüququ da olmamışdır.Göründüyü kimi, tərəflər arasında mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikiliyə (fərdi yaşayış evinə) dair bağlanmış əqd qanunla müəyyən edilmiş forma tələblərinə uyğun olmadığına görə əhəmiyyətsiz əqd olmuş və iddiaçının mövcud tələbi də əslində əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddiadır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı torpağın və üzərindəki evin satışı ilə bağlı cavabdehlə razılığa gələrək əvvəlcə 10.000 manat aldığını, digər aldığı 10.000 manatın isə kirayə haqqı olduğunu bildirmişdir. Lakin buna etiraz edən Cavabdeh1 həmin evdə 2014-cü ildən hər ay 120 manat ödəməklə kirayə qaldığını, 2015-ci ildə razı laşmalarına əsasən ilkin 10.000 manat ödəniş etdiyini, sonra 10.000 manat pulu hissəhissə iddiaçıya ödədiyini, yerdə qalan 5.000 manatı isə ödəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən tərəflər arasındakı telefon danışığı ilə bağlı qeydə alınmış diskdəki səs yazılarına istinad edərək qeyd etmişdir ki, danışıqlar dinlənilmiş, həmin səs yazısına əsasən Cavabdeh1 tərəfindən iddiaçıya əvvəlcə nağd şəkildə 10.000 manat, daha sonra hissə-hissə 10.000 manat verilməsi öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə tərəflər arasında şifahi qaydada olan razılaşma əhəmiyyətsiz hesab edildiyindən, həmin razılaşma üzrə cavabdeh tərəfindən ödənilmiş 20.000 manat pul məbləği iddiaçıdan alınaraq Cavabdeh1 qaytarılmalı və qətnamə onların çıxarılmaları ilə pulun verilməsi hissəsində eyni v axta icra edilməlidir. Həmçinin, iddiaçı tələbinin əsası kimi 8 sot torpaq sahəsinin ona "xxxx" QSC tərəfindən xx.xx.1979-cu ildən ayrıldığını bildirərək bununla bağlı sübut kimi Azərbaycan Dövlət Dəmir Yollarının “Yol xidmətinin rəisi” tərəfindən ona ünvanlanmış xx.xx.2001-ci il tarixli, P-87/1 nömrəli məlumatı təqdim etsə də, apellyasiya instansiya məhkəməsi həmin məlumatın, iddiaçının ADY-də işləməsi, habelə ona torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənədin aşkar olunmaması ilə bağlı "xxxx" QSC-nin sədr müavini tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-1/2- 2017/2023 nömrəli məktubda qeyd olunan işin halları ilə təkzib olunmasına diqqət yetirməmiş, göstərilən ziddiyyətin aradan qaldırılması ilə bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan sübutlara qarşılıqlı şəkild ə hüquqi qiymət verilməmişdir

31. Eyni zamanda, iş materiallarında 2005-ci ildə 7 sot torpaq sahəsinin iddiaçıya, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş X18 tərəfindən 5.700 ABŞ dolları məbləğinə satılması barədə aktın mövcud olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahəsinin iddiaçıya "xxxx" QSC tərəfindən verilmiş torpaq sahəsi, yaxud Camal Paşayev tərəfindən satılmış torpaq sahəsi olub-olmamasını araşdırmamış, bu məqsədlə tərəflərin, o cümlədən "xxxx" QSC-nin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirməmiş, işdə olan həmin sübutlara hər hansı hüquqi qiymət verməmişdir. Həmçinin mü bahisəli torpaq sahəsinin ona "xxxx" QSC tərəfindən xx.xx.1979- cu ildə ayrılmışnı iddia edən iddiaçının 2005-ci ildə Camal Paşayevdən pul ödəyərək 7 sot torpağı nə məqsədlə alması aydınlaşdırılmamışdır d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etmək üçün hər hansı bir hüququ olmadığı halda məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə müvafiq qərardad qəbul etməli idi. İşin hallarına da əsasən, iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüququnun olması barədə həm Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, həm də bu torpaq sahəsinin Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinə müvafiq sorğular verils ə də hər iki dövlət qurumu tərəfindən bu torpaq sahəsinə dair İddiaçı adına hər hansı bir sənədin verilmədiyi barədə arayışlar məhkəməyə təqdim edilmişdir. Yəni məhkəmə araşdırması zamanı iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüququnun olması ilə əlaqədar hüquqmüəyyənedici sənədinin olmaması öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq məhkəmə qəbul etdiyi qətnamənin nəticə hissəsində iddiaçı üçün ayrılmış 8 sot torpaq sahəsində və həmin sahədə tikilmiş tikililərdən çıxarılmağını göstərmişdir. Məhkəmənin qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində məhkəmə yalnız Sumqayıt Şəhər Bələdiyyəsi üzrə bir saylı məhəllə komitəsi tərəfindən tərtib edilmiş akta istinad etmişdir ki, bu aktla da iddiaçının adına hər hansı bir torpaq sahəsinin olmasını təsdiq edən hüquqisənəd kimi qəbul edilməsi yolverilməzdir. Çox qəribədir ki, "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda da İddiaçı heç vaxt bu təşkilatda işləmədiyi və ona hər hansı bir torpaq sahəsinin ayrılmadığı açıq-aydın göstərilmişdir. Amma iddiaçı özü iddia ərizəsində xx.xx.1979cu il tarixindən ona ADDY tərəfindən 8 sot torpaq sahəsinin ayrıldığını bildirmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi X6 torpaq sahəsinin alınması barədə tərtib edilmiş aktın məhkəməyə təqdim edilməsi onun iddia ərizəsində göstərdiyi hal ilə, yəni güya ki, həmin torpaq sahəsinin ona ADDY tərəfindən 1979-cu il tarixində ayrılması ilə əlaqədar fikri ilə tamamilə ziddiyyət təşkil edir. Əgər bu torpaq sahəsi həqiqətən ona 1979-cu il tarixində ADDY tərəfindən ayrılmışdısa onda həmin torpaq sahəsinə görə 2005-ci ildə X12 p ul ödəyərək həmin torpaq sahəsinin alınmasına nə zərurət var idi. Təkcə bu faktın özü iddiaçının işin halları ilə əlaqədar yalan ifadə verdiyini və öz mənafeyi naminə məhkəməni də aldatdığını sübut edir. Ona görə də onun digər ifadələrinin də bu səpkidə, yəni öz mənafeyi naminə həm yalan ifadələr verərək, həm məhkəməni, həmdə proses iştirakçılarını aldatdığını sübut edir. Çox qəribədir ki, mülki işin materiallarında iddiaçının iddia ərizəsinə göstərilən halları təkzib edən yetəri qədər sübut olmasına baxmayaraq məhkəmə əsassız olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Həmçinin iddiaçı iddia ərizəsində yenə də məhkəməni aldadaraq guya ki, bu mənzili onlara kirayə verdiyini bildirmiş, lakin əslində həmin mənzili onlara nisyə şəklində satmışdır. Bununla əlaqədar iddiaçı ilə araların da olan telefon danışıqlarının yazıldığı diski məhkəməyə təqdim etsələr də məhkəmə tərəfindən bu işin daha ədalətli və obyektiv baxılması üçün bu diskin açılaraq məhkəmədə dinlənilməsi üçün şərait yaradılmamış və müvəqqəti texniki nasazlığı aradan qaldıraraq həmin səs yazılarına qulaq asmaq imkanı olduğu halda məhkəmə buna şərait yaratmamışdır. Eyni zamanda işin hallarından xəbərdar olan şahidlər də məhkəmə zalında dindirilməmişlər. Bundan başqa məhkəmə tərəfindən iddia müddəti də tətbiq edilməmişdir. Belə ki, iddiaçının özünün iddia ərizəsində göstərdiyinə görə onun iddiasının mahiyyəti kirayə müqaviləsindən irəli gələn öhdəliklərlə əlaqədar olduğu üçün və onlar arasında yaranan münasibətlər 2014-cü ildən, yəni bu iddianın məhkəməyə verilməsindən 8 il sonra, yəni iddia müddəti ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Mülki Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Qeyd olunmalıdır ki, özü hüquqşünas olmadığı üçün iddia müddətinin nə olduğundan və onun tətbiqinin hansı hüquqi nəticələr gətirib çıxaracağından məlumatı olmadığı üçün birinci instansiya məhkəməsində proses gedən zaman həmin ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin onun hüquqlarını müdafiə edən vəkil də bununla əlaqədar ona heç bir məlumat vermədiyi üçün yalnız bu günlərdə başqa bir vəkilə müraciət etdikdə iddia müddətinin mahiyyəti ilə tanış olmuşdur. Ona görə də indi həmin ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə həmçinin iddiaçının əmlakdan istifadə hüququna da istinad edərək bu qətnaməni qəbul etmişdir. Lakin işin hall arından da görünür ki, iddiaçının həm torpaq sahəsinə, həm də bu torpaq sahəsində inşa edilmiş tikililərə mülkiyyət hüququ olmadığı kimi istifadə və sahiblik hüququ da yoxdur. Özünün də etiraf etdiyi kimi 2014-cü ildən bu günə kimi həm bu torpaq sahəsi, həm də bu torpaq sahəsində inşa edilmiş tikililər onların istifadəsində və sahibliyindədir. Həmçinin mülki işin sənədlərindən də görünür ki, məhkəmə tərəfində bir neçə dəfə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin iddiaçının bu torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün bütün məhkəmə qərardadları icra olunmamış geri qaytarılmışdır. İşin yuxarıda sadalanan hallarından açıq-aydın görünür ki, məhkəmənin bu qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə q əbul edilməlidir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Mülki işin sənədlərindən də görünür ki, o, faktiki olaraq bu fərdi yaşayış evini almış və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Yəni, faktiki olaraq həmin evdən istifadə edir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən bu nəzərə alınmamış və bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 158-ci maddəsinin tələbləri pozulmuşdur. İşin hallarından da görünür ki, mübahisə predmeti olan torpaq sahəsi "xxxx" QSC-nin ərazisinə aid olduğu üçün bu iddia ilə də yalnız həmin təşkilat məhkəməyə müraciət edə bilər. Yəni hal-hazırkı iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Lakin məhkəmə tərəfindən buna düzgün qiymə t verilməmiş və bununla da Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşin hallarından da görünür ki, onlar arasındakı münasibətlər 2014-cü ildə yaranmış, lakin iddiaçı 2023-cü ildə, yəni 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Təbii ki, kirayə haqqına görə borcun 8 ildən sonra tələb edilməsi də nə məntiqə, nə də işgüzar adətlərə uyğun deyildir. Buna görə də məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli idi. Lakin məhkəmə tərəfindən bu edilməmiş və bununla da Mülki Məcəllənin 373.3-cü maddəsinin tələbləri pozulmuşdur.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-401/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməmişdir (hakimlər: Lalə Rəhimli – sədrlik edən və məruzəçi, Almaz Süleymanova, Fuad Məmmədov).

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı cavabdehlərə qarşı iddia tələbində "xxxx" QSC tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmiş, iddia tələbinin əsası kimi "xxxx" QSC tərəfindən xx.xx.1979-cu ildən ona 8 sot torpaq sahəsi verilməsini, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikməsini, evi 2014-cü ildə cavabdehlərə hər ay 120 manat ödəmək şərti ilə kirayəyə verdiyini, bir il ərzində cavabdehlərin kirayə haqqını ödədiklərini, daha sonra kirayə haq qını ödəmədiklərinə görə evi 25.000 manat məbləğinə cavabdehlərə satmağa razılaşdıqlarını, Cavabdeh1 ona ilkin ödəniş kimi 10000 manat verməsini, daha sonra isə nə pulun qalan hissəsini, nə də kirayə haqqını ödəmədiklərini qeyd etmişdir.

35. Cavabdeh1 isə iddiaya etirazlarının əsası kimi, iddiaçıya məxsus olan evi onunla razılaşaraq 2014-cü ildə 25000 manat məbləğinə aldığını, ilkin ödəniş kimi 10000 manat ödədiyini, qalan məbləği isə hissə-hissə ödəmək barədə razılığa gələrək həmin borcdan 10000 manat hissəsini də iddiaçıya hissə-hissə ödədiyini, iddiaçıya cəmi 5000 manat borcunun qalmasını, qalan məbləği hissə-hissə ödəməklə bağlı iddiaçı ilə razılıqlarının olmasına baxmayaraq iddiaçının hazırkı iddianı qaldırdığını, evin təmirinə on min manat xərclədiklərini, iddiaçı ilə qalan borcun hi ssə-hissə ödənilməsi barədə razılıqları olmadığı halda evi təmir etdirmələrinin əhəmiyyətsiz olmasını, iddiaçıya ilk olaraq 10000 manat ödəməsini onun qəbul etməsini, qalan 10000 manat pulu ödəməsini iddiaçının qəbul etməsini isə iddiaçı ilə arasında olan telefon danışığını əks etdirən diskdəki danışığı ilə təsdiq olunduğunu, iddia predmeti olan daşınmaz əmlakın özbaşına tikili olmasını, iddiaçının ona məxsus torpaq sahəsindən onların məcburi qaydada çıxarılması tələbi ilə bağlı iddia irəli sürülməsi üçün ilk öncə mülkiyyətçisi olmalı olmasını, lakin iddiaçının nə qeyd olunan fərdi yaşayış evinə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmamasını, iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədinin olmamasını, bununlada onu n həmin ev ilə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququnun olmamasını, əslində torpağın bütünlüklə üçüncü şəxs Camal Paşayevə məxsus olmasını, Camalın 7 sot torpaq sahəsini iddiaçıya satmasını, evin bir hissəsinin Camalın torpaq sahəsinə düşməsini, Camaldan onun da torpaq almasını, mübahisəli torpaq sahəsini də iddiaçıdan bu məqsədlə öz torpağı ilə birləşdirmək üçün aldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, "xxxx" QSC-nin İnfrastruktur Departamentində yol ustası vəzifəsində işləyən X16 iştirakı ilə yerində baxış keçirmiş və baxış zamanı Sumqayıt şəhəri, Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində mübahisəli torpaq sahəsinin və onun üzərində fərdi yaşayış evinin olması, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin hasarla iki hissəyə ayrılması, evin bir hissəsinin hasarın digər tərəfinə düşməsi, evin girişinin əvvəlcə yan hissədən olması, daha sonra həmin girişin bağlandığı və yeni girişin açıldığı, evə kərpiclə artım edildiyi müəyyən olunmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 torpaq sahəsini 2005-ci ildə Camal Paşayevlə akt bağlayaraq 8000 manat ödəniş etməklə aldığını, hasarın digər tərəfində toyuq saxladığını, torpaq sahəsinin 4 sotunun hasarın digər üzündə yerləşdiyini və həmin hissəni Camaldan aldığını, 4.5 sotu isə Dilrubədən aldığını, əvvəlcə evin girişinin yan hissədən olduğunu, daha sonra həmin girişi bağlayaraq g irişi digər tərəfdən açdığını, kərpiclə tikilən hissənin sonradan artırıldığını bildirdi. Yerli baxış iclasında iştirak edən mütəxəssis Tofiq Qasımov verilmiş suallara cavab olaraq bildirmişdir ki, dəmiryolu xəttindən başlayaraq 28 metr məsafə mühafizə zonasına düşdüyünü, həmin 28 metrlik sahənin "xxxx" QSC-yə, qalan hissənin isə vətəndaşlara məxsus olduğunu bildirdi. Daha sonra Cavabdeh1 həmin 28 metr məsafənin torpaq sahəsini ayıran hasarda bitdiyini bildirdi. Sədrlik edən tərəfindən verilmiş suallara cavab olaraq iddiaçı evi cavabdehlərə təhvil verərkən kərpicli tikilinin mövcud olmadığını, onun verdiyi pul ilə Cavabdeh1 tərəfindən tikildiyini, hasarı özünün çəkdiyini, hasarın digər tərəfinin Camala məxsus olduğunu, Camaldan icazə alaraq hasarı qabağa çəkdiyini, Camalın 2 bacısı hayküy saldığına və qarğış etdiyinə görə halallıq məqsədilə onlara 5700 ABŞ dolları verdiyini, heç vaxt "xxxx" QSC-də işləmədiyini, bir tanışının köməkliyi ilə torpaq sahəsini əldə etdiyini bildirmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikili (fərdi yaşayış evi) barəsində cavabdehlə alğı-satqı müqaviləsini bağlamağa subyektiv hüququnun olub-olmamasına qiymət verərək hesab etmişdir ki, iddiaçının sahibliyində olmuş torpağa dair mülkiyyət hüququ olmasa da, həmin torpaq üzərində olan özbaşına tikili olan fərdi yaşayış evinin ilkin olaraq iddiaçı tərəfindən inşa edilməsi işin mübahisəsiz halı olduğundan, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

38. Kollegiya Cavabdeh1 ailəsi ilə birlikdə mübahisəli evdə 2014-cü ildən uzun müddət yaşamalarını, evə və torpaq sahəsinə faktiki sahiblik etmələrini, iddiaçı tərəfindən 2015-ci ildə nisyə olaraq pulunu hissə-hissə ödəmək şərti ilə mübahisəli əmlakın cavabdehlərə satmasını, evə görə razılaşdırılmış məbləğin bir hissəsinin Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməsini, iddiaçının isə qalan hissədə pulu cavabdehlərdən ala bilməməsini nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi əslində cavabdehin ona ödəməli olduğu pulun qalan hissəsinin alınmasına yönəlmişdir.

39. Kollegiya 8 sot torpaq sahəsinin iddiaçıya "xxxx" QSC tərəfindən xx.xx.1979-cu ildən ayrılması barədə xx.xx.2001-ci il tarixli, P-87/1 nömrəli məlumat ilə torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənədin aşkar olunmaması ilə bağlı "xxxx" QSC-nin sədr müavini tərəfindən verilmiş xx.xx.2023 - cü il tarixli, 13-1/2 2017/2023 nömrəli məktub arasında yaranmış ziddiyyətlə bağlı qeyd etmişdir ki, iddiaçı öz izahatında heç vaxt "xxxx" QSC-də işləmədiyini və torpağın ona tanış şəxs vasitəsi ilə sahibliyinə verilməsini etiraf edərək həmin ziddiyyəti aradan qaldırmışdır.

40. Məhkəmə kollegiyası iş materiallarında X18 tərəfindən 2005-ci ildə 7 sot torpaq sahəsinin 5.700 ABŞ dolları məbləğinə iddiaçıya satılması barədə aktı araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya məxsus olmuş tikilinin bir hissəsi "xxxx" QSC tərəfindən verilmiş torpaq sahəsinə (mühafizə zonasına) digər hissəsi isə Camal Paşayeva məxsus torpaq sahəsinə düşdüyündən, iddiaçı məcbur olub Camal Paşayev ilə həmin torpağa dair razılaşma bağlamış, torpağa görə 5700 ABŞ dolları ödəmişdir.

41. Məhkəmə kollegiyası hazırkı müb ahisəni həll edərkən və cavabdehlərin mübahisəli tikilidən çıxarılması məsələsinə qiymət verərkən, cavabdehlərin 2014-cü ildən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsini və yaşamasını, iddiaçının buna qarşı heç bir tələbinin olmamasını, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərclərin faktiki cavabdehlər tərəfindən ödənilməsini (abonent kodları iddiaçının adına olsa da), həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsinin iddiaçıya ödənilməsini, iddiaçı ilə cavabdehin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən tərəflər arasında telefon danışığını əks etdirən danışıqları nəzərə almışdır.

42. Apellyasiya məhkəməsinin ikinci icraat zamanı tərəflər arasındakı telefon danışığı ilə bağlı qeydə alınm ış CD diskdəki səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Həmin səs yazısına əsasən Cavabdeh1 tərəfindən iddiaçıya əvvəlcədən nağd şəkildə 10000 manat, daha sonra birdəfəlik 10000 manat məbləğində pul vəsaitin verilməsi öz təsdiqini tapmışdır. Lakin səs yazısında və məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş izahatından aydın olur ki, iddiaçı özbaşına tikilinin satılması ilə bağlı yalnız 10000 manat pul vəsaitinin ona verilməsini etiraf etmiş, digər daha əvvəl alınmış 10000 manat məbləğində pul vəsaitinin cavabdehlərin həmin tikilidə uzun müddət yaşadığına görə kirayə haqqı (hər ay üçün 120 manat kirayə haqqı nəzərə alınmaqla) kimi qəbul etmişdir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iddianın təmin edilməməsi gələcəkdə iddiaçının özba şına tikiliyə görə cavabdeh tərəfindən ödənilməmiş pul vəsaitini tələb etmək hüququnu istisna etmir.

44. Məhkəmə kollegiyası araşdırma zamanı iddiaçının hazırkı mübahisə ilə bağlı digər tələblərlə məhkəməyə müraciətinin olmasını müəyyən etməmişdir.

45. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi tərəfindən işin mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmadan, cavabdehlərin torpaq sahəsindən və özbaşına tikilidən çıxarılmasına dair iddiası təmin edilmişdir.

46. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini nəzərə almadan, qətnaməni qəbul edərkən, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyət i müəyyən etməmişdir.

47. Məhkəmə kollegiyası nəzərə almışdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

48. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76- cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

49. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

50. Kollegiya əlavə etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-275/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

53. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ədalətsizdir. Belə ki, iddiaçı cavabdehlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Əgər cavabdehin pul tələbi var idisə cavabdeh gedib iddiaçıya qarşı pul tələbi ilə bağlı ayrıca iddia qaldıra bilərdi. Həmçinin ha kim evin bazar qiymətinin qiymətləndirilməsi ilə də bağlı hər hansı araşdırma aparmamış və ekspertiza keçirməmişdir. Apellyasiya instansiyası məhkəməsi işi düzgün araşdırmamış, işin hallarına düzgün qiymət verməmişdir. Həmçinin işə baxan məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbinə zidd olaraq, iş birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdən mövcud olan və həmin vaxt təqdim edilməsi mümkün olan sübutu apellyasiya icraatı zamanı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

55. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

56. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

57. Maddə 146.2. Daşınmaz əm lak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

58. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

59. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

60. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

61. Maddə

160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

62. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

63. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

64. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

65. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnu n olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

66. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

67. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

68. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfind ən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

69. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

70. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələbl ərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

71. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

72. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

73. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

74. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

75. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəm ənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

76. Maddə

67. Hissə İV. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.

80. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

83. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Kassasiya kollegiyası iddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.7-ci ma ddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Baxılan işdə apellyasiya kollegiyası işin müəyyən edilmiş faktiki halları baxımından ekspertiza təyin olunmasına əsaslar müəyyən etməmişdir.

87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

90. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Vüqar Həsənov Əhməd Əhmədov İspəndiyar Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar