Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-96/2026 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(1-8)-96/2026 (Açar sözlər: “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdə n ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)- 224/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Saatlı rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və anası X8 birgə mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmiş, qərar əsasında JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmiş, şəhadətnamədə torpaq üzərində 98,4 kvadrat metr yaşayış sahəsinin olduğu göstərilmişdir. 2. 10 iyun 2004-cü il tarixdə Saatlı rayonu, H.B.Zər dabi küçəsində yerləşən fərdi yaşayış evi 1 yaşayış otaqlı, ümumi sahəsi 29,25 kv.m olmaqla X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Qeydiyyat vəsiqəsində qeydiyyata əsas kimi Saatlı Rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamı göstərilmişdir. 3. 11 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən Saatlı şəhəri, H.B.Zərdabi küçəsi 1285,2 kvadrat metr torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş bir mərtəbəli bir otaqlı ev Məmmədova Ticarət Əzizulla qızına on milyon manata satılmışdır.
4. Bir gün sonra 11 iyun 2004-cü il tarixdə satılmış mənzil 4 otaqlı, ümumi sahəsi 171 kvadrat metr olan yaşayış sahəsi kimi Ticarət Məmmədovanın adına qeydiyyata alınmışdır. 5. 29 iyun 2004-cü il tarixdə Siyarə Feyziyeva ölmüşdür.
6. Məmmədova Ti carət Əzizulla qızı 19 avqust 2004-cü il tarixdə sözügedən mənzili 1323,3 kvadrat metr sahədə yerləşən, 1961-ci ildə tikilmiş 4 otaqlı mənzil kimi X9 on doqquz milyon manata satmışdır. Tərbiyə Fətiyeva 27 dekabr 2021-ci ildə ölmüşdür. Hazırda mənzildə sonuncunun kürəkəni Cavabdeh (cavabdeh) yaşayır.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsindən iddiaçıya bildirilmişdir ki, JN 1237A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə dair hər hansı əməliyyat aparılması ilə bağlı məlumat aşkar olunmamışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3333 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İş materiallarında adı çəkilən- "11 iyun 2004-cü il tarixli müqaviləyə əsasən X12 tərəfindən Məmmədova Ticarət Əzizulla qızına satılmış torpaq sahəsi və "Saatlı Rayon İHB-nın 12 aprel 2004-cü il tarixli, 72 nömrəli sərəncamına əsasən X10 ayrılan torpaq sahəsi həmçinin, JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi üzərində alqı-satqı, bağışlanma və həmin torpaq sahələrinə dair Hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyest ri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mövcud arxiv materialları və elektron kadastr məlumat bazasında hər hansı bir əməliyyatın aparılması ilə əlaqədar məlumat aşkar olunmamışdır. Lakin iş materiallarında adı çəkilən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin arxivində mövcud olan JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evi eynidir. Yəni sözügedən JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd edilən X12 və Əliyev (Feyziyev) Mübariz Qəribağa oğlunun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.04 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür və ya eyni ərazidir. Həmin şəhadətnamənin koordiatinatları və digər texniki göstəricələri elektron kadastr məlumat bazasında mövcuddur. Sənəd üzrə və faktiki koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında onlara məxsus 0.04 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq iddi açının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq göstərmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında olmuş və yaxın vaxtlarda Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən cavabdehin istifadə etdiyini, fərdi yaşayış evinin isə satıldığını öyrənmişdir. Cavabdeh uzun müddətdir ki, qeyd etdiyi yaşayış evini və torpaq sahəsini istifadə edir. O, həmin yaşayış evi və torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını cavabdehdən tələb etməsinə baxmayaraq, cavabdeh yaşayış evi və torpaq sahəsini qaytarmamış, qanunsuz istifadəsini davam etdirmişdir. Fərdi yaşayış evinin satılmasından məlumatı olmamış, onun razılığı olmadığı halda yaşayış evi al qı-satqı edilmiş, nəticədə mülkiyyət hüququ pozulmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o və ailə üzvləri, həqiqətən də, iddiaçının iddia etdiyi ünvan 1 ünvanda 0.04 hektar torpaq sahəsini istifadə edir və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayırlar. Lakin həmin evi iddiaçının mərhum anası X12 11 iyun 2004-cü ildə Məmmədova Ticarət Əzulla qızına, sonuncu isə 19 avqust 2004-cü ildə onun qayınanası X2. Tərbiyə Fətiyeva həmin evi alqı-satqı etdikdən sonra yaşamağa yerləri olmadığından ona və ailə üzvlərinə istifadəyə vermişdir. Onun və ailə üzvlərinin torpaq sahəsinə və fərdi yaşayış evinə dair hər hansı sənədləri yoxdur.
12. Saatlı Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(055)-1043/2022 saylı qətnaməsi ilə (hakim M.S.Sadıqov) iddia qismən təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi iki hissədən-torpaq sahəsindən çıxarma və fərdi yaşayış sahəsindən çıxarmadan ibarətdir. Mübahisəli yaşayış sahəsi X8 adına qeydiyyatdan keçəndən sonra iki dəfə alqı-satqının predmet i olmuşdur.
14. JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi X12 ilə yanaşı iddiaçının da mülkiyyətidir. Həmin şəhadətnamə hazırda da qüvvədədir. Cavabdehin isə torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də, iddiaçının mülkiyyət hüququ qanunla nəzərdə tutulan qaydada qorunmalı, yəni iddia tələbi əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.
15. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni fərdi yaşayış evindən çıxarma ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7, Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 493 saylı Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mərhum anası X10 məxsus olmuş, sonuncu Saatlı r ayon Dövlət Notariat Ofisində bağlanmış 11 iyun 2004-cü il tarixli, 4Ə-83 saylı alqı-satqı müqaviləsinə əsasən həmin evi Məmmədova Ticarət Əzulla qızına, Ticarət Məmmədova isə 19 avqust 2004-cü il tarixli, 4Ə-101 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin qayınanası mərhum X2. İddiaçı həmin evdə mülkiyyətçi olmadığından və vərəsəlik əsasında mülkiyyət hüququ yaranmadığından onun da mübahisə predmeti olan ev üzərində hər hansı hüququ yoxdur. Beləliklə, hazırkı iş üzrə iddiaçının sözügedən fərdi yaşayış evinə münasibətdə subyektiv hüququ olmadığından iddia təmin edilə bilməz. Həmçinin, iddiaçının subyektiv hüququ olmadığı halda cavabdehin sözügedən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olub-olmamasının da iş üçün əhəmiyyəti olmamışdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, birgə torpaq mülkiyyətçisi X12 və mübahisə predmeti olan fərdi yaşayış evini alan cavabdehin qayınanası X11 vəfat etdiyindən məhkəmə tərəfindən onların üçüncü şəxs qismində işə cəlb olunmasının qeyri mümkünlüyü nəzərə alınmışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 213.6-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələri, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
18. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(055)-1043/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə iddianı qisməm təmin etsə də, müvafiq JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mübahisəli fərdi yaşayış evinin 98.4 kv.m olmaqla mülkiyyətində olması aydınlaşdırmamı şdır. Belə ki, məhkəmə iddianı qismən təmin edərək iddianın fərdi yaşayış evi ilə bağlı hissəsini təmin etməmişdir. Halbuki həm torpaq sahəsi, həm də torpağın üzərində olan 98.4 kv.m. fərdi yaşayış evi onun və mərhum anası Feyziyeva Səyyarənin mülkiyyətində olmuşdur.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apelyasiya instansiya məhkəməsi) 31 oktyabr 2023-cü il tarixli, 2(106)-1340/2023 saylı qətnaməsi ilə (hakimlər İ. Q.Əsədov (sədrlik edən, və məruzəçi), T.X.Heydərov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(055)-1043/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb.
21. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandırmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandırmış və Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddələrinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya instansiyasındakı birinci icraat:
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(106)-1340/2023 saylı qətnaməsinin ləğv edilməsi, a pellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi, yəni cavabdehin ünvan 2 ünvanındakı 0,04 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən qanunsuz istifadəsinin dayandırılaraq həmin evdən çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə alqı-satqı müqavilələrini əsas tutaraq iddianı qismən təmin etsə də, həmin müqavilələrdə göstərilmiş torpağın və üzərində olan fərdi yaşayış evinin ölçülərinin onların mülkiyyətində olan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin ölçüləri ilə heç bir halda üst-üstə düşmədiyini və fərqli ölçülərdə olmasını, müqavilələrin tarixl əri ilə nömrələrinin düz gəlmədiyini nəzərə almamışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2511/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakimlər M.T. Əhmədova (məruzəçi), Ə.G.Nurməmmədov və A.Ə.Abbasov) qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsi Mülki kollegiyasının 2(106)-1340/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr 0,04 ha torpaq sahəsinin JN1237A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında iddiaçının da mülkiyyətində olduğu qənaətinə gələrək cavabdehin torpaq sahəsindən çıxarılması nəticəsinə gəlsələr də, mənzilin əvvəldən idd iaçının anasına məxsus olması və ardıcıl iki dəfə satılmasına istinad edərək fərdi yaşayış evinə münasibətdə iddiaçının subyektiv hüququnu tanımamışlar.
27. Məhkəmə Kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən işin faktiki hallarının araşdırılmasında natamamlığa yol verilmiş, istinad olunan sübutlardakı uyğunsuzluqlara əhəmiyyət verməmişdir.
28. Belə ki, 0,04 ha torpaq sahəsinin iddiaçı və anasının paylı mülkiyyətinə verilməsinə dair hazırda da qüvvədə olan JN seriyalı, 1237A nömrəli şəhadətnamədə torpaq sahəsinin Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında verildiyi göstərilmiş, həmçinin həmin torpaq sahəsi üzərində 98,4 kv.m yaşayış sahəsinin olması qeyd edilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlə t Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsindən iddiaçıya ünvanlanan məktubdan müəyyən olunur ki, sözügedən şəhadətnamə əsasında sənədləşmə işləri aparılmamışdır, yəni, şəhadətnamə hazırda qüvvədədir. İddiaçı məhz paylı torpaq sahəsində yerləşən həmin tikilidən cavabdehin çıxarılmasını tələb etmişdir. Göründüyü kimi, sözügedən şəhadətnamə əsasında iddiaçının torpaq sahəsi ilə yanaşı üzərindəki tikiliyə də paylı mülkiyyəti var.
29. Bundan başqa, cavabdeh iddiaya etiraz edərkən həmin torpaq sahəsindən və üzərindəki tikilidən faktiki olaraq istifadə etdiyini bildirmişdir. Məhkəmələr həm də bu əsasa söykənərək cavabdehin torpaq sahəsindən çıxarılmalı olması qənaətinə gəlmiş, lakin fərdi yaşayış evinə münasibətdə iddianı rədd etmiş, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən Saatlı şəhəri, H.B.Zərdabi küçəsində yerləşən mənzilə dair alqı-satqı proseslərinin həyata keçirilməsi və həmin sənədlərə əsasən tikilinin iddiaçının mülkiyyətində olmaması qənaətinə gəlmişlər. Halbuki, təqdim edilən sənədlərdə göstərilən torpaq sahəsinin və fərdi yaşayış evinin ölçüləri ilə iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi arasında əhəmiyyətli dərəcədə fərq vardır. Belə ki, alqısatqı predmetinin əsası olan mənzilə dair ilkin çıxarış iddiaçının anası – X10 məxsus olmuşdur ki, 10 iyun 2004-cü ildə 2 nömrəli reyestr kitabında 23-cü səhifədə 493 reyestr nömrəsi ilə aparılmış həmin qeydin əsasının Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamının olması, tikilinin ümumi sahəsinin isə 29,25 kvadrat metr olması birbaşa qeydiyyat vəsiqəsində göstərilmişdir. Həmin mənzil barəsində 11 iyun 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işində olan arayışda və alqı-satqı müqaviləsinin özündə həyətyanı sahənin 1285,2 kvadrat metr olması göstərilmişdir. Lakin bundan bir gün sonra Ticarət Məmmədovanın (alıcı) adına verilmiş çıxarışda tikilinin ümumi sahəsi 171 kvadrat metr, təqdim edilmiş arayışda və 19 avqust 2004-cü il tarixli (cəmi 1 ay 8 gün sonra) alqı-satqı müqaviləsində isə Tərbiyə Fətiyevaya (cavabdehin qaynanası) satılmış mənzilin 4 otaqlı olması, 1323,3 kvadrat metr sahədə yerləşməsi göstərilmişdir. Göründüyü kimi, həm məhkəmənin istinad etdiyi – sonuncu cavabdehin qaynanasına satılmış mənzilə dair ilkin mülkiyyət hüququnun qeydinin (iddiaçının anasının ad ına) əsası fərqli olmuş (Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamı), həm də həmin mənzilin və yerləşdiyi torpaq sahəsinin ölçüsü fərqli olmaqla yanaşı öz aralarında belə kəskin ziddiyyət olmuşdur. (29 kvadrat metr sahə 1 cəmi gün sonra 171 kvadrat metr kimi qeydiyyatdan keçmiş, torpaq sahəsi də 1285,2 kvadrat metr olmuş, sonradan artmışdır)
30. Beləliklə, məhkəmələr Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında verilmiş və JN seriyalı, 1237A nömrəli şəhadətnamədə əks olunmuş 0,04 ha torpaq sahəsinin koordinatları ilə 11 iyun 2004-cü il tarixli müqavilədə göstərilən və sonradan sahəsi artan 1285,2 kvadrat metr torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi, ümumiyyətlə 1285,2 kvadrat metr torpaq sahəsinin hüquqi sta tusuna aydınlıq gətirilməmiş, 0,04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin həqiqətən də müqavilədə göstərilən fərdi yaşayış evi ilə eyni tikili olub-olmamasını müəyyənləşdirməmiş, bu ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün Saatlı rayon İHBnin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamını və plan-cizgisini tələb etməmiş, mübahisəli ünvana yerində müayinə keçirməmişlər, xüsusi bilik tələb etdiyi halda ekspertiza təyin etməmiş, bu iki sahənin (Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında paylı mülkiyyətə ayrılan və Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 N-li sərəncamına əsasən iddiaçının anasına ayrılan) ayrı-ayrı yoxsa eyni torpaq sahələri və ya tikili olmasına aydınlıq gətirmədiyi halda, əsassız olaraq iddiaçını n fərdi yaşayış evi üzərində subyektiv hüququnun olmaması qənaətinə gəlimişlər
31. Göründüyü kimi, məhkəmələr iddianı rədd edərkən hüququn tətbiqində səhvə yol vermiş, işin faktiki hallarını tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, təqdim edilmiş sübutların mötəbərliyinə (o cümlədən sübutlar arasında olan ziddiyyətə) əhəmiyyət verməmiş, iddiaçının torpaq sahəsinə paylı mülkiyyət hüququnun olduğu halda, üzərindəki tikiliyə mülkiyyət hüququnun olmaması (iddiaçının fərdi yaşayış evinə münasibətdə iddianın qaldırılmasına dair subyektiv hüququnun olmaması) ilə bağlı yanlış qənaətə gəlməklə mülkiyyət hüququnun qorunmasını tənzimləyən maddi hüquq normalarının, o cümlədən mülkiyyətin müdafiəsinə dair təməl prinsiplərin pozulması və iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi ilə n əticələnən qətnamə qəbul etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
33. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-224/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, (hakimlər A.N.Novruzova (sədrlik edən və məruizəçi), M.A.Əsədli və C.F.İmanov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)-1043/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 10/3333 saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) ma nat məbləğində pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, mütəxəssis rəyinin dəyərini təşkil edən iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ekspertiza təyin olunmuş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, "11 iyun 2004-cü il tarixli müqaviləyə əsasən X12 tərəfindən Məmmədova Ticarət Əzizulla qızına satılmış torpaq sahəsi və "Saatlı Rayon İHB-nın 12 aprel 2004-cü il tarixli, 72 nömrəli sərəncamına əsasən X10 ayrılan torpaq sahəsi həmçinin, JN-1237A nömrə li "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi üzərində alqı-satqı, bağışlanma və həmin torpaq sahələrinə dair Hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mövcud arxiv materialları və elektron kadastr məlumat bazasında hər hansı bir əməliyyatın aparılması ilə əlaqədar məlumat aşkar olunmamışdır. Lakin iş materiallarında adı çəkilən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin arxivində mövcud olan JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi və fərdi y aşayış evi eynidir. Yəni sözügedən JN-1237A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd edilən X12 və Əliyev (Feyziyev) Mübariz Qəribağa oğlunun ümumi birgə mülkiyyətlərinə verilmiş 0.04 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür və ya eyni ərazidir. Həmin şəhadətnamənin koordiatinatları və digər texniki göstəricələri elektron kadastr məlmat bazasında mövcuddur. Sənəd üzrə və faktiki koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur.
35. Ekspert rəyindən və iş materiallarından göründüyü kimi, İddiaçı və mərhum anası X8 birgə mülkiyyətinə 18 may 1998-ci il tarixli, 05 saylı qərarla 0,04 ha torpaq sahəsi verilmiş və bu barə də JN-1237A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunmuşdur. Həmin şəhadətnamənin koordinat göstəriciləri və texniki parametrləri ekspert rəyinə əlavə edilmiş plan və elektron kadastr bazasındakı məlumatlarla üst-üstə düşür. Beləliklə, torpaq sahəsi üzrə ilkin hüquqmüəyyənedici sənədin mövcudluğu və bu sənədin qüvvədə olması təsdiq edilmişdir.
36. Lakin həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 11 iyun 2004cü il tarixli alqı-satqı müqaviləsi ilə X12 tərəfindən Məmmədova Ticarət Əzizulla qızına, sonuncu isə 19 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1. Hər iki əqdin notariat qaydasında bağlandığı, dövlət qeydiyyatına alındığı və alıcılara mülkiyyət hüququnun keçdiyi iş materiallarından aydın olur. X5 ölümündən sonra mübahisəli evdə on un ailə üzvlərinin, o cümlədən cavabdeh (kürəkəni) Cavabdeh yaşadığı müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki tikili hüquqi baxımdan fərqli mülkiyyət obyektləridir. Hazırkı işdə ekspert rəyi torpaq sahəsinin eyniliyini təsdiqləsə də, bu, alqı-satqı müqavilələrinin hüquqi nəticələrini ləğv etmir. Belə ki, iddiaçı tərəfindən isə bu əqdlərin etibarsızlığı barədə tələb irəli sürməmiş, iddiaçının subyektiv marağı cavabdehin fərdi yaşayış evindən çıxarılmasına yönəlmişdir.
38. Bundan əlavə, torpaq və fərdi yaşayış evi üzrə dövlət reyestrində hər hansı alqısatqı əməliyyatının qeydiyyatı barədə məlumat mövcud olmasa da, bu hal alıcıların faktiki mülkiyyətini şübhə altına almır. Məhkəmə kollegiyası bu məsələdə Mülki Prosessual Məcəll ənin 77-ci maddəsində nəzərdə tutulan “sübutların qiymətləndirilməsi” prinsipi, eyni zamanda hüquqi müəyyənlik və etimad prinsipini rəhbər tutur. Həmin prinsipə görə, hüquq münasibətlərinin sabitliyi və iştirakçıların qanuni etimadının qorunması məhkəmə müdaxiləsi üçün əsas amildir.
39. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçının anası X3 əmlakın mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olmuş, 10 iyun 2004-cü il tarixdə Saatlı rayonu, H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evi 1 yaşayış otaqlı, ümumi sahəsi 29,25 kv.m olmaqla X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
40. Göründüyü kimi Mülki Məcəllənin 140-ci maddəsi reyestri n həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur və hər bir halda qanunverci daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını bunu iddia edənin sübut etməsi ilə əlaqələndirir. Digər tərəfdən, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri təşkil edir və həmin maddənin tələbləri mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
41. Göstərilənlərlə yanaşı, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi m əsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 54, 55, 56-cı bəndlərində qeyd olunur ki,...o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
42. İddiaçının mübahisə predmeti olan fər di yaşayış evi hazırda onun hüquqi mülkiyyətində olmadığından, iş üzrə alqı-satqı müqavilələrinin qüvvədə olması və bağlayıcı hüquqi nəticə doğurması nəzərə alınmaqla, hazırkı halda cavabdehdən həmin evdən çıxarılmasını tələbinin təmin edilməsini mümkünsüz edir. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək səlahiyyətlərini həyata keçirmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür (Mülki Məcəllənin 152.1-ci maddəsi). İddiaçı təqdim etdiyi sənədlər və sübutlar yalnız onun torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnu təsdiqləyir, lakin həmin torpaq üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqi mülkiyyət və ya vərəsəlik əsasında keçmiş hər hansı mülkiyyət hüququnu təsdiqləmir.
43. B irinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun mövcud olmaması barədə gəldiyi qənaət ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, iddiaçının subyektiv hüququ ilkin mərhələdə — torpaq və onun üzərindəki tikili birgə mülkiyyətə verildiyi zaman mövcud olmuşdur. Lakin sonradan bağlanmış alqı-satqı müqavilələri hüquqi qüvvəyə malik olmaqla, həmin əmlakın mülkiyyət hüququnu üçüncü şəxslərə keçirmişdir. Başqa sözlə, iddiaçının subyektiv hüququ itirilməmiş, sadəcə, mülkiyyətin keçirilməsi üzrə əqdlərin bağlanması nəticəsində hüquqi predmetini dəyişmiş və faktiki qüvvəsini itirmişdir. Mülki Məcəllənin tələblərinə əsasən hüquqi qüvvədə olan əqdlər tərəflər üçün bağlayıcıdır. İddiaçı bu müqavilələrin etibarsızlığı barədə ayrıca iddia irəli sürmədiyindən, həmin əqdlər qüvvədə qalmaqla m ülkiyyətin keçməsi faktını təsdiqləyir. Bu səbəbdən iddiaçının hazırkı mərhələdə həmin əmlaka dair subyektiv hüququ hüquqi müdafiə predmetinə çevrilə bilməz.
44. Eyni zamanda, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq hər bir tərəf iddia və etirazlarını sübut etməlidir. İddiaçı tərəfindən fərdi yaşayış evinin onun mülkiyyətinə daxil olduğunu sübut edən əlavə sənədlər təqdim edilmədiyindən, onun tələbi sübut olunmamış hesab edilir.
45. İddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 10/3333 saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
46. Mütəxəssis rə yinin dəyərini təşkil edən iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilməlidir.
47. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1, 1391.1, 139-1.1.3, 140, 149.2, 152.1, 157.2, 157.5, 178.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3-cü maddələrinə, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına da istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri
48. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 22 oktyabr 2025-cü il tarixli 2(106)-224/2025 saylı qətnaməsini ləğv edərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbimin tam təmin edilməsi, yəni cavabdehin mülkiyyətlərində olan ünvan 2 ünvanındakı 0,04 hekta həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərindən qanunsuz istifadəsinin dayandırılaraq həmin evdən çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti belə əsaslanmışdır ki, hər iki məhkəmə instansiyası heç bir halda onun mülkiyyətində olan torpaq sahəsinin və üzərində ol an fərdi yaşayış evinin ölçüləri ilə düz gəlməyən və eyni zamanda paylı mülkiyyətimdə olan hər iki daşınmaz əmlak üzərində olan mülkiyyət hüququmu müdafiə etməyimə kömək göstərməmişdir. Əksinə cavabdehin təqdim etdiyi qeyri mötəbər və qanunsuz olan sənədlərə əsaslanmışlar. İşdə olan JN 1237A, KOD 90801004 saylı şəhadətnaməyə əsasən 0,04 ha həyətyanı torpaq sahəsi və üzərində olan 98,4 kv.m fərdi yaşayış evi onun və mərhum anası X6 paylı mülkiyyətidir. Bu hal Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)2511/2024 saylı qərarı ilə (qərarın 46 və 47-ci abzaslarına bax) təsdiq olunur. Həmçinin torpağın şəhadətnaməsində torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ölçüləri açıq şəkildə göstərilmişdir. Buna baxmayaraq cavabdeh onun torpaq sahəsinə və üzərində olan fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan sənədlərə əsaslanaraq guya evin satıldığını bildirir və buna görə də fərdi yaşayış evini zəbt etməklə mülkiyyət hüququmu pozur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və üzərində olan, doğulub boya-başa çatdığım ata evimdən məhrum olmuşam. Cavabdeh heç bir əsası olmayan və saxta sənədlər təqdim edərək onun evini zəbt etməkdə davam edir. Məhkəmələr isə buna göz yumur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-2511/2024 saylı qərarı ilə işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburi göstəriş kimi qoyulmuş və iş üçün əhəmiyyətli olan hallar, yəni Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında verilmiş və JN seriyalı, 1237A nömrəli şəhadətnamədə əks olunmuş 0,04 ha torpaq sahəsinin koordinatları ilə 11 iyun 2004-cü i l tarixli müqavilədə göstərilən və sonradan sahəsi artan 1285,2 kvadrat metr torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi, 1285,2 kvadrat metr torpaq sahəsinin hüquqi statusuna aydınlıq gətirilməməsi, 0,04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin həqiqətən də müqavilədə göstərilən fərdi yaşayış evi ilə eyni tikili olub-olmaması müəyyənləşdirilməmiş, bu ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 N-li sərəncamı və plan-cizgisi tələb edilməmiş, mübahisəli ünvana yerində müayinə keçirilməmiş, bu iki sahənin (Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında paylı mülkiyyətə ayrılan və Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nl-i sərəncamına əsasən ayrılan) ay rı-ayrı yoxsa eyni torpaq sahələri və ya tikili olmasına təkrarən aydınlıq gətirilməmişdir. Apellyasiya məhkəməsi iş üzrə ekspertiza təyin etsə də ekspert qarşısında qoyulmuş suallara düzgün cavab verilməmişdir. Ekspert qarşısında qoyulmuş suallara başqa cavablar verilsə də nədənsə apellyasiya məhkəməsi buna əhəmiyyət verməmiş, əksinə ekspert rəyini iş üçün əsaslı hesab etmişdir. Məhkəmə iddianı təsdiq edəcək sübutlarını və mübahisəli fərdi yaşayış evinə dair sənədləri, alqı-satqı müqavilələrində və qeydiyyat vəsiqələrində göstərilmiş torpağın və üzərində olan fərdi yaşayış evinin ölçülərinin bizim mülkiyyətində olan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin ölçüləri ilə heç bir halda üst-üstə düşmədiyini və fərqli ölçülərdə olmasını, müqavilələrin tarixləri ilə nömrələrinin düz gəlm ədiyini araşdırmamışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilsə də ekspert qarşısında qoyulmuş suallara düzgün cavab verilməmişdir.
50. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cu maddəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinın 17.1, 152.1-ci maddələrinə, “İnsan Hüquq və X4” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1 və 420-ci maddələrinə istinad etmişdir.
51. İddiaçı elektron kabinet vasitəsilə kassasiya şikayətinə əlavə təqdim etsə də, həmin əlavə vəkil tərəfindən tərtib edilmədiyindən qəbul edilmir. Nəzərə almaq lazımdır ki, kassasiya şikayətinə əlavə də kassasiya şikayəti kimi vəkil tərəfindən tərtib e dilməlidir. Azərbaycan Rerspublikasının MPM-in 67.1-ci maddəsinin birinci cümləsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
53. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 54. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
55. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
56. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 58. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
59. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əv əzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
60. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi:
72. İddiaçı elektron kabinet vasitəsilə ekspert rəyi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və s. sənədlər təqdim etsə də, məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi işin mahiyyətinə aid sübutlar qəbul etmir və onların hüquqi dəyərləndirməsini həyata keçirmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibiniun göstərişlərini icra etmiş, işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Əlı̇ yev Mübarı̇ z Qərı̇ bağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.20 25-ci il tarixli, 2(106)224/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.