Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-273/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı öhdəliyin qoyulması və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktın surətindən görünür ki, qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılmışdır.
2. Cavabdeh İB ilə İddiaçı (abonent kodu: 01770**********) arasında ##.##.2025-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK-*****/**-** saylı müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İB-nin Sumqayıt regional idarəsinin iddiaçıya məxsus 01770********** abonent kodu altında adına da qeydiyyatdan keçən “Natek” markalı Classe 1,5 ******** nömrəli sayğacı özbaşına sökülərək yerindən çıxarılması və həmin sayğacın yerinə quraşdırılmaması kimi hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus 01770********** abonent kodu altında adına da qeydiyyatdan keçən “Natek” markalı, Classe 1,5 ******** nömrəli sayğacın sonuncu dəfə cavabdeh tərəfindən söküldüyü Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılması vəzifəsinin qoyulması haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə X2 Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evini almış və həmin tarixdə də aldığı evin qaz xidmətləri ilə bağlı müqavilə ASAN kommunal xidmətində iddiaçının adına rəsmləşdirilmişdir. Cari ilin iyun ayınadək iddiaçı adına rəsmiləşdirilmiş qaz sayğacından istifadə edərək istifadə etdiyi qaza görə ödənişlər etmişdir. Lakin ##.##.2025-ci il tarixdə iddiaçı evdə olmadığı vaxtı və iddiaçıya məlumat verilmədən iddiaçıya məxsus sayğac yerindən çıxarılmışdır. Buna görə də iddiaçı tərəfindən polis orqanına şikayət olumuş və araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh İB-nin Sumqayıt regional idarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus 01770********** abonent kodu altında adına qeydiyyatdan keçən “Natek” markalı Classe 1,5 ******** nömrəli sayğacı özbaşına söküb aparmışlar. Polis oranında aparılmış araşdırma dövründə iddiaçıya məxsus “Natek” markalı, Classe 1,5 ******** nömrəli sayğacı polis orqanının israrlı tələbi ilə cavabdeh Cavabdeh İB-nin Sumqayıt regional idarəsinin əməkdaşları tərəfindən iddiaçıya geri qaytarılmışdır. Həmin sayğac bir müddət iddiaçıda qalmış və həmin dövrdə iddiaçı dəfələrlə cavabdehə sayğacın yerinə quraşdıraraq sayğaca plomb vurulmasını xahiş etsə də, cavabdehin əməkdaşları həmin sayğacın geri quraşdılması üçün sayğacın labarotoriyadan keçirilməli olduğunu bildirirək sayğacını iddiaçıdan yenidən geri təhvil almışlar və nəticə etibarı ilə sayğacını yerinə quraşdırmaqdan imtina etmişlər. Son nəticə etibarilə cavabdeh ##.##.2025-ci il tarixdən hazıradək ötən 3 ay ərzində iddiaçını çox çətin duruma salaraq iddiaçının məişət vəziyyətini pisləşdirməklə, iddiaçının və himayəsində olan ailə üzvlərinin qazdan istifadə hüquqlarını kobud şəkildə pozmuşlar. İddiaçı özü və himayəsində olan yaşlı anası qazdan istifadə edə bilməmələri səbəbindən çox ağır məişət şəraitində yaşamaq məcburiyyətindədirlər. Evdə yemək bişirmək, isti sudan istifadə etmək mümkün deyil, üzü qış fəslinə doğru gedir və sayğac yerinə qoyulmayacağı halda yaşadıqları evdə həyat səviyyəsi daha da aşağı duruma düşmüş olacaqdır və nəticə etibarı ilə həmin evdə yaşamaq mümkün olmayacaqdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, Cavabdeh İB-nin iddiaçı İddiaçı məxsus 01770********** saylı abonent kodu üzrə “Natek” markalı, Classe 1,54 *******- **** nömrəli sayğacın yerinə quraşdırılmaması kimi hərəkətlərin qanunsuz hesab edilməsi, 01770********** saylı abonent kodu üzrə qeydiyyatdan keçən “Natek” markalı, Classe 1,5 ********-**** nömrəli sayğacın iddiaçı İddiaçı məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılması vəzifəsinin cavabdeh Cavabdeh İB-nə həvalə olunması və cavabdeh Cavabdeh İB-dən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı iddia ərizəsində ##.##.2025-ci il tarixdən Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evini aldığını və mülkiyyətçi olmasını qeyd etsə də, göstərilən ünvan üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin “NATEK” markalı, ******** nömrəli qaz sayğacı Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan X2 ünvanına quraşdırılmış, lakin sonradan Cavabdeh İB-nə məlumat verilmədən, özbaşına və qanunsuz olaraq çıxarılaraq Sumqayıt şəhəri, 76-cı məhəllədə İddiaçı yaşadığı ünvan üzrə quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2023-cü il tarixli ***-VIQD nömrəli Qanunla müvafiq dəyişiklik edilmiş “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Belə ki, iddiaçı İddiaçı yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyətini təsdiq edən sənədləri olmadığından qeyd olunan ünvan üzrə qaz sayğacının quraşdırılması qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
12. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
13. 33. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.(...)
# #### 2025-ci il tarixədək qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
14. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Hazırda qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
15. (...) 14.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın
16. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.
17. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
18. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
27. İş materiallarından görünür ki, ##.##.2025-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK*****/**-** saylı müqavilə bağlanmışdır. İstehlakçı İddiaçı adına 01770********** saylı abonent kodu açılmışdır.
28. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
29. # #### 2025-ci il tarixədək qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 10-1-ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
30. Hazırda qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14.9-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
31. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirdi ki, yaşadığı evi ##.##.2025-ci il tarixdə X2 almışdır. Evin hansı tarixdə tikilməsindən məlumatı yoxdur.
32. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, həmin yaşayış sahəsi kimi istifadə olunan tikili özbaşına tikili olmaqla onun tikintisi və s. barədə hər hansı hüquqmüəyyənedici sənəd yoxdur.
33. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən həmin tikilininin 2023-cü ilin oktyabr ayının 1-dən əvvəl tikilməsi işin halları ilə nə birinci instansiya məhkəməsindəki icraat, nə də apellyasiya icraatı zamanı müəyyən olunmamışdır və bu barədə məhkəməyə heç bir dəlil, sübut təqdim etməmişdir.
34. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər...
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçı tərəfindən fərdi yaşayış evi kimi təqdim edilən həmin tikili Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş tikinti obyektidir və belə tikililərin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
36. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2025-ci il tarixli müqaviləyə gəldikdə, yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, həmin əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd olduğundan, həmin müqavilə üzrə öhdəliyin icrası da qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun deyildir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır və mövcud iddia tələbinin təmin edilməsinə hüquqi əsas yoxdur.
37. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri).
38. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
39. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış halarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.