Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-281/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış ## #### 2016-cı il tarixli, ****-**-** nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2.İddiaçı ##.##.2024-cü il tarixdə Cavabdeh İB-yə ərizə ünvanlayaraq mənzilində qaz sayğacında yaranmış sızmanın aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişdir. 3.Həmin müraciətə cavab olaraq Cavabdeh İB-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, şikayət ərizəsi araşdırılmış, İddiaçı oğlunun evində ##/##/2021 tarixdə mənzilinizdə quraşdırılmış G-4 markalı, 21110157016 nömrəli qaz sayğacı ilə ##.##.2024-ci il tarixə 2198 limit qaz yandırıb və il ərzində 190 manat ödəniş etməylə 667 manat 47 qəpik qalıq borcu var. Ərizədə qeyd olunan məsələ ilə bağlı vaxtında Quba Xidmət Sahəsinin *** saylı qəza xidmətinə ərizə ilə müraciət etməli, sızma aradan qaldırılmalı idi. Hadisə zamanı idarəyə müraciət edilmədiyi üçün hal-hazırda qaz sayğacın göstəricisi ##.##.2024-ci il tarixə 7215m3 olmaqla Quba Xidmət sahəsinə 667 manat 47 qəpik borcu var. 4.## ###### 2024-cü il tarixli aktına əsasən müəyyən edilmişdir ki, abonentin müraciətinə əsasən sayğacda qaz sızması ilə əlaqədar mənzilə baxış keçirilmiş, sayğacın giriş və çıxış yivli birləşmələri köpüklü su ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış evinə quraşdırılmış qaz sayğacının qaz sızması nəticəsində ona hesablanmış 667,47 manat borcun ******************* saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Quba rayonu, Küçeyi kəndində mülkiyyətində 0.24 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. O, ailəsi ilə birlikdə qeyd etdiyi yaşayış evində yaşayır və istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 2024-cü ilin noyabr ayında evinə quraşdırılmış qaz sayğacında sızma olduğunu aşkarladıq və bu barədə dəfələrlə Quba Qaz İİnə şifahi müraciət etmişdir. ## ###### 2024-cü il tarixdə Quba Qaz İİ-nə ərizə ilə yazılı müraciət etmişdir. Xaçmaz RQİİ-dən verilmiş cavab məktubunda bildirilmişdir ki, qaz sızması ilə əlaqədar sahənin *** saylı qəza xidmətinə ərizə ilə müraciət etmədiyindən qaz sayğacının göstəricisi ##.##.2024-cü il tarixə 7215m3 olmaqla Quba Xidmət sahəsinə 667 manat borcu vardır. O, qeyd olunan borc ilə razılaşmır. Belə ki, qaz sayğacında qaz sızmasının və ya hər hansı bir qüsurun yaranmasına cavabdeh deyil. Dəfələrlə Quba Qİİ-nə şifahi müraciət etmiş və müraciətləri dərhal baxılmamış və nəticədə 667,47 manat borc yazılmışdır. Hesab edir ki, əsassız olaraq ona borc olaraq hesablanmış 667,47 manat iddiaçının abonent hesabından silinməlidir. 7.Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.(hakim Günel Kamilli) 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «İstehlakçıların müdafiəsi haqqında» ##.##.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci, 136.4, 139.1, “Qazdan istifadə Qaydaları”nın (## ### 2011-ci il tarixli 80 №li Azəarbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş), 2, 4.9 və 5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4, 428.4, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 81, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 9.İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti verib, apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozmuşdur, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmişdir nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsinə səbəb olmuşdur. O, Quba Rayon Məhkəməsinin bu iş üzrə olan qətnaməsi ilə razılaşmır, qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, o dəfələrlə cavabdeh təşkilata müraciət edib fərdi yaşayış evinə quraşdırılmış sayğacda qaz sızması olduğunu bildirmiş, lakin onlar müxtəlif bəhanələr gətirərək nasazlığı aradan qaldırmamışdırlar, yalnız ##.##.2024-cü il tarixində rəsmi qaydada müraciət etdikdən sonra yaşadığı ünvana gələrək həqiqətən sayğacda qaz sızmasının olduğunu müşahidə edərək nasazlığı aradan qaldırıblar. Cavabdeh təşkilatın vaxtında nasazlığı aradan qaldırmaması nəticəsində 667.47 manat qaz ödənişi borcu yaranmışdır. Beləliklə qeyd etdiyi əsaslara əsasən hesab edir ki, Quba Rayon Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək iddia tələbi təmin edilməlidir. “Qazdan istifadə Qaydaları”nın (## ### 2011-ci il tarixli 80 №li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş) 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 2-ci bəndinə əsasən qaz paylayıcısının istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququ vardır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 12.Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 13.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 16.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 17.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 18.Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 19.Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 20.Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 21.Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 22.Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 23.Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 28.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 31.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 32.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 34.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.İddiaçı İddiaçı Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən kollegiya Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 38.Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacda sızma olması ilə bağlı ## ###### 2024-cü il tarixdə Cavabdeh İB-yə rəsmi müraciəti əsasında cavabdeh təşkilatın əməkdaşları tərəfindən həmin tarixdə sayğaca baxış keçirilmiş və sızmanın mövcud olmadığı qeyd edilmişdir. Həmin akt iddiaçının nümayəndəsi tərəfindən də imzalanmaqla təsdiq edilmişdir. Həmin aktın tərtib edilməsində iştirak edən və sayğaca baxış keçirmiş Cavabdeh İB-nin əməkdaşı X3 da birinci instaniya məhkəməsinin iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilməsi zamanı hər hansı bir sızma faktı aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdirki, həmin sayğacda sızma baş versə idi qazdan istifadəyə görə aylıq hesablanmış məbləğ daha çox olardı. 39.Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, abonentin saldosuna nəzər yetirilən zaman müəyyən olunur ki, iddiaçı tərəfdən qazın sərfiyyatı qış aylarında yay aylarına nisbətən daha çoxdur. Eyni zamanda müraciət edildiyi tarixdən, yəni 2024-cü ildən əvvəlki tarixlərə münasibətdə qaz sərfiyyatına görə hesablanmış məbləğlər arasında əsaslı bir fərq mövcud deyildir. Beləliklə də, məhkəmə o qənaətə gəlir ki, hesablanmış borc məhz iddiaçı tərəfindən qazdan istifadə edilməsinə görə hesablanmış debitor borcudur. 40.Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. 41.Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası əvvəla qeyd edir ki, borc hazır ki vəziyyətdə cavabdehin təqsiri üzündən deyil şəxsin öz istifadəsindən yarandığından iddia tələbi təmin edilə bilməz. 42.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. 43.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək iddianı təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. 44.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. 45.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-281/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-281/2026
08.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver