Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-311/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Məmmədov İlham Şahin oğlunun (son məhkəmə iclasına gəlməmişdir), cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları 1.## #### 2024-cü il tarixində Xaçmaz şəhərində hüquqi şəxs “xxxx” MMC ilə Cavabdeh arasında su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq müqavilə bağlanmışdır. 2.Həmin müqaviləyə müvafiq olaraq “xxxx” şirkətinə məxsus olan və qiyməti 2190 manat məbləğində olan “OCEAN” markalı su təmizləmə sistemi cavabdeh Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə ##.##.2024-cü il tarixli müqavilə, müqaviləyə * saylı əlavə və məmnuniyyət anketi tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 3.##.##.2024-cü il alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “OCEAN” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, hüquqi şəxs “xxxx” MMC “OCEAN” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq cavabdeh Cavabdeharasında ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “xxxx” şirkətinə məxsus olan və qiyməti 2190 manat məbləğində olan “OCEAN” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə ##.##.2024-cü il tarixli müqavilə, müqaviləyə * saylı əlavə və məmnuniyyət anketi tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. ##.##.2024-cü il alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “OCEAN” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında ##.##.2024-cü il tarixli alqısatqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinə əsasən ##.##.2024-cü il tarixdə 600 manat və müqavilədə göstərilən qaydada 1 ay müddətinə ##.##.2024-cü il tarixdə 1590 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Cavabdeh ##.##.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1100 manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1100 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdeh Cavabdeh 1100 manat pulun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması zəruridir. 6.Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiа tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 1100 (min yüz) manat pul və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. (Hakim: Ayaz Məmmədov) 7.Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1 və 462.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3, 218.3, 284-1 və 284-5.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 8.Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməsini xahiş etmişdir. 9.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində ***/**** saylı məktub ilə, ona " xxxx" MMC-nin pretenziyası göndərilmişdir. Pretenziyada qeyd etmişdir ki, " xxxx" MMC ilə ##.##.2024-cü il tarixə "Ocean" markalı su təmizləyici filtirin kreditlə bağlı müqavilə bağlamışlar. Müqaviləyə əsasən ödəniş planına uyğun olaraq onun əldə etdiyi mala kredit borcu ödəməməyi barədə guya dəfələrlə xəbərdarlıq almağına baxmayaraq, hazırki vaxtadək kredit borcunu ödəməkdən yayınmışdır. Onun şirkətlə bağladığı müqaviləyə əsasən tərəfindən üzərinə düşən öhdəliyin pozulması nəticəsində şirkətə dəymiş zərərlə bağlı məhkəməyə zəruri sənədlər hazırlanıb. Onunıa şirkət arasında məhkəməyə qədər əlavə razılaşma əldə etmək üçün 7 gün müddətində müqavilədə qeyd edilən 1890 manat əsas borcdan qalıq borc olaraq 1101 manat ödəniş tələb olunur. 10.Göndərdirilən pretenziyaya ##.##.2025-ci il tarixində etiraz olaraq bildirmişdir ki, o ##.##.2024-cü il tarixində müqavilə bağlamamış, müqaviləni ##.##.2024-cü il tarixində bağlayaraq, su təmizləyici sistem almışdır. Müqavilə bağladığı zaman ona su təmizləyici sistemin qiymətini 1701 manat olduğunu bildirib ondan ilkin ödəniş olaraq 600 manat pul alıblar. Müqavilə bağladıqdan bir gün sonra o şirkətin *** *** ** ** nömrəli mobil telefona zəng vurub şirkətin əməkdaşı ilə əlaqə saxlayaraq, "Ocean" markalı su təmizləyici filtirin geri qaytarılmasını bildirmişdir. Bu barədə o bildirdikdən sonra şirkətin əməkdaşı onun yaşadığı yerə gəlmişdir. O ona su təmizləyici filtirin geri qaytarmağını və ödədiyi 600 manat puldan 500 manatı ona qaytarılmasını bildirmişdir. Lakin şirkətin əməkdaşı ona bildirmişdir ki, su təmizləyici filtirin ondan bir şərtlə geri ala bilər,o da, o ödədiyi 600 manatdan 400 manatını ona geri qaytarsa. O onun şərti ilə razı olmayaraq, ona ödədiyi 600 manat puldan 500 manatın qaytarılmasını xahiş etmişdir. Lakin o onun ilə razılaşmayaraq, su təmizləyici filtirin ondan geri almamışdır. Dediklərini onun ailə üzvləri və həmin günü orada olmuş digər şahidlərdə təsdiq edə bilər. O "Ocean" markalı su təmizləyici filtiri bu günə kimi işlətməmişdir. Qeyd edilənləri nəzərə alıb və cari qanunvericiliyin tələblərini rəhbər tutaraq, Şirkətdən xahiş edir ki , su təmizləyici filtirin geri qəbul edib, ödədiyi 600 manat puldan 500 manatı ona qaytarsınlar. Lakin onlar ona cavab verməmişlər və məhkəməyə müraciət etmişdirlər. 11.Ümumiyyətlə hüquqi şəxs “xxxx” MMC (VÖEN **********) Şabran rayon Məhkəməsinə müraciətində (iddia ərizəsində ziddiyyətlər var. Beləki iddiaçının yazdığı ərizədə müqavilənin 2190 manat məbləğində bağlandığı 600 manat o verəndən sonra 1590 manat borcun olmasını qeyd edərək, 1100 manat tələb etməsi onun yazdığında uygunsuzluqları aşkar edir. 12.Hesab edir ki, onun qarşı tərəfə heç bir borcu olmadan, o onların su filterini istifadə etmədiyi halda, onun onlarla müqavilə bağladığından bir gün sonra o şirkətin *** *** ** ** nömrəli mobil telefonuna zəng vurub şirkətin əməkdaşı ilə əlaqə saxlayaraq, "Ocean" markalı su təmizləyici filtirin geri qaytarılmasını bildirməyi və onların yalnız onun verdiyi puldan tələb etdiyi 500 manat əvəzinə 400 manat pulun geri qaytaracaqları ilə razılaşmadığına görə, ondan məhkəmə qaydasında pul tələb etmələri əsassızdır. 13.Şabran Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(***)-****/**** saylı Qətnaməsində Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinin( məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizənin qəbul olunmasından imtina edir)tələblərinə riayət etməmişdir , beləki iddiaçının yazdığı ərizədə müqavilənin 2190 manat məbləğində bağlandığı 600 manat o verəndən sonra 1590 manat borcun olmasını qeyd edərək, 1100 manat tələb etməsi ərizənin qəbul olunmasından imtina üçün əsas olduğu halda məhkəmə ərizə üzrə Qətnamə qəbul etmişdir. Şabran rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(***)-****/**** saylı Qətnaməsində Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin (Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır) tələblərinə riayət etməmişdir, məhkəmənin ##.##.2025-ci il tarixində göndərdiyi məktub ilə ##.##.2026-ci il tarixində qəbul olunmuş məhkəmə Qətnaməsi 15(on beş) iş günü ərzində qəbul olunmuşdur. Şabran rayon Məhkəməsinin ##.##.2026ci il tarixli e-*(***)-****/**** saylı Qətnaməsində Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin (Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir) tələblərinə riayət edilməmişdir. 14.Məhkəmə Qətnaməsində qeyd edilib ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi ##.##.2025-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Şabran rayon Məhkəməsinin bu iş üzrə mənə guyaki ##.##.2025-ci il tarixində aldığım bildiriş üzrə mən etirazını 10(on) iş günü ərzində məhkəməyə göndərməli idi.##.##.2025-ci il tarixindən 10(on)iş günunu hesablasaq həmin tarix ##.##.2026-ci il tarixinə düşür. Məhkəmə həmin tarixdə Qətnamə çıxarması hesab edir ki,qanunsuzdur. Beləki,məhkəmənin göndərdiyi məktub ##.##.2025-ci il tarixli guya ona ##.##.2025-ci ildə çatıbsa məhkəmə onun cavabını gözdəmədən (ən azından poçt ilə çatdırılma müddəti) Qətnamə qəbul etmişdir. Faktiki olaraq o bildirişi ##.##.2025-ci il tarixində almışdır. İddiaçının yazdığı ərizədə müqavilənin 2190 manat məbləğində bağlandığı 600 manat o verəndən sonra 1590 manat borcun olmasını qeyd edərək, 1100 manat tələb etməsi ərizənin qəbul olunmasından imtina üçün əsas olduğu halda məhkəmə ərizə üzrə Qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.İddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh Şirali oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə etiraz verərək, bildirmişdi ki, bu etiraz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367-ci maddəsinə əsasən verilir. Verilən etiraz Azərbaycan Respublikası MPM-nin 379-cu maddəsinə əsasən məhkəmə iclasında verilmiş izahata bərabərdir. 16.İşin faktiki halları: 1.İddiaçı “xxxx” MMC, cavabdeh Cavabdeh Şirali oğluna qarşı müqavilə öhdəliklərindən irəli gələn pul borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən iddia predmeti üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında aparılmışdır. 2.İddiaçı tərəfindən irəli sürülmüş tələbə əsasən, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn 1100.00 (min bir yüz) manat məbləğində əsas borcun və iddia qaldırılarkən ödənilmiş 32.00 (otuz iki) manat məbləğində dövlət rüsumunun, cəmi 1132.00 (min bir yüz otuz iki) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 3.Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi tam təmin edilmiş, iddia olunan pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. 4.Sözügedən qətnamənin nəticə hissəsinə əsasən, cavabdeh Cavabdeh Şirali oğlundan müqavilə öhdəlikləri üzrə 1100.00 (min bir yüz) manat məbləğində əsas borcun və iddiaçı tərəfindən öncədən ödənilmiş 32.00 (otuz iki) manat məbləğində dövlət rüsumunun, cəmi 1132.00 (min bir yüz otuz iki) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. 5.Cavabdeh Cavabdeh Şirali oğlu bu qətnamədən apellyasiya şikayəti verib və yuxarıdakı qətnamənin ləğv edilməsini xahiş edib. 6.Cavabdeh Cavabdeh Şirali oğlunun apellyasiya şikayətinin əsas arqumentləri aşağıda qeyd edilənlərdən ibarətdir: a)Cavabdeh ##.##.2024-cü il tarixdə “xxxx” MMC ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 2190.00 (iki min bir yüz doxsan) manat təşkil edən “Ocean” markalı su təmizləmə sistemini kredit şərtləri, yəni dəyərinin hissə-hissə ödənilməsi ilə əldə etmişdir. Müqavilə öhdəliklərinin icrası çərçivəsində cavabdeh tərəfindən 600.00 (altı yüz) manat məbləğində ilkin ödəniş həyata keçirilmişdir. b)Sözügedən müqavilə, onun ayrılmaz tərkib hissəsi olan * nömrəli Əlavə və məmnuniyyət anketi ilə birlikdə tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında imzalanmış və hüquqi qüvvəyə minərək tərəflərin imzaları ilə təsdiq edilmişdir. c)Cavabdeh tərəfindən irəli sürülən iddiaya görə, ona ünvanlanmış pretenziya məktubunda, yəni iddiaqabağı xəbərdarlıqda müqavilə məbləği 1890.00 (min səkkiz yüz doxsan) manat göstərilir. Lakin bildirmək lazımdır ki, sözügedən rəqəm müqavilənin ümumi dəyərini deyil, ancaq texniki xətanı əks etdirə bilər ki, bu da əsas müqavilə ilə təsbit edilmiş maddi-hüquqi öhdəlikləri təkzib etmir və icra olunmamış borcun mövcudluğu faktını ortadan qaldırmır. d)Cavabdeh tərəfindən irəli sürülən, malın faktiki istismar edilməməsi səbəbindən pul tələbinin əsassızlığı barədə iddia hüquqi baxımdan əhəmiyyətsizdir. Belə ki, Mülki Məcəllənin 618-ci və 623-cü maddələrinə əsasən, satıcının əsas öhdəliyi malı alıcıya təhvil vermək, alıcının əsas öhdəliyi isə onun dəyərini ödəməkdir. Malın alıcı tərəfindən təhvil alındığı andan, yəni təhvil-təslim aktı və məmnuniyyət anketi ilə təsdiq edildiyi kimi, mülkiyyət hüququ və təsadüfi məhv olma riski alıcıya keçir. 17.Alıcının maldan şəxsi mülahizələrinə görə istifadə etməməsi onu müqavilə ilə üzərinə götürdüyü pul öhdəliyinin icrasından azad etmir və iddianın əsassızlığına dəlil hesab oluna bilməz. 18.II—İddiaçının etirazına dair əsaslar: 1.İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən 2190.00 (iki min bir yüz doxsan) manat dəyərində olan “Ocean” markalı su təmizləmə sistemi əldə edilmişdir. Müqavilənin şərtlərinə görə, malın dəyərinin 600.00 (altı yüz) manat hissəsi ilkin ödəniş şəklində icra edilmiş, qalıq məbləği isə ##.##.2024-cü il tarixinədək tam şəkildə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 2.Məlumat üçün bildirirlər ki, cavabdeh bir müddət sonra əlavə 490.00 (dörd yüz doxsan) manat məbləğində kredit ödənişini həyata keçirmiş və bununla da müqavilə üzrə əsas borc qalıq məbləğini 1100.00 (min bir yüz) manata endirmişdir. Lakin cavabdeh Mülki Məcəllənin 425-ci və 442-ci maddələrinin tələblərini pozaraq, qalıq borc öhdəliyini müəyyən edilmiş müddətdə, yəni ##.##.2024-cü il tarixə icra etməmiş, bununla da öhdəliyin icrasının gecikdirilməsinə yol vermişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından göründüyü kimi, cavabdeh Mətləb Şirali oğlunun iddiaçı qarşısında hazırda 1100.00 (min bir yüz) manat məbləğində vaxtı keçmiş borcunun mövcudluğu tam sübuta yetirilir. 3.Eyni zamanda, məhkəmənin diqqətinə çatdırırlar ki, cavabdeh öz apellyasiya şikayətinin “işin halları” bölməsində tərəflər arasında maddi-hüquqi münasibətlərin mövcudluğunu faktiki olaraq iqrar etmişdir. Belə ki, cavabdeh ##.##.2024-cü il tarixində “xxxx” MMC-yə məxsus, qiyməti 2190.00 (iki min bir yüz doxsan) manat təşkil edən “Ocean” markalı su təmizləmə sisteminin texniki baxışdan keçirilərək ona təhvil-təslim edildiyini təsdiqləmişdir. Bununla yanaşı, o, sözügedən müqavilənin ayrılmaz tərkib hissəsi olan * nömrəli Əlavənin və məmnuniyyət anketinin tərtib olunduğunu, həmin sənədlərin tərəflərin qarşılıqlı imzaları ilə təsdiq edildiyini və malın qüsursuz qəbul edildiyini açıq şəkildə etiraf etmişdir. 4.Xüsusilə vurğulanmalıdır ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası çərçivəsində qəbul edilmiş mallara görə həyata keçirilən hər bir ödəniş müvafiq kassa mədaxil orderləri ilə sənədləşdirilsə də, təəssüf ki, ofisin köçürülməsi ilə əlaqədar həmin qəbz və digər müvafiq sənədləri tapmaq mümkün olmamışdır. 5.Tərəflər arasında ilkin tərtib edilmiş müqavilənin mühüm şərtlərində, yəni məbləğ və tarix hissəsində qaralamalar olduğu üçün həmin sənəd MM-nin 405.1-ci maddəsinin, yəni müqavilənin mühüm şərtləri barəsində razılığın əldə edilməsi tələblərinə uyğun olaraq, tərəflərin həqiqi iradəsini birmənalı əks etdirməmişdir. Həmin düzəlişlər tərəflərin imzası ilə təsdiq edilmədiyindən, yarana biləcək qeyri-müəyyənliyi aradan qaldırmaq və tərəflərin həqiqi iradəsini dəqiq əks etdirmək məqsədilə həmin müqavilə hüquqi qüvvədən salınmışdır. Bu hüquqi qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə tərəflər MM-nin 390.1-ci maddəsində təsbit olunmuş “müqavilə azadlığı” prinsipini rəhbər tutaraq, əvvəlki sənədi etibarsız saymış və yeni müqavilə imzalamışlar. Hazırda iddia tələbinin əsasını təşkil edən sonuncu müqavilə MM-nin 406.1-ci maddəsinə uyğun olaraq yazılı formada bağlanmış və tərəflərin imzası, möhürü ilə təsdiq edilmişdir. Hazırda iddia tələbinin əsasını təşkil edən və iş materiallarına əlavə olunan sənəd məhz həmin sonuncu, tərəflərin iradəsini birmənalı ifadə edən müqavilədir. 6.Cavabdehin maldan istifadə etməməsi bəhanəsi isə MM-nin 618.1-ci maddəsi, yəni alıcının malın haqqını ödəmək vəzifəsi qarşısında hüquqi əhəmiyyət kəsb etmir, çünki malın təhvil verilməsi ilə satıcının öhdəliyi icra edilmiş hesab olunur. 7.Eyni zamanda, cavabdehin apellyasiya şikayətində bu faktları etiraf etməsi MPMnin 82.1-ci maddəsinə əsasən “faktın iqrarı” hesab olunur və əlavə sübut tələb etmir. 19.8.Cavabdehin apellyasiya şikayətinin məzmunu təhlil edildikdə aydın olur ki, qeyd olunan iddialar heç bir maddi və prosessual hüquqi əsaslara söykənmir, tamamilə subyektiv mülahizələrə əsaslanır və mahiyyət etibarilə məhkəmə icraatını süni şəkildə uzatmağa, yəni prosessual hüquqlardan sui-istifadə etməyə xidmət edir. 20.Hesab edirlər ki, Şabran Rayon Məhkəməsi iş üzrə bütün faktiki halları hərtərəfli və obyektiv araşdırmış, sübutların məcmusuna hüquqi qiymət vermiş və qanuni qətnamə çıxarmışdır. Şikayətdə irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmir və qətnamənin ləğv edilməsi üçün əsas yaratmır. 21.Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi arqumentlər əsaslı və obyektiv deyil. 22.Yuxarıda qeyd olunan əsaslara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 384-cü maddələrinə rəhbər tutaraq, məhkəmədən cavabdeh Cavabdeh Şirali oğlunun Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməsini, birinci instansiya məhkəməsinin çıxarmış olduğu ##.##.2026-cı il tarixli qətnaməsi tam qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları 23.Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 24.İddiaçının nümayəndəsi Məmmədov İlham Şahin oğlu iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 25.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 26.Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir. 27.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 30.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 32.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 33.Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 34.Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 35.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 36.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 37.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 38.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 39.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 43.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 44.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 46.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh Şabran Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 48.Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e- *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 49.Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 50.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 51.Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən 2190.00 (iki min bir yüz doxsan) manat dəyərində olan “Ocean” markalı su təmizləmə sistemi əldə edilmişdir. Müqavilənin şərtlərinə görə, malın dəyərinin 600.00 (altı yüz) manat hissəsi ilkin ödəniş şəklində icra edilmiş, qalıq məbləği isə ##.##.2024-cü il tarixinədək tam şəkildə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 52.Apellyasiya şikayətinin dəlillərində cavabdeh bildirmişdir ki, “onun qarşı tərəfə heç bir borcu olmadan, o onların su filterini istifadə etmədiyi halda, onun onlarla müqavilə bağladığından bir gün sonra o şirkətin *** *** ** ** nömrəli mobil telefonuna zəng vurub şirkətin əməkdaşı ilə əlaqə saxlayaraq, "Ocean" markalı su təmizləyici filtirin geri qaytarılmasını bildirməyi və onların yalnız onun verdiyi puldan tələb etdiyi 500 manat əvəzinə 400 manat pulun geri qaytaracaqları ilə razılaşmadığına görə, ondan məhkəmə qaydasında pul tələb etmələri əsassızdır.” 53.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə alıcının yəni cavabdehin maldan istifadə etməməsi onu müqavilə ilə üzərinə götürdüyü pul öhdəliyinin icrasından azad edilməsi üçün əsas ola bilməz. 54.Məhkəmə kollegiyası vurğulayır ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. 55.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 56.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 57.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. 58.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 59.Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 60.Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 61.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-311/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-311/2026
06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver