Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-355/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh “xxxx” QSC-nin xeyrinə TXC****** saylı, ##.##.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 500 manat borcun, 75 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış TXC****** saylı ##.##.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1121 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” QSC ilə “xxxx” MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “xxxx” MMC-nin Cavabdeh qarşı olan 1121 manat məbləğindəki tələb hüququ “xxxx” QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxx” QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin * saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin * saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 500 manat əsas borcu, 75 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdehdan ##.##.2023-cü il tarixli, TXC****** saylı müqavilə üzrə əsas borc qismində 500 manat, cərimə borcu qismində 20 manat, cəmi 520 (beş yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti və 0,40 manat bank xidmət haqqının tutularaq, «xxxx» QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 601.1600.4, 655.1, 655.2, 442, 443.1, 445.2.1, 425.1, 462.1, 467-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmiş və işə MPM-nin 284-1, 284-6.1-ci maddələrinə əsasən sadələşdirilmiş icraat qaydasında baxmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının öz iddia tələbində qeyd etdikləri qətiyyən reallığı əks etdirmir. O, daim kredit borcunu vaxtı-vaxtında ödəmişdir. Sonuncu ödənişi ##.##.2026-cı il tarixdə olunmuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi hesabdan çıxarışdan da aydın görünür ki, 2025-ci ilin dekabr ayı üçün cəmi 97.7 manat cərimə borcu olmuşdur. Sonuncu ödənişindən sonra isə ümumiyyətlə heç bir cərimə borcu olmamışdır. Hesab edir ki, iddiaçının məhkəməyə bildirmiş olduğu məbləğ şişirtmədir. Ümumiyyətlə iddia tələbi əsassızdır. Məhkəmə işin faktiki hallarını araşdırmadan qətnamə çıxarmışdır. İşin faktiki halları tam və ətraflı araşdırılmamış, ümumiyyətlə işə səthi yanaşılmışdır. Bu səbəblə də iddiaçının mənafeyinə uyğun qətnamə çıxarılmış və əsassız qətnamə çıxarılmışdır. Həmçinin iddiaçı iddia ərizəsinə borcun ödənilməsi üçün xəbərdarlıq məzmunlu bildiriş göndərildiyini qeyd etsə də, həmin bildirişin ona çatdırılması barədə heç bir sübut göstərməmişdir. Ümumiyyətlə ona belə bir bildiriş gəlməmişdir. Bu da ona dəlalət edir ki, iddiaçı məhkəməyə müraciət edərkən nəinki əsassız iddia ilə müraciət etmiş, eyni zamanda prosessual qanunvericiliyin tələblərini də pozmuşdur. Məhkəmə isə bütün bu faktları nəzərə almamışdlr. Bu səbəblə də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə olan sübutlar
10. “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, TXC****** nömrəli alqı-satqı müqaviləsindən və həmin müqaviləyə * saylı əlavədən görünür ki, Cavabdeh X3 dəyəri 1121 manat olan əşya almışdır.
11. ##.##.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh TXC****** saylı müqavilənin predmeti olan əşyanı təhvil almışdır.
12. ##.##.2023-cü il tarixli, TXC****** nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mal üçün ## ####### 2023cü il tarixdən ## ###### 2024-cü il tarixədək hər ay 94 manat, ## ######## 2024-cü il tarixində 87 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
13. R-****/** saylı, ## ###### 2023-cü il tarixli tələbin güzəşti barədə faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olan R-****/**-**** saylı, ## ######## 2023cü il tarixli Sazişdən görünür ki, “xxxx” MMC ##.##.2023-cü il tarixli, TXC****** nömrəli müqaviləyə əsasən borcluya qarşı pul tələbini iddiaçı «xxxx» QSC-yə güzəşt etmişdir.
14. «xxxx» QSC tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 500 manat əsas borcu, 75 manat cərimə borcu, cəmi 575 manat borcu vardır.
15. Cavabdeh Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı «xxxx» QSC tərəfindən cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli, TXC****** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər.
196. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə (birgə) məsuliyyət daşıyır. 567.Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş müəyyən edilmiş hallarına əsasən “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, TXC****** nömrəli alqı-satqı müqaviləsindən və həmin müqaviləyə * saylı əlavədən görünür ki, Cavabdeh “xxxx” MMCdən dəyəri 1121 manat olan əşyanın dəyərini 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirsə də qalıq 500 manat ödənişi həyata keçirməmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə görə alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5%-i həcmində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində 500 manat əsas borca görə 75 manat cərimə məbləğinin tələb edilməsinin yüksək olması, bu səbəbdən cərimə məbləğinin 20 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi tələb olunan borc məbləği cavabdehin 2025-ci ilin oktyabr ayınadək olan borc məbləği olmuş, qeyd olunan tarixədək sonuncu ödəniş ##.##.2025-ci il tarixdə olmaqla, cavabdeh tərəfindən ümumilikdə 621 manat ödənilmiş və məbləğin də hamısı əsas borc məbləğinə silinmişdir. Həmin tarixdən sonra isə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə 70 manat, ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 100 manat və ##.##.2026-cı il tarixdə 100 manat ödəniş edilmişdir ki, həmin məbləğlərin də 97,7 manatı cərimə məbləğinə, qalan hissəsi isə əsas borc məbləğinə silinməklə, cavabdehin cəmi borcu 277,7 manat təşkil etmişdir. Yəni, birinci instansiya məhkəməsi cavabdehin 2025-ci ilin oktyabr ayınadək olan öhdəliyi üzrə mübahisəyə bxmış, həmin dövrdən sonra cavabdeh tərəfindən edilmiş ödənişlər və aparılmış silinmələr hazırkı iddianın predmetinə aid olmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.