Məhkəmə qərarları › İş №2(3-8)-377/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-377/2026

06.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-377/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.İş materiallarında olan abonent kartından görünür ki, Cavabdeh ilə “xxxx” ASC (hazırda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi) arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, 14-cü məhəllə, ev-1A/3B, mən.29 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (4 nəfərə görə) 1669.62 manat məbləğində borc hesablanmışdır. 2.Cavabdeh Cavabdeh yaranmış borcun ödənilməsi barədə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin buna baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. 3.Sumqayıt şəhər İH MKTİB-nin * saylı MKS tərəfindən verilmiş ##.##.2026-cı il tarixli Ailə tərkibi haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında X6 tək yaşayır. Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1669.62 manat borcun (abonent kodu:1501480110290) və 36.10 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi iddia tələbini onunla əsaslandırmışdır ki, ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən cavabdeh Cavabdeh (abonent kodu: 1501480110290) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 1669.62 (min altı yüz altmış doqquz manat altmış iki qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə ##.##.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 6.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh (abonent kodu: 1501480110290) 1669.62 (bir min altı yüz altmış doqquz manat altmış iki qəpik) manat borc və 36.10 (otuz altı manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin hesabına ödənilməsi qət edilmişdir. (hakim Aynur Behbudova) 7.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsinə, 61-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 442, 443.1 və 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 8.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Şikayətin dəlilləri: 10.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin onun əleyhinə açdığı iş üzrə iddia tələbi təmin edilmiş, ondan 1669.62 manat borc və 36.10 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Həmin qətnaməni tamamilə əsassız hesab edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki,ünvan 1 ünvanında yerləşən 29.59 kv.m. sahəli yaşayış sahəsinin onunla heç bir bağlılığı yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş rəsmi Çıxarışdan açıq-aşkar görünür ki, mənzil 29-un sahibi X7r. Həmin şəxsin qeydiyyat nömrəsi 1425033320, qeydiyyat tarixi isə ##.##.2026-cı ildir. O həmin mənzilin nə sahibi, nə kirayəçisi,, nə də yaşayışçısıdır. Belə olan halda borcun onun üzərinə yüklənməsi üçün heç bir əsas mövcud deyildir. 11.Məhkəmənin qətnaməsində isə faktiki vəziyyət fərqli təqdim edilmiş, cavabdehin “yaşadığı” ünvan kimi məhz mənzil 29 göstərilmişdir. Halbuki rəsmi dövlət arayışı ilə təsdiqlənən qeydiyyat məlumatları belə bir nəticəni təkzib edir. Asan-Sumqayıt tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışda mənzil 29 ünvanına dair qeydiyyat məlumatları əks etdirilmişdir. Arayışda həmin ünvanda qeydiyyatda olan şəxslər kimi İmanlı Amir Azər oğlu (##.##.2024), İmanova Kitayət Rüstəm qızı (##.##.1969), X10 (##.##.1990), X13 (##.##.2021), İmanov Azər Gündüz oğlu (##.##.1991) və İmanov Gündüz Şamdin oğlu (##.##.1961) göstərilmişdir. Bu siyahıda onun adı mövcud deyildir. Beləliklə, mənzil 29 ünvanında qeydiyyatda olmamağı rəsmi sənədlə təsdiqlənir və məhkəmənin “cavabdeh yaşadığı ünvanda xidmətlərdən istifadə etmişdir” qənaəti faktiki hallara uyğun deyildir. 12.İddiaçı məhkəmə iclasında bildirmişdir ki, abonent kodu (1501480110290) mənzil 29 üzrə 2002-ci ildə cavabdehin,yəni onun adına açılmışdır. Lakin həmin kodu açarkən onunla heç bir müqavilə bağlanmamışdır. Nə imzası, nə şəxsiyyət vəsiqəsi, nə də hər hansı hüquqi razılığı alınmışdır. Abonent Kartında (Müqavilə №********) onun adının qeyd olunması onun həmin müqavilə üzrə cavabdehlik daşımağına əsas vermir. O heç vaxt özünü həmin abonent kodunun sahibi kimi tanımamış, buna dair hər hansı öhdəlik götürməmişdir. 2-sayli MKS-in sahə ustası tərəfindən, 14-cü məhəllə sakinlərinin iştirakı ilə ##.##.2026-cı il tarixdə tərtib olunaraq MKS rəisi tərəfindən təsdiq edilmiş rəsmi Aktda aşağıdakı faktlar sənədləşdirilmişdir: mənzil 29-un sahibi İmanov Gündüz Şamdin oğlu, ##.##.2014-cü il tarixli AR-İN №****** saylı Etibarnamə vasitəsilə bu mənzili X9 etibar etmiş, bundan sonra özü 4 nəfər ailə üzvü ilə birlikdə mənzildən köçmüşdür. Həmin vaxtdan etibarən mənzil 29-da X9 qeydiyyatsız yaşamaqda davam etmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, xxxxyun həmin mənzil üzrə abonent kodu (1501480110290) üzrə borc mənim adıma çıxmışdır. Bu Akt, mənzil 29-da faktiki yaşayan şəxsin o olmadığını, X9 olduğunu dövlət orqanı tərəfindən rəsmi sənədləşdirilmiş bir formada ortaya qoyur. İşin materiallarına diqqət yetirildiyi halda, burada qarışıqlığının mövcud olduğu aşkar görünür. X9 — mənzil 15-də qeydiyyatda olan, etibarnamə əsasında mənzil 29-da faktiki yaşayan şəxs ilə onun arasında soyaddan başqa heç bir ortaqlıq yoxdur. Hər ikisinin adı, ata adı, şəxsiyyət vəsiqəsinin seriya-nömrəsi, qeydiyyat tarixi və ünvanı tamamilə fərqlidir. Buna baxmayaraq su idarəsi abonent kodunu açarkən lazımi yoxlama aparmamış, birtərəfli qərarla adına abonent kodu yazmışdır. MKS-in ##.##.2026-cı il tarixli Aktında da bu fərq açıq şəkildə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin həmin qətnaməsindən ##.##.2026-cı il tarixdə xəbər tutmuş və başqa şəxslər vasitəsilə ona çatmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə o məlumat almamış və poçt məktubu, SMS bildirişi göndərilməmişdir. Əgər belə bir məktub və ya SMS göndərilsəydi, bunların çatdırılmasını təsdiqləyən poçt qəbzi, çatdırılma tarixçəsi və ya digər sübut iş materiallarında olmalı idi. Belə sübutların mövcud olub-olmadığı araşdırılmadan verilən qətnamə, məni öz müdafiəmi qurmaq, sənədlər təqdim etmək, etirazımı bildirmək imkânından tamamilə məhrum etmişdir. Qətnamənin 7-ci bəndində iddiaçının ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərdiyi qeyd edilmişdir. Bu məktubu da o almamışdır. İddiaçı tərəfindən sübut edilməmiş bir çatdırılma iddiasına söykənərək qətnamə çıxarılması, faktiki araşdırmanın yetərincə aparılmadığını göstərir. İddiaçı tərəfindən tələb olunan 1669.62 manat borc, abonent Kartındakı məlumatlara görə, 1997-ci ildən 2023-cü ilə qədər uzanan, onlarla ili əhatə edən bir dövrə aiddir. Həmin illər boyunca mənzil 29-da yaşayan şəxslər bir neçə dəfə dəyişmiş, mənzil müxtəlif şəxslər arasında satılmış və mənzilin əvvəlki sahibi İmanov Gündüz Şamdin oğlu uzun müddət bu evdə yaşamış və ardından etibarnamə verərək köçmüş; X9 2023-cü ildən övladı ilə mənzildə faktiki olaraq yaşamışdır. Yuxarıda göstərilən faktiki hallar bütövlükdə onu göstərir ki, iddia tələbi bu tələbə cavab verməli olmayan şəxsə qarşı yönəlmiş və bu hal qəbul edilmiş qətnamənin qanunsuz olmasına dəlalət edir. 13.Qanununun 30-cu maddəsi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinin istehlakçı ilə bağlanmış müqavilə əsasında həyata keçirildiyini təsbit edir. Bu norma iddiaçının pul tələbinin hüquqi mənbəyini müəyyənləşdirir: tələb, yalnız tərəflər arasında hüquq münasibəti yaradan müqavilə (və ya qanunun müqaviləni əvəz edən xüsusi mexanizmi) mövcud olduqda irəli sürülə bilər. İşin faktiki hallarına görə isə şikayətçi Cavabdeh iddiaçı ilə hər hansı yazılı müqavilə bağlamamış, abonent kodunun açılması barədə müraciət etməmiş, şəxsiyyət vəsiqəsi təqdim etməmiş, abonent kartını imzalamamış və ümumiyyətlə həmin ünvan üzrə xidmətlərin göstərilməsinə dair iradə ifadə etməmişdir. Abonent kartında adın qeyd edilməsi yalnız iddiaçının daxili uçotu xarakteri daşıyır və 30-cu maddənin tələb etdiyi müqavilə iradəsini əvəz etmir. Belə şəraitdə, məhkəmə iddiaçıdan müqavilə münasibətinin mövcudluğunu təsdiq edən ilkin hüquqi əsasları tələb etmədən, sadəcə abonent kartındakı birtərəfli qeydə söykənərək borc tələbinin təmin edilməsinə qərar verməklə 30-cu maddənin mahiyyətini təhrif etmiş, borcun subyekti məsələsini araşdırmadan “müqavilə əsası” olmayan öhdəliyi şikayətçinin üzərinə yükləmişdir. Müqavilə bağlanmadığı halda isə iddiaçının tələbi ən azı sübut yükü baxımından hüquqi dayaqdan məhrum qalır və təmin oluna bilməz. Qanunun 61 1-ci bənd istehlakçının su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə haqqı müqavilənin olubolmamasından asılı olmayaraq ödəməli olduğu barədə müddəanı ehtiva etsə də, bu norma “istehlakçı” anlayışını və ödəniş öhdəliyinin məhz kimə aid edildiyini faktiki müəyyənləşdirmə zərurətini aradan qaldırmır. Yəni 61.1-ci maddə xidmət haqqının ödənilməsini abstrakt şəkildə deyil, xidmətin faktiki istifadəçisinə və ya qanun üzrə məsul subyektə bağlayır; bu subyekt müəyyən edilmədən öhdəlik yarandığı iddia edilə bilməz. İş materiallarında mövcud sənədlər, mənzil 29 üzrə faktiki yaşayışın və istifadənin şikayətçiyə deyil, digər şəxslərə aid olduğunu, habelə mənzil 29-un hüquq sahibi və ya istifadəçisi kimi şikayətçinin statusunun olmadığını göstərir. Beləliklə, 61 1-ci bənd tətbiqi üçün ilkin şərt olan “istehlakçı” identifikasiyası aparılmadan, şikayətçinin həmin xidmətlərdən faktiki istifadə etməsi və ya mənzilə hüquqi bağlılığının olması sübut edilmədən məhkəmənin borcu məhz şikayətçinin üzərinə qoyması maddi hüququn düzgün tətbiq edilməməsidir. Əlavə olaraq, iddiaçı 61 1-ci bənd istinad etməklə belə, xidmətlərin hansı dövr üzrə, hansı ölçü cihazı göstəriciləri əsasında, hansı hesablamalarla formalaşdığını və həmin xidmətlərin şikayətçi tərəfindən qəbul edildiyini sübut etməli idi. Bu sübutlar təqdim olunmadığı halda 61 1-ci bənd “müqaviləsiz ödəniş” adı altında istənilən üçüncü şəxsə borc yüklənməsi üçün hüquqi əsas kimi çıxış edə bilməz. “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndi su təchizatı sisteminə qoşulma, uçotun aparılması və abonent münasibətlərinin rəsmiləşdirilməsi zamanı su təchizatı təşkilatının müəyyən edilmiş prosedurlara riayət etməli olduğunu nəzərdə tutur. Bu bəndin normativ məntiqi ondan ibarətdir ki, su təchizatı subyekti abonent uçotunu apararkən şəxs məlumatlarının düzgünlüyünü, ünvanın və istifadə hüququnun uyğunluğunu yoxlamalı, abonentlik münasibətinin hüquqi əsasını (müqavilə, müraciət, mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənəd) təmin etməlidir. Məhz bu səbəbdən, abonent kodunun 2002-ci ildə şikayətçinin adı ilə açılması faktı, əgər həmin açılış onun iradəsi və razılığı olmadan, şəxsiyyəti müəyyənləşdirən sənədlər olmadan aparılıbsa, Qaydaların 4.1.3-cü bəndinin tələblərinə zidd inzibati davranışın nəticəsi kimi qiymətləndirilməlidir. İddiaçı, öz prosedur pozuntusundan yaranan riskləri və nəticələri üçüncü şəxsə – mənzildə yaşamayan, xidmətlərdən istifadə etməyən və abonent hesabının açılmasında iştirak etməyən şikayətçiyə transfer edə bilməz. Birinci instansiya məhkəməsi isə 4.1.3-cü bəndin məqsədini nəzərə almadan, iddiaçının uçot səhvini “borcun subyekti”nin təsbiti kimi qəbul etmiş, bununla da normanın təmin etdiyi hüquqi müəyyənlik və dürüst inzibatçılıq tələblərini faktiki olaraq təsirsiz etmişdir. Qaydalar üzrə düzgün rəsmiləşdirmə aparılmadığı halda, borcun hüquqi ünvanı kimi yalnız faktiki istehlakçı və ya mənzil üzərində hüquqi məsul subyekt müəyyənləşdirilə bilər; bu müəyyənləşdirmə aparılmadığından qətnamə maddi hüquq baxımından əsaslı sayıla bilməz. Mülki Məcəlləsinin 442-ci maddəsi öhdəliyin icra edilməməsi anlayışını müəyyən etməklə, məsuliyyətin yaranması üçün ilkin şərt kimi mövcud və müəyyən edilmiş öhdəliyin (tərəflər arasında hüquqi münasibətin) olmasını tələb edir. Yəni 442-ci maddə yalnız o hallarda tətbiq edilə bilər ki, borclu ilə kreditor arasında ya müqavilədən, ya da birbaşa qanundan irəli gələn öhdəlik mövcud olsun, öhdəliyin predmeti müəyyənləşsin və borclu kimi çıxış edən şəxsin həmin öhdəliyi icra etməməsi faktı sübut edilsin. Hazırkı işdə isə iddiaçı ilə şikayətçi arasında su təchizatı və kanalizasiya xidmətləri üzrə öhdəlik yaradan müqavilə münasibəti müəyyən edilməmiş, şikayətçinin mənzil 29 üzərində mülkiyyət, istifadə və ya faktiki istehlakçı statusu sübuta yetirilməmişdir. Bu səbəbdən, şikayətçi “borclu” kimi hüquqi status qazanmadan 442-ci maddənin tətbiqi metodoloji baxımdan yanlışdır. Birinci instansiya məhkəməsi, borcun yaranma mənbəyini və borclu subyektini ayırd etmədən, 442-ci maddəyə istinad etməklə sanki şikayətçinin öhdəliyinin mövcudluğunu əvvəlcədən qəbul etmiş, sonra isə həmin qəbul əsasında “icra edilməməni” formalaşdırmışdır. Halbuki hüquqi qiymətləndirmə əks istiqamətdə aparılmalı idi: əvvəlcə borclu subyekt, öhdəliyin əsasları və xidmətin istehlakı faktı müəyyənləşdirilməli, yalnız bundan sonra icra edilməməyə dair nəticələr çıxarılmalı idi. Bu ardıcıllığın pozulması maddi hüququn düzgün tətbiq edilməməsinə, nəticədə isə yanlış şəxsin məsuliyyətə cəlb edilməsinə gətirib çıxarmışdır. Mülki Məcəlləsinin 443.1-ci maddəsi öhdəliyin “müvafiq qaydada” icrasını, yəni icranın tərəflərin razılaşdığı qaydada, qanunun tələblərinə uyğun və borclu ilə kreditorun hüquq və mənafelərini balanslaşdıran formada həyata keçirilməli olduğunu təsbit edir. Bu norma, iddiaçının tələbini təmin etmək üçün təkcə borcun məbləğinin hesablanmasını deyil, həm də icra rejiminin hüquqi əsaslarını – xüsusən kimin borclu olduğunu, hansı xidmətin hansı qaydada göstərildiyini, hesablamaların hansı hüquqi mexanizm üzrə aparıldığını və borcun həmin subyekt üçün doğrudan da yaranıbyaranmadığını müəyyən etməyi tələb edir. İşin faktiki hallarına görə, şikayətçi abonent hesabının açılmasında iştirak etməyib, xidmətlərin göstərilməsi və qəbulu ilə bağlı iradə ifadə etməyib və mənzil 29-da faktiki istehlakçı kimi çıxış etməyib. Belə olduqda, 443.1-ci maddənin “müvafiq qaydada icra” konsepsiyası şikayətçiyə şamil edilə bilməz, çünki icra etməli olan öhdəlik hüquqi baxımdan onun üzərində formalaşmayıb. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilən abonent kartı və ümumi borc cədvəli xidmətin göstərilməsini və borcun məhz şikayətçinin davranışı nəticəsində yaranmasını təsdiq edən “müvafiq icra” elementlərini ortaya qoymur. Məhkəmə 443.1-ci maddəyə istinad edərkən öhdəliyin yaranmasını sübut edən ilkin faktları qiymətləndirmədən, normanı formal şəkildə tətbiq etmiş, bununla da maddi hüquq normalarının tətbiqində zəruri hüquqi yoxlamanı aparmamışdır. 14.Mülki Məcəlləsinin 445.2.1-ci maddəsi icranın qeyrimümkünlüyü, gecikdirilməsi və ya lazımi qaydada icra olunmaması ilə bağlı hüquqi nəticələrin tətbiqində borclunun davranışının və öhdəliyin hüquqi parametrlərinin düzgün müəyyənləşdirilməsinin zəruriliyini ifadə edir. Bu maddənin tətbiqi, öhdəliyin daşıyıcısının kimliyinin, icra müddətinin və icra predmetinin müəyyən olmasını, eləcə də borclu tərəfin həmin parametrlər daxilində icranı yerinə yetirməməsinin sübuta yetirilməsini tələb edir. Hazırkı işdə iddiaçı borcun 1997–2023-cü illər üzrə formalaşdığını göstərsə də, bu uzun dövr üzrə borcun subyekti dəfələrlə dəyişə biləcək mənzil istifadə münasibətlərinə bağlıdır; buna görə də borcun konkret kimə aid edilməsi yalnız “abonent kartında yazılan ad”la həll oluna bilməz. Əksinə, məhz 445.2.1-ci maddənin sistematik mənası tələb edir ki, məhkəmə hər dövr üzrə faktiki istehlakçını, mülkiyyətçi və ya istifadəçi statusunu, xidmətin göstərilməsi və ölçülməsi mexanizmini, borcun yaranma anını və borclunun müəyyənləşməsini ayrıca qiymətləndirsin. Bu qiymətləndirmə aparılmadıqda, icranın “gecikdirilməsi” və “icra olunmaması” kimi nəticələr yanlış subyektə tətbiq edilmiş olur. Nəticə etibarilə, 445.2.1-ci maddəyə istinadla şikayətçiyə məsuliyyət yüklənməsi, maddənin tələb etdiyi hüquqi determinasiya aparılmadan edildiyi üçün əsaslı sayıla bilməz və qətnamənin ləğvini zəruri edir. 15.Mülki Məcəlləsinin 373.2-ci maddəsi, o cümlədənə 373.3ci bəndləri müqavilə tələbləri, ümumi mülki-hüquqi öhdəliklər, habelə dövri icra olunmalı öhdəliklər (məsələn, kommunal xidmətlər üzrə aylıq ödənişlər) üçün üçillik iddia müddətini müəyyən edir. Bu norma hazırkı mübahisə üçün həlledici əhəmiyyət daşıyır, çünki iddiaçı tərəfindən tələb edilən məbləğ on illərlə davam edən dövrü – 1997-ci ildən 2023-cü ilə qədər olan vaxt aralığını əhatə edir. Hətta şikayətçi ilə iddiaçı arasında müqavilə münasibətinin mövcud olduğu ehtimal edilsə belə, iddiaçının 2025-ci ildə qaldırdığı iddia çərçivəsində 3 ildən artıq əvvəlki dövrlər üzrə dövri ödəniş tələbləri iddia müddətinin keçməsi səbəbindən təmin olunmamalıdır. İddia müddəti institutunun mahiyyəti hüquqi müəyyənlik və ədalətli balans prinsipini qorumaqdan ibarətdir: kreditor uzun müddət passiv qalaraq sübutların itirildiyi, faktların dəyişdiyi dövrlər üzrə tələbləri birdən-birə irəli sürüb borclunu faktiki müdafiəsiz vəziyyətə sala bilməz. Burada isə şikayətçi ümumiyyətlə prosesdən xəbərdar edilmədiyi üçün iddia müddətinin tətbiqini vaxtında tələb etmək imkanından məhrum edilmişdir. Bu hal həm maddi hüquq baxımından iddiaçı tələbinin əhəmiyyətli hissəsinin vaxt aşımı ilə məhdudlaşdığını, həm də prosessual baxımdan şikayətçinin müdafiə hüququnun pozulduğunu göstərir və işin apellyasiya instansiyasında yenidən araşdırılmasını zəruri edir. 16.Mülki Prosessual Məcəlləsinin 185.2 və 185.3-cü maddələri məhkəmənin cavabdehin iştirakı olmadan işə baxması üçün əsas şərti müəyyən edir: işdə iştirak edən şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə “lazımi qaydada” xəbərdar edilməsi. Maddə 185.2 açıq şəkildə göstərir ki, cavabdehə məhkəmə bildirişi verilməsi barədə 17.məlumat olmadıqda işə baxılması təxirə salınmalıdır; yalnız 185.3 və 185.5-də nəzərdə tutulan hallarda, yəni xəbərdarlığın düzgün aparıldığı sübuta yetirildikdə işə cavabdehsiz baxmaq mümkündür. Hazırkı işdə qətnamədə şikayətçiyə poçt məktubu və SMS göndərildiyi qeyd olunsa da, iş materiallarında bu bildirişlərin real çatdırılmasını təsdiq edən sübutların (poçt qəbzi, çatdırılma bildirişi, elektron sistemdən çıxarış, SMS-in çatdırılma statusu, tarix və nömrə rekvizitləri) olub-olmaması araşdırılmadan qətnamə çıxarılmışdır. Nəticədə şikayətçi iddia ilə tanış olmaq, yazılı etiraz vermək, sübutları təqdim etmək və iddia müddətinin tətbiqini tələb etmək imkanından məhrum edilib. MPM-in 185-ci maddəsinin məqsədi məhz belə halların qarşısını almaq, prosesin ədalətli və adversarial mahiyyətdə aparılmasını təmin etməkdir. Bu norma gözlənilmədən və sübutsuz “xəbərdar edilib” fərziyyəsi ilə keçildikdə, nəticədə qəbul edilən qətnamə prosessual baxımdan dayanıqlı sayıla bilməz və apellyasiya qaydasında ləğv edilməlidir. 18.MPM-in 217.4-cü maddəsi məhkəmənin qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalı olduğunu imperativ qaydada təsbit edir. Bu norma “qətnamənin əsaslılığı” kriteriyasını formal istinadlarla deyil, məhz sübutların iclasda araşdırılması, tərəflərin onlara münasibət bildirməsi və məhkəmənin həmin sübutları qiymətləndirməsi tələbi ilə təmin edir. Şikayətçinin iştirakı və məlumatlılığı təmin edilmədən keçirilən prosesdə, onun təqdim edə biləcəyi sübutlar və ya iddiaçının sənədlərinə etirazları tədqiq edilməmiş qalır; bu zaman məhkəmənin “tədqiq olunmuş sübutlar” bazası mahiyyətcə birtərəfli olur və 217.4-cü maddənin qoruduğu adversarial balans pozulur. Üstəlik, işin predmeti borcun subyekti məsələsi olduğu halda, məhkəmənin yalnız abonent kartı və iddiaçının hesablamalarına əsaslanması, digər sənədlər üzrə ziddiyyətləri aradan qaldırmaması 217.4cü maddənin tələb etdiyi “tədqiq və qiymətləndirmə” standartını təmin etmir. Qətnamə, iş üzrə həqiqi halların müəyyən edilməsini tələb edən sübut mübahisəsini həll etmədən, şikayətçini faktiki dinləmədən və onun müdafiə imkanlarını reallaşdırmadan çıxarıldığı üçün 217.4-cü maddənin mahiyyətinə ziddir və bu pozuntu apellyasiya instansiyasında qətnamənin ləğvinə əsas verməlidir. 19.MPM-in 220.4-cü maddəsi qətnamənin əsaslandırıcı hissəsinin məzmun standartını müəyyən edir: məhkəmənin müəyyən etdiyi hallar, həmin halları təsdiq edən sübutlar, digər sübutların və tərəflərin istinadlarının niyə rədd edildiyi, habelə qətnamə çıxararkən rəhbər tutulmuş qanunlar və hüquqi aktlar əsaslandırıcı hissədə aydın göstərilməlidir. Bu norma yalnız “qanunlara istinad” etməyi deyil, sübutların ziddiyyətli olduğu hallarda məhkəmənin mövqeyini izah etməyi, xüsusən də borcun subyekti kimi yanlış şəxsin seçilməsi riskini aradan qaldırmaq üçün motivasiya verməyi tələb edir. Hazırkı mübahisədə əsas sual xidmətlərin faktiki istehlakçısının kimliyi və şikayətçinin həmin münasibətlə hüquqi bağlılığının olub-olmamasıdır. Qətnamədə isə bu həlledici məsələ üzrə konkret sübut analizi aparılmadan, abonent kartındakı adın qeyd edilməsi sanki mübahisəsiz fakt kimi qəbul edilir; şikayətçinin müqavilə bağlamaması, imza etməməsi, mənzildə yaşamaması kimi arqumentlərə münasibət bildirilməmiş qalır. 220.4-cü maddənin tələb etdiyi motivasiyanın olmaması, qərarın yoxlanıla bilən hüquqi məntiqini zəiflədir, apellyasiya instansiyasının işə effektiv nəzarət imkanını məhdudlaşdırır və qətnamənin prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını göstərir. 20.MPM-in 119.1-ci maddəsi iş üzrə məhkəmə xərclərinin, o cümlədən dövlət rüsumunun bölüşdürülməsinin ümumi qaydasını müəyyən edir və iddia tələbi təmin edildiyi hallarda xərclərin cavabdehin üzərinə qoyulmasını nəzərdə tutur. Lakin bu norma, yalnız iddia tələbi maddi və prosessual baxımdan əsaslı olduqda, yəni mübahisənin düzgün subyekti müəyyən edildikdə və tərəflərin prosessual hüquqları təmin edildikdə tətbiq edilə bilər. Hazırkı işdə şikayətçi prosesdən xəbərdar edilmədən, müdafiə hüququnun reallaşdırılması təmin olunmadan, iddia tələbinin subyektiv tərkibi araşdırılmadan qətnamə çıxarılmışdır; belə şəraitdə dövlət rüsumunun şikayətçinin üzərinə qoyulması 119.1-ci maddənin məqsədinə zidd nəticə doğurur. Əgər apellyasiya instansiyası tərəfindən qətnamə ləğv edilərək iş yenidən baxılmaya qaytarılarsa, ilkin mərhələdə xərclərin bölüşdürülməsi barədə nəticə də dayanıqlı hesab edilə bilməz və xərclərin taleyi yekun nəticədən asılı olaraq yenidən həll edilməlidir. Bundan əlavə, şikayətçinin prosessual hüquqlarının pozulması səbəbindən yaranmış əlavə xərclər və gecikmələr iddiaçının və ya məhkəmənin prosessual hərəkətlərinin nəticəsi kimi qiymətləndirilməli, şikayətçinin üzərinə disproporcional maliyyə yükü kimi qoyulmamalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 24.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu 26.Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 27.1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 28.2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. 29.5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. 30.7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 34.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 38.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 40.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 42.Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. 44.İşin faktiki hallarından göründüyü kimi, cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini normativ qaydada hesablama yolu ilə (evdə yaşayan nəfər sayı hesabı ilə) müəyyən edilmiş, nəticədə, cavabdeh Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən 1669.62 manat məbləğində borc tələb olunmuşdur. 45.Apellyasiya icraatında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında X6 tək yaşayır. Belə olan halda kollegiya hesab edir ki, cavabdehdən 417.4 manat (1669.62 manat4=417.4) (dörd yüz on yeddi manat qırx qəpik) məbləğində borcun tutulması daha ədalətlidir. 46.Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 47.Beləliklə, kollegiya belə qənaətə gəlir ki, qanunvericinin tələbinə görə, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə faktiki yaşadığı ailə üzvlərinin sayının bir nəfər olduğuna görə tutulmalı borc məbləği bir nəfərə uyğun olaraq hesablanmalıdır. 48.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 49.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” 50.Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. 51.Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli cavabdeh Cavabdeh (abonent kodu: 1501480110290) 417.4 (dörd yüz on yeddi manat qırx qəpik) manat borc və 36.10 (otuz altı manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin hesabına ödənilməlidir. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh (abonent kodu: 1501480110290) 417.4 (dörd yüz on yeddi manat qırx qəpik) manat məbləğində borc və 36.10 (otuz altı manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar