Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-403/2026 21.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz”” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsi və mənzilinə sayğac quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birikdə ərizdə göstərilən ünvanda yaşayır. Qazdan istifadə etdiyi müddət ərzində vaxtlı vaxtında qaz pulu ödəmişdir. Yaşadığı həyətyanı torpaq sahəsi 0,06 ha-dır, xüsusi mülkiyətindədir və çıxarışı da vardır. Evi özəlləşdirməsə də bütün kommunal xidmətlərini, yəni qaz, su və işığı öz adına rəsmiləşdirmişdir. Belə ki, 2025-ci ilin iyul ayından “Azəriqaz” İB Sumqayıt Qaz İdarəsi ilə arasında ##.##.2025-ci il tarixdə AK- *****/**-** nömrəli müqavilə bağlanmışdır. Müqavilədə göstərilən abonent kodu 017790900107070 adına verilmişdir. Lakin 2025-ci ilin oktyabr ayının son həftəsində “Azəriqaz” İB-nin əməkdaşları yaşadığı ünvana gələrək heç bir səbəb göstərmədən və xəbərdar etmədən qaz sayğacını açıb aparmışlar. Azəriqaz İB-nin Sumqayıt Qaz İdarəsi müqavilənin 5.3-cü bəndinin tələbini kobud surətdə pozaraq heç bir xəbərdarlıq etmədən, səbəb göstərmədən qaz sayğacını çıxartmış və qazın verilişini dayandırmışdır. Bir vətəndaş kimi hüquqları kobud surətdə pozulmuşdur. Hal-hazırda qazı yoxdur. Onların bu qanunsuzluqları və özbaşınalıqlarına etiraz olaraq bir neçə dəfə Sumqayıt Qaz İdarəsinə getsə də ona şablon sözlər deyərək yola salmışdırlar. Guya qaz sayğacını qanunsuz quraşdırıblar. Halbuki qaz sayğacı evi alandan mövcuddur və “ASAN xidmət” mərkəzində öz adına rəsmiləşdirmişdir. Onunla müqavilə bağlanıb, lakin Azəriqaz İB müqavilə şərtlərini kobud surətdə pozmuşdur. Əgər qaz sayğacında nöqsan olubsa niyə onu ünvanına quraşdırmışlar. Qaz sayğacı quraşdırılandan sonra ona qanuni plomb vurulur və kod açılır. Sayğacı özbaşınalıq edib çıxardıblar və əvəzində yeni qaz sayğacı quraşdırmamış, ona isə heç bir sənəd və ya akt təqdim etməmişdirlər. Ona əlavə məlumat verilmir. Onun sayğacı küçədə yerləşir, o, sayğaca heç bir müdaxilə etməyib və qanunsuz qaz xəttindən istifadə etməmişdir. Hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq qaz sayğacını açıb aparmışdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazı onunla əsaslandırmşdır ki, iddiaçı İddiaçı iddia ərizəsində yaşadığı həyətyanı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu qeyd etsə də, istifadəsində olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3 -cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinin tələblərinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “GCZ- G-4 DİAFRAQMA” markalı, GCZ******* nömrəli qaz sayğacı ilk olaraq Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” massivində yaşayan X4 ünvanı üzrə quraşdırılmış, lakin sonradan “Azəriqaz” İB-nə məlumat verilmədən, özbaşına və qanunsuz olaraq çıxarılaraq Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” massivində - İddiaçı yaşadığı ünvan üzrə quraşdırılmışdır. Hazırda qeyd olunan qaz sayğacı 017790900107070 abonent kodu ilə vətəndaş X4 məxsusdur və onun istifadəsindədir. Həmçinin Sumqayıt şəhəri “Yaşıldərə bağları” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan X3 ərizə ilə hüquq mühafizə orqanlarına Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) tərəfindən ona məxus St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən anası X4 adına olan qaz sayğacının oğurlanmasını bildirmişdir. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılmış və müvafiq qərar qəbul edilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmiş, “Azəriqaz” İB-nin iddiaçı İddiaçı məxsus *************** saylı abunə kodu üzrə “GCZ-G-4 DİAFRAQMA” markalı, GCZ******* nömrəli sayğacın yerinə quraşdırılmaması kimi hərəkətlərin qanunsuz hesab edilməsi, *************** saylı abunə kodu üzrə qeydiyyatdan keçən “GCZ-G-4 DİAFRAQMA" markalı, GCZ******* nömrəli sayğacın iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılması vəzifəsinin cavabdeh “Azəriqaz” İB-nə həvalə olunması, cavabdeh «Azəriqaz» İB-dən 100 (yüz) manat dövlət rüsumunun alınaraq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK*****/**-** saylı müqavilə bağlanmışdır. İstehlakçı İddiaçı adına *************** saylı abunə kodu açılmışdır. Tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir və həmin müqavilə hal-hazırda qüvvədədir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya məxsus sayğacın ünvandan özbaşına sökülərək aparılması halı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, 560.3.5.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 4.1, 4.2, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.9, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.8, 17-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Azəriqaz” İB apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı yaşadığı Sumqayıt şəhəri “Azərbaycan Dəmir Yolu yük həyəti ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyətini təsdiq edən sənədləri olmadığından qeyd olunan ünvan üzrə qaz sayğacının quraşdırılması qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. İddiaçı məhkəməyə hec bir sübut və sənəd təqdim etməsə də iddia təmin olunmuşdur. Lakin “Azəriqaz”İB-yi olaraq tərəfindən kifayət qədər sənəd təqdim edilmişdir. İddia tələbində qeyd olunan “Diafraqma” markalı, GCZ******* nömrəli qaz sayğacı ilk olaraq Sumqayıt şəhəri Azərbaycan Dəmir yolu yük həyətində yaşayan X4 ünvanına quraşdırılmış, lakin sonradan çıxarılaraq həmin ərazidə yaşayan İddiaçı yaşadığı ünvan üzrə quraşdırılmışdır. İddiaçı Səlimzadə İddiaçı iddia ərizəsində Sumqayıt şəhəri Azərbaycan Dəmir yolu yük həyəti ünvanında yerləşən fərdi yaşayış evini aldığını – mülkiyyətçi olduğunu qeyd etsə də göstərilən ünvan üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli, ***-VIQD nömrəli Qanunla müvafiq dəyişiklik edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının aylayıcı şəbəkəyə qoşulması qadağandır. İddiaçı İddiaçı yaşadığı Sumqayıt şəhəri Azərbaycan Dəmir yolu yük həyəti ünvanında yerləşən fərdi aşayış evinə dair mülkiyyətini təsdiq edən sənədləri olmadığından qeyd olunan ünvan üzrə qaz sayğacının quraşdırılması qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, fərdi yaşayış evini yarımçıq tikili vəziyyətdə almışlar. Bütün kommunal xidmətlər qoşulub. Cavabdeh təşkilatın nümayəndələri məlumat vermədən qaz sayğacını söküb aparıblar. Bildiriblər ki, sayğac oğurluqdu. Lakn ASAN xidmət mərkəzində abonent kodunu adlarına rəsmiləşdirmişlər. Evi 2021-ci ildə almışdır, aldığı zaman evə qaz çəkilmişdi, sayğac mövcud idi. Bir müddət qazdan istifadə edib. Sayğacı 2025-ci ildə öz adlarına rəsmiləşdiriblər. Hazırki gündə su başqa şəxsin adınadır, onu da öz adına rəsmiləşdirəcək. Evi 2021-ci ildə alsa da, 7-8 ay olar ki, evə köçüb yaşayır. Bütün syğacları mövdcud olub, istifadə etdiyi komunal xidmətlərə görə ödənişləri edib. İstifadə etdiyi qaza görə də ödənişlər edib. Evə sayğacın quraşdırılmasını istəyir. Çıxarılan sayğacı quraşdırılıb-quraşdırılmamasının fərqi yoxdur.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
11. “Azəriqaz” İB ilə İddiaçı (abonent kodu:017790900107070) arasında ##.##.2025ci il tarixli, AK-*****/**-** saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
12. “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış ## #### 2025-ci il tarixli “qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktın surətindən görünür ki, qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılmışdır.
13. Cinayət işinin başlanmasının rədd edilməsi baədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri “Yaşıldərə bağları” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan X3 ərizə ilə müraciət edərək ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixədək olan müddət ərzində naməlum şəxs (şəxslər) tərəfindən ona məxus St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən anası X4 adına olan qaz sayğacının oğurlanmasını bildirmişdir. Lakin oğurlanmış sayğacın maddi dəyərinin 50 manatı keçməməsi şəxsiyyəti təhqiqata məlum olmayan şəxsin əməlində Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibini istisna etdiyinə görə cinayət işinin başlanılması rədd edilmiş, şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan onun müəyyən edilməsi barədə inzibati tənbeh görülməsi üçün qərarın sürəti aidiyyəti üzrə göndərilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
16. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1–ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə abonent kodunun açılması və qaz sayğacının quraşdırılması vəzifəsi cavabdeh “Azəriqaz” İB-yə həvalə olunmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
20. Belə ki, müəyyən edilmiş hallarına əsasən “Azəriqaz” İB ilə iddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2025-ci il tarixli, AK-*****/**-** saylı müqavilə bağlanmış və ## #### 2025-ci il tarixli “qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” akta əsasən iddiaçıya məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış, istehlakçının adına *************** saylı abunə kodu açılmışdır. İddiaçı tərəfindən 2025-ci ilin oktyabr ayının əvvəlinə kimi qazdan istifadə edilmişdir. Göründüyü kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış, şərtlər müəyyən edilmiş, həmin müqavilə ləğv və ya etibarsız hesab edilməmişdir. İddiaçıya məxsus sayğacın ona məxsus ünvandan müqavilə ləğv edilmədən özbaşına sökülərək aparılması faktı iddiaçının müqavilə üzrə hüquqlarının pozulmasına səbəb olmuşdur.
21. Məhkəmə kollegiyası hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1ci hissəsinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin müvafiq icazə alınmadan inşa edilməsi ilə əlaqədar olaraq qaz qurğularının quraşdırılmasının qadağan olması barədə şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, həmin tələb iddiaçının qaz təchizatı müəssisəsinə ilkin müraciəti zamanı yerinə yetirilməli olan tələb olmuşdur. Hərçənd ki, cavabdeh təşkilat qanun həmin tələbinə özü əməl etməyərək, iddiaçı ilə qazın alqısatqısına dair müqavilə bağlamış və qazpaylayıcı şəbəkəyə qoşulmanı təmin edib, müvafiq qaz sayğacını quraşdırmışdır. Cavabdeh müqavilənin hər hansı bir pozuntu səbəbindən bağlandığını iddia etdiyi və qaz təchizatını dayandırmalı olduğu təqdirdə isə müqavilənin ləğvinə dair qanunvericiliyin tələbinə əməl etməklə yanaşı, müvafiq xəbərdarlıq etməklə qaz təchizatını dayandıra bilərdi. Cavabdeh təşkilatın təbii inhisar subyekti olması faktı isə müqavilə üzrə öhdəliklərdən əlavə olaraq qanundan irəli gələn müəyyən qadağaları müəyyən etməkdədir. Hərçənd ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4-cü bəndi ilə yalnız istehlakçının müqaviləni vaxtından əvvəl ləğv edə bilməsi hüququ müəyyə edilmişdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi *************** saylı abunə kodu üzrə qeydiyyatdan keçən “GCZ-G-4 DİAFRAQMA" markalı, GCZ******* nömrəli sayğacın iddiaçıya məxsus ünvan 1nə quraşdırılması vəzifəsinin cavabdeh “Azəriqaz” İB-yə həvalə olunmasını qət etmişdir ki, cavabdeh təşkilat həmin kodlu abonent hesabının və həmin nömrəli sayğacın artıq digər abonentə məxsus olduğunu bildirmişdir. Həmçinin qeyd edilən sağyacın oğurlanması ilə bağlı abonent X4 oğlu X3 tərəfindən polis orqanına müraciət edilmişdir. Lakin məhkəmə qeyd edilən sayğacın təkrar fərdi yaşayış evinə quraşdırılmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinə qeyd edilən kodla abonent hesabının açılması, eyni zamanda həmin nömrəli sayğacın quraşdırılması əhəmiyyət kəsb etməməklə, iddiaçının marağı müvafiq kod üzrə abonent hesabının açılması və hər hansı bir sayğacın quraşdırılması olmuşdur. Buna görə də qətnamə qeyd olunan hissədə dəyişdirilməlidir.
23. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə abonent kodunun açılması və qaz sayğacının quraşdırılması vəzifəsi cavabdeh “Azəriqaz” İB-nə həvalə olunmalıdır.
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1,384.0.3, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə abonent kodunun açılması və qaz sayğacının quraşdırılması vəzifəsi cavabdeh “Azəriqaz” İB-yə həvalə olunsun. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.