Məhkəmə qərarları › İş №2(3-8)-417/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-417/2026

02.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-417/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəs,P.Tağıyev küç, ev 5-ə (abonent kodu 30906600003) cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 2700 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır. 1980-ci ildən bağ-bostan kimi istifadə etmiş, orada tikdirdiyi 117,4 kv.m yaşayış, 111,9 kv.m. köməkçi sahə Abşeron rayon XDS Icariyyə Komitəsinin ##.##.1988-ci il **/** saylı qərarı əsasında ***** nömrəli reyestr kitabında qeydə alınmışdır. Həmin əraziyə Sumqayıt Işıq Idarəsi tərəfindən ##.##.2000-ci il tarixdə "xxxx" kiçik müəssisənin adına ****** nömrəli elektrik sayğacı quraşdıdılmış, ##.##.2003-cü il tarixdə ******* nömrəli sayğacla əvəz olunmuşdur. ##.##.2004 tarixdə "xxxx" kiçik müəssisəsinə açılmış ikinci uçot nöqtəsi işıq idarəsinin kompyüter bazasında passivləşdirilərək öz adına əhali sektoruna keçirilməsi barədə **-*A/**** nömrəli ərizə vermiş və onun adına əhali kimi aktivləşdirilib. O dövrdə həmin sayğacla 21933 kv.saat elektrik enerjisinin pulunu ödəmişdir. Həmçinin fiziki şəxs kimi də fəaliyyət göstərərək əraziyə texniki şərt almaqla yeni əlavə üç fazalı sayğac quraşdırılmışdır. Həmin dövrdən iddiaçıya işıq idarəsi tərəfdən borc hesablanıb. Bununla bağlı həmin dövrdə ##.##.2008-cı il tarixdə Sumqayıt elektrik şəbəkə ASC-nin Idarə Heyətinin sədri M.Mehdiyevə T-** nömrəli ərizə ilə müraciət etmiş, lakin bu günə kimi 17 il müddətində ona cavab verilməyib və tədbir görülməyib.

3. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçı tələbində “xxxx” ASC tərəfindən ona 2700 manat məbləğində borcun silinməsini xahiş etsə də, həmin məbləğin əsassız olaraq hesablanmasını və qanunsuz olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə qanunsuz və əsassızdır, ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi işin bu hallarını hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin təqdim etdiyi birtərəfli sənədlərlə kifayətlənmiş, abonent uçotunda baş vermiş dəyişikliklərin səbəblərini və borcun formalaşma mexanizmini müəyyən etməmişdir. Onun uzun illər əvvəl cavabdehə müraciət etməyi, cavabdehin həmin müraciətə baxmaması və uçot səhvlərini aradan qaldırmaması faktlarına məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Nəticədə məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmadan və borcun yaranmasının real səbəblərini müəyyən etmədən, cavabdehin mövqeyini əsas götürərək iddianı rədd etmişdir. Hesab edir ki, iş üzrə faktiki hallar düzgün müəyyən edilmədiyindən və cavabdehin uçot səhvlərinin nəticəsi olan borc qanuni kimi qəbul edildiyindən, məhkəmə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Elektrik enerjisi təchizatı münasibətləri müqavilə xarakterli öhdəlik münasibətləri olduğundan, enerji təchizatı müəssisəsinin istehlakçıya qarşı ödəniş tələbləri üçillik iddia müddəti ilə məhdudlaşır. Hazırkı iş üzrə cavabdeh tərəfindən onun adına hesablanmış borcun formalaşma dövrü və əsasları aydın göstərilməmiş, borcun əvvəlki illərə aid uçot uyğunsuzluqları nəticəsində yarandığı iş materiallarından görünür. Bu isə faktiki olaraq iddia müddəti keçmiş dövrlərə aid hesablaşmanın sonradan borc kimi təqdim edilməsi deməkdir. Iddia müddəti keçmiş tələbin məhkəmə tərəfindən hüquqi qüvvəyə malik borc kimi qəbul edilməsi maddi hüquq normalarının pozulmasıdır. Beləliklə, borcun formalaşdırılması həm iddia müddəti qaydalarına, həm də elektrik enerjisi üzrə aylıq hesablaşma prinsipinə zidd olduğundan, birinci instansiya məhkəməsi bu maddi hüquq normalarını tətbiq etmədən iddianı rədd etməklə qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Məhkəmə borcun mövcudluğu barədə nəticəni yalnız cavabdehin daxili aktına və abunə cədvəlinə əsaslandırmışdır. Həmin sənədlər birtərəfli tərtib olunmuş, onun tərəfindən imzalanmamış və mübahisələndirilmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, o, borcun əsassız hesablanmasını sübut etməmişdir. Halbuki mübahisənin predmeti borcun qanuni hesablanmasıdır və bu halı sübut etmək öhdəliyi borcu hesablayan cavabdehin üzərinə düşür. O uzun illər ərzində uçot uyğunsuzluğunu və cavabdehin hərəkətsizliyini göstərmiş, borcun hüquqi əsasının olmadığını əsaslandırmışdır. Buna baxmayaraq məhkəmə cavabdehin mövqeyini üstün tutmuş və faktiki hallara uyğun olmayan nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

11. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir.

14. Işin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, İddiaçı məxsus olan obyektə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman obyekt kəndli fermer təsərrüfatı kimi fəaliyyət göstərir amma əhali kimi ödəniş etdiyi aşkar olunması ilə bağlı ##.##.2003-cü il tarixli,D/S ****** nömrəli akt tərtib olunmuşdur.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

16. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (Həmin Qaydaların 8.2., 8.4., 8.9. bəndləri).

17. Işdən görünür ki, İddiaçı məxsus olan obyektə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman obyekt kəndli fermer təsərrüfatı kimi fəaliyyət göstərməsi, amma əhali kimi ödəniş etməsi müəyyən olunmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı məxsus abonent kodu 506730906600003 olan işıq sayğacına hesablanmış 2600 manat borc cərimə borcu olmamaqla, enerji sərfiyyatının dəyəridir.

18. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

19. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

20. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

23. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

24. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar