Məhkəmə qərarları › İş №2(3-8)-44/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-44/2026

23.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-44/2026 23.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı mülki iş üzrə (Açar sözlər: kommunal xidmətlərə görə hesablanmış borcun yeni mülkiyyətçidən tələb edilməməsi, yaradılmış bütün maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 nümayəndəsi Nümayəndə1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, 2(060)-4731/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. xx.xx.2005-ci il tarixli abonent kartından müəyyən olunur ki, Cavabdeh3 Sumqayıt şəhəri, Corat 2, ev-456 ünvanında su və kanalizasiya xidmətlərindən istifadəyə görə 2023-cü il üzrə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X8 tərəfindən 2264.10 manat məbləğində borc hesablanmışdır.

2. xx.xx.2023-cü il tarixli, 2(060)-250/2023 saylı Sumqayıt şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 97,97 (doxsan yeddi manat doxsan yeddi qəpik) manat pul alınaraq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqyaıt şəhəri, Corat bağları ərazisi, ev 2175 ərazisində yerləşən bağ evi İddiaçı adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı məhkəməyə müraciət edərək, “mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2175 ünvanında yerləşən fərdi yaşayış evinə dair 2016-2021-ci il tarixinə qədər sudan istifadəyə görə hesablanmış 2.078,07 (iki min yetmiş səkkiz manat yeddi qəpik) manat pul vəsaitinin cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 tərəfindən tələb edilməsinin və bu borca görə onun sudan istifadəsinin dayandırılmasının qanunsuz hesab edilməsi və 2.078,07 (iki min yetmiş səkkiz manat yeddi qəpik ) manat borcun ödənilməməsinə görə onun sudan istifadəsi üçün yaradılmış bütün maneələrin aradan qaldırılmasına dair” qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2175 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində və faktiki istifadəsindədir. Bu fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri DövlətKomitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydiyyata alınmış və bununla bağlı olaraq reyestr tərəfindən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi ondan əvvəl Cavabdeh2 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında deyil, məcburi qaydada – borcun ipoteka predmetinə yönəldilməsi nəticəsində hərracdan əldə etmişdir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 isə əvvəlki mülkiyyətçilərin sudan istifadə etməsinə görə yaranmış borc məbləğini ondan tələb etmiş və buna görə qanunsuz olaraq suyu kəsmişdir. Bundan sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evində sudan istifadə edilməsilə bağlı əvvəlki dövr üçün yaradılmış su borcunun əvvəlki mülkiyyətçiyə aid edilməsi və eyni zamanda onun tərəfindən əvvəlki qalıq borcu üçün ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin cavabdeh "xxxx" ASC tərəfindən ona qaytarılması barədə iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-250/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ev 2175 ("xxxx" ASC-də Sumqayıt şəhəri, Corat 2,ev 456) ünvanında sudan istifadəyə görə həmin ev iddiaçın mülkiyyətinə verildiyi vaxtdan (xx.xx.2020) onun tərəfindən 1000 manat ödəniş edildiyi tarixədək (xx.xx.2022) 902,3 (537,43+364,6) manat borc yaranmışdır. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş məbləğin yalnız 97,97 (1000- 902,3) manat hissəsi ev iddiaçının mülkiyyətinə keçdiyi tarixdən əvvəlki dövrə aid olmuşdur. Bu səbəbdən məhkəmə hesab edib ki, həmin məbləğ 97,97 (doxsan yeddi manat doxsən yeddi qəpik) manat cavabdeh "xxxx" ASC tərəfindən ona qaytarılmalıdır. Belə ki, 2016-cı il üzrə hesablanmış 954,02 manat, 2017-ci il üzrə hesablanmış 263,2, 2018-ci il üzrə hesablanmış 286,65, 2019-cu il üzrə hesablanmış 288,4, 2020-ci il üzrə hesablanmış 285,8 manat əvvəlki mülkiyyətçilərin borcu hesab edilmişdir. Lakin məhkəmə qətnaməsi olmasına baxmayaraq "xxxx" ASC əvvəlki mülkiyyətçilərə aid 2016-cı il tarixdən – 2021-ci il tarixinə qədər hesablanmış 2078,07 (iki min yetmiş səkkiz manat yeddi qəpik ) manat borc məbləğini qanunsuz olaraq ondan tələb edərək sudan istifadəyə məhdudiyyətlər yaradılır. Hazırda "xxxx" ASC-nin qəza xidməti tərəfindən heç bir qanuni əsas olmadan mülkiyyətində olan fərdi yaşayış evinə su verilməsini dayandırmışlar. Bununla bağlı ona nə bildiriş, nə də rəsmi akt tərtib olunaraq təqdim edilməmişdir. "xxxx" ASC-yə hər hansı bir borcu olmadığı halda məhkəmə qətnaməsi ilə əvvəlki mülkiyyətçilərə aid edilmiş sudan istifadəyə dair borca görə onun evinə gələn su xətti qanunsuz olaraq kəsilmişdir. Bu da onun qanuni mənafeyinə ciddi ziyan vuraraq evində yaşayışını qeyrimümkün etmiş və istehlakçı olaraq hüquqlarını pozur.

6. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Behbudova) 24 oktyabr 2025-ci il tarixli, 2(060)-4731/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi bu cür əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, 2(060)- 250/2023 saylı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsaslanaraq iddia tələbini müdafiə etməsinə baxmayaraq, iddia tələbinin hüquqi əsası əsaslandırılmamış, həmin qətnamə mübahisələndirilməmiş, hansı ki qətnamə əsasında iddia tələbi irəli sürülməsinə baxmayaraq, yalnız tələbin qismən təmini ilə nəticələnmişdir. Məhkəmə qeyd edib ki, iddiaçı yüklü vəziyyətdə mənzili qəbul etmiş, bundan sonra 2022-ci ildə sayğac quraşdırılmış, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2175 ərazisində yerləşən bağ evi İddiaçı adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Yaranmış borc sayğac üzrə borc olmaqla iddiaçı tərəfindən ödənilməklə, cavabdehin qeyri-qanuni hərəkəti mübahisə predmeti olmamaqla, iddiaçı tərəfindən ödənilməklə, cavabdehlərə qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququndan məhrum etmir. Bu səbəbdən sayğac üzrə borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz olması işin araşdırılan halları ilə sübuta yetirilmir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edib ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmaması nəzərə alınaraq, iddia tələbi rədd edilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 560, 1096, 1097.1, 1115-ci maddələrinə “Su təchizatı və tullantı suları haqqında” Qanunun müvafiq bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın müvafiq bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, 2(060)-4731/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı olaraq mübahisəli mənzili 2020-ci ildə hərrac yolu ilə alıb. Hərac vasitəsi ilə alındığı üçün fərdi yaşayış evinin suya olan borcu üzrə məlumatı olmamışdır. Bu fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində iddiaçının adına qeydiyyata alınmış və bununla bağlı olaraq reyestr tərəfindən çıxarış verilmişdir. Hazırda həmin ev iddiaçının mülkiyyətindədir. 2021-ci il tarixdən əvvəlki dövr üzrə cavabdeh təşkilatın iddiaçıdan pul tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-250/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-dən 97,97 (doxsan yeddi manat doxsan yeddi qəpik) manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi,ev 2175 ("xxxx" ASC-də Sumqayıt şəhəri, Corat 2,ev 456) ünvanında sudan istifadəyə görə həmin ev iddiaçının mülkiyyətinə verildiyi vaxtdan (xx.xx.2020) onun tərəfindən 1000 manat ödəniş edildiyi tarixədək (xx.xx.2022) 902,3 (537,43+364,6) manat borc yaranmışdır. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş məbləğin yalnız 97,97 (1000-902,3) manat hissəsi ev iddiaçının mülkiyyətinə keçdiyi tarixdən əvvəlki dövrə aid olmuşdur. Bu səbəbdən məhkəmə hesab edib ki, həmin məbləğ cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya qaytarılmalıdır. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mülkiyyətinə keçdiyi tarixdən əvvəlki dövrə aid ödədiyi borc qanunsuz hesab edilmişdir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qətnaməni nəzərə almamış, sayğac üzrə borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanuni olması qənaətinə gəlmişdir. Hətta məsləhət olaraq əvvəlki mülkiyyətçilərin dövrü üzrə yaranmış su borcunun iddiaçı tərəfindən ödənilərək, sonra əvvəlki mülkiyyətçilərə qarşı iddia qaldırla bilməsini də bildirmişdir. Halbuki, fərdi yaşayış evinin 2016-ci il üzə 954,0 manat, 2017-ci il üzrə 263,2 manat, 2018-ci il üzrə 286,65, 2019-cu il üzrə 288,4, 2020-ci il üzr isə 285,8 manat su pulunu cavabdeh təşkilat həmin dövrlər üzrə mülkiyyətçi olan şəxslərə qarşı iddia qaldırıb ala bilər. Cavabdeh təşkilatın hərəkətsizliyi nəticəsində, yəni əvvəlki dövr üzrə mülkiyyətçilərə qarşı iddia qaldırmaması nəticəsində iddiaçı olaraq hüququları pozulmuşdur və eyni zamanda tez-tez sudan istifadəyə maneələr yaranmasına səbəb olur. Bundan əlavə qətnamənin əsaslandırma hissəsində iddianın hansı səbəbdən təmin edilmədiyi aydın və dolğun şəkildə göstərilməmiş, təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmiş və nəticədə qətnamə Mülki Prosessual Məcəllənin 217–218ci maddələrinin tələblərinə uyğun şəkildə əsaslandırılmamışdır. Məhkəmə iş üzrə mövcud faktiki halları tam şəkildə araşdırmamış, iddiaçının təqdim etdiyi daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən çıxarış və digər dəlillər barədə heç bir hüquqi təhlil aparmamış, bu dəlillərin iddianın təmininə təsiri barədə hər hansı izah verməmişdir. Qətnamədə həmçinin işin mahiyyəti ilə heç bir əlaqəsi olmayan hüquqi normalara istinad olunmuş, iddia tələbinin predmeti ilə uyğun gəlməyən maddələr tətbiq edilmişdir ki, bu da iş üzrə hüquqi münasibətlərin yanlış qiymətləndirilməsi ilə nəticələnmişdir. Qətnamənin nəticə hissəsində iddianın rədd edilməsi göstərilsə də, əsaslandırma hissəsi həmin nəticəni təsdiq edəcək hüquqi arqumentlərlə təmin edilməmiş və mübahisəli qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, Cavabdeh2 iddiaçıya kifayət qədər (238 min manat) məbləğində borcu olub. Həmin borcun tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmiş və qətnamənin icrası mərhələsində mübahisəli ev hərraca çıxarılmışdır. İddiaçı həmin fərdi yaşayış evini hərracda əldə etmişdir. Fərdi yaşayış evinə dair hərrac prosesi zamanı evin kommunal borclarına dair hər hansı məlumat görsənməmişdir. Sözügedən əmlak iddiaçının mülkiyyətinə xx.xx.2020-ci ildə keçmişdir. İddiaçı əmlakı 2020-ci ildə alsa da, həmin yerə 2021-ci ildə köçmüşdür. Tərəflər arasında mübahisələr olmuş, iddiaçı rahat şəkildə evinə köçə bilməmişdir. İddiaçı 2016-cı ildən 2021-ci ilə qədər olan müddət ərzində sudan istifadə etməmişdir. İddia tələbində mübahisələndirilən 2078 manat borc 2016-cı ildən 2021-ci ilə qədər olan dövrü əhatə edir. Cavabdeh təşkilat həmin pulu əvvəlki mülkiyyətçilərdən almalıdır. Cavabdeh təşkilat borcun olması ilə əlaqədar iddiaçı ilə yeni müqavilə bağlamır. İddiaçıya aid olmayan borc qanunsuz olaraq ondan tələb edilir. Bundan əvvəl iddiaçı tərəfindən ödənilən 1000 manat məbləğində pul da cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq əvvəlki borcdan silinmişdir. Həmin pulun qaytarılmasına dair iş materiallarında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi vardır. Hazırkı işdə iddiaçının tələbi onun mülkiyyətçi olmasından əvvəlki borcla bağlıdır ki, məhkəmə bu hala düzgün qiymət verə bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci və 62-ci maddəsinə əsasən borcu tələb etmək məqsədilə cavabdeh qurum suyu dayandırmaq hüququna malikdir. Cavabdeh qurumla müqavilə Cavabdeh3la bağlanmışdır. Cavabdeh2lə müqavilə bağlanmamışdır. Cavabdeh3 mülkiyyətçi olduğu dövrdə su borcu olmamışdır. İddiaçının hal-hazırda həmin yerdə yaşadığı müəyyən edilib, iddiaçı evi yüklü şəkildə qəbul edib, buna görə də borc ondan tələb edilir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Maddə 59.1. müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Maddə 61. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır Maddə 69. Fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağıdakı hallarda müvafiq məsuliyyət daşıyır: a) şəxsin təqsiri üzündən su itkisi baş verdikdə, sudan qeyri-məqsədlər üçün istifadə olunduqda.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” Bənd 1.2.8. balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. Bənd 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Bənd 1.7. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. Bənd 2.1.1. Balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək istehlakçıların vəzifəsidir. Bənd 2.1.4. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsi vəzifələrinə aiddir. Bənd. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, 2(060)-4731/2025 nömrəli qətnaməsinin tamamilə ləğvini xahiş etmişdir. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir.

22. İşdən görünür ki, iddiaçı cavabdeh qurum tərəfindən ona hesablanmış borcu mübahisələndirərək, həmin borcun onun istifadə etmədiyi, əvvəlki mülkiyyətçinin istifadəsinə görə hesablandığını, borcun yaranmasında onun təqsirli olmadığını, bu səbəbdən yaranmış borcun ondan tələb edilməməsini və və yaradılan manelərin aradan qaldırılmasını iddia etmişdir.

23. Cavabdehin nümayəndəsi isə məhkəmə iclaslarında iddiaya etiraz edərək iddiaçı ilə hər hansı müqavilə bağlanmadığını, hesablanmış borcun əvvəlki mülkiyyətçilərin dövründə yarandığını, lakin hazırki iş üzrə iddiaçının əmlakı yüklü şəkildə əldə etdiyini və buna görə də yaranmış borca görə məsuliyyətin iddiaçının üzərinə düşdüyünü bildirmişdir.

24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, yaranmış borc sayğac üzrə borc olmaqla, cavabdehin qeyri-qanuni hərəkəti mübahisə predmeti deyil və iddiaçı əmlakı yüklü şəkildə qəbul etmişdir. Bu səbəbdən sayğac üzrə borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz olması işin araşdırılan halları ilə sübuta yetirilmir, ona görə də hesablanmış borca görə məsuliyyət iddiaçının üzərinə düşür.

25. Göründüyü kimi işə baxmış məhkəmə tərəfindən mübahisələndirilən borcun iddiaçı tərəfindən istifadə edilməsinə görə deyil, əvvəlki mülkiyyətçilər tərəfindən istifadə edildiyi və borcun məhz həmin dövrə təsadüf edildiyi müəyyən edilsə də, sonda iddia tələbi təmin edilməmişdir.

26. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq, mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

27. Belə ki, araşdırılan işin mübahisə olunmayan hallarından müəyyən edilir ki, iddiaçı mübahisəli ünvanı hərrac nəticəsində əldə etmiş, xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə onun adına qeydiyyata alınmış, 2021-ci ilin sonlarında isə real olaraq sonuncuya təhvil verilmişdir.

28. İş materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-250/2023 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı daha öncə eyni dəlillərlə məhkəmə müraciət etmiş və əvvəlki mülkiyyəçilərin borcunun silinməsini tələb etmişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən 97,97 (doxsan yeddi manat doxsan yeddi qəpik) manat pul alınaraq İddiaçı ödənilməsi təmin edilmişdir.

29. Həmin qətnamədə qeyd olunub ki, mübahisəli ünvanda- (ünvan 3çının mülkiyyətinə verildiyi vaxtdan (xx.xx.2020) onun tərəfindən 1000 manat ödəniş edildiyi tarixədək (xx.xx.2022) 902.3 (537.43+364.6) manat borc yaranmışdır. Bu halda iddiaçı tərəfindən ödənilmiş məbləğin cəmi 97.97 manatı evin iddiaçının mülkiyyətinə keçməsindən əvvəlki dövrə təsadüf edir.

30. Göründüyü kimi iddiaçının sözügedən əmlakdan, eləcə də həmin əmlakla bağlı kommunal xidmətlərdən 2021-ci ilin sonlarına (əmlak tam təhvil verilənədək) qədər istifadə etməsi real vəziyyətdə iradəsindən kənar olmuşdur. Konkret halda iddiaçı mübahisəli əmlak ona tam təhvil verilənədək borcun yaranmasını ehtiva edən sudan istifadə etməmiş, hesablanmış borc əvvəlki mülkiyyətçilərin dövrünə təsadüf etmişdir.

31. Məhkəmə nəzərə almamışdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda əgər iddiaçıdan əvvəl sözügedən ünvanda yaşamış şəxslərin sudan istifadə etməsi nəticəsində borc yaranmışdırsa və cavabdeh orqan tərəfindən həmin borcun əvvəlki mülkiyyətçilərdən ( və ya faktiki istifadə edən şəxslərdən) tələb edilməməsi, hazırki qadağa və manelərin onlara qarşı da yaradılmaması məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir.

32. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, əgər mübahisənin həllinə öhdəliklər hüququ baxımından yanaşılarsa, qeyd edilməlidir ki, öhdəliklər tərəflər arasında yaranır və üçüncü şəxslərə yalnız qanunla müəyyən edilmiş hallarda şamil edilə bilər.

33. Kollegiyanın qənaətinə görə daşınmaz əmlakın mülkiyyətçisinin dəyişməsi əvvəlki abonentin borclarının birmənalı olaraq (və ya avtomatik) olaraq yeni mülkiyyətçiyə keçməsi kimi başa düşülməməlidir. Yəni, kommunal xidmətlər üzrə ödəniş öhdəliyi həmin xidmətlərdən istifadə edən (yararlanan) abonentə məxsusdur. Əgər yeni mülkiyyətçi borcu öz üzərinə götürməsi barədə ayrıca öhdəlik götürməyibsə, cavabdehlik daşımır. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən də borcun məhz əvvəlki mülkiyyətçi tərəfindən yarandığı müəyyən edilmişdir. Yəni araşdırılan iş üzrə borcun yeni mülkiyyətçi tərəfindən öz üzərinə götürməsi barədə nə ayrıca, nə də ki müqavilə bəndində öhdəlik götürməsi müəyyən edilmir və onun adına rəsmiləşdirilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Qeyd edilir ki, kommunal borc daşınmaz əmlaka bağlı yüklülük olmamaqla, ipoteka, servitut və ya digər əşya hüququ kimi əmlakı izləmir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəlik bir şəxsin digər şəxs qarşısında müəyyən hərəkəti etməsi və ya ondan çəkinməsi ilə bağlı hüquqi münasibətdir.

35. Göründüyü kimi öhdəlik hüquqları yalnız qanunla və ya müqavilə ilə nəzərdə tutulduğu hallarda üçüncü şəxsə keçirilə bilər.

36. Beləliklə yuxarıda qeyd olunanları ümumiləşdirərək, kollegiya belə qənaətə gəlir ki, bəhs edilən kommunal xidmətlə əlaqəli borc məbləği əmlaka deyil, abonentə (şəxsə) bağlı öhdəlik olmaqla iddiaçıya məxsus deyildir. Həmçinin vurğulanır ki, mənzilin mülkiyyətçisinin dəyişməsi əvvəlki mülkiyyətçinin şəxsi borclarının avtomatik olaraq yeni mülkiyyətçiyə keçməsi kimi başa düşülməməlidir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər də borcun əvvəlki mülkiyyətçi tərəfindən yarandığını təsdiq edir.

37. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının həmin borcu qəbul etməsi və ya üzərinə götürməsi barədə hər hansı razılaşma barədə cavabdeh tərəfindən sübut təqdim edilməməsi, özlüyündə su təchizatı üçün iddiaçını başqa şəxsin borcunun ödənilməsindən asılı edir ki, bu da əsassızdır.

38. Kollegiya sonda vurğulamağı vacib bilir ki, sözügedən borcun hazırki iş üzrə İddiaçı tələb edilməsinin əsassız hesab edilməsi, heç də borcun tamamilə silinməsi anlamına gəlməməli, yəni bəhs edilən borcun sudan istifadə etmiş əvvəlki mülkiyyətçidən (abonentdən və ya müqavilə bağlanılmış şəxsdən) tələb olunmasını inkar etməməlidir. Konkret halda, mübahisələndirilən borc əvvəlki mülkiyyətçidən (abonentdən) tələb oluna bilər.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

40. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, 2(060)-4731/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2175 ünvanında yerləşən fərdi yaşayış evinə 2016-2021-ci il tarixinə qədər sudan istifadəyə görə hesablanmış 2.078,07 (iki min yetmiş səkkiz manat yeddi qəpik) manat pul vəsaitinin cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən tələb edilməsi və bu borca görə İddiaçı sudan istifadəsinin dayandırılması qadağan olunsun və həmin borcun ödənilməməsinə görə sudan istifadə üçün yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən kasssiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar