Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-459/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyi tərəfindən hesablanmış 1449,67 manat borc məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi Şamaxı rayonu, Çuxuryurd kəndində məskunlaşmışdır. Yaşadığı ünvanın abonent kodu 245687700001140. Yaşadığı ünvanda 2011-ci ildən təbii qazdan istifadə olunur. Dövlətin verdiyi imtiyazlardan yararlanaraq, istilik kimi təbii qazdan istifadə etmiş və istifadə olunan təbii qazın dəyəri vaxtlı-vaxtında Azərbaycan Respublikasi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Cavabdeh təşkilatın əməkdaşları ##.##.2026-cı tarixdə onun ünvanında olan qaz sayğacını açıb yenisi ilə əvəz edərək, smartkart tipli sayğac quraşdırmışlar. Həmin vaxta qədər heç vaxt ona nə borc haqqında, nə də aylıq sərfiyyat haqqında bildiriş təqdim olunmamışdır. Smart tipli sayğac quraşdırılan zaman, yüklədiyi pul qədər kub sayğacın balansında görünürdü. 2017-ci ilin sentyabr ayından isə yüklədiyi puldan borca çıxılmağa başlanıldı. Həmin gün qaz idarəsinə müracit etmiş və ona bildirmişlər ki, 1449,67 manat debitor borcu vardır. Həmin gündən bu günə kimi, smart karta yüklədiyi puldan debitor borca çıxılır. O, heç vaxt sayğacdankənar qazdan işlətməmiş, əlavə xətti olmamışdır. Məcburi köçkün ailəsi olaraq dövlətin verdiyi limitlə ailəsini saxlamışdır. Hesablanmış cəriməni əsassız hesab edir.
3. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hesablanmış 1449,67 manat borc məbləğinin iddiaçı İddiaçı abunə hesabından silinməsi, cavabdeh Cavabdeh Istehsalat Birliyindən 34,50 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsinin iş materialları ilə müəyyən olunmaması və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmaması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh X3 Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, Cavabdeh X6 X2 Idarəsinin Şamaxı XSdə abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə 2010- cu ilin oktyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2016-cı ilin oktyabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2010-cu il üçün 36 manat, 2011-ci il üçün 168 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 168 manat, 2014-cü ili üçün168 manat, 2015-ci ili üçün 168 manat və 2016-cı il üçün 108 manat ayrılmışdır. Lakin abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək 2016-cı ilin dekabr ayına kimi 1449.67 manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQIInin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı mənzilinə 2017cı ilin mart ayında smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-cı il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 20% -i həcmində ümumilikdə 695.80 manat tutularaq abonent bazasında olan borcdan silinmiş, hal-hazırda 753.87 manat borcu qalmışdır. Cavabdeh 2017-cı il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdehlər tərəfindən 2017-cı ilin mart ayından başlayaraq keçən 8 (səkkiz) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Eyni zamanda cavabdeh İddiaçı ilə Cavabdeh IB arasında qazdan istifadə ilə bağlı 2023-cü il tarixdə müvafiq qaydada müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və Iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “*** saylı ## #### 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. İddiaçı abonent kodundan silinməsi qət edilmiş məbləğ onun yaşadığı mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin göründüyü kimi hakim qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda hakim yenə də əsassız bir qətnamə çıxarmışdır. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Istehlakçı hazırkı vəziyyətdə sayğac üzrə hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, is in hərtərəfli, tam və obyektiv həllinə lazımi s ərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli s əkildə aras dırmamıs , həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmis , nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmus dur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Lakin birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir. Iddiaçı tərəf də silinməsini xahiş etdiyi təbii qazın dəyəri olan məbləğin onun tərəfindən istifadə edilməməsinə dair sənəd və sübutlar təqdim etməli və iddiasını əsaslandıraraq sübut etməli olmasına baxmayaraq, heç bir əsaslandırıcı sübut təqdim etməmişdir, lakin təqdim edilmiş kifayət qədər sübutlar hakim tərəfindən tamamilə nəzərə alınmamışdır. Hakim yalnız iddiaçının şifahi mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Yaranmış borc hər hansı akt əsasında hesablanmamış, itirilmiş təbii qazın dəyəri deyildir, real təbii qazın dəyəridir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək real qaz pulu borcunu silmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.
13. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsinin iş materialları ilə müəyyən olunmaması və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmaması ilə əsaslandırmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir
18. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
19. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir.
20. Işin araşdırılmış hallarına əsasən İddiaçı 2010-cu il üçün 36 manat, 2011-ci il üçün 168 manat, 2012-ci il üçün 168 manat, 2013-cü il üçün 168 manat, 2014-cü il üçün 168 manat, 2015-ci il üçün 168 manat və 2016-cı il üçün 108 manat ayrılmışdır. Lakin abonent İddiaçı ona ayrılmış limitdən artıq istifadə edərək 2016-cı ilin dekabr ayına kimi 1449.67 manat borcu yaranmışdır.
21. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı mənzilinə 2017-cı ilin mart ayında Smart-kart tipli qaz sayğacı quraşdırılmış, 2017-ci il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 20%-i həcmində, ümumilikdə 695.80 manat tutularaq abonent bazasında olan borcdan silinmiş, hal-hazırda 753.87 manat borcu qalmışdır.
22. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 753,87 manat borc iddiaçının abonent hesabından silinməlidir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilməlidir.
24. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
25. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilməli olan məbləğ 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
27. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Cavabdeh Istehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh IB tərəfindən hesablanmış 753 (yeddi yüz əlli üç) manat 87 (səksən yeddi) qəpik məbləğində borc İddiaçı abunə hesabından silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.