Məhkəmə qərarları › İş №2(3-8)-460/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-460/2026

02.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-460/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı, cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi - alqı-satqı müqaviləsinin etibarsız sayılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, ilk iddia üzrə iddiaçı İddiaçı nümayəndə və vəkili nümayəndə2, ilk iddia üzrə cavabdeh cavabdeh1, onun nümayəndə və vəkili nümayəndə1 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 ilə cavabdeh2 arasında Xaçmaz rayon * saylı Notariat ofisində bağlanmış ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli və cavabdeh2 ilə cavabdeh1 arasında Bakı şəhəri, ** saylı Notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, cavabdeh2 adına verilmiş ********** reyestr nömrəli və cavabdeh1 adına verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu * saylı Notariat kontorunda bağlanmış ## ###### 2005-ci il tarixli, reyestrdə 4Ə/İ-*** nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən, Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh7 və ailə üzvlərinə məxsus 0,07 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin tarixdən torpaq sahəsinin ətrafına hasar çəkmiş, qapı qoymuşdur. Rusiya Federasıyasında yaşadığından torpaq sahəsində tikinti işlərini davam etdirməmişdir. Müxtəlif yaxın şəxslər vasitəsilə o yerlə maraqlanmışdır. Nəhayət 2024-cü ilin iyul ayında hüquqların Dövlət reyestrindən çıxarış almaq üçün nümayəndəsi vasitəsilə müraciət etdikdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Xaçmaz Ərazi İdarəsindən ## ###### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, aldığı torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrində çıxarış işlənmişdir. Bununla əlaqədar vəkil vasitəsilə verdiyi sorğular nəticəsində öyrənmişdir ki, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi qüvvədə olduğu halda, Xaçmaz rayon * saylı Notariat Ofisində bağlanmış ## ###### 2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən cavabdeh2 adına ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Bundan sonra sözügedən torpaq sahəsinə Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ## ####### 2021-ci il tarixli 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsi əsasında cavabdeh1 adına ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Onun bu müqavilələr barədə heç bir məlumatı olmamışdır. Hesab edir ki, daşınmaz əmlaka dair bağışlanma müqavilələri etibarsız hesab edilməli, çıxarışlar ləğv edilməlidir. Həmin müqavilələr bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 ilə cavabdeh2 arasında Xaçmaz rayon * saylı Notariat ofisində bağlanmış ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli və cavabdeh2 ilə cavabdeh1 arasında Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməsi, cavabdeh2 adına verilmiş ********** reyestr nömrəli və cavabdeh1 adına verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Cavabdeh cavabdeh1 iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda bağlanmış ##.##.2005-ci il tarixli, 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ilkin iddia üzrə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu * saylı Dövlət Notariat kontorunda bağlanmış ## ###### 2005-ci il tarixli, reyestrdə 4Ə/İ- *** nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi göstərilərək Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən JN-***F nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh7 və onun ailə üzvlərinə məxsus 0,07 ha həyətyanı torpaq sahəsinin alınması göstərilmişdir. Belə ki, notariat işinə əlavə edilmiş JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aşağıoba kəndində yerləşən 0,23 ha torpaq sahəsi Xaçmaz rayonu Aşağıoba kənd sakinləri cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 birgə mülkiyyətinə verilmişdir. Xaçmaz rayon * saylı Notariat Ofisində bağlanmış ##.##.2005-ci il tarixli 4Ə/İ*** reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə alıcı İddiaçı və satıcı cavabdeh7 oğu və cavabdeh5 adından etibarnamə üzrə nümayəndə X2 arasında bağlanmışdır. Həmin müqavilə imzalanarkən JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən şəxlərdən cavabdeh6, cavabdeh4 və cavabdeh3 iştirak etməmişlər. Bundan başqa, cavabdeh6, cavabdeh4 və cavabdeh3 onların birgə mülkiyyəti olan torpaq sahəsinin satılmasına dair hər hansı razılıq verməsi faktı notariat işində təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına mülkiyyətçilərin hər birinin və həmçinin ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılıq tələb olunduğu halda cavabdeh6, cavabdeh4 və cavabdeh3 belə razılıq alınmamışdır. Bundan başqa Xaçmaz rayon * saylı Notariat Ofisində bağlanmış ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsində cavabdeh7 və cavabdeh5 JN61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 7 sot torpaq sahəsinin İddiaçı satılması göstərilib. Lakin JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,23 ha torpaq sahəsinin cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 ümumi birgə mülkiyyətində olması, həmin torpaqda sahə və ya pay üzrə hər hanı bölgü aparılmadığı müəyyən olunur. Belə olan halda Bəkər və cavabdeh5lər qeyd olunan torpaq sahəsini satmaları və həmin alqı-satqı faktını notariat kontoru tərəfindən təsdiq edilməsi tamamilə qanunsuzdur. Bu isə öz növbəsində qeyd olunan alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olduğu anlamına gəlir. İş materiallarında olan JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və nikah şəhadətnaməsinə əsasən sözügedən torpaq sahəsinə ər-arvad olan cavabdeh7 və cavabdeh6 birgə mülkiyyət hüququnun olması danılmaz faktdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 46-cı maddəsinin 2-ci hissəsinə (2005-ci ildə qüvvədə olmuş redaksiyada) əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətin aparılması qanuna zidd olduqda və qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş və iddiaçı tərəfindən faktiki naturada göstərilən 0,07 ha torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrində çıxarış işlənilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsinə aid çıxarışı olmamış, həmin torpaq sahəsinə bu illər ərzində ümumiyyətlə sahiblik etməmiş, sadəcə ehtimal edilən alğı-satqıdan 20 il sonra DƏDKR * saylı Xaçmaz Ərazi İdarəsinə həmin torpaq sahəsini göstərərək ona aid olduğunu bildirmişdir. Halbuki, alğı-satqı müqaviləsində **F nömrəli sahəsi 0,23 ha olan torpaq sahəsinin satıldığı ehtimal edilən 0,07 ha sahəsi harada yerləşməsi, koordinatı və ya digər xüsusiyyətləri müəyyən olunmamışdır. Bu hal isə həmin müqavilənin etibarsızlığı ilə yanaşı icra olunmasını qeyri-mümkün etmişdir. Qeyd olunan mübahisəli torpaq sahəsinin hazırda faktiki və qanuni əsaslarla mülkiyyətçisi və sahibi cavabdeh2 və ondan sonra isə cavabdeh1 olmuşlar. Belə ki, hətta bu qarşılıqlı iddia ərizəsində qeyd olunan əsaslara görə alğı-satqı müqaviləsi etibarsız olmasaydı, aşağıdakılara əsasən cavabdeh1 hazırda mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarına heç bir müdaxilə edilə bilməz. Odur ki, Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda bağlanmış ##.##.2005ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ilkin iddia üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir bayramov) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbi»nə dair ilk iddiasının təmin edilməsi, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 ilə cavabdeh2 arasında Xaçmaz rayon * saylı Notariat ofisində bağlanmış ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli və cavabdeh2 ilə cavabdeh1 arasında Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, cavabdeh2 adına verilmiş ********** reyestr nömrəli və cavabdeh1 adına verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Abdulqaniyeva Liliya Həmdullayevnanın ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5rşı Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda bağlanmış ##.##.2005-ci il tarixli, 4Ə/1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə tərəflərin ilk iddia və qarşılıqlı iddia tələbləri ilə bağlı ödədikləri dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.07 ha torpaq sahəsinə hüquqlarının qeydə alınması ilə əlaqədar reyestr xidmətinə müraciət etdikdən sonra reyestr xidmətinin ona ünvanlandığı ##.##.2024-cü il tarixli rəsmi cavab məktubundan sonra satın aldığı torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirildiyini bilmiş və bununla da hüquqlarının pozulduğu həmin vaxtdan ona məlum olmuşdur. Bu hal İddiaçı məlum olduqdan sonra nümayəndəsi vasitəsilə müvafiq sənədləri toplamaqla ##.##.2025-ci il tarixdə məhkəmədə iddia qaldıraraq bağışlama mqavilələrini və həmin müqavillər əsasında verilmiş reyestrdən çıxarışları mübahisələndirimişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmədiyindən onun iddiası barəsində iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsaslı hesab edilə bilməz. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN- ***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında cavabdeh7 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsini cavabdeh7 və cavabdeh5 ##.##.2005-ci il tarixli, 4Ə/1-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında notarial qaydada satın almışdır və həmin müqavilə hazırda qüvvədədir. cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 JN-061F seriyalı, 30221038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətlərinə aid Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən mübahisələndirilən 0.07 ha torpaq sahəsi də daxil olmaqla bütövlükdə 0.23 ha həyətyanı torpaq sahəsini ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli bağışlama müqaviləsi əsasında cavabdeh2 bağışlamışlar. Həmin bağışlama müqaviləsi əsasında ##.##.2013cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan 0.23 ha torpaq sahəsi cavabdeh2 adına qeydə alınmışdır. Sonradan cavabdeh2 Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0.23 ha həyətyanı torpaq sahəsini cavabdeh1 bağışlamışdır. Qeyd olunan bağışlama müqaviləsi əsasında isə 0.23 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh1 adına qeydə alınmışdır. İlk iddia üzrə iddiaçı İddiaçı Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında cavabdeh7 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsini cavabdeh7 və cavabdeh5 ##.##.2005-ci il tarixli, 4Ə/1- *** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında notarial qaydada satın aldığı, qeyd olunan müqavilə qüvvədə olmasına baxmayaraq sonradan cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 satın alınmış 0.07 ha torpaq sahəsi də daxil olmaqla bütövlükdə 0.23 ha həyətyanı torpaq sahəsini cavabdeh2 bağışlamaları, həmin bağışlama müqaviləsi əsasında ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan 0.23 ha torpaq sahəsinin cavabdeh2 adına qeydə alındığı, daha sonra cavabdeh2 Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0.23 ha həyətyanı torpaq sahəsini cavabdeh1 bağışlaması, bağışlama müqaviləsi əsasında 0.23 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh1 adına qeydə alındığı müəyyən edildiyindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqları pozulmuşdur. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddianın əsaslarına hüquqi qiymət verilərkən mübahisələndirilən ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin qanunazidd rəsmiləşdirilməsi və təsdiq edilməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığından və ilk iddia üzrə cavabdeh tərəf öz etirazının əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim edə bilmədiklərindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 351.1, 351.4, 146.1, 149.2, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianı təmin edərək, Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda bağlanmış ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ilk iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli və ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqavilələri əhəmiyyətsiz əqdlər hesab olunmasına dəlalət edən bir dənə də əsas və sübut yoxdur. Belə ki, torpaq sahəsinin ümumi mülkiyyətçiləri cavabdeh7 və onun ailə üzvlərinin hamısı məhkəmə iclasında bildirmişdilər ki, onlar hamısı razılıq əsasında ##.##.2013-cü il tarixdə ümumi mülkiyyəti olan 0,23 ha torpaq sahəsini cavabdeh2 bağışlamışlar. Öz növbəsində cavabdeh2 qanuni əsaslarla həmin 0,23 ha torpaq sahəsini ##.##.2021-ci il tarixdə qızı cavabdeh1 bağışlamışdır. Belə olan halda nəyə əsaslanaraq məhkəmə həmin əqdlərin əhəmiyyətsiz (yalan və ya uydurma) əqd olmasını hesab etməsi çoxlu sual doğurur. Ümimiyyətlə onu bildirir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Lakin birinci instansiya məhkəməsi tərəfimizdən gətirilən dəlilləri araşdırmadan, sadəcə bildirmişdir ki, ##.##.2005ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin qanunazidd rəsmiləşdirilməsi və təsdiq edilməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığından və ilk iddia üzrə cavabdeh tərəf öz etirazının əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim edə bilmədiklərindən qarşılıqlı iddia rədd edilməlidir. Halbuki qarşılıqlı iddia ərizəsində qeyd olunan müqavilənin etibarsızlılığı ilə bağlı dəlillər təqdim edilmiş və qanunvericiliyin normalarına istinad edilmişdir. İlk öncə qeyd edir ki, tərəflər öz hüquq və mənafelərini həyata keçirmək üçün qarşılıqlı razılaşma əsasında müqavilə bağlaya bilərlər, lakin bu qanunvericiliyin tələblərinə zidd olmamalıdır. Lakin birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçı İddiaçı və cavabdehlər cavabdeh7 və cavabdeh5 arasında bağlanan ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığını bir cümlə ilə, yəni həmin müqavilənin tarix baxımdan əvvəl bağlandığını və hazırda da qüvvədə olduğunu əsas gətirərək qanuni olmasını bildirmişdir. Məhkəmə iclaslarında etdiyi çıxışlarda bildirdiyi kimi yenə bildirir ki, cavabdehlər cavabdeh7 və onun 4 ailə üzvlərinə məxsus 0.23 ha torpaq sahəsi onların birgə (ümumi) mülkiyyəti, paylı yox, sırf birgə mülkiyyəti sayılır. Lakin məhkəmə öz qətnaməsində bu əsas amili ümumiyyətlə nəzərə almamışdır. İlk öncə baxaq görək qanunvericilik birgə mülkiyyət barədə nə deyir? Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (MM, m. 213.2). İş materiallarında olan JN-**F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aşağıoba kəndində yerləşən 0,23 ha torpaq sahəsi Xaçmaz rayonu Aşağıoba kənd sakinləri cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi, burada ailə üzvləri arasında hər hansı pay müəyyənləşdirilməmişdir. Əgər pay müəyyən edilməyibsə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamlıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Bundan başqa biz JN- **F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və nikah haqqında şəhadətnaməyə baxdıqda görürük ki, 0,23 ha torpaq sahəsinə ər-arvad olan cavabdeh7 və cavabdeh6 birgə mülkiyyət hüququnun olması danılmaz faktdır. Qanunvericiliyə əsasən notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına mülkiyyətçilərin hər birinin və həmçinin ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Ən əsası bu razılıq haqqında ərizə yazılı formada olmalı və notarius tərəfindən təsdiq olduğu təqdirdə bu cür müqavilələr qanuni hesab olunur. Bundan başqa ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə baxdıqda görünür ki, birgə mülkiyyətçilərdən biri cavabdeh3 müqavilə bağlanan zaman yetkinlik yaşına çatmamışdır. Qanunvericilik bununla bağlı bildirir ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə (və sair) dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. İş materiallarında olan JN-**F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən mülkiyyətçilər cavabdeh2a, cavabdeh4 və cavabdeh3 həmin torpaq sahəsini satılmasına dair notarial qaydada təsdiq edilmiş yazılı razılığının, həmçinin qəyyumluq və himayəçilik orqanının icazəsinin olmadığını açıq-aşkar görmüş olur. Bu da öz növbəsində bağlanmış ##.##.2005ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız sayılması üçün bir başa əsasdır. Bu müqavilə qanunvericiliyin tələblərini kobud surətdə pozulması ilə bağlandığı üçün etibarsızdır. Bu səbəbdən İddiaçı ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli və ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair verdiyi iddia tələbi, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə görə ən azından İddiaçı həmin əqdləri mübahisələndirməyə subyektiv hüququ yaranmadığından, əsassızdır və rədd edilməlidir. Məhkəmə araşdırılması zamanı cavabdehlər cavabdeh7 və onun ailə üzvləri bir qayda olaraq bildirdilər ki, onlar 2013-cü ildə cavabdeh2 0,23 ha torpaq sahəsini bağışlanma müqaviləsi əsasında bağışlasalar da həmin torpaq sahəsinin 0,16 ha cavabdeh2 bağışlamalarını niyyət etmişlər. Belə ki, həmin 0,23 ha torpaq sahəsinin 0,07 ha-nı 2005ci ildə cavabdeh7 və oğlu cavabdeh5 iddiaçıya satmışdır. Burada danınmaz faktdır ki, JN-**F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən bütün mülkiyyətçilər 0,16 ha torpaq sahəsini 2013-cü ildə cavabdeh2 bağışlamalarını təsdiq edirlər. Bu səbədən bu faktın cavabdehlər tərəfindən etiraf etməsi qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 gələcəkdə bu faktı sübut etmə vəzifəsindən azad edir, yəni 0,16 ha torpaq sahəsinin cavabdeh2 bağışlanılması və buna dair hər hansı bir etirazın olmaması sübuta yetirilmiş hesab olunur. Bundan başqa ilk iddia üzrə iddiaçı İddiaçı iddia ərizəsində 0,07 ha torpaq sahəsinin ona məxsus olduğunu bildirir və həmin sahəni tələb edir. Ümumiyyətlə, 0,07 ha torpaq sahəsi 0,23 ha torpaq sahəsinin hansı hissəsi olması barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon * saylı Dövlət Notariat ofisində ##.##.2005-ci il tarixdə 4Ə/1-*** reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətində 0,23 ha torpaq sahəsinin hansı 0,07 ha-nın (torpağın koordinatları göstərilməklə) satılması barədə hər hansı bir qeyd göstərilməmişdir. Məhkəmə iclaslarında da nə iddiaçı İddiaçı nümayəndəsi, nə də ki, cavabdehlər bizim tərəfdən verilən suala konkret olaraq cavab verə bilmədilər ki, satılan 0,07 ha torpaq sahəsi 0,23 ha topraq sahəsinin hansı tərəfində yerləşir. İddiaçının tələbi 0,07 ha torpaq sahəsinədir, cavabdehlər etiraf edirlər ki, əsl niyyətləri 0,16 ha torpaq sahəsini bağışlamalarrı olmuş və həmin sahəyə də heç bir iddiaları və tələbləri yoxdur. Belə olan halda birinci instansiya məhkəməsi nəyə görə qanunsuz və əsassız olaraq bütün bağışlanma müqavilələrini tam şəkildə ləğv edir??? Bununla da məhkəmə cavabdeh2 və cavabdeh1 qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə, bu şikayətin heç bir başqa əsaslandırmasına və dəlilinə baxmadan, ən azından birinci instansiya məhkəməsi bağışlama müqavilələrini 0,16 ha-ya aid olan hissədə ləğv edə bilməzdi . Birinci instansiya məhkəməsi bildirir ki, İddiaçı ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,07 ha torpaq sahəsinə hüquqlarının qeydə alınması ilə əlaqədar reyestr xidmətinə müraciət etdikdən sonra reyestr xidmətinin ona ünvanlandığı ##.##.2024-cü il tarixli rəsmi cavabından satın aldığı torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirildiyini bilmiş və bununla da hüquqlarının pozulduğu həmin vaxtdan ona məlum olmuşdur. Bundan sonra o, ##.##.2025-ci il tarixdə məhkəmədə iddia qaldırdığı üçün MM-in 354.1-ci maddəsində göstərilən 1 il müddətini buraxmamışdır. İlk öncə baxaq görək MM-nin 354.1-ci maddəsində deyilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddədə “onun icrasına başlanıldığı gündən” ifadəsi həmin müqavilənin icra olunmasına başlandığı günü göstərir. Alğı-satqı müqaviləsinin icrası isə məlum olduğu kimi, alğı-satqı dəyərinin ödənilməsi, sahiblik və istifadə hüqununun həyata keçirməyə başlanması, məsələn, hasar tikilməsi, darvaza qoyulması, ağac əkilməsi və s. formada ola bilər. İlk iddia üzrə iddiaçı İddiaçı Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Xaçmaz rayonu 1 sayli Notariat kontorunda bağlanmış ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən cavabdeh7 və ailə üzvlərinə məxsus 0,07 ha həyətyani torpaq sahəsini almış, həmin tarixdən də torpaq sahəsinin ətrafina hasar çəkmiş və qapı qoymuşdur. Göründüyü kimi İddiaçı özü etiraf edir ki, 0,07 ha torpaq sahəsini aldıqdan sonra ora hasar çəkmiş və qapı qoymuşdur, bununla da o, ##.##.2005ci il tarixli alqı-satqı müqaviləsinin icrasına həmin tarixdən başladığını etiraf etmişdir. Bu isə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 MPM 106.3-cü maddəsinə (Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir) əsasən bu faktı sübut etmə vəzifəsindən azad edir. Lakin birinci instansiya məhkəməsi MM-nin 354.1-ci maddəsində göstərilən 1 illik iddia müddətini ##.##.2024-cü il tarixdən hesablamaqla mövcud münasibətlərə iddia müddətini tətbiq etməməkdə səhv nəticəyə gəlmişdir. Bununda da maddi hüquq norması pozulmuş və qətnamənin ləğvi üçün əsas yaranmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş və iddiaçı tərəfindən faktiki naturada göstərilən 0,07 ha torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrində çıxarış işlənilmişdir. Göründüyü kimi iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsinə aid çıxarışı olmamış, həmin torpaq sahəsinə bu illər ərzində ümumiyyətlə sahiblik etməmiş, sadəcə ehtimal edilən alğı-satqıdan 20 il sonra DƏDKRX-nın * saylı Xaçmaz Ərazi İdarəsinə həmin torpaq sahəsini göstərərək ona aid olduğunu bildirmişdir. Halbuki, alğı-satqı müqaviləsində JN-061F nömrəli torpaq sahəsi 0,23 ha olan torpaq sahəsinin satıldığı ehtimal edilən 0,07 ha sahəsi harada yerləşməsi, koordinatı və ya digər xüsusiyyətləri müəyyən olunmamışdır. Bu hal isə həmin müqavilənin etibarsızlığı ilə yanaşı icra olunmasını qeyri-mümkün etmişdir. Qeyd olunan mübahisəli torpaq sahəsinin hazırda faktiki və qanuni əsaslarla mülkiyyətçisi və sahibi cavabdeh2 və ondan sonra isə cavabdeh1 (ümumilikdə 12 ildən artıq olan müddətdə) olmuşdur. Bu isə qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Ümumiyyətlə etibarsız alqı-satqı müqaviləsi ilə əldə olunmuş mübahisə olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddiaçının həmin daşınmaz əmlaka mülkiyyət hüququ yaranmamışdır. İddiaçı əcnəbi ölkə vətəndaşı kimi Azərbaycan Respublikasında satınalma yolu ilə əldə etməklə torpaq mülkiyyətçisi ola bilməz. İddiaçı əcnəbi olması onun işdə olan vəkilə verdiyi etibarnamə ilə təsdiq olunur. Bu normaları tətbiq etməməklə isə, birinci instansiya məhkəməsi maddi hüquq normasını pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsinin hakimi sübutlara lazımi qaydada qiymət verməmiş, təqdim edilmiş sübutlara yalnız ilkin iddiaçının mövqeyi baxımından qiymət vermişdir. İddiaçının heç bir sübut təqdim etməməsinə baxmayaraq iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclaslarında dəfələrlə bildirilmişdir ki, iddiaçının əsas gətirdiyi ##.##.2005-ci il tarixli 4Ə/İ-*** reyestr nömrəli alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla bağlanılmış və bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir. Lakin məhkəmə iddiaçı İddiaçı və cavabdehlər cavabdeh7 və cavabdeh5 arasında bağlanan ##.##.2005-ci il tarixli 4Ə/İ- *** reyestr nömrəli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığını bir cümlə ilə, yəni həmin müqavilənin tarix baxımdan əvvəl bağlanıldığını və hazırda da qüvvədə olduğunu əsas gətirərək qanuni olmasını bildirmişdir. Tərəfimizdən təqdim edilmiş sübutlara və dəlillərə isə heç bir qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 nümayəndə və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia onunla əsaslandırılmışdır ki, 2013-cü ildə cavabdeh7 və onun ailə üzvləri cavabdeh2 23 sot torpaq sahəsini bağışlamış, bununla bağlı çıxarış əldə olunmuşdur. 2021-ci ildə isə Həmdulla 23 sot torpaq sahəsini öz qızına bağışlamış, çıxarış əldə olunmuşdur. İddiaçı bildirir ki, 2005-ci ildə cavabdeh7 və cavabdeh5 0.23 ha torpaq sahəsindən 0,07 ha sotunu alqı-satqı müqaviləsi əsasında iddiaçı İddiaçı satmışdır. 23 sot birgə mülkiyyətdir. 23 sot torpaq sahəsi birgə mülkiyyət olmaqla, cavabdeh7, cavabdeh5, cavabdeh3, cavabdeh4 və cavabdeh6 məxsusdur. 0,07 ha torpaq sahəsi satılarkən birgə mülkiyyətçilərin razılığı alınmamış, notariat arxivindən əldə olunmuş sənədlər arasında yazılı razılıq mövcud olmamışdır. Torpaq sahəsi birgə nikah dövründən alındığından ən azından Həcər xanımın razılığı olmalıdır. 2005-ci il tarixli müqavilə bağlanarkən birgə mülkiyyətçilərdən biri yetkinlik yaşına çatmamış, bununla bağlı Qəyyumluq Komissiyasının razılığı alınmamışdır. Birinci instansiya məhkəməsi bildirir ki, İddiaçı ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,07 ha torpaq sahəsinə hüquqlarının qeydə alınması ilə əlaqədar reyestr xidmətinə müraciət etdikdən sonra reyestr xidmətinin ona ünvanlandığı ##.##.2024-cü il tarixli rəsmi cavabından satın aldığı torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirildiyini bilmiş və bununla da hüquqlarının pozulduğu həmin vaxtdan ona məlum olmuşdur. Lakin İddiaçı 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra onu hasara almış, bununla, müqavilənin icrasına (hasar çəkmə işlərinə) başlamışdır. Məhkəmə isə iddia müddətini 2024-cü ildən hesablamışdır. 0.07 ha torpaq sahəsinin 0.23 ha torpağın hansı hissəsindən satılması məlum deyil, koordinatlar yoxdur. Eyni zamanda, iddiaçı İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olması məsələsi araşdırılmamış, torpaq sahəsini alqı-satqı əsasında alaraq mülkiyyətçi olmaq hüququnun mövcudluğu aydınlaşdırılmamışdır. 2013cü ildən bəri torpaq sahəsi cavabdeh2 və onun qızını cavabdeh1 istifadəsində olmuş, iddiaçı mübahisəli əraziyə getməmiş, orada hasarın çəkilməsi və digər abadlıq tədbirləri Liliya xanım tərəfindən aparılmışdır. Alqı-satqı müqaviləsinin bağlanması mülkiyyəçi olmaq anlamına gəlmir, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət sənədi yoxdur. Liliya xanımın çıxarışı var, çıxarış alındıqdan sonra torpaq sahəsinin 0.16 ha hissəsi 2021ci ildən sonra hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən başqasına satılmışdır. Birinci instansiya məhkəməsində cavabdehlər bildirmişlər ki, onların niyyəti 0.16 ha hissəni bağışlamaq olmuşdur, hazırda 0.16 ha torpaq sahəsinə dair hər hansı iddiaları yoxdur. Lakin məhkəmə bunu nəzərə almayaraq 0.16 ha torpaq sahəsinə dair müqavilələri də etibarsız hesab etmişdir. cavabdeh7 Liliyanın əmisidir. Birgə mülkiyyətçilərin 0.16 ha bağışlama niyyətləri olması barədə izahatları olub, bu danılmaz faktdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərcüməçi vasitəsi ilə bildirdi ki, torpaq sahəsi ilk olaraq Ağasiyeva Fatimə və cavabdeh2 bağışlanmışdır. Torpaq sahəsi onlara bağışlananda 0.07 ha ayrılmış və hasara alınmışdı, lakin bütün torpaq sahəsi atasının adına olmuş, atası Türkmənistandan gələndən sonra hasarı görmüş, lakin fikir verməmişdir. Hazırda torpaq sahəsindən istifadə edə bilmir, boş qalıb. Hamı bilirdi ki, o, 2020-ci ildən həmin torpaq sahəsini satmaq istəyir, 2021-ci ildən sonra torpaq sahəsini alqı-satqı əsasında satmışdır. Onun adına üç çıxarış var. Torpaq sahəsi Rusiya vətəndaşına satılıb, o, isə Azərbaycan Respublikasının vətəndaşıdır. Apellyasiya şikayətimin təmin olunmasını xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı İddiaçı nümayəndə və vəkili nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 2005-ci ildə iddiaçı 0.23 ha torpaq sahəsinin 0.07 ha hissəsini alqı-satqı müqaviləsi əsasında almış, bir neçə il bundan öncə nümayəndəsi sənədləşdirmə işlərini apararkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə başqa şəxsin çıxarışı vardır. Sorğu əsasında torpaq sahəsinin tam 0.07 ha yox, 0.064 ha olduğunu öyrənmişlər. Çox güman ki, bölgü sxemi çəkilmişdir. Birgə mülkiyyətçilər məhkəmə iclasında iştirak etmiş və bildirmişlər ki, 0.07 ha torpaq sahəsini İddiaçı satmış, cavabdeh2 isə 0.16 ha bağışlamaq niyyətləri olsa da, 0.23 ha torpaq sahəsi bağışlamışlar. Hazırda 6.40 sota cavabdeh1 çıxarışı vardır. Torpaq sahəsinin 7 sot yox, 6.40 olmasını qəbul edir, bununla bağlı mübahisə yoxdur. İddiaçı bildiyinə görə hazırda Azərbaycan Respublikasının vətəndaşı deyildir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, üçüncü şəxslər Xaçmaz rayon * saylı notariat ofisinin, Bakı şəhəri ** saylı notariat ofisinin və DƏDKR publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübular

15. JN-061F seriyalı, 30221038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 ümumi birgə mülkiyyətlərinə Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisindən 0.23 ha həyətyanı torpaq sahəsi verilmişdir.

16. Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ##.##.2005-ci il tarixli, 4Ə/1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ##.##.2005-ci il tarixli, 4Ə/1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Zarahiyayevna Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında cavabdeh7 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsini cavabdeh7 və cavabdeh5 satın almışdır. Müqavilənin sonunda olan qeyddən görünür ki, qeyd olunan müqavilə qüvvəsindədir.

17. Xaçmaz rayon 1 notariat kontorunda təsdiq edilmiş ##.##.2013-cü il tarixli, 4Ə- ** reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 JN-061F seriyalı, 30221038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətlərinə aid Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.23 ha həyətyanı torpaq sahələrini cavabdeh2 bağışlamışlar.

18. ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.23 ha torpaq sahəsi cavabdeh2 adına qeydə alınmışdır.

19. Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə- **** reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, cavabdeh2 Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsini müvafiq bağışlanma müqaviləsi əsasında cavabdeh1 bağışlamışdır.

20. DƏDKR publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin müraciətə baxılması barədə ##.##.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı nümayəndəsi vasitəsilə ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satın aldığı Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Lakin sənədlərin ekspertizası zamanı qeyd olunan torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına qeydə alındığı müəyyən edilmişdir. Bu səbəbdən 0.07 ha torpaq sahəsinə İddiaçı hüquqlarının qeydə alınmasından imtina edilməklə bu barədə ona rəsmi cavab verilmişdir.

21. DƏDKR publik hüquqi şəxsin* saylı Xaçmaz Ərazi İdarəsinin məlumatın təqdim edilməsi barədə ##.##.2024-cü il tarixli müraciətə baxılması dair ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən əldə olunmuş Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinə dair adına çıxarışın işlənməsi barədə məlumat verilməsi ilə bağlı nümayəndənin müraciətinə cavab olaraq bildirilmişdir ki, Xaçmaz rayonu, Aşağı-oba kəndində yerləşən cavabdeh7 və ailə üzvlərinə məxsus JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş torpaq sahəsinə ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli bağışlama müqaviləsi əsasında cavabdeh2 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan sözügedən torpaq sahəsinə ##.##.2021ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqaviləsi əsasında X7 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

22. Məhkəmənin sorğusu əsasında daxil olmuş Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və miqrasiya İdarəsinn ##.##.2026-cı il tarixli, **/*-*****/** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (Zarahiyayevna) adlı şəxsin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi barədə məlumat aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

23. Azərbacyan Respublikası Mülki Məcəlləsi

2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Maddə 3. Torpaq münasibətləri

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri

3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər.

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir.

25. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının qanunu Maddə 4. Torpaq bazarının obyektləri və subyektləri -Torpaq bazarının subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlərdir. -Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlər torpağın mülkiyyətə alınması istisna olmaqla, torpaq bazarında qanunvericiliklə müəyyənləşdirilən səlahiyyətləri daxilində digər əqdlər bağlaya bilərlər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

27. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yenə qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən hazırda Rusiya Federasiyasının vətəndaşı olan iddiaçının torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlayarkən Azərbaycan Respublikasının vətəndaşı olub-olmamasını, bununla da əcnəbi şəxs qismində mübahisələndirilən torpaq alqı-satqı müqaviləsinin subyekti ola bilibbilməyəcəyini aydınlaşdırmamış, bununla da səhv nəticəyə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan torpaq qanuvericiliyilə bağlı maddi hüquq normalarından göründüyü kimi yalnız Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət hüququ əsasında əldə edə bilərlər. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlər torpağın mülkiyyətə alınması istisna olmaqla, torpaq bazarında qanunvericiliklə müəyyənləşdirilən səlahiyyətləri daxilində digər əqdlər bağlaya bilər, torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Hazırki işdən görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməmiş, Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. Yəni, İddiaçı Zarahiyayevna torpaq sahəsi üzrə alqı-satqı müqaviləsi üzrə subyekt qismində çıxış etmək hüququna malik olmamışdır. Belə olan halda Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında cavabdeh7 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsinin İddiaçı Zarahiyayevnaya satılmasına dair Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ##.##.2005-ci il tarixli, 4Ə/1-*** reyestr nömrəli alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələbinə zidd olduğundan etibarsız olmuşdur.

30. Məhkəmə kollegiyası Xaçmaz rayon * saylı Notariat ofisində bağlanmış ##.##.2013-cü il tarixli, 4Ə-** reyestr nömrəli və Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlama müqavilələrinin, həmin müqavilələr əsasında verilmiş ********** reyestr nömrəli və ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməsinə dair ilk iddia tələbinə münasibətdə isə qeyd edir ki, ilk iddia üzrə iddiaçının əsas gətirdiyi mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ##.##.2005-ci il tarixli, 4Ə/1- *** reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, ilk iddia üzrə iddiaçının mübahisəli torpağa dair hər hansı hüququ, buna müvafiq olaraq da hazırkı iddia tələbini irəli sürmək hüququ aradan qalxmış hesab olunur. Buna görə də ilk iddia tələbi əsassız hesab olunmuşdur.

31. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yenə qətnamə qəbul edilməli, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı Zarahiyayevna, cavabdeh7 və cavabdeh5 arasında bağlanmış, Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ##.##.2005-ci il tarixli, 4Ə/1-*** reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığının nəticələrinə dair (əqd üzrə alınanların geri qaytarılması və s.) ilk iddia üzrə iddiaçının satıcıya qarşı məhkəmə müdafiəsindən istifadə etmək hüququ da mövcuddur.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Zarahiyayevna, cavabdeh7 və cavabdeh5 arasında bağlanmış, Xaçmaz rayon * saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ##.##.2005-ci il tarixli, 4Ə/1-*** reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar