Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-483/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə İkram oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011404300104430 olan sayğaca qanunsuz olaraq hesablanmış 9223.22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011404300104430 olan qaz sayğacından istifadə edir. İstifadə etdiyi sayğacın abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə iddiaçıya məxsus abonent kodu 011404300104430 olan sayğaca onun xəbəri və iştirakı olmadan baxış keçirilmiş və ##.##.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi yaşayış evində (müəssisədə, istixanada) “Qazdan İstifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbbi qazdan aşkar olduğu qeyd olunmuşdur. Cavabdeh İBnin əməkdaşları bilərəkdən abonent kodu 011404300104430 olan sayğaca qərəzli olaraq cərimə aktı yazmışlar. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, qonşunun istifadə etdiyi qaz sayğacı ilə iddiaçının istifadə etdiyi qaz sayğacı ilə yanaşı olduğundan səhvən akt iddiaçının adına tərtib edilmişdir. Nə iddiaçı, nə də ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır.
3. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, abonent kodu 011404300104430 olan sayğaca cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli və ##.##.2023-cü il tarixli, ******* nömrəli aktlara əsasən hesablanmış 9089.28 manat məbləğində borc (cərimə) vəsaiti cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus *************** saylı abunə hesabından silinməsi, məhkəmə xərcləri cavabdeh Cavabdeh İstehsalat Birliyinə aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan 110.89 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıması, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsirinin müəyyən edilməməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh İstehsalat Birliyi Abşeron Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. İş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktları ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023- cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı aktlar əsasında ümumilikdə – 10 428,84 manat itirilmiş qazın dəyəri hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. İddiaçının yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu : 011404300104430) hal-hazırda təbii qaza görə borc məbləği 13174,36 manat təşkil edir. Qeyd olunanlara baxmayaraq məhkəmə iddiaçı İddiaçı iddia tələbini qismən təmin etmiş və 9089,28 manat borc məbləğinin silinməsi ilə bağlı qətnamə qəbul etmişdir. Məhkəmə Kollegiyasının bir daha diqqətinə çatdırır ki, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023- cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış 10428,84 manat borc məbləği abonentin qaz xəttinə qanunsuz qoşulması nəticəsində itirilmiş qaz sərfinə görə hesablanmış və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq Birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə İkram oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
12. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. İddianın qismən təmin edilməsi nəticəsinə gələn aşağı instansiya məhkəməsi ##.##.2022-ci il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2024-cü il tarixli, ******* nömrəli və ##.##.2024-cü il tarixli, ******* nömrəli aktlara əsasən borcun hesablanması zamanı iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməsi yolverilməz olduğu, iddiaçı tərəfindən silinməsi tələb etdiyi 9223.22 manat borc məbləğin yarandığı tarixə, yəni 2023-cü ilin avqust ayına qədər iş materiallarına əlavə edilmiş aktlara əsasən hesablanmış ümumilikdə 9089.28 manat (6324.48 manat + 881.28 manat + 475.20 manat + 475.20 manat + 406.08 manat + 362.88 manat + 164.16 manat) borc silinməklə, qalan məbləğin debitor borclara aid edildiyini nəzərə alaraq, təmin etməmişdir.
17. Belə olan halda məhkəmə kollegiyası aşağı instansiya məhkəməsi gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq əlavə araşdırmanın aparılmasına zərurət görmür.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.