Məhkəmə qərarları › İş №2(3-8)-496/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-496/2026

16.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-496/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz" Istehsalat Birliyi tərəfindən Abşeron rayon, Mexkalon yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011442000000790 olan sayğaca qanunsuz olaraq hesablanmış 11136,96 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonundan olan məcburi köçkündür və ailə üzvlərində birlikdə Abşeron rayon, Mexkalon qəsəbəsində məskunlaşmaqla yaşayır. Fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011442000000790 olan qaz sayğacından istifadə edir. Istifadə etdiyi sayğacın abonent kodu onun adına rəsmiləşdirilmişdir. Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu 011442000000790 olan sayğaca onun xəbəri olmadan, iştirakı olmadan baxış keçirilmiş və ayrı-ayrı vaxtlarda ##.##.2019-cu il tarixli ******* nömrəli akt, ##.##.2020-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Eyni zamanda, dəymiş ziyanın bərpasına dair tələbnamələrdə fərdi evdə (müəssisələrdə istixanalarda) “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunması qeyd edilmişdir. Cavabdeh IB-nin əməkdaşları bilərəkdən abonent kodu 011442000000790 olan sayğaca qərəzli olaraq cərimə aktları yazmışlar. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. 2019-cu il tarixdən 2023-cü ilin may ayına kimi ardıcılıqla aktlar tərtib olunmuşdur. Cərimənin səbəbi yuxarıda qeyd etdiyi kimi sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu qeyd edilmişdir. Bildirmək istəyir ki, necə olur ki, 4 il müddətində o, qazdan bu cür istifadə edir. Cavabdeh “Azəriqaz" IB-nin əməkdaşları isə heç bir tədbir görmür, öz işlərini cərimə aktları tərtib etməklə bitmiş hesab eləmişlər. Bir daha qeyd edir ki, onun tərəfindən qaz sayğacından kənar təbii qazdan istifadə edilməmiş və bu aktlar açıq-aydın bilinir ki, ona qərəzli şəkildə yazılmışdır. Bu səbəbdən hesab edir ki, istifadə etmədiyi qaz sərfiyyatına görə qanunsuz hesablanmış cərimə məhkəmə qaydasında silinməlidir. Cavabdeh IВ yaşadığı yaşadıqları ərazidə belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Qeyd edir ki, sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə o, hər hansı bir cavabdehlik daşımır. Əsassız və qanunsuz yazılmış cərimənin silinməsi ilə bağlı Cavabdeh IB-nə müraciət edilsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

3. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh IB tərəfindən əsassız olaraq hesablanmış 8835,48 (səkkiz min səkkiz yüz otuz beş manat qırx səkkiz qəpik) manat borc abonent kodu 011442000000790 olan İddiaçı məxsus abunə hesabından silinməsi, cavabdeh Cavabdeh Istehsalat Birliyindən 108,35 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıması, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsirinin müəyyən edilməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh Cavabdeh X2 Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. Iş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktları ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******** saylı, ******** saylı, ******* saylı, ******** saylı, ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı aktlar əsasında ümumilikdə – ümumilikdə 10 762,56 (on min yeddi yüz altmış iki manat, 56 qəpik) itirilmiş qazın dəyəri hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. Iddiaçının yaşadığı - Abşeron rayonu, Mexkalon yaşayış massivində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu : 011442000000790) hal-hazırda təbii qaza görə borc məbləği 11354,11 manat təşkil edir. Qeyd olunanlara baxmayaraq məhkəmə iddiaçı İddiaçı iddia tələbini qismən təmin etmiş və 8835,48 manat borc məbləğinin silinməsi ilə bağlı qətnamə qəbul etmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******** saylı, ******** saylı, ******* saylı, ******** saylı, ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı aktlar əsasında hesablanmış 10 762,56 (on min yeddi yüz altmış iki manat, 56 qəpik) manat borc məbləği abonentin qaz xəttinə qanunsuz qoşulması nəticəsində itirilmiş qaz sərfinə görə hesablanmış və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Iddiaçı tərəfindən irəli sürülmüş arqumentlərin faktiki və hüquqi əsasları yoxdur. Belə ki, təqdim olunmuş materiallar və tərtib edilmiş aktlar əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən müxtəlif dövrlərdə sayğacdan kənar, yəni qaz paylayıcı sisteminə qanunsuz qoşulma halları baş vermişdir. Bu hallar barədə Cavabdeh IB əməkdaşları tərəfindən müvafiq qaydada aktlar tərtib olunmuş, qanunsuz sərf edilmiş qazın həcmi hesablanaraq iddiaçının abonent hesabına daxil edilmişdir. Iş materialları və təqdim olunmuş sənədlərdən tam aydın olur ki, iddiaçı müxtəlif dövrlərdə sayğacdan kənar, yəni qeyri-qanuni qoşulma yolu ilə təbii qazdan istifadə etmişdir. Hesab edir ki, iddiaçının tələbi yalnız məsuliyyətdən yayınmaq məqsədi daşıyan subyektiv bəhanə xarakteri daşıyır. Hüquqi münasibətlərdə isə subyektiv bəhanə və arqumentlər hüquqi sübut dəyərinə malik deyildir. Iş materiallarında yer alan sübutla əsaslanaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

11. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.

12. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).

13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. ##.##.2019-cu il tarixli ******* nömrəli akt, ##.##.2020-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2021-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2022-ci il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli akt, ##.##.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən borc hesablanması işin mübahisəsiz halıdır.

17. Mövcud iş üzrə iddia tələbi əsassız hesablanmış borcun silinməsi barədədir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir.

19. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

20. Həmin Qaydaların 5.2. bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

21. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. “Qaz təchizatı” haqqında Qanunun 13.8-1. maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

23. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

24. Qeyd olunmalıdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. Istehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə və ya qanunsuz qoşulma halını təsdiq edən sübutlar (iddiaçının inzibati məsuliyyəti) cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçıdan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır.

26. Işdən görünür ki, abonentin saldosuna əsasən Abşeron rayon, Mexkalon qəsəbəsində yerləşən evə dair İddiaçı məxsus *************** saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 11136,96 manat məbləğində borc hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının qazdan qeyri-qanuni şəkildə qoşulmaqla istifadə etməsi faktının aşkar edilməsi ilə müvafiq görüntülərin mövcudluğu məsələsi araşdırıldığı zaman hər hansı bir görüntünün olmadığı müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

29. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh Istehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar