Məhkəmə qərarları › İş №2(3-8)-519/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-519/2026

03.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-519/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh (Vəzifəli şəxs, Xaçmaz rayon * saylı Notariat Ofisi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, İddiaçının vəkili vəkil2, cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh (Vəzifəli şəxs, Xaçmaz rayon * saylı Notariat Ofisi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(067)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xaçmaz rayon qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, İddiaçı ##.##.1980ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası nümayəndə2dır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən 0.0589 ha torpaq sahəsi və üzərində yerləşən 311.70 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına 302013013465-***** reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə ##.##.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

3. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 311.7 kv.metr olan fərdi yaşayış evini və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0589 ha olan torpaq sahəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə bağışlamışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 8 ünvanında (keçmiş ** nömrəli) yerləşən fərdi yaşayış evi ##.##.1993-cü il tarixli, **** nömrəli “Qeydiyyat vəsiqəsi” əsasında Cavabdeh adına qeydə alınmışdır. Müvafiq sənəd əsasında ##.##.2015-ci ildə Cavabdeh adına 0.0589 ha torpaq sahəsi üzərində yerləşən, 1989-cu ildə tikilmiş yaşayış evinə ünvanvermə qaydaları və yerləşmə yeri nəzərə alınmaqla 10 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 311.7 kv.m. olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0589 ha torpaq sahəsinin Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə bağışlanmasına dair ##.##.2025-ci il tarixdə Xaçmaz rayon * saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-2291 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri olan atası Cavabdeh ilə anası nümayəndə2 1973-cü ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdurlar. Həmin nikahdan 4 övladları: 1974-cü il təvəllüdlü X2, 1975-ci il təvəllüdlü X5, 1977-ci il təvəllüdlü X3 və 1980-ci il təvəllüdlü İddiaçı vardır. Atası ilə anası arasında bağlanmış rəsmi nikah 1993-cü ildə pozulmuşdur. Buna baxmayaraq onlar ailəvi qaydada yaşamağa davam etmişlər. Ailələri ünvan 3 ünvanda yerləşən evdə yaşamışdır. 1997-cı ildə o, Xaçmaz şəhərində orta məktəbini bitirmiş və 1999-2008-ci illərdə Bakı şəhərində Xəzər Universitetində əyani olaraq təhsil almışdır. Universiteti bitirəndən sonra 2 il Xaçmaz şəhəri, M.Babayev küçəsi, ** nömrəli evdə yaşamışdır. Xaçmaz şəhərində münasib iş yeri tapa bilmədiyi üçün 2010-cu ildə Bakı şəhərinə işə qəbul olmaq üçün getmiş və o vaxtdan da Bakı şəhərində müxtəlif işlərdə işləmişdir. 2012ci ildən başlayaraq o, Bakı şəhərində hazırda işlədiyi şirkətdə işləyir. Mütəmadi olaraq Xaçmaz şəhərinə valideynlərinin yanına gəlib-getmiş, onlara baş çəkmişdir. Son illər ərzində anası onkoloji xəstəliyə düçar olmuş, atası Cavabdeh tərəfindən mənfi münasibətə məruz qalmış və bunun nəticəsi olaraq cavabdeh olan atası Cavabdeh ##.##.2023-cü il tarixdə anası nümayəndə2 birgə nikah dövründə inşa etdikləri və uzun müddət yaşadığı Xaçmaz şəhəri, M.Babayev küçəsi, ** nömrəli evdən qovmuşdur. Elə o vaxtdan da anası qardaşına məxsus Xaçmaz şəhəri, H.B.Zərdabi küçəsi, * nömrəli evdə yaşayır. Həmin vaxtdan da cavabdeh olan atası Xaçmaz şəhəri, M.Babayev küçəsi, ** nömrəli ünvanda yerləşən evdə tək yaşayır. Cari ilin avqust ayının əvvəllərindən başlayaraq atasının tək yaşadığı həmin evə kənar şəxslərin tez-tez gəlib getmələri barədə ona məlumat çatmışdır. Həmin şəxslərin kim və nə məqsədlə gəldiklərini araşdırarkən məlum olmuşdur ki, atası Cavabdeh anası nümayəndə2 ilə birgə nikah dövründə inşa etdikləri və özünün tək yaşadığı ünvan 2 ünvanda yerləşən evi hansısa uşaq evinə bağışlamaq istəyir. Daha sonra dəqiq məlumat almışdır ki, ev artıq notariat kontorunda təsdiq edilmiş bağışlanma müqaviləsinə əsasən Kəmalə adlı qadının rəhbərlik etdiyi uşaq evinə bağışlanmışdır. Bundan sonra məlum oldu ki, həmin Kəmalə xanımın Xaçmaz rayonunun Tel kəndində özünə məxsus bağ evi vardır və hazırda o, həmin bağ evindədir. Onlar Kəmalə xanımın bağ evinə getmiş və o, təsdiq etmişdir ki, həqiqətən də, Cavabdeh evi onun rəhbərlik etdiyi ictimai birliyinə hədiyyə olaraq bağışlamışdır. Bu zaman Kəmalə xanım onlara bildirmişdir ki, yaşayış evi onun təmsil etdiyi ictimai birliyinə bağışlanarkən Cavabdeh ona bildirmişdir ki, güya bütün ailə üzvləri evin uşaqlar evinə bağışlanmasına razıdır və heç kimin etirazı yoxdur. Ona deyəndə ki, Cavabdeh evi onlardan xəbərsiz, razılıqları olmadan və gizlin olaraq bağışlamışdır, o, buna təəccüblənməklə onlara notariatda təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsini təqdim etmişdir. Həmin müqavilədən göründüyü kimi ##.##.2025-ci il tarixdə Xaçmaz rayon * saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 311,7 kv.m olan fərdi yaşayış evini və evin yerləşdiyi 0.0589 ha torpaq sahəsini hədiyyə alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə bağışlamış, həmin ictimai birliyin adından Vəzifəli şəxs müqaviləni imzalamışdır. Həmçinin müqavilənin 2-ci bəndində qeyd olunur ki, bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən ##.##.2015-ci il tarixdə Cavabdeh verilmiş 302013013465-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 311.7 kv.m. və ƏMDK-nin yanında DƏDRXnin Xaçmaz Ərazi İdarəsi tərəfindən ##.##.2015-ci il tarixdə Cavabdeh verilmiş 302013013465- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.0589 ha. Qeyd etmək lazımdır ki, onun qeydiyyatı ünvan 4 ünvanındadır. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində göstərildiyi kimi atası Cavabdeh da qeydiyyatı ünvan 4 ünvanındadır və o, faktiki olaraq həmin evdə yaşayır. Bağışlanan ev də məhz həmin evdir. Lakin bağışlanma müqaviləsinin 1-ci bəndində göstərilir ki, bağışlanan ev ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 311.7 kv.m. olan fərdi yaşayış evidir. Onların Xaçmaz şəhərində bircə evləri vardır, onun da bildiyi ünvan ünvan 3-dir. Həmin evin ünvanının ünvan 4-dən Xaçmaz şəhəri, M.Babayev küçəsi, ev 10-a nə səbəbdən dəyişdirilməsi və bu nə vaxt baş vermişdirsə məlumatı olmamışdır. Ona məxsus ##.##.2015-ci il tarixdə verilmiş AZE******** saylı şəxsiyyət vəsiqəsində də qeydiyyatda olduğu ünvan ünvan 4 göstərilmişdir. O, bu evdə doğulub boya-başa çatmışdır. Evin hər qarışı onun üçün doğmadır və bu evdə onun yaşamaq hüququ vardır. Cavabdeh olan atası Cavabdeh onun anasına qarşı haqsız hərəkətlərinə görə onlar, yəni bacılar anaları nümayəndə2 dəstək olduğu üçün cavabdeh hamını, o cümlədən bu evdə qeydiyyatda olan və yaşamaq hüququ olan onu birdəfəlik həmin evdən məhrum etməklə “cəzalandırmaq” istəmişdir. Hesab edir ki, valideynləri arasında olan münasibətlər onu həmin evə olan hüquqlardan məhrum etməməlidir. Özü “uşaq serebral paraliç” diaqnozu ilə 3-cü qrup əlildir. Ona görə də qanunda birmənalı göstərilmişdir ki, yaşayış evi özgəninkiləşdirilərkən orada qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmalıdır. Beləliklə, onun qeydiyyatı ##.##.2025-ci il tarixdə atası Cavabdeh tərəfindən Vəzifəli şəxs iştirakı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə bağışladığı evədir. Qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi cavabdeh atası Cavabdeh tərəfindən bağışlanarkən onun razılığı alınmamış, ümumiyyətlə bu işlər ondan və digər ailə üzvlərindən gizlin şəkildə həyata keçirilmişdir. Onun yeganə yaşayış yeri cavabdeh atası Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə bağışladığı evdir. Həmin evə dair hüquqları bərpa olunmazsa, demək olar ki, o küçədə qalmışdır.

7. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, 2023-cü ilədək cavabdehlə ailəvi yaşamış, ##.##.2023-cü il tarixdə cavabdeh onu evdən qovmuşdur. Mübahisəli evdə o və qızları qeydiyyatdadır. Notariusda qeydiyyatda olan şəxslər məlumatlandırılmadan ev Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə bağışlanmışdır. Həmin Birliyin rəhbəri Kəmalə xanımla görüşüb ona ətraflı məlumat vermiş, həmin xanım bildirmişdir ki, mübahisəni özləri həll etməlidir. Bağışlanma müqaviləsi bağlanarkən iddiaçının məlumatı olmamışdır. İddiaçı hazırda Bakı şəhərində yaşayır, xarici şirkətlərin birində işləmiş, lakin hazırda işləmir. Cavabdehin Bakı şəhərində iddiaçının yaşadığı evdən əlavə iki evi var və onları kirayə vermişdir. Qızları cavabdehə həmişə qayğı ilə yanaşmış, cavabdeh isə qızları ilə əlaqəni kəsmiş və telefon zənglərinə cavab verməmişdir. 2012-ci ildə cavabdeh iddiaçının adına olan köhnə evi satıb özünə bahalı avtomobil almışdır. Cavabdehin bildirdiyi dövrlərdə o da ailə üzvü kimi qızı Sabirənin yanında olmuş, xəstəxanalarda qızının yanında yatmışdır. Cavabdeh isə sonrakı dövrlərdə ölkələri gəzmiş, səyahətlər etmişdir. O, işləmiş, əmək haqqını gətirib cavabdehə vermiş, özünə heç bir vəsait saxlamamışdır. Hazırda pensiya ümidinə qalmışdır. Cavabdehə təkid etmişdir ki, Sabirə kirayələrdə qalır, ona ev alsınlar. Bakı şəhərində, Əcəmi tərəfdə 2 ev almışdır və Sabirə həmin evlərdən birində yaşayır. Cavabdeh ona demişdir ki, Bakıya gedəndə özü də həmin evdə qalar. Cavabdeh qızı üçün etdiklərini danışır, bütün bunları ata etməlidir, başqası etməli deyil. Onlar məhkəməyə müraciət etdikdən sonra cavabdeh onlara hədə-qorxu gələrək evdən çıxmalarını tələb etmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində yalnışlıqlara yol vermiş, iddiaçının təvəllüdü düzgün göstərilməmişdir. M.Babayev küçəsində yerləşən evin tikilməsi üçün torpaq sahəsinin ayrılması üçün ərizə ##.##.1989-cu ildə verilmişdir. İddiaçı ünvan 4 ünvanında yox, A.Məmmədov küçəsi, ev 24, mənzil 3 ünvanında anadan olmuşdur. Övladı olmadığı üçün ikinci dəfə ailə qurmuş, 4 övladı olmuşdur. İddiaçının 2 yaşı olanda bilmişlər ki, serebral iflicdir. Keçmiş SSRİ məkanında qızına mümkün olan hər bir müalicəni etdirib onun müalicə olunmasına və sağalmasına nail olmuşdur. 4 qızına ali təhsil vermiş, 3 qızı ailə qurmuşdur. Bütün ömrünü övladlarına həsr etmiş və bundan qürur duymuşdur. Lakin övladlarına həddindən artıq sevgi, qayğı göstərdiyinin səhv olması qənaətinə gəlmiş. Sabirə məhkəməyə verdiyi iddia ərizəsini əzbər olaraq məhkəmədə təkrarlayanda övladlarına olan sevgi və qayğının səhv olmasına əmin olmuşdur. Kəmalə xanımla danışanda xahiş etmişdir ki, İctimai Birliyə bağışladığı evdə hər iki valideynini itirmiş uşaqlar yaşasınlar. Ömrünün sonuna qədər özü də həmin evdə uşaqlarla birlikdə yaşayacaq.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı tərəf cavabdehə qarşı başqa bir iddia da qaldırıb, həmin iddiada da iddiaçının nümayəndəsi öz adından iddia vermişdir. İddiaçı bildirir ki, başqa evləri yoxdur. İddiaçı cavabdehin ona yaşamaq üçün verdiyi Bakı şəhərində yerləşən evdə yaşayır. İddiaçının nümayəndəsi bildirir ki, iddiaçının yaşamağa başqa evi olmadığı üçün bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini istəyirlər. Cavabdehin Bakı şəhərində 2 evi var, bir evi iddiaçıya yaşamaq üçün vermişdir. Notarius qanunun tələbini pozmuşdursa, vətəndaşın təqsiri yoxdur, bununla əlaqədar notarius barəsində intizam tənbehi tətbiq oluna bilər. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas şərtlər vardır ki, bağışlanma müqaviləsi bağlanan zaman həmin şərtlərin pozuntusuna yol verilməmişdir. Cavabdeh tam mülkiyyətçidir və əmlakını öz iradəsi ilə İctimai Birliyinə bağışlamışdır. Cavabdehin Almaniyada qızı yaşayır, lakin iddiaçı İddiaçı Bakı şəhərində yaşayır, atası ilə maraqlana bilərdi. Cavabdeh övladlarından qayğı görmədiyi üçün evini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ictimai Birliyinə bağışlamış, onlardan gördüyü sevgini yüksək qiymətləndirir. Cavabdeh Cavabdeh mülkiyyətçidir, Bakıda yerləşən evə dair bütün sərəncamları verə bilər, kommunal xidmətləri dayandıra bilər, lakin bunları etmir. Görünür ki, iddiaçı tərəf mal-mülk davası edirlər. İddiaçı Xaçmaz şəhərində yaşamır, 3 ildir ki, cavabdehi Xaçmaz şəhərində atıb getmişlər, cavabdehlə maraqlanmamışlar. İddiaçının mübahisəli evdə qeydiyyatda olmasının mülkiyyət münasibətlərinə heç bir aidiyyəti yoxdur.

10. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair Xaçmaz rayon * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, **-**** nömrəli müqaviləsi əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İcimai Birliyinə çıxarış verilməmişdir.

11. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(067)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Ağazadə) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edilir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxs deyil, çünki o, mübahisəli daşınmaz əmlak (bağışlama müqaviləsinin obyekti) üzərində hər hansı hüquq əldə etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun mübahisəli evdə pasport qeydiyyatı formal xarakter daşımır, o, həmin evdə boya-başa çatmış, hazırda da Bakı şəhərində işlə bağlı yaşamasına baxmayaraq daima bu evə gəlib-getmiş və həmin evdə onun yaşayış sahəsindən istifadə hüququ olmuşdur. Ona görə də məhkəmənin mübahisəli evə iddiaçının hər hansı hüququn olmaması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Mübahisəli evə dair bağışlanma müqaviləsinin bağlanması nəticəsində iddiaçı həmin evdə yaşayış sahəsindən istifadə hüququndan məhrum edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 və iddiaçının vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Vəzifəli şəxs, Xaçmaz rayon * saylı Notariat Ofisi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

22. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

23. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (...)

24. Maddə 668. Bağışlama forması. Bağışlama vədi 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materiallarından görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0589 ha olan torpaq sahəsini və üzərində yerləşən 311.70 kv.m. fərdi yaşayış evini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İctimai Birliyinə bağışlamışdır.

34. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. İddiaçı tərəf bağışlama müqaviləsi bağlanarkən həmin evdə qeydiyyatda olan ailə üzvü olaraq onun razılığı alınmadığına istinad edərək müvafiq müqavilənin etibarsızlığı üçün mövcud iddia tələbini irəli sürmüşdür.

36. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxs deyil. Çünki o, mübahisəli daşınmaz əmlak (bağışlama müqaviləsinin obyekti) üzərində hər hansı hüquq əldə etməmişdir. Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsini üçüncü şəxsə bağışlamışdır.

37. Hüquq ədəbiyyatında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunvericilikdə nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Əqdin etibarsızlığı dedikdə isə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Mübahisə edilən (nisbi etibarsız) əqd odur ki, bu əqd avtomatik yox, yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi halda etibarsız sayılır.

38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bununla yanaşı, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

39. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada - notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir.

40. Kollegiya hesab edir ki, əqdin subyekti olan tərəflər (iş üzrə iddiaçı və üçüncü şəxs) fəaliyyət qabiliyyətli şəxslərdir. Əqdin bağlandığı zaman tərəflərin iradə ifadələrinin zədələndiyi müəyyən edilməmiş, eyni zamanda əqd bu cür əqdlərin bağlanması üçün müəyyən edilmiş formada (yazılı notarial) bağlanmışdır.

41. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının ## #### 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

42. Kollegiya qeyd edir ki, mənzildə yaşayan şəxsin mənzilin bağışlanmasına razılığının olmaması əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.

43. Kollegiya hesab edir ki, bağışlanmış evdə iddiaçının mülkiyyət və onunla bağlı digər hüquqları olmadığından, onun razılığının alınmaması halı, hədiyyə verən cavabdehin xüsusi mülkiyyətinə aid əmlak üzərində öz mülahizəsinə əsasən müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırılmasına və bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz.

44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar