Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-556/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Səbinə Sabir qızının cavabdehlər Sumqayıt şəhər * saylı Notariat ofisi və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X13 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçı İsmayılova Səbinə Sabir qızı, onun nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı İsmayılova Səbinə Sabir qızının cavabdehlər Sumqayıt şəhər * saylı Notariat ofisi və cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11.*2.2*26-cı il tarixli, 2(*6*)-5287/2*25 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. VI-ЖГ 28*221 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılova Səbinə Sabir qızı 24.*8.1977-ci ildə anadan olmuşdur. Atası Tarverdiyev Sabir Rəhim oğludur.
2. VII-ЖГ 3344*9 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Loğman Tofiq oğlu və Tarverdiyeva Səbinə Sabir qızı arasında bağlanmış nikah 19.*4.1997-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 574 nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir.
3. AZ-İ ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tarverdiyev Sabir Rəhim oğlu *4.*9.2*15-ci ildə ölmüş, onun ölümü Sumqayıt şəhər qeydiyyat şöbəsində 1*.*9.2*15-ci il tarixdə *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.
4. 11.11.2*17-ci il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, *4.*9.2*15-ci il tarixdə ölmüş Tarverdiyev Sabir Rəhim oğlunun vərəsəsi oğlu cavabdeh1dur, o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 22.*8.2*17-ci il tarixdə Tarverdiyev Sabir Rəhim oğluna verilmiş 3*9*13*24293 reyestr nömrəli, 1417**99** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar ərazisi, B-2*46 ünvanda yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsindən ibarətdir.
5. İsmayılova Səbinə Sabir qızı tərəfindən notariat ofisinə ünvanlanmış *2.1*.2*17-ci il tarixli, 7E4747* reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
6. X9 notariat ofisinə ünvanlanmış *3.1*.2*17-ci il tarixli, 7E475*5 reyestr nömrəli ərizəsindən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
7. X3 notariat ofisinə ünvanlanmış *2.1*.2*17-ci il tarixli, 7E-***** reyestr nömrəli ərizəsindən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
8. X11 notariat ofisinə ünvanlanmış *2.1*.2*17-ci il tarixli, 7E47468 reyestr nömrəli ərizəsindən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
9. X6 tərəfindən notariat ofisinə ünvanlanmış *2.1*.2*17-ci il tarixli, 7E-***** reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
10. X7 tərəfindən notariat ofisinə ünvanlanmış 3*.*9.2*17-ci il tarixli, 7E***** reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
11. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamından (i.v.9) görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində, 3-cü Polis Bölməsinin qarşısında inşa etdiyi iaşə obyektinin yerləşdiyi 29* kv.m torpaq sahəsi “xxxx” firmasının adına sənədləşdirilməsi, “xxxx” firmasına tapşırılması, sahəni qoruması, onun sanitar vəziyyətinə nəzarət etməsi, Memarlıq və şəhərsalma idarəsinin tapşırıqlarına tam həcmdə əməl edilməsi, sərəncamın icrasına nəzarətin Memarlıq və şəhərsalma idarəsinə tapşırılması qərara alınmışdır.
12. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 2*.*6.2*17-ci il tarixli, ** nömrəli arayışın surətindən görünür ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 2* mart 1999-cu il **** saylı müqaviləsinə əsasən “Sarı-qaya” bağlar massivində yerləşən B-2*46 saylı bağ torpaq sahəsi mərhum atası Tarverdiyev Sabir Rəhim oğlunun icarəsinə verilmişdir və cavabdeh1 atasının vəfatından sonra (*4.*9.2*15-ci il) həmin bağ torpaq sahəsinə görə torpaq vergisini ödəmişdir. Hal-hazırda Sumqayıt Bələdiyyəsinə torpaq vergisinə görə borcu yoxdur.
13. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, R X2 tərəfindən qəbul edilmiş 24.*2.2*25-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən S.İsmayılovanın “xxxx” MMC-nin təsisçilərindən biri cavabdeh1 Sumqayıt şəhər * saylı notarial kontorunun xüsusi notariusu C.Rüstəmovla əlbir olaraq əmlak hüququnun ələ keçirilməsi barədə müraciəti üzrə toplanmış **C-** nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilməsi, vətəndaş S.İsmayılovanın əməlində Azərbaycan Respublikası CM-nin 296-cı maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2*48B ünvanında yerləşən *,2* ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Namazov Fərman Nəriman oğlunun adına 3*9*13*23975 reyestr və 1417**77*7 qeydiyyat nömrəsi ilə *5.*7.2*17ci il tarixdə qeydiyyata alınmışdır.
15. *7.1*.2*17-ci il tarixli, AN-İ *648942 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Namazov Fərman Nəriman oğlu ona məxsus Sumqayıt şəhəri, Corat bağlar əraizisi, 2*48B ünvanında yerləşən ümumi sahəsi *,2 ha olan torpaq sahəsinin *,*594 ha hissəsini 49** manat müqabilində alıcı X11.
16. *7.1*.2*17-ci il tarixli, AN-İ *648943 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri * saylı NKda *7.1*.2*17-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən *,2 ha torpaq sahəsindən X11 mülkiyyətinə verilmiş *,*594 ha torpaq sahəsindən sonra qalan *,14*6 ha torpaq sahəsindən *,*594 ha hissəsini 49** manat müqabilində İsmayılova Səbinə Sabir qızına satmışdır.
17. *7.1*.2*17-ci il tarixli, AN-İ *648944 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri * saylı NKda *7.1*.2*17-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən *,14*6 ha torpaq sahəsindən İsmayılova Səbinə Sabir qızının mülkiyyətinə verilmiş *,*594 ha torpaq sahəsindən sonra qalan *,*812 ha torpaq sahəsindən *,*594 ha hissəsini 49** manat müqabilində X3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 111146* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sarıqaya 18.bağlar zonası, B-2*46 ünvanında yerləşən *,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Tarverdiyev Sabir Rəhim oğlunun adına 3*9*13*24293 reyestr nömrəsi və 1417**99** qeydiyyat nömrəsi ilə 22.*8.2*17-ci il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
19. İddiaçı İsmayılova Səbinə Sabir qızı cavabdehlər Sumqayıt şəhər * saylı Notariat Ofisi və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 verilmiş 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlaklar üzərində payların tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2*. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası Tarverdiyev Sabir Rəhim oğlu 2*15-ci ildə vəfat etmişdir. Atası sağ olarkən ölkənin bir çox şəhərlərində, o cümlədən, Bakı, Samux, Sumqayıt, Xızı şəhərlərində, Abşeron rayonunda daşınmaz əmlakları olmuşdur. Bundan başqa, Sumqayıt maşın bazarı atası Tarverdiyev Sabir Rəhim oğlunun istifadəsində olmuşdur. Sumqayıt maşın bazarı “Vicdan” və ya “xxxx” MMC-nin balansında olmuşdur. 1997-ci ildə həmin MMC-nin təsis payçıları sırasında o, bacısı X11, qardaşı cavabdeh1, qardaşı X9, qardaşı X6, Tarverdiyeva (Həsənova) Esmira Sabir qızı və sonradan əlavə olaraq X7 olmuşdur. 2**5-ci ildən sonra qeyd olunan şəxslər “Vicdan” və ya “xxxx” MMC-nin 5*% təsis payına malik olmuşdurlar. Atasının ölümündən sonra qardaşı cavabdeh1 yuxarıda qeyd etdikləri Sumqayıt maşın bazarından payçı olduğuna görə yığılan yığımlarından ona 5* manatdan başlayaraq, 12** manata qədər pul verirdi. Sumqayıt maşın bazarından yığılan vəsaitlərin konkret hesabatı olmadığı üçün onlara verilməli olan vəsaitlər hər zaman cüzi miqdarda aldatma yolu ilə verilmişdir. Bundan sonra qardaşı cavabdeh1 ona, bacıları X11 və Tarverdiyeva (Həsənova) Esmira Sabir qızına torpaq hədiyyə verəcəyi vədi ilə onları *2.1*.2*17ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər * saylı Notariat Kontoruna çağırmış, hədiyyə olunan torpaq və üzərində olan evi verəcəyi vədi ilə onları aldadaraq Sumqayıt şəhər * saylı Notariat Kontorunun notariusu X14 ilə əlbir olub sənədlərin içərisində vərəsəlikdən imtina edilməsinə dair ərizəyə qol çəkdirmişdir. Onun atasının payından imtina etməsindən məlumatı olmamışdır. Bundan sonra atadan qalan və Sumqayıt maşın bazarında olan haqqını tələb etdiyində Davud ona vərəsəlikdən imtina etdiyini demişdir. Məhz bundan sonra ona məlum olmuşdur ki, Davud Sumqayıt şəhər * saylı Notariat Kontorunun notariusu X14 ilə əlbir olaraq onu atasının miraslarına münasibətdə vərəsəlikdən imtina etdirib. Atası Tarverdiyev Sabir Rəhim oğlunun ümumilikdə 8 həyat yoldaşından 14 uşağı olmasına baxmayaraq, Davud və Sumqayıt şəhər * saylı Notariat Kontorunun notariusu X14 ilə əlbir olaraq Davuddan başqa 6 nəfəri varis kimi göstərmiş, geridə qalan 7 uşağı isə göstərməmişdir. Digər 3 bacını (onu, bacısı X11 və bacısı Tarverdiyeva (Həsənova) Esmira Sabir qızını) aldatma yolu ilə vərəsəlikdən imtina etdirmişdir. Məsələ araşdırılan zaman onlara məlum olmuşdur ki, Davud Sumqayıt şəhər * saylı Notariat Kontorunun notariusu X14 ilə əlbir olaraq onu atasının miraslarına münasibətdə vərəsəlikdən imtina etdirib, tək vərəsə kimi qardaşı cavabdeh1 tanımış və bu barədə 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. O, bunlarla əlaqədar olaraq bir çox qurumlara şikayət ərizələri ünvanlanmışdır. Edilmiş şikayətlərdən sonra qardaşı cavabdeh1 Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 29* kv.m. sahəsi olan iaşə obyektin sərəncamının əslini ona təqdim etmiş və həmin obyekti ona verəcəyini vəd edərək, şikayətlərə lüzum olmadığını bildirmişdir. O isə razılaşmışdır. Bundan sonra şikayət ərizələri üzrə araşdırma Sumqayıt Şəhər Prokurorluğunda prokurorun böyük köməkçisi Elviz Salayev tərəfindən araşdırılmağa başlanıldı. Bütün səs yazmaları verilməsinə baxmayaraq, cinayət işinin başlanılmasının rədd olunmasına dair 24.*2.2*25-ci il tarixli qərar qəbul etmişdir. Qeyd olunan qərardan şikayət verdikdən sonra Sumqayıt Şəhər Prokurorluğu qardaşı cavabdeh1 ilə aralarında olan məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsini izah etmişdir. Lakin qardaşı cavabdeh1 prokurorluqda olan şikayətin həll olunduğu görüb, ona vəd etdiyi Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 29* kv.m. sahəsi olan iaşə obyektini ona verməkdən imtina etmişdir.
21. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə 21.*8.2*25-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh1 torpaq hədiyyə verəcəyi vədi ilə Səbinə və digər bacıları X11 və Tarverdiyeva (Həsənova) Esmira Sabir qızına qarşı *2.1*.2*17-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər * saylı Notariat Kontorunda notarius X15 ilə əlbir olmamış, heç kimi aldatmamışdır. Səbinə İsmayılova atası Sabir Tarverdiyevdən miras qalan *,12 ha torpaq sahəsindən özü könüllü olaraq imtina etmişdir. Səbinə İsmayılovaya və digər 2 bacılarının hər birinə *7.1*.2*17-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları, 2*488 saylı ünvanda *,*594 ha torpaq sahəsi verilmişdir. Daha sonra, 2*24-cu ildə Səbinə İsmayılovaya pul lazım olduğundan cavabdeh1 müraciət etmiş, Səbinəyə verilmiş torpaq sahəsini istəmədiyini bildirmiş və həmin torpağa görə 5*.*** (əlli min) pul istəmiş, cavabdeh1 da həmin məbləğdə pulu Səbinəyə vermiş və öz arvadının adına alğı-satqı edib rəsmiləşdirmişdir. Bundan başqa, Səbinə İsmayılovanın qardaşı cavabdeh1 ona 2*17-ci ildə verilmiş torpaq sahəsini 5*.*** (əlli min) manat əvəzində geri alması və əvəzində Səbinə İsmayılovaya heç bir aidiyyatı olmayan, “xxxx” MMC-nin balansında olan və Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 29* kv.m. sahəsi olan iaşə obyektini verəcəyi vədi ilə aldatması da həqiqətə uyğun deyil. Bu hal Səbinə İsmayılovanın yazdığından başqa heç bir əhəmiyyətli xüsusatda öz əksini tapmamış, eləcə də, Səbinə İsmayılova cavabdeh1 ona 2*17-ci ildə verilmiş torpaq sahəsini rəsmiyyətdə 5*.*** (əlli min) manata da deyil, 16.1*.2*24-cu il tarixli, AN-IN 12992*6 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 5.4** (beş min dörd yüz) manata satmışdır. Göründüyü kimi cavabdeh1 deyil, Pərvanə Əhmədova torpaq sahəsini faktiki olaraq 5*.*** (əlli min) manata almış, eləcə də, Səbinə İsmayılovaya aid hər hansı bir əmlaka dair hüququ ələ keçirilməmişdir. Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “xxxx” MMC-nin balansında olan 29* kv.m. sahəsi olan iaşə obyektin sərəncamının əslini isə müvəqqəti olaraq Səbinəyə həmin obyekti abadlaşdırıb, işlədib pul qazansın deyə vermiş, həmin sənədi verərkən Səbinəyə heç vaxt obyekti verəcəyini deməmişdir. Sumqayıt şəhər * saylı Notariat Kontorununun xususi notariusu X15 tərəfindən vəkil sorğusuna əsasən təqdim edilmiş və bu etiraza əlavə edilən notariat işinin sənədlərindən də görünür ki, Səbinə İsmayılovanın iddia ərizəsində yazdıqları tam yalan və böhtandır. Belə ki, nə notarius, nə də ki, cavabdeh1 əlbir olub heç kimə iradəsinə zidd nəyə isə imza etdirməmişdir. Belə ki, təqdim edilmiş Səbinə İsmayılovaya və dediyi şəxslərə aid sənədlərə əsasən *2.1*.2*17-ci il tarixdə Səbinə İsmayılova notariat kontoruna gələrək atasından miras qalmış əmlaklardan imtina edərək qardaşlarının qəbul etmələrini söyləmiş, o və notarius tərəfindən Səbinəyə konkret olaraq imtina bir əmlakdan imtina deyil, mərhumun bütün əmlaklarından imtina demək olduğu bir daha izah olunmuş və Səbinə razılaşaraq ərizəni imzalamışdır. Daha sonra *7.1*.2*17-ci il tarixdə Səbinə İsmayılova və digər iki bacısı notariat kontoruna qardaşları Davud və sonuncunun qohumu Namazov Fərman Nəriman oğlu ilə gələrək, hər üç bacının adına Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanda yerləşən bağ sahəsindən hər bir bacıya torpaq sahəsi rəsmiləşdirilmişdir. Daha sonra isə Səbinə İsmayılova əri İsmayılov Loğman Tofiq oğlunun razılığı ilə özünə aid torpaq sahəsini digər şəxsə 16.1*.2*24-cü il tarixdə satmışdır. Qeyd olunan notariat hərəkətləri başqa-başqa tarixlərdə olmuş, həmçinin vərəsəlik şəhadətnaməsi Səbinə və digər bacıların imtina ərizəsindən bir ay sonra verilmişdir. İddiaya etiraza əlavə edilən İsmayılova Səbinə Sabir qızının * saylı notariat kontoruna ünvanlanmış *2.1*.2*17-ci il tarixli ərizəsindən görünür ki, Səbinə İsmayılova atası X28 miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. İddiaya etiraza əlavə edilən sənədlərdən görünür ki, * saylı notariat kontorunda rəsmiləşdirilmiş *7.1*.2*17-ci il tarixli daşınmaz əmlakın AN-IN № *648943 saylı alğı-satqı müqaviləsindən görunur ki, həmin tarixdə Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən *,2 ha torpaq sahəsindən *.*594 ha torpaq sahəsini İsmayılova Şəbinə Sabir qızının mülkiyyətinə vermişdir. İddiaya etiraza əlavə edilən * saylı notariat kontorunda rəsmiləşdirilmiş *7.1*.2*17-ci il tarixli daşınmaz əmlakın AN-IN № *648942 saylı alğı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən *.2 ha torpaq sahəsindən *,*594 ha torpaq sahəsini X11 mülkiyyətinə vermişdir. İddiaya etiraza əlavə edilən * saylı notariat kontorunda rəsmiləşdirilmiş *7.1*.2*17-ci il tarixli daşınmaz əmlakın AN-IN № *64894* saylı alğı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən *.2 ha torpaq sahəsindən *.*594 ha torpaq sahəsini X3 mülkiyyətinə vermişdir. Araşdırma materialına əlavə olunmuş * saylı notariat kontoru tərəfindən verilmiş 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Tarverdiyev Sabir Rəhim oğlunun vərəsəsi kimi cavabdeh1 Sabir Tarverdiyevin Sumqayıt şəhəri, Sarı Qaya bağlar ərazisi, B-2*46 ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsini miras əmlakının tam hissəsini pay almalıdır. İddiaya etiraza əlavə edilən * saylı notariat kontorunda rəsmiləşdirilmiş 16.1*.2*24cu il tarixli daşınmaz əmlakın AN-IN № 12992*6 saylı alğı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə İsmayılova Səbinə Sabir qızı Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən və tam mülkiyətində olan *,*594 ha torpaq sahəsini X5 5.4** (beş min dörd yüz) manata satmışdır. Həmçinin Sumqayıt şəhər * saylı notariat kontorunda Səbinə İsmayılova tərəfindən 2*17-ci ildə edilmiş notariat hərəkətləri fərqli tarixlərdə baş vermiş, eləcə də, həmin notariat kontorunun xüsusi notariusu C.Rüstəmovun hərəkətlərində cinayət hadisəsi olmadığından Sumqayıt şəhər prokurorluğunda bu məsələ ilə əlaqədar aparılmış araşdırmanın nəticəsi olaraq 24.*2.2*25-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur.
22. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə 14.1*.2*25-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi tamamilə qanunsuz, qərəzli və əsassızdır. İddiaya etiraza əlavə edilən İsmayılova Səbinə Sabir qızının * saylı notariat kontoruna ünvanlanmış *2.1*.2*17-ci il tarixli ərizəsindən görünür ki, Səbinə İsmayılova atası X28 miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir və bu ərizə bu gün də qüvvədə olduğu halda, Səbinə İsmayılovanın “şəhadətnamənin ləğvi və mirasın payının müəyyən olunmasına dair” adlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə ümumiyyətlə subyektiv hüququ yoxdur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 35-ci maddəsinə əsasən, notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.*9.2***-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 3-cü bəndinə əsasən notariat hərəkətlərini dövlət notariusu (böyük dövlət notariusu, dövlət notariusu) və xüsusi notarius aparır. Həmin Təlimatın 4-cü bəndinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, habelə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və Təlimat rəhbər tutulur. Həmin Təlimatın 5-ci bəndinə əsasən notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan notariat hərəkətlərini apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər. Sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, dövlət və bələdiyyə qurumlarından, habelə fiziki və hüquqi şəxslərdən həmin hətəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması üçün əsaslandırılmış yazılı sorğular verə bilər. Həmin Təlimatın 6-cı bəndinə əsasən notarius öz vəzifələrini yerinə yetirərəkən: a) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir; b) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısım almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; c) “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; ç) Notarius Notariusun etik davranış kodeksinin tələblərinə riayət etməlidir. d) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-11-ci və 12-1 -ci maddələrinin tələblərinə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidir. e) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin metodiki tövsiyələrinə riayət etməlidir. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Sumqayıt şəhəri * saylı notariat kontorunun xüsusi notariusu X15 11.11.2*17-ci il tarixdə reyestrdə 2V-** nömrəsi ilə qeyd edilən “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktların tələblərinə uyğun olaraq rəsmləşdirilmiş və təsdiq edilmişdir. İddiaya etiraza əlavə edilən İsmayılova Səbinə Sabir qızının * saylı notariat kontoruna ünvanlanmış *2.1*.2*17-ci il tarixli ərizəsindən görünür ki, S.İsmayılova atası X28 miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Əgər iddiaçı hesab edirsə ki, qeyd olunan bu ərizə qanunsuzdur, onun hüquqlarını pozur, o, ilk növbədə bu ərizənin qanuni olubolmadığını mübahisələndirməli, nəticəsindən asılı olaraq, digər hüquqmüəyyənedici (hüquqtəsdiqedici) sənədləri mübahisələndirməyə subyektiv hüququ yarana bilər.
23. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili vəkil2 izahatında qeyd etmişdir ki, təqdim olunmuş sübutlarda iddiaçının atasının əmlakı üzərində bölgülərin aparılmasına dair iradə ifadələri göstərilmişdir. Həmçinin cavabdehlə iddiaçının arasında olan danışıqlardan görünür ki, qeyri-yaşayış sahəsinin iddiaçıya verildiyi bildirilsə də, aldatma yolu ilə həmin sahə verilməmişdir. Disk və fləşkartda olan materiallar iddiaçının ona çatası əmlakın nədən ibarət olacağını dərk etdiyini təsdiq edir. Təqdim olunan səs yazılarında iddiaçının cavabdeh tərəfindən aldadıldığı göz önündədir. Ağlabatan deyildir ki, bütün bu əmlaklardan adi bir imza ilə imtina etsin. Burada iddiaçının aldadıldığı aydın görünür. Cavabdeh iddiaçıya ev vermiş, sonradan bu evi də aldatma yolu ilə ələ keçirmişdir. Başqa əmlak vermək adı ilə sənədlərin arasında imtina ərizəsinə qol çəkdirmişdirlər. İddiaçı payçı olduğuna görə ona hər ay pul ödənilirdi. Gələn gəlirdən mütəmadi iddiaçıya pul gəlirdi. Pul kəsildikdən sonra iddiaçı müraciət etmiş, bu zaman ona məlum olmuşdur ki, miras əmlakdan imtina etmişdir.
24. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı bildirmişdir ki, atasının iki nikahı olmuşdur. Onun anası ilə 26 il bir yerdə yaşamışdır. Davuda öz anası baxa bilmədiyinə görə onun anası baxmışdır. Digər uşaqların da əziyyətini anası çəkmişdir. Bir doğma bacısı vardır. Hazırda 14 uşaqdırlar. Atası həmin vaxt olan 9 uşaqdan 7 nəfəri payçı etmişdir. Davuddan digər iki nəfərdən ərizə almamasının səbəbini soruşmuşdur. Onları özünün seçdiyini bildirmişdir. Davuda onu varisliyə bərpa etməsini bildirmiş, o isə onu aldadaraq Gəncədə olan torpağını satdıqdan sonra bərpa edəcəyini, əks halda həmin torpağı sata bilməyəcəyini bildirmişdir. 2*17ci ildə mirasdan imtina ərizəsi vermişdir. Ögey bacısı ona telefonla zəng edərək həyat yoldaşlarına məlumat verməməklərini, Davudun onlara notariusda hədiyyəsi olduğunu bildirmişdir. Sənədləri tez-tez imzalatmışdırlar.
25. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, təqdim olunmuş videoların işə heç bir aidiyyəti yoxdur. Bu bir ailə yığıncağıdır. Qanunda şifahi ifadələrlə vəsiyyət edilməsi nəzərdə tutulmamışdır. Notarius tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, vərəsələrdən biri notariusa gələrək ona çatası paydan imtina etmişdir. Səsyazmalarda isə cavabdeh iddiaçıya bu məsələləri notariusa gedərək həll etməli olduğunu izah edir. Həmçinin iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Sumqayıt şəhəri, Corat bağları, 2*4/88 saylı ünvanda yerləşən 594 kv.m. torpaq sahəsi iddiaçının adına keçirilmiş, bundan sonra iddiaçı könüllü olaraq notariusa gəlmiş və mirasdan imtina etmişdir. Vərəsəlik haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Əgər iddiaçı onun mirasdan imtina etməsi ilə bağlı əqdi aldadılaraq verdiyini hesab edirsə, bu birtərəfli əqdin etibarsızlığı ilə bağlı iddia qaldıra bilər.
26. Məhkəmə iclasında şahid qismində iştirak etmiş şahid6 ifadəsində bildirmişdir ki, iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Uzun müddət qonşu olmuşdurlar. Həmişə atası iki bacının, Səbinə və Nərgizin mirasda payının olduğunu deyirdi. Anaları sağ olanda Sabirlə uzun müddət həmin evdə yaşamışdırlar. İddiaçının bir doğma bacısı vardır. Həmin iki qızı körpə vaxtından orada böyütmüşdürlər. Ailə qurduqda oradan köçmüşdürlər. Davudun körpəlikdən psixi vəziyyəti normal olmamışdır. Onu həmişə Zaur kimi tanımışdır. Anası baxa bilməmiş, ona Səbinənin anası baxmışdır. Səbinə həmişə uşağı xəstələndikdə onun yanına gəlmiş, o isə həkimə yönləndirmişdir. Bir dəfə o gələndə ağladığını görmüş və səbəbini soruşmuşdur. O, səhv etdiyini, bilmədən mirasdan imtina ilə bağlı ərizəyə imza etdiyini bildirmişdir. Ona torpaqla bağlı məsələ olduğunu, qol çəkməli olduğu bildirmişdirlər. Səbinə axırıncı dəfə Zaurun onu aldatdığını, torpaq verəcəyini bildirdiyini demişdir. Necə olubsa, həmin sənədə də imza etdiyini bildirmişdir. Ona ana əvəzi kimi baxırdı, ona görə bunları onunla danışmışdır.
27. Məhkəmə iclasında şahid qismində iştirak etmiş şahid5 ifadəsində bildirmişdir ki, notariat orqanında kərgüzar işləyir. Vətəndaş müraciət edən zaman notariusa yönləndirilir, notarius tərəfindən fikri soruşulur, şəxsiyyəti müəyyənləşdirilir, hüquqları ona izah olunur və daha sonra operatora yönləndirilir. Operator tərəfindən şəxsin fikri öyrənilir, ərizə tərtib olunur. Ərizə tərtib olunduqdan sonra məzmunu şəxsə oxunur, qeydiyyata göndərilir və ərizə şəxs tərəfindən imzalanır. Sonda notarius tərəfindən isə həmin ərizə imzalanır və möhürlənir. İddiaçını şəxsən tanıdığı üçün həmin gün yadındadır. *2.1*.2*17-ci il tarixində 3 bacı gəlmişdirlər. Miras əmlakdan imtina barədə ərizə yazıb getdilər. Şəxsən özü ərizəyə imza çəkdirmişdir. Miras əmlakdan imtina barədə ərizə ilə alğı-satqı müqaviləsinə bir yerdə baxıla bilməz. Ərizə *2.1*.2*17-ci il tarixdə, alğı-satqı müqaviləsi isə *7.1*.2*17-ci il tarixdə imzalanmışdır. Hər hansı qanun pozuntusu olmamışdır. Əvvəllər ərizə tərtib olunan zaman şəxsin fotoşəkli çəkilmirdi. Son dövrdə ərizə tərtib olunan zaman mütləq şəxsin fotoşəkli çəkilməlidir.
28. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı 2*23-cü ildə ona müraciət eləmişdir. Qardaşı ilə probleminin olduğunu bildirmiş və bu halın ictimailəşdirilməsini ondan xahiş etmişdir. Ona qəribə gəlmişdir ki, qardaş bacıya qarşı belə əməli necə edə bilər. 11 sentyabr tarixində iddiaçı ilə İçərişəhərdə görüşmüşdürlər. Ona Zaur deyə müraciət eləsə də, sonradan bəlli olmuşdur ki, şəxsin adı Davuddur. Ona zəng edən zaman “eləmişəm, yaxşı eləmişəm” ifadəsini işlətmişdir. İddiaçı qardaşının qeyd olunan halın ictimailəşdirilməməsini, evin sirri olduğunu ona bildirdiyini əsas gətirərək onunla bir müddət əlaqə saxlamamışdır. Daha sonra 2*25-ci ilin fevral ayında əlaqə saxlamışdır. Müsahibə aparılması üçün maşın bazarının qarşısına gəlmişdir. Əvvəl də mübahisələri olmuşdur ki, o zaman qardaşı Elfaq Zaurnan danışdığını və mübahisənin həll olunacağını bildirmişdir. Davud onu biyabır etməməsini bildirmiş və buna görə yenə bir müddət əlaqəni kəsmişdir. Daha sonra yenə əlaqə saxlamış və qardaşının onu aldatdığına əmin olduğunu bildirmişdir. Qarşı tərəfin nömrəsini almış və onunla əlaqə saxlamışdır. Ona bacısının hadisəni ictimailəşdirmək istədiyini bildirmişdir. Onunla kobud danışmış, daha sonra üzr istəmişdir. Bir müddət sonra hüquq mühafizə orqanından zəng gəlmişdir. Ona bildirilmişdir ki, Davud adlı şəxs onun tərəfindən ailə sirrləri ilə şantaj olunduğunu iddia edərək şikayətlə hüquq mühafizə orqanına müraciət etmişdir. Hüquq mühafizə orqanına səs yazılarını göndərmiş, şikayəti əsassız olduğu üçün Davuddan ərizəni geri götürməsi tələb edilmişdir. Davud ona zəng edərək üzr istəmişdir. İddiaçı yenə onunla əlaqə saxlayaraq hadisənin ictimailəşdirilməsini xahiş etmişdir. Qardaşı ilə əlaqə saxlayan zaman “yaxşı eləmişəm” ifadəsini işlətmişdir. Ərizə imzalanan zaman notariat ofisində olmamışdır. Həmin zaman iddiaçının qardaşı tərəfindən aldadılması ilə bağlı ona müraciəti olmamışdır.
29. Məhkəmə iclasında şahid qismində iştirak etmiş İsmayılov Ceyhun Loğman oğlu ifadəsində bildirmişdir ki, iddiaçı anasıdır. 2*24-cü ilə qədər anasının miras əmlakdan imtina etməsi barədə məlumatları olmamışdır. 2*24-cü ilin axırlarında onlara verdiyi torpaq sahəsini geri istəyəndə onlara məlum olmuşdur ki, anası miras əmlakdan imtina etmişdir. Davud tərəfindən bazarda ona köşk verilmişdi. 3 ay müddətində şəriki ilə birlikdə həmin köşkü işlətmişdirlər. Lakin miras əmlakla bağlı mübahisə olduqdan sonra oranı sökəcəyini bildirmiş və onu oradan çıxarmışdır. Şərikinin işləməyinə icazə verməmişdir. Fəxri marketin yanında obyekt var idi. Davud ona verəcəyi barədə ona vəd vermişdir. Mübahisə olduqdan sonra onu da verməmişdir. 2*23-cü ilin axırına kimi bazardan onlara aylıq gəlir verilirdi. 2*23-cü ilin axır aylarında həmin gəlirin verilməsi də dayandırılmışdır. Miras əmlakla bağlı anası ilə Davud arasında dəfələrlə mübahisə olmuşdur. Onları təhqir və təhdid etmişdir. Onlara qarşı həmişə “yaxşı eləmişəm” ifadəsini işlətmişdir. 3*. Məhkəmə iclasında şahid qismində iştirak etmiş şahid2 ifadəsində bildirmişdir ki, bazarda Ceyhunla işləmişdir. Ceyhun İsmayılov dayısının obyekti ona verdiyini bildirmişdir. Bərbad gündə idi. 1 il ərzində orada işlədilər. Daha sonra Ceyhun dayısı ilə anası arasında mübahisə yarandığını bildirmişdir. Mübahisə olduğu üçün Ceyhunu oradan uzaqlaşdırdılar. Ceyhun anasının aldadılaraq miras əmlakdan imtina barədə ərizəyə qol çəkildiyini bildirmişdir.
31. Məhkəmə iclasında şahid qismində iştirak etmiş şahid1 ifadəsində bildirmişdi ki, iddiaçının atasının maşın bazarında obyekti var idi. Səbinə İsmayılova onlara gedib-gəlirdi. Bir gün ona həmin obyektə nəzarət edilməsini tapşırmışdır. O isə obyektin dağılmaması üçün sadəcə nəzarət edirdi. Həmin obyektdə iddiaçının qardaşlarını görməmişdir. Keçən ilin yay aylarına qədər orada olmuşdur. Obyektə gələn zaman görmüşdür ki, oranın qapısı bağlıdır. İddiaçıya qeyd olunan hal barədə məlumat vermişdir. O isə qardaşları tərəfindən aldadıldığını və açarın onda olmadığını bildirmişdir.
32. Sumqayıt Şəhər Məhkəməsinin 11.*2.2*26-cı il tarixli, 2(*6*)-5287/2*25 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir.
33. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı miras əmlakdan *2 oktyabr 2*17-ci il tarixli ərizə ilə imtina etmişdir və nəticədə iddiaçı ən pis halda vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu qeyd edilən tarixlərdə bilmiş, lakin bildiyi gündən iki ay keçdikdən sonra 22 iyul 2*25-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticədə iddiaçının iddia tələbi mahiyyəti üzrə əsassız olmaqla yanaşı, qanunla müəyyən olunan müddətin də ötürülməsi ilə irəli sürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
34. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 339.2, 339.3, 1133.1, 1134.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1261, 1268.1, 12**, 1256-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
35. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş cavabdeh cavabdeh1 ilə iddiaçı arasında aparılan telefon danışıqlarının səs yazısından görünür ki, iddiaçı tərəfindən niyə onu aldadaraq vərəsəlikdən imtina ərizəsinə qol çəkdirdiyini cavabdeh cavabdeh1 soruşulduğu zaman sonuncu bəzi danışıqlarda bunu miras işləri ilə bir nəfərin məşğul olması ilə əsaslandırsa da, bəzi səslərdə isə “yaxşı etmişəm” kimi sözlərdən istifadə etmişdir. Bu da məhkəmənin öz qətnaməsinin əsaslandırdığı hissədə hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir hissəsinə ziddiyət yaradır. Belə ki, səs yazıları qeyd olunan vərəsəlikdən imtina ərizəsinin iddiaçının iradəsinə zidd olaraq imzalandığını bariz şəkildə sübut etsə də, məhkəmə bu hissəyə səthi yanaşmaqla əsassız qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə səs yazılarında olan cavabdeh cavabdeh1 mübahisələndirilən imtina ərizəsinin iddaçının aldatma yolu ilə imza edilməsinin açıq aşkar şəkildə öz təsdiqini tapmasına səthi yanaşmış və bununla da əssasız qətnamə qəbul edilmişdir. Məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, əqdin aldatma ilə bağlanması səbəbindən etibarsız sayılması üçün sadalanan şərtlərin mövcudluğu məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onların sübuta yetirilməməsi isə Mülki Məcəllənin 339.3-cü maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Yəni iddiaçı tərəf əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Hazırkı mülki işdə isə iddiaçı tərəf birtərəfli iradə ifadəsinin (mirasdan imtina barədə ərizənin) aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişdir. Dolayısı ilə məhkəmə bu hissədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddənin tələbindən görünür ki, mübahisələndirilən ərizənin aldatma yolu ilə imzalandığından həm iddiaçının həm cavabdehin xəbəri olduğu təqdirdə mübahisələndirilə bilməz. Lakin məhkəməyə təqdim olunmuş səs yazısından görünür ki, iddiaçının mərhum atası Tarverdiyev Sabir Rəhim oğlundan qalan mirasdan imtina etdiyindən məlumatı olmamışdır. Yəni məhkəmə gəldiyi bu nəticə ilə də hazırkı iddia üzrə araşdırmanı düz aparmadığı və təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədiyi açıq aşkar görünməkdədir. Məhkəmə eyni zamanda onu da bildirmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlar əsasında (səs yazıları, cinayət işinin başlanmasına xitam verilməsi haqqında qərarda tərəflərin izahatları, başqa şəxsə məxsus torpaq sahəsinin iddiaçıya satılması) müəyyən olunur ki, iddiaçı və qardaşı cavabdeh1 arasında sövdələşmə olmuş, iddiaçı ona müəyyən əmlakların verilməsi şərtilə miras əmlakdan imtina etmişdir. Sonradan qardaşı ilə aralarında yaranmış ixtilaf (qardaşının sövdələşmələrinə riayət etməməsi) nəticəsində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar isə iddiaçının mirasdan imtina ilə bağlı ərizəsinin məhz onun aldadılması nəticəsində, başqa sözlə desək başqa sənədə imza etməsi adı ilə imzalaması nəticəsinə gəlməyə əsas vermir. Lakin bu amil özü də tərəflər arasında olan telefon danışıqları əsnasında yazılmış səs yazısından görünür ki, cavabdeh iddiaçıya “sizə sürprizim var” adı ilə iddiaçı və digər bacısı Nərgiz xanımı * saylı notariat ofisinə dəvət edərək, güya atasından qalan mirasları ədalətli şəkildə bölgüsünü aparmağa başladığını bildirmiş və aldatma yolu ilə miras payından imtina ərizəsinə qol çəkdirmişdir. Çünki tərəflərin mərhum atası Tarverdiyev Sabir Rəhim oğlunun əmlakları bəziləri ona məxsus olsa da, digər güvəndiyi insanların adına rəsmiləşdirmişdir. Əslində başqa şəxlərin adına rəsmiləşmiş Tarverdiyev Sabir Rəhim oğluna məxsus əmlaklar bölündükdən sonra mərhumdan qalan miras əmlaklarının bölgüsü aparılmalı idi. Qeyd olunan əmlakların bölgüsü prosesi də cavabdeh tərəfindən həyata keçirildiyi üçün iddiaçı qardaşına inanmış və təqdim olunan sənədlərə baxmadan imza etmişdir. Bunu təsdiq edən yetəri qədər sübutlar məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə bu arqumentlərə məhəl göstərməmişdir. Bundan başqa məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı miras qoyanın qızı olmaqla birinci növbə vərəsələr sırasına daxil olsa da, miras qoyanın vəfat etdiyi dövrdə, yəni *4.*9.2*15-ci ildə qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olurdu ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Lakin bu hissədə də məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırmadığı görünməkdədir. Belə ki, yenə də məhkəməyə təqdim olunmuş yuxarıda qeyd olunan səs yazılarından görünür ki, tərəflər arasında fikir ayrılığı yarananadək cavabdeh hər ay Sumqayıt şəhərində yerləşən maşın bazarı adlanan və mərhum ataları Tarverdiyev Sabir Rəhim oğlundan övladlarına miras qalmış obyektdən yığılan icarə haqlarından hər ay iddiaçının payına düşəni vermişdir ki, bu da öz növbəsində iddiaçının atasından miras qalmış əmlaklara dair faktiki idarə olunmasına qiyabi də olsa iştirak etməsi fikrini tam şəkildə göstərməkdədir. Eyni zamanda, iddiaçının xanım olduğu nəzərə alınsa, onun atadan qalan ümumi miraslar üzərində faktiki olaraq idarə etmək imkanın olmadığı görülsə də, iddiaçının atasından miras kimi qalmış Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində, 3-cü Polis bölməsinin qarşısında yerləşən 29* kv.m. iaşə obyektinin uzun müddət iddaçı tərəfindən gözəllik salonu kimi istifadə etməsi də iddiaçının atasından miras qalmış əmlaklar üzərində faktiki idarə olunmasında iştirak etmişdir. Göründüyü kimi məhkəmənin iddanın rədd olunması üçün gəldiyi nəticə yalnış olmaqla yanaşı, məhkəmənin gəldiyi bu nəticə eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla da tam şəkildə təkzib olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İsmayılova Səbinə Sabir qızı, onun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 4*. Cavabdeh cavabdeh1 24.*6.2*26-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
41. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Sumqayıt şəhər * saylı Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, 12.*5.2*26-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (...) 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (...)
43. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
44. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)
45. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)
46. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
47. Maddə 1256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
48. Maddə 1261. Başqa şəxslərin xeyrinə imtina Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
49. Maddə 1268. Mirasdan imtinanın geri götürülməməsi 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.
5*. Maddə 12**. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
52. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
53. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
55. Maddə 95. Səs və video yazılar 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 95.3. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 1*.1*-cu maddəsinin tələblərinə əməl edilməklə yol verilir.
56. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
57. Maddə 3**. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 3**.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 3**.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
59. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
6*. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5.*5.2*26-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. İş materialları ilə müəyyən olunur ki, İsmayılova Səbinə Sabir qızı cavabdeh cavabdeh1 ögey bacısıdır. Onların ataları mərhum Tarverdiyev Sabir Rəhim oğlu *4.*9.2*15-ci il tarixdə vəfat etmişdir. Onun övladları X9, X3, X11 və İsmayılova Səbinə Sabir qızı *2.1*.2*17ci ildə * saylı notariat kontoruna ərizə ilə müraciət edərək *4.*9.2*15-ci ildə vəfat etmiş ataları Tarverdiyev Sabir Rəhim oğlundan qalmış mirasdan onlara çatası paydan imtina etmələri barədə ərizə vermişlər. 11.11.2*17-ci il tarixdə cavabdeh1 Sumqayıt şəhəri, Sarı-Qaya bağları ərazisi, B-2*46 ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. cavabdeh1 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 22.*8.2*17-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
64. Hazırda iddiaçı atasından qalmış miras əmlakdan imtina ilə bağlı ərizəni sözügedən torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanarkən aldadılaraq imzaladığını bildirir. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş edir.
65. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
66. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı başqa sənəd adı altında mirasdan imtina ilə bağlı ərizəni imzaladığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş səs yazılarında belə mirasdan imtina ilə bağlı ərizəni iradəsi ziddinə başqa sənəd adı altında imzaladığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Əksinə ərizənin məzmunu da tam aydın və qısa olmaqla yanaşı, iddiaçı həmin ərizədəki imzanın ona məxsus olduğunu bildirmişdir. Bundan əlavə iddiaçı qardaşı cavabdeh1 təşəbbüsü ilə nəyin müqabilində, hansı səbəbdən başqa şəxsə məxsus torpaq sahəsinin ona satıldığının (verildiyinin) da ağlabatan izahını verə bilməmişdir. Əksinə məhkəməyə təqdim edilmiş sübutlar əsasında (səs yazıları, Cinayət işinin başlanmasına xitam verilməsi haqqında qərarda tərəflərin izahatları, başqa şəxsə məxsus torpaq sahəsinin iddiaçıya satılması) müəyyən olunur ki, iddiaçı və qardaşı cavabdeh1 arasında sövdələşmə olmuş, iddiaçı ona müəyyən əmlakların verilməsi şərtilə miras əmlakdan imtina etmişdir. Sonradan qardaşı ilə aralarında yaranmış ixtilaf (qardaşının sövdələşmələrinə riayət etməməsi) nəticəsində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar isə iddiaçının mirasdan imtina ilə bağlı ərizəsinin məhz onun aldadılması nəticəsində, başqa sözlə desək başqa sənədə imza etməsi adı ilə imzalaması nəticəsinə gəlməyə əsas vermir.
67. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
68. İşdən görünür ki, miras qoyan *4.*9.2*15-ci ildə vəfat etmiş, iddiaçı mirasın qəbulundan imtina ərizəsini isə *2.1*.2*17-ci il tarixdə, yəni mirasın açıldığı gündən 2 il sonra vermişdir.
69. Məhkəmənin qənaətinə görə 3 aylıq müddət bitdikdən sonra verilmiş mirasdan imtinanın hər hansı hüquqi qüvvəsi olmamışdır. İddiaçı miras qoyanın qızı olmaqla birinci növbə vərəsələr sırasına daxil olsa da miras qoyanın vəfat etdiyi dövrdə, yəni *4.*9.2*15-ci ildə qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. 7*. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
71. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olurdu ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. **. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd edilən miras əmlakı nəinki notariat orqanına ərizə verməklə qəbul etməmiş, həmçinin o, birinci növbə vərəsələrdən biri olaraq atasından miras qalan əmlakın miras kimi qəbul etmək niyyətinin olmamasını bəyan etmişdir. Miras qoyanın öldüyü dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun olaraq mirasın qəbulu müddətinin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında iddiaçının miras qoyana məxsus əmlakları faktiki qəbul etdiyi də müəyyən edilməmişdir.
73. İşdən görünür ki, miras kütləsinə daxil olan daşınmaz əmlak yalnız Sumqayıt şəhəri, Sarı-Qaya bağları ərazisi, B-2*46 ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsidir və mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin əmlaka dair verilmişdir. İddiaçı apellyasiya şikayətində atasından miras kimi qalmış Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində, 3-cü Polis bölməsinin qarşısında yerləşən 29* kv.m. iaşə obyektini uzun müddət gözəllik salonu kimi istifadə edərək miras qalmış əmlakların faktiki idarə olunmasında iştirak etdiyini göstərsə də, məhkəməyə bu barədə hər hansı sənəd, o cümlədən atadan qalmış hər hansı mirası faktiki qəbul etməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir.
74. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
75. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi zaman qüvvədə olan mülki qanunvericiliyə əsasən (Mülki Məcəllənin 12**-ci maddəsi) mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
76. İşdə olan 24.*2.2*25-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı izahat vermiş İsmayılova Şəbinə Sabir qızı həmçinin bildirmişdir ki, Davud 2*23-cü ilin sonlarında ona guya hədiyyə kimi verdiyi dəyəri 2***** manatdan çox olan torpaq və evi 25*** manat müqabilində geri istəməyə başlamış, o verilən torpaq və evi geri qaytarmaqdan imtina etdikdə Davud Sumqayıt maşın bazarından payçı olduğuna görə yığılan yığımlarından ona ödənilən pulu ödəməmiş, o isə haqqını tələb etdikdə Davud nə tələb edə bilərsən ki, sən vərəsəlikdən imtina etmisən sözlərini bildirmişdir. Bununla da ona məlum olmuşdur ki, Davud Sumqayıt şəhər * saylı Notariat Kontorunun Notariusu X15 ilə əlbir olaraq onu atasının miraslarına münasibətdə vərəsəlikdən mtina etdirib.
77. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı miras əmlakdan 8 il əvvəl, yəni *2.1*.2*17-ci il tarixdə ərizə ilə imtina etdiyi, hətta özünün qeyd etdiyi kimi 2*23-cü ilin sonlarında vərəsəliklə bağlı mübahisənin mövcud olmasını bildiyi vaxtdan qanunvericilikdə nəzərdə tutulmuş iki aylıq kəsici müddəti ötürərək, 22.*7.2*25-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticədə iddiaçının mövcud tələbi əsassız olmaqla yanaşı, qanunla müəyyən olunan müddətin ötürülməsi ilə də irəli sürülmüşdür.
78. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. 8*. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11.*2.2*26-cı il tarixli, 2(*6*)-5287/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.