Məhkəmə qərarları › İş №2(3-8)-612/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-612/2026

12.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-612/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Xaçmaz rayon * saylı Notariat Ofisinə qarşı qanun üzrə mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil, cavabdeh cavabdeh2, onun nümayəndə və vəkili Vəkil/Nümayəndə İbrahim oğlunun, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və Xaçmaz rayon * saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon * saylı notariat ofisi tərəfindən cavabdeh cavabdeh2 adına verilmiş 2V-1042-saylı, ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Abdullayev Ağamalı Abdulsalam oğlunun və X8nın sağlığında 1997-ci ildə atasının ünvan 1 ünvanında yerləşən evinin həyətində 6 kvadratmetr ölçüdə qeyri-yaşayış obyekti tikərək orada televizor və digər texniki avadanlıqların təmiri işləri ilə məşğul olmuş və indiyədək ailəsini həmin obyektdə işləyərək dolandırır. X8 ##.##.2019-cu il tarixdə, atası Abdullayev Ağamalı Abdulsalam oğlu ##.##.2021-ci il tarixdə ölüblər. Valideyinlərinin hər ikisi onun qeyd etdiyi obyektdə işləməyinə həmişə sevinib və orada özü üçün daha yaxşı şərait yaratmağını istəmişlər. Həmçinin qardaşının da buna heç bir etirazı olmamış, qeyd olunan obyektin tikintisinə çəkilən xərcləri şəxsən özü qarşılamışdır. Həmin dövrlərdə qardaşı cavabdeh2 və bacıları ilə münasibəti çox yaxşı olmuşdur. ##.##.2023-cü il tarixdə yəni atasının öldüyü gündən 1 il 9 ay keçdikdən sonra kiçik qardaşı cavabdeh2 xeyrinə vərəsəlik hüququndan imtina etmişlər. Bacılarının və onun ##.##.2023-ci il tarixdə qardaşı cavabdeh2 ilə öz aralarında razılıqları ondan ibarət olmuşdur ki, imbesillik dərəcəsində olan ağıl zəifliyi, sol tərəfli hemiparez xəstəsi olan bacıları ##.##.1974-cü il təvəllüdlü X5 atalarının evində yaşayacaq və o da öldüyü günə qədər ata, anasının sağlığında onların halallığı ilə həmin həyətdə tikdiyi 6 kvadratmetr ölçüdə olan qeyri-yaşayış obyektində qalıb işləyəcək. Lakin qardaşı xəstə bacısını evdən qovmuş, onun isə bu son günlərdə işlədiyi obyektdən çıxmağını tələb etmişdir. Həmin qeyri-yaşayış obyektini öz vəsaiti hesabına 1997-ci də tikmiş və fasiləsiz olaraq ora sahiblik etmişdir. Obyektə ayrıca işıq sayğacı çəkərək stifadə etdiyi elektrik xərcini ödəmişdir. Əgər o oradan çıxmış olsa işsiz qalmaqla ağır maddi vəziyyətə düşəcək və ailəsini dolandıra bilməyəcək. X2 ağır ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla-mühitdə artımla və ya artımsız, ağ ciyərlərin fibroz-kavernoz vərəmi xəstəliyindən əziyyət çəkir. Oğlu Vüsalə xəstəliyinə görə İ qrup əlillik dərəcəsi verilmişdir. Qardaşı cavabdeh2 bacısını evdən qovduqdan və onu qeyri-yaşayış sahəsindən çıxmağını tələb etdikdən sonra vəkilə müraciət edərək hüquqlarının qorunmasına dair müqavilə bağlamışdır. Xaçmaz rayon * saylı notariat ofisinə vəkili tərəfindən sorğu edilmiş, 22.09-2025-ci il tarixdə sorğuya cavab olaraq sənədlərin surəti təqdim edilməklə bildirilmişdir ki, Xaçmaz rayon * saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən qardaşı cavabdeh2 2V1042-saylı, ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin təqdim edilmiş sənədlərə ##.##.2023-cü il tarixdə bacıları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və onun ataları Abdullayev Ağamalı Abdulsalam oğlundan miras qalmış əmlakların tam payı, məcburi payı və faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmələri barədə ərizələri əlavə edilmişdir. ##.##.1974-cü il təvəllüdlü bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 imbesillik dərəcəsində olan ağıl zəifliyi, sol tərəfli hemiparez xəstəsidir. Bacısı Rəna fəaliyyət qabiliyyətli deyildir və ona xəstəliyinə görə İ qrup əlillik dərəcəsi verilmişdir. Bu xəstəlik onda körpəlikdən, uşaq olan vaxtdandır. Bacısının danışığında qüsurlar var, demək olar ki danışa bilmir, onun vəziyyəti hal-hazırda ağırdır. Öz hərəkətlərinin mənasını dərk etmir, özünü idarə etmək qabiliyyətində deyil, zəruri təbii ehtiyaclarını ödəyə bilmir və bu hərəkəti niyə etdiyini qətiyyən dərk etmir. Bacısı Rəna heç bir müstəqil hərəkət edə bilmir, paltarını dəyişdirə, yeməyini yeyə, zəruri ehtiyaclarını ödəyə bilmir, ona ancaq bacısı Təranə baxır. Mütləq qaydada bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kənar şəxs nəzarət etməli, altını, paltarlarını və sair təmizləməli, daima nəzarətdə saxlamalıdır. Bundan başqa bacısı öz hüquq və vəzifələrini yerinə yetirə bilmir, heç bir sənədə öz ağlı ilə imza ata bilmir. Bu fakt xəstənin xəstəlik tarixçəsi sənədlərində də öz əksini tapır. Hal-hazırda bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ona baxan və qulluq edən bacısı X9 tərəfindən Xaçmaz rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş və həmin iş məhkəmənin icraatındadır.

3. İddiaçının nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Xaçmaz rayon * saylı notariat ofisi tərəfindən cavabdeh cavabdeh2 adına verilmiş 2V-1042-saylı, ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş ********** nömrəli, ##.##.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, mərhum atası və anası vəfat etdikdən sonra onun qanuni varisləri sırasında o, qardaşı və bacıları olmuşdur. Vərəsəlik açıldıqdan sonra bütün varislər - yəni qardaş və bacılar könüllü və azad iradələri ilə onun xeyrinə mirasdan imtina etmiş, bu barədə notariat qaydasında imtina ərizələri təqdim etmişlər. Notariat orqanı tərəfindən imtinalar “Notariat haqqında” Qanunun 54 və 55-ci maddələrinə uyğun şəkildə qəbul edilmiş, bütün hüquqi tələblərə əməl olunmuş və nəticədə mülkiyyət onun adı ilə rəsmiləşdirilərək ona vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamə əsasında o, əmlak üzərində mülkiyyət hüququnu qanuni yolla əldə etmiş və müvafiq dövlət qeydiyyatından keçmişdir. İddiaçının “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə tələbi qanunsuz və hüquqi əsassızdır. Bildirir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona atasından miras qalmışdır. O, həm evin kiçik oğlu olmaqla ata və anası onun himayəsində yaşamışdır. Ata və anası illərlə xəstə yatanda heç bir bacı, qardaşı gəlib ata-anasına baxmayıb, o və həyat yoldaşı baxmışdır. İddiaçı və bacılarının hamısının özünə məxsus evi və təsərrüfatı var. Qardaş va bacıları özlərinə məxsus evdə yaşayırlar. Ata və anasının vəfatından sonra hamılıqla razılıq əsasında ev vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Onun mülkiyyətinin hansısa hissəsini başqa qardaş və bacısına verməyi haqqında razılaşma olmayıb. Çünki hər kəsin ayrı evi təsərrüfatı və başqa əmlakları var. Həmçinin valideyinləri onun himayəsində yaşamış, onlara o baxmışdır, evin və torpağın vergiləri və digər ödənişləri illərdir ki, onun tərəfindən ödənilir. Bu səbəbdən də onun xeyrinə imtina ərizələri vermişlər. Qardaşı Qurbanismayılın 1997-ci ildə tikdiyini yazdığı obyekt, əslidə evin həyətində tikilmiş evin hamamıdır, həmin hamam atası tərəfindən tikilmişdir. Bir müddət qardaşı hamama küçə hissəyə qapı açaraq orda işləmişdir. Hazırda isə onun mülkiyyətinə verməyini və oranı obyekt kimi satmaq istədiyini bildirir. Bu isə yolverilməzdir, işləmək üçün öz evinin həyətində də balaca tikili tikərək işini görə bilər. Qardaşı Qurbanismayılın dolanşığı yaxşıdır, özünün və oğlunun hər ikisinin avtomobilinə kimi var. Sadəcə onun həyətindən tikilini sataraq əsassız varlanmaq fikirindədir. Bacıları X5 digər bacısı Təranənin yanında yaşayır, himayəçisi bacısıdır, pensiyası və qəyyumluq pulu da onun tərəfindən alınır. Bacı Rəna xəstə olduğuna görə digər bacısı onu himayəsinə götürərək ömürlük yanında saxlayacağını bildirmişdir. Vərəsəlikdən imtina hüquqi nəticə doğurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, varis öz payından azad iradə ilə imtina edə bilər və bu imtina geri qaytarıla bilməz. Həmin imtina ərizələri notariusun iştirakı ilə, şəxsən və könüllü şəkildə verildiyi üçün hüquqi qüvvəyə malikdir. İmtina iradə pozuntusu ilə verilməmişdir. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilən iddiada heç bir sübut təqdim olunmamışdır ki, guya onlar aldadılıb və ya iradə azadlıqları pozulub. Qanunvericiliyə görə yalnız bu hallardan biri sübuta yetirildiyi təqdirdə imtinanın etibarsız sayılması mümkündür. Notariusun fəaliyyəti qanun çərçivəsində olub. “Notariat haqqında” Qanunun 57-ci maddəsinə əsasən, notarius tərəfindən verilmiş şəhadətnamələr yalnız məhkəmə qaydasında və ciddi hüquqi əsaslar olduqda etibarsız sayıla bilər. Burada belə əsaslar mövcud deyil - sənəd qanuni qaydada tərtib edilmişdir. Şəhadətnamənin etibarsız sayılması hüquqi sabitliyə zərbə vurar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllənin 155-ci maddəsinə görə, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Mənim adımla verilmiş vərəsəlik şəhadətnaməsi qanuni qüvvəyə minmiş və onun əsasında o mülkiyyət hüququ əldə etmişdir. Bu sənədin ləğvi hüquqi sabitlik, mülkiyyət toxunulmazlığı və hüquqi təhlükəsizlik prinsiplərinə zidd olar. Qeyd olunanlara əsasən iddiaçının “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə iddiası tamamilə əsassız hesab edilərək rədd edilməsini və onun xeyrinə verilmiş vərəsəlik şəhadətnaməsi qanuni qüvvədə saxlanılmasını xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Ağazadə) iddia təmin edilmiş, cavabdeh2 adına verilmiş *V-**** saylı ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barədə cavabdeh2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarış) ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh cavabdeh2 aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Abdullayev Ağamalı Abdulsalam oğlundan miras qalmışdır. İddiaçı İddiaçı, cavabdeh cavabdeh2 və üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 - Abdullayev Ağamalı Abdulsalam oğlunun qanun üzrə bərabər pay hüquqlu birinci növbə vərəsələridir. Miras qoyan öldükdən sonra iddiaçı atasının sağlığında olduğu kimi torpaq sahəsində olan qeyri-yaşayış sahəsində fəaliyyətini davam etdirərək, üçüncü şəxslərdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və cavabdeh isə orada yaşayaraq miras əmlakı faktiki qəbul etmişlər. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin evdən qeydiyyatdan çıxarıldığı və baxıma ehtiyacı olduğu üçün bacısının yanına getməyə məcbur olmuşdur. Bu halla bağlı nəzərə alınmalıdır ki, qəbul edilmiş vərəsəlikdən sonradan imtina qanunvericilikdə nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqelərinə əsasən mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozduğu müəyyən edilmişdir. Bu baxımdan vərəsənin susmasını imtina kimi qəbul edən norma olan Konstitusiyada qeyd edilən mülkiyyət hüququnu pozduğundan 1273-1-ci maddə qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. İmtina barədə ərizələrdən hansı mirasdan imtina edilməsi və ya hansı vərəsənin xeyrinə imtina edilməsi dəqiq müəyyən edilmir. İddiaçı və vərəsələr olan üçüncü şəxslərin mirasdan imtina üçün nəzərdə tutulmuş müddət ərzində əmlakdan imtina etmələri müəyyən edilməmişdir, həmçinin mirasdan imtina bir əqd olduğu üçün onu bağlayan şəxslərin tam mülki fəaliyyət qabiliyyətli şəxs olmaları zəruridir. Bu iş üzrə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 münasibətdə bu şərt pozulmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin1133.1, 1133.2, 1159.1, 1159.1.1, 1243.1, 1243.2,1243.3, 1246, 1255, 1261, 1269, 1291-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2019-cu ildə Abdullayev Ağamalı Abdulsalam oğlu vəfat etmiş, onun vəfatından sonra ünvan 2 ünvanında yaşayış evi və torpaq sahəsi miras qalmışdır. İddiaçı İddiaçı və digər vərəsələr mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Ağamoğlan qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Ağamoğlan qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Ağamoğlan qızı cavabdeh cavabdeh2 Ağamoğlan oğlunun xeyrinə miras əmlakdan imtina etmişlər. Xaçmaz rayon * saylı notariat ofisi tərəfindən ona atasından qalmış bütün əmlaka ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, həmin şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət reyestri və Kadastrı publik hüquqi şəxsinin * saylı ərazi idarəsi tərəfindən çıxarış verilmişdir. 2025–ci ildə qardaşı ona məlum olmayan səbəblərə görə məhkəməyə müraciət edərək guya onun digər vərəsələri aldatdığını, onu atadan qalmış həyətdə olan tikilidə təmir obyektindən çıxardığını, bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xəstə və fəaliyyət qabiliyyətsiz hesab edilməsini əsas gətirərək atadan qalmış və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etmişdir. Əslində isə qardaşı İddiaçı indi də ata mülkündə olan obyektdə işləyir, ona heç kim mane olmur. Sadəcə olaraq o, bir neçə dəfə ona həmin obyektə avara adamları yığdığına, səs-küy saldığına və nalayiq söyüşlər işlətdiklərinə görə iradını bildirmişdir. Orada baş verənləri isə ailəsi eşidir və bu nalayiq hərəkətlərin şahidi olurlar. Onun iradı iddiaçının xoşuna gəlməyib, ona görə də aradan iki il keçdikdən sonra iddia qaldırıb, ailəni və bacılarını ona qarşı qaldırıb. Xaçmaz Rayon Məhkəməsi heç bir əsas olmadan, işdə olan sübutları və faktları nəzərə almadan iddiaçının irəli sürdüyü əsassız fərziyələri sübut kimi qəbul edərək qanunsuz və əsassız olaraq Xaçmaz rayon notariat ofisinin verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair ədalətsiz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 1243-cü maddəsinə əsasən vərəsə miras əmlakı qəbul etməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən vərəs mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bunula mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ondan başqa adı çəkilən vərəsələrin heç biri mirası qəbul etməmiş və bu barədə notariat ofisinə mirasın qəbulu ilə əlaqədar ərizə ilə müraciət etməmişlər. O, isə miras əmlakı faktiki qəbul etmiş, həmin ünvanda daimi qeydiyyatla olmuş, yaşamaqla bərabər miras əmlakı faktiki idarə etmişdir. Digər vərəsələr həmin ünvanda yaşamamışlar. Bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başqa digər vərəsələr miras qoyan atasının vəfatı vaxt özlərinin yaşayış yeri olmuşdur. Onlar miras əmlakdan imtina etdiklərinə görə notariat ofisi düzgün olaraq miras əmlaka dair ona yeganə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Miras əmlakdan imtina ilə əlaqədar tərəfindən onlara hər hansı formada təzyiq olmamışdır. Vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üçün heç bir əsas yoxdur. Çünki vərəsələr miras əmlakdan imtina etməklə onun yeganə vərəsə kimi tanınmağı üçün iradələrini ifadə etmişlər. İmtina ərizəsi birtərəfli əqd sayılır və onun etibarsızlığı və ya ləğvi üçün hər hansı bir əsas yoxdur. Vərəsələr imtina ərizələrini notarial qaydada verərkən öz iradələrini ifadə etmiş, onlara heç bir təzyiq olmamış, notarius onların şəxsiyyətini və fəaliyyət qabiliyyətini müəyyən etmişdir. Qanunvericiliklə əqdlərin etibarsızlığına dair müddəaların bu ərizələrə tətbiq edilməsinə hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası MM-nin 1268-ci maddəsinə əsasən vərəsə mirasdan imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Xəstə olan bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 fəaliyyyət qabiliyyətlidir, anlaqlı olmaqla hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Öz iradəsini ifadə etməyi bacarır. Ərizə verərkən onun fəaliyyət qabiliyyətli olmaması barədə heç bir məhkəmə qərarı olmamışdır. Məhkəmə bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 fəaliyyət qabiliyyətli olmamasına görə ərizəsinin etibarsız hesab etməsi məhkəmələrdə işlərə baxılması zamanı müəyyənlik və mütanasiblik prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Ona görə ki, hər hansı həkim rəyinin, maraqlı şəxslərin yalan və qərəzli izahatları məhkəmə üçün sübut olunan dəllillər sırasına daxil edilə bilməz, məhkəmə qətnaməsi olmadan şəxsin fəaliyyət qabiliyyətli olmayan şəxs kimi nəzərə alınması səhv bir yanaşma sayılmalıdır. Burada yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası MM-nin 342.1-ci maddəsinin tələblərini məhkəmə nəzərə almamışdır. Bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ataları vəfat edənə qədər o və həyat yoldaşı baxmışlar. Qardaşı Qurbanismayıl atası ilə küsülü olub, atası və anasının qulluğunda özü durmuşdur. Bu bacısının evdən çıxmasına səbəb isə bacısı Pərvanə Abdullayevanın guya yas mərasimi zamanı onun narahat olmasını, pensiyasını almaq üçün onu öz evinə aparmaq istəməsi olmuşdur. Ona səbəb də həm də bacısının pensiyasını almaq istəməsi olmuşdur. Əgər o, xəstə bacısını atasının vəfatından sonra 2021-ci ildə evdən qovmuşdusa, onda nə üçün 2023-cü ildə Pərvanə Abdullayeva, bacısı Rəna ilə birlikdə notariat ofisinə gələrək mirasdan imtina ilə əlaqədar imtina ərizəsi vermişlər. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası MM-nin 1243-cü,1246-cı və 1272-ci habelə Azərbaycan Respublikası MPM-nin 385-ci maddələrinin tələblərini pozaraq onları düzgün tətbiq etməmiş və səhv təfsir etmişdir. Məhkəmə qətnamənin təsvir hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarına əsaslanarkən həmin qərarın qəbul edilməsinə qədər olan vərəsəlik işlərinə tətbiq olunmasını qeyd etsə də, qətnamə qəbul edərkən öz fikrinə əks olan qərar qəbul etmişdir. Ona görə ki mülki dövriyyənin sabitliyinin qorunması məqsədi ilə mirasın qəbulu ilə əlaqədar Azərbaycan Respublikası MM-nin 1246-cı və 1273-cü maddələrinin ləğvi ## ###### 2023-cü il tarixindən sonra yaranmış vərəsəlik münüsibətlərinə aid edilir. Mübahisə predmeti olan hazırkı vərəsəlik işi və yaranmış münasibətlər isə 2021-ci ilə aiddir. Azərbaycan Respublikası MM-nin 1145-ci maddəsinə əsasən mirasın açılması miras qoyanın ölümü ilə açılır və onun öldüyü gün mirasın açıldığı vaxt sayılır. Həmçinin, Azərbaycan Respublikası MM-nin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya mirasın qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı isə 2 ilə yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə sübutları qiymətləndirərkən də maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bunula da səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin mövqeyi adlanan hissənin 30-cu bəndində qeyd edilir ki, miras əmlakdan imtina üçün 3 ay müddət nəzərdə tutulduğu üçün vərəsələrin 2021-ci ildə notariat qaydasında verdikləri ərizələr nəzərə alınmamalı, onlar mirası qəbul etmiş sayılmalıdırlar. Bu yanaşma da düzgün deyildir. Lakin məhkəmə verilmiş iddianın mümkünlüyünü yoxlamadan, şəxsin fəaliyyət qabiliyyətli olmaması barədə məhkəmə qətnaməsi olmadan, işin faktiki hallarını lazımi qaydada araşdırmadan, maddi və prossesual hüquq normalarını pozmaqla qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, müştərilərin səs-küy yaratması səbəbilə qardaşından təmir sexini boşaltmasını tələb etdiyindən mübahisə yaranmış və ona qarşı iddia qaldırmışdır.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndə və vəkili Vəkil/Nümayəndə İbrahim oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Abdullayev Ağamalı 2019-cu ildə vəfat etmiş, cavabdeh2 başqa qalan vərəsələr 2023-cü ildə notariat ofisinə müraciət edərək miras əmlakdan imtina etmişlər. Ərizənin mətnində də bu barədə qeyd olumuş, gələcəkdə həmin tələblə bağlı məhkəməyə müraciət etməyəcəklərinə dair iradə ifadələrini bildirmişlər. Beləliklə cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsi, onun əsasında isə çıxarış verilmişdir. Eyni zamanda vərəsələrin hər birinin ayrıca evi olmuş, yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 evi olmamış, mübahisəli evdə qeydiyyatda olmuş, o, valideynin ölümündən sonra bacısının yanında yaşamağa başlamışdır. Həmin vaxtdan onun pensiyası da bacısı tərəfindən alınır. Mübahisəyə səbəb mübahisəli torpaq sahəsində olan, Qurbanismayılın çalışdığı təmir sexi olmuşdur. Mübahisə isə Qurbanismayılın müştərilərinin səs-küy yaratması, nalayiq ifadələr işlətməsi ilə bağlı yaranmış, Vüqar öz etirazının bildirmiş, bundan sonra aralarında soyuqluq yaranmışdır. Bundan iki il sonra isə Qurbanismayıl məhkəmədə iddia qaldırmışdır. Mənzildə Vüqar ailəsi ilə birlikdə və bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yaşamış, mirasqoyanın ölümündən sonra Rəna bacısının yanında yaşamağa başlamışdır. Məhkəmə Mülki Məcəllənin 1246-cı maddəsinin ləğv edilməsinə istinad edir, lakin bu qayda mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədilə 2023cü ildən sonra yaranan münasibətlərə aid edilmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 fəaliyyəti olmayan şəxs elan edilməsinə istinad edir, lakin əqdin imzalandığı zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 haqqında fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi barədə məhkəmə qətnaməsi mövcud olmamışdır.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında bildirmişdir ki, imtina ərizəsini verərkən qardaşı ilə razılığıa gəlmişlər ki, obyekti işlətməyinə heç bir maneə törətməyəcək. Qardaşı keçən il arvadı və qonşular vasitəsilə ona xəbər göndərmişdir ki, təmir sexindən çıxsın. Qardaşının səs-küylə bağlı dedikləri isə həqiqəti əks etdirmir. Öz payını tələb edir, obyektin yerləşdiyi torpaq sahəsi ona verilsə belə mübahisə bitməyəcəkdir. Buna görə də apelyasiya şikayətinin rədd edilməsini xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil bildirdi ki, miras qoyan 2021-ci ildə ölmüşdür. Qurbanismayıl atası tərəfindən tikilmiş sexdə çalışaraq ailəsini dolandırır, orada atasının sağlığından işləyib. Qurbanismayılın oğlu birinci qrup əlilldir, obyektdən qazanc yeri kimi istifadə edir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qurbanismayılın təmir sexi miras kütləsinə daxil olan əmlakda yerləşir. Buna görə də apelyasiya şikayətinin rədd edilməsini xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 izahat verərək bildirmişdir ki, atasının ölümündən sonra qardaşı Vüqar və onun ailəsi bacım Rənaya baxmadığından bacısını öz yanına gətirmişdir. İmtina ərizəsinin mahiyyətini anlamamış və imza etmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Xaçmaz rayon * saylı Notariat Ofisinin nümayəndəsi, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

17. Notariat işinə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1960-cı il tаriхdə Abdullayev Ağamalı Abdulsalam oğlu ilə X11 аrаsındа nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir.

18. Notariat işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ##.##.1963-cü ildə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.1974-cü ildə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, ##.##.1976-ci ildə anadan olmuşlar. Ataları Abdullayev Ağamalı Abdulsalam oğlu, anaları X16r.

19. Notariat işinə əlavə edilmiş qeydiyyat şöbəsinin arayışlarından görünür ki, X7 ##.##.1970-ci ildə, cavabdeh2 ##.##.1979-cu ildə anadan olmuşlar. Ataları Abdullayev Ağamalı Abdulsalam oğlu, anaları X16r.

20. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ##.##.2019-cu il tarixdə Xaçmaz rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2019-cu il tarixdə 300 nömrə ilə qeyd edilmişdir.

21. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayev Ağamalı Abdulsalam oğlu ##.##.2021-ci il tarixdə Xaçmaz rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2001-ci il tarixdə 847 nömrə ilə qeyd edilmişdir.

22. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış və ##.## 2021-ci il tarixdə vəfat etmiş Abdullayev Ağamalı Abdulsalam oğlunun nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə üzvləri vardır: İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Ağamali qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X4, cavabdeh2. Vəfatından sonra evi və təsərrüfatı cavabdeh2 Ağamali oğlu idarə edir.

23. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 notariat ofisinə ünvanladığı ərizədən görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş Abdullayev Ağamalı Abdulsalam oğlundan miras qalmış əmlakların ona çatan payı, məcburi payı nə faktiki, nə də ərizə ilə müraciət edərək qəbul etməmişdir. Hal-hazırda qəbul etmir. 6 aylıq müddəti buraxmış, həmin müddətin bərpası üçün və pay tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcək.

24. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 notariat ofisinə ünvanladıqları ərizədən görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş Abdullayev Ağamalı Abdulsalam oğlundan miras qalmış əmlakların onlara çatan payı, məcburi payı nə faktiki nə də ərizə ilə müraciət edərək qəbul etməmişlər. Hal-hazırda qəbul etmirlər. 6 aylıq müddəti buraxmışlar, həmin müddətin bərpası üçün və pay tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər.

25. Notariat işinə əlavə edilmiş Xaçmaz rayon * saylı dövlət notariat ofisində təsdiq edilmiş cavabdeh2 ərizəsindən görünür ki, ünvan 1 ünvanında yaşamış Abdullayev Ağamalı Abdulsalam oğlu ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı Xaçmaz şəhəri ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. Göstərilən əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

26. Xaçmaz rayon * saylı dövlət notariat ofisində ## ######## 2023-cü il tarixdə 2V1042 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş Abdullayev Ağamalı Abdulsalam oğlunun vərəsəsi cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır.

27. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (qeydiyyat tarixi - ##.##.2023, reyestr nömrəsi - 302013139158-10301, qeydiyyat nömrəsi – 2823036801) müəyyən olunur ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində cavabdeh2 mülkiyyətində olan 0.02879 ha torpaq sahəsində yerləşən 84.4 kv.m ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

28. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)

152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

32. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Abdullayev Ağamalı Abdulsalam oğlu ##.##.2021-ci il tarixdə vəfat etmiş və ondan Xaçmaz şəhəri, 20 Yanvar küçəsində, 0.02879 ha torpaq sahəsində yerləşən 84.4 kv.m ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış miras qalmışdır. Miras qoyanın birinci növbədə vərəsələri İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Ağamali qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X4, cavabdeh2 olmuş, vərəsələrdən cavabdeh2 Ağamali oğlu mirası faktiki qəbul etməklə yanaşı, 2023-cü il tarixdə mirasın rəsmi qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş, digər vərəsələr isə notariat ofisinə ərizələrlə müraciət edərək, mirası qəbul etmədiklərini bəyan etmişlər. Xaçmaz rayon * saylı dövlət notariat ofisində ## ######## 2023-cü il tarixdə 2V-1042 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2021-ci il tarixdə vəfat etmiş Abdullayev Ağamalı Abdulsalam oğlunun vərəsəsi cavabdeh2 miras əmlakdan tam hissədə pay almış və miras qalmış əmlak üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Miras qalmış həyət evinin bir hissəsində yerləşən, iddiaçı İddiaçı tərəfindən məişət avadanlıqlarının təmiri sexi kimi istifadə edilən obyektin istifadə edilməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında mübahisə yarnamış, iddiaçı da qeyd edilən mübahisəni əsas gətirərək hazırkı iddianı qaldırmışdır.

35. Mübahisəyə baxan birinci instansiya məhkəməsi qüvvədən düşmüş Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinə və həmin maddələrin qüvvədən düşməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023cü il tarixli qərarına, Mülki Məcəllənin 1256 və 1301-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi səhvə yol verərək nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarında göstərilən hüquqi mövqe həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilmişdir. Hazırkı mübahisə üzrə vərəsəlik münasibətləri isə 2021-ci tarixdə yaranmışdır.

37. Həmçinin işin müəyyən edilmiş hallarına əsasən vərəsələrin hamısı 2021-ci ilin iyul ayında miras qalmış əmlaka dair yalnız cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olmaqla, miras qalmış əmlak üzərində tam olararaq onun payının müəyyən olmasını arzu etmiş və mirası qəbul etmədiklərini bəyan etmişlər. İddiaçı cavabdeh tərəfindən mirasın rəsmi qaydada qəbulundan iki il müddət keçdikdən sonra cavabdehin fəaliyyət qabiliyyəti olmayan hesab edilən bacısını evdən qovmasını və miras qalmış həyət evinin bir hissəsində yerləşən təmir təmiri sexindən onun çıxarılmasını tələb etdiyini əsas gətirərək, cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı cavabdehin mirası rəsmi qəbul etməsi ilə bağlı miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almasından iki il əvvəldən xəbərdar olsa da qanunla müəyyən edilmiş müddət ərzində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmiş, yəni mirasın qəbuluna dair mübahisə açmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi barəsində mübahisə açıla bilməsinə dair qanunla müəyyən edilmiş 2 aylıq kəsici müddəti ötürmüşdür. Halbuki, miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi cavabdehə məhz iddiaçının və digər vərəsələrin razılıqları və mirası əmlakı qəbul etməmələrini bəyan etməlıri əsasında verilmişdir. Birinci instansiya məhkəməsi isə mübahisənin qeyd olunan hallarını nəzərə almaqla, o cümlədən qeyd edilən əsaslar üzrə isə mübahisəyə Mülki Məcəllənin 1272-ci maddəsinin tələbini tətbiq edib iddianı rədd etməli olduğu halda, iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

39. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə ## #### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kəsici müddət–şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərar).

40. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi ilə bağlı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Həmin maddi hüquq normasının mübahisəyə tətbiqi isə iddianın təmin edilməsini istisna etmişdir.

41. Məhkəmə kollegiyası cavabdehin fəaliyyət qabiliyyəti olmayan hesab edilən bacısını evdən qovmasını və miras qalmış həyət evinin bir hissəsində yerləşən təmiri sexindən iddiaçını çıxarılmasını tələb etməsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli olmasına dair dəlilləri isə əsasız hesab edərək qeyd edir ki, əvvəla digər vərəsələr tərəfindən mirasın qəbul edilməməsinə dair ərizələrin xəstə bacının miras qalmış evdə daimi yaşayacağı və iddiaçının miras qalmış torpaq sahəsində inşa edilmiş tikilidə qalıb işləyəcəyi şərti ilə verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh isə ərizələrin məhz valideynləri ölənədək onunla yaşaması və valideynlərinə onun baxması ilə bağlı verildiyini iddia etmişdir. Digər tərəfdən isə işin müəyyən edilmiş hallarına əsasən iddiaçının bacısı olan və sonradan fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xəstə bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 atasının vəfatından qısa müddət sonra, yəni 2021-ci il tarixdə, yəni vərəsəlik şəhadətnaməsi alınmamışdan əvvəl digər bacısının evinə köçmüş və onunla yaşamağa başlamışdır. Ən əsası isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və tərəfindən vərəsəlik şəhadətnaməsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, miras qalmış torpaq sahəsində inşa edilmiş tikilinin istifadə edilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə əmlakdan istifadə edilməsi ilə bağlı mübahisə açmağa əsas verməklə, vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün əsas verməməkdədir. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbinin əsassız olması qənaətinə gəlmişdir.

42. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edlməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ

Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar