Məhkəmə qərarları › İş №2(3-8)-632/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-632/2026

04.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-632/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçının vəkili Vəkil İbrahim oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən Qusar rayonu Lanqo kəndində yerləşən fərdi yaşayış evinə dair onun üçün əsassız hesablanmış 1917 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Lanqo kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin ev elektrik verilişi xətti ilə təchiz olunmuş, ev üçün elektrik sayğacı quraşdırılmış və sayğac üzrə istifadə olunan elektrik enerjisinə görə haqq vaxtlı-vaxtında onun tərəfindən ödənilmişdir. Hətta, onun tərəfindən abonent kodu üzrə hesaba depozit pul qoyulmuşdur ki, istifadə olunan elektrik enerjisinə görə hesablanan haqq həmin vəsait hesabına ödənilsin. O, həmin evdə daimi yaşamır, uzun müddətdir ki, ümumiyyətlə həmin evə getməmiş və yaşamamışdır. İndiyədək fasilələrlə cəmi 10-15 gün müddətində həmin evdə yaşamışdır. ## ###### 2025-ci il X5 əməkdaşları yaşayış evinin elektrik sayğacına baxış keçirmişlər və həmin tarixdə akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, guya onun tərəfindən aliminium naqil vasitəsi ilə kənar xətt götürülərək fərdi yaşayış evinin elektrik işlədicilərinə verilmişdir. Həmin akt tərtib olunarkən onun iştirakı təmin olunmamış, bu barədə ona hər hansı məlumat verilməmişdir. Belə ki, qeyd etdiyi kimi uzun müddətdir ki, o, həmin evdə yaşamır. Qeyd olunan akt əsasında isə ona 2150 manat məbləğində ziyan hesablanmışdır. Onun depozitə qoyduğu 233 manat ziyana hesablanmış və hazırda cavabdeh təşkilat ondan 1917 manat məbləğində pul tələb edir. Bildirir ki, onun tərəfindən heç bir kənar xətt çəkilməmiş, ona məxsus fərdi yaşayış evi üçün elektrik enerjisi verilişi xətti Cavabdeh ASC-nin əməkdaşlarının özü tərəfindən çəkilməklə sayğac quraşdırılmış, sayğaca gələn xətt, sayğacdan evə çəkilən xətt həmin şəxslərin özləri tərəfindən quraşdırılmışdır. Bundan başqa, o, müstəqil mühəndis gətirərək xəttlərə baxış keçirtmiş və həmin şəxs bildirmişdir ki, orada hər hansı kənar xətt mövcud deyil. Belə olan halda, Cavabdeh ASC-nin X5 əməkdaşlarının tərtib etdiyi ## ###### 2025-ci il tarixli aktını qanunsuz hesab edir, eyni zamanda həmin akt əsasında ondan ziyan tələb olunmasının hər hansı hüquqi əsası yoxdur.

3. Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim G.Səfərli) iddianın təmin edilməsi, Cavabdeh Аçıq Səhmdаr Cəmiyyəti tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında ##.##.2025-ci il tarixli ****** saylı akt üzrə hesablanmış 2139,20 manat məbləğində borcun 1917 manat hissəsinin silinməsi qət edilmişdir.

4. İddianın təmin edilməsi qənatinə gələn aşağı instansiya məhkəməsi enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən həmin akt tərtib olunarkən iddiaçının və ya onun ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmiş və aktın bir nüsxəsi iddiaçıya və ya ailə üzvlərinə təqdim edilməməsi, Cavabdeh tərəf tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh Cavabdeh ASC Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 7.11-ci bəndə əsaslanmışdır ki, həmin bəndin məzmununa yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Amma məhkəmə EEİQ-nin 7.11-ci bəndə istinad edərkən nəzərdən qaçırmışdır ki, ##.##.2025-ci il tarixli, NİM ****** saylı akt kənar xətt aşkarlandığı üçün tərtib edilmişdir. İddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit- sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi ilə bağlı tərtib edilmişdir. Beləlikə, ##.##.2025 il tarixli, ****** saylı akt tərtib edilərkən heç bir prosessual pozuntuya yol verilməmiş, “Elektrik Enerjisindən İstifadə qaydaları”-nın 8.17-ci bəndin tələblərinə tam uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmış və kənar xətt video çəkilişlə qeydə alınmışdır. Akt kənar xəttdən istifadə olunması halı aşkar olunduğu üçün tərtib edilmişdir. X8 X7 filalının aparıcı müfəttişi X2 fiziki şəxs İddiaçı tərəfindən Qusar rayonu Lango kəndində yerləşən fərdi yaşayış evində ##.##.2025-ci il tarixində hesablaşma elektrik sayğacından kənar xətt vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla elektrik enerjisinin talaması nəticəsində Cavabdeh ASC-yə az miqdarda ziyan vurması ilə bağlı ## ###### 2026-cı il tarixli MN ******* saylı İnzibati xəta haqında protokol tərtib edilmişdir. Qeyd edilən faktla bağlı Enerji Məsələlərini X7 filalının rəisi Famil Əliyev tərəfindən İddiaçı barədə ## ###### 2026-cı il tarixində MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1 –ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin hazırkı qətnamədə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi qeyri-mötəbər sübutlara əsaslanaraq qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəməyə sübut kimi işin halları ilə bağlı akt, aparılmış hesabat, abunə haqqında soldo təqdim edilsə də, lakin məhkəmə qətnamə qət edərkən təqdim edilən sübuta hüquqi qiymət verməmişdir. Qeyd olunanlardan əlavə aşkar olunmuş faktı təsdiq edən sübut kimi görüntülər məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərdən açıq görünür ki, sayğacdan kənar xətt çəkilərək mənzildə qanunsuz elektrik enerjisindən istifadə edilmişdir. Məhkəmə isə tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbinə dair tərəfindən təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, Cavabdeh ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmış, qətnamə çıxararkən isə qeyd olunanlara nəzərə almamışdır. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsində MPM-nin 77.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin çıxardığı qətnamə bunun tam əksinə olaraq tərəfindən təqdim edilən aşkar olunmuş kənar xəttin sübutlarına heç bir əsas gətirmədən sübut kimi qiymətləndirməmiş, iddiaçının isə qərəzli, qeyrimötəbər, heç bir dəlilə əsaslanmayan “iddialarını” sübut kimi qiymətləndirərək iddianı təmin etmişdir. Enerji Məsələlərini X7 filialınının qeyd edilən aktla bağlı ## ###### 2026-cı il tarixli, ******* saylı Protokolu və ## ###### 2026-cı il tarixli Qərarı Cavabdeh ASC-yə göndərilmədiyi üçün məhkəməyə təqdim etməyi mümkün olmamışdır. Həmçinin məhkəmə işin obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə Enerji Məsələlərini X7 filalını tərəf kimi işə cəlb etməmiş. aktın “Elektronenergetika haqqında” Qanunun 19.16 maddəsinə görə qərar qəbul edilibedilməməsini təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil İbrahim oğlu apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. “Elektrik enerjisindən istifadə Qaydaları” 7.11-ci bəndi. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

14. İddianın təmin edilməsi qənatinə gələn aşağı instansiya məhkəməsi enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən həmin akt tərtib olunarkən iddiaçının və ya onun ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmiş və aktın bir nüsxəsi iddiaçıya və ya ailə üzvlərinə təqdim edilməməsi, Cavabdeh tərəf tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır.

15. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir.

17. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan Qusar rayonunun Lanqo kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydaları yoxlanılması zamanı aliminium naqil vasitəsi sayğacdan kənar xətt götürülərək evin elektrik işlədicilərinə ötürülməsinin aşkar olunması barədə ##.##.2025-ci il tarixli ****** saylı akt tərtib olunmuşdur.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır.

19. İş materiallarından görünür ki, iddiaçı Qusar rayonu, Lanqo kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdeh Cavabdeh ASC tərəfindən ona əsassız hesablandığını iddia etdiyi borcun silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı təmin edərək mübahisələndirilən borcun silinməsi barədə nəticəyə gəlmişdir.

20. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində, hasar olmadıqda evin fasadında, yaşayış binalarının girişində və ya pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən onların üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır.

21. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin normanın hazırkı mübahisəyə tətbiqi düzgün olmamışdır.

22. Belə ki, ## ###### 2025-ci il tarixli NİM ****** saylı akt sayğacın özünün və ya üzərindəki plombların zədələnməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi və ya sayğacın texniki saz vəziyyətdə saxlanılmaması ilə əlaqədar deyil, elektrik enerjisinin hesablaşma sayğacından kənar xətt vasitəsilə istifadə edilməsinin aşkar olunması ilə bağlı tərtib edilmişdir.

23. Başqa sözlə, mübahisə sayğacın qorunmasına görə enerjitəchizatı müəssisəsinin məsuliyyət daşıyıb-daşımaması ilə deyil, elektrik enerjisinin uçotdan kənar istehlak edilməsi faktının mövcud olub-olmaması ilə bağlıdır. Bu baxımdan, sayğacların və plombların qorunmasına dair 7.11-ci bəndin müddəalarının sayğacdan kənar xətt çəkilməsi nəticəsində elektrik enerjisindən istifadə edilməsi halına şamil edilməsi həmin normanın predmetinin genişləndirilmiş şəkildə təfsir olunmasına gətirib çıxarır.

24. İş materiallarında olan ## ###### 2025-ci il tarixli ****** saylı aktdan görünür ki, yoxlama zamanı iddiaçıya məxsus fərdi yaşayış evində hesablaşma elektrik sayğacından kənar xətt çəkilərək elektrik enerjisinin evdəki elektrik işlədicilərinə ötürülməsi aşkar edilmiş, qeyd olunan hal aktla rəsmiləşdirilmiş və akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, MPM-in sübutların qiymətləndirilməsinə dair müddəalarına uyğun olaraq məhkəmə işdə olan sübutları onların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən qiymətləndirməli və qətnamədə məhkəmənin hansı sübutları hansı səbəbdən qəbul etdiyi, digər sübutları isə hansı səbəbdən rədd etdiyi göstərilməlidir.

26. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli ****** saylı aktın, hesablamanın, abonent məlumatlarının və kənar xəttin mövcudluğunu əks etdirən görüntülərin məcmu halında qiymətləndirilməsini təmin etməmiş, həmin sübutların iddiaçının tələbinin həlli baxımından hüquqi əhəmiyyətini qətnamədə əsaslandırmamışdır.

27. Həmçinin iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı barəsində X11 Agentliyinin Xaçmaz filialının aparıcı müfəttişi tərəfindən ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokolda ## ###### 2025-ci il tarixində Qusar rayonu, Lanqo kəndində yerləşən fərdi yaşayış evində hesablaşma elektrik sayğacından kənar xətt vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla elektrik enerjisindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması qeyd edilmişdir.

28. Həmin protokol əsasında X11 Agentliyinin Xaçmaz filialının rəisi tərəfindən ## ###### 2026-cı il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinərək barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Sözügedən qərar iddiaçı tərəfindən müstəqil şəkildə mübahisələndirilmir və Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır.

29. Beləliklə, hazırkı işdə elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi faktı yalnız cavabdehin tərtib etdiyi aktla deyil, sonradan səlahiyyətli inzibati orqan tərəfindən aparılmış icraat çərçivəsində də araşdırılmış və iddiaçının barəsində inzibati tənbeh tətbiq edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati tənbeh haqqında qərarın qəbul edilməsi öz-özlüyündə mübahisələndirilən mülki borcun məbləğinin birbaşa olaraq təsdiq edilməsi anlamına gəlməsə də, həmin qərarda müəyyən edilmiş və inzibati xəta kimi qiymətləndirilmiş kənar xətt vasitəsilə elektrik enerjisindən qanunsuz istifadə edilməsi faktı hazırkı mülki işin halları baxımından mühüm sübut əhəmiyyətinə malikdir. Buna görə də həmin qərar və onun qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokol məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməli idi.

31. Birinci instansiya məhkəməsi isə bu halı ümumiyyətlə araşdırmamış və iddiaçı barəsində inzibati tənbeh tətbiq edilməsinin mübahisənin həllinə təsirini müəyyən etməmişdir.

32. Bu səbəbdən birinci instansiya məhkəməsinin yalnız EEİQ-nin 7.11-ci bəndinə istinad etməklə iddianı təmin etməsi düzgün hesab edilə bilməz. Həmin norma sayğacın və plombların qorunmasına dair məsuliyyəti tənzimləməklə, sayğacdan kənar xətt çəkilməsi yolu ilə elektrik enerjisindən uçotdan kənar istifadəyə dair ayrıca müəyyən edilmiş pozuntunu aradan qaldırmır.

33. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara, o cümlədən ## ###### 2025-ci il tarixli ****** saylı akta, borcun hesablanmasına və iddiaçı barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərara lazımi hüquqi qiymət verməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutların məcmusu cavabdehin iddiaçıya əlavə enerji haqqı hesablamasının əsassız olduğunu təsdiq etmir. Əksinə, həmin sübutlar elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi faktının mövcudluğunu təsdiq edir.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

37. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

39. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

40. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar