Məhkəmə qərarları › İş №2(3-8)-64/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-64/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qətnamə Sumqayıt şәhәri İş № 2(3-8)-64/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh MMC-yə qarşı; iddiaçı iddiaçı1 cavabdehlər Cavabdeh MMC-yə və iddiaçı2 qarşı tələblərinə dair iş üzrə QƏTNAMƏSİ Sәdrlik edәn vә mәruzәçi hakim Mәmmәdov Fuad Əli oğlu, hakimlәr Qafari Sәyyad Ağaәli oğlu vә X14 ibarәt tәrkibdә, Əliyeva Aytәn İlqar qızının katibliyi, İddiaçı (digәr iş üzrә cavabdeh) iddiaçı2 vәkili vә nümayәndәsi nümayәndә2, İddiaçı iddiaçı1 (sonuncu mәhkәmә iclasında iştirak etmәmişdir), onun vәkili vә nümayәndәsi nümayәndә1 iştirakları ilә, İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh MMC-yә qarşı sahiblik vә istifadә hüququnun tanınması, hәmin sahәnin tәhvil verilmәsi tәlәbinә, iddiaçı iddiaçı1 cavabdehlәr Cavabdeh MMC-yә vә vә iddiaçı2 qarşı sahiblik vә istifadә hüququnun tanınması, hәmin sahәnin tәhvil verilmәsi, müqavilәnin etibarsız hesab edilmәsi vә әmlakın boşaldılması tәlәbinә dair mülki iş üzrә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçı iddiaçı1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, aşağıdakı qәtnamәni qәbul etdi. İşin halları

1. İcraçı Cavabdeh MMC-nin sәdri şahid1 ilә payçı iddiaçı2 arasında bağlanmış ##.##.2022-ci il tarixli **QYS nömrәli müqavilәnin notarial qaydada tәsdiq edilmiş surәtindәn görünür ki, icraçı ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsini payçıya vermәyi, payçı isә müqavilәdә göstәrilmiş mәblәği tamamilә ödәmәyi vә qeyri-yaşayış sahәsini qәbul etmәyi öhdәsinә götürmüşdür.

2. Cavabdeh MMC-nin sәdri şahid1 tәrәfindәn verilmiş ##.##.2022-ci il tarixli maliyyә arayışının notarial qaydada tәsdiq edilmiş surәtindәn görünür ki, ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinin pay dәyәri olan 213600 manat pul iddiaçı2 tәrәfindәn tam ödәnilmişdir.

3. İcraçı Cavabdeh MMC ilә payçı iddiaçı1 arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilәnin notarial qaydada tәsdiq edilmiş surәtindәn görünür ki, icraçı ünvan 2 mәhәllә ünvanda inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn 100 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsini payçıya vermәyi, payçı isә müqavilәdә göstәrilmiş mәblәği tamamilә ödәmәyi vә qeyri-yaşayış sahәsini qәbul etmәyi öhdәsinә götürmüşdür.

4. Cavabdeh MMC tәrәfindәn verilmiş ##.##.2021-ci il tarixli vә ##.##.2023-cü il tarixli kassa mәdaxil orderinin qәbzlәrinin notarial qaydada tәsdiq edilmiş surәtlәrindәn görünür ki, iddiaçı1 tәrәfindәn 100 kv.m qeyri-yaşayış sahәsi üçün müvafiq olaraq 80.000 (sәksәn min) manat vә 120.000 (bir yüz iyirmi min) manat mәblәğindә ödәnişlәr MMC-nin kassasına mәdaxil edilmişdir.

5. Cavabdeh MMC tәrәfindәn verilmiş ##.##.2023-cü il tarixli maliyyә arayışının notarial qaydada tәsdiq edilmiş surәtindәn görünür ki, ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinin pay dәyәri olan 200000 (iki yüz min) manat pul iddiaçı1 tәrәfindәn tam ödәnilmişdir.

6. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә (hakim E.T.Mәmmәdov) Cavabdeh MMC-nin X9 qarşı müqavilәnin lәğv edilmәsi tәlәbinә dair ilkin iddiası, X9 Cavabdeh MMC-yә, müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxslәr Hüseynov Sәrdar İnşallah oğlu vә iddiaçı2 qarşı müqavilәnin etibarsız hesab edilmәsi vә qeyriyaşayış sahәsinin boşaldılaraq tәhvil verilmәsi tәlәbinә dair qarşlıqlı iddiasına dair mülki iş üzrә ilkin iddia tәmin edilmiş, X9 ilә Cavabdeh MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli, *- *** saylı “Qeyri Yaşayış Tikintisi haqqında” müqavilә lәğv edilmiş, qarşılıqlı iddia tәmin edilmәmiş vә ilkin iddia üzrә ödәnilmiş 100 manat dövlәt rüsumunun cavabdeh X9 tutularaq Cavabdeh MMC-nin hesabına ödәnilmәsi, qarşılıqlı iddia üçün ödәnilmiş 100 manat dövlәt rüsumunun qarşılıqlı iddiaçının özünә aid edilmәsi qәt edilmişdir.

7. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsi ilә (hakim E.T.Mәmmәdov) ünvan 2 mәhәllә ünvanda inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn 100 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinin cavabdeh Cavabdeh MMC tәrәfindәn iddiaçı iddiaçı1 tәhvil verilmәsi qәt edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh MMC-yә qarşı mülkiyyәt hüququnun tanınması vә hәmin sahәnin tәhvil verilmәsi tәlәbinә dair iddia әrizәsi ilә ##.##.2025-ci il tarixindә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinә onun mülkiyyәt hüququnun tanınması, hәmin sahәnin ona tәhvil verilmәsi vә ödәnilmiş dövlәt rüsumunun qaytarılmasının cavabdeh Cavabdeh MMC-nin üzәrinә qoyulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

9. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 ilә Abşeron rayonunda fәaliyyәt göstәrәn cavabdeh Cavabdeh direktoru şahid1 arasında (tәsisçi şahid2) bağlanmış ## #### 2022-ci il tarixli 89 QYS №-li müqavilәyә әsasәn ünvan 2 mәhәllә, 1-ci blok, 1-ci mәrtәbәdә yerlәşәn qeyri-yaşayış sahәsi olan 89 kv.m obyekti hәr kvadrat metri 2.400 (iki min dörd yüz) manat olmaqla 213.600 (iki yüz on üç min altı yüz) manata ona satılmışdır. Bu barәdә müvafiq olaraq tәsdiq edilmiş sxem dә ona tәqdim edilmişdir. Müqavilәdә qeyd olunan mәblәğin tәrәfindәn Cavabdeh ödәmәyi müqavilәdә qeyd olunmuş imzalanaraq tәsdiq edilmişdir. Göstәrilәn mәblәğ tam olaraq tәrәfindәn hәmin tarixdә nağd şәkildә Cavabdeh ödәnilmiş vә bu barәdә müvafiq maliyyә arayışı verilmişdir. Hazırda qeyd olunan binadakı mәnzil vә qeyri-yaşayış sahәlәrinin saxta sәnәdlәrlә başqa şәxslәrә satılması vә ya özgәninkilәşdirmәsi barәdә kifayәt qәdәr mәlumatlar vardır. Belә ki, Cavabdeh mәsul işçilәri istintaqa cәlb olunaraq barәlәrindә hәbs qәtimkan tәdbiri seçilmәklә Sumqayıt Ağır Cinayәtlәr Mәhkәmәsindә mәhkәmә prossesi davam edir. Cәmiyyәtin ofisi bağlanmış vә hәr hansı sәnәd әldә etmәk vә ya aydınlaşdırmaq mümkün deyildir. Cavabdeh vә onlarla әlaqәdә olan şәxslәr tәrәfindәn qeyd olunan digәr yaşayış vә qeyri-yaşayış sahәlәri bir neçә nәfәrә satılması halları mәlum olmuşdur. İddiaçı Cavabdeh MMC-nin mәsul şәxslәri olan şahid1 vә şahid2 ilә şәxsәn danışıqlar aparıb vә onu qeyd olunan qeyri-yaşayış sahәsinin sahibi kimi tanıyıblar, lakin uzun müddәt vә dәfәlәrlә müraciәtlәr edilmәsinә baxmayaraq Cavabdeh MMC-nin mәsul şәxslәri müqavilәdә nәzәrdә tutulmuş qanuni, etibarlı vә mәcburi öhdәliklәrini yerinә yetirmәkdәn boyun qaçıraraq, bu günә qәdәr müqavilәdә nәzәrdә tutulmuş öhdәliklәr yerinә yetirilmәmiş, qarşı tәrәflә söhbәt zamanı hәr dәfә obyektin ona mәxsus olduğunu bildirsәlәr dә, heç bir nәticә әldә olunmamış, müqavilәdә nәzәrdә tutulmuş qeyri-yaşayış sahәsi iddiaçı iddiaçı2 tәhvil verilmәmişdir. Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 178.8, 752.1, 385.1, 425.1, 442-ci maddәlәrinә әsasәn iddianın tәmin edilmәsi xahiş olunur.

10. Daha sonra, iddiaçı iddiaçı2 Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 53-cü maddәsinin tәlәblәrinә әsasәn iddia tәlәbinin dәqiqlәşdirilmәsinә dair әrizә ilә mәhkәmәyә müraciәt edәrәk bildirmişdir ki, ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinә onun sahiblik vә istifadә hüququnun tanınması, hәmin sahәnin ona tәhvil verilmәsi vә ödәnilmiş dövlәt rüsumunun qaytarılmasının cavabdeh Cavabdeh MMC-nin üzәrinә qoyulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddiaçı1 cavabdehlәr Cavabdeh MMC vә iddiaçı2 qarşı müqavilәnin etibarsız hesab edilmәsi vә әmlakın boşaldılması tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk Cavabdeh MMC ilә iddiaçı2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli **QYS nömrәli müqavilәnin etibarsız hesab edilmәsi vә ünvan 2 mәhәllә ünvanda inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn 100 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinin boşaldılaraq ona tәhvil verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddiaçı1 iddia әrizәsini onunla әsaslandırmışdır ki, cavabdeh Cavabdeh MMC ilә onun arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilәyә әsasәn ünvan 2 mәhәllә ünvanında inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn 100 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsi tәrәfindәn müqavilәdә nәzәrdә tutulan mәblәğ tam ödәnilmәklә alınmış, ödәnişi tam olaraq ödәmәsi ilә әlaqәdar ona ##.##.2023-cü il tarixli maliyyә arayışı da verilmişdir. Cavabdeh MMC tәrәfindәn ünvan 2 mәhәllә ünvanında inşası nәzәrdә tutulmuş binanın inşası başa çatdırılmışdır, lakin inşa edilmiş binada mәnzillәr payçılara satılarkәn neqativ hallara yol verilmiş vә bir mәnzil bir neçә şәxsә satılmışdır. Bununla әlaqәdar Korrupsiyaya Qarşı Mübarizә Baş idarәsindә cinayәt işi başlanılmış vә daha sonra iş baxılması üçün Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinә göndәrilmişdir. Qeyd olunan iş üzrә ibtidai istintaq aparılarkәn vә mәhkәmә icraatında olarkәn Cavabdeh MMC tәrәfindәn ona satılmış qeyriyaşayış sahәsi ilә әlaqәdar problem olmamış, sadәcә cinayәt işi araşdırıldığından onlara mәxsus sahәlәrdәn istifadә edә bilmәmişlәr. Halbuki, Cavabdeh MMC ilә onun arasında bağlanmış ## #### 2021-ci il tarixli müqavilәnin 2.1 vә 2.2-ci bәndindә “İcraçı” bina tikilib başa çatdıqdan sonra “payçı”ya mәxsus qeyri-yaşayış sahәsini heç bir hörgü vә suvaq işlәri görülmәdәn payçıya verilmәsini tәmin etmә kimi öhdәliklәri üzәrinә götürmüşdür. Eyni zamanda ona vә digәr әmlak sahiblәrinә qeyri-yaşayış sahәsi satılarkәn әrazinin planı verilmәmiş, bunun sәbәbi kimi isә binanın layihәsinin olmaması vә tәsdiq edilmәmәsi bildirilmişdir. Bu halı Azәrbaycan Respublikasının Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin ##.##.2025-ci il tarixli, 3- **/*-****/**** saylı mәktubu da tәsdiq edir, belә ki, komitәdәn “xxxx” MTK Cavabdeh MMC-nin әvvәlki adı) tәrәfindәn inşa edilәn binanın layihәsinin tәsdiq edilmiş surәtinin istәnilmәsinә Komitәdә belә bir sәnәdin aşkar edilmәmәsi cavabı verilmişdir. Bir neçә gün әvvәl isә ünvan 2 mәhәllә ünvanından keçәrkәn qeyd etdiyi ona mәxsus qeyri-yaşayış sahәsinә qapı vә şüşәlәrin qoyulmasını görmüşdür. Bununla maraqlandıqda ona mәlum oldu ki, bir nәfәr iddiaçı2 adlı şәxs Cavabdeh MMC ilә bağlamış olduğu ##.##.2022- ci il tarixli, **QYS nömrәli müqavilә әsasında hәmin sahәni zәbt etmişdir. Belә ki, iddiaçı2 ilә Cavabdeh MMC arasında bağlamış ##.##.2022-ci il tarixli, **QYS nömrәli müqavilәnin mәzmunundan da görünür ki, iddiaçı2 satılmış qeyri-yaşayış sahәsinin ölçüsü 89 kv/m olduğu halda o, ona mәxsus hәm müqavilә üzrә, hәm dә faktiki olaraq 100 kv/m sahәsi olan qeyri-yaşayış sahәsini zәbt etmişdir. Hәmçinin iddiaçı2 müqavilәsinә әlavә edilmiş әrazinin planını da tәqdim etmişdir ki, bu plan da saxtadır. Belә ki, tikilinin ümumi planı, layihәsi olmadığı, tәsdiq edilmәdiyi halda, onda bu layihәnin bir hissәsi olan 1-ci mәrtәbәnin planının tәsdiq edilmiş surәti necә ola bilәrdi?! Bu halla әlaqәdar polisә müraciәt etsә dә, qeyd edilәn mәsәlәnin mülki xarakterli olmasını bildirdilәr. Bu sәbәbdәn dә hazırda mәhkәmәyә müraciәt etmәk qәrarına gәlmişdir. Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 152.1, 425.1, 425.2, 430.1-ci maddәlәrinә әsasәn iddianın tәmin edilmәsi xahiş olunur.

13. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә (hakim Mәlahәt Abbasova) iddiaçı iddiaçı1 cavabdehlәr Cavabdeh MMC vә iddiaçı2 qarşı müqavilәnin etibarsız hesab edilmәsi vә әmlakın boşaldılması tәlәbinә dair *(***)-****/**** nömrәli mülki iş Abşeron Rayon Mәhkәmәsinin icraatında olan iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh MMC-yә qarşı sahiblik vә istifadә hüququnun tanınması vә hәmin sahәnin tәhvil verilmәsi tәlәbinә dair *(***)-****/**** nömrәli mülki işlә bir icraatda birlәşdirilmişdir.

14. Mәhkәmәnin ##.##.2025-ci il tarixli hazırlıq iclasında şahid qismindә dindirilmiş şahid1 izahatında bildirmişdir ki, MMC-nin direktoru olub, iş materiallarında olan iddiaçı1 ilә bağlanmış müqavilә vә maliyyә arayışlarında göstәrilәn, adının qarşısında olan imzalar ona mәxsus deyildir. Belә ki, bu imzalar Arifә Hacıbaba qızının tanışı olmuş Aynur adlı şәxs tәrәfindәn tәrtib olunmuşdur vә iddiaçı1 ilә münasibәtlәri pozulduqdan sonra Aynur ona zәng edәrәk sәnәdlәrә özünün imza atdığını bildirmişdir. Bundan әlavә bildirmişdir ki, o, iddiaçıya B blokundakı mәnzili satmış, müqavilәdә isә 1-ci blokdakı mәnzilin satılması göstәrilmişdir. Odur ki, o, yalnız iddiaçı2 ilә bağladığı sәnәdlәrdәki imzaların ona mәxsus olduğunu tәsdiq edir. Bundan әlavә, onun iddiaçı iddiaçı1 ilә şahid2 arasında olan әlaqәlәr barәdә mәlumatı yoxdur.

15. Mәhkәmәnin ##.##.2025-ci il tarixli hazırlıq iclasında şahid qismindә dindirilmiş şahid2 izahatında bildirmişdir ki, o, MMC-nin tәsisçisidir, iddiaçı1 faizә pul alıb, әvәzinә mәnzil verilmәsinә dair müqavilә bağlayıb, sonuncu dәfә ondan 50000 manat pul almış vә әvәzindә başqa yerdә inşa edilmiş binadan qeyri-yaşayış sahәsi verәcәkdir, lakin onu hәbs etdiklәrinә görә bunu edә bilmәdi. Hazırki iş üzrә mübahisәli 89 kv.m sahәni isә ölçәrәk qeyd olunan әmlakı özü iddiaçı2 vermişdir. iddiaçı2 әmlakın müqabilindә ona tam ödәniş etmişdir.

16. Azәrbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizә Baş İdarәsinin mәhkәmәyә ünvanladığı ##.##.2025-ci il tarixli, 2-2-02/3/2- *********/**** saylı cavab mәktubundan görünür ki, Cavabdeh MMC tәrәfindәn inşa edilәn ünvan 2 mәhәllә ünvanda iki girişli 15 mәrtәbәli çoxmәnzilli yaşayış binasında qeyri-yaşayış sahәlәri satılarkәn iddiaçı2 ##.##.2022-ci il tarixli müqavilә әsasında satılmış ümumi sahәsi 89 kv.m olan qeyri-yaşayış sahәsindәn başqa digәr obyektlәrin yerlәşmә planları tәrtib edilmәdiyindәn Baş İdarәnin İstintaq İdarәsindә hazırda ibtidai istintaqı aparılan ********* saylı cinayәt işi üzrә ibtidai istintaqın hazırki mәrhәlәsindә eyni qeyri-yaşayış sahәsinin ayrı-ayrı şәxslәrә satılması faktlarını müәyyәn etmәk mümkün olmamışdır.

17. Sumqayıt Ağır Cinayәtlәr Mәhkәmәsinin mәhkәmәyә ünvanladığı ##.##.2005-ci il tarixli, *(***)-**/**** saylı mәktubunda qeyd edilmişdir ki, iddiaçı2 mәhkәmәnin icraatında olan şahid2 vә şahid1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.4, 308.2 vә 313-cü maddәlәri ilә tәqsirlәndirilmәlәrinә dair cinayәt işi üzrә ibtidai istintaq orqanı tәrәfindәn zәrәrçәkmiş şәxs qismindә tanınmışdır. Aparılmış ibtidai istintaqla müәyyәn edilmişdir ki, Cavabdeh MMC tәrәfindәn ünvan 4 ünvanda inşa olunan iki girişli çoxmәnzilli yaşayış binasının A (4-cü) girişi 12-ci mәrtәbәsindә yerlәşәn sahәsi 77,36 kv.metr olan *** nömrәli mәnzilin 27.385 (iyirmi yeddi min üç yüz sәksәn beş) manat müqabilindә X6 ##.##.2016-cı il tarixdә sonuncu ilә “AFŞARAN-A” (“xxxx”) MMC arasında bağlanmış hәmin tarixli mәnzil tikintisi haqqında müqavilә әsasında qabaqcadan әlbir olduğu şahid2 göstәrişi vә razılığı ilә satılmasına vә mәnzilin dәyәrinin Gülnar Hәziyeva tәrәfindәn tam ödәnilmәsinә baxmayaraq, mәnzilin Gülnar Hәziyevaya mәxsus olduğunu bildiklәri halda, Cavabdeh MMC ilә arasında ## ##### 2022-ci il tarixli “lift tәmiri vә quraşdırılması haqqında” müqavilә bağlanmış “xxxx” MMC-nin direktoru X7 ## #### 2022-ci il tarixdә ünvan 3 ünvanda quraşdırılmış liftә görә ödәniş әvәzinә qeyd edilәn binanın A (4-cü) girişi 12-ci mәrtәbәsindә yerlәşәn sahәsi 77,36 kv.metr olan *** nömrәli mәnzili verәcәyini yalandan bildirib sonuncunun razılığını almaqla mülki öhdәliklәrindәn yayınmaq vә qeyd edilәnlәrә qanuni görüntü vermәk mәqsәdilә Cәmiyyәtin ünvan 3 ünvanda yerlәşәn ofisindә ##.##.2022-ci il tarixdә qabaqcadan әlbir olduğu şahid2 tapşırığı ilә özünün göstәrişinә әsasәn cinayәtdәn xәbәrsiz olan Cәmiyyәtin mühasibi X3 vasitәsilә mәnzil tikintisi haqqında müqavilә vә maliyyә arayışını kompüterdә çap edәrәk hәmin sәnәdlәrin mәzmununa vahid tamah niyyәtilә bilә-bilә yalan, yәni guya binanın A (4-cü) girişi 12- ci mәrtәbәsindә yerlәşәn sahәsi 77,36 kv.metr olan *** nömrәli mәnzilin Anar Nәsibova 50.284 (әlli min iki yüz sәksәn dörd) manat müqabilindә satılması, 50.284 (әlli min iki yüz sәksәn dörd) manatın hәmin tarixdә sonuncu tәrәfindәn tam hәcmdә ödәnilmәsi ilә hәmin mәnzilә görә Cәmiyyәtә borcunun olmaması barәdә mәlumatları әlyazma üsulu ilә daxil etdikdәn sonra hәmin sәnәdlәri özü şәxsәn imzalayıb Cәmiyyәtin adı әks olunmuş dairәvi möhürü ilә tәsdiq etmәklә, saxta rәsmi sәnәdlәri Anar Nәsibova tәqdim edәrәk, habelә eyni niyyәtlә ##.##.2022-ci il tarixdә mәnzil almaq üçün qabaqcadan әlbir olduğu şahid2 müraciәt etmiş iddiaçı2 aldadıb ona olan inam vә etibarından istifadә edәrәk eyni mәnzilin heç kimә satılmadığına vә tam әminliklә 46.000 (qırx altı min) manata ona sata bilәcәyinә inandırıb, sonuncudan mәnzilin ona satılması adı ilә hәmin tarixdә Cәmiyyәtin ünvan 3 ünvanda yerlәşәn ofisindә 46.000 (qırx altı min) manat mәblәğindә pul vәsaitini qabaqcadan әlbir olduğu şahid2 vasitәsilә alıb, cinayәt әmәlinin aşkar olunmasının qarşısını almaq vә qeyd edilәnlәrә qanuni görüntü vermәk mәqsәdilә qeyd edilәn ofisdә hәmin tarixdә qabaqcadan әlbir olduğu şahid2 göstәrişinә әsasәn cinayәtdәn xәbәrsiz olan Cәmiyyәtin mühasibi X3 vasitәsilә mәnzil tikintisi haqqında müqavilә vә maliyyә arayışını kompüterdә çap edәrәk hәmin sәnәdlәrin mәzmununa vahid tamah niyyәtilә bilә-bilә yalan, yәni guya binanın A (4-cü) girişi 12-ci mәrtәbәsindә yerlәşәn sahәsi 77,36 kv.metr olan *** nömrәli hәmin mәnzilin iddiaçı2 46.000 (qırx altı min) manat müqabilindә satılması, 46.000 (qırx altı min) manatın hәmin tarixdә sonuncu tәrәfindәn tam hәcmdә ödәnilmәsi ilә hәmin mәnzilә görә Cәmiyyәtә borcunun olmaması barәdә mәlumatları әlyazma üsulu ilә daxil etdikdәn sonra hәmin sәnәdlәri özü şәxsәn imzalayıb Cәmiyyәtin adı әks olunmuş dairәvi möhürü ilә tәsdiq etmәklә, saxta rәsmi sәnәdlәri iddiaçı2 tәqdim edәrәk, sonuncuya mәxsus 46.000 (qırx altı min) manat mәblәğindә pul dәlәduzluq yolu ilә talanmışdır. Bundan başqa, Cavabdeh MMC tәrәfindәn ünvan 2 mәhәllә ünvanda inşa olunan tәk girişli çoxmәnzilli yaşayış binasının 7-ci mәrtәbәsindә yerlәşәn sahәsi 38,96 kv.metr olan ** nömrәli mәnzilin X1 tәrәfindәn hәmin binada icra edilmiş 25.324 (iyirmi beş min üç yüz iyirmi dörd) manat dәyәrindә tikinti vә tәchizat işlәrinә görә ## ###### 2022-ci il tarixdә sonuncunun tanışı İbrahimov Nail Nadir oğlu ilә Cavabdeh MMC arasında bağlanmış hәmin tarixli mәnzil tikintisi haqqında müqavilә әsasında qabaqcadan әlbir olduğu şahid2 göstәrişi vә razılığı ilә Nail İbrahimovun adına rәsmilәşdirilmәsinә vә mәnzilin dәyәrindә işlәrin Bәhram Rezai tәrәfindәn tam icra edilmәsinә baxmayaraq, mәnzilin Nail İbrahimova mәxsus olduğunu bildiklәri halda, ## ###### 2022-ci il tarixdә mәnzil almaq üçün qabaqcadan әlbir olduğu il şahid2 müraciәt etmiş iddiaçı2 aldadıb ona olan inam vә etibarından istifadә edәrәk eyni mәnzilin heç kimә satılmadığına vә tam әminliklә 27.438 (iyirmi yeddi min dörd yüz otuz sәkkiz) manata ona sata bilәcәyinә inandırıb, sonuncudan mәnzilin ona satılması adı ilә hәmin tarixdә Cәmiyyәtin ünvan 3 ünvanda yerlәşәn ofisindә 27.438 (iyirmi yeddi min dörd yüz otuz sәkkiz) manat mәblәğindә pul vәsaitini qabaqcadan әlbir olduğu şahid2 vasitәsilә alıb, cinayәt әmәlinin aşkar olunmasının qarşısını almaq vә qeyd edilәnlәrә qanuni görüntü vermәk mәqsәdilә qeyd edilәn ofisdә hәmin tarixdә qabaqcadan әlbir olduğu şahid2 göstәrişinә әsasәn mәnzil tikintisi haqqında müqavilә vә maliyyә arayışını çap edәrәk hәmin sәnәdlәrin mәzmununa vahid tamah niyyәtilә bilә-bilә yalan, yәni guya binanın 7-ci mәrtәbәsindә yerlәşәn sahәsi 43,76 kv.metr olan ** nömrәli hәmin mәnzilin iddiaçı2 qohumu X5 27.438 (iyirmi yeddi min dörd yüz otuz sәkkiz) manat müqabilindә satılması, 27.438 (iyirmi yeddi min dörd yüz otuz sәkkiz) manatın hәmin tarixdә sonuncu tәrәfindәn tam hәcmdә ödәnilmәsi ilә hәmin mәnzilә görә Cәmiyyәtә borcunun olmaması barәdә mәlumatları әlyazma üsulu ilә daxil etdikdәn sonra hәmin sәnәdlәri özü şәxsәn imzalayıb Cәmiyyәtin adı әks olunmuş dairәvi möhürü ilә tәsdiq etmәklә, saxta rәsmi sәnәdlәri iddiaçı2 tәqdim edәrәk, sonuncuya mәxsus 27.438 (iyirmi yeddi min dörd yüz otuz sәkkiz) manat mәblәğindә pul dәlәduzluq yolu ilә talanmışdır.

18. İş materiallarına әlavә edilmiş fotoşәkildәn görünür ki, ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinin sol tәrәfindә 1, sağ hissәsindә isә 4 qeyri-yaşayış sahәsi olan obyekt mövcuddur. Hal-hazırda sol tәrәfindә olan obyekt fәaliyyәt göstәrir, digәr hissәdә olan obyektlәr isә fәaliyyәt göstәrmir.

19. Mәhkәmә tәrәfindәn keçirilmiş yerli baxış zamanı müәyyәn olunmuşdur ki, ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinin tәmirsiz olduğu vә fәaliyyәt göstәrmәdiyi müәyyәn olundu. Qeyri-yaşayış sahәsinin sol tәrәfindә tәmirli olan vә fәaliyyәt göstәrәn “Bacılar Butik” adında obyekt vardır. Sağ tәrәfindә isә tәmirsiz olan, fәaliyyәt göstәrmәyәn, şüşәdәn ibarәt qapı-pәncәrәsi olan 4 qeyri-yaşayış obyektlәri vardır. Baxış zamanı mütәxәssisin iştirakı tәmin edilmiş, hazırkı mübahisәli qeyri-yaşayış sahәsindә mütәxәssis tәrәfindәn rәy verilmәsi üçün ölçü işlәri aparılmışdır.

20. Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsi * saylı Abşeron Ərazi İdarәsi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli mәktubla tәqdim edilmiş ##.##.2025-ci il tarixli mütәxәssis rәyindә qeyd edilmişdir ki, mütәxәssis qarşısında qoyulmuş suallar elektron GPS alәti vasitәsi ilә yerölçmә işlәri aparılmış vә sözügedәn torpaq sahәlәri barәdә mәlumatlar idarәnin elektron baza mәlumatları әsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı mәlum olmuşdur ki, mәhkәmә tәrәfindәn iş materiallarına әlavә olunmuş sәnәdlәrdә göstәrilәn ölçü vә konfiqurasiya uyğunluq tәşkil edir. Əlavә olaraq bildirir ki, qeyd edilәn qeyriyaşayış sahәsinin daxili sahәsi 80.9 kv.m, tikinti alt sahәsi isә 89.0 kv.m tәşkil edir.

21. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsi ilә (hakim Habil Əhmәdov) iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh MMC-yә qarşı sahiblik vә istifadә hüququnun tanınması vә hәmin sahәnin tәhvil verilmәsi tәlәbinә dair iddia әrizәsi tәmin edilmiş, ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinә iddiaçı iddiaçı2 sahiblik vә istifadә hüququnun tanınması, hәmin sahәnin cavabdeh Cavabdeh MMC tәrәfindәn iddiaçı iddiaçı2 tәhvil verilmәsi, ödәnilmiş 504 (beş yüz dörd) manat dövlәt rüsumunun cavabdeh Cavabdeh MMC-dәn tutularaq iddiaçı iddiaçı2 ödәnilmәsi, iddiaçı iddiaçı1 cavabdehlәr Cavabdeh MMC vә iddiaçı2 qarşı müqavilәnin etibarsız hesab edilmәsi vә әmlakın boşaldılması tәlәbinә dair iddia әrizәsinin tәmin edilmәmәsi qәt edilmişdir.

22. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 5.3, 337, 385, 425, 431, 442, 567, 752, 755-ci maddәlәrinә, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 337, 339.6, 346.1 vә 354-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsinin Plenumunun ##.##.2021-ci il tarixli qәrarı, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “T.Qasımovanın şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılması”na dair ## ###### 2020-ci il tarixli vә “N.Əsәdovanın şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının # ###### 2020ci il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli qәrarlarında qeyd olunan hüquqi mövqeyә istinadla әsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı iddiaçı1 apellyasiya şikayәti verәrәk qәtnamәnin lәğv edilmәsini, Sadiqov Nicat Ağaismayıl oğlunun iddiasının rәdd edilmәsini vә iddiaçı1 iddiasının tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

24. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә araşdırma zamanı hәqiqәtlәri müәyyәn etsә dә, mülkiyyәtçi iddiaçı1 xeyrinә onun pozulmuş hüquqların bәrpa edilmәsi üçün heç bir qanuni tәdbir görmәmişdir. Hәtta, iş üzrә hәqiqәti müәyyәn etmәk üçün iddiaçı1 mülkiyyәti hesab edilәn Abşeron rayonu, Xırdalan şәhәri, M.Hüseynzadә küçәsi, 25ci mәhәllә, İ blok, 1-ci mәrtәbәdә yerlәşәn 100 kv.metr qeyri-yaşayış sahәsinin vә iddiaçı2 iddia etdiyi 89 kv.metr sahәsinin harada yerlәşmәsini, necә yerlәşmәsini, sahәlәrin kәsişibkәsişmәmәsini, 100 kv.metr sahәnin zәbt edilib-edilmәmәsini müәyyәn etmәk әvәzinә, DƏDKR PHŞ * saylı Abşeron Ərazi İdarәsinә göndәrdiyi ##.##.2025-ci il tarixli müraciәtindә mütәxәssis rәyinin alnması üçün onun qarşısına yalnız iddiaçı2 müqavilәsindә qeyd edilәn 89 kv.metr qeyri-yaşayış sahәsi ilә bağlı 1 sual qoymuşdur. Lakin, iddiaçı1 qanuni qüvvәyә minmiş qәtnamә ilә müәyyәn edilmiş 100 kv.metr sahәsinin dәqiq ölçülәri, binada harada yerlәşmәsi, 100 kv.metr sahәnin zәbt edilib-edilmәmәsi ilә bağlı heç bir sual qoymamışdır. Ona görә mütәxәssis rәyindә iddiaçı1 100 kv.metr mülkiyyәti ilә bağlı bağlı heç bir әsaslı mәlumat qeyd edilmәmişdir. Yanız iddiaçı2 müqavilәsindә yazılmış 89 kv.metr sahә ilә bağlı iş üzrә әhәmiyyәti olmayan mәlumat yazılmışdır. Hәmçinin mәhkәmә iddiaçı1 mülkiyyәti kimi qәtnamә ilә müәyyәn edilmiş 100 kv.metr sahәni heç bir әsaslandırma etmәdәn 89 kv.metr sahә kimi mәhdudlaşdırmışdır. Bunun sәbәbi, hüquqi mövqeyi namәlumdur. Nәticә odur ki, mәhkәmә hәqiqәtlәri müәyyәn etsә dә, sonda yalnız iddiaçı2 iddia tәlәbini tәmin etmişdir. Ədalәtli araşdırma aparmaq, hәqiqәti müәyyәn etmәk, qanuni vә әsaslı mәhkәmә aktı qәbul etmәk, pozulmuş hüququ bәrpa etmәk mәhkәmә hakimin vәzifәsidir. Sadalanan imperativ normalar, tövsiflәr mәhkәmә tәrәfindәn pozulmuşdur. Mәhkәmә hәqiqәti müәyyәn etmәk әvәzinә qәrәzli olub hüquqdan sui-istifadә halını vә hәqiqәti tәhrif etmişdir, maddi hüquq normaları pozmaqla sәhv tәtbiq etmişdir. Buna görә qәtnamә qanunsuz olduğundan lәğv edilmәlidir. Ziddiyyәt odur ki, mәhkәmә iddiaçı1 iddia tәlәbinin 2 hissәdәn ibarәt olmasını müәyyәn etsә dә, lakin qәtnamәdә yalnız iddianın bir hissәsinә diqqәt ayrılmış, digәr tәlәbә heç bir әsaslandırılmış hüquqi münasibәt bildirmәmişdir. Əslindә iddia tәlәbinin İ hissәsi cavabdeh Cavabdeh MMC tәrәfindәn ünvan 2 mәhәllә ünvanında inşa edilmiş binanın İ blok İ mәrtәbәsindә yerlәşәn 100 kv.m-dәn qeyri-yaşayış sahәsinin boşaldılaraq iddiaçıya tәhvil verilmәsi, II hissәsi isә iddiaçının 100 kv.metr qeyri-yaşayış sahәsi olan mülkiyyәtinin zәbt edilmәsi müәyyәn edildiyindәn, iddiaçı hesab etmişdir ki, onun 100 kv.metr sahәsindәn 89 kv.metr sahәsi Cavabdeh MMC tәrәfindәn 2022-ci il tarixdә iddiaçı2 satılıb. Ona görә cavabdehlәr Cavabdeh MMC vә iddiaçı2 arasında bağlanmış ##.##.2022-ci il tarixli, 89 QYS nömrәli müqavilәnin etibarsız hesab edilmәsini tәlәb etmişdir. Mәhkәmә müәyyәn etmişdir ki, hәqiqәtәn iddiaçı1 Cavabdeh MMC tәrәfindәn onun üçün ayrılmış 100 kv.metr sahә tәhvil verilmәyib. Hәmçinin müәyyәn edilmişdir ki, iddiaçı1 әrazisi zәbt edilib. Buna görә әdalәt mühakimәsini icra edәn hakim, iddia tәlәbini dәqiqlәşdirmәli idi. Lakin, әvәzindә etibarsızlıq ilә bağlı maddi normalara istinad etmiş, sonda qәtnamәdә qeyd etmişdir ki, iddiaçı mötәbәr dәlillәri mәhkәmәyә tәqdim etmәmişdir. İddiaçının әsas tәlәbi ona qanuni qüvvәyә minmiş qәtnamә ilә hazırki vaxtadәk verilmәyәn 100 kv.metr sahәnin cavabdehin qanunsuz hәrәkәtlәri sәbәbindәn zәbt edildiyindәn tam boşaldılaraq tәhvil verilmәsi ilә bağlı idi. Mәhkәmә proseslәrindә iddiaçının tәlәbi vә müdafiәsi bununla bağlı olmuşdur. Ona görә iddiaçının müqavilәnin etibarsız hesab edilmәsinә dair iddia tәlәbinin mahiyyәtini tam vә aydın şәkildә müәyyәn etmәdәn yalnız 2 sәhifәdәn ibarәt etibarsızlıq ilә bağlı maddi normalara vә tәfsirlәrә istinad edilmәsi işә mahiyyәti üzrә baxılması hesab edilә bilmәz. Etibarsızlıq ilә bağlı maddi normalar zәbt olunmuş mülkiyyәtin tam boşaldıraq mülkiyyәtçiyә qaytarılması ilә bağlı iddia tәlәbinә sәhv tәtbiq edilmişdir. Hәmçinin әlaqәli digәr ziddiyyәt odur ki, hakim hәqiqәtәn müәyyәn etmişdir ki, hazırki vaxtadәk cavabdeh Cavabdeh MMC-nin vәzifәli şәxslәri e-*(***)- ****/**** nömrәli, ##.##.2024-cü il tarixli qanuni qüvvәyә minmiş qәtnamәnin icrası ilә әlaqәdar iddiaçının mülkiyyәtindә olan 100 kv.m qeyri-yaşayış sahәsini iddiaçı Hüseyova Arifәyә tәhvil vermәli idilәr. Lakin, onlar tәrәfindәn nәinki iddiaçının mülkiyyәti tәhvil verilmәmiş, hәtta onların qanunsuz hәrәkәtlәri sәbәbindәn kәnar şәxs tәrәfindәn zәbt edilmişdir. Hәmçinin MMC-nin vәzifәli şәxslәri mübahisәli binada çoxsaylı qanunsuz hәrәkәtlәr etdiklәrindәn barәlәrindә cinayәt işi aparılmış, tәqsirlәndirilәn şәxslәr kimi cinayәt işinә cәlb edilmiş vә hәbs olunmuşdurlar. Belә ki, mәhkәmә iclasında onlar şahid qismindә ifadә vermәk üçün bilavasitә tәcridxanadan gәtirilmişdirlәr. İddiaçı iddiaçı1 mülkiyyәtinin zәbt edilmәsi faktı mәhz cavabdehlәrin qanunsuz hәrәkәtlәri sәbәbindәn baş vermәsi müәyyәn edildiyindәn, iddia tәlәbi MMC-yә münasibәtdә rәdd edilә bilmәzdi. Mәhkәmә müәyyәn etmәli idi ki, iddiaçı1 100 kv.metr әrazisi hansı tarixdәn etibarәn zәbt edilmişdir?, zәbt edilmәnin sәbәbkarlarının biri qismindә bilavasitә vәzifәli şәxslәr olmuşdurmu?, niyә binada Cavid adlı şәxs mәhz qәtnamәnin icrasını tәmin edәn icra mәmurlarına iddiaçı2 adını vә müqavilәsini tәqdim etmişdir?. Belә ki, yeni tikilmiş yaşayış binalarında kәnar şәxslәr özbaşına binaya daxil olub hәr hansı sahәni özbaşına zәbt edә bilmirlәr. Belә binalarda mütlәq nәzarәtçilәr olur vә onlar bilavasitә rәhbәr vәzifәli şәxslәrә tabedir. Nәticә odur ki, hakim müәyyәn etmişdir ki, hәr bir halda zәbt edilmәnin sәbәbkarlarından biri mәhz vәzifәli şәxslәrdәn biridir. Bu isә Cavabdeh MMC-nin iddia tәlәbinә cavab verәn şәxs olmasını bilavasitә sübut edir. Hәm dә hakim müәyyәn etmişdir ki, cinayәt işindә iddiaçı2 zәrәr çәkmiş şәxs kimi mәhkәmә tәrәfindәn tanınmışdır. Yәni iddiaçı2 vә Cavabdeh MMC arasında әlaqә tәkcә onlar arasında olan 89 kv.metr sahә ilә bağlı müqavilә münasibәti ilә bağlı deyil, hәm dә tәqsirlәndirilәn şәxs vә zәrәr çәkmiş arasında olan kompensasiya münasibәti vardır. Yәni MMC-nin vәzifәli şәxslәri hazırki halda zәrәr çәkmiş şәxs qarşısında mәsuliyyәt daşıyırlar, ona görә ondan asılıdırlar. Vәzifәli şәxslәrin tәcridxanada olması binanın nәzarәtsiz qalması demәk deyildir. Onların tabeliyindә çalışan işçilәr var. Hüquqdan sui-istifadә halının olması aşkardır. İş üzrә ziddiyyәtli hallara görә son 5 ildә mübahisәli binada satılmış mәnzillәr vә qeyri-yaşayış sahәlәri ilә bağlı әrazinin, binanın planı heç kәsә verilmәmiş, heç bir dövlәt hakimiyyәti orqanında rәsmi qeydiyyata alınmamışdır. Belә ki, iddiaçı tәrәfindәn tәqdim edilmiş AR Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin ##.##.2025-ci il tarixli, *-**/*-****/**** saylı sorğuya cavabında tәsdiq edilmişdir ki, “Abşeron-Aİ” MTK (Cavabdeh MMC-nin әvvәlki adı) tәrәfindәn inşa edilmiş binanın layihәsinin surәti Komitәdә aşkar edilmәmişdir. AR Abşeron Raron İcra Hakimiyyәtinin ##.##.2025-ci il tarixli, *-**/*-***/**** saylı sorğuya cavabında tәsdiq edilib ki, qeyd edilәn yaşayış binalası uzun müddәt öncә tikilәn tikilidir. Binanın layihәsi idarәdә yoxdur. Son 5 ilә aid arxiv sәnәdlәri RİH arxivindә mühafizә olunur. Əlavә olaraq Dövlәt Arxivinә müraciәt edilmәsi tövsiyyә olunub. Abşeron Rayon Dövlәt Arxivinin ##.##.2025-ci il tarixli, *-**-RA/*-***-**/** saylı sorğuya cavabında qeyd edilib ki, Cavabdeh MMC-yә dair Abşeron Rayon İcra Hakimiyyәtinin sәrәncam nömrәsi, tarixi qeyd edilmәdiyindәn hәr hansı mәlumat әldә etmәk imkan xaricindәdir. Korrupsiyaya qarşı Mübarizә Baş İdarәsinin ##.##.2024-cü il tarixli, *-*/*-******/**** saylı sorğuya cavabında tәsdiq edilib ki, Cavabdeh MMC tәrәfindәn vәtәndaşlara qeyri-yaşayış sahәlәri satılarkәn hәmin obyektlәrin yerlәşmә planları tәrtib edilmәyib, cәmiyyәt üzrә bağlanmış müqavilәlәrin qeydiyyatı aparılmayıb. Ziddiyyәt odur ki, işin yekunlaşması әrәfәsindә mәnbәyi mәlum olmayan, tarixi, nömrәsi, kim tәrәfindәn tәrtib edilmәsi mәlum olmayan, tәrtib etmә vә tәsdiq etmә sәlahiyyәtinin olub-olmaması mәlum olmayan vә yalnız iddiaçı2 üçün hazırlanmış plan layihәnin olması qeyd edilir. Hәmin layihә әsasında әraziyә baxış keçirilir vә mütәxәssis rәyindә tәsdiq edilir ki, mәhkәmә tәrәfindәn iş materiallarına әlavә olunmuş sәnәdlәrdә göstәrilәn ölçü vә konfiqurasiya ilә qeyri-yaşayış sahәsinin faktiki ölçüsü vә konfiqurasiyası uyğunluq tәşkil edir. Əlaqәli digәr bir ziddiyәt odur ki, mütәxәssis tәrәfindәn binaya baxış keçirilmәsi üçün tәrәflәrin iştirakı tәmin edilmәli idi. X11 nә mütәxәssis tәrәfindәn binaya baxış keçirilәn vaxtda, nә dә yerli baxış keçirilәn vaxtı iştirakı tәmin edilmәmişdir. Hәmçinin, әvvәlcә mütәxәssis binanın әrazisinә baxış keçirilmәsi ilә bağlı bildirmişdir ki, qeyriyaşayış sahәlәrini müәyyәn etmәk, ölçmәk mümkün olmamışdır. Sonra binaya mütәxәssisin iştirakı ilә baxış keçirilmişdir. Mәhkәmә tәrәfindәn ##.##.2025-ci il tarixdә Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsi * saylı Abşeron Ərazi İdarәsinә müraciәt edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә tәsdiq edilir ki, hakim mütәxәssis qarşısında yalnız 1 sual qoymuş vә sual ancaq iddiaçı2 müqavilәsindә qeyd edilәn 89 kv.metr qeyri-yaşayış sahәsinin hazırki vaxta ölçüsününü nә qәdәr tәşkil etmәsindәn ibarәt olmuşdur. Mütәxәssis qeyd etmişdir ki, elektron GPS alәti vasitәsi ilә yerölçmә işlәri aparılmış vә sözügedәn torpaq sahәlәri barәdә mәlumatlar idarәnin elektron baza mәlumatları әsasında araşdırılmışdır. Qeyd edilәn qeyriyaşayış sahәsinin daxili sahәsi 80.9 kv.metr, tikinti altı sahәsi isә 89.0 kv.metr tәşkil edir. Hәmçinin mütәxәssis rәyi ##.##.2025-ci il tarixә mәhkәmәyә tәqdim edilmәli olduğu halda uzun müddәt tәqdim edilmәmiş, yalnız ##.##.2025-ci il tarixdә hakim tәrәfindәn qәtnamә elan olunduğu vaxtda mәhkәmәyә daxil olmuşdur. Qәtnamә vә rәy eyni vaxtda, yәni ##.##.2025ci il tarixdә elektron mәhkәmә sisteminә daxil edilmişdir. Ona görә iddiaçı1 hәmin rәydә yalnız Sadiqov Nicata aid mәlumatların olması, mәlumatların natamam olmasına münasibәt bildirmәsi vә iddiaçı1 100 kv.metr qeyri-yaşayış sahәsi ilә bağlı heç bir aydınlaşdırılma aparılmaması sәbәbindәn tәkrar ekspertiza keçirilmәsi barәdә müraciәt etmәsi mümkün olmamışdır. Aşkar görünür ki, mәhkәmә yalnız iddiaçı2 iddiasının tәmin edilmәsinә yönәlmiş hüquqi prosedurları icra etmişdir. Lakin iddiaçı1 hәmin binada yerlәşәn 100 kv.metr qeyriyaşayış sahәsi olan mülkiyyәti ilә bağlı heç bir sualı mütәxәssis qarşısında qoymamışdır. Onun sahәsinin binada dәqiq harada yerlәşmәsi ilә bağlı, әrazinin zәbt edilmәsi ilә bağlı, GPS alәti vasitәsi ilә yerölçmә işlәri aparılmasının, sözügedәn sahәlәr barәdә mәlumatların idarәnin elektron baza mәlumatları әsasında әldә edilmәsi üçün heç bir tәtbir görmәmişdir. Hәtta iddiaçının mütәxәssis qarşısında onun verdiyi rәy ilә bağlı hәqiqәti müәyyәn etmәk, ziddiyyәtlәri vә anlaşılmaz olan halları aradan qaldırmaq üçün suallar vermәk imkanı, izahatlar almaq imkanı qanusuz mәhdudlaşdırılmışdır. Qanuna әsasәn mәhkәmә ekspert rәyindә natamamlıqlar olduqda, mәnbәyi bәlli olamayan plan layihә üzrә rәy verildiyindәn onun doğru olmasına ciddi şübhәlәr olduqda, tәrәfin tәlәbi ilә ekspertiza keçirilmәdikdә tәrәfin vәsatәti vә ya mәhkәmәnin özünün tәşәbbüşü ilә tәkrar vә ya әlavә ekspertiza keçirilә bilәr. Nәticәdә bu hissәdә hәm dә iddiaçının mәhkәmәyә pozulmuş hüququnu bәrpa etmәk vә hәqiqәti müәyyәn etmәk üçün müraciәt etmәk imkanı hakim tәrәfindәn pozulmuşdur. Digәr bir әlaqәli ziddiyәt odur ki, qәtnamәdә mәhkәmә tәrәfindәn keçirilmiş yerli baxış zamanı mübahisәli yaşayış binasının İ blok, İ mәrtәbәsindә yerlәşәn 89 kv.metr qeyri-yaşayış sahәsinin tәmirsiz olduğu, fәaliyyәt göstәrmәdiyi müәyyәn olunduğu, qeyri-yaşayış sahәsinin sol tәrәfindә tәmirli olan vә fәaliyyәt göstәrәn “Bacılar Butik” adında obyekt olduğu vә sağ tәrәfindә isә tәmirsiz olan, fәaliyyәt göstәrmәyәn, şüşәdәn ibarәt qapı-pәncәrәsi olan 4 qeyri-yaşayış obyektlәri olduğunun müәyyәn edilmәsi qeyd olunmuşdur. Bu hal ilә iddiaçı2 mәhkәmә proseslәrindә verdiyi ifadәlәr arasında uyğunsuzluq vardır. Belә ki, ilk dәfә 2023-cü il tarixindә Abşeron Rayon Mәhkәmәsindә e-*(***)-***/**** nömrәli mülki iş üzrә üçüncü şәxs kimi izahat vermiş iddiaçı2 bildirmişdir ki, ##.##.2022-ci il tarixdә Cavabdeh MMC ilә aralarında qeyri-yaşayış tikintisi haqqında müqavilә imzalamışdır. 89 kv.metr qeyri-yaşayış sahәsi üçün cәmi 213.600 manat pul ödәnişi etmişdir. MMC ona 89 kv.metr sahәni vә hәmin sahәyә dair layihә sәnәdini tәhvil vermişdir. Qeyri-yaşayış sahәsindә arakәsmә divar var vә pillәkәn inşa etdirmiş. Artıq 1 ildir ki, hәmin qeyri-yaşayış sahәsi onundur, orada müәyyәn tәmir işlәri etmişdir. Bununla bağlı qanuni qüvvәyә minmiş ##.##.2023-cü il tarixli, e-*(***)-***/**** nömrәli qәtnamә mövcuddur, hәmçinin qәtnamәdә başqa faktlar da qeyd edilmişdir. iddiaçı2 2023-cü ildәn hazırki vaxtadәk 89 kv.metr әrazidә hansı tәmir işlәri görmәsinә dair mәlumat verdiyi izahatlarında qeyd edilmәmişdir. Hәmçinin, nә mütәxәssis rәyindә, nә dә qәtnamәdә dәqiq olaraq iddiaçı2 89 kv.metr qeyri-yaşayış sahәsinin binanın hansı hissәsindә yerlәşmәsi, onun sahәsinin iddiaçı1 100 kv.metr qeyri-yaşayış sahәsi ilә kәsişmәsinә dair heç bir rәsmi mәlumat qeyd edilmәmişdir. Nәticә odur ki, hakim qәtnamәdә әsas iddia tәlәbi ilә bağlı natamam, şübhәli olan mülahizә xarakterli hüquqi әsaslandırmalar qeyd edәrәk mülkiyyәtçinin pozulmuş hüququnu bәrpa etmәmişdir. ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrәli qanuni qüvvәyә minmiş qәtnamә әsasında sözügüdәn ünvanda yerlәşәn binada iddiaçı1 100 kv.metr qeyriyaşayış sahәsinә mülkiyyәt hüququ tanınıb. Ona görә hәmin sahәnin cavabdeh Cavabdeh MMC tәrәfindәn ona tәhvil verilmәsi qәt edilmişdir. Müәyyәn edilmişdir ki, qәtnamә hazırki vaxta kimi icra edilmәmişdir. Hәmçinin, iddiaçının qәtnamәsinin icra edilmәmәsinin sәbәbi kimi onun zәbt edilmәsi halı müәyyәn edilmişdir. Belә ki, Abşeron rayon İcra vә probasiya şöbәsinin icra mәmurları Q.Mirhәşimov vә K.Abdullayev icra sәnәdi üzrә tәlәbkar iddiaçı1 vә hal şahidlәrinin iştirakı ilә ##.##.2025-ci il tarixdә akt tәrtib ediblәr. Əsas odur ki, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ##.##.2024-cü il tarixli icra sәnәdinin icrasını tәmin etmәk mәqsәdilә icra sәnәdindә göstәrilәn ünvanda binanın İ blok, İ mәrtәbәsindә olublar. İcra yerindә olarkәn qeyri-yaşayış sahәsinin әvvәllәr açıq olan ön tәrәfi mәlum olmayan müxtәlif şәxslәr tәrәfindәn şüşә ilә bağlandığı müәyyәn olunub. Ardınca Abşeron rayon İcra vә probasiya şöbәsinin icra mәmurları Q.Mirhәşimov vә K.Abdullayev vә hal şahidlәrinin iştirakı ilә ##.##.2025-ci il tarixdә akt tәrtib ediblәr. Əsas odur ki, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ##.##.2024-cü il tarixli icra sәnәdinin icrası ilә әlaqәdar Cavid adlı şәxs göstәrilәn ünvanda binanın İ blok, İ mәrtәbәsindә olan qeyri-yaşayış sahәsinin ona aid hissәsini şüşә ilә bağladığını bildirdi vә qohumu kimi tәqdim etdiyi iddiaçı2 aid müqavilәni Abşeron rayon İcra vә probasiya şöbәsinә tәqdim etmişdir. Nәticәdә aydın olur ki, hansı sәbәblәrdәn iddiaçı iddiaçı1 iddiaçı2 cavabdeh kimi mәhkәmә prosesinә cәlb etmişdir. Hәmçinin aşkar olunmuşdur ki, hәqiqәtәn Cavabdeh MMC-nin vәzifәli şәxslәrinin qanunsuz hәrәkәtlәri nәticәsindә iddiaçının mülkiyyәti zәbt edilmişdir. Mәhkәmә isә qәtnamәdә işin hәqiqi hallarını tәhrif etmişdir. Ona görә cavabdeh iddiaçı2 verdiyi izahatlar, qәtnamәdә yerli baxışla bağlı yazılmış hallar heç bir halda hәqiqәt kimi, әsaslı şübhә doğurmayan mötәbәr dәlil kimi qәbul edilә bilmәz. Qәtnamәdә hәmçinin qeyd edilmişdir ki, şahid ifadәlәrinә qiymәt verәrәk hesab edilmişdir ki, şahidlәrin verdiyi mәlumatlar şübhәdәn kәnar, faktla bağlı halları tәsdiq edәn obyektiv mәlumatlar olmaqla işin digәr materialları ilә uzlaşdığından şahid ifadәlәrinin mötәbәr olmasına dәlalәt edir. Ziddiyyәt isә ondadır ki, mәhkәmәdә şahid kimi ifadә verәn şәxslәr bilavasitә Cavabdeh MMC-nin vәzifәli şәxslәridir vә onlar vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edәrәk çoxsaylı vәzifә saxtakarlıqları, dәlәduz (aldatma, etibardan sui-istifadә etmә) cinayәtlәrini törәdәn şәxslәrdir. Onlar barәsindә tәqsirlәndirilәn şәxslәr kimi mәhkәmә tәrәfindәn hәbs qәtimkan tәdbiri seçilmişdir vә tәcridxanada saxlanılırlar. iddiaçı2 isә hәmin cinayәt işi üzrә onların qanunsuz hәrәkәtlәrindәn zәrәrçәkmiş şәxs kimi tanınmışdır. Aşkardır ki, şahidlәr bu işdә maraqlıdırlar vә bilavasitә Nicat Sadiqovun xeyrinә ifadә veriblәr. Odur ki, yuxarıda qeyd edilәn bir sıra maddi vә prosessual pozuntular ilә qәbul edilmiş qәtnamә qanunsuz hesab edilәrәk lәğv edilmәlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı (digәr iş üzrә cavabdeh) iddiaçı2 vәkili vә nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtinә qarşı etirazında qeyd etmişdir ki, mәhkәmәyә qeyri-yaşayış sahәsinin alınması barәdә tәqdim etdiklәri müqavilәdәn dә görünür ki, müqavilә qanunvericiliyin tәlәblәrinә müvafiq olaraq tәrtib edilmişdir, Cavabdeh MMC-nin tәsisçisi vә direktoru ifadәlәrindә dә bunu tәsdiq etmişdirlәr. Əksinә qarşı tәrәfin müqavilәsinin isә onlar tәrәfindәn deyil, kәnar şәxs tәrәfindәn imzalandığını bildirmişdirlәr. iddiaçı1 mәxsus müqavilәnin әsli mәhkәmәyә tәqdim edilmәmiş vә hәmin müqavilә ilә onlar tanış olmamışdırlar. Apellyasiya şikayәtindә qeyd olunur ki, qeyri-yaşayış sahәsinә yerli baxış keçirilәrkәn onların iştirakı tәmin edilmәmişdir. Bu barәdә elektron mәhkәmә sistemindә mәlumat yerlәşdirilmişdi vә qarşı tәrәf bilirdi ki, qeyri-yaşayış sahәsinә baxış keçirilәcәkdir. Bütün bu vә digәr faktlar, sübutlar barәdә iddia әrizәsindә qeyd olunub, hәmçinin mәhkәmә prosesindә sәnәdlәr vә şahid ifadәlәri ilә tam tәsdiqini tapmışdır. Mәhkәmә iş üzrә sübutlara mәcmu halında qiymәt verәrәk, qәnaәtә gәlmişdir ki, mülki qanunvericilikdә Cavabdeh MMC ilә iddiaçı2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli **QYS nömrәli müqavilәnin etibarsızlığına dәlalәt edәn әsaslar hazırkı işdә mövcüd deyildir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn iddiaçının vәkili vә nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etdi.

27. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn iddiaçı (digәr iş üzrә cavabdeh) iddiaçı2 vәkili vә nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddә 324. Əqd anlayışı vә onun növlәri 324.1. Əqd mülki hüquq münasibәtinin әmәlә gәlmәsinә, dәyişdirilmәsinә vә ya xitamına yönәldilmiş birtәrәfli, ikitәrәfli vә ya çoxtәrәfli iradә ifadәsidir. 324.2. Əqdlәr birtәrәfli vә müqavilә şәklindә (ikitәrәfli vә ya çoxtәrәfli) ola bilәr. 324.3. Bu Mәcәllәyә vә ya tәrәflәrin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tәrәfin iradә ifadәsinin zәruri vә yetәrli olduğu әqd birtәrәfli әqddir. 324.4. Müqavilәnin bağlanması üçün iki tәrәfin razılaşdırılmış iradә ifadәsi (ikitәrәfli әqd) vә ya üç vә ya daha çox tәrәfin razılaşdırılmış iradә ifadәsi (çoxtәrәfli әqd) zәruridir. 324.5. İradә ifadәsinin tәfsiri zamanı onun hәqiqi mәzmunu tәkcә hәrfi mәnaya görә deyil, hәm dә ağlabatan mühakimә әsasında müәyyәnlәşdirilmәlidir. 324.6. Əgәr nә zahiri ifadәyә görә, nә dә başqa hallara görә iradәnin mәzmunu dәqiq müәyyәnlәşdirilә bilmirsә, әqd mövcud deyildir.

29. Maddә 337. Əqdlәrin etibarsızlığı anlayışı vә onun nәticәlәri. Mübahisә edilәn vә әhәmiyyәtsiz әqdlәr 337.1. Bu Mәcәllәdә müәyyәnlәşdirilmiş şәrtlәri pozmaqla bağlanmış әqd etibarsızdır. Etibarsız әqdlәr mübahisә edilәn әqdlәr vә ya әhәmiyyәtsiz әqdlәr ola bilәr. (...)

30. Maddә 385. Öhdәlik anlayışı 385.1. Öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır. (...)

31. Maddә 386. Öhdәliklәrin әmәlә gәlmәsi әsasları 386.1. Öhdәliyin zәrәr vurulması, әsassız varlanma vә ya bu Mәcәllәdә nәzәrdә tutulmuş digәr әsaslar nәticәsindә әmәlә gәlmәsi halları istisna olmaqla, öhdәliyin әmәlә gәlmәsi üçün onun iştirakçıları arasında müqavilә olmalıdır. (...)

32. Maddә 389. Müqavilә anlayışı 389.1. Mülki hüquq vә vәzifәlәrin müәyyәnlәşdirilmәsi, dәyişdirilmәsi vә ya xitamı haqqında iki vә ya bir neçә şәxsin razılaşması müqavilә sayılır. 389.2. Müqavilәlәrә iki vә çoxtәrәfli әqdlәrә dair qaydalar tәtbiq edilir. 389.3. Bu fәslin qaydalarında vә müqavilәlәrin ayrı-ayrı növlәrinә dair bu Mәcәllәnin qaydalarında ayrı hal nәzәrdә tutulmayıbsa, müqavilәdәn әmәlә gәlәn öhdәliklәrә öhdәliklәr haqqında ümumi müddәalar tәtbiq edilir. 389.4. İkidәn çox tәrәfin bağladığı müqavilәlәrә müqavilә haqqında ümumi müddәalar belә bir şәrtlә tәtbiq edilir ki, bu, hәmin müqavilәlәrin çoxtәrәfli xarakterinә zidd olmasın.

33. Maddә 399. Müqavilәnin qüvvәsi 399.1. Müqavilә bağlandığı andan qüvvәyә minir vә tәrәflәr üçün mәcburi olur. 399.2. Tәrәflәr müәyyәnlәşdirә bilәrlәr ki, bağladıqları müqavilәnin şәrtlәri onların müqavilә bağlanana qәdәr yaranmış münasibәtlәrinә dә tәtbiq edilir. 399.3. Müqavilәdә nәzәrdә tutula bilәr ki, müqavilәnin qüvvәdә olma müddәtinin qurtarması tәrәflәrin müqavilә üzrә öhdәliklәrinin xitamına sәbәb olur. Belә şәrtin olmadığı müqavilә öhdәliyin icrasının qurtarmasının hәmin müqavilәdә müәyyәnlәşdirilmiş anına qәdәr qüvvәdә sayılır. 399.4. Müqavilәnin qüvvәdә olma müddәtinin qurtarması tәrәflәri müqavilәnin hәmin müddәt qurtarana qәdәr yol verilmiş pozulmasına görә mәsuliyyәtdәn azad etmir.

34. Maddә 421. Müqavilәnin dәyişdirilmәsi vә lәğv edilmәsi әsasları 421.1. Müqavilәnin dәyişdirilmәsi vә lәğv edilmәsi, әgәr bu Mәcәllәdә vә ya müqavilәdә ayrı qayda nәzәrdә tutulmayıbsa, tәrәflәrin razılaşması ilә mümkündür.(...)

35. Maddә 423. Müqavilәnin dәyişdirilmәsi vә lәğv edilmәsi qaydası 423.1. Müqavilәnin dәyişdirilmәsi vә ya lәğv edilmәsi haqqında razılaşma, әgәr bu Mәcәllәdәn, müqavilәdәn vә ya işgüzar adәtlәrdәn ayrı qayda irәli gәlmirsә, müqavilә ilә eyni formada bağlanır.

36. Maddә 442. Öhdәliyin icra edilmәmәsi anlayışı Öhdәliyin icra edilmәmәsi dedikdә onun pozulması vә ya lazımınca icra edilmәmәsi (vaxtında icra edilmәmәsi, mallarda, işlәrdә vә xidmәtlәrdә qüsurlarla vә ya öhdәliyin mәzmunu ilә müәyyәnlәşdirilmiş digәr şәrtlәri pozmaqla icra edilmәsi) başa düşülür.

37. Maddә 452. Fәrdi-müәyyәn әşyanı vermәk öhdәliyinin icra edilmәmәsinin nәticәlәri 452.1. Fәrdi-müәyyәn әşyanı kreditorun mülkiyyәtinә vә ya әvәzli istifadәsinә vermәk öhdәliyi icra edilmәdikdә kreditor hәmin әmlakın borclunun әlindәn alınmasını vә öhdәlikdә nәzәrdә tutulan şәrtlәrlә ona verilmәsini tәlәb edә bilәr. Bu hüquq әmlakın üçüncü şәxsә mülkiyyәt hüququ ilә verildiyi halda aradan qalxır. Əgәr әmlak hәlә verilmәmişsә, öhdәlik hansı kreditorun xeyrinә daha әvvәl әmәlә gәlmişsә, üstünlük o kreditorundur, bunu müәyyәnlәşdirmәk mümkün olmadıqda isә daha әvvәl iddia irәli sürәnindir. 452.2. Kreditor öhdәliyin predmeti olan әmlakın ona verilmәsini tәlәb etmәk әvәzinә zәrәrin әvәzinin ödәnilmәsini tәlәb edә bilәr.

38. Maddә 752. Podrat müqavilәsi 752.1. Podrat müqavilәsinә görә podratçı müqavilәdә nәzәrdә tutulan işi icra etmәyi, sifarişçi isә podratçıya razılaşdırılmış muzd ödәmәyi öhdәsinә götürür. 752.2. Əgәr podratda hәr hansı mәmulatın hazırlanması nәzәrdә tutularsa vә podratçı onu özünün әldә etdiyi materiallardan hazırlayarsa, hazırlanmış mәmulata mülkiyyәti sifarişçiyә verir. Əgәr әvәz edilәn әşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tәtbiq edilir. 752.3. Podratla bağlı smetanın tәrtibi, әgәr razılaşmada ayrı qayda müәyyәnlәşdirilmәyibsә, ödәnilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddә 14. İş üzrә mәhkәmә baxışının prinsiplәri 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.

40. Maddә 76. Sübutlar 76.1. Tәrәflәrin tәlәb vә etirazlarını әsaslandıran halların vә işi düzgün hәll etmәk üçün әhәmiyyәti olan başqa halların mövcud olduğunu vә ya olmadığını mәhkәmә müәyyәn edәrkәn bu Mәcәllәdә vә başqa qanunlarda müәyyәn olunmuş qaydada әldә etdiyi mәlumatlar sübutlar hesab olunur. 76.2. Bu mәlumatlar yazılı vә maddi sübutlarla, ekspertlәrin rәylәri ilә, yerindә müayinә keçirmәklә, sәs vә video yazıları ilә, şahidlәrin ifadәlәri ilә, işdә iştirak edәn şәxslәrin izahatları ilә müәyyәn edilir.

41. Maddә 77. Sübut etmә vәzifәsi 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.

42. Maddә 88. Sübutların qiymәtlәndirilmәsi Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.

43. Maddә 89.1. Yazılı sübutlar - iş üçün әhәmiyyәtli hallar barәdә mәlumat verәn, notariat qaydasında tәsdiq olunmuş sәnәdlәr, aktlar, müqavilәlәr, arayışlar, işgüzar yazışmalar vә sair sәnәd vә materiallardır.

44. Maddә 217. Qәtnamәnin qanuniliyi vә әsaslılığı 217.4. Mәhkәmә (hakim) öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır.

45. Maddә 218. Qәtnamә çıxarıldıqda hәll edilәn mәsәlәlәr 218.3. Hakim işdә iştirak edәn şәxslәrin verdiyi tәlәblәr üzrә qәtnamә çıxarır. Lakin hakim qanunda göstәrilәn müstәsna hallarda iddia tәlәblәrindәn kәnara çıxa bilәr.

46. Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri 372.6. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır. 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.

47. Maddә 384. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәtlәri 384.0. Apellyasiya instansiyası mәhkәmәsi: (...). 384.0.2. qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr. (...)

48. Maddә 385. Mәhkәmә aktının apellyasiya qaydasında lәğv olunması üçün әsaslar 385.1. Mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi; 385.1.2. mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsi; 385.1.4. birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi; 385.2. Birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi-nәzәrindәn qanuni vә әsaslı olan vә mahiyyәti üzrә düzgün olan qәtnamәsi yalnız formal mülahizәlәrә görә lәğv edilә bilmәz.

49. Maddә 387. Prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi 387.1. Prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi qәtnamәnin vә ya qәrardadın lәğv edilmәsinә yalnız o halda әsas olur ki, bu, düzgün olmayan qәtnamәnin vә ya qәrardadın qәbul edilmәsinә sәbәb olsun. 387.2. Şikayәtin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin qәtnamәsi vә ya qәrardadı aşağıdakı hallarda lәğv edilmәlidir: 387.2.4. mәhkәmә işdә iştirak etmәyә cәlb olunmamış şәxslәrin hüquq vә vәzifәlәrinә dair mәsәlәni onların hüquqlarının pozulması ilә nәticәlәnmәklә hәll etmişsә...

50. Maddә 402. Kassasiya şikayәti vermә hüququ 402.1. Mülki işlәr üzrә qәbul edilmiş qәtnamәnin mübahisәlәndirilәn hissәsindә iddianın qiymәti beş min manatdan, kommersiya mübahisәlәrinә dair işlәr üzrә isә müvafiq olaraq on min manatdan az olan әmlak xarakterli iddialar üzrә qәtnamәlәr istisna olmaqla, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının qәtnamәlәrindәn kassasiya şikayәti verilә bilәr. (...)

51. Maddә 420. Kassasiya mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Kassasiya instansiyasında işә baxan mәhkәmәnin qәrarında şәrh edilәn göstәrişlәr hәmin işә yenidәn baxan mәhkәmә üçün mәcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

52. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qәrardadı ilә apellyasiya şikayәti mümkün sayılmışdır. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәtnamәsi bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, iddiaçı iddiaçı1 apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv edilәrәk, iş üzrә yeni qәtnamә qәbul edilmәli vә iddiaçı (digәr iş üzrә cavabdeh) iddiaçı2 iddia tәlәbi tәmin edilmәmәli, iddiaçı iddiaçı1 iddia tәlәbi qismәn tәmin edilmәlidir.

54. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının iş üzrә ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrәli qәrardadı ilә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsi - iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh MMC-yә qarşı ünvan 2 mәhәllә ünvanda inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn 100 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinin boşaldılaraq tәhvil verilmәsi hissәsindә lәğv edilmiş vә hәmin hissәdә iş üzrә icraata xitam verilmişdir.

55. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә hesab edir ki, hazırkı mübahisә üzrә ilk növbәdә tәrәflәrin ayrı-ayrılıqda cavabdeh Cavabdeh MMC ilә aralarında bağlanmış müqavilәlәrin etibarlılıq mәsәlәsinә qiymәt verilmәlidir.

56. İşdәn görünür ki, hәr iki iddiaçı icraçı Cavabdeh MMC-nin sәdri şahid1 ilә ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn qeyri-yaşayış sahәsi ilә bağlı iddiaçı iddiaçı1 ilә daha әvvәl, yәni ##.##.2021-ci il tarixli, iddiaçı2la isә ##.##.2022-ci il tarixli müqavilәlәr bağlanmışdır. Hәr ikisinә dә müvafiq olaraq maliyyә arayışları verilmiş vә göstәrilәn sәnәdlәr eyni zamanda Cavabdeh MMC-nin möhürü ilә tәsdiq edilmişdir.

57. İşdәn hәmçinin görünür ki, iddiaçı iddiaçı1 müqavilә üzrә ödәmәli olduğu 200.000 manatı iki dәfәyә ödәmiş vә ona Cavabdeh MMC tәrәfindәn 80.000 manata ödәnişә dair ##.##.2021-ci il tarixli, 120.000 manat ödәnişә dair isә ##.##.2023-cü il tarixli kassa mәdaxil orderinin qәbzlәri tәqdim edilmişdir.

58. Bundan başqa, qanuni qüvvәyә minmiş Abşeron Rayon Mәhkәmәsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsinә әsasәn ünvan 2 mәhәllә ünvanda inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn 100 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsi cavabdeh Cavabdeh MMC tәrәfindәn iddiaçı iddiaçı1 tәhvil verilmәlidir. Hәmin qәtnamә icra edilmәmişdir.

59. İşdә olan Azәrbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizә Baş İdarәsinin ##.##.2024-cü il tarixli, *-*-**/*/*-*********/**** nömrәli mәktubunda qeyd edilmişdir ki, Azәrbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizә Baş İdarәsinin İstintaq İdarәsindә Cavabdeh MMC-nin vәzifәli şәxslәrinin vә qeyrilәrinin qanunsuz hәrәkәtlәrinә dair Azәrbaycan Respublikası CM-nin 308.1, 313 vә 314- 2.1-ci maddәlәri ilә ********* nömrәli cinayәt işi üzrә ibtidai istintaq aparılır. Cavabdeh MMC tәrәfindәn vәtәndaşlara qeyr-yaşayış sahәlәri satılarkәn hәmin obyektlәrin yerlәşmә planı tәrtib edilmәdiyindәn vә Cәmiyyәt üzrә bağlanmış müqavilәlәrin qeydiyyatı aparılmadığından istintaqın hazırki mәrhәlәsindә iddiaçı1 Hacıbala qızına satılmış qeyri-yaşayış sahәsinin başqa şәxslәrә satılması müәyyәn edilmәmişdir.

60. İşdә olan Azәrbaycan Respublikasının Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin ##.##.2025-ci il tarixli, *-**/*-****/**** nömrәli mәktubunda qeyd edilmişdir ki, ünvan 1 mәhәllә ünvanında yerlәşәn Cavabdeh MMC tәrәfindәn inşa edilmiş yaşayış binalarının layihәsinin tәsdiq edilmiş surәtinin Abşeron Rayon İcra vә probasiya şöbәsinә tәqdim edilmәsi barәdә ##.##.2025-ci il tarixli **/********-*Q nömrәli sorğuya Azәrbaycan Respublikasının Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsindә baxılmış vә bildirilmişdir ki, Komitәdә qeyd edilәn mәsәlә ilә bağlı sәnәd aşkar edilmәmişdir.

61. Mәhkәmәnin sorğusuna cavab olaraq göndәrilmiş Azәrbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizә Baş İdarәsinin ##.##.2026-cı il tarixli, *-*- **/*/*-*********/**** nömrәli mәktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin tәsisçisi şahid2 vә direktoru şahid1 Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.4, 308.2 vә 313-cü maddәlәri ilә tәqsirlәndirilmәlәrinә dair ********* nömrәli cinayәt işi ##.##.2024-cü il tarixdә baxılması üçün aidiyyәti üzrә Sumqayıt Ağır Cinayәtlәr Mәhkәmәsinә göndәrilmiş vә ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrәli hökmlә onlar hәmin ittihamlar üzrә tәqsirli bilinmişlәr. Əlavә olaraq qeyd edilir ki, Cavabdeh MMC tәrәfindәn ünvan 2 mәhәllәdә inşa edilmiş çoxmәnzilli yaşayış binası üzrә tәsdiq edilmiş layihә sәnәdlәri mövcud olmamışdır.

62. Lakin iddiaçı iddiaçı2 tәrәfindәn mәhkәmәyә Cavabdeh MMC tәrәfindәn mübahisәli qeyri-yaşayış sahәsi ilә bağlı verilmiş layihәdәn çıxarışın notarial qaydada tәsdiq edilmiş surәti tәqdim edilmişdir.

63. Hazırda hәr iki iddiaçı eyni qeyri-yaşayış sahәsinin onlara verilmәli olduğunu göstәrәrәk mövcud iddia tәlәblәrini irәli sürmüşlәr.

64. İddiaçı iddiaçı2 iddia әrizәsindә müqavilәdә nәzәrdә tutulmuş qeyri-yaşayış sahәsinin ona tәhvil verilmәdiyini göstәrәrәk onun tәhvil verilmәsini hәm ilkin olaraq verdiyi iddia әrizәsindә, hәm dә iddia tәlәbinin dәqiqlәşdirilmәsinә dair әrizәsindә tәlәb etsә dә vә bu barәdә tәlәbә birinci instansiya mәhkәmәsi tәrәfindәn qiymәt verilәrәk tәmin edilsә dә, apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli sonuncu mәhkәmә iclasında iddiaçı iddiaçı2 nümayәndәsi hәmin tәlәbi texniki olaraq sәhv göstәrdiklәrini, mübahisәli qeyri-yaşayış sahәsinin iddiaçı2 olduğunu bildirmişdir.

65. Birinci instansiya mәhkәmәsi isә bu mәsәlә ilә bağlı qәtnamәsindә göstәrmişdir ki, Cavabdeh MMC ## #### 2022-ci il tarixli **QYS №-li müqavilәyә әsasәn iddiaçı iddiaçı2 sifarişçi olaraq öhdәliyini tam icra etdiyi halda, cavabdeh tәşkilat olaraq Cavabdeh MMC podratçı kimi Abşeron rayonu, Xırdalan şәhәri, Mehdi Hüseynzadә küçәsi 25-ci mәhәllә 1-ci blok 1-ci mәrtәbәdә yerlәşәn qeyri-yaşayış sahәsi olan 89 kv.m olan sahәni ona tәhvil vermәk öhdәliyi daşıdığı halda bunu ilk әvvәl edәrәk sahәni ona verdiyi, müәyyәn tәmir işlәrinә şәrait yaratdığı halda, hazırda iddiaçı1 bu sahәyә tәlәbi olduğu üçün sahә ona verilmir. Lakin yuxarıda qeyd olunduğu kimi 89 kv.m olan qeyri-yaşayış sahәsininin iddiaçı1 verilmiş 100 kv.m sahәsi olan qeyri-yaşayış sahәsinә hәr hansı aidiyyatı olmağı tәsdiq olunmadığı üçün mәhkәmә yuxarıda sadalanan normalara istinadәn hesab edir ki, mübahisәli 89,0 kv.m qeyriyaşayış sahәsi iddiaçı2 tәhvil verilmәli, hәmin sahәyә onun sahiblik vә istifadә hüququ tanınmalıdır.

66. Apellyasiya icraatı zamanı hәmçinin müәyyәn edilmişdir ki, mübahisәsi gedәn qeyriyaşayış sahәsinin girişi iddiaçı iddiaçı2 tәrәfindәn foto şәkildә göstәrilәn qapı-pәncәrә ilә bağlansa da, qeyri-yaşayış sahәsi suvaqsız vә tәmirsiz vәziyyәtdәdir.

67. Bu hal hәm birinci instansiya mәhkәmәsi tәrәfindәn keçirilmiş yerli baxış zamanı, işdәki foto şәkillәrdәn, hәm dә iş materiallarına әlavә edilmiş ##.##.2026-cı il tarixli mütәxәssis rәyindәki foto şәkillәrdәn müәyyәn edilir.

68. İş materiallarından göründüyü kimi mübahisәli qeyri-yaşayış sahәsinin ona tәhvil verilib-verilmәmәsi ilә bağlı iddiaçı iddiaçı2 göstәrdiyi hallar ziddiyyәtli olmuşdur. İddiaçılara Cavabdeh MMC tәrәfindәn başqa-başqa qeyri-yaşayış sahәlәrinә dair müqavilәlәrin bağlandığı müәyyәn edilmәsә dә, mәhkәmә iddiaçı1 verilmәli olan qeyri-yaşayış sahәsinin yerini müәyyәn etmәdәn ona verilmәli olan 100 kv.m qeyri-yaşayış sahәsinin mübahisәsi gedәn sahәyә aidiyyatının olmadığını göstәrmişdir.

69. Kollegiya hesab edir ki, müqavilәlәrdә göstәrilәn miqdar (89 kv.m vә 100 kv.m) fәrqinin binanın qeyri-yaşayış sahәsinә aid hissәnin sonradan bölünmә, arakәsmәlәrin tikilmәsi nәticәsindә azalması gözlәnilmәz olan hal kimi qiymәtlәndirilmәmәlidir.

70. Belә ki, ilkin olaraq iddiaçı1 ilә bağlanan müqavilәdә sahәnin 100 kv.m, daha sonra iddiaçı2la bağlanan müqavilәdә sahәnin faktiki vәziyyәtә uyğun olaraq 89 kv.m göstәrilmәsi mümkün olan haldır. Hazırda binadakı qeyri-yaşayış sahәlәrinin bölündüyü işdә olan foto şәkillәrdәn dә müәyyәn olunur.

71. Kollegiya qeyd edir ki, әqdin etibarsızlığı dedikdә Mülki Mәcәllәdә müәyyәnlәşdirilmiş şәrtlәri pozmaqla bağlanan vә mәzmununda nәzәrdә tutulmuş mülki-hüquqi münasibәtlәri yaratmayan, yalnız özünün etibarsızlığı ilә bağlı nәticәlәrә sәbәb ola bilәn әqd anlaşılır. Əqdlәrin etibarlı olması üçün qanunda nәzәrdә tutulmuş dörd qrup şәrtin (tәlәbin) olması vacibdir: әqdin subyektiv tәrkibinә aid edilәn şәrt; әqdin mәzmununa aid edilәn şәrt; әqddә iradә vә iradәni ifadә etmәnin vәhdәtinә aid edilәn şәrt; әqdin formasına aid edilәn şәrt. Bu şәrtlәrin hamısı olduqda, müvafiq әqd etibarlı әqd kimi tanınır vә qәbul edilir, habelә subyektlәrin әqd bağladıqları zaman cәhd göstәrdiklәri vә arzu etdiklәri hüquqi nәticәlәr doğurur. Göstәrilәn şәrtlәrdәn hәr hansı birinә әmәl edilmәmәsi әqdin etibarsızlığına sәbәb olur. Əqdin etibarsızlığı dedikdә, tәrәflәrin әqd bağladıqları zaman arzu etdiklәri hüquqi nәticәnin baş vermәmәsi vә әmәlә gәlmәmәsi başa düşülür. Bu halda әqd kimi hәyata keçirilәn hәrәkәtlәr hüquqi nәticә doğurmaq qabiliyyәtinә malik olan hüquqi fakt kimi çıxış edә bilmir. Başqa sözlә, әqdin etibarsızlığı әqdin etibarlı olması şәrtlәrinin pozulmasından asılıdır. Bu şәrtlәrdәn birinә riayәt edilmәmәsi etibarsız әqdlәrin әmәlә gәlmәsinә sәbәb olur. Etibarsız әqdlәr tәrәflәrin arzu etdiklәri hüquqi nәticәyә deyil, qanunda nәzәrdә tutulan mәnfi nәticәlәrin yaranmasına sәbәb olur.

72. İşdәn görünür ki, cavabdeh Cavabdeh MMC hüquqi şәxsdir. Hüquqi şәxsin tәşkilati vә idarәçilik fәaliyyәti onun orqanı tәrәfindәn hәyata keçirilir. Hüquqi şәxs öz orqanı vasitәsi ilә mülki hüquqlar әldә edir vә öhdәsinә mülki vәzifәlәr götürür. Hüquqi şәxsin fәaliyyәt predmeti olan maddi vә mәnәvi nemәtlәrin yaradılması, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi, müqavilәlәrin bağlanması vә s. kimi mürәkkәb bir prosesi idarә etmәk mәhz hüquqi şәxsin orqanının üzәrinә düşür. Hüquqi şәxsin orqanının fәaliyyәti isә qanunvericiliyә vә onun nizamnamәsinә uyğun olaraq hәyata keçirilir.

73. Mәhkәmә kollegiyası hesab edir ki, müqavilәyә möhürün vurulması hüquqi şәxs olan cavabdeh Cavabdeh MMC-nin hәmin müqavilәnin bağlanmasında iradә ifadәsinin olduğunun vә ya müqavilәni bәyәndiyinin göstәricisidir.

74. Mәhkәmә kollegiyası qeyd edir ki, mübahisәsi gedәn qeyri-yaşayış sahәsinә dair Cavabdeh MMC vә iddiaçı2 arasında ##.##.2022-ci il tarixdә müqavilә bağlandığı zaman iddiaçı1 ilә daha әvvәl bağlanmış ##.##.2021-ci il tarixli müqavilә qüvvәdә olmuşdur. Bu hal cavabdeh Cavabdeh MMC-yә mәlum olsa da, sonradan mülki qanunvericiliyin tәlәbinә zidd olaraq iddiaçı iddiaçı1 ilә daha әvvәl bağlanmış müqavilәni qanunla müәyyәn edilmiş qaydada lәğv etmәdәn, Mülki Mәcәllә ilә müәyyәnlәşdirilmiş şәrtlәri pozmaqla sonrakı müqavilәni bağlamışdır.

75. Halbuki, bu hal cavabdeh Cavabdeh MMC-yә ##.##.2023-cü il tarixdә iddiaçı1 qeyriyaşayış sahәsinә görә 120.000 manatın ödәnilmәsinә dair kassa mәdaxil orderi vә tam ödәnişә dair maliyyә arayışı verәrkәn dә mәlum olmuşdur.

76. Kollegiya eyni qeyri-yaşayış sahәsinә dair bağlanmış müqavilәnin etibarlılığı, hәmin әqd etibarlı sayıldıqda iddiaçılardan hansının әşya üzәrindә üstün hüquqa malik olmasına qiymәt verәrәk qeyd edir ki, Cavabdeh MMC qeyri-yaşayış sahәsi ilә bağlı iddiaçı1 ilә müqavilә bağlandığını bildiyi halda, ##.##.2022-ci il tarixdә iddiaçı2 ilә hәmin qeyri-yaşayış sahәsinә dair yeni müqavilә bağlamaqla mülki qanunvericiliyin tәlәblәrinә zidd hәrәkәt etmişdir.

77. İddiaçı iddiaçı1 ilә bağlanmış müqavilәnin etibarsız hesab olunması üçün qanunvericilikdә göstәrilәn әsaslar müәyyәn edilmәdiyindәn, iddiaçı iddiaçı2 ilә ##.##.2022-ci il tarixdә mübahisәli qeyri-yaşayış sahәsinә dair növbәti dәfә müqavilә bağlamaqla Cavabdeh MMC mülki qanunvericiliyin tәlәblәrini pozduğundan, bağlanmış ikinci müqavilә etibarsızdır.

78. Göstәrilәnlәrә әsasәn kollegiya hesab edir ki, iddiaçı iddiaçı1 ilә mübahisәli qeyriyaşayış sahәsinә dair müqavilә daha әvvәl bağlandığından, iddiaçıya müqavilә üzrә ödәnişi etdiyinә dair ciddi hesabat sәnәdi olan kassa mәdaxil orderi vә maliyyә arayışı verildiyindәn, mübahisәli qeyri-yaşayış sahәsi faktiki olaraq istifadәsiz olduğundan, o cümlәdәn işdә olan Abşeron Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn göründüyü kimi mübahisәli qeyri-yaşayış sahәsinә dair iddiaçı1 daha әvvәl iddia irәli sürdüyündәn, mübahisәli qeyri-yaşayış sahәsi iddiaçı iddiaçı1 tәhvil verilmәlidir.

79. Kollegiya hәmçinin qeyd edir ki, Mülki Mәcәllәnin 337.5-ci maddәsinә әsasәn, әqd etibarsız olduqda, әgәr bu Mәcәllәdә onun etibarsızlığının ayrı nәticәlәri nәzәrdә tutulmayıbsa, tәrәflәrdәn hәr biri әqd üzrә aldıqlarının hamısını digәr tәrәfә qaytarmağa, alınanları eyni ilә qaytarmaq mümkün olmadıqda isә (o cümlәdәn alınanlar әmlakdan istifadәdә, görülmüş işdә vә ya göstәrilmiş xidmәtdә ifadә olunduqda) onun dәyәrini pulla ödәmәlidir.

80. Nәzәrә almaq lazımdır ki, hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.

81. Mülki Prosessual Mәcәllәnin 385.1.1 - 385.1.4-cü maddәlәrinә әsasәn maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi, mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsi vә vә birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi mәhkәmә qәtnamәsinin apellyasiya qaydasında lәğv edilmәsi üçün әsaslar hesab edilir.

82. Hәmin Mәcәllәnin 384.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr.

83. Belәliklә mәhkәmә kollegiyası yuxarıda sadalanan qanunvericilik aktları normalarına, iş üzrә müәyyәn edilmiş hallara vә mәhkәmә iclasında tәdqiq edilmiş sübutlara әsaslanaraq hesab edir ki, iddiaçı iddiaçı1 apellyasiya şikayәti qismәn tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsi lәğv edilmәli, iş üzrә yeni qәtnamә qәbul edilmәli, iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh MMC-yә qarşı - ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyri-yaşayış sahәsinә onun sahiblik vә istifadә hüququnun tanınması, hәmin sahәnin ona tәhvil verilmәsi vә ödәnilmiş dövlәt rüsumunun qaytarılmasının cavabdeh Cavabdeh MMC-nin üzәrinә qoyulması barәdә iddia tәlәbi tәmin edilmәmәli, iddiaçı iddiaçı1 cavabdehlәr Cavabdeh MMC vә iddiaçı2 qarşı müqavilәnin etibarsız hesab edilmәsi vә әmlakın boşaldılması barәdә iddia tәlәbi qismәn tәmin edilmәli, cavabdehlәr Cavabdeh MMC ilә iddiaçı2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli **QYS nömrәli müqavilә etibarsız hesab edilmәli vә ünvan 2 mәhәllә ünvanda inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn mübahisәli qeyri-yaşayış sahәsi cavabdeh iddiaçı2 tәrәfindәn boşaldılaraq iddiaçı iddiaçı1 tәhvil verilmәlidir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 382, 384, 392, 393, 402 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

qət etdi:

İddiaçı iddiaçı1 apellyasiya şikayәti qismәn tәmin edilsin. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsi lәğv edilsin. İş üzrә yeni qәtnamә qәbul edilsin. İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh MMC-yә qarşı - ünvan 2 mәhәllә ünvanda yerlәşәn yeni tikilәn yaşayış binasının 1-ci blok, 1-ci mәrtәbәsindә yerlәşәn 89 kv.m-dәn ibarәt qeyriyaşayış sahәsinә onun sahiblik vә istifadә hüququnun tanınması, hәmin sahәnin ona tәhvil verilmәsi vә ödәnilmiş dövlәt rüsumunun qaytarılmasının cavabdeh Cavabdeh MMC-nin üzәrinә qoyulması barәdә iddia tәlәbi tәmin edilmәsin. İddiaçı iddiaçı1 cavabdehlәr Cavabdeh MMC vә iddiaçı2 qarşı müqavilәnin etibarsız hesab edilmәsi vә әmlakın boşaldılması barәdә iddia tәlәbi qismәn tәmin edilsin. Cavabdehlәr Cavabdeh MMC ilә iddiaçı2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli **QYS nömrәli müqavilә etibarsız hesab edilsin. ünvan 2 mәhәllә ünvanda inşa edilmiş binanın 1-ci blokunun 1-ci mәrtәbәsindә yerlәşәn mübahisәli qeyri-yaşayış sahәsi cavabdeh iddiaçı2 tәrәfindәn boşaldılaraq iddiaçı iddiaçı1 tәhvil verilsin. Qәtnamәdәn onun tәrәflәrә rәsmi qaydada tәqdim edildiyi gündәn 2 (iki) ay müddәtindә Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası vasitәsi ilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilә bilәr. Qәtnamәdәn şikayәt verilmәzsә, qәtnamә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay keçdikdәn sonra qanuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar